Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5691/2020 01.12.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçı LPO İddiaçı ASC-nin cavabdeh Təhməzli (Təhməzov) Tural Füzuli oğluna qarşı iş üzrə QƏRARİ iş № 2(102)-5691/20 (Açar sözlər: kredit borcunun qaytarılması, borc məbləğinin ekspert rəyi ilə müəyyən edilməsi) Bakı şəhəri, 01 dekabr 2020-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (sədrlik edən və məruzəçi), X6 oğlu və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, Cəfərov Araz Əhməd oğlunun katibliyi ilə, İddiaçı LPO İddiaçı ASC-nin cavabdeh X3 oğluna qarşı “kredit borcunun qaytarılması” tələbinə dair iş mülki üzrə Şirvan Apelyasiya Məhkəməsi Mülki kollegiyasının 2(106)-1294/2020 nömrəli, 23 iyul 2020-ci il tarixli qətnaməsindən iddiaçı LPO İddiaçı ASC-nin kassasiya şikayətinə 01 dekabr 2020-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. LPO İddiaçı ASC ilə cavabdeh X3 oğlu arasında bağlanılmış xx.xx.2009-cü il tarixli 147 P saylı kredit müqaviləsinə əsasən, sonuncuya 24 faizlə 12 ay müddətinə, 7000 manat məbləğində kredit verilib.
2. Sonradan cavabdehin ərizəsinə əsasən kreditin bitmə tarixi qarşılıqlı razılaşmaya əsasən uzadılaraq xx xxxxxx 2014-cü il müəyyən edilmişdir.
3. Cavabdeh kredit şərtlərini pozaraq borcunu ödəmir. a) Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı LPO «İddiaçı » ASC cavabdeh X3 oğluna qarşı iddia ərizəsi ilə Laçın rayon Məhkəməs inə müraciət edərək, kredit müqaviləsi üzrə 6920 manat əsas, 950 manat faiz, kredit müddəti bitdikdən sonra hesablanmış 7496 manat faiz borcu olmaqla cəmi 15366 manat məbləğində kredit borcunun, həmçinin ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun cavabdeh Təhməzli (Təhməzov) Tural Fizuli oğlundan tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
5. Cavabdeh kredit müqaviləsinə əsasən əsas və kreditdən istifadəyə görə hesablanmış faiz borcunu hər ay bərabər məbləğdə ödəməli olduğu halda, kreditin ödənilməsini vaxtlı-vaxtında aparmamış, bununla da müqavilə üzrə götürdüyü öhdəlikləri lazımı qaydada icra etməyərək müqavilənin şərtlərini pozmuşdur.
6. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh borc öhdəliyini icra etməkdən boyun qaçırır.
7. İddiaçı tələbin hüquqi əsası kimi Mülki Məcəlləni n 442, 443.1, 448.1, 449.1 və 465.2-ci maddələrinə istinad etmişdir.
8. Cavabdeh Təhməzli (Təhməzov) Tural Fizuli oğlu vəsatət verərək, kredit müddəti bitdikdən sonra hesablanmış faiz borcu ilə razı olmadığını bildirmiş və həmin məbləğin müəyyən edilməsi üçün məhkəmə-mühasibatlıq ekspertizasının təyin edilməsini xahiş etmişdir.
9. Laçın Rayon Məhkəməsi xx xxxxx 2018-ci il tarixli qərardadla mühasibatlıq ekspertizası təyin etmiş, ekspertin qarşısında kredit müqaviləsinin müdddəti ərzində və müddətin bitdiyi xx.xx.2014-cü il tarixdən məhkəmədə iddia qaldırdığı xx.xx.2018-ci il tarixədək cavabdehin hesablanmalı olan faiz borcu barədə sual qoyulmuşdur.
10. Məhkəmə-mühasibatlıq ekspertizasının xx.xx.2019-cu il tarixli, 13004 saylı rəyi ilə müəyyən olunub ki, Təhməzli (Təhməzov) Tural Fizuli oğl unun xx.xx.2014-cü il tarixinə (kredit müqaviləsinin bitmə tarixinə) əsas borcu 5.372,07 manat, faiz borcu 5.039,00 manat, xx.xx.2018-ci il tarixinə(məhkəmədə iddia qaldırdığı) əsas borcu 5.372,07 manat, faiz borcu 9.154,29 manat təşkil edir.
11. Laçın Rayon Məhkəməsi xx xxxxxxx 2019-cu il tarixli qərardadla əlavə mühasibatlıq ekspertizası təyin etmiş, ekspertin qarşısında kredit müqaviləsinin müdddətini bitdiyi xx.xx.2014-cü il tarixdən məhkəmədə iddia qaldırdığı xx.xx.2018-ci il tarixədək cavabdehin hesablanmalı olan faiz borcu barədə sual qoyulmuşdur.
12. Məhkəmə-mühasibatlıq ekspertizasının xx.xx.2019-cu il tarixli, 27060 saylı rəyi ilə müəyyən olunub ki, Təhməzli (Təhməzov) Tural Fizuli oğlunun xx.xx.2014-cü il tarixdən xx.xx.2018-ci il tarixədək olan dövrdə hesablanmalı olan faiz bor cu 4.215,28 manat məbləğində müəyyən edilir, xx.xx.2017-ci ildə 100 manat ödəməsi nəzərə alınmaqla Təhməzli (Təhməzov) Tural Fizuli xx.xx.2014-cü il tarixdən xx.xx.2018-ci il tarixədək olan dövrdə ödənilməli olan faiz borcu 4.115,28 manat təşkil edir.
13. Cavabdeh ərizə verərək 6920 manat əsas və 950 manat faiz hissəsində iddianı qəbul etdiyini, qalan hissədə iddianın rədd edilməsini xahiş etmişdir
14. Laçın Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(047)-15/2020 saylı qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, cavabdeh Təhməzli (Təhməzov) Tural Fizuli oğlundan əsas borc üzrə 920 manat, faiz borcu üzrə 950 manat, cəmi 7870 (yeddi min səkkiz yüz yetmiş) manat məbləğində borcun və 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun tutularaq iddiaçı Ləğv prosesində olan «İddiaçı” ASC-nin xeyrinə ödənilməsi, ekspertiza xərcinin cavabdehdən tutulması, iddianın qalan hissədə rədd edilməsi qət edilmişdir. (hakim Cavad İbrahimov)
15. Məhkəmə toplanmış sübutlara hüquqi qiymət verərək müəyyən edib ki, Təhməzli (Təhməzov) Tural Fizuli oğlu ilə İddiaçı ASC arasında xx.xx.2009-cu il tarixdə kredit müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən Təhməzli (Təhməzov) Tural Fizuli oğluna illik 24 aizlə 12 ay müddətinə 7000 manat məbləğində kredit verilmi, sonradan tərəflər kreditin bitmə tarixini qarşılıqlı razılaşmaya əsasən 2.11.2014-cü il tarixədək uzatmış, kredit müqaviləsinə əsasən borclu kreditin ödənilməsini vaxtlı-vaxtında aparmamış və bununla da cavabdeh müqavilə üzrə götürdüyü öhdəlikləri lazımı qaydada icra etməyərək müqavilənin şərtlərini pozmuşdur.
16. Birinci instansiya mə hkəməsi borcun məbləği ilə bağlı ekspert rəyləri ilə razılaşsa da, cavabdehin əsas və faiz borcunu iddia tələbində göstərilən həcmdə qəbul etməsi barədə ərizəsini nəzərə alaraq, iddianı əsas və faiz borcu hissəsində tam təmin etmişdir.
17. Birinci instansiya məhkəməsi kredit müddəti bitdikdən sonra 7496 manat faiz tutulması barədə iddia tələbinin təmin edilməməsini qət etmiş və mövqeyi də ondan ibarət olub ki, iddiaçı həmin hissədə tələbini sübuta yetirə bilməyib, kredit öhdəliyinin icra edilməməsində cavabdehin təqsirli hərəkəti olmayıb. Məhkəmə bunu onunla əsaslandırıb ki, iddiaçı kredit müqaviləsinin müddəti bitəndən sonrakı dövr üçün əldən çıxmış faydanın tutulmasını tələb etsə də, öz tələbini əsaslandıran halları, yəni kredit vəsaitindən yenidən istifadə edə bilməməsi ilə bağlı ona da ha böyük ziyan vurulduğunu və eyni zamanda kredit vəsaitinin geri qaytarılmasının gecikdirilməsində cavabdehin təqsirinin olmasını sübut edə bilməmişdir.
18. Birinci instansiya məhkəməsi Mülki Məcəllənin 385.1, 442, 445,1, 448,1, 449.1, 739.1, 739.2, Mülki Prosessual Məcəllənin 14.2 və 77.1-ci maddələri ilə əsaslandırmışdır. b) Apelyasiya instansiyası məhkəməsindəki icraat
19. İddiaçı LPO «İddiaçı” apelyasiya şikayəti verib, qətnamənin qismən – iddianın təmin edilməyən hissəsində ləğv edilməsi, iddia tələbinin əldən çıxmış fayda hissəsində də təmin edilməsini xahiş etmişdir.
20. Apelyasiya şikayətinin dəlilləri ondan ibarət olub ki, məhkəmə Mülki Məcəllənin 21.1-ci maddəsinin tələblərini pozub. 21.Məhkəmə “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh olunmasına dair" Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxx 2014-cü il tarixli Qərarına əməl etməyib.
22. Şirvan Apelyasiya Məhkəməsi Mülki kollegiyasının 2(106)-1294/2020 nömrəli, xx xxxx 2020-ci il tarixli qətnaməsi ilə apelyasiya şikayəti təmin edilməmiş, Laçın Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(047)-15/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. (hakimlər Nüsrət Mirzəyev (sədrlik edən və məruzəçi), Qəzənfər Kərimov, Zəki Babayev)
23. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsini qətnaməsini dəyişdirmədən saxlayarakən apelyasiya şikayətinin dəlillərinə münasibətdə hesab etmişdir ki, iddiaçı cavabdehin qanunsuz olaraq özündə saxladığı pul vəsaitini qaytarmaması nəticəsində həmin vəsaiti başqa şəxslər ə kredit verməklə (investisiya etməklə) 7496 manat məbləğində gəlir əldə etmək imkanından məhrum olunduğunu təsdiq edən sübutları məhkəməyə təqdim edə bilməmişdir.
24. Bundan başqa, tərəflər arasında müqavilə münasibətləri yaranarkən Azərbaycan Respublikasının Mərkəzi X4 tərəfindən 34 saylı protokol ilə qəbul edilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən xx xxxxxx 2008-ci il tarixdə 3462 sayla qeydiyyata alınmış «Banklarda kreditlərin verilməsi qaydaları»nın hər hansı bir tələbi pozulmamışdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri
25. İddiaçı LPO “«İddiaçı” ASC (Vəkil oğlu) kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin iddianın təmin edilməyən hissəsi ndə ləğv edilməsi və iddianın tam təmin edilməsini xahiş etmişdir.
26. Kassasiya şikayəti apelyasiya şikayətinin dəlillərinə uyğun əsaslandırılmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri 27 Kassasiya şikayətinə qarşı tərəfin yazılı etirazı daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları
28. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilsə də, tərəflər məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Buna görə də məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 415.3-cü maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Mülki Məcəllə Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul öd əməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə
442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 445.1. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Maddə 448.1. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Maddə 449.1. Özgəsinin pul vəsaitini qanunsuz sax lamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Maddə 739.1. Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda o lan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Maddə 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Mülki Prosessual Məcəllə Maddə 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərard adda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Maddə
416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiy ası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
29. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir
30. Kassasiya şikayətində iddiaçı apelyasiya instansiyası məhkəməsinin aktını əldən çıxmı fayda tələbinin təmin edilməməsi hissəsində mübahisələndirmişdir. Buna görə də hazırki kassasiya baxışının predmeti yalnız həmin hissədən ibarətdir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
31. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
32. Kassasiya şikayətinin dəlilləri ilə eynilik təşkil edən apelyasiya şikayətinin dəlillərinə apelyasiya instansiyası məhkəməsi tərəfindən tam qiymət verilib.
33. Baxılan iş üzrə apelyasiya instansiyası məhkəməsi işin müəyyən edilmiş hallarına uyğun olaraq qanuni nəticəyə gəlmişdir.
34. Əldən çıxmış fayda qismində iddia tələbinin rədd edilməsi hissəsində birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olub ki, iddiaçı kredit müqaviləsinin müddəti bitəndən sonrakı dövr üçün əldən çıxmış faydanın tutulması barədə tələbini əsaslandıran halları, yəni kredit vəsaitindən yenidən istifadə edə bilməməsi ilə bağlı ona daha böyük ziyan vurulduğunu və eyni zamanda kredit vəsaitinin geri qaytarılmasının gecikdirilməsində cavabdehin təqsirinin olmasını sübut edə bilməmişdir. Apelyasiya məhkəməsi də həmin hissədə apelyasiya şikayətinin dəlillərini əsassız sayaraq qeyd etmişdir ki, iddiaçı cavabdehin qanunsuz olaraq özündə saxladığı pul vəsaitini qaytarmaması nəticəsində həmin vəsaiti başqa şəxslərə kredit verməklə (investisiya etməklə) 7496 manat məbləğində gəlir əldə etmək imkanından məhrum olduğunu təsdiq edən sübutları məhkəməyə təqdim edə bilməmişdir.
35. Məhkəmə kollegiyası əldən çıxmış fayda üzrə iddianın rədd edilməsi hissəsində apelyasiya məhkəməsinin dəyərləndirməsini əsaslı saydığı və bu dəyərləndirmə ilə razılaşdığı üçün kassasiya şikayətinin həmin dəlilinə əlavə qiymət verməyə zərurət görmür.
36. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi mübahisələndirilən hiss ədə dəyişdirilmədən saxlanılmalıdır.
37. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı LPO İddiaçı ASC-nin kassasiya şikayəti təmin edilməsin. Şirvan Apelyasiya Məhkəməsi Mülki kollegiyasının 2(106)-1294/2020 nömrəli, xx xxxx 2020-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.