Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5692/2019 13.09.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyası, hakimlər Əliyev Ələsgər Əliabbas oğlunun sədrliyi və məruzəsi ilə, Kalbalıyev Aslan Kalbalı oğlu, İbayev Vəfaddin Ələm oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Xnın katibliyi, Cavabdeh, cavabdehin vəkili X1, iddiaçının nümayəndəsi X2 iştirakı ilə, İddiaçı "İddiaçı" MMC-nin Cavabdeh qarşı öhdəlik münasibətlərinin yerinə yetirilməməsi nəticəsində yaranmış borcun ödənilməsi tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin MK-nın 08 aprel 2019-cu il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Yasamal Rayon Məhkəməsinin 28 noyabr 2018-ci il tarixli qətnaməsi ilə (hakim A.Məmmədov) iddiaçı "İddiaçı" MMC-nin Cavabdeh qarşı öhdəlik münasibətlərinin yerinə yetirilməməsi nəticəsində yaranmış borcun ödənilməsi tələbinə dair iddiası təmin edilmiş, Cavabdeh 10734.35 manat məbləğində pulun və 30 manat dövlət rüsumunun tutularaq iddiaçı "İddiaçı" MMC-nin xeyrinə.odənilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin MK-nın 08 aprel 2019-cu il tarixli qətnaməsi ilə (sədrlik edən E.Nəbiyev, hakimlər R.Qurbanov və A.Hüseyn) Yasamal Rayon Məhkəməsinin 28 noyabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Kassasiya şikayətinin dəlilləri: Cavabdeh kassasiya şikayəti ilə Azərbaycan Respublikası Ali Məhkəməsi MK-ya müraciət edərək şikayə tini onunla əsaslandırmışdır ki, iddiaçı "İddiaçı" MMC ilə onun arasında əvvəlcə 10 noyabr 2017-ci il tarixli, daha sonra isə 1 may 2018-ci il tarixli müqavilələr bağlanmışdır. Həmin müqavilələrə əsasən tərəflər ünvan 1 ünvanında yerləşən avtomobil təmiri və xidmət mərkəzinin müştərək şəkildə istifadə etməyi razılaşdırmışlar. Apellyasiya məhkəməsi yalnız 20 iyun 2018-ci il tarixdə imzalanmış borcun etirafı haqqında akta əsaslanaraq cavabdehin iddiaçıya 10.734,35 manat borcunun qalması nəticəsinə gəlmişdir. Halbuki cavabdeh həmin aktı məcburiyyət qarşısında imzalamışdır; çünki avtomobillərə texniki xidmət sahəsində üçüncü şəxslərə məxsus avtomobillər vardı və əgər həmin akt onun tərəfindən imzalanmasaydı, onda həmin avtomobillər iddiaçının həyətindən çıxarıla bilməyəcəkdi. Digər tərəfdən, t əqdim etdiyi sənədlərə və yazışmalara heç bir hüquqi qiymət verilməmişdir; halbuki həmin yazılı sübutlarla cavabdehin iddiaçıya hər hansı məbləğdə borcu olmadığı öz təsdiqini tapır. Bu səbəbdən də Bakı Apellyasiya Məhkəməsinin MK-nın 8 aprel 2019-cu il tarixli qətnaməsinin ləğv olunması və işin yenidən baxılmaq üçün həmin məhkəməyə göndərilməsi haqqında qərarın qəbulunu xahiş etmişdir. Hüquqi məsələlər: İddiaçı "İddiaçı" MMC Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsilə məhkəməyə müraciət edərək cavabdehdən iddiaçının xeyrinə 10.734,35 manat məbləğində pulun tutulması haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə mübahisə apellyasiya instansiyası məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. Məhkəmə kollegiyası izahatları dinləyib, kassasiya şikayətinin də lillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti təmin edilərək apellyasiya məhkəməsinin qətnaməsi ləğv olunmalı və iş yenidən baxılmaq üçün həmin məhkəməyə qaytarılmalıdır. İşin mübahisəsiz halları ondan ibarətdir ki, tərəflər arasında 10 noyabr 2017-ci il tarixdə 4 ay müddətinə Əməkdaşlıq müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən, iddiaçı ünvan 1 ünvanında yerləşən avtomobil təmiri və xidmət mərkəzini və avadanlıqlarını cavabdehin müştərək istifadəsinə verməyi, cavabdeh isə müqavilə əsasında razılaşdırılmış sahənin fəaliyyətinin səmərəli təşkilini öhdəsinə götürmüşdür. Daha sonra, yəni 1 may 2018-ci il tarixdə tərəflər arasında yeni Əməkdaşlıq müqaviləsi bağlanmışdır. Bu müqavilənin predmeti 10 noyabr 2017-ci il tarixli müqavilə ilə eyniyyət təşkil edir. 20 iyun 2018-ci il tarixd ə iddiaçının əməkdaşları və cavabdehin iştirakı ilə Borcun etiraf edilməsi haqqında akt tərtib edilmişdir. Həmin akta əsasən cavabdeh və X1un 51.429 manat borcu vardır. Apellyasiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, cavabdeh E. Sadıqovun adı çəkilən əməkdaşlıq müqavilələri üzrə ümumilikdə 51.429,5 manat borcu yaranmış, cavabdeh bunun bir qismini ödəmiş, iddia qaldırılan tarixə 10.734,35 manat borcu qalmışdır. Qalıq borc 20 iyun 2018-ci il tarixli borcun etirafına dair aktla təsdiqlənir. Məhkəmə kollegiyası aşağıda göstərilən əsaslara görə, apellyasiya məhkəməsinin gəldiyi nəticəni qanuni və əsaslı hesab etmir. Belə ki, apellyasiya məhkəməsi öz qətnaməsində borcun hansı müqavilə əsasında yarandığına açıqlıq gətirməmişdir. Qeyd edildiyi kimi, tərələr arasında eyni məzmunl u olsa da, iki ayrı əməkdaşlıq müqaviləsi bağlanmışdır. Hər iki müqavilə ayrıca hüquqi fakt olmaqla öhdəliyin əmələ gəlməsinin müstəqil əsası kimi çıxış edirlər. Ona görə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Eyni zamanda, apellyasiya məhkəməsinin gəldiyi nəticənin əsasında dayanan yeganə əsas - 20 iyun 2018-ci il tarixli borcun etiraf edilməsi barədə aktda da bu hal öz əksini tapmamışdır. Odur ki, təkrar apellyasiya baxışı zamanı borcun hansı müqavilə əsasında yarandığı dəqiq müəyyənləşdirilməlidir. Bundan əlavə, cavabdeh X1 birinci inst ansiya məhkəməsində verdiyi izahatında, habelə apellyasiya şikayətində adı çəkilən aktı məcburetmə nəticəsində bağladığını, iddiaçıya hər hansı məbləğdə borcunun olmadığını irəli sürmüş, bu etirazının əsasında dayanan sübutlar qismində elektron poçt yazışmalarını və bank hesabından çıxarışı təqdim etmişdir. Lakin apellyasiya məhkəməsi cavabdehin bu dəlillərinə heç bir hüquqi qiymət verməmişdir. Bu isə, cavabdehin məhkəmə təminatı hüququnun pozuntusu deməkdir. Ona görə ki, Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinin İ hissəsinə görə, hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında qeyd edilmişdir ki, milli məhkəmələr tərəfindən öz qərarlarını əsaslandırmaq tələbinə əməl olunm aması ədalətli məhkəmə araşdırması zamanı tərəflərin mövqelərinin bərabərlik prinsipi gözlənilməklə dinlənilməsinin sübuta yetirilməməsi ilə nəticələnir; ərizəçinin dəlillərinin apellyasiya instansiyası məhkəməsi tərəfindən rədd edildiyi və ya ümumiyyətlə nəzərə alınmadığı aydın olmadığından, məhkəmə tərəfindən belə dəlillərin rədd edilməsinə dair nəticənin əsaslandırılmamasını təsbit edir. (Hiro Balani İspaniyaya qarşı iş üzrə 9 dekabr 1994-cü il tarixli Qərar; Kuznetsov və digərləri Rusiyaya qarşı iş üzrə 21 yanvar 2007-ci il tarixli Qərar). (Konstitusiya Məhkəməsi Plenumunun G. Həsən-zadənin şikayəti üzrə 20 aprel 2015-ci il tarixli Qərarı; S. Nuriyev və H. Nuriyevanın şikayəti üzrə 12 iyul 2017-ci il tarixli Qərarı) Beləliklə, işə apellyasiya qaydasında təkrar baxılarkən cavabdehin i ddiaçıya olan borcu və ödədiyi pul məbləği dəqiq müəyyənləşdirilməli, 20 iyun 2018-ci il tarixli borcun etirafı haqqında aktda göstərilmiş məbləğin iddiaçıya ödənilib-ödənilmədiyinə hüquqi qiymət verilməlidir. Nəzərə alınmalıdır ki, borcun etirafı haqqında aktın mövcudluğu, işin hallarından asılı olaraq, cavabdehi aktda qeyd edilən borcun ödənildiyini sübut etmək imkanından məhrum etmir. MPM-in 88-ci maddəsinə görə, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Göründüyü kimi apellasiya instansiyası məhkəməsinin qətnaməsi prosessual hüquq normalarının pozuntusu ilə çıxarılmışdır və bu düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnmişdir. Azerbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 418.3-cü maddəsinə görə, prosessual hüquq normalarının pozulması və ya düzgün olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Şərh edilənləri və Azərbaycan Respublikası MPM-nin 416, 417, 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh kassasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin MK-nın 08 aprel 2019-cu il tarixli qətnaməsi ləğv edilsin. İş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-5692/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-5692/2019
13.09.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver