Məhkəmə qərarları › İş №2(102)-5696/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-5696/2019

11.09.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5696/2019 11.09.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Hacıyev Sənan Firudin oğlu (sədrlik edən və məruzəçi - hakim), ***, X1 ibarət tərkibdə, Qılıcova Sevda Mübariz qızının katibliyi ilə, iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun vəkili Məmmədov Azər Məhəbbət oğlunun, Cavabdeh və onun vəkili Məcidov Meybulla Həbi oğlunun iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 10.04.2019-cu il tarixli, 2(103)1673/2019 nömrəli qətnaməsindən iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fond unun kassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ləğv prosesində olan İddiaçı ASC məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, Cavabdeh 08 yanvar 2018-ci il tarixə kredit öhdəliyi üzrə 4100 manat əsas borcun, 1220.58 manat faiz borcunun, 2003.26 manat Konstitusiya Məhkəməsinin qərarına əsasən hesablanmış faiz borcunun, 3605.81 manat cərimə borcu olmaqla, cəmi 10930.45 (on min doqquz yüz otuz manat 45 qəpik) manat borcun və 30 manat dövlət rüsumunun İddiaçı ASC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş elmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-2125/2018 saylı 04 iyun 2018-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək, 28 iyul 2011-ci il tarixli 133 saylı kredit müqaviləsi üzrə yaranmış əsas kredit borcu üzrə 4100 manat, 1220.38 m anat faiz borcu, 100 manat cərimə borcu olmaqla, cəmi 5420.38 (beş min dörd yüz iyirmi manat 38 qəpik) manat pul və 30 manat məbləğində dövlət rüsumunun Cavabdeh ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə tutulması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 10.04.2019-cu il tarixli, 2(103)1673/2019 nömrəli qətnaməsi ilə cavabdehin apellyasiya şikayəti təmin edilmiş,Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 04 iyun 2019-cu il tarixli qətnaməsi ləğv edilmiş, iddia rədd edilmişdir. İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu və onun vəkili Məmmədov Azər Məhəbbət oğlu iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 10.04.2019-cu il tarixli qətnaməsindən kassasiya şikayəti vermişlər. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: İddi açı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu və onun vəkili Məmmədov Azər Məhəbbət oğlu iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 10.04.2019-cu il tarixli qətnaməsindən kassasiya şikayəti verərək, onun ləğv, iddianın təmin edilməsi barədə qərarın qəbul edilməsini xahiş etmişdirlər. Kassasiya şikayəti belə əsaslandırılmışdır ki, məhkəmə qətnamə qəbul edərkən cavabdeh tərəfindən əsası olmayan sözlərə əsaslanmışdır. Cavabdeh bildirir ki, müqavilə üzrə banka ödənişlər olmuşdursa da, bu ödənişlər onun tərəfindən edilməmişdir. Lakin bank tərəfindən təqdim olunan hesabdan çıxarışdan görünür ki, ödənişlər cavabdeh tərəfindən aparılmışdır. Ödənişlər cavabdeh tərəfindən aparılmasa belə Mülki Məcəllənin 431-ci maddəsinə əsasən üçüncü şəxs tərəfin dən öhdəliyin icrası qəbul olunur. PROSESSUAL MƏSƏLƏLƏR: Məhkəmə iclasında iştirak edən iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun vəkili Məmmədov Azər Məhəbbət oğlu kassasiya şikayətini müdafiə edərək onun təmin edilməsini, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv, iddianın təmin edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin vəkili Məcidov Meybulla Həbi oğlu kassasiya şikayətinə etiraz edərək onun təmin edilməməsini, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qərar qəbul olunmasını xahiş etmişdir. Cavabdeh vəkilinin dediklərinə uyğun izahat verdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya in stansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası qəbul etdiyi 10.04.2019-cu il tarixli qətnaməsi ilə cavabdehin apellyasiya şikayətini təmin edib, iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 04 iyun 2018-ci il tarixli qətnaməsini ləğv edib iddianı rədd edərkən haqlı olmuş, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş işin hallarından göründüyü kimi, Cavabdeh ilə İddiaçı ASC arasında bağlanmış 28 iyul 2011-ci il tarixli istehlak krediti müqaviləsinə əsasən İddiaçı ASC Cavabdeh 06 (altı) ay müddətinə illik 28%, vaxtı keçmiş ssud a borcu üzrə isə faiz dərəcəsi 56% həcmində müəyyəndirilməklə 4600 manat kredit verməyi, Cavabdeh isə İddiaçı ASC-dən həmin məbləğdə pulu qəbul etməyi, kredit və ona hesablanmış faizləri müqavilədə göstərilən müddətdə və qaydada ödəməyi barədə öhdəlik götürmüşdür. Kreditin təminatı “Santexquraşdırma” İdarəsinin rəhbərliyi tərəfindən verilmiş zəmanət məktubu olmuşdur. 07 fevral 2018-ci il tarixli maliyyə arayışına əsasən Cavabdeh banka əsas borcu 4100 manat, faiz borcu 1221.38 manat, Konstitusiya Məhkəməsinin qərarına əsasən hesablanmış faiz borcu 2003.26 manat, gecikmiş faiz borcu 3605.81 manat, cəmi 10930.45 manat borcu vardır. Birinci instansiya məhkəməsində cavabdeh tərəfindən son ödənişin – öhdəliyin icrasının 16.12.2016-cı il tarixdə edildiyi iddia edilmiş və məhkəmə bu səbəbdən iddia müddətinin ötürülmədiyi qənaətinə gəlmişdir. Məhkəmə-xətşünaslıq ekspertizasının 08 noyabr 2018-ci il tarixli 27694 saylı rəyinin nəticə hissəsindən görünür ki, ekspertizaya təqdim edilmiş, mülki işin 8-9-cu vərəqələrində olan İddiaçı ASC- nin “Binəqədi” filialı ilə Cavabdeh arasında bağlanmış 28 iyul 2011-ci il tarixli 133 saylı kredit müqaviləsinin 9-cu vərəqəsində “Borc alan tərəfdən” yazılarının aşağı hissəsində “İmza” qrafasınm üstündəki imza - Cavabdeh tərəfindən icra olunmuşdur. Daha sonra məhkəmə kollegiyası tərəfindən 18 dekabr 2018-ci il tarixdə əlavə məhkəmə-xətşünaslıq ekspertizası təyin edilmiş və ekspert qarşısında 28 iyul 2011-ci il tarixli kassa məxaric orderindəki “Cavabdeh” adı qarşısındakı imzanın Cavabdeh məxsusluğu və 16 dekabr 2016-cı il tarixdə 500 manat pulun ödə nilməsinə dair ödəniş qəbzindəki “Cavabdeh” adı qarşısındakı imzanın Cavabdeh tərəfindən icra edilməsi barədə suallar qoyulmuşdur. X3 22 yanvar 2019-cu il tarixli vəsatətinə əsasən məhkəmə tərəfindən ləğv prosesində olan İddiaçı ASC-dən 28 iyul 2011-ci il tarixli kassa məxaric orderi və 16 dekabr 2016-cı il tarixdə 500 manat pulun ödənilməsinə dair ödəniş qəbzi tələb edilsə də, ləğv prosesində olan İddiaçı ASC vəsatətdə qeyd edilən sənədlərin bankın arxiv şöbəsində aşkar edilməməsi səbəbindən vəsatəti icra etməmiş və 07 mart 2019-cu il tarixdə ekspertiza üçün zərəri olan sənədlərin təqdim edilməməsi səbəbindən məhkəmə ekspertizasının aparılmasında imtina edilmişdir. İşdən göründüyü kimi, tərəflər arasında kredit müqaviləsindən irəli gələn öhdəlik münasibətləri yaranmış, bankın borcludan mü qavilələr üzrə müəyyənləşdirilmiş öhdəlikləri tələb etmək hüququ yaranmış, cavabdeh isə müqavilə üzrə öhdəlikləri yerinə yetirməmişdir. Cavabdeh müqavilə üzrə öhdəlikləri yerinə yetirməməsinə görə cavabdehin bank qarşısında müqavilədən irəli gələn öhdəliyi icra etmək üzrə mülki hüquqi məsuliyyəti yaranmış, lakin öhdəlik icra edilməməsinə görə iddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsi iş üzrə yekun qərar qəbul edərkən yanlış olaraq belə nəticəyə gəlmişdir ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 28 iyul 2011-ci il tarixli 133 saylı kredit müqaviləsinə əsasən, cavabdehin banka əsas kredit məbləği üzrə 4100 manat, 1220,38 manat faiz borcu, 2003,26 manat Konstitusiya Məhkəməsinin qərar ına əsasən hesablanmış faiz borcu, 3605,81 manat cərimə borcu olmaqla, cəmi 10930,45 manat borcu yaranmış və Cavabdeh 28 iyul 2011-ci il tarixli 133 saylı kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəlikləri lazımınca yerinə yetirmədiyindən borcun ödənilməsi barədə iddia qismən təmin edilməli, Cavabdeh ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə 08 yanvar 2018-ci il tarixə kredit öhdəliyi üzrə 4100 manat əsas borc, 1220,38 manat faiz borcu, 100 manat cərimə borcu olmaqla, cəmi 5420,58 manat tutulmalı, iddia tələbi qalan hissədə təmil edilməməlidir. Apellyasiya instansiyası məhkəməsi bununla bağlı qeyd etmişdir ki, iddiaçı cavabdehlə bağlanmış 28 iyul 2011-ci il tarixli kredit müqaviləsi üzrə sonuncu dəfə 16.12.2016-cı il tarixdə ödənişin edildiyini bildirsə də, bu barədə bankın kassasına məbləğin mədaxil edilməsini təsdiq edən kassa mədaxil qəbzini isə təqdim edə bilməmişdir. Halbuki, Azərbaycan Respublikasının kredit təşkilatlarında kassa əməliyyatlarının aparılması və qiymətlilərin inkassasiyasının təşkili” Qaydalarının tələblərinə əsasən nağd pulun mədaxili “nağd pulun mədaxili üçün elan”a (forması Qaydalara əlavə edilmişdir) əsasən həyata keçirilir. Başqa sözlə, ödənişinin reallıqda həyata keçirilməsini təsdiq edən əsas sənəd məhz mədaxil qəbzidir. İddiaçıdan həmin sənədlər tələb edilməsinə baxmayaraq, bu sənədlərin bankın arxivində mövcud olmaması səbəbindən təqdim edilməsi mümkün olmamışdır. Məhkəmə bu halı, habelə cavabdehin 16.12.2016-cı il tarixdə ödəniş etməməsi barədə mövqeyini nəzərə alıb, belə qənaətə gəlir ki, cavabdeh tərəfindən 16.12.2016-cı il tarixdə hər hansı məbləğdə ödəniş edilməmişdir. Belə ki, iddiaçı bu ödənişin köçürmə və ya nağd ödəmə şəklində, habelə kimin tərəfindən aparılması barədə məhkəməyə hər hansı məlumat verə bilməmişdir. Belə olan halda, mövcud müqavilə üzrə ümumiyyətlə ödənişin aparılması halı sübut olunmur. Bu səbəbdən də iddia müddətinin axımının 28 yanvar 2012-ci il tarixdə başladığı əsas götürüldükdə bu müddət 28 yanvar 2015-ci il tarixdə bitmişdir. İddiaçı da bu münasibətlərindən yaranan mübahisələr üzrə müəyyən edilmiş 3 illik tələb etmə müddəti ərzində öhdəliyin icrasını tələb etmə hüququndan istifadə etməmiş və hazırki iddia ilə məhkəməyə 13.04.2018-ci il tarixdə müraciət edərək, hüquqi nəticə etibarı ilə iddia müddətini ötürmüşdür. Cavabdeh hazırki mülki iş üzrə apellyasiya şikayəti ilə birlikdə iddia müddətin in tətbiqi barədə ərizə də vermişdir. Bu səbəbdən məhkəmə kollegiyası düzgün olaraq hesab etmişdir ki, cavabdehin iddia müddətinin tətbiq edilməsi barədə ərizəsi əsaslıdır. Mülki hüquqda iddia müddətləri institutu mülki dövriyyənin iştirakçılarını intizamlandırmaq, onlara məxsus olan hüquqların həyata keçirilməsi və vəzifələrin yerinə yetirilməsi üçün onların fəallığını təşviq etmək məqsədinə yönəlmişdir. İddia müddətləri əhəmiyyətli dərəcədə mülki hüquq münasibətləri iştirakçılarının vəzifələrinin yerinə yetirilməsi üzərində ciddi qarşılıqlı nəzarətə əməl edilməsi zərurəti yaradır. İddia müddətləri institutunun tətbiq edilməsi zərurəti həmçinin belə bir mühüm halla əsaslandırılır ki, mülki mübahisələrə məhkəmə tərəfindən baxılması hər zaman iş üzrə obyektiv həqiqətin müəyyən edilməsi ilə əlaqədardır. Qeyri-müəyyən uzun müddətin keçməsi həqiqətə nail olmağı çətinləşdirir, bəzən isə hətta bu imkanı istisna edir. Belə ki, sübutlar itirilə bilər və ya onların mötəbərliyi kifayət qədər şübhəli hala gələ bilər, bunlar da öz növbəsində məhkəmə orqanlarının işin bütün faktiki hallarının aydınlaşdırılmasına və düzgün qərar çıxarılmasına yönəlmiş fəaliyyətini ciddi surətdə çətinləşdirə bilər. Maddi hüquq normalar yoxlanılarkən kassasiya kollegiyası belə nəticəyə gəlmişdir ki, apellyasiya məhkəməsi iddianın qanuni əsaslarını düzgün müəyyən etmişdir. Belə ki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin (bundan sonra – Avropa Məhkəməsi) “Miraqall Eskolano və digərlərinin İspaniyaya qarşı” iş üzrə 28 oktyabr 1998ci il tarixli qərarında qeyd edilmişdir ki, “atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar. Lakin sözügedən qaydalar və ya onların tətbiqi tərəflərin əlçatan vasitədən istifadə etməsinin qarşısını almamalıdır” (§ 45 ). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 03 iyun 2013-cü il tarixli qərarına əsasən kredit münasibətlərindən yaranan mübahisələrə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsində nəzərdə tutulan üç illik iddia müddəti tətbi q edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci və 377.2ci maddələrinin mənasına görə iddia müddətinin axımı kredit müqaviləsində müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddəti bitdikdə başlanır. Ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasib ətinə uyğun əsaslandırılmalıdır (MPM-in 9.1, 9.3, 88, 217.1 və 217.3-cü maddələri). Bundan əlavə, işə cavabdehin iştirakı olmadan baxılması barədə apellyasiya şikayətindəki dəlillərlə məhkəmə kollegiyası razılaşmamışdır. Belə ki, cavabdehin rəsmi qaydada qeydiyyatda olduğu ünvana məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məhkəmə bildirişləri göndərilmişdir. Bununla da birinci instansiya məhkəməsi haqlı olaraq Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblər in məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarından göründüyü kimi, Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin keçirdiyi ekspertiza tədqiqatının dəyəri 124 manat təşkil edir. Apellyasiya instansiyası məhkəməsi düzgün olaraq hesab etmişdir ki, iş üzrə cavabdehin vəsatəti əsasında 28 iyul 2011-ci il tarixli müqavilədəki imzanın həqiqiliyinin müəyyən edilməsi ilə bağlı keçirilmiş məhkəmə-xətşünaslıq ekspertizasının dəyərini təşkil edən 124 manat məbləğində pul cavabdehdən tutularaq Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməli, iddiaçı tərəfindən məhkəməyə iddia ilə müraciət edilməsi məqsədilə ödənilmiş 30 manat dövlət rüsumu isə iddia rədd edildiyi üçün iddiaçının özünə aid edilməlidir. Kassasiya kollegiyası, apellyasiya instans iyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, hazırkıişinfaktikihallarını tam, hərtərəflivəobyektivaraşdırmış vətərəflərarasındakımübahisəninhəlliüçüntətbiqedilməliolanmaddivəprosessualhüquqnorm alarınıdüzgüntətbiqetmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Kassasiya şikayətinin dəlilləri əsassızdır, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas deyildir. Kassasiya şikayətinin sonuncu ödənişin nəzərə alınmalı olması ilə bağlı dəlilinə dair kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi düzgün olaraq həmin ödənişin edilməsi üzrə sübut etmə yükünün MPM-in 77.1-ci maddəsinə əsasən iddiaçının üzərində olmasını bildirməklə, buna dair sübutların təqdim edilməməsi əsası ilə iddia müddətinin ötürülməsi qənaətinə g əlmişdir. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 10.04.2019-cu il tarixli, 2(103)-1673/2019 nömrəli qətnaməsi dəyişiklik edilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar