Məhkəmə qərarları › İş №2(102)-5697/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-5697/2020

16.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5697/2020 16.11.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Ləğv Prosesində olan “Bank Standard” Kommersiya Bankının Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: kredit borcunun tutulması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (sədrlik edən və məruzəçi), X2 və X1 ibarət tərkibdə, Novruzova Ülviyyə Alim qızının katibliyi, İddiaçının vəkili Vəkil iştirakı ilə, Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(106)-1170/2020 nömrəli iş üzrə xx xxxx 2020-ci il tarixli qətnaməsindən iddiaçı Ləğv Prosesində olan “Bank Standard” Kommersiya Bankının ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə xx xxxxxx 2020-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları xx xxxxxx 2013-cü il tarixli Ləğv Prossesində olan QSC «Bank Standard» KB (bundan sonra – iddiaçı və ya bank) ilə Cavabdeh (bundan sonra – cavabdeh) arasında bağlanmış 1xx/xx/48639/13 saylı kredit müqaviləsinə əsasən cavabdehə iddiaçı təşkilat tərəfindən illik faiz dərəcəsi 25% olmaqla 36 ay müddətinə 10000 manat məbləğində kredit verilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdehə qarşı iddia tələbi ilə məhkəməyə müraciət edərək cavabdehdən 9999,42 manat məbləğində əsas, 2879,48 manat məbləğində faiz, 6849,83 manat cərimə və 1485,91 manat gecikdirilmiş vaxt üçün hasablanmış faiz məbləği, cəmi 21214,64 manat məbləğində borcun və ödənilmiş dövlət rüsumuna görə 30 manat tutularaq iddiaçı Banka ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh müqaviləni lazımınca icra etməmiş, banka kredit müqaviləsi üzrə 9999,42 manat məbləğində əsas, 2879.48 manat məbləğində faiz, 6849,83 manat cərimə və 1485,.91 manat gecikdirilmiş vaxt üçün hasablanmış faiz məbləği, cəmi 21214,64 manat məbləğində borcu yaranmışdır. İddiaçının təqdim etidyi xx.xx.2019-cu il tarixli maliyyə arayışından görünür ki, cavabdehin xx.xx.2019-cu il tarixə banka cəmi 21214,64 manat borcu vardır. Cavabdehə ünvanlanmış xx xxxxxx 2019-cu il tarixli, **********947 saylı xəbərdarlıq məktubundan görünür ki, ona 3 gün müddətində kr edit müqaviləsi üzrə öhdəliklərini icra etmədiyi təqdirdə müqavilənin və qanunvericiliyin şərtlərinə uyğun olaraq borcun qaytarılması tələbi ilə məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq olunmuşdur. Lənkəran Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) xx xxxxxx 2020-ci il tarixli, 2(049)-416/2020 saylı qətnaməsi ilə (hakim Toğrul Məmmədov) iddia tələbi qismən təmin edilərək cavabdehdən 9999,42 manat məbləğində əsas, 2879,48 manat məbləğində faiz, 500 manat cərimə, cəmi 13378,9 manat məbləğində borcun və ödənilmiş dövlət rüsumuna görə 30 manat tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir. İddiaçı tərəfindən qətnamədən apelyasiya şikayəti verilərək qətnamənin qismən ləğv edilməsi və iddia tələbinin tam təmin edilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Cavabdeh iddia tələbinin təmin edilən hissəsində qətnaməni mübahisələndirməmişdir. b) Apelyasiya instansiyası məhkəməsində icraat Şirvan Apelyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər – Nüsrət Mirzəyev - sədrlik edən və məruzəçi, Qəzənfər Kərimov, Zəki Babayev) xx xxxx 2020-ci il tarixli qətnaməsi ilə apelyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Mübahisələndirilən hissədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşan apelyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddia tələbi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə istinad edilərək tələb olunan gecikdirilmiş günlər üçün 5 faiz olmaqla 1485,91 manatın və cərimə üzrə 6849,83 manat borcun tutulması hissədə əsassızdır. Qeyd edilən hissədə iddia tələbini rədd edən birinci instansiya məhkəməsi iş üzrə düzgün nəticəyə gəlmişdir. Apelyasiya instansiyası məhkəməsi bununla bağlı qeyd etmişdir ki, bank 1 saylı Bakı İnzibatiİqtisadi Məhkəməsinin xx xxxxxxx 2016-cı il tarixli, 2-1(081)-4498/2016 saylı qərarına əsasən müflis hesab edildiyindən bank fəaliyyətini həyata keçirməmiş və bu səbəbdən iddiaçı təşkilatın gecikdirilmiş günlər üçün 5 faiz olmaqla 1485,91 manat faiz borcuna dair iddia tələbinin təmin edilməsi əsaslı hesab edilə bilməz. Cərimə borcunun azaldılması ilə bağlı hissədə məhkəmə qeyd etmişdir ki, tərəflər arasında bağlanmış xx.xx.2013-cü il tarixli kredit müqaviləsinin şərtlərinə görə, gecikdirilən borc məbləğinə cərimə kimi illik 42% hesablanması nəzərdə tutulmuş və iddiaçı bank da kredit müqaviləsinin qeyd olunan müddəasına əsaslanaraq cavabdehə 6849,83 manat məbləğində cərimə hesablamışdır. Birinci instansiya məhkəməsinin kreditorun həm əmlak mənafelərini, həm də bütün əsaslı mənafelərini nəzərə alaraq cərimə borcunun 500 manat miqdarında müəyyən edilməsi barədə gəldiyi nəticə qanuni və əsaslı olmuşdur. Şərh olunanlara əsasən apelyasiya instansiyası məhkəməsi belə nəticəyə gəlmişdir ki,, birinci instansiya məhkəməsinin mübahisələndirilən hissədə gəldiyi nəticələr işin həqiqi hallarına uyğun gəlir və maddi və prosessual hüquq normaları birinci instansiya məhkəməsi tərəfindən düzgün tətbiq edilmiş, eləcə də işin bütün faktiki halları tam araşdırılmışdır. Apelyasiya şikayətinin dəlillərini formal mülahizələrdən ibarətdir, əsaslandırılmamışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri İddiaçı (Vəkil) kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin cərimə və gecikdirilmiş 5 faiz borcu hissədə rədd edilməsi hissədə ləğv edilməsini və həmin hissədə iddia tələbinin təmin edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Məzmunu apellyasiya şikayətinin məzmunu ilə eyni olan kassasiya şikayətində əlavə olaraq qeyd edilmişdir ki, apellyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarının tələblərini pozmuş, maddi və prosessual hüquq normalarının hazırki mübahisəyə düzgün tədbiq edilməməsi nəticəsində qanunsuz və əsassız qətnamə qəbul edilmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə etiraz daxil olmamışdır. c) Məhkəmə i craatı iştirakçılarının izahatları İddiaçının vəkili məhkəmə kollegiyasının iclasında kassasiya şikayətinin məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə cavabdeh gəlmədiyi üçün və gəlməməyinin səbəbləri barədə məlumat vermədiyindən məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə

739. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn pul ödəməli, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 442 Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 445.1. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyü nün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Maddə

467. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Maddə

416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələ lərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Birinci instansiya məhkəməsinin qətnaməsindən yalnız iddiaçı apelyasiya şikayəti vermiş, qətnaməni iddia tələbinin rədd edilən hissə lərini mübahisələndirmişdir. Cavabdeh isə qətnamədən apelyasiya şikayəti verməmişdir. Hazırkı kassasiya şikayətində qətnamə iş üzrə iddiaçı tərəfindən tam mübahisələndirildiyindən və apelyasiya instansiyası məhkəməsinin aktının ləğvi xahiş edildiyindən həmin məhkəmə aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. İddiaçının apellyasiya şikayəti ndə göstərdiyi dəlillərlə kassasiya şikayətində göstərilən dəlillərin eyni olduğunu, apellyasiya instansiya məhkəməsi tərəfindən iddiaçının göstərdiyi dəlillərə hüquqi qiymət verildiyini nəzərə alaraq kollegiya hesab edir ki, maddi və həmçinin prosessual hüquq normalarının tətbiqi ilə bağlı kassasiya şikayətinin dəlillərinə ayrıca qiymət verilməsi və apellyasiya instansiyası məhkəməsinin qətnaməsində göstərilənlərin təkrarlanmasına zərurət yoxdur. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı Ləğv Prosesində olan “Bank St andard” Kommersiya Bankının ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(106)-1170/2020 nömrəli iş üzrə xx xxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir. Ali Məhkəmənin hakimi Əhməd Nurməmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar