Məhkəmə qərarları › İş №2(102)-570/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-570/2020

31.01.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-570/2020 31.01.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakim İbayev Vəfaddin Ələm oğlunun sədrliyi və məruzəsi, hakimlər Kalbalıyev Aslan Kalbalı oğlu və Əliyev Ələsgər Əliabbas oğlundan ibarət tərkibdə, Cumazadə Ceyhun Rizvan oğlunun katibliyi ilə, iddiaçı Ləğv prosesində olan “xxxx” Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Siğortalanması Fondunun vəkili Məmmədov Azər Məhəbbət oğlunun, Cavabdeh1 iştirakları ilə, ləğv prosesində olan «xxxx» Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 20 avqust 2019-cu il ta rixli qətnaməsindən verdiyi kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Ləğv prosesində olan «xxxx» Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 20 avqust 2019-cu il tarixli qətnaməsindən kassasiya şikayəti verərək, qətnamənin dəyişdirilərək, cavabdehdən faiz borcu məbləğinin müqavilə müddəti üçün hesablanmış faiz borcunun 20353.70 ABŞ dolları, gecikdirilmiş faiz borcunun 934.96 ABŞ dolları məbləğində müəyyən edilməsinə, qalan hissədə dəyişdirilmədən saxlanılmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. İşin halları: İddiaçı ləğv prosesində olan «xxxx» Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu Cavabdeh1 və Cavabdeh2 qarşı «kredit, ona hesablanmış faizlərin qaytarılması, tələb in ipoteka predmetinə yönəldilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Binəqədi rayon məhkəməsinin 21 may 2019-cu il tarixli qətnaməsi ilə (hakim F.Qasımov, iş № 2(001)-169/2019) iddia qismən təmin olunmuş, Cavabdeh1 bankla bağladığı 16 sentyabr 2015-ci il tarixli, İKM 01 saylı kredit müqaviləsi üzrə 28478,49 ABŞ dolları məbləğində əsas, 11157 ABŞ dolları məbləğində faiz borcu olmaqla ümumilikdə 39632,49 ABŞ dolları məbləğində pul vəsaitinin ödəniş anında Azərbaycan manatına olan məzənnə ilə tutularaq iddiaçıya ödənilməsi, 16 sentyabr 2015-ci il tarixli ipoteka müqaviləsinə əsasən Cavabdeh2 məxsus, ipoteka ilə yüklü edilmiş Bakı şəhəri, ünvan 1 ünvanında yerləşən mənzilinə tutma yönəldilməsi, mənzilin ilkin satış qiymətinin 67000 manat müəyyən olunma qla həmin mənzilin açıq hərracdan satılması və satışdan əldə olunan vəsait hesabına Cavabdeh1 İddiaçı-yə olan 39632,49 ABŞ dolları məbləğində borcunun ödənilməsinin təmin edilməsi, satışdan əldə olunan vəsait borcun ödənilməsi üçün kifayət etmədikdə qalıq məbləğin Cavabdeh1 ümumi qaydada tutulması, ipoteka qoyulmuş mənzilinə tutma yönəldikdən və satıldıqdan sonra 1 ay ərzində Cavabdeh1 həmin evdən istifadə hüququna xitam verilməsi və evin boşaldılması, iddianın qalan hissədə rədd edilməsi dövlət rüsumu kimi ödənilmiş vəsaitin əvəzi qismində 29manat məbləğində pul vəsaitinincavabdehlərdən tutularaq iddiaçıya ödənilməsi qət olunmuşdur. Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 20 avqust 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər R.Eyvazov (məruzəçi), Z.Əliyev, F.Talışinski, iş № 2(103)1 0683/2019) ləğv prosesində olan «xxxx» Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun apelyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Binəqədi rayon məhkəməsinin 21 may 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Kassasiya şikayətinin dəlilləri: Ləğv prosesində olan «xxxx» Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu kassasiya şikayətini onunla əsaslandırmışdır ki, işə baxarkən apelyasiya instansiyası məhkəməsi maddi və prosessual qanun pozuntularına yol vermişdir. Ona görə də, Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 20 avqust 2019-cu il tarixli qətnaməsinin dəyişdirilərək, cavabdehdən faiz borcu məbləğinin müqavilə müddəti üçün hesablanmış faiz borcunun 20353.70 ABŞ dolları, gecikdirilmiş faiz borcunun 934.96 ABŞ dolları məbləğində müəyyən edilməsinə, qalan hissədə dəyişdirilmədən saxlanılmasına dair qərar qəbul edilməsini xahiş edir. Kassasiya şikayətinə qarşı verilmiş etiraz: Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə iclasında iştirak edənlərin izahatları: Ləğv prosesində olan “xxxx” Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Siğortalanması Fondunun vəkili Məmmədov Azər Məhəbbət oğlu izahatında göstərmişdir ki, işə baxarkən apelyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmiş, prosessual qanun pozuntularına yol vermişdir. Ona görə də, Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 20 avqust 2019-cu il tarixli qətnaməsinin dəyişdirilərək, cavabdehdən faiz borcu məbləğinin müqavilə müddəti üçün hesablanmış faiz borcunun 20353.70 ABŞ dolları, gecikdirilmiş faiz borcunun 934.96 ABŞ dolları məbləğində müəyyən edilməsinə qalan hissədə dəyişdirilmədən saxlanılmasına dair qərar qəbul edilməsini, kassasiya şikayətinin təmin edilməsini xahiş edir. Məhkəmə iclasında vəkilsiz iştirak etdiyinə görə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 67-ci maddəsinin tələbinə müvafiq olaraq Cavabdeh1 izahatı dinlənilməmişdir. Digər şəxslər məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə müvafiq olaraq kassasiya instansiyası məhkəməsi apellyasiya instansiya məhkəməsi tərəfindən mad di və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yalnız maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlayır. Kassasiya instansiyası tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual normaları düzgün tətbiq edib-etməməsini yoxlayarkən, hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması vacibdir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyənləşdirilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması hesab olunmamalıdır. Qeyd etmək lazımdır ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələ blərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. Apelyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki, iddiaçı bankla ilə Cavabdeh1 arasında 16 sentyabr 2015-ci il tarixli, İKM 01 saylı kredit müqaviləsinin bağlanması, bank tərəfindən sonuncuya 36 ay müddətinə illik 25 faiz hesablanmaq şərti ilə 30000 ABŞ dolları məbləğində kredit verilməsi, kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrasının təmini məqsədi ilə bankla Cavabdeh2 arasında 16 sentyabr 2015-ci il tarixli ipoteka müqaviləsinin bağlanması, nəticədə sonuncuya məxsus Bakı şəhəri, ünvan 1 ünvanında yerləşən mənzilin bank qarşısında ipoteka ilə yüklü edilməsi, öhdəliyin lazımınca icra olunmaması işin mübahisə olunmay an hallarıdır. İddiaçı iddia ərizəsində 11157 ABŞ dolları məbləğində faiz borcu tələb etmiş, iddiasını sonradan dəyişdirməmiş, bununla bağlı birinci instansiya məhkəməsinə MPM-nın 53-cü maddəsinin tələblərinə uyğun yazılı ərizə təqdim etməmişdir. Birinciinstansiyaməhkəməsiiddiaçınınhəmintələbinitamtəminetmişdir. Apelyasiya instansiyası məhkəməsi mübahisəli hüquq münasibətinə maddi hüquq normalarının tətbiq edilməsi ilə əlaqədar aşağıdakıları qeyd etmişdir: “Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra, MM) 739-cu maddəsinin tələbinə görə borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya e yni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. MM-nin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. MM-nin 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilmə si) başa düşülür.” Ləğv prosesində olan «xxxx» Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu kassasiya şikayətində apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsinin əsası kimi aşağıdakılara istinad etmişdir: “Qətnamə faiz borcunun azaldılması hissəsində qanunsuz və əsassız olduğuna görə aşağıdakı əsaslarla ləğv edilərək, faiz borcunun tam təmin edilməsinə dair yeni qətnamə qəbul edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair 24 dekabr 2014-cü il tarixli qərarında kredit müddəti ilə kredit müqaviləsinin qüvvədə olma müddəti ayırd edilməklə qeyd edilmişdir ki, kredit müqaviləsinin qüvvədə olma mü ddəti belə müqavilənin bağlanma və öhdəliklərin tam icra edilməsi anını, kreditin (əsas məbləğ və faizlər) müddəti isə kreditin alınmasın və müvafiq ödənişlərin müddətini əhatə edir. Hüquqi təbiətinə görə isə kredit müqaviləsinin müddəti tərəflərin hüquq və vəzifələrinin yaranmasının, dəyişdirilməsinin və ona xitam verilməsinin vaxtını tənzimlədiyi halda, kredit müddəti kredit müqaviləsində müəyyənləşdirilmiş öhdəliklərin icra edilməsinin vaxtını tənzimləyir. Qərarda həmçinin göstərilmişdir ki, kreditorla borclu arasında kredit münasibətləri müqavilə ilə tənzimləndiyindən, kreditin peşəkarlıq qaydasında verilməsi ilə kredit təşkilatları məşğul olduğundan və kreditin predmeti kimi xüsusi likvid aktiv (pul) çıxış etdiyindən kreditin vaxtında qaytarılmaması ilə bağlı borclunun gecikdirmə faiz lərinin ödənilməsi üzrə öhdəlikləri kredit müqaviləsində nəzərdə tutula bilər. Göründüyü kimi Konstitusiya Məhkəməsi Plenumunun qərarında kredit müddəti ilə kredit müqaviləsinin qüvvədə olma müddəti ayırd edilərək, kredit müqaviləsinin qüvvədə olduğu halda belə kredit müddətinin bitməsindən sonra da eyni faiz dərəcəsi ilə gecikdirilmiş faizlərin hesablanması imkanını - yalnız müqavilədə bu şəkildə şərtin nəzərdə tutulması ilə şərtləndirilmişdir. Hazırkı iş üzrə İddiaçı ilə Cavabdeh1 arasında bağlanmış kredit müqaviləsində belə bir şərt nəzərdə tutulmuşdur. Konstitusiya Məhkəməsi Plenumunun qərarında müqavilədə bu kimi şərtin nəzərdə tutulmadığı halda isə, bu şəkildə faizlərin, buna dair zəruri sübutların təqdim edildiyi halda, yalnız öhdəliklərin icra edilməməsinə görə kreditora vurulmuş z ərər qismində tutulmasını mümkün hesab etmişdir. Belə ki, qərarda göstərilmişdir ki, müqavilənin qüvvədə olma müddətinin bitməsinə baxmayaraq, müqavilə tərəflərin qarşılıqlı hüquqi bağlılığı davam edir və Mülki Məcəllənin 339.4-cü maddəsinə əsasən müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəfləri müqavilənin həmin müddət qurtarana qədər yol verilmiş pozulmasına görə məsuliyyətdən azad etmir.” Məhkəmə kollegiyası mülki işin materiallarını və kassasiya şikayətinin dəlillərini araşdırıb aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Mülki işin 163-cü səhifəsinə əlavə edilmiş iddiaçının 15 may 2019-cu il tarixli məktubu ilə müəyyən edilir ki, iddiaçı 13 may 2019-cu il tarixə tələblərinin artaraq cəmi 53.577.24 (əlli üç min beş yüz yemiş yeddi) ABŞ dolları (iyirmi dörd) sent olmasını göstə rərək məhkəməyə müraciət etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiyası məhkəməsi həmin məktubu iddia tələbinin həcminin artırılması kimi qəbul etməli və ya ən azından həmin məsələni iddiaçı tərəfin iştirakı ilə müzakirə etməli idi. Birinci instansiyası məhkəməsinin qətnaməsi ilə cavabdehdən faiz borcu 27.07.2017-ci il tarixə kimi hesablanaraq tutulmuşdur. Halbuki tərəflər arasında müqavilə 16 sentyabr 2015-ci il tarixdə 36 ay, yəni üç il müddətinə bağlanmaqla, kreditin müddəti 16 sentyabr 2018-ci tarixdə bitir. Belə olan halda iddiaçının həmin tarixə kimi verilmiş kreditə görə faizlər tələb etmək hüququ olmuşdur. Ona görə də Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlilləri ilə razılaşaraq hesab edir ki, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi faiz borcun hes ablanması hissəsində ləğv edilib həmin hissədə yeni apelyasiya baxışına qaytarılmalıdır. Kassasiya şikayətinə baxılmasının nəticələri: Məhkəmə Kollegiyası hesab edir ki, mülki işə baxıldıqda hüquq normaları düzgün tətbiq olunmamış, qətnamənin qismən ləğvi üçün əsas olan prosessual qanun pozuntularına yol verilmişdir. Kassasiya şikayətinin dəlilləri Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 20 avqust 2019-cu il tarixli qətnaməsinin qismən ləğv edilməsi üçün əsas hesab edilir. Yuxarıda şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-419-cu maddələrini rəhbər tutaraq Məhkəmə Kollegiyası QƏRARA ALİR: Kassasiya şikayəti təmin edilsin. Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 20 avqust 2019-cu il tarixli qətnaməsi faiz borcun hesablanması hiss əsində ləğv edilib, mülki iş həmin hissədə yeni apelyasiya baxışına qaytarılsın. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar