Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5701/2021 19.10.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər X1 və Cavabdeh1 qarşı iş üzrə QƏRARİ iş № 2(102)-5701/21 (Açar sözlər: lombard müqaviləsinin etibarsız hesab edilməsi, girov əmlakın və artıq ödənilmiş pulun qaytarılması) Bakı şəhəri, 19 oktyabr 2021-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının hakimləri Əhmədova Mehparə Tofiq qızı (sədrlik edən və məruzəçi), Əliyev Ələsgər Əliabbas oğlu və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, Əliyeva Tutu Nazim qızının katibliyi, Cavabdeh1 və vəkili Vəkil1 iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-1756/2021 nömrəli iş üzrə 12 fevral 2021-ci il tarixli qətnaməsindən İddiaçı (vəkil) İddiaçı tərəfindən verilmiş kasasiya şikayəti üzrə işə 19 oktyabr 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “müqavilənin etibarsız hesab edilməsi, girov əmlakın və artıq ödənilmiş pulun geri qaytarılması” tələbinə dair dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X3 tərəfindən doldurulmuş, X2 adına olan 02 sentyabr 2017-ci il tarixli ƏİX № 058368 saylı Girov bileti ilə rəsmiləşdirilmiş, Məhkəmədən VÖEN ********** olan Cavabdeh2 adına olan möhürlə təsdiq edilmiş lombard kredit müqaviləsinin etibarsız hesab edilməsi, həmin girov bileti əsasında götürülmüş 12465 ABŞ dollarının cavabdehə geri qaytarılmış hesab edilməs i, girov qoyulmuş 583-585 qarışıq əyarlı 503 qram qızılın, artıq ödənilmiş 708 ABŞ dollarını və dövlət rüsumu kimi ödədiyi 30 manatın cavabdehlərdən, xx.xx.1976-cı ildə Bakı şəhərində doğulmuş Cavabdeh1 və xx.xx.1979-cu ildə Bakı şəhərində doğulmuş Cavabdeh2 alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmidir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, Bakı şəhərində yerləşən lombardlardan birindən qızıl girov qoyaraq pul götürmək istəmişdir. Bunun üçün əvvəllər tanıdığı Bakı şəhər sakini Cavabdeh1 adlı şəxsə müraciət etmişdir. Həmin şəxs ona onun lombardı olduğunu və o girov müqabilində pul verə biləcəyini bildirdi. O, Rlə lombardda görüşüb, 503 qram çəkidə olan qızılları ona göstərmi ş və həmin qızılı 13465 ABŞ dolları dəyərində qiymətləndirmişlər və aylıq 22 faiz olmaqla 12465 ABŞ dollar kredit götürmüşdür. Aralarında olan razılığa görə o, hər ay həm faizi, həm də əsas məbləğdən müəyyən məbləğ ödəməli idi. İlkin olaraq o, 550 ABŞ dollarını həmin gün ödəmişdir. Onlar həmin borcu Girov bileti ilə rəsmiləşdirmişlər. Həmin girov biletini Cavabdeh1 doldurmuş, o da imza etmiş, lakin R imzalamadı və möhürlə təsdiq etdi. Həmin borc məbləğinə görə 13.173 ABŞ dolları ödəmişdir. Lakin arada bir müddət imkansızlıqdan həmin pulu ödəyə bilməmiş və R onun ödədiyi pulların bir hissəsini faizə tutmuşdur. O da Rə həmin faizləri ödənişə daxil etməsini, qalan pulu ödəyib qızılları çıxarmağını deməyinə rəğmən R onunla razılaşmadı. Onda o, məcburiyyət qarşısında qalaraq məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Sənədləri nəzərdən keçirərkən ona məlum oldu ki, pulu Cavabdeh1 götürsə də, həmin pulu rəsmiləşdirdiyi 02 sentyabr 2017-ci il tarixli girov bileti VÖEN ********** olan X2 adına olsa da, girov biletinin üzərində olan möhür VÖEN ********** olan Cavabdeh2 adınadır. Həmin borca görə ödədiyi faizlərə və əsas məbləğə görə verilən qəbzlərə də baxanda qəbzlərin VÖEN ********** X2 adına olmasına baxmayaraq, üzərinə VÖEN ********** Cavabdeh2 yazılmış möhür vurulmuşdur. O, nə X4, nə də Cavabdeh2 tanıyır, onları görməmişdir. Həmin vaxt başa düşdü ki, Cavabdeh1 özünə məxsus pulu faizlə ona verib və girov bileti ilə rəsmiləşdirib. Bildirir ki, girov biletinin üzərində adı qeyd olunan X2 adında olan VÖEN ********** aktiv deyil. İş materiallarına əlavə edilmiş X2 adına olan 02 se ntyabr 2017-ci il tarixli ƏİX “ 058368 saylı Girov Bileti ilə 12456 ABŞ dolları borc rəsmiləşdirilmişdir. Həmin lombard bileti imzalanmayıb və başqa sahibkar VÖEN ********** olan Cavabdeh2 adına olan möhürlə rəsmiləşdirilmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 09 oktyabr 2020-ci il tarixli 2(005)-1365/2020 nömrəli qətnaməsi ilə (hakim – Solmaz Ədilova) iddia tələbinin rədd edilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi qənaətini onunla əsaslandırmışdır ki, iddiaçı mübahisələndirdiyi girov bileti imzalanan zaman ehtimal olunan hüquqlarının pozulmasından, yəni 02.09.2017-ci il tarixdən məlumatlı olmuş, o, əqdin etibarsız olması ilə bağlı tələblərini qanunla müəyyən edilmiş müddətdə məhkəmədə mübahisələndirməmişdir. Məhkəmə, iddiaç ının məlumatlı olması məsələsinə münasibət bildirərək qeyd edir ki, girov bileti 02.09.2017-ci il tarixdə tərtib edilmiş mübahisələndirilən girov biletində X2 adının yazıldığını həmin vaxtdan gördüyü və məlumatlı olduğu halda məhkəməyə isə 07.02.2020-ci il tarixdə poçt vasitəsilə girov biletinin (lombard krediti müqaviləsinin) etibarsız hesab edilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, məhkəmə müstəvisində mübahisələndirmiş, beləliklə qanunla müəyyən edilmiş 1 illik müddəti ötürdükdən sonra məhkəməyə müraciət etmişdir. Məhkəmə tərəflərin təqdim etdikləri sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməməlidir. Məhkəmə iddia tələbinin qalan hissəsinə münasibətdə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım k imi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Məhkəmə mübahisələndirilən iddia tələbi üzrə “həmin girov bileti əsasında götürülmüş 12465 ABŞ dollarının cavabdehə geri qaytarılmış hesab edilməsi, girov qoyulmuş 583-585 qarışıq əyarlı 503 qram qızılın o artıq ö dənilmiş 708 ABŞ dollarının iddiaçıya ödənilməsi”nə dair hissədə əlavə araşdırmaya lüzum görməyərək özünün bu mövqeyini mülki prosessual hüququn ümumi sistemindən irəli gələn prosessual qənaət prinsipinə uyğun hesab edir. Məhkəmə, Cavabdeh1 İsrafiloviçin və Cavabdeh2 qanunsuz əməllərinə görə istintaqa cəlb edilməsi tələbi ilə bağlı qeyd edir ki, bu məsələ tələb kimi irəli sürülsə də hüquqi mahiyyət etibarı ilə prosessual vəsatətdir, işdə iştirak edən şəxslərin vəsatəti və ya işə baxan məhkəmənin öz təşəbbüsü ilə çıxarıla bilər. Başqa sözlə, məhkəmə bu məsələdə tərəflərin vəsatətindən asılı deyil və işə baxarkən tərəflərin və ya digər şəxslərin hərəkətlərində cinayətin əlamətlərini aşkara çıxardığı təqdirdə öz təşəbbüsü ilə müşavirə otağında müstəqil akt şəklində tərtib olunmaqla xüsusi qər ardad çıxara bilər. Bu baxımdan məhkəmə hesab edir ki, bu məsələ prosessual tələb kimi qiymətləndirilə bilməz. Bu səbəbdən hazırki məsələyə qətnamənin nəticə hissəsində münasibət bildirilə bilməz. Hər bir halda məhkəmə, araşdırma zamanı qeyd edilən mülki iş üzrə xüsusi qərardad qəbul edilməsi üçün əsas gətirilən halların sübuta yetmədiyini nəzərə alaraq, əsassız hesab edir və qeyd olunan halların mülki xarakterli mübahisələr olduğunu, bu səbəbdən də xüsusi qərardadın çıxarılması barədə vəsatətin təmin edilməməsi qənaətinə gəlir. Bu səbəbdən də məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək, hesab edir ki, iddia tələbi əsassız olduğundan və məhkəmə araşdırması zamanı sübuta yetirilmədiyindən rədd edilməlidir. Birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni Azərbay can Respublikası Mülki Məcəlləsinin 354.1, 354.2-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 78.1, 80, 81, 217.4, 220.5-ci maddələri ilə əsaslandırmışdır. Qətnamədən narazı qalan iddiaçı apelyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. b) Apelyasiya instansiyası məhkəməsində icraat Bakı Apelyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər – Namiq Cəfərov - sədrlik edən və məruzəçi, Vüsalə Baxışova, Xəyalə Cəmilova) 2(103)-1756/2021 nömrəli 12 fevral 2021-ci il tarixli qətnaməsi ilə apelyasiya şikayəti qismən təmin edilərək, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 09 oktyabr 2020-ci il tarixli, 2(005)-1365/2020 nömrəli qətnaməsinin ləğv edilməsi, iddia tələbinin rədd edilməsi qət edilmişdir. Apelyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, işdə 2 məsələ barədə mübahisə var: kredit və girov barədə Göründüyü kimi, iddiaçı ilə cavabdehlərin arasında kredit müqaviləsi olmayıb. Müqavilə olmadan kredit münasibəti yarana bilməz, bu, Mülki Məcəllənin 739-cu maddəsinin göstərişidir. Ona görə də kreditlə bağlı tələb əsassızdır. Girov barədə isə qeyd edilməlidir ki, göründüyü kimi, tərəflərin arasında girov müqaviləsi olmayıb. Müqavilə olmadan girov münasibəti yarana bilməz. Belə ki, Mülki Məcəllənin 302.2-ci maddəsinə görə əşyanın lombardda girovu haqqında müqavilə lombardın girov bileti verməsi yolu ilə rəsmiləşdirilir. Girov bileti cavabdehlər tərəfindən verilmədiyinə görə girovla bağlı tələb əsassızdır. Belə liklə, birinci instansiya məhkəməsi iddianı rədd etsə də işin faktiki hallarını düzgün müəyyən etmədiyindən və maddi hüquq normasını səhv tətbiq etdiyindən qətnamə ləğv edilməli və iddianın rədd edilməsi barədə yeni qətnamə qəbil olunmalıdır. Kasasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kasasiya şikayətinin dəlilləri İddiaçı (vəkil) İddiaçı kasasiya şikayəti verərək, apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və işin yeni apelyasiya baxışına qaytarılması barədə qərar qəbul olunmasını xahiş etmişdir. Kasasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə nəzərə almamışdır ki, lombard bileti Pnın adına olsa da, həmin lombard biletini Cavabdeh1 doldurmuş, digər cavabdeh şəxs olan həyat yoldaşı Cavabdeh2 adına olan möhür lə təsdiq olunub, ödənişlər isə Cavabdeh1 adına poçt və bankla göndərilib, həmin ödənişlərin bir qismi P və Xnın adına olan mədaxil qəbzləri ilə rəsmiləşdirilib. Apelyasiya məhkəməsi işin hallarına düzgün qiymət verəməyərək, işin hallarının araşdırılmasına təşəbbüs göstərməyərək, onun iştirakını təmin etməyərək qanunsuz və əsassız qətnamə qəbul edib. b) Kasasiya şikayətinə qarşı etirazın dəlilləri Kasasiya şikayətinə etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, iddiaçı (vəkil) İddiaçı və Cavabdeh2 məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Odur ki, məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləs inin 415.3-cü maddəsinə əsasən işə gəlməyən şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 və vəkili Vəkil1 kasasiya şikayətinə etiraz edərək, şikayətin təmin edilməməsini, apelyasiya kollegiyasının qəbul etdiyi qətnamənin dəyişdirilməsən saxlanmasını xahiş etdilər. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 302.2. Əşyanın lombardda girovu haqqında müqavilə lombardın girov bileti verməsi yolu ilə rəsmiləşdirilir. Maddə 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Azərbaycan Respublikasının Mülki P rosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 407.2. Kasasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Maddə
416. Kasasiya instansiyası məhkəməsi müstəsn a olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kasasiya baxışının hədləri Kasasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kasasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Hazırkı kasasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən məhkəmə aktı tam yoxlanılır. Kasasiya instans iyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Kasasiya şikayətinin dəlilləri üzrə kasasiya kollegiyası qeyd edir ki, kasasiya şikayəti formal olaraq əsaslandırılmışdır. Belə ki, iddiaçı kasasiya şikayətində göstərmişdir ki, lombard bileti Pnın adına olsa da, həmin lombard biletini Cavabdeh1 doldurmuş, digər cavabdeh şəxs olan həyat yoldaşı Cavabdeh2 adına olan möhürlə təsdiq olun muşdur. Buradan da aydın olur ki, lombard bileti hazırda cavabdeh olmayan şəxs –Pnın adına olmuş, yalnız ödənişlər hazırki cavabdehlərə ödənilmişdir. Göründüyü kimi, tərəflərin arasında girov müqaviləsi olmayıb. Müqavilə olmadan da girov münasibəti yarana bilməz. Buna görə də apelyasiya kollegiyası mübahisə üzrə düzgün hüquqi mövqedə olmuşdur. Kasasiya şikayətinin digər dəlili olan iddiaçının məhkəmə iclasında iştirakının təmin edilməməsinə gəldikdə isə qeyd edilməlidir ki, kasasiya yoxlaması nəticəsində müəyyən edilmişdir ki, iddiaçıya 05.01.2021-ci il tarixində 12.02.2021-ci il tarixinə təyin edilmiş məhkəmə iclası barədə məhkəmə bildirişi (səh 124) ünvanlanmış, məhkəmə bildirişi xəbərnamənin “şəxsən” bölməsinə imza edilməklə 13.01.2021-ci bil tarixində iddiaçıya təqdim edilmiş, lakin id diaçı məhkəmə iclasında iştirak etməmiş və səbəbləri barədə məhkəməyə hər hansı məlumat verməmişdir. Bu səbəbdən apelyasiya kollegiyası işə mahiyyəti üzrə baxıb yekun məhkəmə aktı qəbul etməklə hər hansı prosessual hüquq normasının pozuntusuna yol verməmişdir. Ümumilikdə kasasiya yoxlaması nəticəsində apelyasiya kollegiyası tərəfindən hər hansı maddi və ya prosessual hüquq normasının pozuntusuna yol verilməsi halı müəyyən edilməmişdir. Beləliklə, məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kasasiya şikayətinin dəlilləri apelyasiya kollegiyasının qəbul etdiyi qətnamənin ləğvi üçün əsas hesab edilə bilməz. Odur ki, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kasasiya şikayəti təmin olunmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı (vəkil) İddiaçı tərəfindən verilmiş kasasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1756/2021 nömrəli iş üzrə 12 fevral 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.