Məhkəmə qərarları › İş №2(102)-5703/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-5703/2019

13.09.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5703/2019 13.09.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası hakimlərdən Əliyev Ələsgər Əliabbas oğlunun sədrliyi, Kalbalıyev Aslan Kalbalı oğlu, İbayev Vəfaddin Ələm oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X2 katibliyi, iddiaçının vəkili Xnun iştirakı ilə, İddiaçı LPO İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu Cavabdeh qarşı kredit borcunun ödənilməsi tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin MK-nın 09 aprel 2019-cu il tarixli qətnaməsindən iddiaçı LPO İddiaçı ASCnin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondutərəfindən verilmiş kassasiya şikayətinə açı q məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 12 aprel 2018-ciil tarixli qətnaməsi ilə (hakim F.Mirzəyev) iddiaçıLPO İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu Cavabdeh qarşı kredit borcunun ödənilməsi tələbinə dair iddiası qismən təmin edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin MK-nın 29 avqust 2018-ci il tarixli qətnaməsi ilə (sədrlik edən X.Cəmilova, hakimlər A.Hüseynov və İ.Xəlilov) Nizami rayon Məhkəməsinin 12 aprel 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikasının Ali Məhkəməsinin MK-nın 07 yanvar 2019-cu il tarixli qətnaməsi ilə (sədrlik edən E.Vəliyeva, hakimlər S.Hacıyev və Q.Əsgərov) Bakı Apellyasiya Məhkəməsinin MK-nın 29 avqust 2018-ci il tarixli qətnaməsi ləğv edilmiş, iş iddianın təmin ol unmayan hissəsində yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin MK-nın 09 aprel 2019-cu il tarixli qətnaməsi ilə (sədrlik edən X.Mərdanova, hakimlər E.Həsənov və F.Babayev) Nizami rayon Məhkəməsinin 12 aprel 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. KASSASİYA ŞİKAYƏTİNİN DƏLLİLƏRİ İddiaçı LPO İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu kassasiya şikayəti ilə Azərbaycan Respublikası Ali Məhkəməsi MK-ya müraciət edərək şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsi işə mahiyyəti üzrə baxarkən və qətnamə çıxararkən Azərbaycan Respublikası mülki və mülki prosessual qanunvericiliyinin tələblərini pozmuş, iş üçün əhəmiyyət kəsb edən bütün faktiki halları aydınlaşdırmamışd ır. Ona görə də Bakı Apellyasiya Məhkəməsinin MK-nın 09 aprel 2019cu il tarixli qətnaməsinin ləğv edilməsini və iş üzrə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Hüquqi məsələlər: İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu (bundan sonra “fond”) Cavabdeh qarşı "kredit borcunun ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 12 dekabr 2013-cü il tarixli, Q181/19 saylı kredit müqaviləsi üzrə əsas borc 12 560 manat, kredit müqaviləsi üzrə öhdəliklərin icra müddətinin bitdiyi 12 dekabr 2014-cü il tarixinə faiz borcu 411 manat, müqavilə müddəti bitdikdən sonra əsas borca illik 5 % hesablanmış faiz borc 1906 manat, cəmi isə 14 877 manat, 15 yanvar 2014-ci il tarixli Q181/20 saylı kredit müqaviləsi üzrə əsas borcu 20 000 manat, kredit müqaviləsi üzrə öhdəliklərin icra müddətinin bitdiyi 15 yanvar 2015-ci il tarixinə faiz borcu 3373 manat, müqavilə müddəti bitdikdən sonra əsas borca illik 5 % hesablanmış faiz borcu 2952 manat, cəmi isə 26325 manat, 06 fevral 2014cü il tarixli, Q181/21 saylı kredit müqaviləsi üzrə əsas borc 7000 manat, kredit müqaviləsi üzrə öhdəliklərin icra müddətinin bitdiyi 06 fevral 2015-ci il tarixinə faiz borcu 1320 manat, müqavilə müddəti bitdikdən sonra əsas borca illik 5 % hesablanmış faiz borcu 1005 manat, cəmi isə 9325 manat, 17 fevral 2014-cü il tarixli, Q181/22 saylı kredit müqaviləsi üzrə əsas borc 3540 manat, kredit müqaviləsi üzrə öhdəliklərin icra müddətinin bitdiyi 17 fevral 2015-ci il tarixinə faiz borcu 498 manat, müqavilə müddəti bitdikdən sonra əsas borca illik 5 % hesablanmış faiz borcu 510 manat, cəmi isə 4548 manat, 17 fevral 2014-cü il tarixli, Q181/23 saylı kredit müqaviləsi üzrə əsas borc 6468 manat, kredit müqaviləsi üzrə öhdəliklərin icra müddətinin bitdiyi 17 fevral 2015-ci il tarixinə faiz borcu, 1186 manat müqavilə müddəti bitdikdən sonra əsas borca illik 5% hesablanmış faiz borcu 930 manat, cəmi isə 8584 manat, 25 fevral 2014-cü il tarixli, Q181/24 saylı kredit müqaviləsi üzrə əsas borc 3250 manat, kredit müqaviləsi üzrə öhdəliklərin icra müddətinin bitdiyi 25 fevral 2015ci il tarixinə faiz borcu 354 manat, müqavilə müddəti bitdikdən sonra əsas borca illik 5 % hesablanmış faiz borcu 470 manat, cəmi isə 4074 manat və 26 fevral 2014-cü il tarixli, Q181/25 saylı kredit jpüqaviləsi üzrə əsas borc 6124 manat, kredit müqaviləsi üzrə öhdəliklər in icra müddətinin bitdiyi 26 fevral 2015-ci il tarixinə faiz borcu 1067 manat, müqavilə müddəti bitdikdən sonra əsas borca illik 5 % hesablanmış faiz borcu 880 manat, cəmi isə 8071 manat borcun və ödənilmiş 30 manat dövlət rüsumunun tutulub ləğv prosesində İddiaçı” ASC-nin hesabına ödənilməsi, iddia ərizəsində göstərilən borcun kredit müqavilələri ilə girov qoyulmuş cavabdehə məxsus qızıl-zinyət əşyalarına yönəldilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə mübahisə isə ikinci apellyasiya baxışında yuxarıda göstərilən qaydada həll edilmişdir. Məhkəmə kollegiyası iş materiallarının və kassasiya şikayətinin dəlilləri üzrə işin hallarını araşdıraraq hesab edir ki, kassasiya şikayəti qismən təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi 15 yanvar 2014-ci il tari xli Q181/20 saylı, 06 fevral 2014-cü il tarixli, Q181/21 saylı, 17 fevral 2014-cü il tarixli, Q181/22 saylı, 17 fevral 2014cü il tarixli, Q181/23 saylı, 25 fevral 2014-cü il tarixli, Q181/24 saylı, 26 fevral 2014-cü il tarixli, Q181/25 saylı kredit müqavilələrinə aid hissədə müqavilə müddətinin bitdiyi tarixdən sonrakı müddət üçün, illik 5% miqdarında faizin tutulmasının rədd edilməsi hissəsində ləğv edilməli, iş həmin hissədə yeni apellyasiya baxışına qaytarılmalı, qətnamə qalan hissələrdə dəyişdirilmədən saxlanılmalıdır. Ona görə ki, qeyd edilən kredit müqavilələri üzrə iddianın 15 yanvar 2014-ci il tarixli Q181/20 saylı, 06 fevral 2014-cü il tarixli, Q181/21 saylı, 17 fevral 2014-cü il tarixli, Q181/22 saylı, 17 fevral 2014-cü il tarixli, Q181/23 saylı, 25 fevral 2014-cü il tarixli, Q 181/24 saylı, 26 fevral 2014-cü il tarixli, Q181/25 saylı kredit müqavilələrinə dair rədd edilməsi hissəsində apellyasiya instansiyası məhkəməsinin qətnaməsi qanuni və əsaslı deyildir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.1-ci maddəsinə görə, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Belə ki, işin hallarından görünür ki, 12 dekabr 2013-cü il tarixli kredit müqaviləsinə aid hissə istisna olunmaqla, 15 yanvar 2014-ci il tarixli Q181/20 saylı, 06 fevral 2014-cü il tarixli, Q181/21 saylı, 17 fevral 2014-cü il tarixli, Q181/22 saylı, 17 fevral 2014-cü il tarixli, Q181/23 saylı, 25 fevral 2014-cü il tarixli, Q181/24 saylı, 26 fevral 2014-cü il tarixli, Q181/25 saylı kredit müqavilələri üzrə əsas borcun və müqavilə müddəti bitən tarixə qədər faiz borcunun tutulması hissəsində iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsini borclu Cavabdeh mübahisələndirməmişdir. Həmin müqavilələr üzrə müqavilə müddəti bitdiyi dövrdən sonrakı müddət ərzində illik 5% miqdarında pulun tutulması barədə fondun tələbi rədd edildiyi üçün sonuncu digər tələblərinin rədd edilməsi hissəsi ilə yanaşı qeyd edilən hissədən də şikayət verməklə qətnaməni həmin hissələrdə mübahisələndirmişdir. Mülki Məcəllənin 445.7-ci maddəsinin tələbinə görə borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair”, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 dekabr 2014-cü il tarixli Qərarında qeyd olunmuşdur ki, kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəs inə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Bu zaman pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi illik beş faizdən yüksək olduqda, kreditor tərəfindən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsi ilə əlaqəli şəkildə kreditin ödənişi üzrə gecikdirilmiş vaxt üçün həmin Məcəllənin 449.1 -ci maddəsinə müvafiq olaraq müəyyənləşdirilən miqdarda faizlər hesablanır. Kreditor vəsaitdən yenidən istifadə edə bilməməsi ilə bağlı ona daha böyük ziyanın vurulduğunu sübut etdikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsi və müvafiq hallarda həmin Məcəllənin 449.3-cü maddəsinə əsasən onun zərərin əvəzinin ödənilməsini tələb etməyə dair əlavə hüququ yaranır. Göründüyü kimi, Konstitusiya Məhkəməsinin qeyd olunan Qərarına əsasən iddiaçı Mülki Məcəllənin 445.7-ci maddəsinə görə gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. İş materiallarından görünür ki, apellyasiya instansiyası məhkəməsi qəbul etdiyi qətnamədə 12 dekabr 2013-cü il tarixli kredit müqaviləsinə aid hissə istisna olunmaqla, 15 yanvar 2014-ci il tarixli Q181/20 saylı, 06 fevral 2014-cü il tarixli, Q181/21 saylı, 17 fevral 2014-cü il tarixli, Q181/22 saylı, 17 fevral 2014-cü il tarixli, Q181/23 saylı, 25 fevral 2014-cü il tarixli, Q181/24 saylı, 26 fevral 2014cü il tarixli, Q181/25 saylı kredit müqavilələri üzrə müqavilə müddəti bitdikdən sonrakı dövr ərzində illik 5% miqdarında pulun tutulmasının rədd edilməsini əsaslandırmamışdır. Beləliklə iş materiallarından g öründüyü kimi apellyasiya instasiyası məhkəməsinin qətnaməsi yuxarıda göstərilən kredit müqavilələri üzrə müqavilə müddəti bitdikdən sonrakı dövr ərzində illik 5% pulun tutulmasının rədd edilməsi hissəsində maddi və prossesual hüquq normalarının pozuntusu ilə çıxarılmışdır. Azərbaycan Respublikasının Mülki Prossesual Məcəlləsinin 418.1-ci maddəsinə görə, maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Bununla yanaşı məhkəmə kollegiyası hesab edir ki, fondun iddiasının 12 dekabr 2013-cü il tarixli Q181/19 saylı kredit müqaviləsinə aid hissədə rədd edilməsi barədə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi düzgün olaraq iddia müddətinin ötürülməsi ilə əsaslandırılm ışdır. İddia müddətinin ötürülməməsi ilə bağlı fondun kassasiya şikayətində irəli sürdüyü dəlillər – öhdəliklər icra edilənə qədər müddətin axımının başlamaması – iddia müddətinin tətbiqi ilə bağlı münasibətləri tənzimləyən maddi-hüquq normalarına zidd olduğu üçün məhkəmə kollegiyası həmin dəlilləri hazırkı iş üzrə qətnamənin ləğv edilməsi üçün əsas hesab etmir. Yuxarıda göstərilənləri, apellyasiya instansiyası məhkəməsi tərəfindən qətnamənin ləğv edilməsinə əsas olan maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilmədiyini əsas tutaraq məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti təmin edilmədən apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417, 419-cu madd ələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı LPO İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun kassasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin MK-nın 09 aprel 2019-cu il tarixli qətnaməsi 15 yanvar 2014-ci il tarixli Q181/20 saylı, 06 fevral 2014-cü il tarixli, Q181/21 saylı, 17 fevral 2014-cü il tarixli, Q181/22 saylı, 17 fevral 2014-cü il tarixli, Q181/23 saylı, 25 fevral 2014cü il tarixli, Q181/24 saylı, 26 fevral 2014-cü il tarixli, Q181/25 saylı kredit müqavilələrinə aid hissədə müqavilə müddəti bitdikdən sonrakı dövr ərzində illik 5% pulun tutulmasının rədd edilməsi hidsəsində ləğv edilsin. Həmin hissələrdə iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsi qaytarılsın. Qətnamə qalan hissələrdə dəyişdirilmədən saxlanılsın

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar