Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5704/2019 30.08.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Aslan Kalbalı oğlu Kalbalıyev (sədrlik edən və məruzəçi), Vafəddin Ələm oğlu İbayev və Ələsgər Əliabbas oğlu Əliyevdən ibarət tərkibdə, Quliyeva Qumru Şahverən qızının katibliyi, iddiaçı Ləğv Prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi olan Əmanətlərin Sığortalanması Fondunun vəkili Məmmədov Azər Məhəbbət oğlu və Cavabdeh7 nümayəndəsi və vəkili, habelə mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində prosesə cəlb olunmuş “xxxx”xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayən dəsi Hüseyinov Nüsrət Məzahir oğlunun iştirakı ilə, İddiaçı Ləğv Prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi olan Əmanətlərin Sığortalanması Fondunun və Cavabdeh7 nümayəndəsi və vəkili Hüseyinov Nüsrət Məzahir oğlunun Bakı Apellyasiya Məhkəməsinin MK-nın 2(103)-1466/2019 nömrəli iş üzrə 02 aprel 2019-cu il tarixli qətnaməsindən ayrı-ayrılıqda verdikləri kassasiya şikayətlərii üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Suraxanı Rayon Məhkəməsinin (hakim N.T.Tağıyeva) 2(010)-04/2017 nömrəli, 06 apel 2017-ci il tarixli qətnaməsi ilə İddiaçı ASC (xxx) cavabdehlər Cavabdeh7nə, “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh5, X4, Cavabdeh8, Cavabdeh9, Cavabdeh10 və X2 qarşı 1.007.254 ABŞ dolları artırılmış məbləğin, cəmi 3.378.004,49 ABŞ dolları borcun İd diaçı ASC-yə ödənilməsi, cavabdehlərin həmin qeyri-yaşayış sahəsinə və yaşayış mənzillərinə olan bütün istifadə hüquqlarının tam xitam verilməsinə, ipotekada (girovda) olan əmlakların boşaldılması, təhvil verilməsi, ipotekada (girovda) olan həmin əmlaklardan açıq hərracda satıldıqdan sonra bir ay müddətində məcburi qaydada çıxarılması” tələbinə dair iddia ərizəsinin təmin edilməməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin MK-nın (hakimlər E.M.Həsənov (sədrlik edən və məruzəçi), X.A.Mərdanova və F.F.Babayev) 2(103)-1466/2019 nömrəli, 02 aprel 2019-cu il tarixli qətnaməsi ilə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməsi, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-04/2017 saylı iş üzrə 06 aprel 2017-ci il tarixli qətnam əsi ləğv olunub iş üzrə yeni qətnamə çıxarılması, iddia tələbləri qismən təmin edilməsi, Cavabdeh7ndən və Cavabdeh8 müştərək qaydada 430 444,49 (dörd yüz otuz min dörd yüz qırx dörd dollar 49 sent) ABŞ dolları məbləğində əsas borc, həmçinin 13.06.2012-ci il tarixindən 01.07.2016-cı il tarixinədək keçən dövr üçün illik 5% hesabı ilə 352 350 (üç yüz əlli iki min üç yüz əlli) ABŞ dolları faiz borcu olmaqla cəmi 782 794,49 (yeddi yüz səksən iki min yeddi yüz doxsan dörd dollar 49 sent) ABŞ dolları (ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi rəsmi valyuta məzənnəsinə uyğun Azərbaycan manatı ilə) məbləğində kredit borcu, habelə iddia ərizəsinin və apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumlarının (bank xidmət xərci ilə birlikdə) əvəzi qismində 36 (otuz altı) manat ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulması, ipoteka predmetləri olan Cavabdeh9 məxsus ünvan1 küçəsində istifadədəki 0.1624 ha torpaq sahəsində yerləşən 84 nömrəli 13 mərtəbəli binanın 1-ci girişində, 7-ci mərtəbəsində, 174,8 kv.m ümumi, 110 kv.m yaşayış sahəsindən ibarət 4 otaqlı 18 nömrəli yaşayış mənzilinə; Cavabdeh1 məxsus ünvan1 küçəsi, məhəllə 584-də istifadədəki 0.702 ha torpaq sahəsində yerləşən 11 nömrəli 5 mərtəbəli binada, 40.3 kv.m ümumi sahədən ibarət 2 otaqlı 23 nömrəli mənzilə; “xxxx” MMC-nə məxsus ünvan1 prospektində istifadədəki 2.468 ha torpaq sahəsində yerləşən 23 nömrəli binanın 7-ci mərtəbəsində 4556 kv.m. ümumi sahədən ibarət qeyri-yaşayış sahəsinin 500 kv.m qeyri-yaşayış sahəsinə tutma yönəlməsi, həmin əmlaklar hərracd a satılması, onların satışından əldə edilmiş pul vəsaiti hesabına cəmi 782 794,49 (yeddi yüz səksən iki min yeddi yüz doxsan dörd dollar 49 sent) ABŞ dolları məbləğində kredit borcu, habelə iddia ərizəsinin və apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumlarının (bank xidmət xərci ilə birlikdə) əvəzi qismində 36 (otuz altı) manat ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi, həmin məbləğlər ödənildikdən sonra ipoteka predmetlərinin hərracda satışından əldə olunmuş pul vəsaitinin qalan hissəsi Cavabdeh9, Cavabdeh1 və “xxxx” MMC-nə bərabər nisbətlərlə (proporsional qaydada) qaytarılması, Cavabdeh9 məxsus ünvan1 küçəsində istifadədəki 0.1624 ha torpaq sahəsində yerləşən 84 nömrəli 13 mərtəbəli binanın 1-ci girişində, 7-ci mərtəbəsində, 174,8 kv.m ümumi, 110 kv.m yaşayış sahəsindən ibarət 4 otaqlı 18 nömrəli yaşayış mənzilinə; Cavabdeh1 məxsus ünvan1 küçəsi, məhəllə 584-də istifadədəki 0.702 ha torpaq sahəsində yerləşən 11 nömrəli 5 mərtəbəli binada, 40.3 kv.m ümumi sahədən ibarət 2 otaqlı 23 nömrəli mənzilə tutma yönəldildikdən və mənzillər satıldıqdan sonra ən geci 1 (bir) ay ərzində Cavabdeh9, Cavabdeh1, Cavabdeh2 qeyd olunan mənzillərdən çıxarılması, iddia tələbləri qalan hissələrdə təmin olunmaması, ipoteka predmeti olan ünvan1 küçəsində istifadədəki 0.1624 ha torpaq sahəsində yerləşən 84 nömrəli 13 mərtəbəli binanın 1-ci girişində, 7-ci mərtəbəsində, 174,8 kv.m ümumi, 110 kv.m yaşayış sahəsindən ibarət 4 otaqlı 18 nömrəli mənzilin ilkin satış qiyməti 175 000 (yüz yetmiş beş min) manat; ünvan1 küçəsi, məhəllə 584-də istifadədəki 0.702 ha torpaq sahəsində yerləşən 11 nömrəli 5 mərtəbəli binada, 40.3 kv.m ümumi sahədən ibarət 2 otaqlı 23 nömrəli mənzilin ilkin satış qiyməti 75 000 (yetmiş beş min) manat; ünvan1 prospektində istifadədəki 2.468 ha torpaq sahəsində yerləşən 23 nömrəli binanın 7-ci mərtəbəsində 4556 kv.m. ümumi sahədən ibarət qeyri-yaşayış sahəsinin 500 kv.m qeyri-yaşayış sahəsinin ilkin satış qiyməti 225 000 (iki yüz iyirmi beş min) manat məbləğində müəyyən edilməsi, Məhkəmə-mühasibatşünaslıq ekspertizalarının xərci olan 330 (üç yüz otuz) manat Cavabdeh7 MMC-dən alınaraq Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Az.MEM VÖEN **********, X1, Kod 210005, VÖEN **********, M/h-AZ85NABZ**********0003003944, SWİFT-BİK CTREAZ22), ipoteka predmetlərinin ilkin satış qiymətinin müəyyənləşdirilməsi mə qsədilə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 400 (dörd yüz) manat isə Cavabdeh7 MMC-dən alınaraq “xxxx” MMCnin hesabına (VÖEN:**********, hesab №:AZ30GUNA********************, Bank: “xxxx” ASC, VÖEN: **********, Müxbir hesab: AZ25NABZ**********00000479, KOD: 505594, SWİFT: GUNAAZ22) keçirilməsi qət edilmişdir. İŞİN HALLARİ: İddiaçı Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh7nə, “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh5, X4, Cavabdeh8, Cavabdeh9, Cavabdeh10 və X2 qarşı “kredit müqaviləsinin ləğv edilməsi, ipoteka müqavilələrinin etibarlı hesab olunması, kredit borcunun ödənilməsi və tutmanın ipoteka predmetinə yönəldilməsi, əmlakların açıq hərracdan satılması və boşaldılması” tələblərinə dair iddia ərizəsi, daha sonra iddia ərizəsinin iddi a tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, bankla Cavabdeh7 Məhdud Məsuliyyəti Cəmiyyəti arasında bağlanmış 01-KX saylı 13 iyun 2011-ci il tarixli kredit xətti müqaviləsinə əsasən Cavabdeh7 MMC-yə 1 (bir) il müddətinə, illik 18 % dərəcəsi ilə 1 740 000 (bir milyon yeddi yüz qırx min) ABŞ dolları məbləğində kredit verilmiş, müqavilə üzrə öhdəliklərin icra olunmasının təminatı olaraq Cavabdeh9 məxsus ünvan1 küçəsində istifadədə olan 0.1624 ha torpaq sahəsində yerləşən 84 nömrəli 13 mərtəbəli binanın 1-ci girişində, 7-ci mərtəbəsində 174,8 kv.m ümumi, 110 kv.m yaşayış sahəsindən ibarət 4 otaqlı 18 nömrəli mənzil ***-**** saylı 04 avqust 2011-ci il tarixli ipoteka müqaviləsi əsasında; Cavabdeh1 məxsus ünvan1 küçəsi məhəllə 584-də istifadədə olan 0.702 ha torpaq sahəsində yerləşən 11 nömrəli, 5 mərtəbəli binada, 40.3 kv.m ümumi sahədən ibarət 2 otaqlı 23 nömrəli mənzil; “xxxx.” MMC-nə məxsus ünvan1 prospektində istifadədə olan 2.468 ha torpaq sahəsində yerləşən 23 nömrəli binanın 7-ci mərtəbəsində 4.556 kv.m. ümumi sahədən ibarət qeyri-yaşayış sahəsinin 500 kv.m. sahəsi ipoteka ilə yüklü edilmiş, eyni zamanda Cavabdeh8 ilə bank arasında Bakı şəhərində 18 avqust 2011-ci il tarixdə zaminlik müqaviləsi bağlanmışdır. Həmçinin Cavabdeh8 ilə bank arasında Bakı şəhərində 18 avqust 2011-ci il tarixdə zəmanət öhdəliyi bağlanmış və bu öhdəlik də Bakı şəhəri 13 saylı Dövlət notariat kontorunda təsdiqlənmişdir. Həmin zaminlik müqaviləsinə və zəmanət öhdəliyinə əsasən, Cavabdeh8 Cavabdeh7 bankdan götürdüyü kredit məbləğini və ona hesablanmış faizləri ödəmədiyi halda bütün məbləği özü şəxsi əmlakı və gəliri hesabına tam ödəyəcəyini öhdəsinə götürmüşdür. Sözügedən kredit xətti müqaviləsi üzrə Cavabdeh7 tərəfindən öhdəliklər lazımı qaydada icra edilməmiş, 17 noyabr 2016-cı il tarixinə onun əsas kredit borcu üzrə 1 740 000 (bir milyon yeddi yüz qırx min) ABŞ dolları, faiz üzrə borcu 957 870 (doqquz yüz əlli yeddi min səkkiz yüz yetmiş) ABŞ dolları, 174 000 (bir yüz yetmiş dörd min) ABŞ dolları cərimə, 506 134 (beş yüz altı min yüz otuz dörd) ABŞ dolları dəbbə pulu borcu yaranmışdır. Göstərilənlərə əsasən, Cavabdeh7 MMC ilə bankın “Xətai” filialı arasında Bakı şəhərində bağlanmış 01-KX saylı 13 iyun 2011-ci il tarixli kredit xətti müqaviləsinin ləğv edilməsi, tərəflər arasında bağlanmış ***-**** sayl ı 04 avqust 2011-ci il tarixli, ***-**** saylı 04 avqust 2011-ci il tarixli və ***-**** saylı 08 sentyabr 2011-ci il tarixli ipoteka müqavilələrinin etibarlı hesab olunmaları, Cavabdeh7 MMC-dən və digər cavabdehlərdən 17 noyabr 2016-cı il tarixinə qədər əsas kredit borcu üzrə 1 740 000 (bir milyon yeddi yüz qırx min) ABŞ dollarının, faiz üzrə borcu 957 870 (doqquz yüz əlli yeddi min səkkiz yüz yetmiş) ABŞ dollarının, cərimə borcu üzrə 174 000 (bir yüz yetmiş dörd min) ABŞ dollarının, dəbbə pulu borcu üzrə 506 134 (beş yüz altı min yüz otuz dörd) ABŞ dollarının və dövlət rüsumunun əvəzi olaraq 30 manatın tutularaq banka cəmi 3 378 004,49 (üç milyon üç yüz yetmiş səkkiz min dörd dollar 49 sent) ABŞ dolları və 30 manatın ödənilməsi, tutmanın ipoteka predmetləri olan Cavabdeh9 məxsus ünvan1 kü çəsində istifadədəki 0.1624 ha torpaq sahəsində yerləşən 84 nömrəli, 13 mərtəbəli binanın 1-ci girişində, 7-ci mərtəbəsində, 174,8 kv.m ümumi, 110 kv.m yaşayış sahəsindən ibarət 4 otaqlı 18 nömrəli yaşayış mənzilinə; Cavabdeh1 məxsus ünvan1 küçəsi, məhəllə 584-də istifadədəki 0.702 ha torpaq sahəsində yerləşən 11 nömrəli, 5 mərtəbəli binada, 40.3 kv.m ümumi sahəsindən ibarət 2 otaqlı 23 nömrəli mənzilə; “xxxx” MMC-nə məxsus ünvan1 prospektində istifadədəki 2.468 ha torpaq sahəsində yerləşən 23 nömrəli binanın 7-ci mərtəbəsində 4556 kv.m. ümumi sahədən ibarət qeyri yaşayış sahəsinin 500 kv.m qeyri yaşayış sahəsinə yönəldilməsi və həmin daşınmaz əmlakların hamısının acıq hərracdan satılaraq əldə olunmus pul vəsaiti hesabına borcun ödənilməsi, ipotekadakı daşınmaz əmlakların açıq hərracdan sa tıldıqdan sonra ən geci bir ay müddətində tam boşaldılaraq və cavabdehlərin oradan məcburi çıxardılaraq banka təhvil verilməsi, cavabdehlərin daşınmaz əmlaklara bütün istifadə hüquqlarının tam itirilərək xitam verilməsi, yaşayış hüquqlarının itirilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Suraxanı Rayon Məhkəməsinin 13 fevral 2017-cil il tarixli qərardadı ilə “xxxx”xxxx MMC iş üzrə müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qərarları qəbul edilmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ İddiaçı Ləğv Prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi olan Əmanətlərin Sığortalanması Fondu kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin MK-nın 2(103)1466/2019 nömrəli iş üzrə 02 aprel 2019-cu il tarixli qətnaməsinin ləğv ediməsi və iddia tələbinin tam təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh7 nümayəndəsi və vəkili Hüseyinov Nüsrət Məzahir oğlu kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin MK-nın 2(103)-1466/2019 nömrəli iş üzrə 02 aprel 2019-cu il tarixli qətnaməsinin kassasiya icraatı qaydasında ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişlər. Kassasiya şikayətləri onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi qətnamə qəbul edərkən maddi və prosessual hüquq normalarının kobud pozuntusuna yol vermişdir. KASSASİYA ŞİKAYƏTİNƏ QARŞİ ETİRAZ Məhkəmə kollegiyasına kassasiya şikayətlərinə qarşı etiraz daxil olmamışdır. TƏRƏFLƏRİN İZAHATLARİ Məhkəmə kollegiyasının iclasında iştirak ed ən iddiaçı Ləğv Prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi olan Əmanətlərin Sığortalanması Fondunun vəkili Məmmədov Azər Məhəbbət oğlu kassasiya şikayətinin dəlillərini müdafiə edərək təmin edilməsini, qarşı tərəfin kassasiya şikayətinin təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh7 nümayəndəsi və vəkili, habelə mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində prosesə cəlb olunmuş “xxxx”xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi Hüseyinov Nüsrət Məzahir oğlu kassasiya şikayətinin dəlillərini müdafiə edərək təmin edilməsini, qarşı tərəfin kassasiya şikayətinin təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyası iclasında Cavabdeh1 vəkilsiz iştirak etdiyinə görə Azərbaycan Respublikasının MPM- nin 67-ci maddəsinə əsasən məhkəmə kollegiyasında onun izahatı dinlənilmədi. Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmış cavabdeh X3 teleqram göndərərək, vəkilin dəyişməsi ilə əlaqədar işin baxılmasını təxirə salmasını xahiş etsə də, həmin halı təsdiq edən heç bir sübut təqdim etmədiyindən, işdə iştirak edən digər şəxslər iştirak etmədikləri üçün və iştirak etməməklərinin üzrlü səbəbi barədə məlumat vermədiklərindən məhkəmə kollegiyası işə onların iştirakı olmadan baxdı. HÜQUQİ MƏSƏLƏLƏR Məhkəmə kollegiyası məruzəçini və izahatları dinləyib, iş materiallarını və kassasiya şikayətinin dəlillərini nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə Bakı Apellyasiya Məhkəməsinin MKnın 2(103)-1466/2019 nömrəli iş üzrə 02 aprel 2019-cu il tarixli qətnaməsi cərimə və dəbbə pulu tələbinin təmin edilməməsi hissəsində ləğv edilməli, qətnamə qalan hissələrdə dəyişdirilmədən saxlanılmalı, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin kassasiya şikayəti qismən təmin edilməli, Cavabdeh7 MMC-nin kassasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan birinci instansiya və apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarını n düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, kassasiya instansiyası məhkəməsinin iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Qanunvericiliyin tələblərinə riayət edilmədən işin faktik hallarının müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. Apellyasiya instansiyası məhkəməsinin işin materialları üzrə gəldiyi nəticədən görünür ki, Cavabdeh7 MMC kredit müqaviləsi ilə üzərinə götürdüyü öhdəliyə uyğun olaraq hər ayın müvafiq tarixində razılaşdırılmış pul vəsaitini banka ödəməli olduğu halda öhdəliyini icra etməmişdir. Bu baxımdan kollegiya hesab edir ki, mülki qanunvericiliyin yuxarıda şərh olunmuş n ormaları və müqavilə şərtləri baxımından tərəflər arasında müqavilədən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və həmin münasibətlər çərçivəsində Cavabdeh7 MMC-dən əsas kredit və faiz borcu tutulmalıdır. Apellyasiya instansiyası məhkəməsinin işin materialları üzrə gəldiyi digər nəticədən görünür ki, borcalana 17.11.2016-cı il tarixinə qədər müqavilədə nəzərdə tutulmuş faiz dərəcəsi ilə borcun hesablanması nə müqavilə şərtlərinə, nə də qanunvericiliyə uyğun deyildir. Belə ki, bankla Cavabdeh7 MMC arasında bağlanmış müqavilə üzrə kredit 1 il müddətinə (13 iyun 2012-ci il tarixinə qədər) verilmiş və məhz bu dövr ərzində MMC-nin illik 18 % ödəməli olduğu razılaşdırılmışdır. Apellyasiya instansiyası məhkəməsinin işin materialları üzrə gəldiyi nəticələrdən həmçinin görünür ki, Cavabdeh7 MM C-nin 13.06.2012-ci il tarixinə 1 740 000 ABŞ dolları əsas, 256 650 ABŞ dolları faiz borcu yaranmışdır. Lakin iddia dəbbə pulunun tələbi hissəsində əsassızdır. Belə ki, iddiaçı bank həmin tələbini əsaslandırmayaraq müvafiq məbləğləri nə cür hesabladığını aydınlaşdırmamış təyin olunmuş ekspertiza rəyi ilə Cavabdeh7 MMC-nə ümumiyyətlə cərimə borcu hesablanmadığı müəyyən olunmuşdur – hesablanmayan cərimənin tutulması isə mümkün deyildir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin nəticələri cərimə və dəbbə pulu hissəsi istisna olmaqla işin həqiqi hallarına uyğun olmaqla və tərəflərin qarşılıqlı münasibətlərini əks etdirdiyi üçün qanuni və əsaslı olmuşdur. Belə ki, apellyasiya instansiyası məhkəməsi işin araşdırılmış halları ilə müəyyən etmişdir ki, “xxxx” ASC ilə Cavabdeh7 MMC arasında 13 iyun 2011-ci il tarixdə kredit xətti müqaviləsi bağlanaraq adı çəkilən MMC-yə 1 (bir) il müddətinə, illik 18 % dərəcəsi ilə 1 740 000 (bir milyon yeddi yüz qırx min) ABŞ dolları məbləğində kredit verilmiş, müqavilə üzrə öhdəliklərin icra olunmasının təminatı olaraq Cavabdeh9 məxsus ünvan1 küçəsində istifadədə olan 0.1624 ha torpaq sahəsində yerləşən 84 nömrəli 13 mərtəbəli binanın 1-ci girişində, 7-ci mərtəbəsində 174,8 kv.m ümumi, 110 kv.m yaşayış sahəsindən ibarət 4 otaqlı 18 nömrəli mənzil ***-**** saylı 04 avqust 2011-ci il tarixli ipoteka müqaviləsi əsasında; Cavabdeh1 məxsus ünvan1 küçəsi məhəllə 584-də istifadədə olan 0.702 ha torpaq sahəsində yerləşən 11 nömrəli, 5 mərtəbəli binada, 40.3 kv.m ümumi sahədən ibarət 2 otaqlı 23 nömrəli mənzil; “xxxx.” MMC-nə məxsus ünvan1 prospektində istifadədə olan 2.468 ha torpaq sahəsində yerləşən 23 nömrəli binanın 7-ci mərtəbəsində 4.556 kv.m. ümumi sahədən ibarət qeyri-yaşayış sahəsinin 500 kv.m. sahəsi ipoteka ilə yüklü edilmiş, eyni zamanda Cavabdeh8 ilə bank arasında 18 avqust 2011-ci il tarixdə zaminlik müqaviləsi, həmçinin eyni tarixdə zəmanət öhdəliyi bağlanmış və bu öhdəlik də Bakı şəhəri 13 saylı Dövlət notariat kontorunda təsdiqlənmiş, zaminlik müqaviləsinə və zəmanət öhdəliyinə əsasən Cavabdeh8 Cavabdeh7 MMC-nin bankdan götürdüyü kredit məbləğini və ona hesablanmış faizləri ödəmədiyi halda bütün məbləği özü şəxsi əmlakı və gəliri hesabına tam ödəyəcəyini öhdəsinə götürmüşdür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: - 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin yaranmasının əsaslarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə isə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. - 385-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki qanunveri cilikdə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması dedikdə öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsi, lazımınca icra edilməməsi dedikdə isə vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən isə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borcl u onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işin araşdırılmış hallarına əsasən düzgün olaraq bu nəticəyə gəlmişdir ki, Cavabdeh7 MMC kredit müqaviləsi ilə üzərinə götürdüyü öhdəliyə uyğun olaraq hər ayın müvafiq tarixində razılaşdırılmış pul vəsaitini banka ödəməli olduğu halda öhdəliyini icra etmədiyindən mülki qanunvericiliyin yuxarıda şərh olunmuş normaları və müqavilə şərtləri baxımından tərəflər arasında müqavilədən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və həmin münasibətlər çərçivəsində Cavabdeh7 MMC-dən əsas kredit və faiz borcu tutulmalıdır. Məhkəmə kollegiyası həmçinin apellyasiya instansiyası məhkəməsinin borcalana 17.11.2016-cı il tarixinə qədər müqavilə də nəzərdə tutulmuş faiz dərəcəsi ilə borcun hesablanması nə müqavilə şərtlərinə, nə də qanunvericiliyə uyğun olmamasına dair qənaəti ilə də razılaşır. Belə ki, işin materiallarından görünür ki, bankla Cavabdeh7 MMC arasında bağlanmış müqavilə üzrə kredit 1 il müddətinə (13 iyun 2012-ci il tarixinə qədər) verilmiş və məhz bu dövr ərzində MMC-nin illik 18 % ödəməli olduğu razılaşdırılmışdır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 dekabr 2014-cü il tarixli qərarında ifadə olunmuş hüquqi mövqeyə görə “...kredit müqaviləsində yalnız bu hüquq münasibətlərinə xas olan ayrı-ayrılıqda kredit müqaviləsinin qüvvədə olma müddəti və kreditin (əsas məbləğ v ə hesablanmış faizlərin) qaytarılması müddəti müəyyənləşdirilə bilər. Buna görə, göstərilən müddətlər müqavilə üzrə müvafiq hüquqi nəticələrin yaranmasına səbəb olduğundan, nəzərə alınmalıdır ki, kredit müqaviləsinin qüvvədə olma müddəti belə müqavilənin bağlanma və öhdəliklərin tam icra edilməsi anını, kreditin (əsas məbləğ və hesablanmış faizlər) müddəti isə kreditin alınmasını və müvafiq ödənişlərin müddətini əhatə edir. Hüquqi təbiətinə görə kredit müqaviləsinin müddəti tərəflərin hüquq və vəzifələrinin yaranmasının, dəyişdirilməsinin və ona xitam verilməsinin vaxtını tənzimlədiyi halda, kredit müddəti kredit müqaviləsində müəyyənləşdirilmiş öhdəliklərin icra edilməsinin vaxtını tənzimləyir...Kredit münasibətləri müddətlidir və həyata keçirilmə müddəti vaxt çərçivəsi ilə təyin olunmuş müqavilə münasibətləridir. Kredit müqaviləsində müəyyənləşdirilmiş öhdəliklər, yəni əsas borcun ödənişləri ilə bağlı öhdəliklərin və kredit müqaviləsi üzrə faizlərin ödənilməsi ilə bağlı öhdəliklərin yerinə yetirilmə müddəti müqavilədə əvvəlcədən nəzərdə tutulmuş qaydaya uyğun olaraq müəyyən olunur”. İşin materiallarından görünür ki, apellyasiya baxışı zamanı təyin olunmuş ekspertizanın rəyi ilə müəyyən olunmuşdur ki, Cavabdeh7 MMC-nin 13.06.2012-ci il tarixinə 1 740 000 ABŞ dolları əsas, 256 650 ABŞ dolları faiz borcu yaranmışdır. Azərbaycan Republikası MPM-nin 101.3 və 206.1-ci maddələrinə əsasən ekspertin rəyi məhkəmə iclasında tədqiq edilir və digər sübutlarla birgə qiymətləndirilir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin ekspertizanın rəyi ilə müəyyən olunmuş həmin məbləğlərin Cavabdeh7 MMC tutula bilməsinə dair nəticəsini işin araşdırılmış hallarına uyğun hesab edir. Apellyasiya instansiyası məhkəməsinin işin araşdırılmış halları ilə həmçinin müəyyən etdiyi kimi, 01 iyul 2016-cı il tarixdə İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə “xxxxxxxx” MMC arasında 22/16 saylı kredit müqaviləsi bağlanmış, bu müqaviləyə əsasən İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən “xxxxxxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə Cavabdeh8, Cavabdeh4, “X9” MMC-nin, habelə Cavabdeh7 MMC-nin İddiaçı ASC-də kredit üzrə borclarının bağlanması məqsədilə 01.10.2018-ci il tarixədək illik 8% olmaqla 6 800 000 (altı milyon səkkiz yüz) avro məbləğində kredit verilmiş, “xxxxxxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən 01.07.2016-cı il tarixdə Cavabdeh7 MMC-nin 13 iyun 2011-ci il tarixli kredit xətti müqaviləsi üzrə qalıq borcunun ödənilməsi üçün 03 nömrəli ödəniş tapşırığı ilə İddiaçı ASC-nin bank hesabına 2 415 872 (iki milyon dörd yüz on beş min səkkiz yüz yetmiş iki) manat məbləğində pul köçürülmüşdür. İşin materiallarından (ləğvedicisinin təqdim etdiyi sənədlər, eləcə də təyin olunmuş ekspertizanın verdiyi rəy) görünür ki, “xxxxxxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən İddiaçı ASC-nin bank hesabına köçürülmüş 2 415 872 (iki milyon dörd yüz on beş min səkkiz yüz yetmiş iki) manat konvertasiya edilərək 1 566 205,51 ABŞ dolları məbləğində ödəniş Cavabdeh7 MMC-nin kredit borcundan silinmişdir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işin araşdırılmış halları üzrə, eləcə də Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 528-ci madd əsini tələbləri nəzərə alınmaqla düzgün olaraq bu qənaətə gəlmişdir ki, müqavilə müddətinin bitdiyi 13.06.2012-ci il tarixinə hesablanmış 256 650 ABŞ dolları faiz borcu “xxxxxxxx” MMC tərəfindən Cavabdeh7 MMC-nin borcu hesabına İddiaçı ASC-nə ödənilmiş məbləğin müvafiq hissəsində əvəzləşdirilməli (yəni müqavilə müddətinin bitməsindən sonra ödənilən 1 566 205,51 ABŞ dollarının 256 650 ABŞ dolları hissəsi faizin ödənilməsinə hesablanaraq faiz borcu sıfırlanmalı), 1 566 205,51 ABŞ dollarının qalan hissəsi isə müqavilə müddətinin bitdiyi dövrdə mövcud olan əsas borcdan çıxılmalıdır (1 309 555,51 – 1 740 000 = 430 444,49 ABŞ dolları). Belə ki, müqavilə müddətinin bitdiyi müddətə yaranmış borc məbləğləri və “xxxxxxxx” MMC tərəfindən Cavabdeh7 MMC-nin borcu hesabına sonradan həyata keçirdiyi ödən iş əsas götürülməklə, onun hazırda iddiaçı banka yalnız 430 444,49 ABŞ dolları məbləğində əsas borcunun mövcud olması nəticəsinə gəlmək mümkündür. Azərbaycan Respublikasının Mülki Məcəllənin 445.7-ci maddəsinə görə borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Qeyd olunan maddənin dispozitiv şərtlərinə görə kreditor ilk olaraq sübut etməlidir ki, borclu pul məbləğinin ödənilməsini gecikdirib. Bu hal müəyyən olunduqdan sonra isə kreditorun illik 5 faizdən artıq məbləği tələb etməyə hüququnun olub-olmadığı müəyyən edilir. Kreditor gecikdirməni sübut etdikdən sonra hər bir halda illik 5 faiz ödənilməsini tələb etmək hüququna malikdir. Apellyasiya inst ansiyası məhkəməsinin işin araşdırılmış halları üzrə müəyyən etdiyi kimi, tərəflər arasında öhdəlik münasibətləri yaranmış, Cavabdeh7 MMC öhdəliklərini vaxtında yerinə yetirməmiş, bilavasitə bankın verdiyi kredit hesabına digər hüquqi şəxs onun borcunun böyük hissəsini 01.07.2016-cı il tarixdə ödəmişdir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 dekabr 2014-cü il tarixli Qərarında qeyd olunmuşdur ki, “kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Mülki Məcəllənin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Bu zaman pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi illik beş faizdən yüksək olduqda, kreditor tərəfindən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsi ilə əlaqəli şəkildə kreditin ödənişi üzrə gecikdirilmiş vaxt üçün həmin Məcəllənin 449.1-ci maddəsinə müvafiq olaraq müəyyənləşdirilən miqdarda faizlər hesablanır”. İş materiallarında olan, apellyasiya baxışı zamanı təyin olunmuş ekspertizanın rəyi ilə müəyyən olunmuşdur ki, kredit xətti müqaviləsi üzrə kredit vəsaitindən istifadə müddətinin başa çatdığı 13.06.2012ci il tarixindən 01.07.2016-cı il tarixinədək (“xxxxxx xx” MMC tərəfindən Cavabdeh7 MMC-nin borcunun bir hissəsinin ödənildiyi tarix) keçən dövr üçün Cavabdeh7 MMC-nə illik 5% hesabı ilə 352 350 ABŞ dolları borc hesablana bilər. Kollegiya həmçinin hesab edir ki, Cavabdeh8 zamin qismində öhdəliyin icrası ilə bağlı əsas borclu ilə birgə məsuliyyət daşıyacağı barədə müqavilə bağladığından, müvafiq borc məbləğləri əsas borclu ilə yanaşı ondan da müştərək qaydada tutulmalıl olmasına dair də apellyasiya instansiyası məhkəməsi düzgün hüquqi nəticəyə gəlmişdir. Belə ki, Mülki Məcəllənin 500.1-ci maddəsinin tələblərinə görə, əgər öhdəliyin icrası bir neçə şəxsə onlardan hər birini öhdəliyin tam icrasında iştirak etməyə borclu edən şəkildə həvalə edilirsə, kreditor isə yalnız birdəfəlik icranı tələb etmək hüququna malikdirsə, onlar birgə borclulardır. H əmin Məcəllənin 472-ci maddəsinə görə isə, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Birgə zamin olmuş şəxslər, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Məhkəmə kollegiyası həmçinin iddianın, “tutmanın ipoteka predmetləri olan Cavabdeh9 məxsus ünvan1 küçəsində istifadədəki 0.1624 ha torpaq sahəsində yerləşən 84 nömrəli 13 mərtəbəli binanın 1-ci girişində, 7-ci mərtəbəsində, 174,8 kv.m ümumi, 110 kv.m yaşayış sahəsindən ibarət 4 otaqlı 18 nömrəli yaşayış mənzilinə; Cavabdeh1 məxsus ünvan1 küçəsi, məhəllə 584-də istifadədəki 0.702 ha torpaq sahəsində yerləşən 11 nömrəli 5 mərtəbəli binada, 40.3 kv.m ümumi sahədən ibarət 2 otaqlı 23 nömrəli mənzilə; “xxxx” MMC-nə məxsus ünvan1 prospektində istifadədəki 2.468 ha torpaq sahəsində yerləşən 23 nömrəli binanın 7-ci mərtəbəsində 4556 kv.m. ümumi sahədən ibarət qeyri-yaşayış sahəsinin 500 kv.m qeyri-yaşayış sahəsinə yönəldilməsi, həmin daşınmaz əmlakların acıq hərracdan satılaraq əldə olunmus pul vəsaiti hesabına borcun ödənilməsi, ipote kadakı daşınmaz əmlakların açıq hərracdan satıldıqdan sonra ən geci bir ay müddətində tam boşaldılaraq cavabdehlərin oradan məcburi çıxardılması” hissəsininin də əsaslı olmasına dair apellyasiya instansiyası məhkəməsinin mövqeyi ilə razılaşır. Belə ki, yuxarıda qeyd olunduğu kimi, həmin daşınmaz əmlaklar Cavabdeh7 MMC-nin kredit öhdəliklərinin təminatı olaraq ipoteka ilə yüklü edilmiş və ipotekanın dövlət qeydiyyatı həyata keçirilmişdir. İş materiallarından görünür ki, ipoteka saxlayan ipoteka qoyanlara “İpoteka haqqında” Qanunun 36.2-ci bəndində uyğun olaraq ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildiriş göndərmiş, həmçinin həmin bildiriş Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsində qeydə alınmışdır. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun un 33-cü maddəsinə əsasən borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. Həmin qanunun 34.1.1-ci maddəsinə görə isə əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnu yaradır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 317-ci maddəsinə əsasən, borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Satış bu Məcəllənin 414-416-cı maddələrinə uyğun olaraq həyata keçirilir. Həmin Məcəllənin 319.1-ci və 319.6-cı maddələrinə müvafiq olaraq, əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verild iyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. İpoteka predmetinin satışından götürülmüş məbləğ ipoteka saxlayanın tələblərini ödəməyə kifayət etmirsə, borclu çatışmayan məbləği ipoteka saxlayana ödəməlidir. Əgər satışdan götürülən və ya əldə edilən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləğ borcluya qaytarılmalıdır. “İpoteka haqqında” Qanunun 59.1-ci maddəsinə əsasən isə, yaşayış evi və ya mənzil ipoteka qoyulduğu halda ona tutma yönəldildikdə və o satıldıqda bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, həmin evdə və ya mənzildə qeydiyyatda olan şəxslərin çıxarılması üçün əsas deyildir. Həmin Qanunun 59.3-cü maddəsinə görə isə, ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki: yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun; və ya, ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar. İş materiallarından görünür ki, ipoteka müqavilələri bağlanarkən Cavabdeh9, Cavabdeh1 və Cava bdeh2 müvafiq öhdəlik götürmüşlər. “İpoteka haqqında” Qanunun 39.3.3-cü maddəsində, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edilərkən qərarda ipoteka predmetinin ilkin satış qiyməti göstərilməlidir və qanunun mənasına görə, məhkəmə qətnaməsində ipoteka predmeti olan əmlakın ilkin satış qiyməti yalnız tərəflərin razılaşması əsasında, yaxud müstəqil qiymətləndiricinin rəyi əsasında müəyyən edilə bilər. Apellyasiya baxışı zamanı təyin olunmuş ekspertizanın rəyi ilə ünvan1 küçəsində istifadədəki 0.1624 ha torpaq sahəsində yerləşən 84 nömrəli 13 mərtəbəli binanın 1-ci girişində, 7-ci mərtəbəsində, 174,8 kv.m ümumi, 110 kv.m yaşayış sahəsindən ibarət 4 otaqlı 18 nömrəli mənzilin bazar qiymətinin 175 000 (yüz yetmiş beş min) manat; ünvan1 küçəsi, məhəllə 584-də istifadədəki 0.702 ha torpaq sahəsində yerləşən 11 nömrəli 5 mərtəbəli binada, 40.3 kv.m ümumi sahədən ibarət 2 otaqlı 23 nömrəli mənzilin bazar qiymətinin 75 000 (yetmiş beş min) manat; ünvan1 prospektində istifadədəki 2.468 ha torpaq sahəsində yerləşən 23 nömrəli binanın 7-ci mərtəbəsində 4556 kv.m. ümumi sahədən ibarət qeyri-yaşayış sahəsinin 500 kv.m qeyriyaşayış sahəsinin bazar qiymətinin 225 000 (iki yüz iyirmi beş min) manat olması müəyyən edilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, əmlakların ilkin satış qiyməti olaraq məhz həmin qiymətlərin əsas götürülməsini məqsədəmüvafiq olmasına dair apellyasiya instansiyası məhkəməsinin hüquqi mövqeyi düzgün olmuşdur. Belə ki, ipoteka müqavilələrinin bağlanmış olduğu tarixdən sonra əmlak qiymətlərinin ciddi şəkildə dəyişmiş olduğu hər kəsin bildiyi f aktdır və ipoteka müqavilələrində müəyyənləşdirilmiş qiymətin “tərəflərin razılaşdırdıqları ilkin satış qiyməti” kimi nəzərə alınması ədalətli deyildir. Məhkəmə kollegiyası həmçinin iddia tələbini “əmlakların banka təhvil verilməsi, cavabdehlərin daşınmaz əmlaklara bütün istifadə hüquqlarının tam itirilərək xitam verilməsi, yaşayış hüquqlarının itirilməsi” hissələrində əsaslı olmamasına dair nəticəsi ilə də razılaşır. Belə ki, yüklü edilmiş əşyaya, xüsusən də ipoteka predmetinə mülkiyyət hüququna xitam verilmə “İpoteka haqqında” qanunla tənzimlənir. Həmin Qanunun 59.1-ci maddəsinin mənasına görə isə, ipoteka predmetinə tutmanın yönəldilməsi nə hələ mülkiyyət hüququnun itirilməsi demək deyildir, nə də orada yaşayanların həmin sahəni 1 ay müddətində tərk etmələri üçün əsas ola bilməz (59.3-c ü maddədə nəzərdə tutulmuş hal istisna olmaqla). Çünkü ipoteka predmetinin yeni mülkiyyətçisi bilinmədən kiminsə mülkiyyətinin əlindən alınması, oranın tərk edilməsi və bu kimi digər hallara yolverilməsi qadağandır və ən azından belə hallar şəxsin konstitusiya hüququnun pozulmasıdır. Buna görə də, “İpoteka haqqında” Qanunla mülkiyyət hüququnun itirilməsi üçün mütləq ipoteka predmetinin satılması vacibdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsində mülkiyyət hüquqlarının xitam olunma əsasları və mülkiyyət hüquqlarının qeydiyyatı barədə müvafiq norma da öz əksini tapmış, həmin Məcəllənin 205.2-ci maddəsində tutmanın yönəldilidiyi əmlaka mülkiyyətçinin mülkiyyət hüququna, alınmış əmlakın keçdiyi şəxsin həmin əmlaka mülkiyyət hüququnun yarandığı andan xitam verildiyi nəzərdə tutulmuşdur. Bu nlardan başqa, tutmanın yönəldilməsi hərrac yolu ilə həyata keçirilə bilər və hərracdan sonra hər hansı şəxs ipoteka predmetini müqavilə qüvvəsinə malik olan protokol imzalamaqla alarsa onda ipoteka predmetində olan şəxslər oranı məcburi tərk etməlidirlər. Əks təqdirdə, “İpoteka haqqında” Qanunun 59.4cü maddəsinə görə, ipoteka qoyan və orada yaşayan digər şəxslər məhkəmənin qərarı ilə məcburi qaydada çıxarılırlar. Həmçinin qeyd olunmalıdır ki, ipoteka predmeti olan əmlakların hərracda satılmalı olduğu qənətinə gəlindiyindən, onların banka təhvil verilməsi həmin nəticə ilə ziddiyyət təşkil edərdi və iddiaçı bankın da hərracda iştirak edərək əmlakı hərracdan satın almaq hüququ mövcuddur. Məhkəmə kollegiyası həmçinin apellyasiya instansiyası məhkəməsinin «İddiaçının “kredit xətti müqaviləsini n ləğv edilməsi” tələbi ilə bağlı xitam verilmiş müqavilənin məhkəmə tərəfindən ləğv edilməsinin hər hansı məntiqi mövcud olmamasına dair gəldiyi qənaəti ilə razılaşır. Belə ki, işin materiallarından görünür ki, kredit müqaviləsinin müddəti bitdiyindən artıq ona xitam verilmişdir. Kollegiya daha sonra iddia tələbinin “tərəflər arasında bağlanmış ***-**** saylı 04 avqust 2011-ci il tarixli, ***-**** saylı 04 avqust 2011-ci il tarixli və ***-**** saylı 08 sentyabr 2011-ci il tarixli ipoteka müqavilələrinin etibarlı hesab olunmaları” hissəsi ilə bağlı da apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşır. Belə ki, bu müqavilələr bağlandıqları andan etibarlı olmaqla həmin etibarlılığın ayrıca təsbit olunmasına ümumiyyətlə zərurət olmamışdır. Lakin bununla belə, məhkəmə kollegiy ası apellyasiya instansiyası məhkəməsinin İddiaçı bankın Cavabdeh7 MMC-dən və digər cavabdehlərdən cərimə borcu üzrə 174 000 (bir yüz yetmiş dörd min) ABŞ dollarının, dəbbə pulu borcu üzrə 506 134 (beş yüz altı min yüz otuz dörd) ABŞ dollarının tutulması” tələbi ilə bağlı hüquqi mövqeyi ilə razılaşmır. Belə ki, işin materiallarından görünür ki, Cavabdeh7 MMC ilə bağlanmış 13 iyun 2011-ci il tarixli kredit xətti müqaviləsi üzrə cərimə pulu bəndi nəzərdə tutulmuş, iddiaçı tələbində cavabdehin cərimə borcu üzrə 174 000 (bir yüz yetmiş dörd min) ABŞ dollarının, dəbbə pulu borcu üzrə 506 134 (beş yüz altı min yüz otuz dörd) ABŞ dollarının olmasını iddia etmiş, iş üzrə təyin edilmiş ekspertiza rəyində isə bank tərəfindən təqdim olunmuş sənədlərdə bankın cərimə hesablamaması göstərilməklə rəylə « Cavabdeh7” MMC-yə cərimə hesablanmamışdır. Apellyasiya instansiyası məhkəməsi isə iddiaçı bankın həmin tələbini əsaslandırmayaraq müvafiq məbləğləri nə cür hesabladığını aydınlaşdırmamasına və ekspertiza rəyi ilə Cavabdeh7 MMC-nə ümumiyyətlə cərimə borcu hesablanmadığı müəyyən olunduğunu üçün hesablanmayan cərimənin tutulmasının mümkün olmamasına istinad etmişdir. Bankla Cavabdeh7 Məhdud Məsuliyyəti Cəmiyyəti arasında bağlanmış 01-KX saylı 13 iyun 2011-ci il tarixli kredit xətti müqaviləsinin 3.8-ci bəndinə əsasən borc alan üzərinə düşən öhdəlikləri icra etmədikdə bu müqavilənin 10-cu bəndində nəzərdə tutulmuş dəbbə pulunu ödəyəcəyini vəd edir. Həmin müqavilənin 3.9-cu bəndi də demək olar ki, eyni məzmunludur. Sözügedən müqavilənin « Dəbbə pulu və zərər» adlanan hissəsinin 10.1-ci bəndin ə əsasən bu müqavilə üzrə borc alanan üzərinə düşən öhdəliklərin icra etməməsi və ya lazımınca icra etməməsi və yaxud müəyyənləşdirilmiş müddətdə icra etməməsi üçün dəbb pulu müəyyənləşdirilir. Müqavilənin 10.2-ci bəndinə əsasən borc alan üzərinə üzərinə düşən öhdəliklərin icra etmədikdə və yaxud müəyyənləşdirilmiş müddətə icra etmədikdə kreditin ödənilməmiş məbləğinin hər gecikdirilmiş günü üçün kreditin qalıq məbləğinin 0,05% miqdarında borc verənə dəbbə pulu ödəməlidir. Müqavilənin 10.5-ci bəndinə əsasən bu müqavilənin 3.9-cu bəndində nəzərdə tutulduğu kimi dəbbə pulu və zərərin əvəzinin ödənilməsi borc alanı öhdəliyin icrasından azad etmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə b ilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi xərclər və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi, (real zərər), habelə, hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər ( əldə çıxmış fayda) başa düşülür. Qeyd edilən normanın mənasına görə zərər dedikdə, hüquqi pozulmuş (zərər çəkmiş) şəxsin düşdüyü və düçar olduğu elə maddi itki başa düşülür ki, bunun nəticəsində onun əmlakı və ya şəxsi qeyrimaddi nemətləri azalır. Zərər (zərərvurulması faktı) yoxdursa, mülki hüquq məsuliyyəti də yoxdur. Bu, onu söyləməyə əsas verir ki, zərər mülki hüquq məsuliyyətinin məcburi, zəruri və labüd əsasıdır. Borclu (zərərvuran) özünün davranışı ilə (hərəkət və ya hərəkətsizliyi ilə) kreditorun (zərərçəkənin) əmlak sahəsində mənfi nəticələr yaradır. Məsələn borc alan aldığı borc məbləğini qaytarmır və bununla da kreditorun (zərərçəkənin) gəlirinin azalmasına və ya itirilməsinə səbəb olur. İşin materiallarından görünür ki, hazırki iş üzrə kreditorun gəliri, kredit müqavilələri üzrə əsas borca görə hesablanmış faizlərdən ibarətdir və müqavilə üzrə öhdəliyin borc alan tərəfindən yerinə yetirilməməsi nəticəsində kreditor həmin gəlirdən (faizdən) məhrum olur ki, bu da kreditorun məruz qaldığı mümkün zərər hesab edilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdiri lən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Qanunun mənasına görə dəbbə pulu müqavilə ilə müəyyənləşdirilən və öhdəliyin icrasının təmin edilməsi üsulu kimi öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyinə görə borclunun kreditora cərimə və ya penya formasında ödəməli olduğu pul məbləğidir. Dəbbə pulunun hüquqi təyinatı əsas öhdəliyin müqavilənin şərtlərinə və qanunvericiliyin tələblərinə müvafiq olaraq lazımınca, vaxtında, tam həcmdə ödənilməsini təmin etməkdir. Dəbbə pulu mülki qanunvericiliyin prinsipləri olan mülki hüquq subyektlərinin bərabərliyi və müqavilə azadlığına uyğun, yəni tərəflər arasında sərbəst şəklində bağlanmış müqav ilə ilə müəyyənləşdirilir. Bununla yanaşı Mülki Məcəllənin 467-ci maddəsi tərəflər arasında müəyyənləşdirilmiş dəbbə pulunun məhkəmə tərəfindən azaldılmasını nəzərdə tutmuşdur. Həmin normada istənilən dəbbə pulun deyil, yalnız tənasübsüz surətdə yüksək olan dəbbə pulun azaldılması göstərilmişdir. Qeyd olunan maddənin dispozitiv şərtlərinə görə məhkəmə işin hallarını və tənasüb müəyyənləşdirilərkən kreditorun əmlak və bütün əsaslı mənafelərini nəzərə almalıdır. Dəbbə pulunun əsas təyinatı ondan ibarətdir ki, kreditoru ödənilməli olan zərərin məbləğini sübut etmək vəzifəsindən azad edir. Bununla da öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi ilə kreditorun pozulmuş marağının əvəzini ödəmək imkanı yaranır. Bu onunla əlaqədardır ki, dəbbə pulu öhdəliyin icra edilməməsi və ya lazı mınca icra edilməməsi nəticəsində kreditora dəymiş zərərin miqdarından asılı olmayaraq, ödənilməli olan müəyyən pul məbləğidir. Azərbaycan Respublikası MPM-nin; -103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. - 103.2-ci maddəsinə əsasən ekspertin rəyi ilə məhkəmənin razılaşmaması iş üzrə qətnamə və ya qərardadda əsaslandırılmalıdır. - 88-ci maddəsinə əsasən isə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə kollegiyası Cavabdeh7 MMC-nin kassasiya şikayətinin dəlillərnə hüquqi qiymət verərək qeyd edir ki, şikayətdə istinad edilən müqavilələr hazırki məhkəmə baxışının predmeti olmamışdır. İşin materiallarından görünür ki, hazırki iş üzrə iddianın predmeti İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh7nə və digərlərinə qarşıdır. Azərbaycan Respublikasının MPM-nin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Məhkəmələr qarşısında duran ədalət mühakiməsinin həyata keçirilməsi ilə bağlı vəzifələrin yerinə yetirilməsi qəbul olunmuş qərarların tam şəkildə qanun tələblərinə uyğun olmasını nəzərd ə tutur. Məhkəmənin qərarı demokratik ədalət mühakiməsinin ən vacib aktıdır. Bununla əlaqədar olaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun "Məhkəmə Qətnaməsi haqqında" 24 noyabr 2005-ci il tarixli 4 saylı qərarının 2.2-ci bəndində təsbit olunmuşdur ki, məhkəmə qərarı maddi və posessual hüquq normalarına dəqiq riayət edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin qərarın 2.4-cü bəndinin məzmununa görə qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə, qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Qətnamənin qanuni və əsas lı olmasının şərtlərindən biri iddia tələbinin düzgün müəyyən edilməsi və həmin tələbə baxılmasından ibarətdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Hiro Balani İspaniyaya qarşı" iş üzrə 09 dekabr 1994-cü il tarixli qərarında göstərmişdir ki, milli məhkəmələr hər təqdim olunan arqumenti və onunla əlaqəli sübutu cavablandırmaq vəzifəsini daşımasalar da, məhkəmə tərəfindən mühüm arqumentlər cavabsız qaldıqda məhkəmə baxışı ədalətli hesab edilə bilməz... Ərizəçinin arqumentinin apellyasiya məhkəməsi tərəfindən rədd edildiyi və ya sadəcə nəzərə alınmadığı aydın deyil. Hər halda, həmin məhkəmə bu arqumenti rədd etsəydi, bunu öz qərarında əsaslandırmalı idi... Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunu özünün «S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhk əməsi MİÜMK-nın 28.12.2004-cü il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 may 2006-cı il tarixli qərarında göstərmişdir ki, «mülki-prosessual qanunvericiliyin göstərilən müddəalarından irəli gələrək məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır». Azərbaycan Respublikasının MPM-nin 2.1-ci maddəsinə əsasən mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüqu q və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun «Məhkəmə qətnaməsi haqqında» 24 noyabr 2005-ci il tarixli 4 saylı qərarında göstərilir ki, məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, «məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəy ə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir». Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə apellyasiya icraatı qaydasında baxılarkən cərimə və dəbbə pulu hissəsində maddi və prosessual hüquq normaları pozulmuş və düzgün tətbiq edi lməmişdir. Azərbaycan Respublikasının MPM-nin 418.1-ci maddəsinə əsasən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. İşin yuxarıda göstərilən faktiki hallarını və sadalanan qanunvericilik aktları normalarının tələblərini nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi qeyd edilən hissələrdə ləğv edilməli və iş həmin hissələrdə yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə qaytarılmalıdır. İşə yenidən baxan məhkəmə yuxarıda qeyd olunan nöqsanları aradan qaldırmaqla yanaşı, işin ləğv edilmiş hissələri üzrə hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirləri görməli, mübahisəli hüquq mü nasibətinə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını təmin etməli, eləcə də, araşdırılan sübutlara Azərbay can Respublikası MPM-nin 88-ci maddəsinin tələbləri baxımından düzgün hüquqi qiymət verməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 417-419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALİR: İddiaçı Açıq Səhmdar Cəmiyyətinin kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin MK-nın 2(103)-1466/2019 nömrəli iş üzrə 02 aprel 2019-cu il tarixli qətnaməsi cərimə və dəbbə pulu tələbinin təmin edilməməsi hissəsində ləğv edilsin, iş ləğv edilmiş, həmin hissələrdə yenidən baxılması həmin məhkəməyə göndərilsin. Qətnamə qalan hissələrdə dəyişdirilmədən saxlanılsın. Cavabdeh7 MMC-nin kassasiya şikayəti təmin edilməsin.
Məhkəmə qərarları › İş №2(102)-5704/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-5704/2019
30.08.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver