Məhkəmə qərarları › İş №2(102)-5704/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-5704/2020

23.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5704/2020 23.11.2020 ALİ MƏHKƏMƏ iddiaçı «XXX» X3 Cəmiyyətinin Cavabdeh1 qarşı (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçünçü şəxs Cavabdeh2 XXXi oğlu) iş Açar sözlər: kredit borcunun ipoteka predmetinə yönəldilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Hüseynov Abiddin Qabil oğlu (sədrlik edən və məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, Fərhadov Fuad Əlirza oğlunun katibliyi ilə, Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-1169/2020 nömrəli iş üzrə xx xxxx 2020-ci il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayətinə dair işə xx xxxxxx 2020-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları «XXX» X3 Cəmiyyəti (bundan sonra – iddiaçı və ya Bank) ilə Cavabdeh2 XXXi oğlu (bundan sonra – üçüncü şəxs və ya Borclu) arasında bağlanmış **********89914 nömrəli, xx.xx.2014-cü il tarixli kredit müqaviləsinə əsasən Bank Borcluya 48 ay müddətinə illik 19% hesablanmaq şərti ilə 24500 ABŞ dolları məbləğində kredit vermişdir. Bankla Cavabdeh1 (bundan sonra – cavabdeh və ya İpotekaya qoyan) arasında bağlanmış **********899/ip nömrəli, xx.xx.2014-cü tarixli ipoteka müqaviləsinə əsasən həmin kredit müqaviləsinin təminatı kimi cavabdehə mülkiyyət hüququ əsasında məxsus olan Mingəçevir şəhəri XXXX küçəsində 0.05 ha torpaq sahəsinin üzərində yerləşən 2 mərtəbəli, 4 otaqlı, yaşayış sahəsi 71.6 kv.m, yardımçı sahəsi 166.1 kv.m, ümumi sahəsi 237.7 kv.m olan 45 nömrəli bağ evi (bundan sonra - ipoteka predmeti) Bank qarşısında ipoteka ilə yüklü edilmişdir. İpoteka predmetinin bazar qiyməti 31000 manat, likvid dəyəri 28000 manat müəyyən edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdehə qarşı 18555.75 ABŞ dolları əsas borc, 4918.87 ABŞ dolları faiz borcu və 1181.45 ABŞ dolları penya, cəmi 24656.07 ABŞ dolların, eləcə də əldən çıxmış faydanın əvəzi və ödənilmiş dövlət rüsumunun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi, satışdan sonra ipoteka predmeti olan bağ evinin boşaldılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Sonradan iddiaçı iddia tələbində dəyişiklik edilməsi barədə ərizə verərək iddianın təmin olunmasını, tutmanın ca vabdehə mülkiyyət hüququ əsasında məxsus ipoteka predmetinə yönəldilməsi, ipoteka predmetinin açq hərracda satılması, satışdan əldə edilmiş vəsaitdən xx.xx.2014-cü il tarixli **********899 №li kredit müqaviləsi üzrə Borclunun Banka olan 11828.75 ABŞ dolları əsas borc, xx.xx.2018-ci il tarixinədək kreditdən istifadəyə görə illik 19% dərəcəsi ilə hesablanmış 7.807.87 ABŞ dolları faiz borcu, xx.xx.2018-ci il tarixdən xx.xx.2020-ci il tarixədək vaxtı keçmiş əsas borc məbləğinə illik 19 % dərəcəsi ilə hesablanmış 4926.29 ABŞ dolları əldən çıxmış faydanın əvəzi, xx.xx.2020ci il tarixinə qədər vaxtı keçmiş əsas borc məbləğinə illik 15 % dərəcəsi ilə hesablanmış 6891.70 ABŞ dolları penya, cəmi 31.454.61 ABŞ dolları, xx.xx.2020-ci il tarixdən başlayaraq iddiaçının tələblərinin ipoteka predmeti hesa bına faktiki təmin edilməsi tarixinə qədər əsas borc məbləğinə illik 19% dərəcəsi ilə hesablanan faizlər formasında əldən çıxmış faydanın əvəzi, illik 15% dərəcəsi ilə hesablanan penya, dövlət rüsumu kimi ödənilmiş 30 manat və sənədlərin notarial qaydada təsdiqlənməsi üçün xərclənmiş 17 manat pulun Banka ödənilməsi, ev satıldıqdan sonra cavabdeh, onun ailə üzvləri və digər şəxslər ipoteka predmetini bir ay ərzində boşaltmadıqları halda ipoteka predmetinin məcburi qaydada boşaldılması, ipoteka predmetinin ilkin satış qiymətinin ipoteka müqaviləsində qeyd olunmuş 28000 manat məbləğində təyin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, dəfələrlə xəbərdar edilməsinə baxmayaraq Borclu kredit müqaviləsi üzrə öhdəliyi yerinə yetirməmiş, nəticəd ə 11828.75 ABŞ dolları əsas, 7807.87 ABŞ dolları faiz və 6891.70 ABŞ dolları cərimə borcu yaranmışdır. Cavabdeh məhkəmə iclasında iddianı qismən qəbul edərək izahatında bildirmişdir ki, üçüncü şəxsin iddiaçıdan 24500 ABŞ dolları kredit götürməsinə və kreditin təminatı olaraq onun mülkiyyətində olan bağ evinin ipoteka qoyulmasına baxmayaraq evinin satılmasına razı deyil. Ona görə ki, başqa yaşayış sahəsi yoxdur. Kredit borcunu ödəyəcəklər. Üçünçü şəxs də məhkəmə iclasında iddianı qismən qəbul edərək izahatında bildirmişdir ki, maddi imkanı olmadığına görə kredit borcunu ödəyə bilməmişdir. Evin satılmasına razı deyil. İş üzrə keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizasının 33324 nömrəli, xx.xx.2018ci il tarixli rəyinə əsasən Borclunun xx.xx.2014-cü il tarixə Banka - 18605.61 ABŞ dolları əsas borc və 4515.60 ABŞ dolları faiz borcu olmaqla cəmi 23121.21 ABŞ dolları məbləğində borcunun olduğu müəyyən olunmuşdur. Məhkəmə-mühasibatlıq ekspertizasının 14884 nömrəli, xx.xx.2018-ci il tarixli rəyi ilə Borclunun xx.xx.2014-cü il tarixə Banka - 18657.16 ABŞ dolları əsas və 4484.88 ABŞ dolları faiz borcu olmaqla, cəmi 23142.04 ABŞ dolları məbləğində borcunun olduğu müəyyən olunmuşdur. Məhkəmə-mühasibatlıq ekspertizasının 27407 nömrəli, xx.xx.2019-cu il tarixli rəyinə əsasən Borclunun xx.xx.2014-cü il tarixə Banka - 12430.16 ABŞ dolları əsas və 8523.01 ABŞ dolları faiz borcu olmaqla, cəmi 20953.17 ABŞ dolları məbləğində borcunun olduğu müəyyən edilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin “Daşınmaz əmlakın qiymə tləndirilməsinə dair” xx.xx.2019-cu il tarixli rəyi ilə ipoteka predmeti olan bağ evinin bazar dəyərinin 54000 manat təşkil etdiyi müəyyən olunmuşdur. Müstəqil qiymətləndirici “Roveks Konmark” Konsaltinq tərəfindən verilmiş xx.xx.2019cu il tarixli rəylə müəyyən edilmişdir ki, ipoteka predmeti olan bağ evinin bazar dəyəri 34000 manat, likvid dəyəri 30000 manatdır. Mingəçevir Şəhər Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(051)-19/2020 nömrəli iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə (hakim M.Kərimova) iddia qismən təmin edilmiş, cavabdehə məxsus, ipoteka predmeti olan, ilkin satış qiyməti 54000 manat qiymətləndirilmiş bağ evinin açıq hərracdan satışa çıxarılması, satışdan əldə edilən vəsaitdən 11828.75 ABŞ dolları əsas kredit borcu, 7807.87 ABŞ dolları faiz borc u, 600 ABŞ dolları cərimə olmaqla, cəmi 20236.62 ABŞ dolları kredit borcunun qətnamə icra olunan günə olan manat məzənnəsi ilə, dövlət rüsumu kimi ödənilmiş 30 manat və sənədlərin notariat qaydada təsdiq edilməsinə görə ödənilmiş 17 manatın tutularaq iddiaçıya verilməsi, borcun ödənilməsindən sonra evin açıq hərracdan satılmasından qalan vəsaitin cavabdehə qaytarılması qət olunmuşdur. Həmin qətnamə ilə iddia, xx.xx.2020-ci il tarixdən iddiaçının tələblərinin faktiki təmin edilməsi tarixinə qədər əsas borc məbləğinə illik 19% dərəcəsi ilə hesablanmış faizlər formasında əldən çıxmış faydanın əvəzi, illik 15% faiz dərəcəsi ilə hesablanan penya tələbinə və ipoteka ilə yüklü edilmiş ev satıldıqdan sonra cavabeh Cavabdeh1, onun ailə üzvlərinin evdən çıxarılma və evin boşaldılmasıa dair hissədə t əmin edilməmişdir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, üçüncü şəxs tərəflər arasında bağlanmış kredit müqaviləsindən irəli gələn öhdəlikləri icra etməmişdir. Ona görə də iddia tutmanın ipoteka predmetinə yönəldilməsinə dair hissədə təmin olunmalıdır. Bundan əlavə məhkəmə hesab etmişdir ki, ipoteka predmeti açıq hərracda satıldıqdan sonra mülkiyyət hüququ yeni mülkiyyətçiyə keçdiyinə görə həmin evlə bağlı hər hansı tələblə məhkəməyə müraciət etmək hüququ yeni mülkiyyətçiyə məxsusdur. Ona görə də iddia ipoteka ilə yüklü edilmiş bağ evi satıldıqdan sonra cavabdehin istifadə hüquqlarının itirilmiş hesab edilməsi, çıxarılma və əmlakın boşaldılması barədə olan hissədə təmin edilməməlidir. Məhkəmə, həmçinin, ipoteka predmetinin qiymətləndirilməsi barədə Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin “Daşınmaz əmlakın qiymətləndirilməsinə dair” xx.xx.2019-cu il tarixli rəyini hazırda bazar qiymətlərinə uyğun hesab edərək sübut kimi qəbul etmişdir. Bundan başqa, müqavilənin şərtinə və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinin tələbinə görə, iddiaçı kredit müqaviləsi üzrə 6891.70 ABŞ dolları məbləğində cərimə hesablamışdır. Lakin hesablanmış cərimənin məbləği yüksəkdir. Məhkəmə borcalanın maddi imkanlarını nəzərə alaraq iddianın cərimənin alınması hissəsində 600 ABŞ dolları məbləğində təmin olunmasını məqsədə müvafiq hesab etmişdir. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 389.1, 390.1, 739, 385, 442, 317.1, 319.3, 319.6, 443.1, 462.1, 463.2, 467-ci maddələrinə, “İpoteka haqqında” Qanunun 1.0.6, 4, 34.1.1, 34.1.2, 36.1, 59.3, 59.4, 47.2-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(107)-1169/2020 nömrəli iş üzrə xx xxxx 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər – Ə.Məcidov (sədrlik edən və məruzəçi), M.Əsədli və A.Mahmudov) cavabdeh tərəfindən verilmiş аpelyаsiyа şikаyəti təmin edilməmiş, iddiaçının аpelyаsiyа şikаyəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi qismən - ipoteka ilə yüklü edilmiş ev satıldıqdan sonra evin boşaldılmasına dair hissədə təmin edilməməsi hissəsində ləğv edilmiş, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilərək iddia tələbinin ipoteka predmeti açıq hərracdan satıldıqdan sonra ən geci 1 ay ərzində həmin yaşayış sahəsinin boşaldılması hissəsi də təmin edilmiş, ipoteka predmeti olan bağ evinin açıq hərracdan sonra ən geci 1 ay ərzində boşaldılması qət edilmiş, qətnamənin qalan hissəsi dəyişdirilmədən saxlanılmışdır. Apelyasiya instansiyası məhkəməsi ipoteka predmeti olan bağ evinin açıq hərracda satıldıqda ən geci 1 ay ərzində boşaldılmasının təmin edilməməsi hissəsi istisna olmaqla iddia tələbinin təmin və rədd edilməsi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmış, qeyd etmişdir ki, məhkəmə bu hissələrdə maddi hüquq normalarını düzgün tətbiq etmiş, işin faktiki hallarına uyğun nəticəyə gəlmişdir. Bununla belə, Məhkəmə kollegiyası hesab etmişdir ki, birinci instansiya məhkəməsi “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 59-cu maddəsinin tələblərinə əməl etməməklə səhv nətic əyə gəlmişdir. Kollegiya həmin Qanunun 59.3-cü maddəsinə istinadən qeyd etmişdir ki, ipoteka predmeti olan mənzilə tutma yönəldikdən və o, satıldıqdan sonra ipoteka qoyan və ailə üzvlərinin mənzilin təhvil verməsi üçün 1 ay müddət müəyyən edilmişdir. Bununla bərabər mənzilin ipoteka qoyan və ailə üzvlərinin mənzili tərk etmələri mütləq şəkildə onların bu barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmələri ilə şərtləndirilmişdir. Həmin Qanunun 59.4-cü maddəsində isə ipoteka predmeti olan mənzili tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş şəxslərin bu öhdəliyini icra etməməsinin nəticələri müəyyən edilmişdir. Göründüyü kimi ipoteka predmetinə tutmanın yönəldilməsi barədə notariusun icra qeydinin və ya məhkəmə qərarının olması tutma yönəlməklə satılan əmla kdan 1 ay ərzində könüllü şəkildə çıxmayan ipoteka qoyanın məcburi qaydada çıxarılması üçün əsasdır. Məhkəmə kollegiyası qeyd etmişdir ki, ipoteka predmeti olan əmlaka tutmanın yönəldilməsi əsaslarını müəyyən edən qanunvericilikdə tutmanın yönəldilməsi barədə notariusun icra qeydi və ya məhkəmə qərarı əsasında tutma yönələn və o satılan əmlakı 1 ay ərzində tərk etməyən ipoteka qoyan və digər şəxslərin məcburi qaydada çıxarılmasına dair göstəriş nəzərdə tutulmuşdur. Beləliklə, birinci instansiya məhkəməsi iddianı qismən təmin edərkən maddi hüquq normalarını düzgün tətbiq etsə də, iddianın ipoteka ilə yüklü edilmiş ev satıldıqdan sonra evin boşaldılmasına dair hissədə təmin edilməməsini qət etməklə əsassız və reallığa uyğun olmayan nəticəyə gəlmişdir. Məhkəmə kollegiyasının qənaətinə görə ap elyasiya baxışında apelyasiya şikayətində qoyulmuş əsaslarla qətnamənin qismən - həmin hissədə ləğv olunmasına və apelyasiya şikayətinin qismən təmin edilməsinə əsas ola biləcək hallar müəyyən edilmişdir. Məhkəmə kollegiyası qeyd etmişdir ki, cavabdeh tərəfindən verilmiş аpelyаsiyа şikаyəti təmin edilməməli, iddiaçının apelyasiya şikayətində göstərdikləri digər tələblər, həmçinin cavabdehin apelyasiya şikayətində göstərdikləri əsaslı olmadığından təmin edilə bilməz. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri Cavabdeh (Vəkil) kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilərək cərimənin silinməsi, faiz borcunun qismən azaldılması, evin hərracdan satılmaması və boşaldıl maması barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi maddi hüquq normalarının pozulması və işin faktiki hallarının tam araşdırılmaması ilə çıxarılmışdır. Belə ki, qətnamə çıxan gündən hər ay borcu ödəyir. Ona görə də evin hərrcdan satılmasına razı deyil. Faiz borcu azaldılmalı, cərimə tam silinməlidir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə iddiaçının nümayəndəsi, cavabdeh və üçüncü şəxs hər hansı üzrlü səbəb göstərmədən Məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 415.3-cü maddəsini rəhbər tutaraq işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Kassasiya baxışının hədləri MPM-in 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq e dilməsini yoxlayır (maddə 416). Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3). Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməli dir. İş üzrə cavabdeh apellyasiya instansiyası məhkəməsinin aktını cərimə və faiz borcu, ipoteka predmetinin hərracdan satılması və boşaldılması hissələrində mübahisələndirdiyindən məhkəmə aktı həmin hissələrdə yoxlanılır. Mülki işə tətbiq edilən hüquq Mülki Məcəllə Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır (maddə 739). Girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüquq udur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər. Borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Əgər ipoteka predmetinin satışından götürülmüş məbləğ ipoteka saxlayanın tələblərini ödəmə yə kifayət etmirsə, borclu çatışmayan məbləği ipoteka saxlayana ödəməlidir. Əgər satışdan götürülən və ya əldə edilən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləğ borcluya qaytarılmalıdır (269.1, 295, 317, 319.1 və 319.6-cı maddələr). “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu (hüquq münasibətlərinin yarandığı dövrdə qüvvədə olmuş redaksiyada) Maddə 59.3. İpoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki: 59.3.1. yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun; və ya 59.3.2. ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatm ış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar. Maddə 59.4. Bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş müddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən çıxmadıqda həmin şəxslər evdən və ya mənzildən müvafiq olaraq tutmanın yönəldilməsi barədə notariusun icra qeydi və ya məhkəmə qərarı əsasında məcburi qaydada çıxarılırlar. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, mübahisələndirilən hissədə - cərimə və faiz bo rcu, ipoteka predmetinin hərracdan satılması və boşaldılması hissələrində apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Kassator şikayətində apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin maddi hüquq normalarının pozulması ilə çıxarıldığını ümumi ifadələrlə qeyd etsə də, bunun nədən ibarət olmasını əsaslandırmamışdır. Kassasiya şikayətinin digər dəlilləri məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün fa ktiki halların aydınlaşdırılmaması ilə bağlıdır və hazırkı icraat çərçivəsində belə dəlillər üzrə araşdırma aparılmır, onlara qiymət verilmir. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-1169/2020 nömrəli iş üzrə xx xxxx 2020-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə - cərimə və faiz borcu, ipoteka predmetinin hərracdan satılması və boşaldılması hissələrində dəyişdirilmədən

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar