Məhkəmə qərarları › İş №2(102)-5705/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-5705/2021

01.12.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5705/2021 01.12.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı1 və X2 Cavabdeh qarşı; Cavabdeh X3 qarşı iş üzrə QƏRARİ (Açar sözlər: kredit müqaviləsi, mücərrəd borcun etirafına dair müqavilə, yalan əqd, öhdəliyin icrası) Hakimlər Əliyev Zaur Əli oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Abiddin Qabil oğlu və Xələfov İlqar Rəhim oğlundan ibarət tərkibdə, Əhmədov Nurlan Vəli oğlunun katibliyi ilə, X2 vəkili x oğlunun, Cavabdeh vəkili Vəkil2 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının x nömrəli iş üzrə 24 may 2021-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. 03 oktyabr 2014-cü il tarixdə Abşeron rayonu 1 saylı notariat kontorunda X2 03 fevral 2015-ci ilədək hər ay 10.000 manat qaytarmaq şərti ilə Cavabdeh 40.000 manat məbləğində borc verməsinə dair kredit müqaviləsi rəsmiləşdirilmişdir.

2. İddiaçı2 həmin borcun tutulmasını, Cavabdeh isə müqavilənin etibarsız sayılmasını tələb edir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı1 və X1 x oğluna qarşı iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh 400.000 manat mənzillərə görə, 80.000 manat 40 kv.m-lik obyektə görə və 90.000 manat kredit müqaviləsi üzrə, cəmi 575.000 manat məbləğində vəsaitin tutularaq onlara ödənilməsi barədə qətnamə çıxarılmasını xahi ş etmişlər.

4. Daha sonra İddiaçı1 məhkəməyə ərizə təqdim edərək Cavabdeh qarşı 400.000 manat mənzillərə görə, 80.000 manat 40 kv.m-lik obyektə görə tələbini baxılmadan geri qaytarılmasını xahiş etmişdir.

5. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 11 iyun 2020-ci il tarixli, x saylı qərardadı ilə İddiaçı1 Cavabdeh qarşı vurulmuş ziyanın ödənilməsi tələbinə dair iddiası baxılmamış saxlanmışdır.

6. X4 məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək 03 oktyabr 2014-cü il tarixli kredit müqaviləsi üzrə 40.000 manatın Cavabdeh iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

7. Tələb belə əsaslandırılmışdır ki, tərəflər arasında 03 oktyabr 2014-cü il tarixdə, Abşeron rayon 1 saylı Notariat Kontorunda kredit müqaviləsi bağlanmış, iddiaçı, cavabd ehə 4 ay müddətinədək hər ay 10.000 manat qaytarması şərti ilə 40.000 manat məbləğində borc pul vermişdir. Lakin, kredit müqaviləsinin bağlanmasından 6 il keçməsinə baxmayaraq cavabdeh borcunu qaytarmamış, borcunu ödəməkdən qəsdən yayınmışdır. İddiaçı tərəfindən cavabdehə borcunu ödəməsi dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdeh borcunu hələ də ödəməmişdir.

8. Cavabdeh X3 qarşı Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla X4 arasında bağlanmış 03 oktyabr 2014-cü il tarixli kredit müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

9. Qarşılıqlı iddia tələbi belə əsaslandırılmışdır ki, 2014-cü ildə X2 əri – İddiaçı1 ona bildirmişdir ki, özünün xüsusi mülkiyyətində olan fərdi yaşayış evini və həmin evin ətrafındakı heç bir hüquqi sənədi olmayan 30 sota yaxın sahəsini satmaq istəyir. O, həmin torpaq sahəsini sənədləşdirmiş, həmçinin müştəri taparaq evi qeyri-rəsmi, torpaq sahəsini isə rəsmi olaraq satmışdır. Lakin sonradan iddiaçı müxtəlif bəhanələr gətirərək, evini və torpağını geri istəmiş, müxtəlif orqanlara onun barəsində şikayətlər etmiş və onu şantaj etməyə başlamışdır. O da evə görə aldığı pulu müştəriyə geri qaytarmışdır. İddiaçı1 evini özü satacağını bildirmiş, 10 sot torpaq sahəsini də ona qaytarmasını tələb etmişdir. O, aralarındakı qohumluq münasibətlərinə görə razılaşmış və razılaşmanın təminatı kimi aralarında formal olaraq 40.000 manatlıq borc müqaviləsi bağlanmışdır. Lakin, əslində bu müqavilə 10 sot torpaq sahəsinin qaytarılması üçün bağlanmış və ona qeyd ed ilən məbləğdə borc pul verilməmişdir. 13 oktyabr 2014-cü il tarixdə bağlanmış AN-1, ******* nömrəli alqı-satqı müqaviləsinə əsasən şərtləşdikləri kimi 0.1 ha torpaq sahəsini X6 mülkiyyətindən X2 adına rəsmiləşdirmişlər. Həmçinin İddiaçı1 xüsusi mülkiyyətində olan fərdi yaşayış evini sataraq pulunu almışdır. Bununla da onlar arasında olan maddi anlaşmazlıqlar sona çatmış, İddiaçı1 notarial qaydada ərizə verərək, ona dəymiş ziyanın tam ödənilməsini və bununla bağlı gələcəkdə ona qarşı heç bir iddiası olmayacağını qeyd etmişdir. Buna baxmayaraq, onlar, yenidən həmin borc müqaviləsini əsas götürüb pul tələb edir. Həmin vaxt borc müqaviləsi bağlanan zaman İddiaçı1 şikayət əsasında onun barəsində Abşeron rayon Polis İdarəsində araşdırılma aparılmış, ondan pul tələb edilmişdir. Həmin vaxt isə X2 ona borc pul verməsi mümkün deyildir. Ona görə də, qeyd edilən kredit müqaviləsi əslində 10 sot torpaq sahəsinin X2 adına rəsmiləşdirilməsinin təminatı kimi bağlandığına görə, həmin borc müqaviləsi yalan əqddir.

10. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin (hakim M.Rüstəmli) 11 iyun 2020-ci il tarixli, x nömrəli qətnaməsi ilə Kəmalə Məmmədovanın iddiasının təmin edilməsi, 03 oktyabr 2014-cü il tarixli kredit müqaviləsi üzrə Cavabdeh 40000 manat məbləğində borcun və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzinin iddiaçı X2 xeyrinə tutulması, Cavabdeh qarşılıqlı iddiasının təmin edilməməsi və dövlət rüsumunun onun özünə aid edilməsi qət edilmişdir.

11. Məhkəmə Mülki Məcəllənin 739-cu maddəsinə istinad edərək mövqeyini belə əsaslandırmışdır ki, cavabdeh üzərinə götürdüyü öhdəlikləri lazımınca icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan müddətdə və qaydada ödəməmiş, bununla da müqavilənin şərtlərini pozmuşdur. Qarşılıqlı iddia ilə bağlı cavabdeh 03 oktyabr 2014-cü il tarixli kredit müqaviləsinin başqa əqdi pərdələmək məqsədi ilə bağlandığını bildirsə də, bunu təsdiq edən sübutları məhkəməyə təqdim edə bilməmiş və məhkəmə araşdırması zamanı da belə bir halın mövcud olması öz təsdiqini tapmamışdır. Bundan əlavə, mübahisələndirilən kredit müqaviləsinin etibarsız hesab edilməsinə dəlalət edən hal olsaydı belə, cavabdeh həmin müqavilənin etibarsız sayılmasına əsas verən halları bildiyi gündən həmin əqdin mübahisələdirilməsi üçün mülki qanunvericilikdə nəzərdə tutulmuş bir illik müddəti də ötürmüş, müqavilə imzalandığı tarixdən iki ildən çox müddət keç dikdən sonra məhkəməyə müraciət etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

12. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər-F.Talışinski (sədrlik edən və məruzəçi), Z.Şirinov və R.Eyvazov) 24 may 2021-ci il tarixli, x nömrəli qətnaməsi ilə Cavabdeh apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin x saylı işi üzrə 11 iyun 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

13. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri

14. Cavabdeh kassasiya şikayəti verərək qətnamənin qismən - ilkin iddianın təmin edilmiş və qarşılıqlı id dianın rədd edilmiş hissəsində ləğv edilərək, ilkin iddianın tam rədd edilməsi və qarşılıqlı iddianın təmin olunması barədə qərar çıxarılmasını xahiş etmişdir.

15. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, 03 oktyabr 2014-cü il tarixli borc müqaviləsi formal olaraq rəsmiləşdirilmiş, müqavilədə 2 iddiaçının cavabdehə 40.000 manat pul borc verməsi qeyd edilmişdir. Lakin əslində bu müqavilə 10 sot torpaq sahəsinin qaytarılması üçün bağlanmış və Cavabdeh bu borc müqaviləsinə görə cavabdehə hər hansı məbləğdə pul verilməmişdir. Qeyd edilən borc müqaviləsinin formal olması İddiaçı2 20 aprel 2021-ci il tarixli məhkəmə iclası zamanı verdiyi izahatı ilə də müəyyən olunur: "...03.09.2014-cü il tarixli müqavilənin ləğvini qəbul edirəm, pərdələnmiş əqddir, 40.000 manat verməli olduğundan təmina t olaraq müqavilə bağladıq...". 13 oktyabr 2014-cü il tarixdə bağlanmış AN-1 nömrəli, ******* saylı alqı-satqı müqaviləsinə əsasən borc müqaviləsinin bağlanması üçün şərtləşdirilmiş 0,1 ha sahəsi olan torpaq sahəsi X6 mülkiyyətindən 2 iddiaçı (borc müqaviləsi üzrə borc verən) İddiaçı2 adına rəsmiləşdirilmişdir ki, bununla da borc müqaviləsinin bağlanması səbəbi aradan qalxmışdır. Buna görə də, İ iddiaçı (İddiaçı2 əri) İddiaçı1 tərəfindən 16 oktyabr 2014-cü il tarixdə notarial qaydada təsdiqlənmiş ərizə verilmişdir. Ərizədə də bildirilmişdir ki, ona dəymiş ziyan tamamilə ödənilmişdir, bununla bağlı Cavabdeh qarşı heç bir iddia və tələbi yoxdur, gələcəkdə də olmayacaq. Tərəflər 03 oktyabrda borc müqaviləsini bağlamış, bundan 10 gün sonra (13 oktyabr 2014-cü il tarixdə) bağlanmış AN-1 nömrəli, ******* saylı alqı-satqı müqaviləsinə əsasən borc müqaviləsinin bağlanması üçün şərtləşdirilmiş 0,1 ha sahəsi olan torpaq sahəsi Abbasov borc verən İddiaçı2 adına rəsmiləşdirilmiş, borc müqaviləsinin bağlanması səbəbi aradan qalxdığı üçün 3 gün sonra (16 oktyabr 2014-cü il tarixdə) iddiaçı tərəf notarial qaydada təsdiqlənmiş ərizə verərək dəymiş ziyanın tamamilə ödənildiyi, bununla bağlı cavabdehə qarşı heç bir iddia və tələbinin olmadığı, gələcəkdə də olmayacağını bildirmişdir. Hazırkı iş üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən qəbul edilmiş qətnamə qanunsuz və əsassız olması ilə yanaşı, həm də işin halları və münasibətlərə uyğun əsaslandırılmamışdır. Göründüyü kimi, apellyasiya məhkəməsinin gəldiyi nəticə əsaslandırılmamışdır, maddi və prosessual hüquq normalarının pozulma sı ilə çıxarılmış və işin həqiqi halları ilə ziddiyyət təşkil edir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

16. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları

17. Məhkəmə iclasında iştirak edən Cavabdeh vəkili Vəkil2 kassasiya şikayətinin dəlillərini müdafiə edərək, onun təmin olunmasını xahiş etdi.

18. Məhkəmə iclasında iştirak edən X2 vəkili x oğlu kassasiya şikayətinə etiraz edərək onun rədd olunmasını xahiş etdi.

19. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq işdə iştirak edən digər şəxs məhkəmə iclasına gəlmədiyi və gəlməməsinin səbəbləri barədə məlumat vermədiyi üçün Məhkəmə kollegiyası MPM-in 415.3-cü maddəsinə əsasən, işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

20. Maddə 340.2. Yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir. Yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir.

21. Maddə 404.1. Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır.

22. Maddə 404.2. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzər ə alınır.

23. Maddə

528. Öhdəliyə onun kreditorun xeyrinə lazımınca icrası (icra) nəticəsində xitam verilir.

24. Maddə 529.1. Borclunun tələbi ilə kreditor icranı tamamilə və ya hissə-hissə qəbul etdiyini təsdiqləyən sənəd verməlidir.

25. Maddə 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.

26. Maddə 882.1. Borcun etiraf edilməsini, həm də öhdəliyə əsas verən şəkildə etiraf edilməsini nəzərdə tutan hər hansı müqavilənin (mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin) yalnız o halda q üvvəsi vardır ki, borc öhdəliyi yazılı şəkildə və mövcudluğu etiraf edilən borcun əsaslandırılması üçün müəyyənləşdirilmiş forma üzrə verilsin. Əgər mövcudluğu etiraf edilmiş öhdəlik münasibətlərinin yaranması üçün ayrı forma nəzərdə tutulubsa, etiraf üçün də belə forma tələb edilir.

27. Maddə 882.2. Bu Məcəllədə nəzərdə tutulan başqa göstərişlər olmadıqda, mövcud borcun etirafı haqqında mücərrəd müqaviləyə əsaslanan iddiaya qarşı başlıca əqddən irəli gələn heç bir etiraz irəli sürülə bilməz. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

28. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

29. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normaları na müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

30. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

31. Maddə

416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri

32. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır.

33. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunma masını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

34. Hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə vasitələrinə görə aradan qalxmırsa) iddia haqlı sayılır, uzlaşmırsa əsassız hesab edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.

35. Baxılan işdə Kəmalə Məmmədova notarial kredit müqaviləsinə əsaslanaraq 40.000 manat pulun tutulmasını, Cavabdeh isə həmin kredit müqaviləsinin ilkin iddiaçının əri İddiaçı1 olan borcunun təminatı olaraq İddiaçı2 adına rəsmiləşdirilməsinə istinadən müqavilənin yalan əqd kimi etibarsız sayılmasını tələb edir, borcu da qaytardığını bildirir.

36. Tərəflərin bildirdiyi hallar nəzərə alındıqda ilkin iddianın qanuni əsası kimi Mülki MM-in 739.1-ci, qarşılıqlı iddianın hüquqi əsası kimi MM-in 340.2-ci m addələri nəzərdən keçirilə bilər.

37. Borc müqaviləsinə dair normanın məzmunundan göründüyü kimi (§ 25), borc müqaviləsi üzrə münasibətlərin tərəfləri borc verən və borc alandır. Borc müqaviləsinə görə, borc verən pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu borc alana keçirməyi, borc alan isə aldıqlarını borc verənə qaytarmağı öhdəsinə götürür. Sadə yazılı və ya notarial qaydada təsdiqlənmiş kredit müqaviləsinə istinad edən kreditor, borc verdiyini sübutetmə yükündən azad olur, buna müvafiq olaraq borcu qismən və ya tam ödədiyini iddia edən borclu, borcunu qaytardığını sübuta yetirmək yükünü daşıyır.

38. Yalan əqddə (§ 20) isə tərəflər əslində görünən müqavilədən başqa bir müqavilə barədə razılığa gəlmiş olurlar, lakin görünən əqdlə həmin müqaviləni pərdələləyirlər. Beləcə tər əflər xarici aləmə (üçüncü şəxslərə) qarşı əslində istəmədikləri bəyanları ilə meydana gələn müqavilə ilə görünməyi, amma gerçəklikdə başqa bir müqavilənin bağlanmasını arzu edir və bu xüsusda anlaşırlar. Başqa sözlə, tərəflərin bağladıqları müqavilədə göstərilən hüquqi nəticəni əmələ gətirmək niyyətləri olmur və bu cür pərdələmə müqavilə tərəflərinin hər ikisinin qəsdi ilə əhatə olunur.

39. Hazırkı işin məhkəmələr tərəfindən müəyyən edilmiş faktiki hallarından görünür ki, sözügedən kredit müqaviləsi Cavabdeh qohumu İddiaçı1la aralarında olan pul öhdəliyi ilə bağlı sonuncunun alacağının təminatı kimi rəsmiləşdirilmiş və müqavilədə kreditor kimi Kəmalə Məmmədova qeyd olunmuşdur. Adları çəkilən şəxslər məhkəmə araşdırmaları zamanı bu halları təsdiq etmişlər.

40. Belə olan halda Kollegiya hes ab edir ki, kredit müqaviləsinin yalan əqd kimi etibarsız olması barədə qarşılıqlı iddiaçının mövqeyi əsaslı deyil. Ona görə ki, həmin əqdin bağlanmasında tərəflərin xarici aləmə əslində istəmədikləri bəyanları ilə meydana gələn müqavilə ilə görünmək, yaxud üçüncü bir şəxsi aldatmaq niyyətləri mövcud olmamışdır.

41. Bununla belə, tərəflərin Cavabdeh İddiaçı1 olan borcunu sənədləşdirmək düşüncəsi ilə hərəkət etmiş olduqları, bu məqsədlə kreditorla əmlak birliyinə malik olan (arvadı) Kəmalə Məmmədovanın adına borc müqaviləsi rəsmiləşdirmək niyyətləri nəzərə alınarsa işin həmin hallarına tətbiq edilən hüquq müzakirə oluna bilər.

42. Nəzərə alınmalıdır ki, kredit müqaviləsi bağlanarkən əslində pul vəsaitinin alınmaması, bununla mövcud borcun sənədləşdirilməsi sübuta yetirilirsə bu hallar əqd in etibarsız sayılmasına deyil, müqavilənin təfsir edilməsinə əsas ola bilər. Başqa sözlə, mövcud borc kredit müqaviləsi kimi sənədləşdirildikdə tərəflər arasında olan münasibətin həqiqi xarakteri əsas götürülməklə həmin müqavilə mücərrəd borcun etirafı kimi qiymətləndirilə bilər. Məlum olduğu kimi, müqavilə təfsir edilərkən təkcə söz və ifadələrin hərfi mənası deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənası, habelə müqaviləyə qədərki və ondan sonrakı danışıqlar, hərəkətlər, qarşılıqlı münasibətlərdə yaranmış praktika və işgüzar adətlər nəzərə alınır (§ 21-22).

43. Buna baxmayaraq məhkəmələr mübahisə predmeti olan 03.10.2014-cü il tarixli əqdin mücərrəd borcun etirafına dair müqavilə kimi təfsir olunması imkanını müzakirə etməmişlər.

44. Kollegiya vurğulayır ki, borcun etirafı inst itutu tərəflər arasındakı hər hansı (müqavilədən, yaxud qanundan irəli gələn) öhdəlik üzrə mövcud olan borcun təsdiqlənməsini, əvvəlki hüquq münasibətlərinə istinad edilmədən etiraf olunmuş borcun nəzərə alınmasını təmin edir. Başqa sözlə, tərəflər borcun etirafına dair sənəd tərtib etməklə əslində özlərinin əvvəlki mübahisəli münasibətlərini bu formada rəsmiləşdirilən yazılı sübutla yeni müstəviyə keçirmiş olurlar (barışıq sazişinə oxşar şəkildə). Bununla da tərəflər əvvəlki qeyri-müəyyən münasibətləri mücərrəd hal kimi qəbul edərək yeni razılaşmanı əsas götürürlər. Məhz bu səbəbdəndir ki, Mülki Məcəllənin 882-ci maddəsindəki mövcud borcun etirafı haqqında razılaşma “mücərrəd” müqavilə adlandırılmışdır. Odur ki, borc etiraf edildikdən sonra onun əsasında dayanan mübahisəli hallara və ya ə slində belə bir öhdəliyin olmamasına istinad edilməsi yolverilməz sayılır. Təsadüfi deyil ki, qanunverici mövcud borcun etirafı haqqında mücərrəd müqaviləyə əsaslanan iddiaya qarşı başlıca əqddən irəli gələn heç bir etirazın irəli sürülə bilməyəcəyini nəzərdə tutmuşdur (§ 26-27).

45. Beləliklə, borcun etirafına dair əqdə istinad edən kreditor(lar) müqavilədəki məbləğdə alacağın olmasını sübut etmək yükündən azaddır. Borcunu etiraf edən borclu isə mübahisə halında öz öhdəliyini icra etdiyini sübuta yetirmək vəzifəsi daşıyır (§ 28).

46. Məlum olduğu kimi öhdəliyini icra edən borclunun tələbi ilə kreditor icranı tamamilə və ya hissəhissə qəbul etdiyini təsdiqləyən sənəd verir və öhdəliyin kreditorun xeyrinə lazımınca icrası ona xitam verilməsi üçün əsasdır (§ 23-24).

47. Hazırkı işin müəyyən edilmiş hallarından görünür ki, tərəflər arasında 03 oktyabr 2014-cü il tarixli müqavilə bağlandıqdan sonra İddiaçı1 16 oktyabr 2014-cü il tarixdə Abşeron rayon 1 saylı notariat kontoruna ərizə verərək bildirmişdir ki, “Cavabdeh tərəfindən mənə dəymiş ziyan tamamilə ödənilmiş bununla bağlı heç bir iddia və tələbim yoxdu. Gələcəkdə heç bir məhkəmə mübahisəm olamayacaq”.

48. İşə mahiyyəti üzrə baxan məhkəmələr isə Kəmalə Məmmədova ilə birgə əmlak rejimində olan əri İddiaçı1 verdiyi bu ərizənin 03.10.2014-cü il tarixli müqavilədən irəli gələn öhdəliyin icrası barədə sənəd sayılıb-sayılmayacağına müvafiq hüquqi qiymət verməmişlər.

49. Qeyd edilənlər ona dəlalət edir ki, apellyasiya instansiyası məhkəməsi yuxarıda göstərilən halları və maddi hüquq normalarını nəzərə almamış, bu barədə apellyato run dəlillərinə, habelə işdəki sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verməmiş, qətnaməni iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırmamış və nəticədə iş üzrə düzgün olmayan qətnamə çıxarmışdır (§ 29-30).

50. Ona görə də apellyasiya məhkəməsinin qətnaməsi ləğv edilməli, yuxarıda göstərilən hallar nəzərə alınmaqla, mübahisənin yenidən araşdırılması və nəticəsindən asılı olaraq müvafiq qərarın qəbul edilməsi üçün iş yeni apellyasiya baxışına göndərilməlidir.

51. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının x nömrəli iş üzrə 24 may 2021-ci il tarixli qətnaməsi ləğv ed ilsin və iş yeni apellyasiya baxışına göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar