Məhkəmə qərarları › İş №2(102)-5706/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-5706/2020

24.11.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5706/2020 24.11.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Şamayev Elşad Yaquboviç (sədrlik edən və məruzəçi), X4 və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Cəfərov Araz Əhməd oğlunun katibliyi, İddiaçının vəkili X1 iştirakı ilə Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli, 2(107)1114/2020 nömrəli qərardadından İddiaçı MMC-nin nümayəndəsi X2 və vəkili Vəkil qızı tərəfindən verilmiş kasasiya şikayəti üzrə mülki işə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Şəki Apelyasiya Məhkəmə sinin xx xxx 2020-ci il tarixli, 2(107)-1114/2020 nömrəli qətnaməsi ilə Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilmiş, Göyçay Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 2(046)-178/2019 nömrəli qətnaməsinin ləğv edilmiş, iş üzrə yeni qətnamənin çıxarılaraq, İddiaçı MMC-nin Cavabdeh qarşı “9900,20 manat məbləğində dəymiş maddi zərərin ödənilməsi” tələbinə dair iddiası rədd edilmişdir. İddiaçı MMC xx xxxxxx 2020-ci il tarixdə qətnamədən kasasiya şikayəti vermiş, həmçinin ərizə ilə apelyasiya müraciət edərək, Şəki Apelyasiya Məhkəməsinin xx xxx 2020-ci il tarixli, 2(107)-1114/2020 nömrəli qətnaməsindən kasasiya şikayəti vermə müddətinin bərpa edilməsinə dair qərardad qəbul edilməsini xahiş etmişdir. Şəki Apelyasiya Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(107)-1114/202 0 nömrəli qərardadı ilə (hakim İ.H.Şükürovun sədrliyi və məruzəsi ilə, hakimlər A.M.Eyvazovdan və R.Ə.Əliyevdən ibarət tərkibdə) Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxx 2020-ci il tarixli, 2(107)-1114/2020 nömrəli qətnaməsindən İddiaçı MMC tərəfindən verilmiş kasasiya şikayəti qanunla müəyyən edilmiş müddətdə verilmədiyindən və ötürülmüş müddət üzürlü səbəbdən buraxılmadığından mümkün hesab edilməyərək geri qaytarılmışdır. İddiaçı MMC-nin nümayəndəsi X2 və vəkili Vəkil qızı kasasiya şikayəti verərək, Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli, 2(107)1114/2020 nömrəli qərardadının ləğv edilməsi və buraxılmış müddətin üzrlü hesab edilərək kasasiya şikayətinə baxılması barədə qərar qəbul edilməsini xahiş etmişlər. KASASİYA ŞİKAYƏTİNİN DƏL İLLƏRİ, ONA ETİRAZ, TƏRƏFLƏRİN İŞTİRAKİ VƏ İZAHATLARİ: Kasasiya şikayəti onunla əsaslandırılmışdır ki, apelyasiya instansiyası məhkəməsi kasasiya şikayəti verilməsi üçün buraxılmış müddətin üzrlü hesab edilməsi məsələsinə baxarkən ölkədə pandemiya ilə tətbiq edilən məhdudiyyətə, müəssisənin müvəqqəti fəaliyyətinin dayandırılmasına və s. bu kimi üzrlü səbəblərə əhəmiyyət verməmiş, iddiaçının prosessual hüquqlarını pozmuşdur. Məhkəmə iclasında İddiaçı MMC-nin vəkili Vəkil qızı kassasiya şikayətinin dəlillərini müdafiə edərək, təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, cavabdeh və vəkili məhkəmə iclasına gəlməmiş və səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü mad dəsini rəhbər tutaraq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Kasasiya şikayətinə yazılı etiraz daxil olmamışdır. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kasasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. İş materiallarından müəyyən olunur ki, Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxx 2020-ci il tarixli, 2(107)-1114/2020 nömrəli qətnaməsinin surəti xəbərnaməli poçt vasitəsi ilə iddiaçının rəsmi qeydiyyatda olduğu ünvana göndərilmiş, xx xxx 2020-ci il tarixdə iddiaçıya təqdim edilmişdir. İş materiallarından həmçinin müəyyən olunur ki, cavabdehin kasasiya şikayəti xx xxxx 2020-ci il tarixdə poçt-r abitə orqanına təqdim edilməklə, xx xxxxxx 2020-ci il tarixdə apelyasiya instansiyası məhkəməsinə daxil olmuşdur. İddiaçının ərizəsini təmin etməyən apelyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, qətnaməni vaxtında almış şəxs tərəfindən qanunla müəyyən edilmiş müddətdə apelyasiya şikayətinin verilməməsi, bunun isə qanunvericilikdə heç də məqbul hesab edilməyən səbəblərlə (COVİD-19 pandemiyası ilə əlaqədar tətbiq edilmiş karantin rejimində İddiaçı MMC-nin fəaliyyət göstərməməsi ilə) əlaqələndirməsi, günlərlə ölçülən müddət keçdikdən sonra apelyasiya şikayətini verməsi halları yalnız həmin şəxsin iradəsindən asılı olan məsələ kimi təzahür edir. İstisna etmək olmaz ki, həmin şəxs suiistifadəyə yol verib uzun müddət səhlənkarlıqları nəticəsində məhkəmə aktından şikayət verməmişdir. Aydınd ır ki, qüvvəyə minmiş məhkəmə aktının taleyi, onun yaratdığı hüquq münasibətləri barəsində uzun müddət sürən belə qeyri-müəyyənlik vəziyyəti, yuxarıda göstərilən presedentlər və həmin qərarlarda şərh edilən hüquqi müəyyənlik prinsipi nöqteyi-nəzərindən məqbul sayıla bilməz. Prosessual müddətin ötürülməsinə dair vəsatətdə göstərilən dəlillərə qiymət verən apelyasiya məhkəməsi hesab etmişdir ki, göstərilən dəlillər əsassızdır. Belə ki, pandemiya ilə əlaqədar karantin tətbiq edilməsinə baxmayaraq, kasasiya şikayətlərinin verilməsinə heç bir məhdudiyyət qoyulmamış, poçt şöbələrinin işləməsinə müəyyən məhdudiyyətlər qoyulsa da poçt şöbələrinin işləməsinə qadağa qoyulmamış, göndərilən poçt göndərişlərinin və məktubların çatdırılmasında heç bir problem olmamışdır. Azərbaycan Respublikası Mülki Pr osessual Məcəlləsinin 402-ci maddəsinə əsasən apelyasiya məhkəmələrinin mülki və inzibati-iqtisadi kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və inzibati-iqtisadi kollegiyalarının qətnamələrindən, işin məhkəmə aidiyyəti üzrə göndərilməsi və ya məhkəmə aidiyyəti haqqında ərizənin rədd edilməsi, apelyasiyanın qeyri-mümkün hesab edilməsi, kasasiya şikayətinin qaytarılması, habelə iş üzrə icraata xitam verilməsi barədə qərardadlarından kasasiya şikayəti verilə bilər. Həmin Məcəllənin 405.0.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində kasasiya şikayəti verilə bilər. Azərbaycan Respublikası MPM-nin 130.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş və ya məhkəmə tər əfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Həmin Məcəllənin 133.1-ci maddəsinə əsasən məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Avropa Məhkəməsi “Ryabıx Rusiyaya qarşı” və “Kot Rusiyaya qarşı” işlərdə xatırlatmışdır ki, hüquqi müəyyənlik prinsipi tələb edir ki, hər hansı tərəf araşdırmaların yenidən açılmasına sadəcə olaraq yenidən baxılma və işin təzədən araşdırılması üçün çalışmamalıdır. Qəti və məcburi məhkəmə qərarlarının ləğv olunması və ya dəyişdirilməsi səlahiyyəti fundamental səhvləri düzəltmək üçün istifadə edilməli, lakin təzə araşdırmanın keçirilməsinə xidmət etməməlidir. Yenidən araşdırma gizli şikayəti təşkil etməməli və məsələyə iki baxışın mövcudluğunun sadəcə olaraq mümkünlüyü yenidən baxılma üçün əsas deyildir. Bu prinsipdən kənaraçıxmalar yalnız əhəmiyyətli və qarşısıalınmaz xarakterli hallardan irəli gələn zərurətlə əlaqədar haqlı ola bilər. “Könül Namidar qızı Qəribovanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-ın xx xxxxxx 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxx 2008-ci il tarixli qərarındakı hüquqi mövqe ondan ibarət olmuşdur ki, qanunla nəzərdə tutulmuş prosessual müddətin bərpası üçün yalnız elə səbəblər üzürlü hesab edilə bilər ki, onların mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmas ın, özü tərəfindən onların dəf edilməsi imkanlarından kənara çıxsın, müvafiq hərəkətin yerinə yetirilməsinə maneə törətsin və ya məhdudiyyət yaratsın. Müddətin buraxılması ilə nəticələnmiş səbəbin üzürlü hesab edilməsi bilavasitə məhkəmənin öz mülahizələrindən asılıdır. Bu mənada üzürlülük, göstərilən meyarların sərhədində dayanan elə inkarolunmaz səbəblər barəsində qəbul olunmalıdır ki, belə məsələ ilə əlaqədar MPM-in tələblərinə riayət edilməklə çıxarılmış məhkəmə aktı qanunilik, obyektivlik və qərəzsizlik baxımından şübhə altına alınmasın. Yuxarıda qeyd olunan hüquq normalarının məzmunundan göründüyü kimi, vaxtında şikayət verilməməsi və prosessual müddətin buraxılması müəyyən hüquqi nəticələr yaradır. Belə ki, şikayətin verilmə müddətinin keçməsi ilə, qətnamə qanuni qüvvəyə minir və ic raya yönəldilir, prosessual müddətin bitməsi ilə müvafiq prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Hazırki iş üzrə müəyyən olunur ki, cavabdeh apelyasiya instansiyası məhkəməsinin qətnaməsini xx xxx 2020-ci il tarixdə almış və kasasiya şikayətini qanunvericiliklə müəyyən olunmuş müddət buraxılmaqla, xx xxxx 2020-ci il tarixdə vermişdir. İddiaçının kasasiya şikayətinin dəlili ilə bağlı qeyd olunmalıdır ki, Koronavirus (COVİD-19) infeksiyasının Azərbaycan Respublikasının ərazisində geniş yayılmasının qarşısının alınması ilə bağlı Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarlarına əsasən tədbirlər görülsə də, iddiaçının qeyd etdiyi dövrdə kasasiya şikayətinin verilməsini qeyri-mümkün edən hər hansı bir məhdudiyyət olmamışdır. Bu səbəbdən hüquqi şəxs olan iddiaçı təşkilatı n qeyd olunan dəlilləri əsassızdır. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, iddiaçının kasasiya şikayəti verilməsi üçün buraxılmış müddətin bərpasına dair ərizəsinin təmin edilməməsinə və həmin şikayətin geri qaytarılmasına dair apelyasiya məhkəməsinin qərardadı qanuni və əsaslı olmuşdur. Kasasiya şikayətində göstərilənlər qanuni və əsaslı qərardadın ləğvi üçün əsas ola bilməz. Odur ki, apelyasiya instansiyası məhkəməsinin qərardadı dəyişiklik edilmədən, kasasiya şikayəti isə təmin edilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı MMC-nin nümayəndəsi X2 və vəkili Vəkil qızı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Şəki Apelyasiya Məhkəməsinin Mü lki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli, 2(107)-1114/2020 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar