Məhkəmə qərarları › İş №2(102)-5707/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-5707/2019

27.09.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5707/2019 27.09.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əhmədov Əhməd Abbas oğlunun sədrliyi və məruzəsi ilə, İsgəndərov Akif Əsgər oğlu və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X2, iddiaçı “İddiaçı” ASC vəkili X3, Cavabdeh4 nümayəndəsi və vəkili X1 iştirakları ilə açıq məhkəmə iclasında, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 10 aprel 2019-cu il tarixli, 2(103)3010/2019 saylı qətnaməsindən Cavabdeh4 kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri, Binəqədi rayon məhkəməsinin 10 avqust 2018-ci il tarixli, 2(001)1521/2018 saylı qətnamə si ilə (sədrlik edən, hakim A.Ə.Rzayev) iddiaçı “İddiaçı” ASC Cavabdeh4 və digərlərinə qarşı “kredit müqaviləsi üzrə borcun tutulması, tutmanın ipoteka predmetinə yönəlidilməsi” barədə ilk iddia ərizəsi qismən, Cavabdeh4 “İddiaçı” ASC və digərlərinə qarşı “ipoteka, kredit müqavilələrinə xitam verilməsi və mənzilin ipoteka yüklülüyündən azad edilməsi” barədə qarşılıqlı iddia ərizəsi tam təmin edilərək, Cavabdeh1 ödəniş vaxtı milli manata məzənnədə kredit müqaviləsi üzrə əsas borca görə 75.904,47 ABŞ dolları, faiz borcuna görə 23.025,39 ABŞ dolları, hesablanmış cəriməyə görə 357 ABŞ dolları, cəmi 99.286,86 ABŞ dolları məbləğində kredit borcunun tutulub iddiaçı təşkilata ödənilməsi, tutmanın Cavabdeh6 məxsus olan Ağsu şəhəri, XX küçəsi, mülkiyyətdə olan 0,08 ha torpaq sahəsinə, həmin torpaq s ahəsinin üzərində olan 2 mərtəbəli, 6 otaqlı, ümumi sahəsi 326,2 kv.metr, yaşayış sahəsi 119,7 kv.metr, yardımçı sahəsi 206,5 kv.metr olan fərdi yaşayış evinə yönəldilməsi, həmin əmlakların ilkin satış qiymətinin 95.000 manat müəyyən edilməklə açıq hərracdan satılması, həmin evin boşaldılması, orada qeydiyyatda olan Cavabdeh2 və Cavabdeh3 evdən çıxarılması, həmin əmlakların satışından əldə edilən vəsait hesabına kredit borcunun ödənilməsi və qalan hissədə ilk iddia ərizəsinin rədd edilməsi, eləcə də 16 noyabr 2012-ci ildən başlayaraq 01 may 2014-cü il tarixədək Cavabdeh1 tərəfindən iddiaçı təşkilata ödənilmiş 159.603 ABŞ dollarından 124.316,6 ABŞ dollarının 22 oktyabr 2012-ci il tarixli kredit müqaviləsi üzrə kreditə hesablanması, kredit müqaviləsi üzrə öhdəliklər tam yerinə yetirildiyi üç ün kredit müqaviləsinə xitam verilməsi, həmçinin Bakı şəhəri, Yasamal rayonu, XX prospekti, 556/57 saylı məhəllədə yerləşən, “V” saylı evin 13-cü mənzilinin 28 aprel 2014-cü il tarixli kredit müqaviləsinin təmin edilməsi üsulu kimi ipoteka yüklülüyünün qanunsuz hesab edilməsi, həmin mənzilin ipoteka yüklülüyündən azad edilməsi, həmin mənzilə dair bağlanmış 22 oktyabr 2012-ci il tarixli ipoteka müqaviləsinə xitam verilməsi, mənzilin ipoteka yüklülüyündən azad edilməsi qət edilib. Qətnamədən iddiaçı təşkilat və Cavabdeh2 ayrı-ayrılıqda apellyasiya şikayətləri veriblər. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 10 aprel 2019-cu il tarixli, 2(103)3010/2019 saylı qətnaməsi ilə (hakimlər F.F.Babayev sədrlik edən, məruzəçi, X.A.Mərdanova və E.M.Həsənov) apellyasiya şikayətləri qismən təmi n edilərək, iş üzrə Bakı şəhəri, Binəqədi rayon məhkəməsinin 10 avqust 2018-ci il tarixli qətnaməsi ləğv edilib, ilk iddia ərizəsi qismən təmin edilib, Cavabdeh1 ödəniş vaxtı milli manata məzənnədə 100.LN.2105.221012.00001 saylı kredit müqaviləsi üzrə əsas borca görə 35.544,42 ABŞ dolları, hesablanmış faizə görə 6.388,25 ABŞ dolları, cəriməyə görə 300 ABŞ dolları, cəmi 42.232,67 ABŞ dolları, 100.LN.2105.2804.00001 saylı kredit müqaviləsi üzrə əsas borca görə 128.504,51 ABŞ dolları, hesablanmış faiz borcuna görə 23.478,02 ABŞ dolları, cəriməyə görə 500 ABŞ dolları, cəmi 152.482,53 ABŞ dolları kredit borcunun tutulub iddiaçı təşkilata ödənilməsi, tutmanın ilkin satış qiyməti 140.000 manat müəyyən edilməklə Cavabdeh4 məxsus olan Bakı şəhəri, Yasamal rayonu, XX prospekti, 556/57 saylı məhəlləd ə yerləşən, “V” saylı evin 13-cü mənzilinə, ilkin satış qiyməti 95.000 manat müəyyən edilməklə Cavabdeh6 məxsus olan Ağsu şəhəri, XX küçəsində yerləşən 0,08 ha torpaq sahəsinə və həmin torpaq sahəsində yerləşən 14 saylı fərdi yaşayış evinə yönəldilməsi, ipoteka predmetlərinin açıq hərracdan satılması, satışdan əldə ediləcək vəsait hesabına kredit borcunun ödənilməsi, ipoteka predmetlərinə tutma yönəldildikdə və onlar satıldıqda cavabdehlərin ipoteka predmetlərindən çıxarılması, həmin mənzilin və fərdi yaşayış evinin boşaldılması, qalan hissədə ilk iddia ərizəsinin, həmçinin qarşılıqlı iddia ərizəsinin rədd edilməsi qət olunub. Cavabdeh4 qətnamədən kassasiya şikayəti verib. İŞİN HALLARİ İşdən görünür ki, iddiaçı təşkilat məhkəmədə cavabdehlərə qarşı “kredit müqaviləsi üzrə borcun tutulması, tutmanın ipoteka predmetinə yönəlidilməsi” barədə ilk iddia qaldırıb və tələblərini onunla əsaslandırıb ki, iddiaçı təşkilat tərəfindən Cavabdeh1 22 oktyabr 2012-ci il tarixli kredit müqaviləsinə əsasən 36 ay müddətinə, illik 20 faiz ödəmək şərti ilə 95.000 ABŞ dolları, 28 aprel 2014-cü il tarixli kredit müqaviləsinə əsasən 36 ay müddətinə, illik 20 faiz ödəmək şərti ilə 130.000 ABŞ dolları kredit verilib. 22 oktyabr 2012-ci il tarixli kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təmin edilməsi üsulu kimi iddiaçı təşkilatla Cavabdeh4 arasında bağlanan 22 oktyabr 2012-ci il tarixli ipoteka müqaviləsinə və 28 aprel 2014-cü il tarixli 1 saylı əlavə ipoteka müqaviləsinə əsasən Cavabdeh4 məxsus olan Bakı şəhəri, Yasamal rayonu, XX prospekti, 556/57 saylı məhəllədə yerləşən, “V” saylı evin 3 o taqlı, ümumi sahəsi 57.4 kv.metr, yaşayış sahəsi 45.0 kv.metr, yardımçı sahəsi 12.4 kv.metr olan 13-cü mənzili iddiaçı təşkilatın xeyrinə ipoteka qoyulub. Eləcə də 22 oktyabr 2012-ci il tarixli kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təmin edilməsi üsulu kimi iddiaçı təşkilatla digər Cavabdeh6 arasında bağlanan 11 aprel 2012-ci il tarixli ipoteka müqaviləsinə və 28 aprel 2014-cü il tarixli ipoteka müqaviləsinə 1 saylı əlavəyə əsasən Cavabdeh6 məxsus olan Ağsu şəhəri, XX küçəsində yerləşən 0,08 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 2 mərtəbəli, 6 otaqlı, ümumi sahəsi 326.2 kv.metr, yaşayış sahəsi 119.7 kv.metr, yardımçı sahəsi 206.5 kv.metr olan 14 saylı fərdi yaşayış evi iddiaçı təşkilatın xeyrinə ipoteka qoyulub. Cavabdeh1 15 sentyabr 2015-ci il tarixə iddiaçı təşkilat a ödənilməmiş 100.LN.2105.221012.00001 saylı kredit müqaviləsi üzrə 35.544,42 ABŞ dolları əsas, 6.388,25 ABŞ dolları faiz, 3.015,42 ABŞ dolları cərimə olmaqla, cəmi 44.948,09 ABŞ dolları, 100.LN.2105.280414.00001 saylı kredit müqavifesi üzrə 128.504,51 ABŞ dolları əsas, 23.478,02 ABŞ dolları faiz, 7.148,23 ABŞ dolları cərimə olmaqla, cəmi 159.130,76 ABŞ dolları kredit borcu vardır. Cavabdeh1 sözügedən kredit müqavilələrinin şərtlərini pozaraq öhdəliklərini yerinə yetirməyib və nəticədə kredit müqavilələri üzrə faizlərin ödənilməsi müddətlərini pozub.Ona görə də ilk iddia ərizəsinin təmin edilməsi barədə qətnamə çıxarılması xahiş olunub. Cavabdeh4 isə məhkəmədə “İddiaçı” ASC və digərlərinə qarşı “ipoteka, kredit müqavilələrinə xitam verilməsi və mənzilin ipoteka yüklülüyündən azad edilməsi” barədə qarşılıqlı iddia qaldırıb və tələblərini onunla əsaslandırıb ki, 22 oktyabr 2012-ci il tarixli kredit müqaviləsinə əsasən Cavabdeh1 onun oğlu Cavabdeh5la birgə iddiaçı təşkilatdan 95.000 ABŞ dolları kredit götürüb və kreditin təminatı kimi ona məxsus olan Bakı şəhəri, Yasamal rayonu, XX prospekti, 556/57 saylı məhəllədə yerləşən, “V” saylı evin 3 otaqlı, ümumi sahəsi 57.4 kv.metr, yaşayış sahəsi 45.0 kv.metr, yardımçı sahəsi 12.4 kv.metr olan 13-cü mənzili iddiaçı təşkilatın xeyrinə ipoteka qoyulub. Cavabdeh1la onun oğlu Cavabdeh5 arasında olan razılaşmaya əsasən 22 oktyabr 2012-ci il tarixli kredit müqaviləsi üzrə alınan 95.000 ABŞ dolları məbləğində pul vəsaitinin 70.500 ABŞ dollarını (kreditin 74 faiz təşkil edən hissəsini) onun oğlu Cavabdeh5, 24.500 ABŞ dollarını (kreditin 2 6 faizini təşkil edən hissəsini) Cavabdeh1 ödəməli idi. Razılaşmanın şərtlərinə uyğun olaraq 22 noyabr 2012-ci il tarixdən 30 aprel 2014-cü il tarixədək kredit müqaviləsi üzrə ödənişlər həyata keçirilmiş və ümumilikdə 124.401,1 ABŞ dolları məğləğində ödəmə edilmişdir. Halbuki, həmin kredit müqaviləsinin ödəmə qrafikinə uyğun olaraq faizlə birlikdə iddiaçı təşkilata 124.316,6 ABŞ dolları ödənilməli idi. Bir neçə il keçdikdən sonra ona məlum olub ki, Cavabdeh1 iddiaçı təşkilatda 11 aprel 2012-ci il tarixli kredit xətti müqaviləsi üzrə 300.000 ABŞ dolları məbləğində təminatsız başqa bir kredit xətti də olub. İddiaçı təşkilat əsassız varlanmağa üstünlük verib Milli Bankın təlimatlarını kobudcasına pozaraq, Cavabdeh1 bağlanmamış bir problemli krediti olduğu halda, ona 22 oktyabr 2012-ci il tari xdə ikinci dəfə, 28 aprel 2014-cü il tarixdə üçüncü dəfə kreditlər verilib və kredit müqavilələrinin təminatı üsulu kimi ona məxsus olan mənzil ipoteka qoyulub. Onun mənzilinə aid olan 22 oktyabr 2012-ci il tarixli kredit müqaviləsi üzrə aparılan ödənişlərin bir hissəsi, yəni 45.255 ABŞ dollarını bank əsassız olaraq onun mənzilinə aidiyyatı olmayan başqa, yəni 16 aprel 2012-ci il tarixli kredit müqaviləsi üzrə əsas borca və ona hesablanmış faizlərin ödənilməsinə yönəldilib. Nəticədə, 22 oktyabr 2012-ci il tarixli kredit müqaviləsi üzrə ödənişlərdə gecikmələr və borc yaranmışdır. Cavabdeh1 bağlanmamış iki problemli krediti olduğu halda iddiaçı təşkilat tərəfindən ona 28 aprel 2014-cü il tarixdə 130.000 ABŞ dolları kredit verib və ona bu barədə məlumat verməyib. Nəticədə ona məxsus olan mənz il üçüncü dəfə kredit müqaviləsinin təmin edilməsi üsulu kimi iddiaçı təşkilatın xeyrinə ipoteka qoyulub. İddiaçı təşkilat ölənilmiş kredit borcunun 24.556 ABŞ dolları məbləğində hissəsini təminatsız və mənzilinə heç bir aidiyyatı olmayan Cavabdeh1 birinci, yəni 16 aprel 2012-ci il tarixli kredit müqaviləsi üzrə kredit borcuna yönəldib və krediti tam bağlayıb. 22 oktyabr 2012-ci il tarixli kredit müqaviləsi üzrə kreditin aldığı andan 28 aprel 2014-cü il tarixli kredit müqaviləsi üzrə kreditin verilməsi tarixinədək Cavabdeh1la bərabər şəkildə ödənilmiş 124.401,1 ABŞ dolları pul vəsaiti iddiaçı təşkilat tərəfindən əsassız olaraq 54.453,1 ABŞ dolları Cavabdeh1 əvvəlki, ona aidiyyatı olmayan 16 aprel 2012-ci il tarixli kredit müqaviləsi üzrə 40.063 ABŞ dolları əsas borca, 14.389 ABŞ dolları is ə faiz borcuna hesablanmışdır. Beləliklə də iddiaçı təşkilat tərəfindən kreditin verilməsinə dair qanunvericiliyin tələblərinə tam əməl edilmiş olsaydı və pozuntulara yol verilməsəydi, Cavabdeh1la oğlu Cavabdeh5 bərabər ödədikləri 124.401.1 ABŞ dolları məbləğində aparılmış ödənişlər 22 oktyabr 2012-ci il tarixli kredit müqaviləsi üzrə kredit borcunu tam bağlayardı və həmin kredit müqaviləsi üzrə ödənilməmiş borc qalmazdı. Həmçinin götürülmüş kredit məbləği üzrə iddiaçı təşkilata 92.056,81 ABŞ dolları vəsait ödənilib və onun mənzili ilə təmin edilmiş kredit borcu tam bağlanıb və Cavabdeh1 kredit müqaviləsi üzrə iddiaçı təşkilata ödənilməmiş kredit borcu qalmayıb. Ona görə də qarşılıqlı iddia ərizəsinin təmin edilməsi barədə qətnamə qəbul edilməlidir. Mübahisə üzrə yuxarıda göstərilən məhkəm ə aktları qəbul edilib. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Kassasiya şikayəti onunla əsaslandırılıb ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi, prosessual hüquq normalarının tələblərini pozaraq, işin həqiqi halları üzrə səhv nəticəyə gəlib, işə əlavə edilmiş sübutlara düzgün hüquqi qiymət verməyib. Kassasiya şikayətində iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilib, işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsi xahiş olunub. Kassasiya şikayətinə dair etiraz ərizəsi daxil olmayıb. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ Məhkəmə iclasında Cavabdeh4 nümayəndəsi və vəkili XX kassasiya şikayətində göstərilənlərə uyğun olaraq izahat verdi. İddiaçı “İddiaçı” ASC vəkili XX məhkəmə iclasında kassasiy a şikayətinin dəlilləri ilə razılaşmayıb izahatında iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən, apellyasiya şikayətinin təmin edilmədən saxlanılmasını xahiş etdi. Cavabdehlər Cavabdeh4, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh6, Cavabdeh7, Cavabdeh8, Cavabdeh10, Cavabdeh5, Sənubər Qasımova, Cavabdeh12, Cavabdeh13, XX, XX və üçüncü şəxs Azərbaycan Respublikası ƏMDK-nin yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsi qarşı məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsələr də üzrsüz səbəblərdən məhkəmə iclasına gəlmədikləri üçün kassasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən onların iştirakları olmadan işə baxılmasını mümkün hesab etdi. HÜQUQİ MƏSƏLƏLƏR Kassasiya instansiyası məhkəməsi məruzəçin i, işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, apellyasiya instansiyası məhkəməsinin maddi, prosessual hüquq normalarının tələblərini düzgün tətbiq etməsini yoxlayıb hesab edir ki, aşağıdakılara görə kassasiya şikayəti təmin edilmədən, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi kassasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. İşdən görünür ki, Cavabdeh4 istisna olmaqla, digər işdə iştirak edən şəxslər qətnamə ilə razılaşaraq ondan ümumiyyətlə kassasiya şikayəti verməmişlər, Cavabdeh4 isə kassasiy a şikayətində qətnamənin ləğv edilib işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini ləğv edib, ilk iddia ərizəsini qismən təmin, qarşılıqlı iddia ərizəsini rədd edərkən, tərəflər arasında kredit, ipoteka müqavilələrindən irəli gələn öhdəlik hüquq münasibətlərinin yaranmasına, Cavabdeh1 kredit müqavilələri üzrə öhdəliklərini yerinə yetirməməsinə, onun iddiaçı təşkilata yuxarıda göstərilən məbləğdə ödənilməmiş kredit borcunun olmasına, ilk iddia ərizəsini qismən, qarşılıqlı iddia ərizəsini bütövlükdə təmin etməklə birinci instansiya məhkəməsinin düzgün nəticəyə gəlməməsinə içstinad edib və hüquqi mövqeyini Azərbaycan Respublikası Mülki Mə cəlləsinin 425, 442, 445.1-ci maddələrinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırıb. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin gəldiyi bu nəticə ilə razılaşır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi, prosessual hüquq normalarının tələblərini düzgün tətbiq edib, maddi hüquq normalarının tətbiqində və təfsirində səhvə yol verməyib və işdə, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün prosessual əsaslar yoxdur. Belə ki, işin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş həqiqi hallarından görünür ki, 22 oktyabr 2012-ci il tarixli kredit müqaviləsinə əsasən iddiaçı təşkilat tərəfindən Cavabdeh1 36 ay müddətinə, illik 20 faiz ödəmək şərti ilə 95.000 ABŞ dolları kredit verilib. Eləcə də 28 aprel 2014-cü il tarixli kredit müqaviləsinə əsasən iddiaçı təşkilat tərəfindən Cavabdeh1 36 ay müddətinə, illik 20 faiz ödəmək şərti ilə 130.000 ABŞ dolları kredit verilib. Həmçinin 22 oktyabr 2012-ci il tarixli kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təmin edilməsi üsulu kimi iddiaçı təşkilatla Cavabdeh4 arasında bağlanan 22 oktyabr 2012-ci il tarixli ipoteka müqaviləsinə və 28 aprel 2014-cü il tarixli ipoteka müqaviləsinə 1 saylı əlavəyə əsasən Cavabdeh4 məxsus olan Bakı şəhəri, Yasamal rayonu, XX prospekti, 556/57 saylı məhəllədə yerləşən “V” saylı evin 3 otaqlı ümumi sahəsi 57.4 kv.metr, yaşayış sahəsi 45.0 kv.metr, yardımçı sahəsi 12.4 kv.metr olan 13-cü mənzili iddiaçı təşkilatın xeyrinə ipoteka qoyulub. Bu ndan başqa 22 oktyabr 2012-ci il tarixli kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təmin edilməsi üsulu kimi iddiaçı təşkilatla Cavabdeh6 arasında bağlanan 11 aprel 2012-ci il tarixli ipoteka müqaviləsinə və 28 aprel 2014-cü il tarixli ipoteka müqaviləsinə 1 saylı əlavəyə əsasən Cavabdeh6 məxsus olan Ağsu şəhəri, XX küçəsində yerləşən 0,08 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 2 mərtəbəli, 6 otaqlı, ümumi sahəsi 326.2 kv.metr, yaşayış sahəsi 119,7 kv.metr, yardımçı sahəsi 206.5 kv.metr olan fərdi yaşayış evi iddiaçı təşkilatın xeyrinə ipoteka qoyulub. İddiaçı təşkilat tərəfindən pretenziya qaydasında borclu Cavabdeh1 pretenziya məktubu göndərilmiş və iddiaçı təşkilat qarşısında olan öhdəliklərini icra etməsi xahiş olunmuş və əks halda qanunvericiliklə müəyyən edilmiş qayd ada müqavilənin şərtlərinə uyğun olaraq tədbirlərin görüləcəyi bildirilmişdir. İşə əlavə edilmiş “xxxx” MMC 23 iyul 2018-ci il tarixli ekspert rəylərinə görə, ipoteka predmetləri olan- Cavabdeh4 məxsus Bakı şəhəri, Yasamal rayonu, XX prospekti, 556/57 saylı məhəllədə yerləşən “V” saylı evin 13-cü mənzilinin bazar dəyəri 140.000 manat, Cavabdeh6 məxsus Ağsu şəhəri, XX küçəsində yerləşən 0,08 ha torpaq sahəsinin və həmin torpaq sahəsinin üzərində yerləşən 14 saylı fərdi yaşayış evinin bazar dəyəri 95.000 manat təşkil edir. Apellyasiya instansiyası məhkəməsi işə əlavə edilmiş sübutları araşdırıb, işin yuxarıda müəyyən edilmiş faktiki hallarını nəzərə alıb, apellyasiya şikayətlərinin dəlillərini arışdırıb qeyd etmişdir ki, birinci instansiya məhkəməsi ilk iddia ərizəsini qismən, qarşılıqlı idd ia ərizəsini tam təmin etməklə səhv nəticəyə gəlib. Belə ki, öhdəliyin yerinə yetirilməməsinin anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması- öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsində ifadə olunur. Öhdəliyin lazımınca icra edilməməsi isə Mülki Məcəllənin 425-ci maddəsində təsbit edilib göstərilib və bu, “vicdanlılıq” anlayışı ilə birgə dəyərləndirilməlidir. Öhdəliyin lazımınca icra edilməməsi dedikdə- öhdəliyin vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Həmin Məcəllənin 445.1-ci maddəsinə görə, icranı g ecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 449.1-ci maddəsinə əsasən, özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Kassasi ya instansiyası məhkəməsi kassasiya şikayətinin dəlillərini müzakirə edib, apellyasiya instansiyası məhkəməsinin maddi, prosessual hüquq normalarının tələblərini düzgün tətbiq etməsini yoxlayıb hesab edir ki, tərəflər arasında kredit, ipoteka müqavilələrindən irəli gələn öhdəlik hüquq münasibətlərinin yaranması, Cavabdeh1 kredit müqavilələri üzrə öhdəliklərini yerinə yetirməməsi, onun iddiaçı təşkilata yuxarıda göstərilən məbləğdə ödənilməmiş kredit borcunun olması, işin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş həqiqi halları və işə əlavə edilmiş sübutlarla tam təsdiq edildiyindən, apellyasiya instansiyası məhkəməsi tərəfindən haqlı olaraq birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilib, ilk iddia ərizəsinin qismən təmin, qarşılıqlı iddia ərizəsinin rədd edilmə si barədə yeni qətnamə qəbul edilib, sadalanan maddi hüquq normalarının tələbləri hazırkı mülki mübahisəyə düzgün tətbiq edilib. Apellyasiya instansiyası məhkəməsi Cavabdeh4 kassasiya şikayəti ilə eyni məzmunlu olan apellyasiya şikayətinin dəlillərini arışdırıb haqlı olaraq qeyd etmişdir ki, borclu Cavabdeh1 kredit müqavilələri üzrə öhdəliyə uyğun olaraq dövri ödənişlər etməli olduğu halda, bu öhdəliklər vaxtında və lazımi qaydada icra edilməmiş və nəticədə iddiaçı təşkilat kredit müqaviləri bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olmuşdur.Buna görə dəCavabdeh1 onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir və öhdəliyin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyır. Bu baxımdan kassasiya instansiyası məhkəməsi Cavabd eh4 kassasiya şikayətinin dəlilləri ilə razılaşmayıb hesab edir ki, Cavabdeh1 əsas kredit borcunu kredit müqavilələrində razılaşdırıldığı kimi faizləri və digər məsrəfləri ilə birlikdə iddiaçı təşkilata ödəməyə borclu olduğundan və kredit müqavilələri üzrə öhdəliklərin tam icra edilməsi mülki iş materialları ilə təsdiq edilmədiyindən, apellyasiya instansiyası məhkəməsi ilk iddia ərizəsini 100.LN.2105.221012.00001 və 100.LN.2105.2804.00001 saylı kredit müqavilələri üzrə əsas və faiz borcunun tutulması hissəsində təmin etməklə düzgün nəticəyə gəlib. Daha sonra apellyasiya instansiyası məhkəməsi işə əlavə edilmiş 01 mart 2018-ci il tarixli ekspert rəyini mötəbər sübut kimi qəbul etməyib, həmin rəyi işə əlavə edilmiş digər sübutlarla müqayisəli şəkildə təhlil edib qeyd etmişdir ki, iddiaçı təş kilatla Cavabdeh1 arasında hazırki öhdəlik hüquq münasibətlərinin yaranması üçün üç müqavilə, yəni 16 aprel 2012-ci il, 22 oktyabr 2012-ci il və 28 aprel 2014-cü il tarixli kredit müqavilələri bağlanıb. Bu halları nəzərə alaraq apellyasiya instansiyası məhkəməsi düzgün olaraq qeyd edib ki, Cavabdeh1 tərəfindən edilmiş ödənişlərin hansı kredit müqaviləsi üzrə borca aid edilməsi, həmçinin həyata keçirilmiş ödənişlərin yalnız bir kredit müqaviləsi üzrə borcun ödənilməsinə yönəldilməsi kimi sualların hüquqi əsası olmadığından ekspert qarşısında qoyulması ilə razılaşmaq olmaz. Bu mənada birinci instansiya məhkəməsinin qənaəti anlaşılmaz və qeyriobyektiv olmaqla, gəldiyi nəticə mülki iş materiallarına uyğun deyil. Azərbaycan Respublikası MPM-nin 103.1-ci maddəsinə əsasən, ekspert rəyi məhkəmə üç ün məcburi deyildir və bu məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfındən qiymətləndirilir. Həmin Məcəllənin 88-ci maddəsinə görə, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafıq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Apellyasiya instansiyası məhkəməsi eyni zamanda aşağıdakı maddələrin tələblərinə əsaslanaraq qeyd etmişdir ki, müqavilələrdə öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi hal üçün dəbbə pulunun hesablanması nəzərdə tutulduğundan, iddiaçı təşkilat Cavabdeh1 dəbbə pulunun tutulmasını tələb etməkdə haqlı olub. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəllənin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cəri mə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsində göstərilir ki, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Apellyasiya instansiyası məhkəməsi sadalanan maddələrin tələblərini hazırki mülki mübahisəyə tətbiq edib, işin hallarını nəzərə alıb haqlı olaraq qeyd edib ki, sözügedən kredit müqavilələri üzrə hesablanmış dəbbə pulu tənasübsüz surətdə yüksək olduğundan, həm iddiaçı təşkilatın əmlak mənafeləri, həm də bütün əsaslı mənafelərnəzərə alınmaqla, öhdəliyin vaxtı nda icra edilməməsinə görə hesablanmış dəbbə pulunun məbləği azaldılaraq 100.LN.2105.221012.00001 saylı kredit müqaviləsi üzrə 300 ABŞ dolları, 100.LN.2105.2804.00001 saylı kredit müqaviləsi üzrə isə 500 ABŞ dolları məbləğində müəyyən edilməlidir. Bundan başqa Cavabdeh4 kassasiya şikayətində qarşılıqlı iddia ərizəsini rədd etməklə apellyasiya instansiyası məhkəməsinin düzgün nəticəyə gəlməməsini göstərsə də, kassasiya instansiyası məhkəməsi bununla da razılaşmır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.5-ci maddəsinə əsasən, girov və ipoteka girov qoyanın (borclunun) girov saxlayan (kreditor) qarşısında əsas öhdəliyinin icrasının təmin edilməsi üçün əlavə (aksessor) əşya hüququdur. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinə əsasən, borclu əsas öh dəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. Həmin Qanunun 34.1.1-ci maddəsinə görə, əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnu yaradır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 317-ci maddəsində isə təsbit edilmişdir ki, əgər borclu təminat vasitəsi ipoteka olan tələbin ödənilməsini ləngidirsə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Satış bu Məcəllənin 414-416-cı maddələrinə uyğun olaraq həyata keçirilir. Həmin Məcəllənin 319.1-ci maddəsinə görə, əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan i poteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 59.3.1-ci maddəsinə görə, yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulduqda ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyanlar və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər. Həmin Qanunun 48.1.1-48.1.5-ci maddələrində göstərilir ki, ipotekaya- ipoteka saxlayan və ipoteka qoyan bu barədə razılığa gəldikdə; əsas öhdəliyə xitam verildikdə; tutmanın yönəldilməsi nəticəsində ipoteka predmeti satıldıqda; ipoteka predmeti məhv olduqda; eləcə də bu Qanunla nəzərdə tutulmuş digər hallarda xitam verilir. Bu baxımdan kassasiya instansiyası məhkəməsi hesab edir ki, Cavabdeh4 mülkiyyətində olan sözügedən mənzilin kredit müqavilələri üzrə öhdəliklərin icrasının təmin edilməsi üsulu kimi ipoteka qoyulması, eləcə də ipotekaya xitam verilməsi üçün sadalanan maddələrdə nəzərdə tutulan əsasların müəyyən edilməməsi mülki iş materialları ilə tam təsdiq edildiyindən, qarşılıqlı iddia ərizəsini rədd etməklə apellyasiya instansiyası məhkəməsi düzgün nəticəyə gəlib.Ona görə də kassasiya instansiyası məhkəməsi kassatorun kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi, prosessual hüquq normalarının tələblərini pozması və düzgün tətbiq etməməsi barədə göstərdiyi dəlilləri əsassız hesab edir və belə qənaətə gəlir ki, kassasiya şikayətinin dəlilləri öz təsdiqini tapmadığından, iş üzrə apellyasiya instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən, kassasiya şikayəti təmin edilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416-420-ci maddələrinin tələblərini rəhbər tutaraq kassasiya instansiyası məhkəməsi QƏRARA ALDİ: Cavabdeh4 kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 10 aprel 2019-cu il tarixli, 2(103)-3010/2019 saylı qətnaməsi onun kassasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar