Məhkəmə qərarları › İş №2(102)-5707/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-5707/2021

16.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5707/2021 16.12.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı X cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı iş üzrə QƏRARİ Açar sözlər: pul tələbi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Ələsgər Əliabbas oğlunun sədrliyi və məruzəsi ilə, Əhmədova Mehparə Tofiq qızı və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, Nəsirova Günel İnqilab qızının katibliyi, Cavabdeh1 vəkili Vəkil1 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-3213/2020 nömrəli iş üzrə 10 avqust 2020-ci il tarixli qətnaməsindən iddiaçı X tərəfindən verilmiş kassasiya şikayətinə dair işə 16 dekabr 2021-ci il tari xdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İş materiallarında olan «X2» şirkəti tərəfindən verilmiş təhvil-təslim qəbzlərindən görünür ki, «X2» şirkəti tərəfindən Cavabdeh1 adına daşınma qiyməti cəmi 111.148 ABŞ dolları təşkil edən avadanlıqlar və digər əşyalar göndərilmişdir (04.01.2010-cu ildə 3520 ABŞ dolları, 15.04.2010-cu ildə 1642 ABŞ dolları, 08.05.2010-cu ildə 2363 ABŞ dolları, 12.05.2010-cu ildə 4620 ABŞ dolları, 13.05.2010-cu ildə 2175 ABŞ dolları, 14.05.2010-cu ildə 2175 ABŞ dolları, 02.06.2010-cu ildə 1135 ABŞ dolları, 24.10.2010-cu ildə 2525 ABŞ dolları, 27.10.2010-cu ildə 795 ABŞ dolları, 08.01.2011-ci ildə 2199 ABŞ dolları, 06.02.2011-ci ildə 2958 ABŞ dolları, 08.02.2011-ci ildə 532 ABŞ dolları, 28.03.2011-ci ild ə 1095 ABŞ dolları, 30.04.2011-ci ildə 1480 ABŞ dolları, 16.06.2011-ci ildə 2749 ABŞ dolları, 15.11.2011-ci ildə 944 ABŞ dolları, 15.01.2012-ci ildə 5104 ABŞ dolları, 06.04.2012-ci ildə 4002 ABŞ dolları, 22.05.2012-ci ildə 4228 ABŞ dolları, 11.12.2012-ci ildə 1728 ABŞ dolları, 06.12.2012-ci ildə 6118 ABŞ dolları, 13.03.2013-cü ildə 5626 ABŞ dolları, 16.08.2013-cü ildə 1722 ABŞ dolları, 14.10.2013-cü ildə 3623 ABŞ dolları, 26.11.2013-cü ildə 2502 ABŞ dolları, 06.12.2013-cü ildə 8658 ABŞ dolları, 15.01.2014-cü ildə 5785 ABŞ dolları, 11.04.2014-cü ildə 3782 ABŞ dolları, 09.05.2014-cü ildə 7100 ABŞ dolları, 06.06.2014-cü ildə 14730 ABŞ dolları, 16.08.2014-cü ildə 2363 ABŞ dolları, 17.09.2014-cü ildə 1170 ABŞ dolları). Qed edilən təhvil-təslim qəbzlərinə yalnız «X1 və DİŞTİCLTDSTL» ştampı vurul muş, həmin qəbzlər cavabdehlər tərəfindən imzalanmamışdır.

2. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin 12.10.2018-ci il tarixli məktubu ilə müəyyən olunur ki, 16 vərəqdən ibarət 32 ədəd «Təslim Fişi»-ndə göstərilən mallar ümumiyyətlə, Azərbaycan Respublikasının sərhəddini keçməmiş və Türkiyyənin Gömrük Komitəsinin baza məlumatlarına əsasən- ixracat bəyannamələrində qeyd olunanlar barədə heç bir məlumat yoxdur. Vergi məlumatlarına əsasən -«X1 və DİŞTİCLTDSTL»-nin təsisçiləri isə X və X göstərilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı X cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən 125.000 ABŞ dolları məbləğində pulunun alınıb ona ödənilməsi barədə qərar q əbul edilməsini məhkəmədən xahiş etmişdir.

4. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, 1996-cı ildən Cavabdeh1 ilə tanışdırlar. Cavabdeh1la aralarında çoxlu alış-veriş olmuşdur. X rayonunda torpaq sahəsi almışdır. Torpaq sahəsinin dəyərinin yarı hissəsini ödəmiş, yarı hissəsi isə qalmışdır. Cavabdeh1la 0,2 ha torpaq sahəsini şərik almışlar. 2007- 2008-ci illərdə Cavabdeh1 torpaq alınması məqsədi ilə 35.000 ABŞ dolları məbləğində pul vermişdir. Cavabdeh1 ondan aldığı 35.000 ABŞ dolları pulla torpaq sahəsini bacısı oğlu X adına rəsmiləşdirmişdir. Həmçinin Cavabdeh1 ona yük daşıma xərci ilə bağlı da borcludur. Hazırda cavabdehlər ona cəmi 150.000 ABŞ dolları borcludurlar. Cavabdeh1 özünə ona borclu olduğu pulun qaytarılması ilə bağlı müraciət etmişdir. Bundan sonra Cavabdeh1 həyat y oldaşı ondan şikayət ərizəsi ilə polisə müraciət etmişdir. Lakin araşdırma zamanı müraciətin həqiqətə uyğun olmadığı müəyyən edilmişdir. Cavabdeh1 ona olan borcu ilə bağlı Daxili İşlər Nazirliyinin Baş Cinayətkarlıqla Mübarizə İdarəsinə müraciət etmişdir. Tərəfindən edilən şikayətə baxılan zaman Cavabdeh1 ona borclu olduğu 20.000 ABŞ dolları hissəsini qaytarmışdır. Qalan borcu sonra verəcəyinə onu inandıraraq şikayəti geri çəkməsini xahiş etmişdir. O da Cavabdeh1la əvvəllər olan dostluğunu nəzərə alaraq şikayətini geri götürmüşdür. Daha sonra isə Cavabdeh1 vədinə əməl etməyərək ona qalan 150.000 ABŞ dolları borcunu geri qaytarmaqdan boyun qaçırmışdır. Bu səbəbdən də o, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdeh1 bu günə ona olan cəmi borcu150.000 ABŞ dolları təşkil edir. O, Cavabdeh1 tərəfindən hüququnun pozulmasını 2016-cı ildə bilmişdir. Belə ki, Cavabdeh1la aralarında torpaq sahəsi ilə bağlı mübahisə ortaya çıxdıqdan sonra aldadıldığı və hüquqlarının pozulduğunu bilmişdir. Ümumilikdə Cavabdeh1 üçün 400.000 ABŞ dolları dəyərində yük daşıma xərci olan mallar daşımışdır. 2016-cı ildə tərəfindən hesablama aparıldıqdan sonra Cavabdeh1 ona 150.000 ABŞ dolları borclu olduğunu bilmişdir.

5. Sonradan iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə idə məhkəməyə müraciət edərək bildirmişdir ki, məhkəmə araşdırması dövründə onlara bəlli olmuşdur ki, ərizədə yük daşımaya görə xərc məbləği texniki səhv olaraq 85.000 ABŞ dolları göstərilmişdir. Belə ki, iş materiallarına əlavə edilmiş təslim fişlərindən də görünür ki, Cavabdeh1 göndərilən yüklərin daşınma xərc i 110.000 ABŞ dolları təşkil edir. Göstərilənlərə əsasən elektrik qızdırıcıları və işıqlandırıcı cihazların alınması üçün pul çekinə görə ödənilmiş 10.000 ABŞ dolları, gömrük rüsumuna görə ödənilmiş 11.000 ABŞ dolları, maşına kirayə xərci olaraqödənilmiş 4.000 ABŞ dolları, cəmi 25.000 ABŞ dolları, iddiaçıya məxsus şirkətin maşınların vasitəsi ilə gətirilən tibbi avadanlıqların, müxtəlif növlü tibbi cihazların, xəstəxana üçün tələb olunan mebellərin, çarpayıların, ləvazimatların və sair, bütün yük daşımalarına görə cəmi 110.000 ABŞ dolları, torpaq sahəsinin alqı-satqısı üçün ödənilmiş 15.000 ABŞdolları, ümumilikdə cavabdehlərdən 150.000 ABŞ dolları məbləğində pulun alınıb ona ödənilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

6. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)- 2303/2019 saylı, 23 may 2019-cu il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək, Cavabdeh1 110.000 (yüz on min) ABŞ dolları ödəniş anında Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş ABŞ dollarının manata məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə alınaraq iddiaçıya verilməsi, iddianın digər hissədə təmin edilməməsi qət edilmişdir.

7. Birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, iddiaçı özünə məxsus «X2» şirkəti vasitəsi ilə Cavabdeh1 adına daşınma qiyməti cəmi 111.148 ABŞ dolları - 04.01.2010-cu ildə 3520 ABŞ dolları, 15.04.2010-cu ildə 1642 ABŞ dolları, 08.05.2010-cu ildə 2363 ABŞ dolları, 12.05.2010-cu ildə 4620 ABŞ dolları, 13.05.2010-cu ildə 2175 ABŞ dolları, 14.05.2010-cu ildə 2175 ABŞ dolları, 02.06.2010-cu ildə 1135 ABŞ d olları, 24.10.2010-cu ildə 2525 ABŞ dolları, 27.10.2010-cu ildə 795 ABŞ dolları, 08.01.2011-ci ildə 2199 ABŞ dolları, 06.02.2011-ci ildə 2958 ABŞ dolları, 08.02.2011-ci ildə 532 ABŞ dolları, 28.03.2011-ci ildə 1095 ABŞ dolları, 30.04.2011-ci ildə 1480 ABŞ dolları, 16.06.2011-ci ildə 2749 ABŞ dolları, 15.11.2011-ci ildə 944 ABŞ dolları, 15.01.2012-ci ildə 5104 ABŞ dolları, 06.04.2012-ci ildə 4002 ABŞ dolları, 22.05.2012-ci ildə 4228 ABŞ dolları, 11.12.2012-ci ildə 1728 ABŞ dolları, 06.12.2012-ci ildə 6118 ABŞ dolları, 13.03.2013-cü ildə 5626 ABŞ dolları, 16.08.2013-cü ildə 1722 ABŞ dolları, 14.10.2013-cü ildə 3623 ABŞ dolları, 26.11.2013-cü ildə 2502 ABŞ dolları, 06.12.2013-cü ildə 8658 ABŞ dolları, 15.01.2014-cü ildə 5785 ABŞ dolları, 11.04.2014-cü ildə 3782 ABŞ dolları, 09.05.2014-cü il də 7100 ABŞ dolları, 06.06.2014-cü ildə 14730 ABŞ dolları, 16.08.2014-cü ildə 2363 ABŞ dolları, 17.09.2014-cü ildə 1170 ABŞ dolları təşkil edən avadanlıqlar və digər əşyalar göndərmiş, Cavabdeh1 tərəfindən həmin avadanlıqlar və əşyalar qəbul edilsə də, daşınma qiyməti ödənilməmişdir.

8. İş materiallarından, proses iştirakçılarının izahatlarından və şahidlərin ifadələrindən görünür ki, qeyd olunan avadanlıqlar və əşyalar Cavabdeh1 adına göndərilmişdir. Ona görə də məhkəmə hesab etmişdir ki, iddia tələbi bu hissədə qismən təmin edilməli, iddia tələbinin həcmi nəzərə alınmaqla 110.000 ABŞ dolları məbləğində pul Cavabdeh1 alınaraq iddiaçı X ödənilməlidir.

9. Məhkəmə iddia tələbinin 25.000 ABŞ dollarının (pul çekinə görə ödənilmiş 10.000 ABŞ dolları, gömrük rüsumuna görəödənilmiş 11.000 ABŞ dol ları, maşına kirayə xərci olaraq ödənilmiş 4.000 ABŞdolları) və torpaq sahəsinin alqı-satqısı üçün ödənilmiş 15.000 ABŞ dolları məbləğində pulun cavabdehlərdən alınaraq iddiaçıya ödənilməsi hissələri ilə əlaqədar qeyd etmişdir ki, iddiaçı bununla əlaqədar məhkəməyə hər hansı sübutu təqdim edə bilmədiyi üçün iddia tələbi bu hissələrdə əsassız hesab edilməli və təmin edilməməlidir.

10. Eyni zamanda məhkəmə iddia müddətinin tətbiqi barədə cavabdehlər tərəfindən verilmiş ərizə ilə bağlı qeyd etmişdir ki, iş materiallarından və işin faktiki hallarından göründüyü kimi iddiaçı X Cavabdeh1 tərəfindən hüquqlarının pozulmasını 2016-cı ilin aprel ayında bilmiş, bununla bağlı polis orqanlarına və məhkəməyə müraciət etmişdir. Göründüyükimi, iddiaçı tərəfindən iddia ərizəsi verilərkən iddia müddəti bura xılmamışdır. Ona görə də məhkəmə hesabedir ki, hazırki mübahisəyə iddia müddəti tətbiq edilməməlidir..

11. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21, 385.1, 386.1, 390.1, 425.1, 427.3, 442, 443.1, 445.2.1, 448.1, 850.1-ci, Mülki Prossesual Məcəllənin 14.2, 76.1, 76.2, 77.1, 106.1, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat

12. Qətnamədən iddiaçı və Cavabdeh1 apellyasiya şikayətləri vermişlər.

13. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-3213/2020 nömrəli iş üzrə 10 avqust 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər – E.Kazımov (sədrlik edən və məruzəçi), İ.Şirinov və İ.Kərimli) iddiaçı X nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayəti təmin edilməmiş, hazırki iş üzrə, Bakı şəhəri Nəsimi Rayon Mə hkəməsinin 2(006)2303/2019 saylı, 23 may 2019-cu il tarixli qətnaməsi iddiaçının şikayəti üzrə iddianın təmin olunmayan hissəsində dəyişdirilmədən saxlanılmış, Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayəti təmin edilmiş, hazırki iş üzrə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2303/2019 saylı, 23 may 2019-cu il tarixli qətnaməsi cavabdehin şikayəti üzrə iddianın təmin olunan hissəsində ləğv edilmiş və həmin hissədə də iddia təmin edilməmişdir.

14. Apellyasiya instansiyası məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, İddia tələbinin faktiki əsası (faktiki hallar) tələbin qanuni əsasının şərtlərinə uyğun olmadığından, yəni dizpozisiya əlamətləri ilə uzlaşmadığından iddianın təmin edilən hissəsində iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə düzgü n olmamışdır.

15. Əvvəla, iddiaçı tələbinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. Çünki, iddiası üzrə istinad etdiyi halları sübut etmək yükü onun üzərinə düşür. Lakin iddiaçı bu barədə məhkəməyə hər hansı bir mötəbər sübut təqdim etməmiş, istinad etdiyi halları sübut edə bilməmişdir. Bu barədə yalnız iddiaçı tərəfin izahatları mövcuddur. Onun izahatı isə işdə olan digər sübutlarla yanaşı qiymətləndirilməlidir. İşdə isə iddiaçının istinad etdiyi halları təsdiq edən başqa mötəbər sübutlar yoxdur.

16. İkincisi, cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlillər də əksinə iddianın təmin edilən hissəsinin də əsassız olduğunu bilavasitə təsdiq edir. Belə ki, iddiaçı özünə məxsus şirkətin maşınların vasitəsi ilə gətirilən tibbi avadanlıqların, müxtəlif növlü tibbi cihazların, xəstəxana üçün tələb olunan mebellərin, çarpayıların, ləvazimatların və sair, bütün yük daşımalarına görə cəmi 110.000 ABŞ dolları tələb etsə də, bu əşyaların nəinki iddiaçının şirkəti tərəfindən ümumiyyətlə hansısa şirkət tərəfindən Türkiyə Respublikasından Azərbaycan Respublikasına gətirilməsi mötəbər sübutlarla təsdiq olunmur. Bunu Türkiyə respublikasının səlahiyyətli orqanlarının Ədliyyə Nazirliyi vasitəsilə göndərdikləri məlumat da təsdiq edir.

17. Üçüncüsü, birinci instansiya məhkəməsi iddiaçının özünə məxsus «X2» şirkəti vasitəsi ilə Cavabdeh1 adına daşınma qiyməti cəmi 111.148 ABŞ dolları olan əşya və avadanlın göndərməsi, lakin sonuncunun həmin malları alaraq ödəmədiyi qənaətinə gələrkən mötəbərliliyi təsdiq olunmayan “TESLİM FİŞİ” adlanan sənədlərə istinad etmişdir. Lakin həmin s ənədlər iddianın bu hissəsinin təmin edilməsi üçün əsas ola bilməzdi. Çünki, iddiaçı ilə cavabdeh arasında bu malların sifarişi, göndərilməsi, qəbul edilməsi, ödənilməsi və.s məsələləri tənzimləyən hər hansı bir formada müqavilə olmamışdır. Demək qeyd olunan mallara dair ümumiyyətlə tərəflər arasında hansısa müqavilə münasibətləri yaranmamışdır.

18. Dördüncüsü, iddia tələbinin təmin edilən hissəsi əsaslı olsaydı, yəni cavabdeh tərəfindən qeyd olunan əşyalar sifariş edilib qəbul edilsəydi belə, yenə də təmin oluna bilməzdi. Çünki, işdə olan “TESLİM FİŞİ”lərinə «X» şirkətinin ştampı vurulmuş və üzərində «X2» şirkətinin rekvizitləri göstərilmişdir. Həmin şirkətlərin ümumiyyətlə iddiaçıya aidiyyəti təsdiq olunmur, eləcə də həmin şirkətlər tərəfindən iddiaçıya iddianın bu hissəsi üzrə cavabdehə qarşı iddia irəli sürmək səlahiyyəti də verilməmişdir. Demək iddia həm də tələb hüququ olmayan şəxs tərəfindən verildiyinə görə də əsassız olmuş və təmin edilməməli idi. Lakin birinci instansiya məhkəməsi iddianın təmin edilən hissəsi üzrə qeyd olunan bu halların mövcudluğuna ümumiyyətlə əhəmiyyət verməmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri

19. İddiaçı kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

20. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apelyasiya instansiyası məhkəməsi işin hallarını düzgün araşdırmamış, maddi və posessual hüquq normalarının tələblərini pozmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

21. Kassasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları

22. Cavabdeh1 vəkili izahat verərək kassasiya şikayətinin təmin edilməməsini, apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini xahiş etdi.

23. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə digər tərəflər hər hansı üzrlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 415.3-cü maddəsini rəhbər tutaraq işə digər tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Kass asiya baxışının hədləri

24. MPM-in 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir.

25. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416).

26. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası mə hkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

27. Hazırkı kassasiya şikayətində iş üzrə iddiaçı apelyasiya instansiyası məhkəməsinin aktının tam ləğvini xahiş etdiyindən həmin məhkəmə aktı tam yoxlanılır. Mülki işə tətbiq edilən hüquq Mülki Prossesual Məcəllə

28. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.(maddə 14.2)

29. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi ist inad etdiyi halları sübut etməlidir. (maddə 77.1)

30. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. (maddə 88)

31. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. (maddə 407.2)

32. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hü quq normalarının düzgün tətbiq edilməsini yoxlayır. (maddə 416)

33. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. (maddə 417.1.1) Kassasiya instansiyası məhkəməsinin mövqeyi

34. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

35. Belə ki, kassasiya şikayətində qeyd edilən dəlillər mülahizə xarakterl i olmaqla iş materialları ilə təsdiq edilmir. Həmin dəlillər əsassız olduğundan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas ola bilməz.

36. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

37. Yuxarıda göstərilənləri və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı X tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-3213/2020 nömrəli iş üzrə 10 avqust 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar