Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-571/2020 29.01.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Allahverdiyev Qəhrəman Əli oğlu (sədrlik edən və məruzəçi) Xələfov İlqar Rəhim oğlu və Quliyev Gündüz Ağababa oğlundan ibarət tərkibdə, Cəfərov Araz Əhməd oğlunun katibliyi, iddiaçı x1 və iddiaçının vəkili Aşurova Tükəzban Cavanşir qızının iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsinin MK-nın 21 avqust 2019-cu il tarixli qətnaməsindən iddiaçı x1 tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 29 yanvar 2020-ci il tarixdə baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 18 aprel 2019-cu il tarixli qətnaməsi ilə (səd rlik edən hakim V.Hacıyev) iddia tələbi rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin MK-nın 21 avqust 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər F.Babayev (sədrlik edən, məruzəçi), X.Mərdanova və E.Həsənov, 2(103)-9282/2019 saylı mülki iş) hazırki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2621/2019 saylı, 18 aprel 2019cu il tarixliqətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İşin halları İddiaçı x1 cavabdeh x2 qarşı “iddiaçının mənzildən istifadə və yaşayış hüququnun tanınması, mənzilə köçürülmə və pasport qeydiyyatına alınması” tələbinə dair iddia ərizəsi ilə 05.03.2019-cu il tarixdə məhkəməyə müraciət edərək, onun ünvan 1 evə istifadə və yaşayış hüququnun tanınması, həmin evə köçürülməsi və pasport qeydiyyatına alınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı x1 məhkəmə iclasında iddia tələbini müdafiə etdi və izahatında bildirdi ki, o, 1963-cü ildə x3 ilə ailə quraraq ünvan 1 evə gəlin kimi gəlmişdir. Həmin ev qayınanası x4 məxsus olmuşdur. Onun əri x3 1975-ci ildə 40 yaşında vəfat etmişdir. Bundan sonra o, uşaqları x5, x6 və x7 birlikdə mübahisəli evdə yaşamağa davam etmişdir. O, 14.08.1964-cü ildən 15.12.1992-ci ilədək ünvan 1 evdə pasport qeydiyyatında olmuşdur. 1992-ci ildən böyük oğlu x5 üçün aldığı ünvan 2 mənzilinə qeydiyyata düşmüşdür. Böyük oğlu x5 ailəsi ilə birlikdə ünvan 2 mənzilinə köçmüş və orada yaşamışdır. O, mülkiyyətində olan ünvan 2 mənzilinə qeydiyyata düşsə də, ünvan 1 evdə yaşamağa davam etmişdir. Kiçik oğlu x7 20.10.1993-cü il tarixdə cavabdeh x2 ilə ailə qurmuş və Kəmaləni ünvan 1 evə gəlin gətirmişdir. Həmin evdə o, oğlu x7 və gəlinin x2 birlikdə yaşamışlar. x7 x2 birgə nikahdan 1994-cü il təvəllüdlü x3 və 1998-ci il təvəllüdlü x8 adlı iki uşağı var. Oğlu x8 10.01.1998-ci ildə ölmüşdür. Bundan sonra da o, gəlini x2 və nəvələri x3 və x7 birlikdə həmin evdə yaşamağa davam etmişdir. Onunla x2 münasibətləri həmişə yaxşı olmuş, aralarında hər hansı mübahisə olmamışdır. x2 ona layiqli qayğı göstərmişdir. Cavabdeh x2 28.04.2015-ci ildə onun doğum günü münasibəti ilə süfrə açmış və qonaqları dəvət etmişdir. Həmin gün axşam vaxtı x2 naməlum şəxs zəng etmiş və həmin vaxtdan etibarən onların münasibətləri korlanmışdır. Cavabdeh onu evdənqovmuş və bir daha evə buraxmamışdır. O, məcbur olaraq Saray qəsəbəsinə getmiş və orada bacısının evində qalmışdır. Hazırda onun rəsmi yaşayış yeri yoxdur. O, qohumların və tanışlar ın evlərində müvəqqəti olaraq yaşayır. Böyük oğlu x5 07.01.2017-ci il tarixdə onun mülkiyyətində olan ünvan 2 mənzilini satıb və hazırda kirayədə yaşayır. x5 mənzilin pulunu müalicəsinə sərf etmişdir. Kəmalə İslamova onun evində öz valideynləri ilə yaşayır. Kəmalə İslamova onu evə buraxmamaqla hüquqlarını pozur. Odur ki, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları çıxarılmışdır. Kassasiya şikayətinin dəlilləri İddiaçı x1 apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları pozulmuş, düzgün tətbiq edilməmişdir. Məhkəmə kollegiyasının iclasında iddiaçı x1 və iddiaçının vəkili Aşurova Tükəzban Cavanşir qızı kassasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Həmin maddənin tələbinə görə iclasın vaxtı və yeri haqqında lazımı qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxsdən hər hansı birinin üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur. Hüquqi məsələlər Azərbaycan Respublikası M ülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan birinci instansiya və apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, kassasiya instansiyası məhkəməsinin iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Apellyasiya instansiyası məhkəməsi tərəfində n müəyyən edilmişdir ki, Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 04.02.1999-cu il tarixli 2-328/1999 nömrəli qanuni qüvvəyə minmiş qətnaməsi ilə iddiaçı x2nın cavabdeh Yasamal rayon MKTB-yə qarşı “yaşayış sahəsinə hüququn tanınması” tələbinə dair iddiası təmin edilmiş, x2nın 2 uşağı ilə birlikdə Bakı şəhəri Yasamal rayonu Z.Adıgözəlov küçəsindəki 122 nömrəli evə yaşayış hüququ tanınmış və o, uşaqları İmaməli və Telmanla birlikdə həmin evə pasport qeydiyyatına alınmışdır. Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 23.05.2018-ci il tarixli 2(004)-4462/2018 nömrəli qətnaməsi ilə iddiaçı x2nın cavabdehlər x5, x9, x10 və x6 qarşı “yaşayış və istifadə hüququnun itirilmiş hesab edilməsi” tələbinə dair iddiası qismən təmin edilmiş, cavabdehlər x5nun, x9nın, x10nun və x6 ünvan 1 evə istifadə hüquqları i tirilmiş hesab edilmiş, qətnamə qanuni qüvvəyə mindikdən sonra cavabdehlər x5nun, x9nın, x10nun və x6 ünvan 1 evdən qeydiyyatdan çıxarılması üçün əsas hesab edilir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 27.09.2018-ci il tarixli 2(103)-8895/2018 nömrəli qətnaməsi ilə cavabdeh x5nun apellyasiya şikayəti təmin edilməmiş, iş üzrə Bakı şəhəri Yasamal rayon məhkəməsinin 23 may 2018-ci il tarixli qətnaməsi - x5nun apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 11.02.2019-cu il tarixli 2(102)-789/2019 nömrəli qərarı ilə cavabdeh x5nun kassasiya şikayəti təmin edilməmiş, iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 27.09.2018-ci il tarixli 2(103)- 8895/2018 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılm ışdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Akimovanın Azərbaycana qarşı işi üzrə” 27.09.2007-ci il tarixli qərarında (40-cı bənd) qeyd edir ki, 02 iyun 1993-cü il tarixdə ərizəçi sözügedən mənzilə yaşayış orderi almışdır. Sonradan daxili məhkəmələr ərizəçini mənzilə dair yaşayış orderinin qanuni sahibi olmasını təsdiq etdilər. Bu order əsasında səlahiyyətli orqanla ərizəçi arasında «sosial kirayə müqaviləsi» adlanan müqavilə bağlanılmalı idi. Həmin müqavilənin Mənzil Məcəlləsində və müvafiq hüquqi aktlarda əks olunmuş şərtlərinə görə ərizəçi mənzilə sahiblik etmək və ondan istifadə etmək hüququna malik olmalı və Mənzil fondunun özəlləşdirilməsi haqqında Qanuna uyğun olaraq müəyyən şərtlərlə mülkiyyət hüququ ona pulsuz keçməli idi. Belə olan halda, Məhkəmə razılaşır ki, ərizəzinin mənz ilə olan iddiaları 1 saylı Protokolun 1-ci maddəsinin tətbiq dairəsinə düşən «mülkiyyət»in təşkil olunması üçün kifayət qədər əsaslıdır. Mülkiyyət hüququnu təmin edən 1 saylı Protokolun 1-ci maddəsi üç müxtəlif qaydanı ehtiva edir: birinci abzasın birinci cümləsində təsbit olunan birinci qayda ümumi xarakterlidir və mülkiyyətdən maneəsiz istifadə prinsipini bəyan edir; birinci abzasın ikinci cümləsində təsbit olunan ikinci qayda mülkiyyətdən məhrum edilməni əhatə edir və onu müəyyən şərtlərdən asılı edir; ikinci abzasda bəyan edilən üçüncü qayda təsdiq edir ki, Razılığa gələn Yüksək Tərəflər ümumi maraqlara müvafiq olaraq digər tədbirlərlə yanaşı mülkiyyətdən istifadəyə nəzarəti həyata keçirmək hüququna malikdirlər. İkinci və üçüncü qaydalar mülkiyyətdən maneəsiz istifadə hüququna müdaxilə misalları ilə bağlı olduğundan, birinci qaydada bəyan edilən ümumi prinsip baxımından şərh edilməlidir (bax, Ceyms və digərləri Birləşmiş Krallığa qarşı, 21 fevral 1986-cı il tarixli qərar, A seriyaları, s. 29-30, § 37). Mülki Məcəllənin 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Mülki Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, birinci instansiya mə hkəməsi 01.09.2009-cu ilədək qüvvədə olmuş Mənzil Məcəlləsinin 53, 54-cü maddələrinin tələbinə uyğun olaraq iddiaçı x1 cavabdeh x2 məxsus olan ünvan 1 saylı evə yenidən istifadə hüququ əldə etmədiyi üçün iddia tələbinin təmin edilə bilmədiyi qənaətinə gəlməklə haqlı olmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən etdiyi faktiki hallara maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Qətnamənin ləğv edilməsi və kassasiya şikayətinin təmin olunması üçün heç bir əsas olmadığından qətnamə dəyişdirilmədən saxlanmalı, kassasiya şikayəti təmin edilməməlidir. Şərh edilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417, 419cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ İddiaçı x1nın kassasiya şikayət i təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin MK-nın hazırkı iş üzrə 21 avqust 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-571/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-571/2020
29.01.2020 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver