Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5710/2019 05.09.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası Ali Məhkəmənin hakimləri Rüstəmov Əli Məhəmməd oğlu (sədrlik edən və məruzəçi), Mirzəliyev Əsəd Abdulla oğlu və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, Cumazadə Ceyhun Rizvan oğlunun katibliyi, İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun vəkili Məmmədov Azər Məhəbbət oğlunun iştirakı ilə. İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 10 aprel 2019-cu tarixli qətnaməsindən verdiyi kassasiya şikayəti üzrə işə baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Niz ami Rayon Məhkəməsinin 30 avqust 2018-ci il tarixli qətnaməsi ilə (hakim: H.Y.Əhmədov; 2(007)-2048/2018) iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh qarşı «kredit müqaviləsi üzrə yaranmış borcun ödənilməsi haqqında» iddiası iddia müddəti keçməsi lə əlaqədar rədd edilmiş, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 112 (yüz on iki) manat Cavabdeh alınaraq, dövlət büdcəsinə keçirilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 10 aprel 2019-ci tarixli qətnaməsi ilə (hakimlər:N.Cəfərov (sədrlik edən və məruzəçi), Ş.Məmmədova və V.Həsənov; 2(103)-4337/2019) iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondununapellyasiya şikayəti rədd edilmiş, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 30 avqust 2018-ci il tarixli qətnaməsidəyişdirilmədən saxlanılmışdır. İşin halları İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu Cavabdeh qarşı kredit müqaviləsi üzrə yaranmış borcun ödənilməsi haqqında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 08 yanvar 2018-ci il tarixə kredit öhdəliyi üzrə qalan 3500 manat əsas borc, 763,36 manat faiz borcu, 1414,58 manat Konstitusiya Məhkəməsinin qərarına əsasən hesablanmış faiz borcu, 2783,09 manat cərimə borcu olmaqla, cəmi 8461,03 manat məbləğində kredit borcunun, həmçinin mübahisənin məhkəmə vasitəsilə həll edilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmiş dir. İddiaçı iddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC-nin Binəqədi filialı ilə Cavabdeh arasında bağlanmış 07 mart 2012-ci il tarixli ***** aylı kredit müqaviləsinə əsasən, cavabdehə 12 ay müddətinə illik 26 % olmaqla 3500 manat məbləğində istehlak krediti vermişdir. Müqavilənin şərtlərinə əsasən borc alan krediti krediti kredit qüvvədə olduğu müddət üçün hər ay bərabər miqdarda ödəməli idi. Lakin buna baxmayaraq, Cavabdeh kredit müqaviləsinin şərtlərini pozmuş, dəfələrlə olunmuş şifahi və yaşılı xəbərdarlığa baxmayaraq, üzərinə düşən öhdəlikləri yerinə yetirməmiş, krediti və faizləri vaxtında ödəməmişdir. Nəticədə onun 08 yanvar 2018-ci il tarixinə banka olan ödənilməmiş borcu 3500 manat əsas borc, 763.36 manat faiz borcu, 1414,58 manat Konstitusiya Məhkəməsinin qərarına əsa sən hesablanmış faiz borcu, 2783,09 manat cərimə borcu olmaqla cəmi 8461,03 manat təşkil etmişdir. Cavabdeh məhkəmə iclasında izahatında iddia tələbini qəbul etməmiş və məhkəməyə iddia müddətinin tətbiq edilməsi barədə ərizəsini təqdim edərək onunla əsaslandırmışdır ki, onunla İddiaçı ASC arasında 07 mart 2012-ci il tarixdə 12 ay müddətinə kredit müqaviləsi bağlanmışdır. O Banka heç bir ödəniş etməmişdir, kredit müqaviləsinin müddəti 2013-cü ildə bitmişdir Hazırda isə həmin müddətdən 5 il keçməsinə baxmayaraq, ona qarşı iddia tələbi irə sürülməmişdir. Qanunvericiliyə əsasən müqavilə üzrə iddia müddəti 3 il müəyyən edilmişdir. Göstərilənləri nəzərə alaraq iddia müddəti keçməsi ilə əlaqədar İddiaçı ASC-nin ona qarşı olan iddia ərizəsinin rədd edilməsini məhkəmədən xahiş etmiş və bu barədə ər izəsini məhkəməyə təqdim etmişdir. Kassasiya şikayətinin dəlilləri İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondukassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia tələbinın tam şəkildə təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 5.3, 390.1, 385, 425.1, 442, 443, 739-cü maddələrinin, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 386, 405-ci maddələrinin tələblərinin pozulması ilə qətnamə qəbul edilmişdir. Tərəfin izahatı Məhkəmə kollegiyası iclasında İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun vəkili Vəkil kassas iya şikayətlərinə uyğun izahat verərək şikayətlərin təmin olunmasını xahiş etdi. Cavabdeh Mülki-Prosessual Məcəlləsinin 67.1-ci maddəsinin tələblərinə əməl etməyərək məhkəmə kollegiyasının iclasına vəkilsiz gəldiyi üçün işin kassasiya baxışında onun izahatı dinlənilmədi. Hüquqi məsələlər Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yalnız maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlayır. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanmasa da, apellyasiya instansiyası məhkəməsinin ma ddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən, hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması vacibdir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyənləşdirilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması hesab olunmamalıdır. Qeyd etmək lazımdır ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət etməklə mübahisə ilə əlaqədar qəbul edilmiş hüquqi akta təsir göstərə bilər. Apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş işin hallarından və məhkəmə iclasında tədqiq edilmiş sənədlərdən, o cümlədən işdə olan İddiaçı ASC-nin «Binəqəd i» filialı ilə Cavabdeh arasında bağlanmış 07 mart 2012-ci il tarixli *** №-li kredit müqaviləsindən görünür ki İddiaçı ASC tərəfindən Cavabdeh 12 ay müddətinə 07 mart 2013-cü il tarixədək illik istifadə haqqı 26 faiz hesabı ilə ödəmək şərtilə 3500 manat məbləğində kredit verilmişdir. 07 mart 2012-ci il tarixli müddətli öhdəçilikdən görünür ki, Cavabdeh 3500 manat kredit məbləğini həmin tarixdə İddiaçı ASC-nin «Binəqədi» filialından imza edərək qəbul etmişdir. Kredit müqaviləsindən və ödəniş cədvəlindən görünür ki. Cavabdeh ona verilmiş kredit üzrə əsas və faiz borclarını 07.03.2012- ci il tarixdən başlayaraq, 07.02.2013-cü il tarixinədək 3500 manat əsas, 512,27 manat faiz borcu olmaqla, ümumilikdə 4012.27 manat borcundan hər ay banka 334,36 ödəməklə qaytarmalıdır. 10.02.2017-ci il tarixəd ək hesablanmış və 07.08.2018-ci il tarixli maliyyə arayışlardan görünür ki, Cavabdeh 23 sentyabr 2015-ci il tarixli müqavilə şərtlərini pozaraq, aylıq ödənişləri yerinə yetirməmiş, nəticədə onun Banka olan əsas borcu 3500 manat əsas, faiz borcu 763.36 manat, Konstitusiya Məhkəməsinin qərarına əsasən hesablanmış faiz borcu 1414,58 manat, gecikmiş faiz borcu 2783,09 manat, cəmi borcu 8461,03 manat təşkil edir. İş üzrə toplanmış sübutları araşdıran apellyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki, Cavabdeh ilə İddiaçı ASC arasında 07 mart 2012-ci il tarixdə, 07 mart 2013-cü il tarixədək kredit müqaviləsi bağlanmışdır. Yəni kredit müqaviləsinin qüvvədə olma müddəti 07 mart 2013-cü il tarixdə bitmişdir. Həmçinin müəyyən edilmişdir ki, borcalan tərəfindən kredit müqaviləsi müddətində və kr edit müqaviləsinin müddəti bitdikdən sonra ödəniş edilməmişdir. Göründüyü kimi, müddəti 07 mart 2013-cü il tarixdə bitmiş kredit müqaviləsi üzrə borclu tərəfindən heç bir ödəniş olunmamışdır. Bununla da, kredit müqaviləsinin qüvvədə olma müddətinin bitdiyi - 07 mart 2013-cü il tarixdən 3 ildən çox müddət keçmiş və belə olan təqdirdə isə iddia müddəti ötürülmüşdür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 372.2-ci maddəsinə əsasən icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. -373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti 3 il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə 6 ildir. - 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılan adək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi oarədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. - 377.1-ci maddəsinə əsasən ddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və yaxud bilməli olduğu vaxtdan hesablanır. Apellyasiya instansiyası məhkəməsi nəticəyə gəlmişdir ki, Kredit müqaviləsi 07.03.2012-ci il tarixində 12 ay müddətində bağlanmış, həmin müddəti 07.03.2013-cii ildə bitmişdir. İddia ərizəsi isə bu tarixdən 5 il sonra - 04.04.2018-cı il tarixində verilmişdir. Cavabdeh iddia müddətinin tətbiqi barədə ərizə verdiyindən birinci instansiya məhkəməsi düzgün olaraq iddianı rədd etmişdir. Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinin tələbinə müvafiq olaraq tam hüquqlu m əhkəmə kimi iş üzrə toplanmış sübutları tədqiq edib onlara hüquqi qiymət verərək və yuxarıda göstərilən maddi hüquq normalarını rəhbər tutaraq apellyasiya instansiya məhkəməsi haqlı olaraq Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 30 avqust 2019-cu il tarixli qətnaməsini dəyişdirilmədən saxlamışdır. İşin şərh olunan hallarını müzakirə edərək məhkəmə kollegiyası nəticəyə gəlir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq edilməklə qanuni və əsaslı qətnamə qəbul edildiyinə görə qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Kassasiya şikayətinin dəlilləri əsasız olduğu üçün qanuni və əsaslı olan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz. Ona görə də kassasiya şikayəti təmin olunmamalıdır. Göstəri lənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin 416-419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının bu iş üzrə 10 aprel 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-5710/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-5710/2019
05.09.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver