Məhkəmə qərarları › İş №2(102)-5712/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-5712/2021

25.11.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5712/2021 25.11.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İlk iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ilk iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh, ilk iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh ilk iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs X6 cavabdeh İddiaçı və üçüncü şəxs Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: aliment miqdarının dəyişdirilməsi və alimentin tutulması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakim Həsənov Vüqar Təvəkgül oğlunun sədrliyi və məruzəsi, hakimlər Əhmədov Əhməd Abbas oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Kərimova Fidan Arif qızının katibliyi, İddiaçının vəkili X10, cavabdehin vəkili X7 iştirakları ilə, Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-4834/2021 nömrəli iş üzrə 24 may 2021-ci il tarixli qətnaməsindən ilk iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 25 noyabr 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları Səbail Rayon Məhkəməsinin 2(009)-522/2015 nömrəli, 03 fevral 2015-ci il tarixli icra vərəqəsindən görünür ki, 28 noyabr 2002-ci il tarixdə anadan olmuş X11 və 15 mart 2006cı il tarixdə anadan olmuş X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün İddiaçı onun aylıq qazancının (başqa gəl irlərin) 1/3 (üçdə bir) hissəsi məbləğində aliment 06 yanvar 2015-ci il tarixdən hesablanmaqla tutularaq Cavabdeh verilməsi qət edilmişdir. 19.03.2017-ci il tarixli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı və X13 19 mart 2017-ci il tarixdə nikahlarını bağlamışlar. 21.05.2018-ci il tarixli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X12 14 mart 2018-ci il tarixdə doğulmuşdur, atası İddiaçı, anası X8r. "xxxx" MMC-nin 15.02.2021-ci il tarixli, HR2021/BOS/GHA/R-00/049 saylı arayışından görünür ki, İddiaçı "xxxx" MMC-də 06/01/2015-ci il tarixdən əmək fəaliyyətinə başlamış və hal-hazırda Dənizdə materiallar üzrə əlaqələndirici vəzifəsində işləyir. İşçinin aylıq tarif maaşı 3200.00 manat təşkil edir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsind ə icraa İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ondan Cavabdeh xeyrinə tutulan alimentin miqdarının dəyişdirilməsi, 15 mart 2006-cı il təvəllüdlü X1 üçün ondan aylıq qazancının 16,65% miqdarında alimentin tutularaq Cavabdeh verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İlkin iddia üzrə iddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 03 fevral 2015-ci il tarixli 2(009)- 522/2015 saylı qətnaməsinə əsasən 28 noyabr 2002-ci il təvəllüdlü X11 və 15 mart 2006-cı il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün ondan aylıq qazancının 1/3 hissəsi miqdarında aliment 06 yanvar 2015-ci il tarixdən hesablanmaqla tutularaq Cavabdeh verilməsi qət edilmişdir. O, qətnamə üzrə öhdəliklərini yerinə yetirir. Amma artıq 28 noyabr 2002-ci il təvəllüdlü oğlu Cəmil Abdinbəyovun 18 yaşı tamam olmuşdur, yəni yetkinlik yaşına çatmışdır. Lakin ondan onun saxlanılması üçün indiyə kimi cavabdehin xeyrinə aliment tutulur. Bundan əlavə, o, ikinci dəfə 19.03.2017-ci il tarixdə X13 ilə ailə qurmuş və birgə nikahdan 14.03.2018-ci il təvəllüdlü Calal adlı oğlu var. Beləliklə onun 3 uşağı var, onlardan biri yetkinlik yaşına çatmışdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76-cı maddəsinə əsasən uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay 2 uşağa görə qazancın (başqa gəlirlərin) üçdə bir hissəsi miqdarında aliment tutulması nəzərdə tutulmuşdur. Hazırda ondan cavabdehin xeyrinə artıq miqdarda aliment tutulur. Belə ki, cavabdehin yanında artıq bir yetkinlik yaşına çatmayan uşaq olduğu halda onun qaz ancının 1/3 hissəsi miqdarında onun xeyrinə aliment tutulur. Halbuki ailə qanunvericiliyinə əsasən bir uşağa görə tutulan alimentin miqdarı qazancın 1/4 hissəsini təşkil edir. Onun hazırkı ailəsində bir uşaq da var. Ona görə də, ondan cavabdehin xeyrinə tutulan alimentin məbləği ikinci uşağın da saxlanılması nəzərə alınmaqla 16.65 % miqdarında müəyyən edilməlidir. İlk iddia üzrə Cavabdeh ilkin iddia üzrə İddiaçı qarşı qarşılıqlı iddia ərizəsi ilə müraciət edərək, İddiaçı Cavabdeh qarşı aliment miqdarının dəyişdirilməsi tələbinə dair iddiasının təmin edilməməsi, müstəqil tələb irəli sürən üçüncü şəxs X6 cavabdeh İddiaçı qazancının (başqa gəlirlərinin) 1/2 hissəsi miqdarında 14.03.2018-ci il təvəllüdlü X2 üçün alimentin tutulması tələbinə dair iddiasının qismən təmin edilməsi, Səbail Rayon Məhkəməsinin 2(009)-522/2015 saylı, 03 fevral 2015-ci il tarixli qətnaməsinin ləğv edilməsi və 15 mart 2006-cı il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün İddiaçı aylıq qazancının və başqa gəlirlənin dörddə bir hissəsi miqdarında alimentin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İlkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddia tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)522/2015 saylı, 03 fevral 2015-ci il tarixli qətnaməsinə əsasən 28 noyabr 2002-ci il təvəllüdlü X11 və 15 mart 2006-cı il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün İddiaçı aylıq qazancının 1/3 hissəsi miqdarında alimentin hesablanaraq tutulması qət edilmişdir. Bu qətnamə üzrə verilmiş icra vərəqəsi icra olunması üçün Səbail rayon icra şöbəsinə yönləndirilmiş və hazırda icraatındadır. Həmin qətnamədə qeyd olunan 28 noyabr 2002-ci il təvəllüdlü X11 28.11.2020-ci il tarixdə yetkinlik yaşına çatmış və bu səbəbdən onun saxlanılması üçün cavabdehdən tutulan alimentin ödənişi dayandırılmışdır. Hazırda cavabdehlə onun birgə nikahdan olan yetkinlik yaşına çatmayan bir övladları var. İddiaçı nikah pozulduqdan sonra uşaqların saxlanılması üçün alimentdən başqa heç bir köməklik etməmişdir. Aliment miqdarı azaldılacağı təqdirdə uşağın əvvəlki təminat səviyyəsi kəskin aşağı düşəcək və belə olan halda ona baxmaq çətinləşəcəkdir (dövrü müalicədən və əlavə tədris kurslarından imtina edilməli olunacaq). İddiaçı isə qazancın və başqa gəlirlərin altıda bir hissəsi miqdarında aliment ödəmək istəyir. İddiaçını n yeni ailə qurması və həmin ailədən də uşağının olması digər uşaqlarını saxlamaq vəzifəsindən onu azad etmir. Hesab edir ki, iddia əsassızdır, Azərbaycan Respublikasının qanunvericiliyinə ziddir və təmin edilməməlidir. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən X13 cavabdeh İddiaçı və 3-cü şəxs qismində ona qarşı aliment tələbi irəli sürərək, 14.03.2018-ci il təvəllüdlü X3 üçün cavabdehin qazancının (başqa gəlirlərin) 1/2 hissəsi miqdarında onun xeyrinə alimentin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. “İcra haqqında” Qanunun 65.3-cü maddəsinə əsasən aliment üzrə tutmaların məbləği 70 faizdən çox ola bilməz. Belə olan halda onun və X6 iddiaları tam həcmdə təmin olunarsa, onun icrası zamanı çətinliklərin yaranması qaçılmazdır, belə ki, hər iki iddianın cəmi ca vabdehin qazancının (başqa gəlirlərin) 70 faizini aşmış olur. Müstəqil tələb irəli sürən 3-cü şəxs X13 cavabdeh İddiaçı və 3-cü şəxs qismində Cavabdeh qarşı aliment tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı 14.03.2018-ci il təvəllüdlü X3 üçün qazancının (başqa gəlirlərin) 1/2 hissəsi miqdarında onun xeyrinə alimentin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Müstəqil tələb irəli sürən 3-cü şəxs X13 cavabdeh İddiaçı və 3-cü şəxs qismində Cavabdeh qarşı aliment tələbini onunla əsaslandırmışdır ki, o, cavabdeh İddiaçı ilə 19 mart 2017-ci il tarixdə rəsmi nikaha daxil olmuşdur və birgə nikahdan 14.03.2018-ci il təvəllüdlü bir uşaqları var: X12. Nikahda olsalar da, cavabdeh uşağın saxlanmasına maddi yardım göstərmir. Bu səbəbdən aralarında söz-söhbət yar anır. Cavabdeh bəhanə olaraq birinci nikahdan olan uşaqlarına alimentin ödənilməsini göstərir. Ona görə də, İddiaçı 14.03.2018-ci il təvəllüdlü X3 üçün qazancının (başqa gəlirlərin) 1/2 hissəsi miqdarında onun xeyrinə alimentin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin 26 fevral 2021-ci il tarixli qətnaməsi ilə (hakim M.Bağırova, iş № 2(009)-638/2021) ilk və qarşılıqlı iddia tələbləri qismən təmin edilərək, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 03 fevral 2015-ci il tarixli, 2(009)522/2018 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilərək, cavabdeh İddiaçı 15 mart 2006-cı il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay qazancın (başqa gəlirlərin) 1/6 hissəsi (1/3 hissənin yarısı) miqdarında alime nt tutularaq iddiaçı Cavabdeh ödənilməsi, qalan hissədə iddianın və qarşılıqlı iddianın təmin edilməməsi, alimentin yeni qaydada tutulması hazırki qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən hesablanması, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən 3-cü şəxs X6 iddiasının qismən təmin edilərək, cavabdeh İddiaçı, 08 fevral 2021-ci il tarixdən başlayaraq, 14 mart 2018-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün qazancın (başqa gəlirlərin) 1/6 hissəsi (1/3 hissənin yarısı) miqdarında alimentin tutularaq iddiaçı X9 ödənilməsi, qalan hissədə iddianın təmin edilməməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, ilkin iddia üzrə İddiaçı 2 yetkinlik yaşına çatmamış uşağı olduğuna görə onun qazancının 1/3 hissəsi miqdarında aliment tutulmalı, lakin uşaqlar ayrı-ayrı valideynlərin yanında yaşadıqları üçün tutulan 1/3 hissədə aliment yarı bölünməklə hər uşağa görə tutulan alimentin miqdarı 1/6 hissədə müəyyən olunmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi və qarşılıqlı iddia tələbi qismən təmin edilməli, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 03.02.2015-ci il tarixli, 2(009)522/2018 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilərək, cavabdeh İddiaçı 15 mart 2006-cı il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay qazancının (başqa gəlirlərin) 1/6 hissəsi (1/3 hissənin yarısı) miqdarında aliment tutularaq iddiaçı Cavabdeh ödənilməlidir. Müstəqil tələb irəli sürən 3-cü şəxsin iddiası qismən təmin edilməli, cavabdeh İddiaçı, 08 fevral 2021-ci il tarixdən başlayaraq, 14 mart 2018-ci il tə vəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün qazancın (başqa gəlirlərin) 1/6 hissəsi (1/3 hissənin yarısı) miqdarında aliment tutularaq iddiaçı X9 ödənilməlidir. Apelyasiya instansiyası məhkəməsində icraat Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 24 may 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər F.Talışinski (sədrlik edən və məruzəçi), R.Eyvazov və Z.Şirinov, iş № 2(103)4834/2021) ilkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-638/2021 saylı işi üzrə 26 fevral 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını “Uşaq hüquqları haqqında” Qanunun 5, 6, 13; Uşaq hüquqları Bəyannaməsinin 27; “Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanunu; Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75-78, 99, 112.1; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 76, 77.1, 80, 81, 82.1, 106.2, 119.1, 216, 217.3, 217.4, 372, 385, 386, 388, 390-cı maddələrinə və iş üzrə təqdim edilmiş sübutlara müvafiq mübahisələndirilən dəlillərə (hissəyə) münasibətdə yoxlayan məhkəmə kollegiyası hesab edir ki, başqa ailə üzvləri qarşısında olan vəzifələr valideynin övladı qarşısında olan vəzifələrinin həyata keçirilməsindən tam və ya qismən azad edilməsi üçün əsas ola bilməz. Lakin apellyasiya şikayətinin dəlilləri bir ailə təsərrüfatı üzrə qanunvericilik tələbləri ilkin olaraq tutulmalı alimentin tənasübü baxımından əsaslı olsa da, iki övlad üçün öncədən tutulan alimentin məbləği üzrə əvvəlki təminatdan az olmayan, yəni qanunvericilik baxımından 2 uşağa görə —qazancın (başqa gəlirlərin) üçdə bir hissədə tutulan alimentin yarısı məbləğində bir övlada münasibətdə dəyişən mütənasibliyini pozmur və digər ailə təsərrüfatının nəzərə alınması bunun ağlabatanlıq meyarlarını müəyyən etmiş olur. Məhkəmə kollegiyasının qənaəti birinci instansiya məhkəməsinin nəticəsi ilə uyğunluq təşkil etdiyindən qətnamənin dəyişdirilməsi üçün əsaslar müəyyən edilmir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri İlk iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh (Vəkil) kassasiya şikayətini onunla əsaslandırmışdır ki, işə bax arkən apelyasiya instansiyası məhkəməsi maddi və prosessual qanun pozuntularına yol vermişdir. Ona görə də, iş üzrə yeni qərar qəbul edilməsi, Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-4834/2021 nömrəli iş üzrə 24 may 2021-ci il tarixli qətnaməsinin ləğv edilməsi, ilkin iddia tələbinin təmin edilməməsi, qarşılıqlı iddia tələbinin tam təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdehin kassasiya şikayətinin dəlilləri apellyasiya şikayətinin dəlilləri ilə eynilik təşkil etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Cavabdehin vəkili X15 məhkəmə kollegiyasının iclasında kassasiya şikayətinin məzmununa uyğun izahat verərək təmin olunmasını xahiş etdi. İddiaçının vəkili X16 məhkəmə kollegiyasının iclasında kassasiya şikayətinə etiraz edərək təmin olunmamasını xahiş etdi. Digər tərəf məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhk əməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlara təsir göstərə bilər. Hazırda apellyasiya instansiya məhkəməsinin qətnaməsindən ilk iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı kassasiya şikayəti vermiş, qətnaməni tam mübahisələndirmişdir. Bu səbəbdən kassasiya baxışının hədlərini apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin tam yoxlanması təşkil edir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası 17-ci maddəsinə əsasən, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Az ərbaycan Respublikası Ailə Məcəlləsi 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. 76.1.2-ci maddəsinə əsasən aliment ödənilməsi barədə razılıq olmadıqda, uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay 2 uşağa görə qazancın (başqa gəlirlərin) 1/3 hissəsi miqdarda aliment tutulur. 78.2-ci maddəsinə müvafiq olaraq, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla, uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunu 3-cü maddəsinə əsasən uşaqlar barəsində dövlət siyəsəti hər bir uşağın zəruri maddi və məişət şəraitində böyüyüb tərbiyə olunmasının, mütərəqqi tələblər əsasında təhsil almasının, layiqli vətəndaş kimi formalaşmasının təmin edilməsinə yönəldilir. 5-ci maddəsinə əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. 8-ci maddəsinə əsasən hər bir uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial-hüquqi və digər tədbirlər görməyi, sağlam və təhlükəsiz mühit yaratmağı öz öhdəsinə götürür. 19-cu maddəsinə əsasən valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mə nəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. “Azərbaycan Respublikasında 2020-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanunu 1-ci maddəsinə əsasən 2020-ci il üçün yaşayış minimumu uşaqlar üçün 170 manat məbləğində müəyyən edilsin. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatla rı ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən isə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələbindən kənara çıxa bilər. 416.1.-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayə tində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2.-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. 417.1.1.-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətb iq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətində qeyd edilən dəlillər mülahizə xarakterli olmaqla formal əsaslar kimi qiymətləndirilməklə yanaşı iş materialları ilə təsdiq edilmir. Kassasiya şikayətinin dəlilləri apellyasiya şikayətinin dəlilləri ilə eynilik təşkil etmiş və apellyasiya məhkəməsi tərəfindən həmin dəlillər qanunvericiliyin müəyyən etdiyi qaydada düzgün qiymətləndirilmişdir Bu baxımdan həmin dəlillər əsassız olduğundan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas ola bilməz. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən etdiyi faktiki hallara maddi hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntularına yol verməmişdir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İlk iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-4834/2021 nömrəli iş üzrə 24 may 2021-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar