Məhkəmə qərarları › İş №2(102)-5714/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-5714/2021

30.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5714/2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı QSC-nin cavabdehlər Cavabdeh1 və qeyrilərinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər:borcun ödənilməsi) 30.11.2021 Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (sədrlik edən və məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, Şahvələdov Ümüd Nadir oğlunun katibliyi, Cavabdeh3, onun vəkili Vəkil və Cavabdeh1 iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 24 may 2021-ci il tarixli, 2(103)4144/2021 saylı qətnaməsindən Cavabdeh3 tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 30 noyabr 2021-ci il tarixdə A li Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Kreditor İddiaçı QSC ilə borcalan Cavabdeh1 arasında bağlanmış 20.06.2014-cü il tarixli 05R000010742 saylı kredit razılaşması əsasında borcalana 18 ay müddətinə, aylıq faiz dərəcəsi 2.25% olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 18.000 ABŞ dolları məbləğində kredit verilmişdir. Kredit müqaviləsi üzrə yaranmış öhdəliklərin icrasının təmini məqsədi ilə kreditorla zaminlər - Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 arasında müxtəlif tarixlərdə zaminlik müqavilələri bağlanmış və onlar kreditor qarşısında borcalanla birgə məsuliyyət daşımaq barədə öhdəlik götürmüşlər. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

2. İd diaçı QSC cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən müştərək qaydada İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə 05R000010742 saylı kredit razılaşması və ona edilmiş əlavə sazişlər üzrə 6775,75 ABŞ dolları məbləğində kredit borcu, 8209,96 ABŞ dolları məbləğində faiz borcu və 4761,05 ABŞ dolları məbləğində cərimə borcu olmaqla, ümumilikdə cəmi 19746,76 ABŞ dolları məbləğində borcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

3. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh1 İddiaçı QSC ilə bağladığı 20.06.2014-cü il tarixli 05R000010742 saylı kredit razılaşması əsasında 18 ay müddətinə, aylıq fa iz dərəcəsi 2.25% olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 18.000 (on səkkiz min) ABŞ dolları məbləğində kredit verilmişdir. Tərəflərin imzaladıqları 20.05.2015-ci il tarixli 05R000010742SB saylı, 18.02.2016-cı il tarixli 05R000010742SC saylı, 10.03.2016-cı il tarixli 05R000010742SD saylı, 14.07.2016-cı il tarixli 05R000010742SE saylı, 06.02.2017-ci il tarixli 05R000010742SF saylı, 10.08.2017-ci il tarixli 05R000010742SG saylı sazişlərlə razılaşmaya və əvvəlki ödəniş planlarına dəyişiklik edilmişdir. Cavabdeh1 kredit borcundan 11224.25 ABŞ dolları ödəmiş, 6775.75 ABŞ dolları məbləğində kredit borcu qalmışdır. Kredit razılaşmasının 2.3-cü bəndinə əsasən 08.05.2020-ci il tarixə 630 gün üçün hesablanmış faiz borcu 8209.96 ABŞ dolları təşkil edir. Kredit razılaşmasının 4.2.2- ci bəndinə uyğun olaraq borclu ödəniş planı üzrə krediti və ona hesablanmış faizi vaxtında qaytarmadığına görə 08.05.2020-ci il tarixə 630 gün üçün hesablanmış cərimə 4761,05 ABŞ dolları təşkil edir.

4. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 01 fevral 2021-ci il tarixli, 2(009)116/2021 saylı qətnaməsi ilə (hakim X1) iddia qismən təmin edilmiş, Cavabdeh1 "Accessbank” QSC-nin xeyrinə 6.760,20 ABŞ dolları məbləğində əsas borc, 7.812,41 ABŞ dolları məbləğində faiz borcu, 677 ABŞ dolları cərimə borcunun (ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi rəsmi valyuta məzənnəsinə uyğun olaraq Azərbaycan manatı ilə) və iddia ərizəsinin verilməsi üçün dövlət büdcəsinə ödənilmiş 30 manat dövlət rüsumunun tutulması, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir.

5. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, Cavabdeh1 kredit müqaviləsindən irəli gələn öhdəliklərini vaxtında və lazımi qaydada icra etmədiyi üçün ondan kredit razılaşması üzrə və ekspertin rəyi nəzərə alınmaqla 6.760,20 ABŞ dolları məbləğində kredit borcu, 7.812,41 ABŞ dolları məbləğində faiz borcu tələbi əsaslıdır və təmin edilməlidir. Lakin cavabdehdən 4.761,05 ABŞ dolları məbləğində cərimənin tutulması ilə bağlı məhkəmə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən cərimənin 677 ABŞ dolları həcmində müəyyənləşdirilməsini ədalətli hesab etmişdir. Tələbin zaminlərə dair hissəsində göstərilmişdir ki, cavabdehlərin zaminlik müqaviləsinin qüvvəsinə 20.06.2015-ci il tarixdə xitam verilmişdir və bununla əlaqədar olaraq onlara qarşı müştərək məsuliyyət barə də tələb irəli sürülə bilməz. Bu əsasla onlar kredit müqaviləsi üzrə borcluların sırasından çıxarılmalıdır. Ona görə də, onlara qarşı irəli sürülən iddia təmin edilməməlidir.

6. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385, 442, 445, 462, 467, 470.1, 472.1, 472.2 və 477.0.4-cü maddələrinə, habelə Azərbaycan Respublikası Kostitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470, 470.2, 471-ci maddələrinin şərh edilməsi haqqında” 04 sentyabr 2012-ci tarixli qərarına istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

7. İddiaçı QSC-nin nümayəndəsi apellyasiya şikayəti verərək, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 01.02.2021-ci il tarixli 2(009)-116/2021 saylı qətnaməsini qismən iddia tələbinin cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 Məhəmməd oğlu, Cavabdeh5 və Cavabdeh6 münasibətdə təmin edilməyən hissəsində ləğv edilməsi, həmin hissədə də tələbin təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

8. Cavabdeh1 apellyasiya şikayəti verərək, Səbail Rayon Məhkəməsinin 2(009)116/2021 saylı, 01.02.2021-ci il tarixli qətnaməsinin ləğv edilməsini xahiş etmişdir.

9. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 24 may 2021-ci il tarixli, 2(103)4144/2021 saylı qətnaməsi ilə (hakimlər F.Ş.Talışinski (sədrlik edən və məruzəçi), Z.A.Şirinov və R.Ə.Eyvazov) İddiaçı QSC tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməsi, Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsi, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 01 fevral 2021-ci il tarixli, 2(009)-116/2021 saylı qətnaməsinin qismən (zaminlərə münasibətdə təmin edilməyən hissədə) ləğv edilməsi və həmin hissədə (zaminlərə münasibətdə) iddianın təmin edilməsi, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 müştərək qaydada "Accessbank” QSC-nin xeyrinə 6.760,20 ABŞ dolları məbləğində əsas borc, 7.812,41 ABŞ dolları məbləğində faiz borcu, 677 ABŞ dolları cərimə borcu olmaqla cəmi 15.209,61 ABŞ dolları məbləğində pul vəsaitinin (ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi rəsmi valyuta məzənnəsinə uyğun olaraq Azərbaycan manatı ilə) və iddia ərizəsinin verilməsi üçün dövlət büdcəsinə ödənilmiş 30 manat dövlət rüsumunun tutulması qət edilmişdir.

10. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, 17.05.2013-cü il tarixli kredit xətti müqaviləsi ilə 100.000 A BŞ dolları məbləğində uzunmüddətli kredit müqaviləsinin müddəti 175 ay olmuş və bu müddəa zaminlik müqavilələrində (dəyişikliklərdə) öz əksini taparaq onlarla razılaşdırılmış, 20.06.2014-cü il tarixli kredit razılaşması üzrə dəyişdirilmə onların məsuliyyətinin artmasına və ya onlar üçün digər əlverişsiz nəticələrə səbəb olması sübuta yetirilmir. Bundan əlavə, zaminlər (cavabdehlər) məhkəmə prosesində özlərinin müqavilə öhdəliklərinə xitam verilməsi üzrə dəlillər irəli sürməmiş və bu yönəmdə mövqelərini belə nümayiş etdirməmişlər. Diqqətə çatdırılmalıdır ki, müqavilə azadlığı üzrə mülki hüquqların təməl prinsipi onların iradə ifadəsinin bəyan edilməsini ehtiva edir və məhkəmənin öz təşəbbüsü ilə tərəflərin iradə ifadələrinə müdaxilə edilməsi yolverilməzdir. Kassasiya şikayətinin və ona etir azın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri

11. Cavabdeh3 kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinə dəyişiklik edilməsi və iddianın ona aid hissəsinə iddia müddəti tətbiq edilməklə ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.

12. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə ona aid hissədə əsassızdır. Belə ki, onunla kreditor arasında 20.06.2014-cü il tarixli zaminlik müqaviləsi bağlanmış və o, Cavabdeh1 08.10.2008-cü il tarixli 05L000000846 saylı kredit xətti müqaviləsi üzrə öhdəliklərinin icrası üzrə məsuliyyət daşımağı öz üzərinə götürmüşdür. Onunla zamin kimi bank arasında yeni şərtlərlə zaminlik müqaviləsinin uzadılmasına dair müqavilə olmamışdır. İddiaçı tərəfindən isə bu b arədə sübutlar təqdim edilməmişdir. Zamin olduğu müqavilənin müddəti isə 20.06.2015-ci il tarixdə bitmişdir. Bu müddət ərzində isə ona qarşı iddia qaldırılmamışdır. Onun tərəfindən iddia müddətinin tətbiqi barədə ərizə verilmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

13. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları

14. Cavabdeh3 və onun vəkili Vəkil kassasiya şikayətini müdafiə edərək, şikayətin təmin olunmasını xahiş etdilər.

15. Cavabdeh1 məhkəmə iclasında vəkilsiz iştirak etdiyinə görə onun izahatı dinlənilmədi.

16. Digər proses iştirakçılarına məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, heç bir səbəb göstərmədən məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası MPM-in 415.3-cü m addəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq

17. Azərbaycan Respublikası Mülki Məcəlləsi Maddə

389. Müqavilə anlayışı 389.1. Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Maddə

390. Müqavilə azadlığı 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Maddə

470. Zaminlik müqaviləsi 470.1. Zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Maddə

472. Zaminin məsuliyyət i 472.1. Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 472.2. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Maddə

477. Zaminliyə xitam verilməsi 477.0. Zaminliyə aşağıdakı hallarda xitam verilir: 477.0.1. zaminliyin təmin etdiyi öhdəliyə xitam verildikdə, habelə zaminin razılığı olmadan həmin öhdəlik dəyişdirild ikdə və bu dəyişdirilmə onun məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olduqda; 477.0.4. zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir.

18. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə

417. Kassasiya instansiyası məhkəməsinin səlahiyyətləri 417.1. Kassasiya məhkəməsi işə baxarkən: 41 7.1.3. apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Maddə

418. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin və ya qərardadının ləğv edilməsinin əsasları 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Kassasiya baxışının hədləri

19. MPM-in 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və q ərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416).

20. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3).

21. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya ins tansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

22. Hazırkı kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsi aktının ləğvi yalnız kassastora aid hissədə xahiş edildiyindən, məhkəmə aktı ona aid hissədə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

23. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları Cavabdeh3 mün asibətdə düzgün tətbiq olunmamış və iş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən hallar müəyyən edilmişdir. Bu baxımdan qətnamə Cavabdeh3 aid hissədə ləğv edilməli və mülki iş həmin hissədə yenidən apellyasiya qaydasında baxılması üçün həmin məhkəməyə göndərilməlidir.

24. Qeyd olunmalıdır ki, əsas öhdəliyin icrasının təmin edilməsi üsullarından biri olan zaminlik münasibətləri Mülki Məcəllənin 470-477-ci maddələri ilə tənzimlənir. Mülki Məcəllənin 470.1-ci maddəsinə görə zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür.

25. Kreditor və borclu arasında bağlanan müqavilədən irəli gələn öhdəliklərin icrasını təmin edən zaminlik müqaviləsi aksessor xarakter daşıyır. Zaminliyin aksessor xarakteri ondan ibarətdir ki, zaminlik müqaviləsi icra edilməyən və ya lazımınca icra edilməyən əsas öhdəliyin icrasını təmin etmək məqsədi ilə borclunun öhdəliyinə əlavə kimi çıxış edir.

26. Qanunverici həmçinin özündə zaminliyə xitam verilmə əsaslarını da təsbit etmişdir. Bu əsaslar Mülki Məcəllənin 477-ci maddəsində sadalanmışdır. Bu əsaslardan biri də Mülki Məcəllənin 477.0.4-cü maddəsində təsbit edilmiş müddətin keçməsi əsasına görə zaminliyə xitam verilməsidir.

27. Mülki Məcəllənin 477.0.4-cü maddəsinin məzmunundan göründüyü kimi, bir qayda olaraq zaminliyin verildiyi müddət müqavilədə göstərilməlidir. Həmçinin qanunverici müddətin göstərilmədiyi halda da zaminliyin xitamı üçün konkret müddətlər müəyyən etmişdir. Bu müddətlər, zaminliyin bağlı olduğu əsas öhdəli yin icrası vaxtının çatdığı gündən bir il və ya əsas öhdəliyin icrası müddəti göstərilmədiyi, müəyyənləşdirilə bilmədiyi, yaxud tələbetmə məqamı ilə müəyyənləşdirildiyi halda zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi dövrdür.

28. Birinci instansiya məhkəməsi zaminlərə qarşı iddianın təmin olunmaması barədə gəldiyi nəticəni onunla əsaslandırmışdı ki, cavabdehlərin zaminlik müqaviləsinin qüvvəsinə 20.06.2015-ci il tarixdə xitam verilmişdir və bununla əlaqədar olaraq onlara qarşı müştərək məsuliyyət barədə tələb irəli sürülə bilməz. Bu əsasla onlar kredit müqaviləsi üzrə borcluların sırasından çıxarılmalıdır.

29. Apellyasiya instansiyası məhkəməsi isə bu əsaslandırma ilə razılaşmamış və qeyd etmişdir ki, «17.05.2013-cü il tarixli kre dit xətti müqaviləsi ilə 100.000 ABŞ dolları məbləğində uzunmüddətli kredit müqaviləsinin müddəti 175 ay olmuş və bu müddəa zaminlik müqavilələrində (dəyişikliklərdə) öz əksini taparaq onlarla razılaşdırılmış, 20.06.2014-cü il tarixli kredit razılaşması üzrə dəyişdirilmə onların məsuliyyətinin artmasına və ya onlar üçün digər əlverişsiz nəticələrə səbəb olması sübuta yetirilmir. Bundan əlavə, zaminlər (cavabdehlər) məhkəmə prosesində özlərinin müqavilə öhdəliklərinə xitam verilməsi üzrə dəlillər irəli sürməmiş və bu yönəmdə mövqelərini belə nümayiş etdirməmişlər. Diqqətə çatdırılmalıdır ki, müqavilə azadlığı üzrə mülki hüquqların təməl prinsipi onların iradə ifadəsinin bəyan edilməsini ehtiva edir və məhkəmənin öz təşəbbüsü ilə tərəflərin iradə ifadələrinə müdaxilə edilməsi yolverilməzdir».

30. Məhkəmə kollegiyası qeyd edir ki, əvvəla Cavabdeh3 ilə 20.06.2014-cü il tarixdə bağlanmış zaminlik müqavilsində (səh. 31) 17.05.2013-cü il tarixli kredit xətti müqaviləsindən bəhs olunmur. Bu müqavilədə 100.000 ABŞ dolları məbləğində uzunmüddətli kredit müqaviləsinin müddətinin 175 ay olması və bu müddəanın zaminlik müqaviləsində (dəyişikliklərdə) öz əksini tapması müəyyən edilmir. Sözügedən müqavilədə təminat verilən müqavilə kimi 08.10.2008-ci il tarixli kredit xətti müqaviləsi qeyd olunmuşdur və həmin kredit xətti müqaviləsində müddət 60 ay müəyyən edilmişdi. Cavabdeh3 ilə zaminlik müqaviləsi bağlanan zaman, 08.10.2008-ci il tarixli kredit xətti müqaviləsinə 17.05.2013-cü il tarixdə dəyişikliklər edilməsinə baxmayaraq, bu barədə məlumatlar zaminlik müqaviləsində əksini tapmamış, h əmin dəyişikliklərə zaminlik müqaviləsində istinad olunmamış, yalnız 08.10.2008-ci il tarixli kredit xətti müqaviləsi üzrə zaminlik öhdəliyi müəyyən olunmuşdur. Zaminlik müqaviləsi bağlanarkən 08.10.2008-ci il tarixli kredit xətti müqaviləsinə 17.05.2013-cü il tarixli müqavilə ilə edilmiş dəyişikliklərin daxil edilməməsi, ümumiyyətlə 17.05.2013-cü il tarixli müqavilənin xatırladılmaması müqavilənin müəyyənlik prinsipinə ziddir və bunun səbəbi (zaminlik müqaviləsi bağlanan zaman tərəflərin hansı müqavilə üzrə təminat yaratmaq niyyətində olmaları) məhkəmə tərəfindən araşdırılmamışdır.

31. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 2014-cü il 24 dekabr tarixli Qərarında göstəri lmişdir ki, öhdəlik hüququnda müqavilənin standart şərtlərinə dair normalarda şəffaflıq prinsipinin tərkib hissəsi kimi müəyyənlik prinsipi (tələbi) mövcuddur. Həmin prinsipə əsasən müqavilənin standart şərtlərində dispozisiya şərtləri və hüquqi nəticələr elə dəqiqliklə təsvir olunmalıdır ki, bu zaman bir tərəfdən müqavilənin standart şərtlərinin istifadəçisi üçün əsaslandırılmamış heç bir qiymətləndirmə azadlığı imkanları yaranmasın, digər tərəfdən isə müqavilə tərəfinin kənar yardım olmadan mümkün qədər aydın və sadə şəkildə öz hüquqlarını müəyyənləşdirə bilməsi (onun bu hüquqları həyata keçirməsinin qarşısının alınmaması üçün) mümkün olsun. Müqavilənin standart şərtləri təfsir edilərkən rast gəlinən bütün qeyri-müəyyənliklər, onları özündə əks etdirən şərtlərin müqaviləyə daxil edilmə sini təklif etmiş tərəfin ziyanına (əleyhinə) təfsir edilir (Mülki Məcəllənin 419.1, 419.2 və 420.1.2-ci maddələri). Zaminlik müqaviləsinin bağlanması üçün kredit xətti müqaviləsinin əsas şərtləri aydın müəyyən olunmalıdır. Zaminin sonradan əmələ gələcək öhdəliyə görə məsuliyyətinin həcmini müəyyən etməyə imkan verən hallar mühüm şərtlər hesab edildiyindən onlar kredit xətti müqaviləsində dəqiq göstərilməlidir.

32. Məhkəmə kollegiyası zaminliklə təmin olunmuş öhdəliyin müddətinin 175 ay olması barədə nəticəyə gələrkən bu halları araşdırmamış, birinci instansiya məhkəməsinin Mülki Məcəllənin 477.0.4-cü maddəsinə istinadən zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddətinin qurtarmasına görə zaminliyə xitam verilməsi barədə gəldiyi nəticənin səhv olmasını sonadək əsaslandırmamışdır. 3

3. Apellyasiya instansiyası məhkəməsinin «zaminlər (cavabdehlər) məhkəmə prosesində özlərinin müqavilə öhdəliklərinə xitam verilməsi üzrə dəlillər irəli sürməmiş və bu yöndə mövqelərini belə nümayiş etdirməmişlər» dəlili də əsassızdır. Çünki Mülki Məcəlləsinin 477.0.4-cü maddəsindən irəli gələn hüquqi nəticələrin tətbiqi, cavabdeh tərəfin (zaminin) bu cür etirazını və ya mövqeyini tələb etmir. Həmin müddətlər kəsici müddətlər olmaqla, məhkəmənin təşəbbüsü ilə tətbiq oluna bilər.

34. Bundan başqa, apellyasiya instansiyası məhkəməsi əsaslandırmasında qeyd etmişdir ki, “20.06.2014-cü il tarixli kredit razılaşması üzrə dəyişdirilmə onların məsuliyyətinin artmasına və ya onlar üçün digər əlverişsiz nəticələrə səbəb olması sübuta yetirilmir”.

35. Məhkəmə kollegiyası bu əsaslandırmanı yarımçıq he sab edir. Çünki zaminlik və ipoteka müqavilələrinin bağlanması üçün kredit xətti müqaviləsində mühüm şərtlər (məbləğ, müddət, faiz dərəcəsi, valyuta və s.) yetərli dərəcədə aydın göstərilməlidir. Kredit xətti müqaviləsində faiz dərəcəsi göstərilmədikdə, bağlanan kredit müqavilələrində faiz dərəcəsi barədə zaminin və ya ipoteka qoyanın razılığı alınmalıdır. Mülki Məcəllənin 477.0.1-ci maddəsinin “onun məsuliyyətinin artması və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olması” müddəası kredit xətti müqaviləsində nəzərdə tutulan kreditin məbləğinin, müddətinin, faiz dərəcəsinin bağlanan kredit müqavilələrində artırılmasını, kreditin valyutasının zaminin razılığı olmadan dəyişdirilməsini və digər halları nəzərdə tutur (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbayc an Respublikası Mülki Məcəlləsinin 477.0.1-ci maddəsinin həmin Məcəllənin 470.2-ci maddəsi və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.8 və 10.5-ci maddələri, eləcə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.11 və 307.4-cü maddələrinin “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 3.2 və 10.5-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 31.05.2018-ci il tarixli qərarı).

36. Konstitusiya Məhkəməsinin Plenumunun hüquqi mövqeyinə görə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 472.2-ci maddələrinə müvafiq olaraq, zaminlik müqaviləsində başqa qayda nəzərdə tutulmamışdırsa və bu müqavilə qanunvericiliyin tələblərinə uyğun bütün şərtlər (məbləğ, müddət, faiz dərəcəsi, valyuta və s.) barəsində razılıq əldə edilməklə bağlanmışdırsa, zamin borclu ilə birlikdə kreditor qarşısında tam məsuliyyət daşıyır. Bu baxımdan və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477-ci maddəsinin məzmununa uyğun olaraq, zaminin məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olan hallar baş verdikdə, zaminliyə bütövlükdə xitam verilir (Konstitusiya Məhkəməsinin “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9-cu, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 10.5, 14 və 48-ci maddələrinin və “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 307.4, 405.1 və 477.0.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 25 iyul 2019-cu il tarixli qərarı).

37. Apellyasiya instansiyası məhkəməsi bu qərarlarda ifadə olunmuş hüquqi mövqelər baxımından işin hallarına qiymət verməmişdir (Nəzərə alınmalıdır ki, məhkəmə Konstit usiya Məhkəməsinin bu qərarlarında göstərilən əsaslarla zaminlik müqaviləsinə qiymət verərkən, Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.1-ci maddəsinin həmin Məcəllənin 470.2-ci maddəsi və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.8 və 10.5-ci maddələri, eləcə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.11 və 307.4-cü maddələrinin “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 3.2 və 10.5-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 2018-ci il 31 may tarixli və “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9-cu, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 10.5, 14 və 48-ci maddələrinin və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 307.4, 405.1 və 477.0.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2019-cu il 25 iyul tarixli Qərarlarına dair” 11 oktyabr 2019-cu il tarixli qərardadının göstərişlərini nəzərə almaqla, zaminliyə xitam verilməmiş hesab edə bilər. Bu halda məhkəmənin əsaslandırması məhz bu istiqamətdə olmalıdır).

38. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi Cavabdeh3 aid hissədə ləğv edilməli və mülki iş həmin hissədə yenidən apellyasiya qaydasında baxılması üçün həmin məhkəməyə göndərilməlidir.

39. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Qərara aldı: Cavabdeh3 tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi Mül ki Kollegiyasının 24 may 2021-ci il tarixli, 2(103)4144/2021 saylı qətnaməsi Cavabdeh3 aid hissədə ləğv edilsin və mülki iş həmin hissədə yenidən apellyasiya qaydasında baxılması üçün həmin məhkəməyə göndərilsin. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar