Məhkəmə qərarları › İş №2(102)-5716/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-5716/2019

08.08.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5716/2019 08.08.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (sədrlik edən və məruzəçi), Allahverdiyev Qəhrəman oğlu Əli oğlu və Nəbizadə Rahib Sahib oğlundan ibarət tərkibdə, Xnın katibliyi, iddiaçının vəkili Vəkil, cavabdehin vəkili X1nun iştirakları ilə, İddiaçı X2 tərəfindən Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)-525/2019 nömrəli iş üzrə 18 yanvar 2019-cu il tarixli qətnaməsindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq, Müəyyən etdi: Bakı şəhəri Nəsimi rayon məhkəməsinin (hakim Rəşid Səmədov) 25 iyul 2016-cı il tarixli, 2(006)- 4932/2016 saylı qətnaməsi ilə iddiaçı X2nun cavabdeh «Bank VTB (Azərbaycan)» ASC-nə qarşı «əsassız hesablanmış faiz və cərimə məbləğinin ləğv edilməsi, ödənilmiş pul vəsaitlərinin əsas borca deyil, faizə silinməsinin qanunsuz hesab edilməsi, yeni razılaşmanın etibarsız hesab edilməsi, mübahisəli qalıq əsas borc məbləğinin müəyyən edilməsi» barədə iddia tələbləri rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının (hakimlər – Raqib Qurbanov sədrlik edən və məruzəçi, Etibar Nəbiyev, Sənan Hacıyev) 11 oktyabr 2016-cı il tarixli, 2(103)-8148/2016 saylı qətnaməsi ilə apellyasiya şikayəti təmin olunmamış, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının (hakimlər – Vəfaddin İbayev sədrlik edən və mər uzəçi, Əhməd Əhmədov, Mehparə Əhmədova) 10 mart 2017-ci il tarixli, 2(102)1701/2017 saylı qərarı ilə iddiaçının kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 11 oktyabr 2016-cı il tarixli qətnaməsi ləğv edilmiş, iş yenidən baxılması üçün göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının (hakimlər – Rafael Eyvazov sədrlik edən və məruzəçi, Zaur Əliyev, Vüqar Həsənov) 18 yanvar 2019-cu il tarixli qətnaməsi ilə iddiaçı X2nun apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Nəsimi rayon məhkəməsinin 25 iyul 2016-cı il tarixli, 2(006)-4932/2016 saylı qətnaməsi qismən, yəni kredit borcunun müəyyən edilməsi hissədə ləğv edilərək həmin hissədə iddia qismən təmin olunmuşdur. «Bank VTB (Azərbaycan)» ASC ilə X2 arasında bağlanmış 22 iyul 2013-cü il tarixli, 115397-7868 saylı kredit müqaviləsi üzrə, həmin müqavilənin şərtləri və həyata keçirilmiş ödənişlər nəzərə alınmaqla iddiaçı X2nun 20 avqust 2015ci il tarixə (1 saylı Razılaşma imzalananadək) kredit borcu - əsas borc üzrə 10513,88 ABŞ dolları, faiz borcu üzrə 226,30 ABŞ dolları kimi, 20 avqust 2015-ci il tarixdə bağlanmış 01 saylı Razılaşmanın şərtləri əsas götürülməklə isə 16.05.2016-cı il tarixə (iddiaçının hazırki iddia tələbi ilə məhkəməyə müraciət etdiyi tarixə) - əsas borc üzrə 11094,59 ABŞ dolları, faiz borcu üzrə 775,24 ABŞ dolları kimi müəyyən olunması, məhkəmə xərcləri iddiaçıya aid edilməsi, aparılmış ekspertiza tədqiqatlarının dəyəri olan 145 (bir yüz qırx beş) manat pulun iddiaçıdan tutularaq müvafiq hesaba ödənilməsi qət edilmiş, qətnamə apellyasiya şika yətinə əsasən qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. İşin halları: İddiaçı X2 cavabdeh «Bank VTB (Azərbaycan)» ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 20 avqust 2015-ci il tarixli ipoteka müqaviləsinə dəyişiklik edilməsi barədə 01 saylı Razılaşmanın etibarsız hesab edilməsi, ödədiyi pul vəsaitlərinin əsas borca deyil, faiz borcuna silinməsnin qanunsuz hesab edilməsi, cavabdehə olan borcun ödədiyi məbləğlər nəzərə alınmaqla yenidən müəyyən edilməklə əsassız hesablanmış faiz və cərimə məbləğlərinin ləğv edilməsi, cavabdehə olan borcun məhkəmə qaydasında müəyyənləşdirilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, cavabdeh «Bank VTB (Azərbaycan)» ASC ilə iddiaçı arasında 22 iyul 2013-cü il tarixli, 115397-7868 saylı «Avt omobil krediti müqaviləsi», 20 avqust 2015-ci il tarixli «Avtomobil krediti müqaviləsi»nə dəyişiklik və əlavələr edilməsi barədə 01 saylı Razılaşma, 22 iyul 2013-cü il tarixli 115397-16-11006 saylı «ipoteka müqaviləsi (avtomobil)», 20 avqust 2015-ci il tarixli ipoteka müqaviləsinə dəyişiklik edilməsi barədə 01 saylı Razılaşma imzalanmışdır. Razılaşmaya əsasən «Chevrolet minik» markalı, ** EE *** dövlət qeydiyyat nişanlı avtomobil (2012-ci il buraxılışlı, sedan tipli, mühərrik nömrəsi A14XER19YB1440 olan, ban nömrəsi KLİTA69F9DB065660 olan, qara metal rəngli) bank qarşısında ipoteka ilə yüklü olduğundan Azərbaycan Respublikası DİN BDYPİ QİŞ tərəfindən AB seriyalı, 951648 saylı nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsində həmin avtomobilin «Girov müqaviləsinə əsasən özgəninkiləşdirilməmə si» barədə qeydiyyat aparılmış və bank tərəfindən iddiaçıya 11094,59 ABŞ dolları məbləğində kredit verilmişdir. Əslində həmin razılaşma üzrə iddiaçıya hər hansı bir kredit verilməmiş, manatın devalvasiyası ilə bağlı məlum hadisələrdən sonra dolların məzənnəsinin qalxması ilə bağlı əvvəlki məzənnə ilə ödəmək, faizlərin azaldılması ilə bağlı iddiaçının müraciətini, yeni məzənnə ilə ödəyə bilməməyindən istifadə edərək əvvəl olan borcunu daha ağır şərtlərlə, etibarsız şərtlərlə iddiaçıya əvvəlki ödəməli olduğu borcunu, hesablanmış faiz və cərimə məbləğlərini guya yeni kredit verirmiş kimi rəsmiləşdirərək müqavilənin vaxtını cavabdeh uzatmış, 20 avqust 2015-ci il tarixli ipoteka müqaviləsinə dəyişiklik edilməsi barədə 01 saylı Razılaşmanı iddiaçıya imzalatmış, Razılaşmanı iddiaçı imzalayan zama n məbləğ hissəsini başa düşmədiyindən, ümumi əvvəlki kredit məbləği kimi qəbul etdiyindən aldadılmaqla mümkünsüz şərtlərlə həmin şərtləri imzalamışdır. Belə ki, həmin Razılaşma etibarsız hesab edilməlidir. İddiaçı tərəfindən mütəmadi olaraq 22.07.2013-cü il tarixdən 20.10.2015-ci il tarixə kimi qrafikə uyğun olaraq hər ay tam və vaxtında ödənilməsinə baxmayaraq, bankın iddiaçının adına ünvanladığı 11 aprel 2016-cı il tarixli 8748 saylı məktubundan görünür ki, banka onun borcu 10242,49 dollar əsas, 71,70 dollar faiz, 30,18 dollar cərimə, gecikdirilmiş əsas borc məbləği 739,07 dollar, gecikdirilmiş faiz borc məbləği 452,39 dollar, gecikdirilmiş əsas borca görə hesablanmış faiz məbləği 15,68 dollar, cəmi 11551,51 dollar borcu var. Belə ki, iddiaçının cavabdehə onun tələb etdiyi məbləğdə borcu yoxdur, iddiaçıya 20 avqust 2015-ci il tarixli ipoteka müqaviləsinə dəyişiklik edilməsi barədə 01 saylı Razılaşma məlum dolların məzənnəsinin qalxması ilə bağlı hadisələrlə bağlı ağır vəziyyətə düşməyi və cavabdehin bundan istifadə etməsi nəticəsində iddiaçının özü üçün son dərəcə əlverişsiz şərtlərlə bağlamağa məcbur olduğu əqd olduğundan etibarsız hesab edilməli, onun cavabdehə olan borcu ödədiyi məbləğlər nəzərə alınmaqla yenidən müəyyən edilməli, əsassız hesablanmış faiz və cərimə məbləğləri ləğv edilməli, iddiaçı tərəfindən iki il ərzində ödənilmiş pul vəsaitlərinin əsas borca deyil, faizə silinməsi qanunsuz hesab edilməlidir. Qeyd olunanlara əsasən iddianın təmin edilməsi xahiş olunmuşdur. İş üzrə yuxarıda göstərilən məhkəmə qərarları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlillər i və kassasiya şikayətinə qarşı etiraz: İddiaçı X2 kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 18 yanvar 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. Bankla razılaşmaya əsasən 2012-ci il buraxılışlı “Chevrolet minik” markalı, **-EE-*** dövlət qeydiyyat nişanlı avtomobil Bankla ipoteka ilə yüklü olduğundan DİN BDYPİ tərəfindən AB seriyalı, 951648 saylı nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsində həmin avtomobilin “Girov müqaviləsinə əsasən özgəninkiləşdirilməməsi” barədə qeydiyyat aparılmış və cavabdeh Bank tərəfindən ona 11094,59 dollar məbləğində kredit verilmişdir. Əslində həmin razılaşma üzrə ona hər hansı b ir kredit verilməmişdir. Manatın devalivasiyasından sonra dolların məzənnəsi qalxdığına görə krediti ödəyə bilməmiş, bank əvvəl olan borclarına görə daha ağır şərtlərlə, yeni kredit verirmiş kimi müqavilənin vaxtını uzatmışdır. 20 avqust 2015-ci il tarixli İpoleka Müqaviləsinə dəyişiklik edilməsi barədə 01 saylı Razılaşmanı da ona imzalatmış, həmin Razılaşmanı imzalayan zaman məbləğ hissəsini başa düşməmiş, aldadılmışdır. Hesab edir ki, həmin Razılaşma etibarsızdır. Bankın pul verdiyi X3 o, tanımamış, həmin şəxsə hər hansı bir səlahiyyət verməmiş, həmin şəxsə pul etibar etmək üçün hər hansı bir əsas olmamış, bankdan yalnız kreditə salınmış avtomaşını götürmüşdür. Həmin avtomaşın manatla alınmış, bu sənədlə iş materiallarında öz əksini tapmışdır. Tərəfindən mütəmadi olaraq 22.07.2013-cü il tarixdən 20.10.2015-ci il tarixə kimi qrafikə uyğun olaraq hər ay tam və vaxtında ödənilməsinə baxmayaraq, bankın adına ünvanladığı 11 aprel 2016-c1 il tarixli 8748 saylı məktubuna görə banka borcu 10242,49 dollar əsas, 71,70 dollar faiz, 30,18 dollar cərimə, gecikdirilmiş əsas borc məbləği 739,07 dollar, gecikdirilmiş faiz borc məbləği 452,39 dollar, gecikdirilmiş əsas borca görə hesablanmış faiz məbləği 15,68 dollar, cəmi 11551,51 dollar borcu var. Həmin borc bank tərəfindən şişirdilmişdir. İşə baxan məhkəmə bu hallara əhəmiyyət verməyərək qannusuz və əsassız qətnamələr qəbul etmişdir. Tərəflərin izahatları: İddiaçı X2 vəkili Vəkil kassasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Cavabdeh “Bank VTB (Azərbaycan)” ASC-nni vəkili X2 kassasiya şikayətini əsassız hesab edərək təmin edilməməsini, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi k assasiya instansiyası məhkəməsinin faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Məhkəmə kollegiyası məruzəçini dinləyib, iş materiallarını və kassasiya şikayətinin dəlillərini nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 18 yanvar 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işin müəyyən edilmiş hallarından görünür ki, «Bank VTB (Azərbaycan)» ASC ilə X2 arasında bağlanmış 22.07.2013-cü il tarixli 115397-1-7868 saylı «Avtomobil krediti müqaviləsi»nin surətindən görünür ki, X2na illik 18 faiz olmaqla, 60 ay müddətinə 14618 ABŞ dolları məbləğində kredit verilmişdir. «Bank VTB (Azərbaycan)” ASC ilə X2 arasında bağlanmış 22.0 7.2013-cü il tarixli 115397-1611006 saylı ipoteka müqaviləsindən görünür ki, kredit müqaviləsi üzrə öhdəliklərin icra olunmasına təminat olaraq X2 özünə məxsus olan «Chevrolet minik» markalı, **-EE-*** dövlət qeydiyyat nişanlı avtomobilini bankın xeyrinə ipoteka ilə yüklü etmiş, avtomobilin dəyəri 16243 ABŞ dolları məbləğində qiymətləndirilmişdir. «Bank VTB (Azərbaycan)” ASC ilə X2 arasında bağlanmış 115397-1-7868 saylı «Avtomobil krediti müqaviləsi»nə dəyişiklik və əlavələr edilməsi barədə 01 saylı 20.08.2015-ci il tarixli Razılaşmaya əsasən X2nun 11094,59 ABŞ dolları məbləğində borcu 35 ay müddətinə 22.07.2018ci il tarixədək illik 18% hesablanmaqla kapitallaşdırılmışdır. Həmçinin tərəflər arasında 22.07.2013cü il tarixli 115397-16-11006 saylı İpoteka müqaviləsinə Dəyişiklik edilməsi barə də 01 saylı 20.08.2015-ci il tarixli Razılaşma bağlanmışdır. Birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirmədən saxlayan apellyasiya instansiyası məhkəməsinin əvvəlki qətnaməsini ləğv edib, işi yeni apellyasiya baxışına göndərərkən, Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyası 10 mart 2017-ci il tarixli, 2(102)-1701/2017 saylı qərarında göstərmişdir ki, işə apellyasiya qaydasında yenidən baxılarkən cavabdehdən tutulmalı olan məbləğin müəyyənləşdirilməsi ilə bağlı tam və hərtərəfli araşdırma aparılmalı, zəruri olarsa iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası keçirilməlidir. Apellyasiya baxışı zamanı kassasiya instansiyası məhkəməsinin qeyd etdiyi xüsusatlar üzrə iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkə mə Ekspertiza Mərkəzinin 08 noyabr 2018ci il tarixli, 24191 saylı ekspet rəyinə görə X2 tərəfindən banka ödənilmiş pul vəsaitlərinə dair hesabdan çıxarış və 22.07.2013-cü il tarixli 115397-1-7868 saylı avtomobil krediti müqaviləsinin şərtləri əsas götürülməklə X2nun 20 avqust 2015-ci il tarixədək (sualda göstərilən tarixə) banka olan borcu 10740,18 ABŞ dolları məbləğində və 16 may 2016-cı il tarixədək (sualda göstərilən tarixədək) banka olan borcu 11869,83 ABŞ dolları məbləğində müəyyən olunur, o cümlədən; 20.08.2015-ci il tarixə - əsas borc üzrə 10513,88 ABŞ dolları, faiz borcu üzrə 226,30 ABŞ dolları. 16.05.2016-cı il tarixə - əsas borc üzrə 11094,59 ABŞ dolları, faiz borcu üzrə 775,24 ABŞ dolları. Apellyasyia instansiyası məhkəməsi şərh olunan sübutları araşdıraraq hesab etmişdir ki, «B ank VTB (Azərbaycan)» ASC ilə X2 arasında bağlanmış 22 iyul 2013-cü il tarixli, 115397-7868 saylı kredit müqaviləsi üzrə, həmin müqavilənin şərtləri və həyata keçirilmiş ödənişlər nəzərə alınmaqla iddiaçı X2nun 20 avqust 2015-ci il tarixə (1 saylı Razılaşma imzalananadək) kredit borcu - əsas borc üzrə 10513,88 ABŞ dolları, faiz borcu üzrə 226,30 ABŞ dolları kimi, 01 saylı Razılaşmanın şərtləri əsas götürülməklə isə 16.05.2016-cı il tarixə (iddiaçının hazırki iddia tələbi ilə məhkəməyə müraciət etdiyi tarixə) - əsas borc üzrə 11094,59 ABŞ dolları, faiz borcu üzrə 775,24 ABŞ dolları müəyyən olunmalıdır. Bu baxımdan birinci instansiya məhkəməsinin qətnaməsi həmin hissədə əsaslı və qanuni hesab edilə bilməz, ona görə də iddia tələbi kredit borcunun müəyyən olunması hissəsində qismən təmin olun malıdır. Apellyasyia instansiyası məhkəməsi daha sonra qeyd etmişdir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qalan hissədə əsaslıdır, iddiaçı kreditin manatla verilməsini irəli sürsə də, bu barədə məhkəməyə hər hansı mötəbər sübut təqdim edə bilməmişdir. İddiaçının nümayəndəsinin sübut kimi təqdim etdiyi «X5» MMC-nin 12 yanvar 2018-ci il tarixli, 10/18 saylı məktubunun surəti də vəziyyəti dəyişdirmir Hhəmin məktubda X2na satılmış «Chevrolet minik» markalı avtomobilin satış qiymətinin 12750 manat olması, ilkin ödəniş kimi 2558 manat ödənilməsi, qalan 10192 manat hissəsinin isə «Bank VTB (Azərbaycan)” ASC-dən alınmış kredit hesabına ödənilməsi, lakin vaxtı keçmiş sənədlər məhv olunduğundan avtomobilin satış sənədlərinin təqdim etməyin mümkün olmaması göstərilmişdir. Cavabdeh tərəfindən təqdim edilmiş sənədlərə (kassa məxaric orderi, imza nümunəsi vərəqi və s.) görə tərəflər arasında bağlanmış kredit müqaviləsində göstərilən 14181 ABŞ dolları kredit iddiaçının sərəncamına əsasən X4 tərəfindən bankdan götürülmüşdür. Bank tərəfindən kredit müqaviləsində göstərilən pul vəsaiti manatla deyil, xarici valyuta ilə, iddiaçının göstərdiyi şəxsə faktiki olaraq təqdim olunmuşdur. Sonradan həmin pul vəsaitinin mübadilə olunaraq manatla avtomobilin alınması üçün «X5» MMC-yə ödənilməsi kreditin manatla verilməsi anlamına gələ bilməz. İddiaçı respublikada baş vermiş manatın devalvasiyasından sonra onunla Bank arasında bağlanmış ipoteka müqaviləsinə dəyişiklik edilməsi barədə Razılaşmanın etibarsız hesab edilməsini tələb etmiş, bunu həmin müqaviləni imzalamağa məcbur edilməsi ilə əsasla ndırmışdır. Lakin araşdırılmış sübutlarla iddiaçı tərəfindən mübahisələndirilən əqdin (1 saylı Razılaşmanın) etibarsızlığına əsas ola biləcək hər hansı halın, həmçinin məcburetmənin mövcudluğu müəyyən olunmamışdır. Mübahisələndirilən Razılaşma üzrə qanunvericiliklə nəzərdə tutulmuş tələblərə riayət edilmiş, iddiaçının irəli sürdüyü əsaslar üzrə əqdin etibarlılığına şübhə yaranmamışdır. Həmçinin, qeydedilməlidirki, ölkədədevalivasiyanınbaşverməsicavabdehi müqavilə ilə üzərinə götürdüyü öhdəliklərin icrasından da azad etməmişdir. Bu hal, həmçinin şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi kimi də qəbul edilə bilməz. Belə ki, «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 422-ci maddəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 07 sentyabr 2018-ci il tari xli qərarına əsasən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 422-ci maddəsinin mənasına uyğun olaraq, Azərbaycan Respublikasının pul vahidi olan manatın xarici valyutalara nisbətdə məzənnəsinin dəyişməsinin tərəflər üçün gözlənilməz hesab edilmədiyini və borc alanın krediti xarici valyutada götürməklə maliyyə riskini öz üzərinə götürdüyünü nəzərə alaraq, manatın məzənnəsinin dəyişməsi şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi kimi qiymətləndirilə bilməz. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.1, 439.2 və 439.7-ci maddələrinin Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılması və həmin maddələrin bəzi müddəalarının şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 14 may 2015-ci il tarixli Qərarındakı hüquqi mövqeyə görə, pul vahidinin dəyi şməsi dedikdə, ölkənin pul vahidinin digər valyuta ilə fiziki əvəz edilməsi başa düşülür (məsələn, Avropa İttifaqına üzv olan dövlətlərin milli valyutası avro ilə əvəz olunur). Ölkənin valyutası digər valyuta ilə əvəz edildikdə, ödəniş yeni valyuta ilə mübadilə əməliyyatının aparıldığı məzənnə əsasında aparılmalıdır. Konstitusiya Məhkəməsinin Plenumu qərara alımşdır ki, Mülki Məcəllənin 439.7-ci maddəsi manatla olan pul öhdəliklərinəşamil olunur və bu zaman həmin maddənin “ödəniş müddəti çatanadək” müddəası müqavilədə öhdəliyin müəyyən edildiyi icra müddətini, müqavilədən irəli gələn “öhdəliyin əmələ gəldiyi vaxt” müddəası isə müqavilənin bağlandığı vaxtı nəzərdə tutur. Məhkəmə kollegiyası mülki işdə olan sənədlərlə tanış olaraq və onları tədqiq edərək hesab edir ki, apellyasiya instansi yası məhkəməsi tərəfindən mülki işə baxılan zaman Mülki Prosessual Məcəllənin 14, 77, 88, 217 və 218-ci maddələrinin tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Kassasiya şikayətinin dəlilləri apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Həmin dəlillər apellyasyia şikayətinin dəlilləri ilə eyni məzmunlu olmaqla apellyasyia məhkəməsi tərəfindən tam, hərtərəfli, obyektiv və qərəzsiz araşdırılaraq Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-xgi maddəsinin tələblərinə uyğun hüquqi qiymət verilmişdir. Məhkəmə kollegiyası bu qiymətləndirmə ilə razılaşır. Odur ki, Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 18 yanvar 2019-cu il tarixli qə tnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara alır: İddiaçı X2nun kassasiya şikayəti təmin edilmədən, Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)-525/2019 nömrəli iş üzrə 18 yanvar 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar