Məhkəmə qərarları › İş №2(102)-5717/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-5717/2021

13.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5717/2021 13.12.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı iş üzrə QƏRARİ iş № 2(102)-5717/21 (Açar sözlər: borc tələbi, iddia müddəti) Bakı şəhəri, 13 dekabr 2021-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Şamayev Elşad Yaquboviçdən oğlundan tərkibdə, Allahverdizadə Şəhriyar Əli oğlunun katibliyi, iddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortala nması Fondunun vəkili Vəkil, cavabdeh Cavabdeh1 iştirakı ilə, İddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “kredit müqaviləsi üzrə borcun ödənilməsi ” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-4308/2021 nömrəli, 08 iyun 2021-ci il tarixli qətnaməsindən iddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun kassasiya şikayətinə 13 dekabr 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı ASC-nin “Təbriz” filialı ilə Cavabdeh2 arasında bağlanmış İKM 212 saylı, 13 may 2015-ci il tarixli kredit müqaviləsinə əsasən so nuncuya illik 30 faizlə 18 ay müddətinə 1900 manat məbləğində kredit verilmişdir.

2. Kredit müqaviləsinin təminatı olaraq İddiaçı ASC-nin “Təbriz” filialı ilə Cavabdeh1 arasında 13 may 2015-ci il tarixdə İKM 212 saylı zaminlik müqaviləsi bağlanmışdır.

3. Mübahisə kredit öhdəliklərinin icrası ilə bağlı yaranmışdır. a) Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu iddia ərizəsi ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət edərək, 1244,98 manat əsas, müqavilə müddəti üçün 1000,60 manat, müqavilə müddətindən sonrakı dövr üçün (illik 5 faizlə) 241,06 manat faiz, 984,43 manat cərimə borcu olmaqla, cəmi 3.471,07 manat borcun və 30 manat məbləğində dövlət rüsumunun cavabdehlər Cavabdeh2 və Cavabdeh1 tutularaq iddiaçının hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

5. İddia tələbi onunla əsaslandırılıb ki, Cavabdeh2 kredit müqaviləsinin şərtlərini pozmuş, dəfələrlə olunmuş xəbərdarlıqlara baxmayaraq üzərinə düşən öhdəlikləri lazımınca yerinə yetirməmiş, krediti və faizləri vaxtında ödəməmişdir.

6. Digər Cavabdeh1 də zamin olaraq kredit müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilməsinə görə borclu Cavabdeh2lə birgə məsuliyyət daşıyır. mağı öhdəsinə götürmüşdür.

7. İddiaçı tələbinin hüquqi əsası kimi Mülki Məcəllənin 385.1, 425, 442, 445.7, 448.1, 470 və 472.1-ci maddələrinə istinad etmişdir.

8. Cavabdeh1 iddiaya etiraz edərək göstərib ki, əvəllər banka ödənişlər vaxtında edilirdi. Daha sonra bank bağlandığından və borc barədə məlumat verilmədiyindən borcda n xəbəri yoxdur. Həmçinin iddia müddəti də ötüb.

9. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 mübahisəyə iddia müddətinin tətbiqi barədə ərizə də veriblər.

10. Yasamal Rayon Məhkəməsinin 2(004)-1108/2021 nömrəli, 22 fevral 2021-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. (hakim Günay Axundova)

11. Birinci instansiya məhkəməsi müəyyən edib ki, iddiaçı ilə Cavabdeh2 arasında kredit müqaviləsi, digər Cavabdeh1 ilə isə zaminlik müqaviləsi bağlanmışdır. Bankla Cavabdeh2 arasında kredit müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmış və Cavabdeh2 bank qarşısında öhdəliyini pozmuşdur.

12. Birinci instansiya məhkəməsi cavabdeh (zamin) Cavabdeh1 qarşı iddia tələbi üzrə qeyd edib ki, İddiaçı ASC tərəfindən zaminə qarşı iddia sürməsi üçün nəzərdə tutulan müddət axımı 13.11.2 016-cı il tarixdən başlamış və həmin vaxtdan bir il ərzində kreditor zaminə qarşı iddia irəli sürməmiş və bununla da, zaminlik müqaviləsi üzrə Cavabdeh1 öhdəliklərinə xitam verilmişdir. Buna görə də iddia tələbi borcun zamindən tutulması hissəsində əsassız olduğundan təmin edilə bilməz.

13. Birinci instansiya məhkəməsinin digər mövqeyinə görə bankın Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə borc tələbi əsaslı olsa da, iddiaçı iddia qaldırmaq üçün iddia müddətini ötürmüşdür. Belə ki, İddiaçı ASC ilə Cavabdeh2 arasında müqavilə 13.05.2015-ci ildə 18 ay müddətinə bağlanmışdır. Müqavilə müddəti 13.11.2016-cı ildə bitmişdir. İddiaçı isə hazırki iddia ərizəsi ilə dörd il keçdikdən sonra məhkəməyə müraciət etmişdir.

14. Birinci instansiya məhkəməsi mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsi nin 372.2, 375.2, 477.0.4-cü maddələri və “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 03 iyun 2013-cü il tarixli Qərarı ilə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

15. İddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu apellyasiya şikayəti verib, qətnamənin ləğv və iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

16. Apellyasiya şikayətinin dəlilləri: - cavabdehlə bank arasında 13.05.2015-ci il tarixində kredit müqaviləsi bağlanmış, müqavilənin icra müddəti 13.05.2016-cı ildə başa çatmış, tərəflərindən 3 illik iddia müddəti keçməmiş 22 oktyabr 2019-cu ildə iddia ərizəsi ilə m əhkəməyə müraciət edilmişdir. Həmin vaxt məhkəmə Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixlin Fərmanın icrası ilə əlqadər mülki işin icraata götürülməsini qeyri-mümkün hesab etmiş və 2(004)-6959/2019 saylı, 01.11.2019-cu il tarixli qərardadla geri qaytarmışdır. Bank tərəfindən cavabdehə restrukturizasiyasının aparılması məqsədilə təklif göndərilmiş və Fərmanın icrası ilə bağlı müvafiq tədbirlər görülmüşdür. Lakin hazıradək cavabdeh göndərilmiş təkliflərə baxmayaraq kredit borcunun restrukturizasiyası üçün müraciət etməmişdir; - həmçinin fiziki şəxslərin xarici valyutada olan kreditlərinin əsas məbləğinin devalvasiya nəticəsində manatla artmış hissəsinin ödənilməsi mexanizminin və həmin məbləğə hesablanmaş faiz və dəbbə pulu (cərimə, penya) üzrə tətbiq ediləcək güzəşt lərin müəyyən edilməsi qaydasına əsasən fiziki şəxslərin kredit borclarının restrukturizasiyası məqsədilə yeni güzəştli kredit müqaviləsinin bağlanması ilə bağlı müraciətlərinin qəbulu 2019-cu illin dekabrın 31-də başa çatmış və bank yenidən 03 noyabr 2020-ci ildə Yasamal Rayon Məhkəməsinə müraciət etmişdir. Məhkəməsinin 2(004)-1108/2021 saylı, 22 fevral 2021-ci il tarixli qətnaməsi ilə cavabdehin iddia müddətinin tətbiqi barədə ərizəsinə əsasən iddia müddəti tətbiq edilərək iddia təmin edilməmişdir. Məhkəmə baxış zamanı mülki iş barədə iddia müddəti keçmədən, vaxtında məhkəməyə müraciət etmələri və işin Fərmanın icrası ilə əlqadər icraata götürülməsinin qeyri-mümkün hesab edilməsi barədə qərardad təqdim edilmişdir; - qeyd olunan Fərmanın müəyyən etdiyi qaydalara riayət etdikdən sonra borc un ödənilməsi ilə bağlı həll edilməmiş mübahisə qalarsa, iş üzrə qəbul edilmiş qərardad yenidən iddia tələbi ilə məhkəməyə müraciət etməyə mane olmur. Analoji müqavilələr üzrə mübahisənin hazırki məhkəmədənkənar həlli qaydası Fərmanla müəyyən edildiyindən həmin işlər üzrə zəruri prosedurlara sərf edilmiş ağlabatan müddət iddia müddətinə daxil olmalıdır. Fərman vətandaşların mənafeyi üçün verildiyindən həmin prosedurlara sərf edilmiş müddət bankların ziyanına istifadə oluna bilməz. Çünki həmin fərman məhz fiziki şəxslərin xarici valyutada olan kreditləri üzrə onların üzləşdiyi maliyyə itkisini qarşılamaq, o cümlədən problemli kreditlər məsələsinin həllinə dövlət dəstəyi göstərilməsi məqsədi ilə verilmişdir; - məhkəmə iş üzrə qətnamə çıxararkən cavabdeh tərəfindən təqdim olunan iddia müddəti nin tətbiqi barədə ərizəsini nəzərə alaraq iddia tələbini rədd etlməsi düzgün deyil. Bu zaman məhkəmə Konstitusiya Məhkəməsinin Plenumunun 03.06.2013-cü il tarixli, 24.12.2014-cü il tarixli və 08.05.2008-ci il tarixli qərarların tələblərini nəzərə almamışdır.

17. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-4308/2021 nömrəli, 08 iyun 2021-ci il tarixli qətnaməsi ilə iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, Yasamal Rayon Məhkəməsinin 2(004)-1108/2021 nömrəli, 22 fevarl 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. (hakimlər Qürbət Əsgərov (sədrlik edən və məruzəçi), Azad İmanov və Vahid Sadıqov)

18. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, birinci instansiya məhkəməsi cavabdehlər Cavabdeh2 və Cavabdeh1 15 fevral 2021-ci il tarixli ərizələrini i ddia müddətinin tətbiq edilməsi barədə ərizə kimi nəzərə alaraq hazırki mübahisəyə iddia müddətinin tətbiq edilməsini mümkün hesab etməklə düzgün nəticəyə gəlmişdir.

19. Apellyasiya instansiaysı apellyasiya şikayətinin dəlilləri üzrə qeyd etmişdir ki, iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi birinci instansiya məhkəməsinin hazırki mübahisəyə iddia müddətini tətbiq etməkdə düzgün nəticəyə gəlməməsini bildirilsə də, həmin halı təsdiq edən sübutları apellyasiya şikayətinə əlavə etməmiş, məhkəmə iclasında iştirak edən bankın nümayəndəsi bunu təsdiq edən hər hansı bir sübutlarını məhkəməyə təqdim etməmişdir.

20. Apellyasiya instansiyası işin həqiqi hallarına və tərəflərin qarşılıqlı münasibətlərinə əsaslanaraq hesab edib ki, bank q anunla müəyyən edilmiş müddət ərzində məhkəməyə müraciət etmədiyindən iddia təmin edilə bilməz. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri

21. İddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu (vəkil Vəkil) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv, iddianın təmin edilməsi və ya işin yenidən baxılması üçün apellyasiya instansiyasına göndərilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.

22. Kassasiya şikayəti apellyasiya şikayətinə uyğun əsaslandırılmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

23. Kassasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının iz ahatları

24. Məhkəmə kollegiyasının iclasında iddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun vəkili Vəkil kassasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsini xahiş etdi.

25. Məhkəmə kollegiyasının iclasında Cavabdeh1 vəkilsiz iştirak etdikləri üçün Mülki-Prosessual Məcəlləsinin 67.1-ci maddəsinin tələblərinə uyğun olaraq işin kassasiya baxışında onların izahatı dinlənilmədi.

26. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilsə də, Cavabdeh2 məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Buna görə də məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 415.3-cü maddəsinə əsasən tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Mülk i Məcəllə Maddə 373.2. Müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Maddə 375.2. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Maddə 477.0.4. Zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda zaminliyə xitam verilir. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikd ə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Mülki Prosessual Məcəllə Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Maddə

416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

27. Kassasiya instansiyası məhkəməsi işin faktiki halları nı araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir

28. Hazırkı kassasiya şikayətində qətnamə iş üzrə iddiaçı tərəfindən tam mübahisələndirildiyindən və apellyasiya instansiyası məhkəməsinin aktının ləğvi xahiş edildiyindən həmin məhkəmə aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

29. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları da müəyyən edilmir. Bu baxımdan, apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

30. Baxılan iş üzrə apellyasiya məhkəməsi düzgün nəticəyə gəlib.

31. İddia tələbi öhdəlik münasibətlərindən irəli gəlib, kredit borcunun qaytarılması barədədir.

32. İşin məhkəmələr tərəfindən müəyyən edilən halları da ondan ibarətdir ki,, İddiaçı ASC ilə Cavabdeh2 arasında müqavilə 13.05.2015-ci ildə 18 ay müddətinə bağlanmış, müqavilə müddətinin 13.11.2016-cı ildə bitsə də, iddiaçı isə hazırki iddia ərizəsi ilə dörd il keçdikdən sonra məhkəməy ə müraciət etmişdir. Cavabdehlər iddia müddətinin tətbiqi barədə ərizə vermişlər.

33. Məhkəmə kollegiyası qeyd edir ki, həm əsas borclu, həm də zaminə münasibətdə iddia müddətinin ötürülməsi müəyyən edildiyi və müddətin tətbiq ilə bağlı ərizə verildiyi üçün iddia müddətini nizama salan Mülki Məcəllənin yuxarıda qeyd edilən normalarının tətbiqi işin hallarına uyğun olmuşdur.

34. Məhkəmə kollegiyası Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” 3 iyun 2013-cü il Qərarına da diqqəti çəkir. X1 Məhkəməsinin hüquqi mövqeyinə görə kredit müqaviləsində yalnız bu hüquq münasibətlərinə xas olan ayrı-ayrılıqda kredit müqaviləsinin qüvvədə olma müddəti və kreditin (əsas məbləğ və hesablanmı ş faizlərin) qaytarılması müddəti müəyyənləşdirilə bilər. Buna görə, göstərilən müddətlər müqavilə üzrə müvafiq hüquqi nəticələrin yaranmasına səbəb olduğundan, nəzərə alınmalıdır ki, kredit müqaviləsinin qüvvədə olma müddəti belə müqavilənin bağlanma və öhdəliklərin tam icra edilməsi anını, kreditin (əsas məbləğ və hesablanmış faizlər) müddəti isə kreditin alınmasını və müvafiq ödənişlərin müddətini əhatə edir. Hüquqi təbiətinə görə kredit müqaviləsinin müddəti tərəflərin hüquq və vəzifələrinin yaranmasının, dəyişdirilməsinin və ona xitam verilməsinin vaxtını tənzimlədiyi halda, kredit müddəti kredit müqaviləsində müəyyənləşdirilmiş öhdəliklərin icra edilməsinin vaxtını tənzimləyir. Beləliklə, kredit münasibətləri müddətlidir və həyata keçirilmə müddəti vaxt çərçivəsi ilə təyin olunmuş mü qavilə münasibətləridir. Kredit müqaviləsində müəyyənləşdirilmiş öhdəliklər, yəni əsas borcun ödənişləri ilə bağlı öhdəliklərin və kredit müqaviləsi üzrə faizlərin ödənilməsi ilə bağlı öhdəliklərin yerinə yetirilmə müddəti müqavilədə əvvəlcədən nəzərdə tutulmuş qaydaya uyğun olaraq müəyyən olunur. Yuxarıda qeyd olunduğu kimi, şəxsin hüququ pozulduqda onun müdafiəsi üçün hüququ pozmuş şəxsə qarşı məcburiyyət tədbirlərinin tətbiqi halına qanun iddia müddətlərini şamil edir. Maraqlı tərəfin tələbi üzrə məcburiyyət tədbirlərinin tətbiqi hər zaman deyil, yalnız iddia müddətləri həddində mümkündür. Bu mənada hüquqları pozulmuş şəxsin öz hüquqlarının bərpasını tələb etmək hüququnun vaxtında həyata keçirilməsinə zəmin yaradan iddia müddətinin axımının başlanğıcının müəyyən edilməsi xüsusi əhəmiyyə t kəsb edir. Kredit münasibətlərindən yaranan mübahisələrə MM-in 373.2-ci maddəsində nəzərdə tutulan üç illik iddia müddəti tətbiq edilməlidir.

35. Məhkəmə kollegiyası Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun qeyd edilən qərardakı hüquqi mövqeyi baxımından birinci instansiya məhkəməsini qətnaməsini dəyişdirmədən saxlayan apellyasiya məhkəməsinin gəldiyi nəticəni qanuni və əsaslı sayır.

36. Məhkəmə kollegiyası qeyd edir ki, iddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair" 27 dekabr 2001-ci il tarixli Qərarı).

37. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

38. Yuxarıda göstərilənləri və Mülki Prosessual Məcəllənin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin şikayəti təmin edilməsin. kassasiya Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-4308/2021 nömrəli, 08 iyun 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlansın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar