Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5717/2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: dəymiş ziyanın ödənilməsi) 11.11.2022 Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Xələfov İlqar Rəhim oğlunun (məruzəçi hakim), Əliyev Ələsgər Əliabbas oğlu, Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı pul və ziyanın ödənilməsi tələbinə dair ilkin, Cavabdeh İddiaçı qarşı əqdin mövcud olmadığının müəyyən edilməsi, iltizamların etibarsız hesab edilməsi və pul tələbinə dair qarşılıqlı iddiasına dair mülki iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 05 iyul 2022-ci il tarixli, 2(105)-1436/2022 nömr əli qətnaməsindən ilk iddia üzrə İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə 11 noyabr 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Cavabdeh tərəfindən xx.xx.2017-ci il tarixdə İddiaçı sonuncudan 23.000 manat məbləğində borc pul alması barədə iltizam verilmişdir. 2. 05.12.2017-ci il tarixdə verilmiş iltizama görə isə Cavabdeh İddiaçı dekabrın 25də qaytarmaq şərti ilə 33.000 manat məbləğində borc pul götürmüşdür.
3. İltizamdakı imzalar mübahisələndirilsə də, ekspertiza rəyi ilə Cavabdeh tərəfindən şəxsən imzalandığı müəyyən edilmişdir.
4. X1 müraciəti əsasında aparılmış yoxlama nəticəsində Sumqayıt şəhər Polis İdarəsinin 4-cü Polis Bölməsinin tərəfindən 28 may 2021-ci il tarixdə cinayət işinin başlanmasının r ədd edilməsi barədə qərar qəbul edilmişdir. Həmin qərara görə İddiaçı Cavabdeh ümumilikdə 39000 borc pul verdiyini, həmin puldan 24000 manatın qaytarıldığını, 15000 manatın qaldığını etiraf etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 55000 manat məbləğində borcun, 10000 manat məbləğində mənəvi ziyana görə təzminatın, 141 manat hüquqi yardıma görə ödənilən vəsaitin və 31 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
6. İlkin iddia tələbi onunla əsaslandırılmışdır ki, 2017-ci ildə o, özünə məxsus olan Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsində yerləşən mənzilini 20000 manata sataraq özündə olan pulu da üstünə əlavə edərək Sumqayıt şəhərin də ev almaq istəmişdir. Bundan xəbər tutan cavabdeh ona müraciət edərək bildirmişdir ki, ona təcili pul lazımdır, əgər ona kömək edərsə, o, ilin sonuna kimi həmin pulu ona qaytaracaqdır. O, cavabdehə inanaraq ona xx.xx.2017-ci ildə 23000 manat məbləğində pul vermiş və o da həmin pulu alaraq bu barədə yazılı qəbz vermişdir. Təxminən 3 ay sonra cavabdeh bir daha ona müraciət edərək bildirmişdir ki, ondan aldığı pulu qaytara bilmir, ona görə də yaşadıqları mənzili satmaq istəyir, həmin mənzili 60000 manata satışa qoyub, lakin ona 56000 manata satmağa razıdır, əgər ona 33000 manat verərsə, o, xx.xx.2017-ci ilə kimi aldığı bütün pulları qaytarmasa, həmin evi onun adına keçirəcəkdir. O, cavabdehin bu sözlərinə inanaraq 33000 manat pul vermiş və cavabdeh də bu barədə yazılı iltizam vermişdir. Lak in cavabdeh vəd verdiyi vaxtda pulu ona qaytarmamış və bildirmişdir ki, həmin ev qayınatasının adınadır, o da xəstədir, notariusa gedə bilmir, sağalan kimi bu məsələni yoluna qoyacaqdır. Cavabdehin qayınatası vəfat etdikdən sonra o, yenə də bununla bağlı cavabdehə müraciət etmiş, cavabdeh isə bildirmişdir ki, mənzil əvvəlcə onun həyat yoldaşı İmran Rəfiyevin adına keçməlidir, yalnız bundan sonra İmran onunla alqı-satqı edə bilər. O, yenə də gözləmiş, lakin 6 aydan sonra da cavabdeh mənzili onun adına keçirməmiş, yalnız dəfələrlə etdiyi müraciətdən sonra 2021-ci ilin fevral ayının 1-də ona 1000 manat pul vermiş və ondan xahiş etmişdir ki, şikayət etməsin, həmin mənzil onundur, onun adına da keçiriləcəkdir. Lakin sonradan ona məlum olmuşdur ki, cavabdeh yalnız ona deyil, bir çox şəxslərə də borcludur və cavabdehin niyyəti onu aldatmaq olmuşdur. Cavabdehin ona hazırda 55000 manat məbləğində borcu qalmışdır və həmin pulu ondan tələb edir.
7. Eyni zamanda Cavabdeh İddiaçı qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ilkin iddia tələbinin rədd edilməsi, qarşılıqlı iddia tələbinin təmin edilməsi, iş üzrə tərəflər arasında 23000 manat məbləğində borcun verilməsi barədə əqdin mövcud olmadığının müəyyən edilməsi, iş üzrə tərəflər arasında 33000 manat məbləğində borcun verilməsi barədə əqdin mövcud olmadığının müəyyən edilməsi, 05 dekabr 2017-ci il tarixli iltizamın qismən, yəni onun İddiaçı 31000 manat pul götürülməsi hissəsində etibarsız hesab edilməsi, 22000 manat məbləğində pulun İddiaçı tutularaq Cavabdeh ödənilməsi, iş üzrə ödənilmiş dövlət rüsumlarının ilk id dia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı aid edilməsi, bu məqsədlə ondan 30 manat məbləğində pulun tutularaq Cavabdeh ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
8. Daha sonra qarşılıqlı iddiaçı Cavabdeh məhkəməyə iddia tələbinin həcminin artırılması barədə ərizə təqdim edərək, ilk iddia tələbinin rədd edilməsi, qarşılıqlı iddia tələbinin təmin edilməsi, iş üzrə tərəflər arasında 23.000 manat məbləğində borcun verilməsi barədə əqdin mövcud olmadığının müəyyən edilməsi, iş üzrə tərəflər arasında 33.000 manat məbləğində borcun verilməsi barədə əqdin mövcud olmadığının müəyyən edilməsi, 23.000 manat məbləğində pulun alınması barədə 20 sentyabr 2017-ci il tarixli “iltizamın"' etibarsız hesab edilməsi, 33.000 manat məbləğində pulun alınması barədə 05 dekabr 2017-c i il tarixli “iltizamın” etibarsız hesab edilməsi, 22.000 manat məbləğində pulun İddiaçı tutularaq X3 ödənilməsi, iş üzrə ödənilmiş dövlət rüsumlarının ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı aid edilməsi, bu məqsədlə ondan 30 manat məbləğində pulun tutularaq Cavabdeh ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
9. Sumqayıt Şəhər Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(060)-94/2022 nömrəli iş üzrə 01 aprel 2022-ci il tarixli qətnaməsi ilə (hakim Günel Tanrıverdiyeva) ilkin və qarşılıqlı iddiaların təmin edilməməsi qət edilmişdir.
10. Məhkəmənin ilkin iddia ərizəsi üzrə mövqeyi ondan ibarət olmuşdur ki, hər iki iltizam üzrə icra müddəti ən geci xx.xx.2017-ci il tarixdə bitmiş, müqavilə tələbləri üzrə 3 illik iddia müddətinin axımı xx.xx.2018-ci il tarixdə başlamış və xx.xx.2021-ci il tarixdə bitmişdir. İlkin iddiaçı isə xx.xx.2021-ci il tarixdə məhkəməyə müraciət etmiş, bununla da qanunla müəyyənləşdirilmiş 3 illik iddia müddətini ötürmüşdür (Qarşılıqlı iddiaçı Cavabdeh nümayəndəsi məhkəməyə iddia müddətinin tətbiqi barədə ərizə təqdim etmişdir).
11. Müəyyən olunmuşdur ki, həm ilkin iddiaçı, həm də qarşılıqlı iddiaçı izahatlarında 24000 manat borcun qaytarıldığını etiraf etmişlər. Lakin onların hər ikisi bu ödənişin 39000 manat məbləğində olan borcla bağlı olduğunu bildirmişdir. İlkin iddiaçı məhkəmə iclasında verdiyi izahatında da qarşılıqlı iddiaçı tərəfindən edilən 24000 manat ödənişin bu iltizamlardan əvvəl tərtib edilmiş, başqa bir iltizamla, 39000 manat borcun alınması barədə iltizamla bağlı olduğunu bir daha tə sdiqləmişdir.
12. Bu səbəbdən məhkəmə hesab etmişdir ki, ilkin iddia üzrə Cavabdeh tərəfindən ilkin iddia tələbi üzrə iddia müddətinin kəsilməsinə səbəb olan hərəkət edilməmişdir. İlkin iddiaçı isə məhkəməyə bunun əksini təsdiq edən hər hansı sübut təqdim etməmişdir.
13. Borc tələbi üzrə iddia müddəti ötürüldüyündən borcun vaxtında qaytarılmaması ilə əlaqədar ilkin iddiaçı tərəfindən tələb edilən mənəvi ziyan hissəsində də ilkin iddia təmin edilməmişdir.
14. Məhkəmənin qarşılıqlı iddia ərizəsi üzrə mövqeyi isə belə olmuşdur ki, qarşılıqlı iddia tələbi üzrə tərəflər arasında bağlanmış iltizamların uydurma olmaqla etibarsız olduğunu sübut etmək yükü qarşılıqlı iddiaçı Cavabdeh üzərinə düşür. Qarşılıqlı iddiaçı Cavabdeh isə istinad etdiyi halları sübuta yetirə bilməmişdir.
15. Bundan başqa mə hkəmə qeyd etmişdir ki, etibarsızlıqla əlaqədar mübahisə maraqlı şəxs tərəfindən bir il müddətində mübahisələndirilə bilər. Lakin qarşılıqlı iddiaçı Cavabdeh hüquqlarının pozulduğunu bildiyi andan bir il müddətində belə mübahisə açmamış, 4 ildən çox keçdikdən sonra qarşılıqlı iddia tələbi ilə məhkəməyə müraciət etməklə qanunla müəyyən edilmiş müraciət müddətini də ötürmüşdür.
16. Məhkəmə gəldiyi nəticələri Mülki Məcəllənin 324.1, 340.1, 347.1, 354.1, 372.1, 373.2, 373.3, 375.2, 376, 377.1-3, 380-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” 27 dekabr 2001-ci il tarixli və “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” 03 iyun 2013cü i l tarixli qərarlarında ifadə edilmiş hüquqi mövqelərə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 14.2, 77.1, 119.1 və 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
17. İddiaçı qətnamədən apellyasiya şikayəti verərək, Sumqayıt şəhər məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(060)-94/2022 saylı qətnaməsini ilkin iddia tələbinin rədd edilməsi hissəsində ləğv etməklə onun Cavabdeh qarşı iddia tələbinin bütünlüklə təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
18. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (bundan sonra – apellyasiya instansiya məhkəməsi) 2(105)-1436/2022 nömrəli iş üzrə 05 iyul 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər – Lətifə Məmmədova (sədrlik edən və məruzəçi), Telm an Quliyev və Gülnarə Tağızadə) Sumqayıt Şəhər Məhkəməsinin 01 aprel 2022-ci il tarixli, 2(060)-94/2022 nömrəli qətnaməsinin mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılması, ilk iddia üzrə İddiaçı apellyasiya şikayətinin təmin edilməməsi qət edilmişdir.
19. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə bağlı qeyd etmişdir ki, iddiaçı iddia tələbi üzrə iddia müddətinin kəsilməsinə səbəb olan hərəkət etməmişdir. Şəxsin polis və prokurorluq orqanlarına müraciət etməsi iddia müddətinin axımının kəsilməsinə əsas ola bilməz. İlk iddia tələbi maddi ziyanın tutulması hissəsində əsassız olduğundan və təmin edilmədiyindən tələbin mənəvi ziyana dair hissəsi də təmin edilə bilməz.
20. Məhkəmə kollegiyası gəldiyi nəticəni Mülki Məcəllənin 372.1, 373.2, 373.3, 375.2, 377.1-3, 380-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” 27 dekabr 2001-ci il tarixli və “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4cü maddələrinin şərh edilməsinə dair” 03 iyun 2013-cü il tarixli qərarlarında ifadə edilmiş hüquqi mövqelərə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1, 14.2, 77, 78, 217.4, 372, 384-cü maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
21. İddiaçı kassasiya şikayəti verərək, qətnamənin maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilməsini əsas göstərməklə ləğv edilməsini və iddianın təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. b) Kassas iya şikayətinə qarşı etirazın dəlilləri
22. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Mülki Məcəllə
23. Maddə 372.1. Başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir.
24. Maddə 373.2. Müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir.
25. Maddə 373.3. Vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti üç ildir.
26. Maddə 375.2.Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır.
27. Maddə 377.1. İddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir.
28. Maddə 377.2. İcra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır.
29. Maddə 377.3. İcra müddəti müəyyənləşdirilməmiş və ya tələbetmə məqamı ilə müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı kreditorun öhdəliyi icra etmək tələbini irəli sürmək hüququnun əmələ gəldiyi andan başlanır, borcluya həmin tələbin icrası üçün güzəştli müddət verildikdə isə iddia müddəti göstərilən müddət bitdikdən sonra hesablanmağa başlanır.
30. Maddə 380.1. Müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlə r etdikdə iddia müddətinin axımı kəsilir.
31. Maddə 380.2. Fasilədən sonra iddia müddəti yenidən başlanır. Fasiləyə qədər keçmiş vaxt yeni müddətə daxil edilmir. Mülki Prosessual Məcəllə
32. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
33. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
34. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
35. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
36. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlımünasibətinə uyğun əsaslandırılmalıdır.
37. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
38. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
39. Maddə 416.2.Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxla nılmalıdır.
40. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
41. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiy mətləndirilməməlidir.
42. Hazırkı kassasiya şikayətində qətnamə bütövlükdə mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
43. Məhkəmə kollegiyasının mövqeyi ondan ibarətdir ki, hazırki iddia ilə bağlı məhkəmələrin gəldiyi nəticə qanuni və əsaslıdır.
44. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
45. Kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlə rə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir və məhkəmə kollegiyası həmin əsaslandırılma ilə razılaşır. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prosessual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmış, düzgün hüquqi nəticəyə gəlinmiş, nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir.
46. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassa siya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
47. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 05 iyul 2022-ci il tarixli, 2(105)-1436/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.