Məhkəmə qərarları › İş №2(102)-5718/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-5718/2021

30.11.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5718/2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: aliment miqdarının artırılması və indeksasiyası) 30.11.2021 Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (sədrlik edən və məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, Şahvələdov Ümüd Nadir oğlunun katibliyi, İddiaçı və onun vəkili Vəkil iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 18 may 2021-ci il tarixli, 2(103)4677/2021 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 30 noyabr 2021-ci il tarixdə Ali Məhkəmənin binası nda açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı Cavabdeh ilə nikahından 09 iyul 2004-cü il təvəllüdlü Qəlbi, 21 aprel 2006cı il təvəllüdlü Arzu adlı uşaqları vardır. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-369/2008 saylı, 27 fevral 2008-ci il tarixli qətnaməsi ilə 09 iyul 2004-cü il tarixdə anadan olmuş X1 və 21 aprel 2006-cı il tarixdə anadan olmuş X2 yetkinlik yaşlarına çatanadək saxlanmaları üçün Cavabdeh 07 yanvar 2008-ci il tarixdən başlayaraq hər ay hər uşaq üçün 80 manat olmaqla, cəmi 160 manat alimentin alınaraq İddiaçı verilməsi, Cavabdeh 07 yanvar 2008-ci il tarixdən başlayaraq 21 aprel 2009-cu il tarixədək hər ay 40 manat pulun alınaraq İddiaçı verilməsi, iddianın qalan hissənin rədd edilməsi qət edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

2. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, uşaqları üçün ödənilən aliment məbləğinin artırılması, dövlət tərəfindən qaldırılmış aliment məbləğinin artımı tətbiq olunan gündən bugünə kimi ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

3. Sonradan iddiaçı iddia tələbinin dəqiqləşdiriliməsi barədə ərizə təqdim edərək, 2009-2021ci illər aliment artımını, hərbi pensiyanın qalxmasını, cavabdehin gizləndiyi üçün inflyasiya faizini nəzərə alaraq alimentin artım məbləğinin borc kimi ondan tutulması və hər ay ona hissə-hissə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

4. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh ona hər hansı maddi yardım göstərmir, uşaqların tələbatını vaxtlı- vaxtında həyata keçirmir. Yaşayış minimumunun hər il artmasından onun məlumatı olmamışdır. Cavabdeh yüksək hərbi pensiya alır, bu barədə sübut hazırda özündə olmadığı üçün müvəqqəti olaraq alimentin hər uşağa hər ay üçün sabit məbləğdə 200 manat tutulmasına razıdır.

5. Cavabdeh birinci instansiya məhkəməsinin iclasında iştirak etməmiş və iddia tələbinə dair yazılı mülahizə və ya etiraz təqdim etməmişdir.

6. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1109/2021 saylı, 24 fevral 2021-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-369/2008 saylı, 27 fevral 2008-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilmiş, 09.07.2004-cü il təvəllüdlü X1 və 21.04.2006-cı il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxla nılması üçün Cavabdeh hər ay hər uşağa görə 175 (yüz yetmiş beş) manat, cəmi 350 (üç yüz əlli) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilməsi, alimentin qətnamə qüvvəyə mindiyi tarixdən başlayaraq hesablanması, Cavabdeh 30 (otuz) manat məbləğində dövlət rüsumunun tutularaq dövlət gəlirlərinə alınması, iddia tələbinin qalan hissədə rədd edilməsi qət edilmişdir.

7. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, məhkəmə hazırda uşaqların saxlanılması üçün cavabdeh tərəfindən ödənilən aliment məbləğinin uşaqların saxlanmasına kifayət etməməsi ilə bağlı iddiaçının iddiası ilə razılaşıb, yetkinlik yaşına çatmayanlar üçün 2021-ci il üzrə müəyyən olunmuş yaşayış minimumu haqqında tələbləri nəzərə alıb, uşağın minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüquq unun təminatı və valideynləri ilə birlikdə yaşadığı vaxtdakı maddi təminatının maksimal dərəcədə saxlanması baxımından belə qənaətə gəlir ki, iddia qismən təmin edilməli, tərəflərin birgə nikahından doğulmuş uşaqların yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən hər ay hər uşaq üçün iddiaçının xeyrinə sabit pul məbləğində tutulan alimentin miqdarı dəyişdirilməli və hər ay hər uşağa görə 175 manat məbləğində müəyyən edilməlidir.

8. Məhkəmə iddia tələbinin «2009-2021-ci illər üzrə aliment artımının iddiaçıya ödənilməsi» ilə bağlı qeyd etmişdir ki, həmin hissədə iddia tələbi təmin oluna bilməz. Hazırkı iş üzrə aliment artıq qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinə əsasən tutulur. İddiaçı məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinə əsasən müəyyən edilmiş alimentin miqdarının ar tırılmasını xahiş etmişdir. Belə olan təqdirdə məhkəmə hesab edir ki, artırılmış alimentin məbləğinin tutulması Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən məhkəməyə müraciət edildiyi tarixdən deyil, qətnamə qüvvəyə mindiyi tarixdən başlayaraq hesablanmalıdır.

9. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75, 78, 112-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

10. İddiaçı həmin qətnamədən apellyasiya şikayəti verərək, alimentitin tutulması vaxtının 01.01.2021-ci il tarixdən hesablanması və qətnamənin 2010-2019-cu illərə görə yaşayış minimumunun artırılmış aliment məbləğinin indeksasiya edilməklə cavabdehdən tutulmasını xahiş etmişdir.

11. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 18 may 20 21-ci il tarixli, 2(103)4677/2021 saylı qətnaməsi ilə (hakimlər X.Mərdanova (sədrlik edən və məruzəçi), E.Həsənov və F.Babayev) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanmışdır.

12. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, ” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında 28 mart 2016-cı il tarixli, 8-2/2016 saylı Qərarına əsasən, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilə rkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir.

13. Məhkəmə kollegiyası bildirmişdir ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 27 fevral 2008-ci il tarixli qətnaməsi ilə 09 iyul 2014-cü il tarixdə anadan olmuş X1 və 21 aprel 2006-cı il tarixdə anadan olmuş X2 yetkinlik yaşlarına çatanadək saxlanmaları üçün Cavabdeh 07 yanvar 2008-ci il tarixdən başlayaraq hər ay hər uşaq üçün 80 manat - cəmi 160 manat alimentin alınaraq İddiaçı verilməsi qət edilmişdir. Sonrakı illər ərzində iddiaçı Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən, alimentin artırılmasına dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmək hüququnun olmasına baxmayaraq, bu hüquqdan istifadə etm əmişdir. Beləliklə də, Cavabdeh qeyd olunan qətnaməyə uyğun olaraq, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən, aliment tutulması davam etmişdir.

14. Apellyasiya instansiyası məhkəməsi iddiaçının 2010-2019-cu illərə görə aliment məbləğinin indeksasiya edilməklə tutulması barədə dəlilləri ilə bağlı qeyd etmişdir ki, ödənilməli olan pul məbləğinin indeksasiyası ümumiyyətlə iddia icraatı qaydasında deyil, məhkəmə qətnaməsinin icrası mərhələsində həll edilən məsələlərə aiddir. Buna görə də, aliment məbləğinin indeksasiya olunması hazırkı apellyasiya baxışının predmeti ola bilməz. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri

15. İddiaçı kassasiya şikayəti verərək, qətnamənin tam ləğv edi lməsi və işin apellyasiya baxışına qaytarılması barədə qərar çıxarılmasını xahiş etmişdir.

16. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmənin apellyasiya şikayətinin təmin olunmaması barədə gəldiyi nəticə maddi hüquq normalarının tətbiqi baxımından qanunsuz, işin faktiki halları baxımından əsassızdır. Apellyasiya instansiyası məhkəməsi onun məhkəmə iclasında iştirakını təmin etməmişdir. Xəstəliyi ilə əlaqədar məhkəmə iclasının təxirə salınması barədə teleqram göndərdiyi halda onun vəsatəti təmin olunmamışdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən ona ödənilməli olan aliment məhkəməyə müraciət edildiyi vaxtdan, yəni 30.12.2012-ci il tarixdən hesablanmalıdır. Ailə Məcəlləsi Ali Məhkəmənin Plenumunun Qərarından daha yüksək hüquqi qüvvəyə malik olduğu na görə, hazırki işdə alimentin tutulması Ailə Məcəlləsinin 100.2-ci maddəsində müəyyən olunan qaydada tutulmalıdır. Əvvəlki dövr üçün, yəni 2009-2021-ci illər üçün yığılan yaşayış minimumu məbləğli aliment borcu iddia müddəti tətbiq edilmədən istənilən müddətdə tutula bilər. Ailə Məcəlləsinin 106.2-cı maddəsinə əsasən aliment borcu cavabdeh tərəfindən ödənilməlidir və aliment borcunun indeksasiya olunması həmin Məcəllənin 110.2-ci maddəsində nəzərdə tutulmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

17. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları

18. İddiaçı və onun vəkili Vəkil kassasiya şikayətinin dəlillərini müdafiə edərək şikayətin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. İddiaçı əlavə olaraq bildirdi ki, onunla cavabdehin arasında aliment münasibətləri 2008-ci ildə yarandığına görə, bu mübahisəyə “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli Qərarı tətbiq edilə bilməzdi. Bundan başqa, işə baxılan zaman apellyasiya instansiyası məhkəməsinin əlaqə telefonları və faks işləmədiyinə görə əlaqə yarada bilməmiş, xəstəliyi barədə sübutları təqdim edə bilməmişdir. Məhkəmə iclasının təxirə salınması üçün özündən asılı olan bütün tədbirləri görmüş, lakin məhkəmə onun teleqramına əsasən işə baxılmasını təxirə s almamış, bununla da prosessual hüquq normasının tələblərini kobud surətdə pozmuşdur. Onun iddiasında iki tələb qoyulmuşdu. Birinci tələb uşaqlara sabit məbləğdə ödənilən alimentin artırılması, ikinci tələb isə, aliment borcu ilə bağlı idi. Məhkəmə ona cavabdeh apellyasiya şikayəti verəcəyi halda ikinci tələbin birinci tələbin icrasını ləngidəcəyini izah etməmiş, bununla da sabit məbləğdə aliment hissəsinin icrası uzanmışdır. Birinci instansiya məhkəməsi və apellyasiya instansiya məhkəməsi qətnamə qanuni qüvvəyə minənədək alimentin tutulması barədə qərardad çıxarmamışdır.

19. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlmədiyi və gəlməməsinin səbəbi barədə məlumat vermədiyi üçün məhkəmə kollegiyası MPM-in 415.3-cü maddəsi nə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq

20. Azərbaycan Respublikasının Ailə Məcəlləsi: Maddə 75.1. Valideynlər uşaqlarını saxlamağa borcludurlar. Maddə 75.4. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Maddə

76. Uşaqlar üçün məhkəmə qaydasında tutulan alimentin miqdarı 76.1. Aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün valideynlərindən məhkəmə tərəfindən hər ay aşağıdakı miqdarda aliment tutulur: 76.1.2. 2 uşağa görə - qazancın (başqa gəlirlərin) üçdə bir hissəsi. onların Maddə

78. Uşaqların saxlanılması üçün alimentin sabit pul məbləğində tutulması 78.2. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlay iq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Maddə

100. Aliment tutulması barədə tələbin verilməsi müddətləri 100.2. Aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. 100.3. Məhkəmə iddiaçının aliment almaq üçün məhkəməyə müraciət edənədək tədbirlər gördüyünü, lakin aliment ödəməli olan şəxsin onu verməkdən boyun qaçırması nəticəsində alimentin alınmadığını müəyyən edərsə, əvvəlki dövr üçün aliment 3 illik müddət həddində verilə bilər. Maddə

112. Məhkəmənin müəyyən etdiyi alimentin miqdarının dəyişdirilməsi və aliment ödəməkdən azadetmə 112.1. Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyə tində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər.

21. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə

14. İş üzrə məhkəmə baxışının prinsipləri 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə

77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə

80. Sübutların aid edilməsi Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Mad də

88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə

417. Kassasiya instansiyası məhkəməsinin səlahiyyətləri 417.1. Kassasiya məhkəməsi işə baxarkən: 417.1.1. apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə

418. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin və ya qərardadının ləğv edilməsinin əsasları 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya i nstansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Kassasiya baxışının hədləri

22. MPM-in 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416).

23. Prosessual hüquq normalarının pozulması və y a düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3).

24. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

25. Hazırkı kassasiya şikayətində apellyasiya instansiyası məhkəmə si aktının tam ləğvi xahiş edildiyindən, məhkəmə aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

26. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

27. Kassasiya kollegiyası, iddiaçının məhkəmə iclasının təxirə salınması barədə teleqramına əsasən iclasın təxirə salınmaması, bununla da prosessual hüquq normasının pozulması barədə dəlili ilə bağlı qeyd edir ki, həmin dəlil əsassızdır. Bel ə ki, iddiaçı apellyasiya instansiyası məhkəməsinə ünvanladığı teleqramında “səhhətində problem yaranması, ağır xəstə olması”nı bildirərək məhkəmə iclasının təxirə salınmasını xahiş etmişdir. Məhkəmə kollegiyası iddiaçının vəsatətini təmin etməmiş və onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası MPM-nin 185.1-ci maddəsinin tələbinə görə işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Bu normanın tələbinə görə məhkəmə iclasına gəlməyən şəxs təkcə məhkəməyə gələ bilməyəcəyi barədə məlumat verməklə kifayətlənməməli, bunun üzürlü səbəbi barədə sübutu təqdim etməlidir. İddiaçı qanunun bu tələbinə əməl etm əmiş, üzürlü səbəb barədə sübutu təqdim etməmişdir. Teleqramda xəstəliyi barədə sənədi təqdim etməsinin mümkünsüz olması barədə qeyd olmamışdır. Bu halda məhkəmə tərəfindən iddiaçının iştirakı olmadan işə baxılmasını davam etdirməsi, prosessual hüquq normalarına zidd olmamışdır.

28. İddiaçı birinci instansiya məhkəməsində “2009-2021-ci illər aliment artımını, hərbi pensiyanın qalxmasını, cavabdehin gizləndiyi üçün inflyasiya faizini nəzərə alaraq alimentin artım məbləğinin borc kimi ondan tutulması və hər ay ona hissə-hissə ödənilməsi barədə” qətnamə çıxarılmasını xahiş etmişdir. Lakin apellyasiya şikayətində bu tələbi həm də “2010-2019-cu illərə görə aliment məbləğinin indeksasiya edilməklə tutulması” kimi ifadə etmişdir.

29. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məh kəməsi iddia tələbinin “2010-2019-cu illərə görə aliment məbləğinin indeksasiya edilməklə tutulması” hissəsini təmin etməməkdə düzgün nəticəyə gəlmişdir. Çünki işin məhkəmələr tərəfindən müəyyən olunmuş hallarına görə, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 27 fevral 2008-ci il tarixli qətnaməsi ilə aliment müəyyən edildikdən sonra iddiaçı alimentin dəyişdirilməsi barədə iddia irəli sürməmişdir. Həmin qətnamə çıxarıldıqdan sonra cavabdehdən qeyd olunan qətnaməyə uyğun olaraq aliment tutulması davam etmişdir. İddiaçı tərəfindən bu qətnamə üzrə cavabdehin borcu olması barədə sübut təqdim olunmamışdır. Ötən dövr ərzində uşaqlar üçün yaşayış minimumunun hər il artması, cavabdehin pensiyasının məbləğinin artırılması və inflyasiya prosesləri, özlüyündə qətnamə əsasında tutulan alimentin həmin meyarlara uyğunlaşdırılması mümkün deyildi. Bu halda iddiaçı qeyd olunan əsaslara istinad etməklə alimentin artırılması barədə iddia vermək hüququna malikdir və artırılan alimentin miqdarı isə, yuxarıda qeyd olunduğu kimi qətnamənin qanuni qüvvəyə mindiyi vaxtdan hesablanacaqdı. Lakin iddiaçı bu hüquqdan istifadə etməmişdir.

30. Alimentin əvvəlki dövr üçün tutulmasının əsasları isə, iddiaçının aliment almaq üçün məhkəməyə müraciət edənədək tədbirlər görməsi, lakin aliment ödəməli olan şəxsin onu verməkdən boyun qaçırması nəticəsində alimentin alınmaması və bu halın məhkəmə tərəfindən müəyyən edilməsindən ibarətdir (Ailə Məcəlləsinin 100.3-cü maddəsi). Baxılan işdə məhkəmələr tərəfindən Ailə Məcəlləsinin 100.3-cü maddəsində göstərilən hallar müəyyən edilməmişdir.

31. Apellyasiya instansiyas ı məhkəməsi iddiaçının 2010-2019-cu illərə görə aliment məbləğinin indeksasiya edilməklə tutulması barədə dəlilləri ilə bağlı qeyd etmişdir ki, ödənilməli olan pul məbləğinin indeksasiyası ümumiyyətlə iddia icraatı qaydasında deyil, məhkəmə qətnaməsinin icrası mərhələsində həll edilən məsələlərə aiddir. Buna görə də, aliment məbləğinin indeksasiya olunması hazırkı apellyasiya baxışının predmeti ola bilməz.

32. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin bu əsaslandırması ilə də razılaşır və əlavə olaraq qeyd edir ki, Ailə Məcəlləsinin 110-cu maddəsi, qətnamə ilə tutulan sabit pul məbləğində alimentin uşaqlar üçün müəyyən olunan yaşayış minimumu ilə deyil, minimum əmək haqqına istinad olunmaqla indeksasiyasını nəzərdə tutur.

33. Apellyasiya instansiyası məhkəməsinin Azərbayca n Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 28 mart 2016-cı il tarixli, 8-2/2016 saylı Qərarına istinad etməklə dəyişdirilən alimentin məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən hesablanması barədə də düzgün nəticəyə gəlmişdir. Çünki Ailə Məcəlləsinin 100-cü maddəsində aliment almaq hüququ olan şəxsin, əvvəllər aliment ödənilmədiyi halda aliment almaq hüquqlarından bəhs olunur və 100.2-ci maddəsi də məhz bu cür iddia əsasında ödənilən alimentin məhkəməyə müraciət edildiyi vaxtdan tutulmasını müəyyən edir. Həmin normada aliment məbləğinin artırılmış məbləğinin tutulmasının başlanğıcı müəyyən olunmamışdır. Yəni sözügedən Ali Məhkəmənin Plenum qərarı ilə Ailə Məcəlləsinin 100.2-ci maddəsi arasında ziddiyyət yoxdur və hüquqi üstünlüklə bağlı iddiaçının dəlilləri əsassızdır.

34. İş materiallarından görünür ki, iddiaçı hər uşaq üçün müəyyən olunmuş 175 manat sabit məbləğdə alimentin miqdarı ilə bağlı hər hansı dəlil irəli sürməmişdir.

35. Kassasiya şikayətinin digər dəlilləri məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması və qətnamədə ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmaması ilə bağlıdır və hazırkı icraat çərçivəsində belə dəlillər üzrə araşdırma aparılmır, onlara qiymət verilmir.

36. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 18 may 2021-ci il tarixli, 2(103)4677/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar