Məhkəmə qərarları › İş №2(102)-572/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-572/2021

12.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-572/2021 12.04.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-567/2021 12.04.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı “X5 Azərbaycan” QSC-nin Cavabdeh oğluna qarşı “kredit müqaviləsi üzrə borcun ödənilməsi” tələbinə dair iş üzrə QƏRARİ Açar sözlər: kredit borcu Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (sədrlik edən və məruzəçi), Şamayev Elşad Yaquboviç və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, X3 oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-727/2020 nömrəli iş üzrə 14 fevral 2020-ci i l tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 12 aprel 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları “X5 Azərbaycan” QSC ilə Cavabdeh oğlu arasında bağlanmış 23 noyabr 2012-ci il tarixli müqaviləyə əsasən bank cavabdehə 4000 manat məbləğində kredit kartı limiti ayrılmışdır. Kredit müqaviləsinin 1.1-ci maddəsinə görə borcalan kredit üzrə almış olduğu bütün borc pul məbləğini bu müqavilə ilə müəyyən edilmiş şərtlərlə və müddətdə borcverənə qaytarmağı öhdəsinə götürmüşdür; 06.04.2018-ci il tarixli maliyyə arayışına əsasən Cavabdeh oğlunun banka 4397.35 manat kredit üzrə əsas borc, 427.20 manat əsas məbləğə hesablanmış faiz borcu, 2655.27 manat hər gecikdirilmiş günə görə cərimə borcu, 7.80 manat müqavilədə nəzərdə tutulmuş xərclər və komissiyalar üzrə borc, 5.50 manat müqavilə üzrə öhdəliklərini pozduğuna dair cavabdehə bildirişlərin göndərilməsi üzrə poçt xərcləri, cəmi 7493.12 manat borcu qalmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat İddiaçı «X5 Azərbaycan» QSC Cavabdeh oğluna qarşı ondan 4397.35 manat kredit üzrə əsas məbləğ borcunun, 427.20 manat əsas məbləğə hesablanmış faiz borcunun, 2655.27 manat hər gecikdirilmiş günə görə cərimə borcunun, 7.80 manat müqavilədə nəzərdə tutulmuş xərclər və komissiyalar üzrə borcun, 5.50 manat müqavilə üzrə öhdəliklərini pozduqlarına dair cavabdehlərə bildirişlərin göndərilməsi üzrə poçt xərclərinin, iddia ərizəsi üçün dövlət büdcəsinə köçürülmüş 30 manat dövlət rüsumunun, cəmi 7523.12 manat m əbləğində borcun “X5 Azərbaycan” QSC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılması xahiş edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 21.02.2019-cu il tarixli ekspert rəyindən görünür ki, Cavabdeh oğlunun 09.04.2018-ci il tarixə olan borcu 4.442,85 manat məbləğində müəyyən olunur. O cümlədən əsas borc üzrə 4.045.56 manat, faiz borcu üzrə 397.30 manatdır. Gəncə şəhər Nizami Rayon Məhkəməsinin (hakim Zaur Hünmətov) 14 may 2019-cu il tarixli, 2(044)-75/2019 saylı qətnaməsi ilə Cavabdeh oğlundan 4045.56 manat kredit üzrə əsas borc, 397.30 manat əsas məbləğə hesablanmış faiz borcu, 2 manat komissiya xərci, 55.27 manat hər gecikdirilmiş günə görə cərimə, cəmi 4500.13 manat məbləğində borc və iddia ərizəsi üçün dövlət büdcəsinə köçürülmüş 30 manat dövlət rüsumunun alınaraq “X5 Azərbaycan” QSC-nin xeyrinə ödənilməsi qət edilmişdir. Keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 150 manat Cavabdeh oğluna aid edilmişdir. Məhkəmə əsas və faiz borcunu ekspert rəyinə əsasən, dəbbə pulunu isə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən azaldaraq, cərimə borcunu 55.27 AZN məbləğində müəyyən etmişdir. Məhkəmə qətnaməsini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385, 445.1, 445.2.1, 467-ci maddələrinə istinad edərək əsaslandırmışdır. Cavabdeh apelyasiya şikayətində Gəncə şəhər Nizami Rayon Məhkəməsinin 14 may 2019cu il tarixli, 2(044)-75/2019 saylı qətnaməsinin iddia tələbinin təmin olunmayan hissəsində ləğv edilərək, iddia tələbinin tam təmin edilməsinə dair yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apelyasiya instansiyas ı məhkəməsindəki icraat Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları pozularaq qətnamə qəbul edilmişdir. Belə ki, iddia ərizəsində tutulması xahiş edilən məbləğlərlə məhkəmə qətnaməsinə əsasən tutulması qət edilən məbləğlərin qarşılıqlı müqayisəsindən görünür ki, məhkəmə qətnamənin nəticə hissəsində Mülki Prosessual Məcəlləsinin 222.2-ci maddəsinin tələblərinə tam riayət etməmişdir. Məhkəmə sadəcə olaraq Məhkəmə Ekspertiza Mərkəzinin 21.02.2019-cu il tarixli ekspert rəyini əsas götürərək qətnamə çıxartmışdır. Məhkəmə nəzərə almamışdır ki, iddia tələbi o, cümlədən kredit üzrə faiz və cərimə məbləği tərəflər arasında bağlanmış və sərbəst iradə ifadəsi olan müqavilənin şərtlərinə uyğun hesablanmışdır. Məhkəmə t əyin edilmiş ekspertizanın verdiyi ekspert rəyinə istinad etməklə kifayətlənmiş, nə tərəflər arasında bağlanmış müqavilənin şərtlərini, nə də ki, bununla bağlı mövcud qanunvericiliyin müddəalarını nəzərə almamış, həmçinin, həmin sübutu Mülki Prosessual Məcəllənin 101.3-cü maddəsinə əsasən, digər sübutlarla yanaşı qiymətləndirməmişdir. Onlar tərəfindən ekspertizaya borcun mövcudluğunu təsdiq edən lazımi sənədlər (maliyyə arayışı, ödəniş qəbzləri və s.) təqdim edilmişdir və həmin sənədlər borcun məbləğini birmənalı təsdiq edir. Lakin həmin sənədlərdəki məlumatlar ekspert tərəfindən nəzərə alınmamışdır. Məhkəmə də, həmin ekspert rəyini yeganə mötəbər sübut kimi qəbul etmişdir. Bank tərəfindən pretenziya qaydasına riayət olunaraq borcluya məhkəmədən kənar qaydada borcun bağlanması üçün bildiri ş göndərmiş və bununla bağlı poçt xərci olaraq 5.50 manat məbləğində xərc çəkmişdir. Məhkəmə isə, Mülki Prosessual Məcəllənin 115-ci maddəsini düzgün tətbiq etməmiş və həmçinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinin tələbini pozaraq cərimə borcunu 55.27 AZN məbləğində müəyyən etmişdir. Baxmayaraq ki, iddiada göstərilən faiz və cərimə tərəflər arasında bağlanmış kredit müqaviləsi ilə tənzimlənir və cərimə borcu müqavilə şərtlərinə əsasən hesablanmışdır. Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər Şəfiqə Əliyeva - sədrlik edən, məruzəçi, Rəhman Muradov və Ədil Məmmədov) 14 fevral 2020-cu il tarixli, 2(104)-727/2020 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilmədən, iş üzrə Gəncə şəhər Nizami Rayon Məhkəməsinin 14 may 2019-cu il tarixli, 2(044)-75 /2019 saylı 06 avqust 2019-cu il tarixli 2(044)253/2019 saylı qətnaməsi iddiaçı “X5 Azərbaycan” QSC-nə münasibətdə iddia tələbinin mübahisələndirilən hissəsində dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə kollegiyası iş üzrə toplanmış sübutları məcmusu ilə qiymətləndirərək, məhkəmə iclasında tədqiq olunmuş sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək hesab etmişdir ki, birinci instansiya məhkəməsi tərəfindən əsas borc, faiz və dəbbə pulunun müəyyən edilməsi hissəsində maddi və prosessual hüquq normaları düzgün tətbiq edildiyinə, eləcə də, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələri işin hallarına uyğun gəldiyinə görə birinci instansiya məhkəməsi qətnaməsinin ləğv edilməsi üçün Azərbaycan Respublikası MPM-in 385.1-ci maddəsində nəzərdə tutulan əsaslar mövcud deyil. Məhkəmə kollegiyası həmçinin iddiaçının “poçt xidmətləri üçün 5.50 manat məbləğində pulun təmin edilməməsinin əsassız olmasına” dair apelyasiya şikayətinin dəlillərini də, əsassız hesab edərək göstərmişdir ki, Mülki Prosessual Məcəllənin 115-ci maddəsində işə baxılması ilə əlaqədar məsrəflər siyahısında poçt xidməti üçün məsrəflər nəzərdə tutulmamışdır. İddiaçı kassasiya şikayəti verərək Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 14 fevral 2020-cu il tarixli, 2(104)-727/2020 saylı qətnaməsinin iddianın təmin olunmayan hissəsində dəyişdirilərək, iddianın tam təmin olunmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri Kassasiya şikayəti onunla əsas landırılmışdır ki, apellyasiya instansiya məhkəməsi ekspertin gəldiyi nəticəyə əsaslanaraq yalnız həmin rəyi mötəbər sübut qismində qiymətləndirərək, birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirməməklə ədalətsiz və hüquqi cəhətdən düzgün olmayan nəticəyə gəlmişdir. Apellyasiya məhkəməsi, ekspertizanın verdiyi ekspert rəyinə istinad etməklə kifayətlənmiş, nə tərəflər arasında bağlanmış müqavilənin şərtlərini, nə də ki, bununla bağlı mövcud qanunvericiliyin müddəalarını nəzərə almamış, həmçinin həmin sübutu Mülki Prosessual Məcəllənin 101.3-cü maddəsinə əsasən, digər sübutlarla yanaşı qiymətləndirməmişdir. Ekspert, onun qarşısında qoyulmuş suallara cavab vermək əvəzinə, yəni, təqdim olunmuş müqavilə üzrə cavabdehin müqavilə üzrə əsas, faiz və cərimə borcunu hesablamaq əvəzinə, məhkəm ə səlahiyyətlərini öz üzərinə götürərək, cərimə faizlərinin hesablanmalı olmadığı nəticəsinə gəlmiş, məhkəmə isə ekspertin belə açıq-aşkar əsassız dəlillərə istinad edən rəyinə qanunvericiliklə nəzərdə tutulmuş qaydada qiymət vermək əvəzinə, ona yeganə “mötəbər“ sübut kimi istinad edərək, həmin hissdə iddianın təmin olunmamasına dair açıq-aşkar əsassız və qanunsuz qətnamə çıxarmışdır. İşdə iştirak edən şəxslərin kassasiya şikayətinə dair yazılı etiraz və ya izahatları məhkəməyə daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları İddiaçının nümayəndəsi X2 məhkəmə iclasında vəkilsiz iştirak etdiyinə görə Azərbaycan Respublikası MPM-in 67-ci maddəsinin tələbinə uyğun olaraq iş üzrə onun izahatı dinlənilməmişdir. İşlə əlaqədar digər şəxslər işə baxılmasının vaxtı və yeri barədə laz ımi qaydada xəbərdar edilsələr də, onlar məhkəmə iclasına gəlməmişlər və bunun səbəbləri barədə də məhkəməyə heç bir məlumat vermədikləri üçün məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi Maddə 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Maddə

741. Əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə

467. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilə r. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həmdə bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 101.3.Ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Maddə 407.2. K assasiya “şikayətində“ işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə“üçün“əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və“yaxud qətnamə və qərardadda ifadə“olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə“ yol verilmir. Maddə

416. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 417.1.1 Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 418.3 Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi şikayətin işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına dair dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tət biq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Baxılan işdən görünür ki, birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti verən iddiaçı qətnaməni yalnız iddia tələbinin rədd edilməsi hissədə mübahisələndirmiş, məhkəmə qətnaməni yalnız həmin hissədə yoxlamışdır. Ona görə də, qətnamənin mübahisələndirilməyən hissələri hazırki kassasiya baxışının hədlərini də təşkil etmir və apellyasiya instansiyası məhkəməsinin qətnaməsi iddiaçının kassasiya şikayətinə əsasən tam yoxlanılır. Kassasiya i nstansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyasının mövqeyi ondan ibarətdir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən tərəflər arasında mübahisəli hüquq münasibətləri düzgün təfsir edilərək, həmin münasibətləri tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. İddiaçı kassasiya şikayətində cavabdehdən tutulmalı olan əsas və faiz borcunun və cərimə borcunun məbləğinin düzgün hesablanmadığını və iş üzrə alınmış ekspert rəyinin yanlış olduğunu qeyd etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, ekspert rəyi sübu t növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlüyə malik olmasa da, məhkəmənin qərardadı əsasında keçirilmiş ekspertizanın rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Məhkəmələr göstərilən normada əks olunmuş imkandan istifadə edərək, dəbbə pulunu azaltmış və bu zaman hər hansı maddi hüquq normasının tələbini pozmamışdır. Kassasiya kollegiyası, apellyasiya instansiyası məhkəməs inin gəldiyi nəticə ilə razılaşır və qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Kassasiya şikayətinin dəlilləri əsassızdır, kassator həmin dəlillərlə bağlı heç bir sübut təqdim etməmişdir. Belə olan halda, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə ləğvi üçün qanuni əsas deyildir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı “X5 Azərbaycan” QSC-nin kassasiya şikayəti təmin edilməsin. Gəncə Apell yasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-727/2020 nömrəli iş üzrə 14 fevral 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar