Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-572/2022 18.01.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı QSC-nin cavabdehlər Cavabdeh1 və qeyrilərinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: kredit borcu) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının hakimləri Əhmədova Mehparə Tofiq qızı (sədrlik edən və məruzəçi), Əliyev Ələsgər Əliabbas oğlu və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(106)-2484/2021 nömrəli iş üzrə 31 avqust 2021-ci il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş kasasiya şikayəti üzrə işə 18 yanvar 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı QSC cavabdehlər Cavabdeh1, X2, Cavabdeh3 və Cavabdeh4 qarşı “kredit borcunun ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, X1, Cavabdeh3 və Cavabdeh4 müştərək qaydada İddiaçı QSC-nin xeyrinə 022R********** saylı kredit razılaşması üzrə 10565.73 ABŞ dolları məbləğində kredit borcu, 8472.34 ABŞ dolları məbləğində faiz borcu və 14602.01 ABŞ dolları məbləğində cərimə borcu olmaqla ümumilikdə 33640.08 ABŞ dolları məbləğində borcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat İddiaçı QSC iddia tələbini onunla əsaslandırmışdır ki, bank ilə Cavabdeh1 arasında 19.02.2013-cü il tarixdə bağlanmış 22L000001272 saylı kredit xətti müqaviləsinə əsasən Cavabdeh1 120 ay müddətinə 40000 ABŞ dolları məbləğində kredit xətti açılmışdır. Bu müqaviləyə əsasən borcluya veriləcək məbləğ və müddət ayrıca olaraq Kredit razılaşması ilə müəyyən olunur. Cavabdeh1 ilə İddiaçı QSC arasında 29.10.2014-cü il tarixdə bağladığı 022R********** saylı kredit razılaşması əsasında aylıq faiz dərəcəsi 2.1667 faiz olmaqla 36 ay müddətinə, 17000 ABŞ dolları məbləğində kredit götürmüşdür. Tərəflərin imzaladıqları 19.03.2015-ci il tarixli 022R**********S saylı, 18.01,2016-cı il tarixli 022R**********SA saylı, 29.02.2016-cı il tarixli 022R**********SB saylı, 28.09.2016-cı il tarixli 022R**********SC saylı sazişlə razılaşmaya və ödəniş planına dəyişiklik edilmişdir. Cavabdeh1 kredit razılaşmasının 1.2-ci bəndinin tələbini pozaraq dəfələrlə ödənişləri yubatmış, kredit razılaşması üzrə 04.11,2016-cı il tarixdən hazırki vaxtadək ödənilməsi planlaşdırılmış aylıq üçün kredit borcu və faiz borcundan ibarət vəsaiti qaytarmamışdır. Cavabdeh1 götürdüyü kredit borcundan 6434,27 ABŞ dolları ödəmiş, onun 10565,73 ABŞ dolları məbləğində kredit borcu qalmışdır. Kredit müqaviləsinin 2.3-cü bəndinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən kreditin verildiyi tarixdən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün faiz bu kredit razılaşmasının 1.1 bəndi ilə müəyyən olunmuş aylıq faizin 1/30 hissəsi kimi hesablanır. Cavabdeh1 kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu əsaitləri kreditora qaytarmadığı üçün 06.08.2020-ci il tarixə 13 71 gün üçün faiz borcu 8472,34 ABŞ dolları hesablanmışdır. Kredit müqaviləsinin 4.2.2-ci bəndinə uyğun olaraq borclu ödəniş planı üzrə krediti və ona hesablanmış faizi vaxtında qaytarmadıqda hər gecikdirilən gün üçün kredit qalığının 0.5 % məbləğində cərimə ödəməlidir. 06.08.2020-ci il tarixə 1371 gün üçün hesablanmış cərimə 14602,01 ABŞ dolları təşkil edir. Kredit müqaviləsindən irəli gələn öhdəliyin icrasının təmini üsulu kimi təşkilatla cavabdehlər arasında zaminlik müqaviləsi bağlanmış və müqaviləyə əsasən X3, Cavabdeh3 və Cavabdeh4 Teymur oğlu zamin kimi kredit müqaviləsindən irəli gələn öhdəliyin icra edilməməsinə görə Cavabdeh1 ilə eyni həcmdə məsuliyyəti öz üzərlərinə götürmüşlər. Salyan Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 07 oktyabr 2020-ci il tarixli 2(057)-1317/2020 nömrəli qətnaməsi ilə (hakim Ağarza Səmədov) iddia tələbi qismən təmin edilərək, cavabdehlər Cavabdeh1, X3, Cavabdeh3 və Cavabdeh4 müştərək qaydada 022R********** saylı kredit razılaşması üzrə 10565,73 ABŞ dolları məbləğində kredit borcu, 8472,34 ABŞ dolları məbləğində faiz borcu və 100 ABŞ dolları məbləğində cərimə olmaqla, cəmi 19138,07 ABŞ dollarının qətnamə icra olunan vaxt azərbaycan manat məzənnəsi ilə və iddia tələbinin təmin olunmuş hissəsinə mütənasib olaraq ödənilmiş dövlət rüsumu əvəzində 17,10 manatın tutularaq İddiaçı QSC-nin xeyrinə ödənilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi qənaətini onunla əsaslandırmışdır ki, məhkəmə baxışı zamanı aydın olmuşdur ki, Cavabdeh1 bankdan pul götürmüş, bir hissəsini ödəmiş, qalan hissəsini isə ödəməkdən boyun qaçır maqla üzərinə düşən öhdəliyi icra etməkdən yayınmışdır. Odur ki, iddia tələbi əsas və faiz borcu hissəsində əsaslı hesab edilərək təmin eidlməlidir. Bununla yanaşı, məhkəmə işin hallarını nəzərə alaraq hesab edir ki, tələb edilən cərimə pulunun miqdarı yaranmış müqavilə üzrə kredit borcu 10565,73 ABŞ dollara mütənasib olmadığından 14602.01 ABŞ dolları məbləğində cərimə pulunun 100 ABŞ dolları məbləğinə azaldılması məqsədəuyğundur. Birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 442, 443.1, 448.1, 449.1, 449.4, 467, 470.1, 472.2, 475.1, 739.2-ci və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 119.1, 217.4-cü maddələri ilə əsaslandırmışdır. Qətnamədən narazı qalan Cavabdeh1 apelyasiya şikayəti verərək, birinci insta nsiya məhkəməsinin qətnamənin ləğv edilərək iddia tələbinni rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. b) Apelyasiya instansiyası məhkəməsində icraat Şirvan Apelyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər – Tofiq Heydərov - sədrlik edən və məruzəçi, Tale Kərimov, İsmayıl Əhmədov) 31 avqust 2021-ci il tarixli, 2(106)-2484/2021 saylı qətnaməsi ilə apelyasiya şikayəti qismən təmin edilərək, Salyan Rayon Məhkəməsinin 07 oktyabr 2020-ci il tarixli 2(057)-1317/2020 nömrəli qətnaməsinin Cavabdeh1 tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən cavabdehlər Cavabdeh1, X3, Cavabdeh3 və Cavabdeh4 tutulmalı olan əsas borc və faiz borcu hissəsində dəyişdirilərək, 29.10.2014-cü il tarixli, 022R********** saylı kredit razılaşması üzrə banka olan borcu əsas borc üzrə 10138.13 ABŞ dolları, faiz borcu 3809.92 ABŞ dolları, cərimə borcu üzrə 100 ABŞ dolları olmaqla, cəmi 14048.05 ABŞ dollarının tutulduğu anda Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən manatın ABŞ dollarına münasibətdə müəyyən edilmiş məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə müəyyən edilməsi, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. Apelyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, məhkəmə kollegiyası mülki iş üzrə cavabdehlərdən tutulmalı olan əsas borc və faiz borcunu müəyyən edən zaman 31 avqust 2021 -ci il tarixdə iddiaçı bank tərəfdən məhkəmə kollegiyasına ünvanlanmış maliyyə arayışı üzrə Cavabdeh1 29.10.2014-cü il tarixli kredit razılaşmasına dair borcunun əsas borc üzrə 10138,13 ABŞ dolları, faiz borcu 3809,92 ABŞ dolları olma sını nəzərə alaraq cavabdehlərdən tutulmalı olan borc məbləğinin həmin arayışda göstərilən həcmdə dəyişdirilməsi qənaətinə gəlir. Kasasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kasasiya şikayətinin dəlilləri Cavabdeh1 (vəkii Vəkil) kasasiya şikayəti verərək, apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinni rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kasasiya şikayəti onunla əsaslandırılmışdır ki, Şirvan Apellyasiya Məhkəməsi iş üzrə çıxardığı Qətnamənin “Apellyasiya şikayətinin dəlilləri” bölümündə şikayətin əsas dəlili olan kreditin ABŞ dolları üçün bağlanmasına baxmayaraq, Bank məxaric orderində də göründüyü kimi faktiki olaraq kreditin AZN-lə verildiyi barədə dəlilinə istinad edilsə də, q ətnamənin sonrakı bölümündə və nəticə hissəsində bu fakta AR MPM-nin 9.3-cü maddəsinin tələblərinə əsasən hüquqi qiymət verilməmiş, hakim öz qərarını bu dəlili qiymətləndirmədən əsaslandırmışdır. Belə ki, Şirvan Apellyasiya Məhkəməsi Bank məxaric orderində AZN qeyd edilməsi ilə (onun krediti faktiki olaraq AZN-lə almağına) bağlı dəlilinə (o cümlədən dəlilin qəbul edib-edilməməsi səbəbi qanuni əsaslandırılmaqla) hüquqi qiymət verməli idi və bu qiymətləndirmə qətnamədə yazılı şəkildə qeyd edilməli idi. Heç İddiaçı QSC də bu dəlilinə etiraz bildirməmişdir. Onun bu dəlili AR MPM-nin 388-ci maddəsinin tələblərinə əsasən araşdırılmamış, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan faktiki hal aydınlaşdırılmamışdır. Şirvan Apellyasiya Məhkəməsi Qətnaməsinin əsaslandırıcı hissəsində “Apell yasiya şikayətinin dəlilləri” bölümündə qeyd edilən və iş üçün mühüm əhəmiyyəti mənim dəlilim olan - kredit müqaviləsinin 17000 (on yeddi min) ABŞ dolları üçün bağlansa da, mənə kreditin ABŞ dolları ilə deyil, iddiaçının pulu mənə verilməsi barədə Bankın məxaric orderlərinində təsdiq edildiyi kimi faktiki olaraq AZN-lə 13127.40 qəpik verildiyinə, iddiaçının müqavilə şərtlərini birtərəfli qaydada qanunsuz olaraq pozaraq dəyişdiyinə (müqavilədə belə şərt yoxdur ki, o, faktiki olaraq krediti AZN-lə alır və ABŞ dolları ilə qaytarır), etibarından sui-istifadə edildiyinə hüquqi qiymət verilməmiş, AR MPM-nin 220.4-cü maddəsinin tələblərinə zidd olaraq məhkəmə Qətnaməsinin əsaslandırıcı hissəsində bu barədə heç bir məlumat qeyd edilməmişdir. b) Kssasiya şikayətinə qarşı etirazın dəlilləri Məhkəməy ə kasasiya şikayətinə qarşı yazılı etiraz ərizəsi daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə icraatı yazılı icraat qaydasında keçirildiyindən MPM-in 10.8-1-ci maddəsinə əsasən kasasiya şikayəti üzrə mülki işə məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmışdır. Kasasiya baxışının hədləri Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi k assasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Hazırkı kasasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən və apelyasiya instansiyası məhkəməsinin aktının tam ləğvi xahiş edildiyindən məhkəmə aktı tam yoxlanılır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə
442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhd əliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 10.8-1. Bu Məcəllənin 159, 269, 280, 284-5, 394-1, 397.2, 403-1.6, 414.1, 422, 431-3 və 437-ci maddələrində nəzərdə tutulmuş hallarda işlərə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılır. Bu Məcəllənin 3941, 397.2 və 414.1-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmənin qərardadına əsasən işə məhkəmə iclasında baxıla bilər. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutl arı araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 407.2. Kasasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Maddə
416. Kasasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən m addi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kasasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Kassasiya şikayətinin dəlili üzrə kasasiya kollegiyası qeyd edir ki, kasasiya şikayəti formal dəlillərlə əsaslandırılmağa çalışılmışdır. Belə ki, cavabdeh kasasiya şikayətində məxaric orderinə əsasən bankdan götürmüş olduğu kreditin ona manatla ve rilməsinə istinad etsə də, iş materiallarında olan kredit müqaviləsindən görünür ki, tərəflər arasında kredit münasibəti ABŞ dolları valyutası əsasında yaranmışdır. Müqavilə cavabdeh tərəfindən imzalanmaqla cavabdeh öz sərbəst iradə ifadəsini bildirmiş, keçən müddət ərzində isə müqaviləni mübahisələndirməmişdir. Odur ki, onun bu barədə dəlili apelyasiya kollegiyasının qəbjul etdiyi qətnamənin ləğv edilməsi üçün əsas hesab edilə bilməz. Kasasiya şikayətinin formallığı həmçinin onda ifadə olunur ki, cavabdeh ona 13127.40 manat məbləğində kredit verildiyini, 12684 manat ödəniş etdiyini kasasiya şikayətində göstərsə də, iddia tələbinin tam rədd edilməsini xahiş etmişdir. Cavabdehin göstərmiş olduğu xüsusat real olmuş olsa idi belə, onun yenə də iddiaçıya borcu qalmış olacaq idi ki, bu da idd ia tələbinin tam rədd edilməsi üçün əsas hesab edilə bilməyəcəkdi. Digər tərəfdən qeyd edilməlidir ki, ümumi kasasiya yoxlaması nəticəsində apelyasiya kollegiyasının hər hansı maddi və ya prosessual hüquq normasının pozuntusuna yol verməsi halı da müəyyən edilməmişdir. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kasasiya şikayətinin dəlilləri apelyasiya kollegiyasının qəbul etdiyi qətnamənin ləğvi üçün əsas hesab edilə bilməz. Odur ki, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kasasiya şikayəti təmin olunmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh1 tərəfindən verilmiş kasasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(106)-2484/2021 nömrəli iş üzrə 31 avqust 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.