Məhkəmə qərarları › İş №2(102)-5720/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-5720/2019

19.08.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5720/2019 19.08.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Əhmədova Mehparə Tofiq qızı (sədrlik edən və məruzəçi - hakim), Nurməmmədov Əhməd Güləhməd oğlu, X1 ibarət tərkibdə, Novruzova Ülviyyə Alim qızının katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 22.05.2018-ci il tarixli, 2(103)1095/2018 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin (hakim Z.Sadiqov) 19.09.2016-cı il tarixli, 2(010)-8830/2016 nömrəli qətnaməsi ilə iddiaçı “İddiaçı (Azərbaycan)” ASC-nin Cavabdeh qar şı “borcun tələbi və tələbin ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddiası qismən təmin olunaraq, Cavabdeh 10170.19 ABŞ dolları əsas borc, 552.80 ABŞ dolları faiz borcu və 20.04 ABŞ dolları cərimə borcu olmaqla, ödəniş anında Azərbaycan manatının məzənnəsi ilə cəmi 10743.03 ABŞ dolları məbləğində borcun və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun iddiaçı “İddiaçı (Azərbaycan)” ASC-nin xeyrinə tutulması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər S.Məmmədov, M.Bağırova, M.Məmmədov) 19.01.2017-ci il tarixli, 2(103)-973/2017 nömrəli qətnaməsi ilə iddiaçı “İddiaçı (Azərbaycan)” ASC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilərək, iş üzrə Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 19.09.2016-cı il tarixli, 2(010)8830/2016 nömrəli qətnaməsinin id dianın təmin edilməmiş hissəsində ləğv edilməsi, iddia tələbinin həmin hissədə də təmin edilməsi, 14.08.2012-ci il tarixli ipoteka müqaviləsinə əsasən tutmanın Cavabdeh məxsus ipoteka predmeti olan “Chevrolet Aveo” markalı, **CS-*** dövlət qeydiyyat nişanlı avtomobilə yönəldilməsi, Cavabdeh məxsus ipoteka predmeti olan “Chevrolet Aveo” markalı, **-CS-*** dövlət qeydiyyat nişanlı avtomobilin ilkin satış qiymətinin 17707 ABŞ dolları məbləğində müəyyən edilməsi, avtomobilin açıq hərracda satılması və Cavabdeh “İddiaçı (Azərbaycan)” ASC-yə olan borcunun həmin ipoteka predmetinin satışından əldə ediləcək vəsait hesabına ödənilməsi, kreditin təminatı olan ipoteka predmetinin satışından əldə olunacaq pul vəsaitinin hesabına iddiaçının iddia tələbi tam ödənildikdən sonra satışdan qalan məbləğin bo rcluya, yəni iş üzrə Cavabdeh qaytarılması qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər Q.Əsgərov, Ə.Şadiyev, E.Vəliyeva) 06.09.2017-ci il tarixli, 2(102)-5957/17 saylı qərarı ilə iddiaçı “İddiaçı (Azərbaycan)” ASC və Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətlərinin təmin edilməsi, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 19.01.2017-ci il tarixli qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün həmin apellyasiya məhkəməsinə göndərilməsi qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər V.Həsənov, V.Baxışova, N.Cəfərov) 22.05.2018-ci il tarixli, 2(103)-1095/2018 nömrəli qətnaməsi ilə iddiaçı “İddiaçı (Azərbaycan)” ASC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilərək, iş üzrə Bakı şəhəri Surax anı rayon Məhkəməsinin 19.09.2016-cı il tarixli, 2(010)-8830/2016 nömrəli qətnaməsinin iddianın təmin edilməmiş (tələbin ipoteka predmetinə yönəldilməsinin rədd edilməsi) hissəsində ləğv edilməsi, iddia tələbinin həmin hissədə təmin edilərək, 14.08.2012-ci il tarixli ipoteka müqaviləsinə əsasən tutmanın Cavabdeh məxsus ipoteka predmeti olan “Chevrolet Aveo” markalı, **-CS-*** dövlət qeydiyyat nişanlı avtomobilə yönəldilməsi, Cavabdeh məxsus ipoteka predmeti olan “Chevrolet Aveo” markalı, **-CS-*** dövlət qeydiyyat nişanlı avtomobilin ilkin satış qiymətinin 12500 manat məbləğində müəyyən edilməsi, avtomobilin açıq hərracda satılması və Cavabdeh “İddiaçı (Azərbaycan)” ASC-yə olan borcunun həmin ipoteka predmetinin satışından əldə ediləcək vəsait hesabına ödənilməsi, kreditin təminatı olan ip oteka predmetinin satışından əldə olunacaq pul vəsaitinin hesabına iddiaçının iddia tələbi tam ödənildikdən sonra satışdan qalan məbləğin borcluya qaytarılması, aparılmış ekspertiza tədqiqatının dəyəri olan 50 manatın Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilməsi, parılmış ekspertiza tədqiqatının dəyəri olan 50 manatın iddiaçı “İddiaçı (Azərbaycan)” ASC-dən tutularaq “xxxx” MMC-nin hesabına ödənilməsi qət edilmişdir. Cavabdeh iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 22.05.2018-ci il tarixli qətnaməsindən kassasiya şikayəti vermişdir. İşin halları: İddiaçı “İddiaçı (Azərbaycan)” ASC Cavabdeh qarşı “borcun tələbi və tələbin ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi ilə 19.07.2016-cı il tarixdə məhkəməyə müraciət edərək, Cavabdeh 05.07.2016-cı il tarixə bank a borclu olduğu 10170.19 ABŞ dolları məbləğində əsas borcun, 420.59 ABŞ dolları məbləğində faiz borcunun, 20.04 ABŞ dolları məbləğində cərimənin, cəmi 10610.82 ABŞ dolları pul məbləğinin (qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə) və məhkəməyə müraciət etmək üçün ödənilmiş 30 manat dövlət rüsumunun Cavabdeh alınaraq “İddiaçı (Azərbaycan)” ASC-yə ödənilməsi, tələbin Cavabdeh mülkiyyət hüququ əsasında məxsus olan və banka ipotekaya qoyulmuş, ipoteka predmeti olan “Chevrolet Aveo minik” markalı, **-CS-*** dövlət qeydiyyat nişanlı avtomobilə yönəldilməsi və avtomobilin açıq hərracdan satılaraq əldə edilən vəsaitdən qeyd edilən pul məbləğinin və məhkəməyə müraciət etmək üçün ödənilmiş dövlət rüsumunun “İddiaçı (Azərbaycan)” ASC-yə ödənilməsi barədə müvafiq qətnamə çıxarılmasını xah iş etmişdir. Daha sonra iddiaçı “İddiaçı (Azərbaycan)” ASC iddia ərizəsinə əlavə ilə məhkəməyə müraciət edərək, Cavabdeh 19.09.2016-cı il tarixə banka borclu olduğu 10170.19 ABŞ dolları məbləğində əsas borcun, 552.80 ABŞ dolları məbləğində faiz borcunun, 20.04 ABŞ dolları məbləğində cərimənin, cəmi 10743.03 ABŞ dolları pul məbləğinin (qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə) və məhkəməyə müraciət etmək üçün ödənilmiş 30 manat dövlət rüsumunun Cavabdeh alınaraq “İddiaçı (Azərbaycan)” ASC-yə ödənilməsi, tələbin Cavabdeh mülkiyyət hüququ əsasında məxsus olan və banka ipotekaya qoyulmuş, ipoteka predmeti olan “Chevrolet Aveo minik” markalı, **-CS-*** dövlət qeydiyyat nişanlı avtomobilə yönəldilməsi və avtomobilin açıq hərracdan satılaraq əldə edilən vəsaitdən qeyd edilən pul məb ləğinin və məhkəməyə müraciət etmək üçün ödənilmiş dövlət rüsumunun “İddiaçı (Azərbaycan)” ASC-yə ödənilməsi barədə müvafiq qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri və tərəflərin izahatları: Cavabdeh və vəkili Zamanov Gülbala Sabir oğlu kassasiya şikayətini onunla əsaslandırmışlar ki, iddiaçı bank ilə cavabdeh arasında bağlanmış 12.08.2012-ci il tarixli kredit müqaviləsinə əsasən cavabdehə 60 ay müddətinə illik 18% ödəmək şərti ilə 14342 ABŞ dolları məbləğində kredit verilmişdir. 27.07.2015-ci il tarixli əlavə razılaşmaya əsasən borc məbləği kapitallaşdırılaraq 10207.08 ABŞ dolları müəyyən edilmişdir. Razılaşmanın sonu 1408.2017-ci il, illik faiz məbləği isə 18% müəyyən edilmişdir. Cavabdeh götürdü yü kreditin təminatı olaraq özünə məxsus “Chevrolet Aveo minik” markalı, **-CS-*** dövlət qeydiyyat nişanlı avtomobili bank qarısında ipoteka ilə yüklü etmişdir. Cavabdeh götürmüş olduğu kreditin müəyyən hissəsini ödəmişdir. Lakin son dövrdə baş vermiş devalvasiya nəticəsində maddi vəziyyətinin pisləşməsinə görə gecikmələr baş vermişdir. Cavabdeh özü İ qrup əlildir. Dolların manata nisbətən məzənnəsinin qalxması ilə əlaqədar cavabdeh kredit ödənişini tam icra edə bilməmişdir. Apellyasiya instansiyası məhkəməsi hazırki mübahisəni həll edərkən maddi və prosessual hüquq normalarının tələblərini nəzərə almayaraq, mübahisə predmetinə MPM-nin 88-ci maddəsinin müddəaları baxımından hüquqi qiymət verməmiş və bunun nəticəsində iş üzrə düzgün qətnamə qəbul etməmişdir. Göründüyü kimi, apellyasiya ins tansiyası məhkəməsi maddi və prosessual hüquq normalarının pozuntusuna yol vermişdir. Göstərilənlərə əsasən o, iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 22.05.2018-ci il tarixli, 2(103)-1095/2018 saylı qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün həmin məhkəməyə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. İşdə iştirak edən şəxslər işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmişlər. Lakin iddiaçı “İddiaçı (Azərbaycan)” ASC-nin səlahiyyətli nümayəndəsi, Cavabdeh və vəkili Zamanov Gülbala Sabir oğlu məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmas ını mümkün hesab edir. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş işin hallarından görünür ki, Bank “xxxx” ASC ilə Cavabdeh arasında bağlanmış 12.08.2012-ci il tarixli kredit müqaviləsinə əsasən ona illik 18 faiz ödəmək şərtilə 60 ay müddətinə 14342 ABŞ dolları məbləğində kredit verilmişdir. 27 iyul 2015-ci il tarixli əlavə razılaşmaya əsasən borc məbləği kapitallaşdırılaraq 10207,08 ABŞ dolları müəyyən edilmişdir. Razılaşmanın sonu 1408.2017-ci il, illik faiz məbləği isə 18% müəyyən edilmişdir. Həmçinin tərəflər arasında bağlanmış 14.08.2012-ci il tarixli ipoteka müqaviləsinə əsasən Cavabdeh məxsus olan “Chevrolet Aveo minik” markalı, **-CS-*** dövlət qeydiyyat nişanlı avtomobil ipoteka ilə yüklü edilmişdir. Apellyasiya kollegiyası qeyd etmişdir ki, mübahisənin müəyyən olunmuş hallarından göründüyü kimi tərəflər arasında kredit və ipoteka müqavilələrindən irəli gələn müqaviləhüquq münasibətləri yaranmışdır. Birinci instansiya məhkəməsi də məhz həmin müqavilə münasibətlərinə uyğun olaraq borc məbləğinin tutulması ilə bağlı düzgün nəticəyə gəlmiş olsa da, borcun təmin edilməsi üçün tutmanın ipoteka predmetinə yönəldilməsinə dair iddia tələbini rədd etməkdə haqlı olmamışdır. Belə ki, borcalan Cavabdehhərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. O, kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliklərə uyğun olaraq ödənişlər etməli olduqları halda müəyyən miqdar ödənişlər etsə də, razılaşdırılmış müddətdə və qaydada tam ödənişlər etməmişdir. Bununla da, iddiaçının müqavilədən irəli gələn tələb kimi vurulmuş zərərin əvəzinin ödənilməsi ilə yanaşı tutmanın ipoteka predmetinə yönəldilməsini tələb etmək hüququ da yaranmışdır. Bu baxımdan məhkəmə kollegiyası belə qənaətə gəlmişdir ki, qətnamə iddianın təmin olunmayan hissəsində ləğv edilməli, tələb əmlaka yönəldilməli və ipoteka predmetinin ilkin satış qiyməti müəyyən olunmalıdır. Apellyasiya kollegiyası hesab etmişdir ki, borc məbləği tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə uyğun hesablanmışdır. Müqavilənin şərtlərindən fərqli qaydada borcun hesablanması və əsassız olaraq borc məbləğinin artırılması müəyyən edilməmişdir. Məhkəmə kollegiyası tərəfindən təyin edilmiş ekspertizanın rəyi ilə iddiaçının tələb etdiyi borc məbləğindən artıq miqdarda borcun olması müəyyən edilmişdir. Lakin məhkəmə kollegiyası Azərbaycan Respublikasının MPM-nin 218-ci maddəsinə istinad edərək qeyd etmişdir ki, yalnız irəli sürülmüş tələblər həddində işə baxılmalıdır. Bundan başqa, qanunvericilikdə tərəflərin müqavilə bağlamaqla müəyyənləşdirdikləri faizlərin və cərimənin tutulmasının rədd edilməsinin mümkünlüyü də nəzərdə tutulmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icr asını tələb etmək hüququ vardır. Öhdəlikdə tərəf kimi mülki-hüquq münasibətlərinin bütün iştirakçıları – fiziki və hüquqi şəxslər, dövlət hakimiyyəti və yerli özünüidarə orqanları çıxış edə bilərlər (Mülki Məcəllənin 5-ci maddəsi). Hər bir öhdəlikdə borclu – pul ödəməyə, əmlak verməyə, işi icra etməyə, xidmət göstərməyə borclu olan şəxs və kreditor – borcludan vəzifəsini icra etməyi tələb etmək hüququ olan şəxsdir. Həmin Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması – öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsində ifadə olunur. Həmin Mülki Məcəllənin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən isə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 319.1-ci maddəsinə əsasən əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər (MM-in 317.1-ci maddəsi). “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9-cu maddəsinə əsasən ilkin satış qiyməti bu qanunun tələblərinə uyğun olaraq ipot eka predmetinin bazar dəyərinin müəyyənləşdirilməsi üçün müvafiq marketinq keçirilməsi vaxtının məhdudluğu şəraitində ipoteka predmetinin satış (likvid) qiymətidir. Həmin Qanunun 33-cü maddəsinə əsasən borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. Həmin qanunun 34.1.1-ci maddəsinə görə isə əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnu yaradır. Həmin Qanunun 34.1.1, 34.1.2-ci maddələrinə əsasən, əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması, əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması ipoteka saxlayanın ipoteka predmetinə tutmanın y önəldilməsi hüququnun yaranması anıdır. Kassasiya kollegiyası kassasiya şikayətin dəlilləri ilə bağlı qeyd edir ki, kassasiya şikayəti yalnız formal mülahizələrlə əsaslandırılmış, kassasiya şikayəti əsasında apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilməsi halı müəyyən edilməmişdir. Odur ki, kassasiya şikayətində göstərilən hallar mübahisələndirilən qətnamənin ləğvi üçün əsas hesab edilə bilməz. Nəticə olaraq kassasiya kollegiyası apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi qətnamə qəbul edərkən, hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış, tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüqu q normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Odur ki, kassasiya kollegiyası belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişiklik edilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 22.05.2018-ci il tarixli, 2(103)-1095/2018 nömrəli qətnaməsi kas sasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar