Məhkəmə qərarları › İş №2(102)-5724/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-5724/2019

05.09.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5724/2019 05.09.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası Ali Məhkəmənin hakimləri Rüstəmov Əli Məhəmməd oğlu (sədrlik edən və məruzəçi), Mirzəliyev Əsəd Abdulla oğlu və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, Cumazadə Ceyhun Rizvan oğlunun ibarət tərkibdə, X2 katibliyi, iddiaçı ləğv prosesində olan “X10” ASCnin vəkili X3 iştirakı ilə. İddiaçı ləğv prosesində olan “X10”ASC-nin Baki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 18 mart 2019-cu il tarixli qətnaməsindən verdiyi kassasiya şikayəti üzrə işə baxaraq, MÜƏYYƏN ETDİ Bakı şəhəriRayon Məhkəməsinin 30 may 2018-ci il tarixli qətnaməsi ilə (hakim:R.Səmədov 2(006)-2583/2018) iddia tələbi təmin edilmiş, Cavabdeh 17.294 (on yeddi min iki yüz doxsan dörd) manat faiz borcu və 30(otuz) manat ödənilmiş dövlət rüsumunun əvəzi olmaqla, cəmi 17.324 (on yeddi min üç yüz iyirmi dörd) manat məbləğində pul alınaraq ləğv prosesində olan “X10” ASC-yə verilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 18 mart 2019-cu tarixli qətnaməsi ilə (hakimlər: R.Eyvazov (sədrlik edən və məruzəçi) Z.Əliyev və E.Kazımov; 2(103)-276/2019) Cavabdeh apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 30 may 2018-ci il tarixli qətnaməsi qismən ləğv olunmuş, cavabdehdən iddiaçının xeyrinə tutulmalı olan faizlərin məbləği 142.28 (bir yüz qırx iki manat, 28 qəpik) manat həddində müəyyən edilməsi, məhkə mə xərci Cavabdeh aid edilməsi, cavabdehdən aparılmış ekspertiha tədqiqatının dəyəri olan 145 (bir yüz qırx beş) manat tutlaraq Məhkəmə Ekspertizası Mərkəzinə (ekspertiza xərclərinə dair bildirişlərə əsasən xərcin keçiriləcəyi hesab - X1, KOD ********* VÖEN ********** Müxbir hesab AZ********************, SWİFT BİK CTREAZ 22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, hesab AZ**************000) ödənilməsi qət edilmişdir. Qətnamə qalan hissələrdə apellyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılmışdır. İşin halları İddiaçı ləğv prosesində olan “X10”ASC Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək,cavabdehdən 25 oktyabr 2010-cu il tarixli, ********** saylı kredit müqaviləsi üzrə 17294 manat faiz borcunun və mübah isənin məhkəmə vasitəsi ilə həll edilməsi üçün tərəflərindən ödənilmiş 30 manat dövlət rüsumunun tutulub iddiaçının xeyrinə ödənlməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki,tərəflər arasında bağlanmış 02 oktyabr 2010-cu il tarixli,21-360-10 saylı “Kredit müqaviləsi”nə əsasən,cavabdehə 12 ay müddətinə,illik 15% hesablanmaqla 135.000 manat məbləğində kredit verilmişdir.Cavabdeh bank qarşısındakı öhdəliklərini bu günə kimi lazımınca yerinə yetirməmişdir.Belə ki,borclunun banka 02.10.2011-ci il müqavilənin bitmə tarixinə 17294 manat faiz borcu vardır.Bank tərəfindən öz növbəsində pul məbləğinin ödənilməsi tələbi ilə dəfələrlə borcluya şifahi formada,o cümlədən yazılı “Bildiriş”lərin göndərilməsi yolu ilə xəbərdarliqlar edilmiş,faiz borcu haqqında məlumat verilmiş və onun tez bir zamanda banka ödənilməsi tələb olunmuşdur.Lakin qeyd olunan öhdəlik yerinə yetirilməmişdir.Qeyd edilənlərə əsasən,məhkəmədən iddia ərizəsinin təmin edilməsi xahiş edilmişdir. Kassasiya şikayətinin dəlilləri İddiaçı ləğv prosesində olan “X10”ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın tam təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 76.1,80,102.2,103.1 maddələrinin, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 339.4cü maddəsinin tələbləri pozulmaqla əsassız və qanunsuz qətnamə qəbul edilmi şdir. Tərəflərin izahatı Məhkəməkollegiyasınıniclasında iddiaçı ləğv prosesində olan “X10” ASCnin vəkili X6 şikayətinə uyğun izahat verərək, şikayətintəminedilməsi barədə qərar şəxarılmasını xahişetdi. Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, cavabdeh heç bir üzrlü səbəb göstərmədən məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən onların iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Hüquqi məsələlər Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məh kəməsi işin faktiki hallarını araşdırmır, yalnız maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlayır. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanmasa da, apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən, hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması vacibdir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyənləşdirilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması hesab olunmamalıdır. Qeyd etmək lazımdır ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlal ət etməklə mübahisə ilə əlaqədar qəbul edilmiş hüquqi akta təsir göstərə bilər. Apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş işin hallarından və məhkəmə iclasında tədqiq edilmiş iş materiallarından, o cümlədən “X10”ASC ilə Cavabdeh arasında bağlanmış 25.10.2010-cu ul tarixli 21-360-10 saylı kredit müqaviləsinə əsasən bank tərəfindən Cavabdeh 12 ay müddətinə, illik 15% olmaqla, 135.000 manat məbləğində kredit verilmişdir. 05.02.2018-ci il tarixli arayışdan görünür ki, Cavabdeh Banka müqavilənin müddətinin bitdiyi tarixə 17.294 manat faiz borcu vardır. Məhkəmə-mühasibatlıq ekspertizasının 23 yanvar 2019-cu il tarixli, 27500 saylı rəyinə əsasən, cavabdehin 25 oktyabr 201-ci il tarixdə (kredit müqaviləsinin müddətinin bitdiyi tarix) 142,28 manat faiz borcu müəyyən olunmamışdır. İş üzrə toplanmış sübutları araşdıran apellyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki, kredit müqaviləsinin müddətinin bitdiyi tarixə faiz borcu 142,28 manat təşkil etmiş, iddiaçı isə faizləri əsassız olaraq maliyyə arayışında göstərilən tarixə, yəni 02 fevral 2018-ci il tarixə hesablamışdır. Belə ki, «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24 dekabr 2014-cü il tarixli qərarında deyilir ki, kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və h esablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Bu səbəbdən də, apellyasiya instansiyası məhkəməsi düzgün olaraq nəticəyə gəlmişdir ki, qətnamə qismən ləğv olunmalı, faizlərin məbləği 142,28 manat həddində müəyyən edilməli, cavabdehin apellyasiya şikayəti qalan hissədə əsassız olduğundan təmin olunmamalıdır. Cavabdeh qalan hissələrdə etirazının əsası kimi istinad etdiyi halları əsaslandıra və sübut edə bilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs(borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası MPM-in 385.1 və 385.1.1-ci maddələrinə əsasən maddi hüquq normalarının və ya prosessual huquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Apellyaiya instansiyası məhkəməsi nəti cəyə gəlmişdir ki,işin faktiki hallarını, qanunvericiliyin qeyd edilən normalarına əsasən qətnamə qismən ləğv olunmalı, cavabdehdən iddiaçının xeyrinə tutulmalı olan faizlərin məbləği 142.28 manat həddində müəyyən edilməlidir. Beləliklə, apellyasiya qaydasında işə baxmış məhkəmə kollegiyası tərəfindən qanunun qeyd olunan normalarının tələblərinə tam əməl olunmuş, maddi və prosessual hüquq normalar düzgün tətbiq olunaraq birinci instansiya məhkəməsinin qətnaməsində yuxarıda göstərilən dəyişiklik edilməklə iş üzrə qanuni və əsaslı qətnamə qəbul edilmişdir. İşin şərh olunan hallarını müzakirə edərək məhkəmə kollegiyası nəticəyə gəlir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq edilməklə qanuni və əsaslı qətnamə qəbul edildiyinə görə qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Kassasiya şikayətinin dəlilləri əsasız olduğu üçün qanuni və əsaslı olan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz. Ona görə də kassasiya şikayəti təmin olunmamalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin 416-419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının bu iş üzrə 18 mart 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar