Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5724/2021 25.11.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı ləğv prosesində olan "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: kredit müqaviləsi üzrə borcun ödənilməsi və tutmanın ipoteka predmetinə yönəldilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakim Həsənov Vüqar Təvəkgül oğlunun sədrliyi və məruzəsi, hakimlər Əhmədov Əhməd Abbas oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Kərimova Fidan Arif qızının katibliyi, İddiaçının vəkili Vəkil iştirakı ilə, Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-926/2021 nömrəli iş üzrə 20 may 2021-ci il tari xli qətnaməsindən iddiaçı ləğv prosesində olan "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 25 noyabr 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 10 yanvar 2014-cü il tarixli, 100.LN.1104.100114.00002 saylı kredit müqaviləsindən görünür ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən Cavabdeh 24 ay müddətinə, illik 15 faiz ödəmək şərtilə 15800 (on beş min səkkiz yüz) manat məbləğində kredit ayrılmışdır. İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 23 iyul 2009-cu il tarixli, İP-132 saylı ipoteka müqaviləsinə 10 yanvar 2014-cü il tarixli, 1 saylı əlavədən görünür ki, Cavabdeh qeyd edilən kredit müqaviləsinin təminatı kimi Bakı şəhəri, Binəqədi rayonu, Goradil bağ sahəsi ünvanında yerləşən 0,085311 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 158,8 kv.m ümumi, 30 kv.m yaşayış sahəsi, 128,8 kv.m yardımçı sahədən ibarət 2 otaqlı, 124 saylı bağ evini "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ipoteka ilə yüklü etmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən 08.12.2009-cu il tarixli, MA seriyalı ******* nömrəli çıxarışının surətindən görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, Goradil bağ sahəsi, 124a saylı bağ evi Cavabdeh adına xüsusi mülkiyyət hüququ ilə 08.12.2009-cu il tarixdə daşınmaz əmlakın dövlət rey estrində qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən 30 yanvar 2010-cu il tarixli, MA seriyalı ******* nömrəli çıxarışının surətindən görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, Goradil bağ sahəsi, 124a saylı bağ evinə dair bağlanmış ipoteka müqaviləsi 30 yanvar 2010-cu il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. "xxxx" Açıq Səhmdar Cəmiyyətinin 03 fevral 2017-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə 10 yanvar 2014-cü il tarixli, 100.LN.1104.100114.00002 saylı kredit müqaviləsi üzrə 03 fevral 2017-ci il tarixə 12386 (on iki min üç yüz səksən altı) manat 26 (iyi rmi altı) qəpik əsas, 2174 (iki min bir yüz yetmiş dörd) manat 17 (on yeddi) qəpik faiz, 1994 (bir min doqquz yüz doxsan dörd) manat 51 (əlli bir) qəpik cərimə, cəmi 16554 (on altı min beş yüz əlli dörd) manat 94 (doxsan dörd) qəpik kredit borcu yaranmışdır. "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən Cavabdeh ünvanlanmış 09 fevral 2017-ci il tarixli ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin surətindən görünür ki, Cavabdeh banka olan borcun ödənilməsi, həmçinin ipoteka predmetinə tutmanın yönəldilməsi barədə xəbərdarlıq edilmişdir. Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 23.02.2017ci il tarixli məktubunun surətindən görünür ki, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişi qeydiyyata alınmışdır. " xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən təqdim edilmiş 31 may 2018-ci il tarixli, 0400/18/AGB nömrəli mənzilin bazar dəyərinin müəyyənləşdirilməsi hesabatından görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, Goradil bağ sahəsi, 124a ünvanında, 0,085311 ha torpaq sahəsində yerləşən 158,8 kv.m ümumi sahədən ibarət bağ evinin orta bazar dəyəri 70000 (yetmiş min) manat təşkil edir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 26 dekabr 2018-ci il tarixli, 24767 saylı məhkəmə-mühasibatlıq ekspertizası rəyindən görünür ki, Cavabdeh 10 yanvar 2014-cü il tarixli, 100.LN.1104.100114.00002 saylı kredit müqaviləsi üzrə müqavilənin müddətinin bitdiyi 10.01.2016-cı il tarixə İddiaçı ASC-yə 9162 (doqquz min bir yüz altmış iki) manat 77 (yetmiş yeddi) qəpik əsas, 152 (bir yüz əlli iki) manat 71 (yetmiş bir) qəpik faiz borcu olduğu müəyyən edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat İddiaçı Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı «kredit borcunun tutulması, tələbin ipoteka predmetinə yönəldilməsi tələbinə dair» iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçı ASC-nin xeyrinə 10 yanvar 2014-cü il tarixli, 100.LN.1104.100114.00002 saylı kredit müqaviləsi üzrə 12386 (on iki min üç yüz səksən altı) manat 26 (iyirmi altı) qəpik əsas, 2174 (iki min bir yüz yetmiş dörd) manat 17 (on yeddi) qəpik faiz, 1994 (bir min doqquz yüz doxsan dörd) manat 51 (əlli bir) qəpik cərimə, cəmi 16554 (on altı min beş yüz əlli dörd) manat 94 (doxsan dörd) qəpik kredit borcunun, ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun tutulması, t ələbin ipoteka ilə yüklü edilmiş Cavabdeh məxsus olan Bakı şəhəri, Binəqədi rayonu, Goradil bağ sahəsi, 124a saylı bağ evinə yönəldilməsi, həmin əmlakın açıq hərracda satılması və onun satışından əldə olunmuş pul vəsaiti hesabına Cavabdeh həmin kredit müqaviləsi üzrə kredit borcunun ödənilməsi, satışdan əldə edilmiş pul vəsaiti borcun ödənilməsinə kifayət etmədikdə qalıq məbləğin Cavabdeh ümumi qaydada tutulması, ipoteka predmeti olan Cavabdeh məxsus olan Bakı şəhəri, Binəqədi rayonu, Goradil bağ sahəsi, 124a saylı bağ evinə tutma yönəldikdən və o satıldıqda ən geci 1 (bir) ay ərzində boşaldılması və istifadə hüquqlarının itirilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 10 yanv ar 2014-cü il tarixli, 100.LN.1104.100114.00002 saylı kredit müqaviləsinə əsasən Cavabdeh 24 ay müddətinə, illik 15 faiz ödəmək şərtilə 15800 (on beş min səkkiz yüz) manat məbləğində kredit verilmişdir. Müqavilənin təminatı kimi 23 iyul 2009-cu il tarixli, İP-132 saylı İpoteka müqaviləsi və həmin müqaviləyə 10 yanvar 2014-cü il tarixli, 1 saylı əlavəyə əsasən Cavabdeh mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu, Goradil bağ sahəsi, 124a saylı bağ evi ipoteka ilə yüklü edilmişdir. Lakin cavabdeh üzərinə götürdüyü kredit öhdəliyinə əməl etməmiş və nəticədə Cavabdeh 03 fevral 2017-ci il tarixə banka 12386 (on iki min üç yüz səksən altı) manat 26 (iyirmi altı) qəpik əsas, 2174 (iki min bir yüz yetmiş dörd) manat 17 (on yeddi) qəpik faiz, 1994 (bir min doqquz yüz doxsan dörd) manat 51 (əlli bir) qəpik cərimə, cəmi 16554 (on altı min beş yüz əlli dörd) manat 94 (doxsan dörd) qəpik kredit borcu yaranmışdır. Göstərilənlərə əsasən məhkəmədən iddia tələbinin təmin edilməsini xahiş edir. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 11 fevral 2019-cu il tarixli qətnaməsi ilə (sədrlik edən hakim C.Tağıyev, iş № 2(006)-41/2019) iddia ərizəsi qismən təmin olunaraq, Cavabdeh iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə 9162 (doqquz min bir yüz altmış iki) manat 77 (yetmiş yeddi) qəpik əsas, 152 (bir yüz əlli iki) manat 71 (yetmiş bir) qəpik faiz, 200 (iki yüz) manat cərimə, cəmi 9515 (doqquz min beş yüz on beş) manat 48 (qırx səkkiz) qəpik məbləğində kredit borcunun, həmçinin ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu vəsaitinin tutulması, tələbin ipoteka ilə yüklü edilmiş Cavab deh məxsus Bakı şəhəri, Binəqədi rayonu, Goradil bağ sahəsi, 124a saylı bağ evinə yönəldilməsi, Bakı şəhəri, Binəqədi rayonu, Goradil bağ sahəsi, 124a saylı bağ evinin ilkin satış qiyməti 70000 (yetmiş min) manat məbləğində müəyyən edilməklə açıq hərracda satılması, satışdan əldə olunmuş vəsait hesabına həmin kredit borcunun ödənilməsi, qeyd edilən kredit borcu ödənildikdən sonra qalan məbləğin Cavabdeh qaytarılması və həmin bağ evi satıldıqdan sonra ən geci 1 (bir) ay ərzində Bakı şəhəri, Binəqədi rayonu, Goradil bağ sahəsi, 124a saylı bağ evinin boşaldılması, iddia tələbinin qalan hissədə əsassız olduğundan rədd edilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi işin faktiki hallarını, qanunvericiliyin qeyd edilən müddəalarını və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspe rtiza Mərkəzinin 26 dekabr 2018-ci il tarixli, 24767 saylı məhkəmə-mühasibatlıq ekspertizası rəyini nəzərə alaraq hesab edir ki, iddia ərizəsi qismən təmin edilməli və Cavabdeh İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə 9162 (doqquz min bir yüz altmış iki) manat 77 (yetmiş yeddi) qəpik əsas, 152 (bir yüz əlli iki) manat 71 (yetmiş bir) qəpik faiz borcu, həmçinin 30 (otuz) manat məbləğində dövlət rüsumu vəsaiti tutulmalı, tələb ipoteka ilə yüklü edilmiş Cavabdeh məxsus Bakı şəhəri, Binəqədi rayonu, Goradil bağ sahəsi, 124a saylı bağ evinə yönəldilməli, həmin daşınmaz əmlak ilkin satış qiyməti 70000 (yetmiş min) manat məbləğində müəyyən edilməklə açıq hərracda satılmalı, satışdan əldə olunmuş vəsait hesabına həmin kredit borcu ödənilməli, qeyd edilən kredit borcu ödənildikdən sonra qalan məbl əğ Cavabdeh qaytarılmalı və həmin bağ evi satıldıqdan sonra ən geci 1 (bir) ay ərzində Bakı şəhəri, Binəqədi rayonu, Goradil bağ sahəsi, 124a saylı bağ evi boşaldılmalıdır. Məhkəmə, həmçinin iddia ərizəsinin “cərimə borcunun tutulması” hissəsinə qiymət verərək belə nəticəyə gəlir ki, iddia tələbi həmin hissədə də qismən təmin olunmalıdır. Məhkəmə işin hallarını və cavabdehin maddi vəziyyətini nəzərə alaraq, yüksək cərimə məbləğinin 200 (iki yüz) manat həddinədək azaldılmasını ədalətli hesab edir. Apellyasiya instansiyası məhkəməsində birinci icraat Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 05 iyul 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər M.Məmmədov (sədrlik edən və məruzəçi), Ş.Məhərrəmova və E.Şamayev, iş № 2(103)-8252/2019) iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin apellyasiya şika yəti təmin edilməmiş, hazırki iş üzrə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 11 fevral 2019-cu il tarixli qətnamə apellyasiya baxışının predmeti olan hissədə dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiyası məhkəməsi cavabdehin apellyasiya şikayətinin dəlilləri ilə bağlı qeyd etmişdir ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 26.12.2018-ci il tarixli, 24767 nömrəli ekspert rəyinə əsasən, cavabdehin 10.01.2014-cü il tarixli “Kredit müqaviləsinin” bitdiyi tarixə (10.01.2016-cı il) Banka 9.162,77 manat əsas, 152,71 manat faiz borcunun olduğu müəyyən edilmişdir. Məhkəmə iş üzrə verilmiş ekspert rəyinə nəzər salaraq bildirir ki, rəydə tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə və Bank tərəfindən təqdim edilən sənədlərə (maliyyə arayışı, cari hesabdan çıxarış) istinad edilmiş və müvafiq nəticəyə gəlinmişdir. İddiaçı Bank sözügedən ekspert rəyini əsassız hesab etsə də, rəyin əsaslılığını şübhə altına alan heç bir sübut, ən azından adi riyazi hesablama təqdim etməmişdir. Apellyasiyanın nəticələri ilə müəyyən edilir ki, Rayon Məhkəməsi apellyasiya baxışının predmeti olan hissədə iş üzrə qanuni, əsaslı və işin hallarına uyğun nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri formal mülahizə xarakteri daşıyır. Apellyasiya baxışının predmeti olan hissədə qətnamənin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. Apellyasiya instansiyası məhkəməsində ikinci icraat Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 20 may 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər E.Həsənov (sədrlik edən və məruzəçi), X.M ərdanova və F.Babayev, iş № 2(103)-926/2021) Cavabdeh apellyasiya şikayəti təmin edilərək, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-41/2019 saylı iş üzrə 11 fevral 2019-cu il tarixli qətnaməsi hazırkı apellyasiya baxışının predmeti olan hissədə, yəni “tələbin ipoteka ilə yüklü edilmiş Cavabdeh məxsus Bakı şəhəri, Binəqədi rayonu, Goradil bağ sahəsi, 124a saylı bağ evinə yönəldilməsi, həmin əmlakın ilkin satış qiyməti 70 000 (yetmiş min) manat məbləğində müəyyən edilməklə açıq hərracda satılması, satışdan əldə olunmuş vəsait hesabına borcun ödənilməsi, kredit borcu ödənildikdən sonra qalan məbləğin Cavabdeh qaytarılması və bağ evi satıldıqdan sonra ən geci 1 (bir) ay ərzində boşaldılması” hissəsində ləğv olunması, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “tutmanın ipoteka predmet inə yönəldilməsi” tələbinin təmin edilməməsi, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatora aid olunması; apellyasiya baxışı zamanı keçirilmiş qiymətləndirmə ekspertizasının xərci olan 200 (iki yüz) manat isə Cavabdeh tutularaq "xxxx" MMC-nin hesabına (VÖEN:**********, hesab№: AZ30GUNA********************, Bank: "xxxx"ASC, VÖEN:**********, Müxbir hesab: AZ25NABZ**********000004794, KOD: 505594, SWİFT: GUNAAZ22) köçürülməsi qət edilmişdir. Apelyasiya instansiyası məhkəməsi qeyd edir ki, 10 yanvar 2014-cü il tarixli kredit müqaviləsi üzrə yaranmış borcun ipoteka predmetinə yönəldilməsi ilə bağlı hissədə iddianı təmin etməklə birinci instansiya məhkəməsi maddi hüquq normasını düzgün tətbiq etməmişdir. İşin hallarından görünür ki, bankla Cavabdeh arasında 10.01.201 4-cü il tarixdə bağlandığı irəli sürülən ipoteka müqaviləsinə əlavə notarial qaydada təsdiqlənməmiş, həmin müqavilə üzrə ipotekanın əlavə dövlət qeydiyyatı həyata keçirilməmiş, beləliklə də bu müqavilə əsasında ev üzərində ipoteka yüklülüyü yaranmamışdır. Buna görə də kollegiya hesab edir ki, iddiaçı bankın iddia tələbinin əsasında dayanan və 10.01.2014-cü il tarixdə bağlandığı irəli sürülən “İP-132 saylı ipoteka müqaviləsinə əlavə” əhəmiyyətsiz olmaqla heç bir hüquqi nəticə doğura və həmin sənədlə əsaslandırılan iddia təmin oluna bilməz. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri İddiaçı ləğv prosesində olan "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu (Vəkil) kassasiya şikayətini onunla əsa slandırmışdır ki, işə baxarkən apelyasiya instansiyası məhkəməsi maddi və prosessual qanun pozuntularına yol vermişdir. Ona görə də, Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-926/2021 nömrəli iş üzrə 20 may 2021-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə ləğv edilərək, iddia tələbinin tam təmin olunması və ya işə yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş edir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları İddiaçının nümayəndəsi və vəkili Vəkil məhkəmə kollegiyasının iclasında kassasiya şikayətinin məzmununa uyğun izahat verərək təmin olunmasını xahiş etdi. Digər tərəfə məhkəmə iclasının vaxtı və yeri barə də lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunma sı ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlara təsir göstərə bilər. Hazırda apellyasiya instansiya məhkəməsinin qətnaməsindən iddiaçı kassasiya şikayəti vermiş, yalnız iddianın “tələbin ipoteka ilə yüklü edilmiş Cavabdeh məxsus Bakı şəhəri, Binəqədi rayonu, Goradil bağ sahəsi, 124a saylı bağ evinə yönəldilməsi, həmin əmlakın ilkin satış qiyməti 70 000 (yetmiş min) manat məbləğində müəyyən edilməklə açıq hərracda satılması, satışdan əldə olunmuş vəsait hesabına borcun ödənilməsi, kredit borcu ödənildikdən sonra qalan məbləğin Cavabdeh qaytarılması və bağ evi satıldıqdan sonra ən geci 1 (bir) ay ərzində boşaldılması” hissəsində ləğv olunması, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinin təmin edilməməsi hissəsini mübahisələndirmiş və həmin hissələrdə iddianın təmin olunmasını və ya ləğv edilərək baxılması üçün geri qaytarılmasını xahiş etmişdir. Bu səbəbdən apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin qanuniliyi kassasiya şikayətinin dəlillərinə uyğun yoxlanması təşkil edir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 739.2-ci maddəsinə əsasən kredit müqaviləsi üzrə bank və ya başqa kredit təşkilatı əqdlə nəzərdə tutulmuş həcmdə və şərtlər də pulun (kredit) borcluya verilməsi öhdəliyini, borclu isə bu məbləğin qaytarılması və faizlərin ödənilməsi öhdəliyini öz üzərinə götürür. “İpoteka haqqında” Qanunun 10.2-ci maddəsinə əsasən ipoteka müqaviləsi ipoteka qoyan və ipoteka saxlayan tərəfindən, habelə ipoteka qoyan borclu deyildirsə, borclu tərəfindən imzalanmış bir sənədin tərtibi yolu ilə yazılı formada bağlanılır. İpoteka müqaviləsi notariat qaydasında təsdiqlənməlidir. 10.4-cü maddəsinə əsasən ipoteka müqaviləsi dövlət qeydiyyatına alınmalıdır. İpoteka müqaviləsi dövlət qeydiyyatına alındığı andan qüvvəyə minir. 14.1-ci maddəsinə əsasən isə, ipotekanın əlavə qeydiyyatı müvafiq olaraq daşınmaz əmlakın dövlət reyestrində və daşınar əmlakın rəsmi reyestrində sənədlərin təqdim edildiyi gündən 3 iş günü müddətində aşağıdakı hall arda aparılır: ipoteka müqaviləsində əsas öhdəliyin mahiyyəti, ölçüsü və ya icra müddəti dəyişdikdə; əsas öhdəlik üzrə tələb hüququ başqa şəxsə keçdikdə; ipoteka predmeti dəyişdirildikdə; ipoteka predmeti özgəninkiləşdirildikdə. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, ye rində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən isə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələbindən kənara çıx a bilər. 416.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. 417.1.1.-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apelyas iya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətində qeyd edilən dəlillər mülahizə xarakterli olmaqla formal əsaslar kimi qiymətləndirilməklə yanaşı iş materialları ilə təsdiq edilmir. Həmin dəlillər əsassız olduğundan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas ola bilməz. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən etdiyi fakt iki hallara maddi hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntularına yol verməmişdir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı ləğv prosesində olan "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-926/2021 nömrəli iş üzrə 20 may 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-5724/2021
Ali Məhkəmə Qərar — İş №2(102)-5724/2021
25.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver