Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5726/2019 16.09.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyası, hakimlər Əsgərov Qürbət Ağa oğlunun sədrliyi və məruzəsi ilə, Vəliyeva Elşanə Rafiq qızı və Məmmədov Xəqani Firudin oğlundan ibarət tərkibdə, Əkbərli Əkbər Eldar oğlunun katibliyi, cavabdeh Azərbaycan Respublikası ƏMDK-nın yanında DƏDRX-nin 16 saylı Ərazi İdarəsinin nümayəndəsi Nümayəndə, vəkili Məcidli Elşən Seyidəli oğlunun, Cavabdeh9 MMC-nin vəkili N.İ.Axundovun iştirakları ilə, Şəki Apellyasiya Məhkəməsinin MK-nın 27 mart 2019cu il tarixli qətnaməsindən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşımaz Əm lakın Dövlət Reyestri Xidmətinin 16 saylı Ucar Ərazi İdarəsinin və vəkili Məcidli Elşən Seyidəli oğlunun və Cavabdeh9 MMC-nin, vəkili Axundov Nihad İlham oğlunun kassasiya şikayətləri üzrə işə baxaraq, MÜƏYYƏN ETDİ: Göyçay Rayon Məhkəməsinin 10 oktyabr 2018-ci il tarixli, 2(046)-1697/2018 nömrəli qətnaməsi ilə (hakim Zəfər Quliyev) iddia təmin edilmiş, 13.10.2016-cı il tarixli RX seriyalı ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reystrindən çıxarış; Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7 və Cavabdeh8 ilə «xxxx» MMC arasında bağlanmış 19.10.2016cı il tarixli 4Ə-462 reyestr nömrəli alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, həmin müqavilə əsasında «xxxx» MMC-nin adına verilmiş 20.10.2016-cı il tarixli RX seriy alı ******* saylı hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reystrindən çıxarışın ləğv edilməsi, ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 27 mart 2019-cu il tarixli, 2(107)619/2019-saylı qətnaməsi ilə (hakimlər Ə,Məcidov sədrlik edən, məruzəçi, M.Əsədli və İ.Quliyev) iş üzrə Göyçay Rayon Məhkəməsinin 10 oktyabr 2018-ci il tarixli, 2(046)1697/2018 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılması, cavabdehlər Azərbaycan Respublikası ƏMDK-nın yanında DƏDRX-nin 16 saylı Ərazi İdarəsinin rəisi X4 və Cavabdeh9 MMC-nin nümayəndəsi və vəkili Axundov Nihad İlham oğlu tərəfindən verilmiş apellyasiya şikayətlərinin təmin edilməməsi qət edilmişdir. İŞİN HALLARİ: İddiaçı «xxxx» MMC-nin cavabdehlər Cavabdeh1, C avabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, Cavabdeh8, Cavabdeh9 MMC-yə, Azərbaycan Respublikası ƏMDK-nın yanında DƏDRX-nin 16 saylı Ərazi İdarəsinə, Göyçay rayon Notariat Kontoruna qarşı «hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın, alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və həmin alğı-satqı müqaviləsi əsasında verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 13.10.2016-cı il tarixdə ********** nömrə ilə qeydiyyata alınmış, RX ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reystrindən çıxarışın, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7 və Cavabdeh8 ilə «xxxx» MMC arasında bağlanmış 19.10.2016-cı il tarixli 4Ə-462 reyestr nömrəli alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, həmin müqavilə əsasında «xxxx» MMC-yə verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reystrindən çıxarışın ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ: Cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşımaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı Ucar Ərazi İdarəsi və vəkili Məcidli Elşən Seyidəli oğlu kassasiya şikayəti verərək şikayəti onunla əsaslandırmışlar ki, apellyasiya instansiyası məhkəməsi maddi və prosesual hüquq normalarını əhəmiyyətli dərəcədə pozmuş, düzgün tətbiq etməmişdir. Ona görə də apellyasiya instansiyası məhkəməsinin 27 mart 2019-cu il tarixli qətnaməsinin ləğv edilərək işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş edirlər. Cavabdeh9 MMC-nin vəkili Axundov Nihad İlham oğlu kassasiya şikayəti verərək şikayəti onunla əsaslandırmışdır ki, iş tam və hərtərəfli araşdırılmamış, qətnamə qüvvədə olan qanunvericilik normalarının pozutusu qəbul edilməklə düzgün olmayan nəticəyə gəlmişdir. Ona görə də apellyasiya instansiyası məhkəməsinin 27 mart 2019-cu il tarixli qətnaməsinin ləğv edilərək işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş edirlər. Məhkəmə kollegiyasının iclasında cavabdeh Azərbaycan Respublikası ƏMDK-nın yanında DƏDRX-nin 16 saylı Ərazi İdarəsinin nümayəndəsi Nümayəndə və vəkili Məcidli Elşən Seyidəli oğlu verdikləri kassasiya şikayətinin dəlillərini müdafiə edərək şikayətin təmin edilməsini, apellyasiya instansiyası məhkəməsinin 27 mart 2019-cu il tarixli qətnaməsinin ləğv edilərək işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etdilər. Cavabdeh9 MMC-nin vəkili N.İ.Axundov verdikləri kassasiya şikayətinin dəlillərini müdafiə edərək şikayətin təmin edilməsini apellyasiya instansiyası məhkəməsinin 27 mart 2019-cu il tarixli qətnaməsinin ləğv edilərək işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə tərəflərə lazımi qaydada bildiriş göndərilmiş olsa da, digər tərəflər üzrlü səbəblər olmadan gəlməmişlər. Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən kollegiya işə gəlməyən tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası məruzəçini dinləyib, kassasiya şikayətlərinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayətləri təmin edilməli, Şəki Apellyasiya Məhkəməsinin MK-nın 27 mart 2019-cu il tarixli qətnaməsi ləğv edilməli və yenidən baxılması üçün həmin məhkəməyə göndərilsin göndərilməlidir. HÜQUQ MƏSƏLƏLƏRİ: Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinin tələbinə görə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə bax an birinci instansiya və apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, kassasiya instansiyası məhkəməsinin iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Qeyd etmək lazımdır ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. Apellyasiya instansiyası məhkəməsinin işin materialları üzrə gəldiyi nəticədən görünür ki, cavabdeh Azərbaycan Respublikası ƏMDK-nın yanında DƏDRX-nin 16 saylı Ərazi İdarəsi şəhərin Natəvan küçəsi ilə Əli Kərim küçəsinin kəsişməsində yerləşən, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7 və Cavabdeh8 vaxtı ilə faktiki paylı mülkiyyətlərində olmuş 752,7 m2 ibarət olan keçmiş «Avtovağzal» binası üzərində mülkiyyət hüquqlarını, sözügedən əmlak kompleksi söküldükdən, dağa doğrusu, məhv edildikdən sonra dövlət qeydiyyatına alaraq, bu barədə daşınmaz əmlakın dövlət reyestrindən çıxarış vermiş, həmin çıxarış əsasında mövcud olmayan daşınmaz əmlakla bağlı Göyçay rayon Notariat Kontorunda alğı-satqı müqaviləsi bağlanmışdır. Apellyasiya instansiyası məhkəməsinin işin materialları üzrə gəldiyi digər nəticədən görünür ki, öncəki mülkiyyətçilərlə Cavabdeh9 MMC arasında qeyd olunan qeyri-yaşayış sahəsinə dair alqı-satqı müqaviləsi bağlanarkən alğı-satqı müqaviləsini təsdiq etmiş notariat kontoru satıcılardan daşınmaz əmlaka dair texniki pasportun təqdim edilməsini tələb etmədiyindən, DƏDRX-nin müvafiq ərazi idarəsi isə öncəki mülkiyyətçilərin adına daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verərkən (11.06.2015ci il tarixdə), həmçinin daşınmaz əmlaka dair alğı-satqı müqaviləsi əsasında daşınmaz əmlakın dövlət reyestrindən yeni mülkiyyətçinin adına çıxarış verərkən (20.10.2016-cı il tarixdə) qeyri-yaşayış sahəsinə dair texniki pasport tərtib etmədiyindən, qeyd edilən hallar (alğı-satqı müqaviləsi bağlanarkən qeyri-yaşayış sahəsinin mövcud olmaması, bunadək sökülərək, tikinti materiallarının başqa yerə daşınması) iddianın əsaslı olmasına dəlalət edir. Apellyasiya in stansiyası məhkəməsinin işin araşdırılmış halları ilə gəldiyi nəticələrə əsasən DƏDRX-nin müvafiq ərazi idarəsi tərəfindən mövcud olmayan əmlaka dair öncə ilk mülkiyyətçilərin (payçıların), daha sonra isə Cavabdeh9 MMC-nin adına daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verərkən, «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 10.1, 10.2.3-cü maddələrinin tələblərini pozmuşdur. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticələrinin maddi əsası kimi həmçinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 203.1, 324.5, 337.1, 404.1, 567, 646.1. və 646.2, «Notariat haqqında» Azərbaycan Respublikası Qanununun 27-ci maddələrinə istinad etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, Apellyasiya Məhkəməsi tərəfindən qəbul edilmiş qətnamə işin həqiqi hallarına uyğun ol mamaqla, iş üzrə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlinməmişdir. Belə ki, apellyasiya instansiyası məhkəməsinin işin araşdırılmış halları ilə müəyyən etdiyi kimi, Göyçay şəhəri, Natəvan küçəsində yerləşən qeyri-yaşayış binası Azərbaycan Respublikası Dövlət Əmlak Komitəsi tərəfindən «Dövlət əmlakının hüquqi və fiziki şəxslərə satılması haqqında» 13.11.1997-ci il tarixli 4204 qeydiyyat nömrəli şəhadətnaməyə əsasən Cavabdeh6, Cavabdeh2, Cavabdeh4, Cavabdeh5, Cavabdeh8, Cavabdeh3, X1, Cavabdeh7 adlarına özəlləşdirilmişdir. Sonradan qeyd olunan şəhadətnamə və Göyçay rayon Dövlət Notariat Kontorunun 11.06.2015-ci il tarixli 2V-173 saylı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında Göyçay şəhəri, Natəvan küç əsində yerləşən qeyri-yaşayış binası mülkiyyət, 0.0648 ha torpaq sahəsi isə Dövlət mülkiyyətində olmaqla Cavabdeh6, Cavabdeh2, Cavabdeh4, Cavabdeh5, Cavabdeh8, Cavabdeh3, Cavabdeh1, Cavabdeh7 adlarına 13.10.2016-cı il tarixli RX seriyalı ******* nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışla rəsmiləşdirilmiş, lakin texniki pasport tərtib edilməmişdir. Sözügedən qeyri-yaşayış binası sonradan mülkiyyətçilər tərəfindən Göyçay rayon Dövlət Notariat Kontorunun 19.10.2016-cı il tarixli 4Ə-642 nömrəli daşınmaz əmlakın alğı-satqı müqaviləsi əsasında Cavabdeh9 MMC-yə satılmışdır. Qeyd olunan alğı-satqı müqaviləsi əsasında Göyçay şəhəri Natəvan küçəsində yerləşən qeyri-yaşayış binası mülkiyyət, 0,0648 ha torpaq sahəsi isə Dövlət mülkiyyətində olmaqla Cav abdeh9 MMC-nin adına 20.10.2016-cı il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq, RX seriyalı ******* saylı Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışla rəsmləşdirilmiş, lakin texniki pasport tərtib edilməmişdir. Apellyasiya instansiyası məhkəməsi işin araşdırılmış halları ilə həmçinin müəyyən edilmişdir ki, Göyçay rayon icra hakimiyyəti başçısının 06.06.2017-ci il tarixli 48 nömrəli sərəncamı ilə əhaliyə göstərilən sərnişin daşıma xidmətinin yaxşılaşdırılması və sərnişinlərə lazımi səviyyədə avtovağzal xidmətinin göstərilməsinin təmin edilməsi məqsədi ilə şəhərin Natəvan küçəsi ilə Əli Kərim küçəsinin kəsişməsində verilmiş sxem üzrə 5360 m2 ölçüdə torpaq sahəsinin bir mərtəbəli «Avtovağzal» binasının tikintisi üçün ayrılması qər ara alınmışdır. Göyçay rayon İcra Hakimiyyəti başçısının 24.11.2017-ci il tarixli 116 nömrəli digər sərəncamı ilə əhaliyə göstərilən sərnişin daşıma xidmətinin yaxşılaşdırılması və sərnişinlərə lazımi səviyyədə avtovağzal xidmətinin göstərilməsinin təmin edilməsi məqsədi ilə şəhərin Natəvan küçəsi ilə Əli Kərim küçəsinin kəsişməsində 5360 m2 ölçüdə torpaq sahəsində «xxxx» MMC-yə bir mərtəbəli «Avtovağzal» binasının və qeyri-yaşayış obyektinin tikintisinə icazə verilməsi qərara alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası ƏMDK-nın Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi tərəfindən Göyçay rayonu inzibati ərazisində yerləşən Göyçay Avtovağzalının sökülmüş köhnə binasının yerində yeni avtovağzal binasının tikilməsi üç ün nəzərdə tutulan 0,536 ha torpaq sahəsinin yerquruluşunun planı verilmiş, həmçinin Göyçay rayon İcra Hakimiyyətinin Memarlıq və Tikinti şöbəsinin müdiri-rayonun baş memarı tərəfindən sözügedən torpaq sahəsində inşa ediləcək «Avtovağzal» binasının və qeyri-yaşayış obyektinin memarlıq planlaşdırma layihəsi təsdiq edilmişdir. Apellyasiya instansiyası məhkəməsinin işin araşdırılmış halları ilə daha sonra müəyyən edilmişdir ki, təsdiq edilmiş layihə əsasında tikinti işləri başlanmış və müasir tələblərə uyğun «Avtovağzal» binası və qeyri-yaşayış obyekti inşa edilmişdir. Tikinti işləri başa çatdıqdan sonra, sözügedən qeyri-yaşayış sahəsinin istismarına icazə verilməsi məqsədilə Göyçay rayon İcra Hakimiyyətinə müraciət edilmiş, həmin müraciət əsasında inşası başa çatmış qeyri-yaşayış sahəsinə ba xış keçirilmiş, şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə uyğun tikinti işləri aparıldığına görə, 15.03.2018-ci il tarixdən «xxxx» MMC-yə «Avtovağzal» tikinti obyektinin istismarına icazə verilmiş və bu barədə 15.03.2018-ci il tarixli 3 nömrəli «tikinti obyektinin istismarına dair» icazə sənədi verilmişdir. İddiaçı da öz növbəsində hüquq müəyyənedici sənədlər əsasında «Avtovağzal» binası və qeyri-yaşayış obyekti üzərində «xxxx» MMC-nin mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması məqsədi ilə Azərbaycan Respublikası ƏMDKnın yanında DƏDRX-nin 16 saylı Ərazi İdarəsinə müraciət etdikdə, 01.06.2018-ci il tarixli bildirişlə müraciət təmin edilməmiş, mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınmasından imtina edilmiş, imtinanın əsası kimi bildirişdə göstərilmişdir ki, həmin ünvanda yerləşən qeyri-yaşayış binası üzərində digər şəxsin mülkiyyət hüququnun **********74-06301 reyestr nömrəsi ilə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması məlum olmuş və bu səbəbdən ərizənin icrası mümkün olmamışdır. Maddi əsası əsasən Azərbaycan Respublikasının Mülki Məcəllənin 337.1-ci maddəsi təşkil edən iddia tələblərinə görə ümumi sahəsi 752,7 m2 olan keçmiş «Avtovağzal» binası keçmiş mülkiyyətçilər - Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7 və Cavabdeh8 tərəfindən 2015-ci ilin təxminən iyun-iyul aylarında söküldükdən sonra, mövcud olmayan qeyri-yaşayış sahəsinə Azərbaycan Respublikası ƏMDK-nın yanında DƏDRX-nin 16 saylı Ərazi İdarəsi tərəfindən 13.10.2016-cı il tarixdə RX seryalı ******* nömrəli hüquqların dövlət qeydiyy atı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. Həmin çıxarış əsasında mülkiyyətçilər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7 və Cavabdeh8 tərəfindən X3 verilmiş etibarnamə əsasında, sonuncu ilə «xxxx» MMC-nin adından çıxış edən X2 arasında mövcud olmayan qeyri-yaşayış sahəsinə dair 19.10.2016-cı il tarixdə daşınmaz əmlakın alğı-satqı müqaviləsi bağlanmışdır. Həmin alğı-satqı müqaviləsi əsasında «xxxx» MMC mövcud olmayan keçmiş «Avtovağzal» binası üzərində mülkiyyət hüquqlarını dövlət qeydiyyatına aldıraraq, bu barədə hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış almışdır. Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7 və Cavabdeh8 vaxtı ilə paylı mülkiyyətlərində ol muş ümumi sahəsi 752,7 m2 qeyri-yaşayış sahəsini, yəni keçmiş «Avtovağzal» binasını sonuncular öz istəyi ilə sökmüşlər. Həmin qeyri-yaşayış sahəsinin yerləşdiyi torpaq sahəsi isə dövlətin mülkiyyətində olduğu üçün, eləcə də boş və istifadəsiz olduğundan yeni «Avtovağzal» binasının inşa edilməsi məqsədilə «xxxx» MMC-yə ayrılmışdır. Rayonun baş memarının verdiyi məlumatla yanaşı, keçmiş payçılarda təsdiq edə bilərlər ki, 752,7 m2 ibarət olan «Avtovağzal» binası özləri tərəfindən sökülmüşdür. Cavabdeh Azərbaycan Respublikası ƏMDK-nın yanında DƏDRX-nin 16 saylı Ərazi İdarəsi yuxarıda adları qeyd edilən payçılara mübahisəli keçmiş «Avtovağzal» binasına dair yalnız hüquqların dövlət qeydiyyatı barədə daşınmaz əmlakın dövlət reyestrindən çıxarış vermişdir. Həmin əmlak kompleksi mövcud olsaydı, çı xarışla barəbər payçılara texniki pasport da verilərdi. Mövcud olmayan daşınmaz əmlakla bağlı alğı-satqı müqaviləsi bağlanması isə, həmin müqavilənin bağlandığı andan etibarsızlığına səbəb olur. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırki mübahisəni araşdırarkən ilk növbədə iddiaçının hazırki iddianı qaldırmağa subyektiv hüququnun olub-olmamasını araşdırmamışdır. Belə ki, “İ.Şabanovanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 24 oktyabr 2011-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 27 avqust 2012-ci il tarixli Qərarında Konstitusiya Məhkəməsi Plenumu göstərmişdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquq lu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Eyrenin İrlandiyaya qarşı iş üzrə İnsan hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, məhkəməyə müraciət etmək hüququ şəxsin hüquq və vəzifələrinin müəyyən edilməsi və öz işini lazımi qaydada təqdim etməsi üçün onun işinə müstəqil və qərəzsiz məhkəmə tərəfindən baxılması hüququna malik olması deməkdir. Şəxsin məhkəməyə müraciət etmək hüququnun olmaması ədalətli məhkəmə araşdırması hüququnu mənasız edir. İş materialları ilə müəyyən edilmişdir ki, torpaq sahəsi avtovabzal tikintisi kimi ayrılmış və həmin tikilini layihə əsasında aparmaq iddiaçıya həvalə edilmişdir. Lakin tikintinin kimin hesabına tikilməsi, tikilən avtovağzal binasının kimin balansında olması, qeyri-yaşayış sahəsi üzərində iddiaçının mülkiyyət, sahibkarlıq,istifadə, icarə hüququnun olması barədə iş materiallarında olan hər hansı bir sübut yoxdur. İş materiallarında olan iddiaçının Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Ucar Ərazi İdarəsinə ünvanladığı məktubunda (i.v. 51) o, qeyri-yaşayış sahəsinin «Avtovağzal» binasına çıxarış və texniki pasport verilməsini xahiş edərkən qeyri-yaşayış sahəsinin hansı hüquqla qeydə alınmasını belə göstərməməsinə apellyasiya instansiyası məhkəməsi diqqət yetirməyərək işin bu halına da qiymət verməmişdir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, iddiaçının hazırki iddianı qaldırmağa hüququnun olub-olmaması apellyasiya instansiyası məhkəməsi tər əfində mütləq şəkildə araşdırılmalı idi. Həmçinin də işin materiallarından görünür ki, qeydiyyat şəhadətnamələri, alqı-satqı iddiaçının iddia etdiyi kimi əvvəl olmuş, lakin özü həmin əqdlərin tərəfi olmamışdır. Qanunvericiliyə əsasən hər kəs özünün subyektiv hüququnun həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ öz daxilində iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarınıı ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsilə məcburi şəkildə həyata keçirilməsinin mümkünsüzlüyünü nəzərdə tutur. Buna görə məh kəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğunu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin MİÜMK-nın 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 30 iyul 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə kimi apellyasiya məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamas ına araşdırmalıdır. Subyektiv mənada hüquq normativ hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onarın istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək kimi qəbul olunan xarici cəhəti isə ən mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq 3 elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar, başqa (borclu) şəxslərdən tələb etmək hüququ və müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementi birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci elemen t isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət etməklə yaranır. Belə qaydalara riayət etmədən subyektiv hüququn digər elementlərinin, yəni, başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də, həyata keçirilməsindən söhbət gedə bilməz. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işin bu halına da diqqət yetirməmişdir ki, iddiaçının hazırki iddianı qaldırmağa subyektiv hüququ olmuş olsa da belə, qeyri-yaşayış sahəsi cavabdehlərin mülkiyyəti olmuş, buna dair şəhadətnamələr qüvvədə olmaqla ləğv edilməmiş və mübahisələndirilməmişdir. Məhkəmə kollegiyası daha sonra hesab edir ki, apellyasiya instansiyası məhkəməsi qeyri-yaşayış sahəsinin əvvəlki mülkiyyətçilərinin izahatlarına əsaslanaraq binanın sökülərək mövcud olmaması nəti cəsinə gəlsə də, aydınlaşdırılmamışdır ki, mülkiyyətçilər hansı səbəblərdən həmin əmlakı satmışlar. Həmçinin, məhkəmə kollegiyası hesab edir ki, cavabdeh «xxxx» MMC apellyasiya şikayətinə işin icraatının dayandırılması barədə vəsatət əlavə etsələr də apellyasiya instansiyası məhkəməsi həmin vəsatətə bağlı heç bir hüquqi mövqeyini göstərməmişdir. Hətta iş materiallarında olan 27.03.2019-cu il tarixli iclas protokolundan görünür ki, cavabdeh «xxxx» MMC-nin işin icraatını dayandırılmasına dair teleqramması müzakirə edilmiş, lakin bununla əlaqədar hər hansı bir qərar qəbul edilməmişdir, başqa sözlə vəsatətin təmin edilməməsinin səbəbləri işin materiallarından görünmür. Kollegiyanın qənaətinə görə tərəflərin prosessual qanunvericilikdə nəzərdə tutulmuş qaydada verdikləri vəsatətlərin müzakirə edilməməsi, qiymətləndirilməməsi vəsatət müəllifinin tərəf kimi ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına gətirib çıxarır. Avropa İnsan Hüquqları Konvensiyasının 6-cı maddəsinə əsasən hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Avropa İnsan Hüquqları Məhkəməsinin öz qərarlarında tərəfin əsaslandırılmış qərar almaq hüququnu ədalətli məhkəmə baxışına olan hüququnun təməl hissəsi kimi qiymətləndirmişdir. Avropa İnsan Hüquqları Məhkəməsinin “Hilo Balani İspaniyaya qarşı” işi üzrə 09 dekabr 1994-cü il tarixli qərarında göstərilmişdir ki, milli məhkəmələr hər təqdim o lunan arqumenti və onunla əlaqəli sübutu cavablandırmaq vəzifəsi daşımasalar da, məhkəmə tərəfindən mühüm arqumentlər cavabsız qaldıqda məhkəmə baxışı ədalətli hesab edilə bilməz. Ərizəçinin arqumentinin apelyasiya instansiyası məhkəməsi tərəfindən rədd edildiyi və ya sadəcə nəzərə alınmadığı aydın deyil. Hər halda həmin məhkəmə bu arqumenti rədd etsəydi bunu öz qərarında əsaslandırmalı idi. Kollegiya kassasiya şikayətinin dəlilərinə qiymət verməkdə davam edərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi cavabdeh «xxxx» MMC-nin İcra Hakimiyyətinin sərəncamlarının qanuniliyini inzibati məhkəmədə mübahisələndirilməsinə, qeyd edilən məhkəmə instansiyasının qəbul edəcəyi yekun qərarın qüvvəyə mindiyi təqdirdə hazırki mübahisənin ədalətli və obyektiv həlli baxımından təsiri ola bilməsinə də diqqət yetirməmişdir. Azərbaycan Respublikasının Mülki Məcəllənin 567, 646.1. və 646.2-ci maddələrinin tələblərinə əsasən daşınmaz əşyaların alqı-satqısı müqaviləsinə görə satıcı torpaq sahəsini, evi, binanı, qurğunu, mənzili və ya digər daşınmaz əşyanı alıcının mülkiyyətinə verməyi öhdəsinə götürür. Əgər bu Məcəllənin bu paraqrafının aşağıdakı müddəalarından ayrı qayda irəli gəlmirsə, daşınmaz əşyaların alqı-satqısına əşyaların alğı-satqısı haqqında ümumi müddəalar müvafiq surətdə tətbiq edilir. Alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür Hər hansı əqdin (o cümlədən alqı-satqı müqaviləsinin) etibarlılığı üçün onun bağlanmasında lazımi subyektlərin (səl ahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə və onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir (Konstitusiya Məhkəməsi Plenumunun 12 aprel 2004-cü il tarixli qərarı). Alqı-satqı müqaviləsi tərəflər üçün konkret hüquq və vəzifələr yaradır. Alqı-satqı müqaviləsi satıcının müəyyən əşyanı alıcının mülkiyyətinə verəcəyi, alıcının isə həmin əşyanı qəbul edərək, əvəzində müəyyənləşdirilmiş pul məbləğini, yəni əşyanın qiymətini satıcıya ödəyəcəyi haqqında razılaşmadır. Belə müqavilə üzrə satıcı müqavilənin predmeti olan əşyanı alıcının mülkiyyətinə verməlidir. Satıcının üzərinə müqavilədən irəli gələn borcunu real olaraq icra etmək vəzifəsi qoyulur. Bunun nəticəsində həmin əşya üzərində satıcının mülkiyyət hüququna x itam verilir və onun üzərində alıcının mülkiyyət hüququ yaranır (Konstitusiya Məhkəməsi Plenumunun 04.03.2015-ci il tarixli qərarı). Həmin Məcəllənin 404.1-ci maddəsinə əsasən müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. (324.5-ci maddə) Azərbaycan Respublikası Mülki Məcəllənin 203.1-ci maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat yazısı ləğv edildikdə, habelə daşınmaz əmlak tamamilə məhv olduqda, daşınmaz əmlaka mülkiyyət hüquq u itirilir. «Notariat haqqında» Azərbaycan Respublikası Qanununun 27-ci maddəsinə əsasən notariat hərəkətlərinin aparılması qaydaları bu Qanun, Azərbaycan Respublikasının digər qanunvericilik aktları və onların əsasında Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanının təsdiq etdiyi müvafiq təlimatla, Azərbaycan Respublikasının konsulluqlarında aparılan notariat hərəkətlərinin qaydaları, həmçinin Azərbaycan Respublikasının Konsul Nizamnaməsi, Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanlarının birgə təsdiq etdiyi təlimatla müəyyən edilir. «Notariat haqqında» Azərbaycan Respublikası Qanununun 45-ci maddəsinə əsasən notariuslar və müvafiq icra hakimiyyəti orqanları təsdiq etdikləri əqdin məzmununun qanuna və tərəflərin həqiqi niyyətinə uyğunluğunu yoxlamalıdırlar. “Daşın maz əmlakın dövlət reyestri haqqında” Qanunun 11-ci maddəsinə əsasən, hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Eyni zamanda, qanunverici müvafiq icra hakimiyyəti orqanının üzərinə daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunun yoxlanılması, bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmamasının müəyyən edilməsi vəzifəsini qoymuşdur (“Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 9.1.2 və 9.1.3-cü maddələri). “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 18-ci maddəsinə əsasən, məhv olunmuş daşınmaz əmlakın qeydiyyatının ləğvi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 150-ci maddəsinə uyğun olaraq aparılır.Daşınmaz əmlak üzərində mülkiyyət hüququ yüklü deyildirsə və bu cür əmlak mülkiyyətçinin iradəsi ilə sökülüb tam məhv edilmişdirsə, onun ərizəsi əsasında qeydiyyat orqanı mülkiyyət hüququnun qeydiyyatını ləğv edir. Mülki Məcəllənin 337.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Qanunvericiliiyn tələblərinə əsasən alqı-satqı müqaviləsi əsasında öhdəlik hüquq münasibətləri o halda əmələ gəlir ki, bu, hər bir hüquq münasibəti ki mi quruluşca 4 elementdən (tərkib hissəsindən) ibarətdir: hüquq münasibətinin subyekt tərkibi; subyektlərin subyektiv hüququ; subyektlərin subyektiv vəzifəsi; hüquq münasibətinin obyekti. Subyektlərin malik olduqları subyektiv hüquq və daşıdıqları vəzifələr hüquq münasibətlərinin məzmununu təşkil edir. Alğı-satqı müqaviləsində tərəf kimi çıxış edən subyektlərin hüquq və vəzifələri müqavilənin məzmununu əmələ gətirir. Satıcının əsas vəzifəsi əşyanı alıcının mülkiyyətinə verməkdən, özü də yalnız alğı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməkdən ibarətdir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi sadalanan maddi hüquq normalarına istinad etməsinə baxmayaraq mübahisəli əmlakla bağlı alqı-satqı müqaviləsinin və reyestrdən çıxarış verilərkən alqı-satq ı predmeti olmuş əmlakın yerində olub-olmaması, əmlakın konkret olaraq nə vaxt və kimin təşəbbüsü ilə sökülməsi ilə bağlı tam və hərtərəfli araşdırma aparmamışdır. Məhkəmə kollegiyası daha sonra apellyasiya instansiyası məhkəməsinin DƏDRXnin müvafiq ərazi idarəsi tərəfindən mövcud olmayan əmlaka dair öncə ilk mülkiyyətçilərin (payçıların), daha sonra isə Cavabdeh9 MMC-nin adına daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verərkən «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 10.1 və 10.2.3-cü maddələrinin tələblərinin pozulması barədə nəticəsi ilə də razılaşmır. Belə ki, «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 10.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı bu qanunla müəyyən olunmuş qaydada hüquq əldə edənin, onu n tərəfindən vəkil edilmiş şəxsin bilavasitə təqdim edilən və ya notarius, yaxud qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər vasitəsilə göndərilən ərizəsi əsasında aparılır. Qanunun 10.2.3-cü maddəsinə əsasən qeydiyyat orqanına verilən ərizəyə torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakının (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi əlavə olunur. Yuxarıda qeyd edilən “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun və digər normativ hüquqi aktların tələbləri imperativ göstəriş kimi qeydiyyat aparan orqanın əməkdaşlarının üzərinə daşınmaz əmlakla bağlı qeydiyyat apararkən təqdim olunan sənədlərlə daşınmaz əmlakın faktiki vəziyyəti ilə uyğunluğunun, yəni daşınmaz əmlakın mövcud olub -olmaması, mövcuddursa təqdim edilən sənədlərdə əks olunan texniki göstəricilərlə yerində mövcud olan faktiki vəziyyəti arasında uyğunluğun olub olmamasının yoxlanılması və araşdırılması kimi vəzifələr qoymuşdur. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi «xxxx» MMC-nin yeni tikilmiş avtovağzal və digər tikililər üzərində hüquqlarını daşınmaz əmlakın dövlət reyestrində qeydə aldıra bilməməsinin səbəbləri ilə bağlı cavabdeh tərəfin dəlillərini tam və hərtərəfli araşdırmadan hazırkı iş üzrə iddiaçı – yeni avtovağzal kompleksinin tikilməsi üçün qanunla müəyyən olunmuş qaydada müvafiq icazələr almaqla, istifadəsinə verilmiş torpaq sahəsində qanunvericiliyə və təsdiq olunmuş layihəyə əsasən avtovağzal və digər tikililər inşa etmiş, təyinatı üzrə istifadə edən iddiaçın ın hüquqlarının pozulması kimi səhv hüquqi nəticəyə gəlmişdir. Apellyasiya instansiyası məhkəməsi işin araşdırılmış halları ilə daha sonra müəyyən etmişdir ki, hüquqların dövlət qeydiyyatının aparılması üçün daşınmaz əmlakın dövlət reyestrini aparmaq səlahiyyəti olan orqana ərizə təqdim edilərkən, köhnə avtovağzal binasının texniki pasportu verilməmiş, DƏDRX tərəfindən isə həmin texniki pasportun təqdim edilməsi tələb edilməmiş, bundan başqa, daşınmaz əmlakın dövlət reyestrindən çıxarışlar verilərkən, yeni texniki pasport tərtib edilməmişdir. Halbuki, apellyasiya instansiyası məhkəməsi göstərilən hala istinad edərək iş üzrə nəticəyə gələrkən nəzərə almalı idi ki, texniki pasportun tərtib edilməsi alqı-satqı müqaviləsinin, reyestrdən çıxarışın ləğvi üçün əsas ola bilməz. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə hüquqi qiymət verməkdə davam edərək daha sonra hesab edir ki, apellyasiya instansiyası məhkəməsi DƏDRX-nin 16 saylı Ərazi İdarəsi mübahisəli qeyri-yaşayış sahəsinin öncəki mülkiyyətçilərin, sonra isə alğı-satqı müqaviləsi əsasında Cavabdeh9 MMC-nin adına daşınmaz əmlakın dövlət reyestrindən çıxarışlar verilməsinin əsasları üzrə tam araşdırma aparmayaraq yalnız iddiaçı tərəfin təqdim etdiyi hallara istinad edərək alqı-satqı müqaviləsi bağlanarkən Mülki Məcəllə ilə müəyyənləşdirilmiş şərtlərin pozulması, alğı-satqı müqaviləsinin etibarsız olmaqla bu müqavilə əsasında Cavabdeh9 MMC-nin adına verilmiş çıxarışın, həmçinin əvvəlki mülkiyyətçilərin (payçıların) adına verilmiş çıxarışların ləğv edilməli olmasına dair işin araşdırılmış hallarına uyğun olmayan nəti cələrə gəlmişdir. Halbuki, işdə olan sübutları təhlil etmədən, onların mötəbərliyini yoxlamadan işin bu və ya digər faktiki hallarının müəyyən edilmiş və ya müəyyən edilməmiş hesab edilməsi yolverilməzdir və işin məhkəmə tərəfindən müəyyən edilmiş hesab olunan hər bir halı barəsində məhkəmənin gəldiyi yekun nəticə işdə olan sübutlarla təsdiq olunmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, onları əlaqəli şəkildə şərh etməli, bu və ya digər sübutun qəbul edilib-edilməməsinin səbəblərini qətnamədə aydın izah etməlidir. Qanunvericiliyə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsi və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunla müəyyən edilmiş qaydada inzibati orqan olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəs i yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən həyata keçirilir. Məhkəmə kollegiyası hesab edir ki, mübahisədə adı qeyd edilən köhnə avtovağzal binası (qeyri-yaşayış sahəsi) üzərində hüquqların dövlət qeydiyyatı aparılarkən müvafiq icra hakimiyyəti orqanın hərəkətləri «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunda göstərilən tələblərə uyğun olub-olmamasının apellyasiya instansiyası məhkəməsi işin araşdırılmış halları və apellyasiya şikayətinin dəlilləri ilə düzgün olaraq müəyyən etməmişdir. Kollegiya qeyd edir ki, “Məhkəmələr və hakimlər haqqında” qanunun 3-cü maddəsinə əsasən məhkəmələr ədalət mühakiməsini həyata keçirərkən təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını, mülkiyyət formasından asılı olmayaraq şəxslərin hüquqlarını və qanuni mənafelərini hər cür qəsdlərdən və qanun pozuntularından müdafiə edirlər. Həmin qanunun 8-ci maddəsinə görə ədalət mühakiməsi heç bir məhdudiyyət qoyulmadan ədalətlə həyata keçirilir. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun «Məhkəmə qətnaməsi haqqında» 24 noyabr 2005-ci il tarixli 4 saylı qərarında göstərilir ki, məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır. Həmin Qərarının 17-ci bəndinin tövsiyyəsinə görə kassasiya və apellyasiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda ve rilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Azərbaycan Respublikasının Konstitusiyasında ədalət mühakiməsinin həyata keçirilməsinənin əsas prinsipləri kimi işlərə qəzərsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxılması (127-ci maddəsinin İİ hissəsi) təsbit olunmuşdur. Kollegiya hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin hazırki iş üzrə qəbul etdiyi qətnaməsi qeyd edilən tələblərə cavab vermir. Belə ki, apellyasiya instansiyası məhkəməsi cavabhdehlərin apellyasiya şikayətlərində göstərilənlərə qeyd edilən Plenum qərarının tələbləri baxımından müfəssəl hüquqi qiymət verməyərək işə baxarkən həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmamış, işin faktiki hallarını düzgün müəyyənləşdirməmiş, iddiaçının iddi a tələbinin əsası kimi, cavabdehlərin isə iddiaya olan etirazının əsas kimi istinad etdikləri hallara və sübutlara lazımi hüquqi qiymət verməmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, «məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hər əkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir». Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 yanvar 2005-ci il tarixli “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə” 11 iyun 2004-cü il tarixli 688-İİQD saylı Azərbaycan Respublikası Qanununun İİİ hissəsinin 9-cu bəndinin və İV hissəsinin 7-ci bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin İX hissəsinə uyğunluğunun yoxlanılmasına dair” qərarının izahına əsasən istənilən məhkəmə aktının qanuni və əsaslı tanınması üçün zəruri şərt onun ədalətli olmasıdır, belə ki, ədalətli m əhkəmə araşdırmasının həyata keçirilməsi ilə ədalətin qələbəsi aşkar görünməlidir. Azərbaycan Respublikası MPM-nin 418.1-ci maddəsinə əsasən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Beləliklə, məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsi maddi və prosessual qanun pozuntularına yol verməklə düzgün hüquqi nəticəyə gəlmədiyindən qəbul etdiyi qətnaməsi qanuni, əsaslı sayıla bilmədiyi üçün ləğv edilməli və iş yeni apellyasiya baxışına qaytarılmalı, cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşımaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı Ucar Ərazi İdarəsinin kassasiya şikayəti tam, lakin Cavabde h9 MMCnin kassasiya şikayəti qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 417.1.4-cü maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edə bilər. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar kifayət qədər olmadığı üçün və iş üzrə apellyasiya qaydasında müəyyən araşdırmalar aparılması zərurəti olduğundan hazırki iş üzrə yeni qərar qəbul edilməsi mümkün deyildir. Kollegiya hesab edir ki, işə yenidən baxan məhkəmə yuxarıda qeyd olunan nöqsanları aradan qaldırmaqla yanaşı işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirləri görməli, mübahisəli hüquq münasibətinə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını təmin etməli, ən əsası isə araşdırılan sübutlara Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələbləri baxımından düzgün qiymət verməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 416-420-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşımaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı Ucar Ərazi İdarəsinin kassasiya şikayəti tam, Cavabdeh9 MMC-nin kassasiya şikayəti isə qismən təmin edilsin. Şəki Apellyasiya Məhkəməsinin MK-nın 27 mart 2019-cu il tarixli qətnaməsi ləğv edilsin və iş yenidən baxılması üçün həmin məhkəməyə gö
Məhkəmə qərarları › İş №2(102)-5726/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-5726/2019
16.09.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver