Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5727/2022 22.11.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin (hazırda Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti) Cavabdeh1 qarşı iddia tələbinə dair mülki iş üzrə QƏRARİ (Açar sözlər: alğı-satqı müqaviləsinin ləğv edilməsi, müqavilə üzrə alınmış əmlakın geri qaytarılması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Həsənov Vüqar Təvəkgül oğlu (məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, iddiaçı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin (hazırda Azərbaycan Res publikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti) Cavabdeh1 hüquqi varisləri Cavabdeh2 və Cavabdeh3 alğı-satqı müqaviləsinin ləğv edilməsi, müqavilə üzrə alınmış əmlakın geri qaytarılması tələbinə dair mülki iş üzrə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(104)-339/2022 nömrəli, 25 may 2022-ci il tarixli qətnaməsindən Cavabdeh1 hüquqi varisləri Cavabdeh2 və Cavabdeh3 tərəfindən verilmiş kassasiya şikayətinə 22 noyabr 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi (bundan sonraiddiaçı) ilə Cavabdeh1 (bundan sonra-cavabdeh) arasında bağlanmış 10 aprel 2019-cu il tarixli, 4337 nömrəli daşınmaz əmlakın alğı-satqısına dai r müqavilənin təsdiq olunmuş surətindən görünür ki, ünvan 1ndə yerləşən sahəsi 299.2 kv.m. olan qeyri-yaşayış sahəsi (145 saylı bufet) Cavabdeh1 hərracdan 37.000 manata satılmışdır.
2. Cavabdeh1 müqavilə üzrə müəyyən edilmiş satış qiymətindən 6.700 manat ödəmiş, digər hissəsini 30.300 manatı ödəməmişdir.
3. Həmin müqavilənin 2.2.2-ci bəndinə əsasən alıcı öhdəliyinə əsasən alınmış daşınmaz əmlakın dəyərini, yəni hərracdan əvvəl beh kimi ödənilmiş 10 % də nəzərə alınmaqla 37.000 manatı müqavilə bağlandığı andan 30 bank günü müddətindən gec olmayaraq və yaxud xx.xx.2019-cu il tarixədək satıcının (AZ74NABZ********************, VÖEN: **********, S.W.İ.F.T. bik: NABZAZ2C) AZ24 NABZ 0136 0150 0000 0000 1944 №-li tranzit manat hesabına köçürməyi öhdəsinə götürmüşdür.
4. Həmin müqavilənin 3.1-ci bə ndinə əsasən əgər alıcı aldığı daşınmaz əmlakın dəyərini müqavilə imzalandığı andan 30 bank günü ərzində ödəməzsə, müqavilə qüvvədən düşmüş hesab edilir və onun tərəfindən ödənilmiş beh geri qaytarılmır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a)Birinci instansiya məhkəməsində icraat
5. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi (hazırda Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti, bundan sonra – iddiaçı) Cavabdeh1 (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, aralarında bağlanmış ünvan 1ndə yerləşən, sahəsi 299,2 kv.m. olan qeyri-yaşayış sahəsinin (145 saylı bufet) və onun 786,0 kv.m. torpaq sahəsinin alğı-satqısına dair xx.xx.2019cu il tarixli, 4337 nömrəli müqavilənin ləğv edilməsi, həmin qeyri-yaşa yış sahəsinin boşaldılaraq iddiaçıya təhvil verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması, müqavilə üzrə cavabdeh tərəfindən ödənilmiş 6.700 manat məbləğində vəsaitin satıcıya vurulmuş zərərin əvəzi kimi qəbul edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir
6. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdehlə aralarında bağlanmış xx.xx.2019cu il tarixli, 4337 nömrəli alğı-satqı müqaviləsinə əsasən, ünvan 1ndə yerləşən, sahəsi 299,2 kv.m. olan qeyri-yaşayış sahəsi (145 saylı bufet) və onun 786,0 kv.m. torpaq sahəsi 37.000 manat müqabilində cavabdehə satılmışdır. Lakin cavabdeh öz üzərinə düşən öhdəliyi yerinə yetirməmiş, 6.700 manat pulu ödəmiş, qalan 30.300 manat pulu iddiaçıya qaytarmamışdır. Halbuki, müqaviləyə əsasən alıcı müqavilə imzalandığı gündən 30 gün müddətində əmla kın tam dəyərini, yəni 37.000 manat pulu satıcının Azərbaycan Respublikasının Mərkəzi Bankındakı hesabına köçürməyi öhdəsinə götürmüşdür.
7. Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(044)-3515/2019 nömrəli iş üzrə 19 noyabr 2019-cu il tarixli qətnaməsi ilə (hakim Z.Hünmətov) iddia tələbi təmin edilməmişdir.
8. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, cavabdeh hərracın qalibi olsa və əmlak iddiaçı tərəfindən ona satılsa da, qanunda birbaşa göstəriş olmasına baxmayaraq, əmlakın alıcının mülkiyyətinə verilməsi, müqavilə bağlandıqdan sonra alıcının mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bu barədə ona reyestrdən çıxarışın verilməsi həyata keçirilməmişdir.
9. Məhkəmə qeyd etmişdir ki, müqavilə ümumiyy ətlə alıcı tərəfindən imzalanmamış, hərracın keçirilməsindən sonra iddiaçı orqan bununla bağlı öz üzərinə düşən vəzifələri qanunun tələblərinə uyğun şəkildə həyata keçirməmişdir ki, bu da cavabdehin mülkiyyət hüququnun pozulması kimi nəticələnən hal kimi xarakterizə edilməlidir.
10. Məhkəmə hesab etmişdir ki, iddiaçı iddia ərizəsində göstərdiyi hallarla bağlı məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Ona görə də iddia tələbi təmin oluna bilməz.
11. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 14.1, 324, 331, 337.1, 338, 339, 390.1, 399, 567-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 14.2, 76.1, 76.2, 77.1, 78.1, 80, 88, 217.2, 217.4-cü maddələrinə, “Dövlət əmlakının özəlləşdirilməsi haqqınd a” Azərbaycan Respublikası Qanununun (bundan sonra - “Dövlət əmlakının özəlləşdirilməsi haqqında” Qanun) 1.0.1, 1.0.7-ci madddələrinə, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2000- ci il tarixli, 432 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət əmlakının hərraclar vasitəsi ilə satışı” Qaydalarının 1, 5-ci hissələrinə, 2-7-ci bəndlərinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat
12. İddiaçı qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddianın tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
13. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə qanunsuz və əsassızdır. Belə ki, cavabdeh əmlakın satılması ilə bağlı keçirilmiş hərracda iştirak etmiş və hərracın qalibi olmaqla əmlakı satın almışdır. Hərrac protokolu cavabdeh tərəfindən imzalanmışdır ki, bu da müqavilə qüvvəsinə malikdir. İşdə mübahisəli əmlakın cavabdeh tərəfindən satın alınmasını təsdiq edən kifayət qədər sübutlar mövcud olmasına baxmayaraq, məhkəmə əsassız olaraq iddia tələbini təmin etməmişdir.
14. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(104)-1723/2020 nömrəli iş üzrə 30 oktyabr 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər – Ədil Məmmədov (sədrlik edən və məruzəçi), Rəhman Muradov və Fikrət Mehtiyev) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
15. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd etmişdir ki, xx.xx.2019-cu il tarixli, 4337 nömrəli müqavilə cavabdeh tərəfindən imzalanmamışdır. Bu hal müqavilənin etibarsızlığı üçün əsas ola bilər. Hazırkı işdə ləğv edilməsi tələb olunan müqavilə cavabdeh tərəfindən imzalanmadığından, həmin müqavilə bağlanmış kimi qiymətləndirilə, bağlanması müəyyən olunmayan müqavilənin isə ləğv edilməsi tələbi əsaslı sayıla bilməz.
16. Məhkəmə öz mövqeyini Mülki Məcəllənin 331, 337.1, 338, 339, 390.1, 567, 600.1-ci maddələrinə və MPM-in 14.2, 77.1-ci maddələrinə istinadla əsaslandırmışdır. c) Kassasiya instansiyası məhkəməsindəki birinci icraat
17. İddiaçı (vəkil X1) kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunmasını, işin yeni apellyasiya baxışına qaytarılması barədə qərar çıxarılmasını xahiş etmişdir.
18. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 14 iyun 2021-ci il tarixli, 2(102)-3396/2021 nömrəli qərarı ilə (hakim Abiddin Hüseynov (sədrlik edən və məruzəçi), hakimlər Əhməd Nurməmmədov və Mehparə Əhmədova) iddiaçının kassasiya şikayəti təmin edilmiş, Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 30 oktyabr 2020- ci il tarixli, 2(104)-1723/2020 nömrəli qətnaməsi ləğv edilmiş və iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir.
19. Kassasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, apellyasiya instansiyası məhkəməsi iddianın rədd olunmasını əsaslı sayarkən tərəflər arasında bağlanmış alğı-satqı müqaviləsinin cavabdeh (alıcı) tərəfindən imzalanmadığına istinad etmiş və hesab etmişdir ki, belə vəziyyətdə alğı-satqı müqaviləsinin bağlanması barədə nəticəyə gəlmək üçün əsaslar yo xdur. Məhkəmələr tərəfindən iddiaçının tələbinin əsası kimi istinad etdiyi 09 aprel 2019-cu il tarixli alğı-satqı müqaviləsinin həqiqətən də cavabdeh tərəfindən imzalanmadığı müəyyən edilmişdir. Bununla yanaşı, mübahisəli qeyri-yaşayış sahəsinin əmlakın özəlləşdirilməsi qaydasında hərraca çıxarıldığı, cavabdehin hərracda iştirak etdiyi, hərracın qalibi kimi əmlakı əldə etdiyi, eləcə də onun tərəfindən aldığı əmlakın dəyərinin bir hissəsi olaraq dövlətə 6.700 manat ödədiyi işin mübahisə olunmayan hallarıdır. Həmin hallar məhkəməyə ünvanlanmış şifahi və yazılı izahatlar zamanı cavabdeh tərəfindən etiraf edilmiş və ya mübahisələndirilməmişdir. Halbuki, Mülki Məcəllənin 415.5-ci maddəsinə əsasən hərracı udmuş şəxs və hərracın təşkilatçısı arasında hərracın nəticələri haqqında imzalanmış protok ol müqavilə qüvvəsinə malikdir və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.2-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün birbaşa əsasdır. Qeyd olunan məsələ iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin də əsas dəlilini təşkil etmiş, lakin işə baxan apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərini araşdırmadan, onlara hüquqi qiymət vermədən birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirilmədən saxlamışdır.
20. Məhkəmə öz mövqeyini Mülki Məcəllənin 414.1, 414.3, 415.5, 567-ci maddələrinə və MPM-in 14.1, 77.1 88-ci maddələrinə istinadla əsaslandırmışdır. d)Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat
21. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 25 may 2022-ci il tarixli, 2(104)-339/2022 nöm rəli qətnaməsi ilə (hakim Şamil Rzaquliyev (sədrlik edən və məruzəçi), hakimlər Əlizamin Abdullayev və Aygül İsgəndərova) apellyasiya şikayəti təmin edilərək, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 19 noyabr 2019-cu il tarixli, 2(044)-3515/2019 nömrəli qətnaməsinin ləğv edilməsi, yeni qətnamənin çıxarılması, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi ilə Cavabdeh1 arasında bağlanmış Gəncə şəhəri Nizami rayon Şəddadilər küçəsində yerləşən, sahəsi 299.2 kv.m. olan qeyri yaşayış sahəsinin (145 saylı bufet) və onun 786,0 kv.m. torpaq sahəsinin alğı-satqısına dair xx.xx.2019-cu il tarixli 4337 saylı müqaviləsinin ləğv edilməsi, həmin qeyri-yaşayış sahəsinin boşaldılaraq Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə təhvil verilməsi vəz ifəsinin Cavabdeh2 və Cavabdeh3 üzərinə qoyulması, müqavilə üzrə cavabdeh tərəfindən ödənilmiş 6.700 manat məbləğində vəsaitin iddiaçıya vurulmuş zərərin əvəzi kimi qəbul edilməsi qət edilmişdir.
22. Məhkəmə kollegiyası qeyd etmişdir ki, Əmlak Məsələləri Dövlət Komitəsinin iddia tələbinə əsasən cavabdeh hərracın qalibi kimi ona təqdim olunmuş əmlakı qəbul etmiş və ondan istifadə etmiş, lakin əmlakın qalan dəyərini ödəməmişdir. Göstərilən hərəkətlər cavabdehin mübahisəli qeyri-yaşayış sahəsini hərracda əldə etməsini təsdiq etdiyi üçün, hər hansı səbəbdən alğı-satqı müqaviləsində onun imzasının olmaması mübahisənin göstərilən qaydada həll edilməsi üçün əsas verməmişdir. Çünki iş materiallarına əsasən cavabdeh həmin müqavilə üzrə müəyyən ödənişlər etmişdir.
23. Məhkəmə öz mövqeyini Mülki Məcə llənin 389.1, 399.1, 414.1, 414.2, 414.3, 414.4, 414.5, 415.5, 421.1, 421.2, 567-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a)Kassasiya şikayətinin dəlilləri
24. Cavabdehin hüquqi varisləri kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
25. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmənin mövqeyinə görə əmlakın 15 faizi güzəştli qaydada Cavabdeh1 satılmışdır. Məhkəmə onun hüquqlarını qeyd edir, daha sonra isə onun vərəsələrinin mülkiyyət hüquqlarını pozur. Həmin sahəyə dövlət çıxarışı alınmasa da mülkiyyət hüququ gözləntisi mübahisə oluna bilməz, məhdudlaşdırıla bilməz. Məhkəmə mülkiyyətçinin mülkiyyətində olan əmlakdan çıxarılması ilə bağlı qəbul e tdiyi qərar qanun normalarının pozulması ilə çıxarılmışdır. Məhkəmə heç bir əsaslandırma aparmamışdır. Məhkəmə hesab etmişdir ki, əmlaka görə hissə-hissə ödənilmiş 6.700 manat iddiaçıya vurulmuş zərər kimi qiymətləndirilməlidir. Bu hissə ilə bağlı da heç bir əsaslandırma aparılmamışdır. Məhkəmə bilməli idi ki, zərərin müəyyən edilməsi üçün hüquqi məsuliyyətin 4 zəruri şərti mövcud olmalıdır: 1. əməlin hüquqazidd olması, 2 törədilmiş əməl nəticəsində başqa şəxsə birbaşa zərər yetirilməsi, 3 səbəbli əlaqənin olması, 4. təqsirin olması. Hər hansı zərərin mövcud olması, bunun nə ilə ifadə edilməsi, zərərin hansı əməl nəticəsində yetirilməsi, zərərin həcmi iddiaçı tərəfindən nəinki araşdırılmamış, buna dair heç bir sübut təqdim edilməmişdir. b)Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
26. K assasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Mülki Məcəllə
27. Maddə 14.1. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir.
28. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.
29. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zər ər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
30. Maddə 21.3.Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır.
31. Maddə 152.5. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bi r şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.
32. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.
33. Maddə 157.5. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən əmlakını geri tələb edərkən, bu şəxsin əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu halda (vicdansız sahib), əmlakın onda olduğu bütün vaxt ərzində onun götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini də tələb edə bilər; vicdanlı sahibdən isə onun əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu vaxtdan və ya əmlakın qaytarılmasına dair mülkiyyətçinin iddiası üzrə məhkəmə bildirişini aldığı vaxtdan götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini tələb edə bilər. Bundan başqa vicdansız sahib əmlakın mülkiyyətçisinə əmlakın onda olması ilə bağlı bütün zərərin əvəzini ödəməlidir. Vicdanlı sahib isə əvəzi ödənilərkən yoxa çıxan və ya zərər çəkən əmlakın, o cümlədən əmlakdan gəlir götürdüyünə görə zərərin əvəzini ödəməyə borclu deyildir.
34. Maddə 324.4. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir.
35. Maddə 331.1. Yazılı əqd onun məzmununu ifadə edən və əqdi bağlayan şəxs və ya şəxslər və ya onların lazımınca vəkil etdikləri şəxslər tərəfindən imzalanmış sənədin tərtibi yolu ilə bağlanmalıdır.
36. Maddə 399.1. Müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur.
37. Maddə 414.1. Əgər müqavilənin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, o, hərrac keçirilməsi yolu ilə bağlana bilər. Müqavilə hərracı udan şəxslə bağlanır.
38. Maddə 414.4. Hərrac auksion və ya müsabiqə formasında keçirilir. Ən yüksək qiymət təklif etmiş şəxs auksionda hərracı udmuş sayılır, hərracın təşkilatçısının qabaqcadan təyin etdiyi müsabiqə komissiyasının rəyinə əsasən ən yaxşı şərtlər təklif etmiş şəxs isə müsabiqə üzrə hərracı udmuş sayılır..
39. Maddə 415.5. Qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, hərracın formasını satılan əmlakın mülkiyyətçisi və ya satılan əmlak hüququnun sahibi müəyyənləşdirir.
40. Maddə 421.1. Müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, t ərəflərin razılaşması ilə mümkündür.
41. Maddə 421.2. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Mülki Prosessual Məcəllə
42. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
43. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
44. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
45. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
46. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
47. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosess ual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
48. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
49. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş s übutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
50. Hazırkı kassasiya şikayətində qətnamə Cavabdeh1 hüquqi varisləri Cavabdeh2 və Cavabdeh3 tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
51. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti qismən təmin olunmalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli, iddianın qismən təmin olunması barədə yeni qərar çıxarılmalıdır.
52. İddiaçı tələbində göstərir ki, cavabdehlə aralarında bağlanmış xx.xx.2019-cu il tarixli, 4337 nömrəli alğı-satqı müqaviləsinə əsasən, ünvan 1ndə yerləşən, sahəsi 299,2 kv.m. olan qeyri-yaşayış sahəsi (145 s aylı bufet) və onun 786,0 kv.m. torpaq sahəsi 37.000 manat müqabilində cavabdehə satılmışdır. Lakin cavabdeh öz üzərinə düşən öhdəliyi yerinə yetirməmiş, 6.700 manat pulu ödəmiş, qalan 30.300 manat pulu iddiaçıya qaytarmamışdır. Halbuki müqaviləyə əsasən, alıcı müqavilə imzalandığı gündən 30 gün müddətində əmlakın tam dəyərini, yəni 37.000 manat pulu satıcının Azərbaycan Respublikasının Mərkəzi Bankdakı hesabına köçürməyi öhdəsinə götürmüşdür.
53. İşin məhkəmələr tərəfindən müəyyən olunmuş hallarından görünür ki, ünvan 1 ünvanında yerləşən 145 saylı bufet hərrac vasitəsi ilə satışa çıxarılmış, ilkin satış qiyməti 37.000 manat müəyyən edilmiş, Cavabdeh1 3.700 manat beh ödəməklə, 10 aprel 2019-cu il tarixdə keçirilmiş hərracda iştirak etmiş və hərracın qalibi olmuşdur. Cavabdeh1 əmlaka görə behlə birlikdə iddiaçıya hissə-hissə 9.700 manat vəsait ödəmiş və iddiaçı həmin vəsaiti qəbul etmişdir. Cavabdeh1 xx.xx.2021-ci ildə vəfat etmişdir.
54. Birinci kassasiya icraatında mübahisəsiz olaraq müəyyən edilmişdir ki, iddiaçının tələbinin əsası kimi istinad etdiyi 09 aprel 2019-cu il tarixli alğı-satqı müqaviləsi cavabdeh tərəfindən imzalanmamışdır. Mübahisəli qeyri-yaşayış sahəsinin əmlakın özəlləşdirilməsi qaydasında hərraca çıxarıldığı, cavabdehin hərracda iştirak etdiyi, hərracın qalibi kimi əmlakı əldə etdiyi, eləcə də onun tərəfindən aldığı əmlakın dəyərinin bir hissəsi olaraq dövlətə 6.700 manat ödəniş etdiyi işin mübahisə olunmayan halıdır. Həmin hallar məhkəməyə ünvanlanmış şifahi və yazılı izahatlar zamanı cavabdeh tərəfindən etiraf edilmiş və ya mübahisələndirilməmişdir. 5
5. İşin faktiki hallarını araşdırmaq səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi belə nəticəyə gəlmişdir ki, cavabdeh hərracın qalibi kimi ona təqdim olunmuş əmlakı qəbul etmiş və ondan istifadə etmiş, lakin əmlakın qalan dəyərini ödəməmişdir. Göstərilən hərəkətlər cavabdehin mübahisəli qeyri-yaşayış sahəsini hərracda əldə etməsini təsdiq etdiyi üçün, hər hansı səbəbdən alğı-satqı müqaviləsində onun imzasının olmaması mübahisənin göstərilən qaydada həll edilməsi üçün əsas verməmişdir. Çünki iş materiallarına əsasən cavabdeh həmin müqavilə üzrə müəyyən ödənişlər etmişdir.
56. Göründüyü kimi, apellyasiya instansiyası məhkəməsi artıq məhkəmələr tərəfindən müəyyən olunmuş işin mübahisəsiz hallarını (tərəflər arasında yazılı alğı-satqı müqaviləsi bağlanmadığı, cavabdeh tərəfində n əmlakın əldə edildiyi və öhdəliyin bir hissəsini icra etdiyi, qalan hissəsini isə ödəmədiyi) nəzərə almamışdır. Tərəflərin iradə ifadəsini əks etdirən yazılı müqavilənin bağlanmaması halında müqavilənin ləğv edilməsi nəticəsinə gəlməsinin mümkünsüzlüyü, maddi əsası olmadan və eyni zamanda müqavilə bağlanmadığı halda onda göstərilən şərtin (yəni ödənilmiş məbləğin zərər olaraq iddiaçıda saxlanılmalı olması) əhəmiyyətinin olmaması diqqətdən kənarda saxlanmışdır.
57. Bu baxımdan məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsi həmin nəticələrə (müqavilənin ləğv edilməsi və ödənilmiş məbləğin zərərin əvəzi olaraq iddiaçıda saxlanması) gələrkən maddi hüquq normalarını pozmuşdur. Mübahisəli əmlakın dəyərinin cavabdeh tərəfindən tam ödənilmədiyi və qeyri-yaşayış sah əsi dövlət mülkiyyətində qalmaqda davam etdiyindən iddiaçının Mülki Məcəllənin 157.2-ci maddəsinin tələbi baxımından qeyri-yaşayış sahəsinin boşaldılaraq, iddiaçıya təhvil verilməsinə dair tələbi əsaslıdır. Nəzərə alınmalıdır ki, qeyri-yaşayış sahəsinin cavabdeh tərəfdə saxlanmasının hüquqi əsası mövcud deyildir.
58. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416, 417, 419 və 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh1 hüquqi varisləri Cavabdeh2 və Cavabdeh3 tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 25 may 2022-ci il tarixli, 2(104)339/2021 nömrəli qətnaməsi ləğv edilsin və yeni qərar qəbul edilsin. İddia qismən təmin olunsun. ünvan 1ndə yerləşən, sahəsi 299,2 kv.m. olan qeyri-yaşayış sahəsi (145 saylı bufet) və onun 786,0 kv.m. torpaq sahəsi boşaldılaraq iddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə (keçmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinə) təhvil verilsin. Qalan hissədə iddia təmin olunmasın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.