Məhkəmə qərarları › İş №2(102)-5729/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-5729/2019

27.09.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5729/2019 27.09.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əhmədov Əhməd Abbas oğlunun sədrliyi və məruzəsi ilə, İsgəndərov Akif Əsgər oğlu və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X6, İddiaçı, vəkili X8, Cavabdeh nümayəndəsi X2, vəkili X5, üçüncü şəxs X3 və vəkili X4 iştirakları ilə açıq məhkəmə iclasında, Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 08 aprel 2019-cu il tarixli, 2(107)1142/2019 saylı qətnaməsindən Cavabdeh və üçüncü şəxs X1 ayrı-ayrılıqda verdikləri kassasiya şikayətləri üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Yevlax rayon məhkəməsinin 05 dekabr 20 18-ci il tarixli, 2(039)-1667/2018 saylı qətnaməsi ilə (sədrlik edən, hakim T.M.Əliyev) İddiaçı Cavabdeh qarşı “qeyri-yaşayış sahəsinə dair bağlanmış alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi” barədə iddiası rədd edilib. İddiaçı qətnamədən apellyasiya şikayəti verib. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 08 aprel 2019-cu il tarixli, 2(107)1142/2019 saylı qətnaməsi ilə (hakimlər Ə.T.Məcidov sədrlik edən, M.A.Əsədli məruzəçi və İ.F.Quliyev) apellyasiya şikayəti təmin edilərək, iş üzrə Yevlax rayon məhkəməsinin 05 dekabr 2018-ci il tarixli qətnaməsi ləğv edilib, iş üzrə yeni qətnamə qəbul edilməklə, iddia təmin olunub və tərəflər arasında bağlanan 14 oktyabr 2015-ci il tarixli alqı-satqı müqaviləsi etibarsız hesab edilməklə iddiaçıdan 60.000 manat pulun tutulub cavabdehə ödə nilməsi və sonuncunun Bakı şəhəri, ünvan 1 ünvanda yerləşən ümumi sahəsi 189,3 kv.metr olan qeyriyaşayış sahəsinin iddiaçıya qaytarılması və qətnamənin eyni vaxtda icra edilməsi qət olunub. Cavabdeh və üçüncü şəxs ayrı-ayrılıqda qətnamədən kassasiya şikayətləri veriblər. İŞİN HALLARİ İşdən görünür ki, iddiaçı məhkəmədə cavabdehə qarşı “qeyri-yaşayış sahəsinə dair bağlanmış alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi” barədə iddia qaldırıb və tələbini onunla əsaslandırıb ki, Bakı şəhər İcra Hakimiyyəti Başçısının 21 noyabr 1995-ci il tarixli, 1535 saylı sərəncamı ilə ona məxsus olan “Orxan B” kiçik müəssisəsinə tikinti üçün torpaq sahəsi ayrılıb. O, ayrılmış 390 kv.metr torpaq sahəsində ümumi sahəsi 189,3 kv.metr olan əmlak kompleksi tikərək həmin əmlak kompleksini 02 iyun 2015-ci i l tarixdə özəlləşdirib. Ailədə yaranmış sosial problemlər və xəstəliyi ilə əlaqədar olaraq ona vəsait lazım olduğu üçün həmin əmlak kompleksini 14 oktyabr 2015-ci il tarixdə rəsmən (əslində isə həmin alqısatqı şərti idi) alqı-satqı edərək cavabdehdən 6 faizlə 50.000 ABŞ dolları pul götürüb. Qeyriyaşayış sahəsini onlar 2 saylı “ASAN” xidmətdə alqı-satqı etdiriblər. Əvvəlcədən şərtləşdikləri kimi, X ona bildirib ki, X2ın faiz verəni 10 faiz “şapka” alır. O, alqı-satqıdan pulunu alan kimi, Xnin yanında pulun sahibi kimi gələn, X1 adlı oğlana 5.000 ABŞ dolları pul verib. X1ın isə X2ın qardaşı olduğunu son vaxtlar bilib. Deməli qardaşlar X1 və X2 həm də faizə pul verir, həm də “şapka” alırlar. Cavabdehə 3 ay müddətində 9.000 ABŞ dolları, yəni hər ay 3.000 ABŞ dolları olmaqla 3 ay faiz verib. Birinci ayın 3.000 ABŞ dolları faizini ona obyekti işlədən şəxsin yanında şəxsən cavabdehə verib. İkinci ayın faizini, yəni 3.000 ABŞ dollarını xəstə olduğu üçün Xdən xahiş edib ki, X2a çatdırsın. O, da gəlib həmin pulu ondan götürüb X2a çatdırıb. Üçüncü ayın faizi olan 3.000 ABŞ dollarını isə o, şəxsən özü X2ın qardaşı X1a Sabunçu rayonu, “ASAN” xidmətin yanında çatdırıb. Dördüncü ayda isə imkanı olmadığı üçün o, faizi gecikdirib və X2a bildirib ki, obyekti satıb, onunla hesablaşacaq. Ona görə də əmlak kompleksini Cavabdeh girov qoymaq istəyib, lakin onunla bir məhəllədə uzun illər yaşayan tanışı X onu X2la tanış edib. X bildirib ki, narahat olma, o özü ona cavabdehdır, başqa söhbət ola bilməz. Eyni zamanda X2 da ona deyib ki, belə işləri çox ediblər və hamı ilə alqı-satqı etməklə müqavil ə bağlayırlar və pulu aldıqdan sonra obyektləri, evləri, geri qaytarırlar. O, isə həmin obyektdən ayda 1.200 manat kirayə haqqı alırdı. Eyni zamanda alqı-satqı zamanı razılaşmışlar ki, yenə kirayə haqqını o, özü alacaq. Onlarla söhbətdən bir neçə gün sonra X2ın qardaşı X1 zəng edərək onunla görüşmək istədiyini bildirib. Onunla görüşmüş, onun yanında X3 adlı bir nəfər də olmuşdur. X3 ona bildirib ki, obyekti boşalt, onun həmin obyektə müştəriləri var ki, obyekt boşalan günü 250.000 manat verəcəklər və onlar öz pulunu və gecikən faizi götürərək yerdə qalan pulu ona çatdıracaqlar. Ona inanmış və obyekti boşaltmışdır. O, soruşanda obyekt nə vaxt satılıb onun pulu veriləcək. X2 bildirib ki, onlar obyekti artıq satmışlar. Onun pulu qardaşı X1dadır. Ona çatdıracaqdır. O, vaxtdan dəfələrlə X1a zən g etsə də, görüş yeri təyin etsə də X1 onun telefon zənglərinə cavab verməmiş və görüşdən müxtəlif bəhanələrlə qaçmışdır. Hazırda o, X1ı tapa bilmir. X2 isə öz nöbəsində ona cavabında bildirib ki, bu işlər onluq deyil. Onu, X1la tanış edən X və X3 də aldatmışdır. Ona görə də iddia ərizəsinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Mübahisə üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilib. KASSASİYA ŞİKAYƏTLƏRİNİN DƏLİLLƏRİ Cavabdeh və üçüncü şəxs X eyni məzmunlu olan kassasiya şikayətlərini onunla əsaslandırıblar ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi, prosessual hüquq normalarının tələblərini pozaraq, işin faktiki halları üzrə səhv nəticəyə gəlib, işə əlavə edilmiş sübutlara düzgün hüquqi qiymət verməyib. Hər iki kassasiya şikayətlərində iş üzrə a pellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilib, iddia ərizəsinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsi xahiş olunub. İddiaçı kassasiya şikayətlərinə dair etiraz ərizəsində kassasiya şikayətlərinin təmin edilmədən, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması xahiş olunub. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ Məhkəmə iclasında Cavabdeh nümayəndəsi X1, vəkili X5, üçüncü şəxs X6 və vəkili X7 kassasiya şikayətlərində göstərilənlərə uyğun olaraq eyni məzmunlu izahatlar verdilər. İddiaçı və vəkili X8 məhkəmə iclasında kassasiya şikayətlərinin dəlilləri ilə razılaşmayıb izahatlarında iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri h aqqında lazımi qaydada xəbərdar edilsə də, üzrsüz səbəblərdən məhkəmə iclasına gəlmədiyi üçün kassasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. HÜQUQİ MƏSƏLƏLƏR Kassasiya instansiyası məhkəməsi məruzəçini, işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, kassasiya şikayətlərinin dəlillərini müzakirə edib, apellyasiya instansiyası məhkəməsinin maddi, prosessual hüquq normalarının tələblərini düzgün tətbiq etməsini yoxlayıb hesab edir ki, aşağıdakılara görə kassasiya şikayətləri qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. İşdən görünür ki, birinci instansiya məhkəməsi iddia ərizəsini rədd edərkən, tərəflər arasında alqı-satqı müqaviləsi üzrə hüquqi münasibətlərin əmələ gəlməsinə, yəni alqı-satqı müqaviləsi üzrə satıcı İddiaçı mülkiyyətində olmuş qeyri-yaşayış sahəsini əvəzi ödənilməklə alıcı Cavabdeh mülkiyyətinə verməsinə, sonuncunun isə qeyri- yaşayış sahəsini qəbul edib əvəzində alqı-satqı müqaviləsində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) İddiaçı ödəməsinə, sonuncunun iddia etdiyi kimi alqı-satqı müqaviləsinin yalan əqd olmaqla, başqa əqdi, yəni İddiaçıla Cavabdeh arasında hər hansı məbləğdə borc hüquqi münasibətləri pərdələmək üçün bağlanmasının mülki iş materialları ilə təsdiq edilməməsinə istinad edib və hüquqi mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 33 7.1, 339.2, 340.2-ci maddələrinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsi isə birinci instansiya məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşmayıb hesab edib ki, hazırda mübahisələndirilən alqı-satqı müqaviləsi yalan əqd olmaqla başqa əqdi, yəni İddiaçı Cavabdeh 6 faizlə götürdüyü 50.000 ABŞ dolları borcu pərdələmək məqsədi ilə bağlanıb. Həmçinin alqı-satqı müqaviləsi tərəflərin həqiqi niyyətlərini əks etdirmir və həmin müqavilə ilə qeyri-yaşayış sahəsi əslində borcun qaytarılmasının təmin edilməsi üsulu kimi Cavabdeh xeyrinə ipoteka qoyulub. Eləcə də alqısatqı müqaviləsinin etibarsızlığının nəticələrinin tətbiqi haqqında hazırki iddia, onun icrasına başlandığı gündən vaxtında irəli sürüldüyündən qan unlı müəyyən edilmiş bir illik müddət ötürülməmişdir və apellyasiya instansiyası məhkəməsi hüquqi mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.1, 337.1, 340.2-ci maddələrinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırmışdır. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin gəldiyi bu nəticə ilə razılaşmır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi, prosessual hüquq normalarının tələblərini pozaraq, iş üzrə əhəmiyyətli olan halları tam, hərtəfli və obyektiv araşdırmayıb. Belə ki, 02 iyun 2015-ci il tarixli “hüquqların dövlət qeydiyyatı haqqında” Çıxarışa əsasən Bakı şəhəri, ünvan 2 ünvanda, istifadədə olan 0,02324 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 189,3 kv.metr olan əmlak kompleksi İddiaçı mü lkiyyətində olub və sonuncu notarial qaydada təsdiq edilmiş 14 oktyabr 2015-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən qeyri-yaşayış sahəsini 60.000 manata Cavabdeh satıb və bundan sonra qeyri-yaşayış sahəsini boşaldaraq sonuncuya təhvil verib. 12 aprel 2016-cı il tarixli “hüquqların dövlət qeydiyyatı haqqında” Çıxarışa əsasən qeyri-yaşayış sahəsi daşınmaz əmlakın dövlət reyestri xidmətində mülkiyyət hüququ üzrə Cavabdeh adına qeydə alınıb. Həmçinin işdən görünür ki, alıqı-satqı müqaviləsinin bağlanması zamanı qeyri-yaşayış sahəsinin üzərində hər hansı məhdudiyyət, yüklülük olmayıb və bu barədə reyestr orqanı tərəfindən 14 oktyabr 2015-ci il tarixli arayış verilib. 14 oktyabr 2015-ci il tarixdə tərəflər ərizə ilə notariat orqanına müraciət edərək qeyri-yaşayış sahəsinin 60.000 manata sat ılmasına razılığa gəldiklərini bildirib, hətta İddiaçı arvadı X7 14 oktyabr 2014-cü il tarixli ərizəsi ilə notariat orqanına müraciət edərək qeyri-yaşayış sahəsinin satılmasına yazılı razılıq verib. Həmçinin “xxxx” ASC Xətai filialında satıcı İddiaçı adına depozit hesab açılıb və alıcı Cavabdeh tərəfindən həmin depozit hesaba 60.000 manat pul köçürülüb. Hazırda İddiaçı, alqı-satqı müqaviləsini başqa bir əqdi, yəni Cavabdeh 6 faizlə aldığı 50.000 ABŞ dolları borcu pərdələmək məqsədi ilə bağladığını iddia edir. Cavabdeh isə qeyriyaşayış sahəsini alqı-satqı müqaviləsinə əsasən İddiaçı 60.000 manata satın aldığını göstərib iddia tələbinə etiraz edir. Apellyasiya instansiyası məhkəməsi, sözügedən alqı-satqı müqaviləsi üzrə satıcı İddiaçı qeyri-yaşayış sahəsini alıcı Cavabdeh mülkiyyətinə verm əsini, sonuncunun həmin qeyriyaşayış sahəsini qəbul edib əvəzində alqı-satqı müqaviləsində müəyyənləşdirilmiş 60.000 manat pul məbləğini (qiyməti) bank vasitəsi ilə satıcı İddiaçı ödəməsini nəzərə almadan, yalnız iddiaçının formal mülahizələrinə və məhkəmə iclasında şahid qismində dindirilmiş Nahidə Səfərova və Yelmar Hacıyevin ifadələrinə əsaslanaraq, tərəflər arasında alqı-satqı deyil, borc hüquqi münasibətlərin olması qənaətinə gəlmişdir. Halbuki, Azərbaycan Respublikası MPM-nin 81-ci maddəsinə əsasən, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Belə ki, alqı-satqı müqaviləsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 29-cu fəslinin normaları ilə tənzimlənir, alqı-satqı müqavil ənin anlayışı isə Mülki Məcəllənin 567-ci maddəsində nəzərdə tutulub. Həmin maddənin mənasına görə, alqı-satqı müqaviləsi üzrə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Maddənin mənasına görə, alqı-satqı müqaviləsi hər zaman konsensual xarakterlidir və tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində razılığa gəldikləri andan alqı-satqı müqaviləsi bağlanmış hesab edilir. Həmçinin alqı-satqı müqavilənin etibarsızlığı dedikdə- onun qanunun tələblərinə uyğun olmadan tərtib edilməsi və bağlanması başa düşülür və yalnız bu halda alqı-satqı müqaviləsi müəyyən hüquqi nəticə doğurmaya bilər. Nəzərə alınmalıdır ki, alqı-satqı müqaviləsində tərəflərin hərəkətləri müəyyən hüquqi nəticənin ə ldə olunmasına yönəlir. Bu baxımdan alqı-satqı müqaviləsinin etibarlılığı üçün: alqısatqı müqaviləsinin subyektiv tərkibinin qanunilyi; alqı-satqı müqaviləsinin məzmununun qanunilyi; alqı-satqı müqaviləsi üzrə tərəflərin iradə və iradə ifadəsinin uyğunluğu; alqı-satqı müqaviləsinin formasının qanuniliyi şərtlərinin olması zəruridir. Alqı-satqı müqaviləsinin subyektiv tərkibinin qanunilyi- alqı-satqı müqaviləsinin hüquq və fəaliyyət qabiliyyətinə malik olan şəxslər tərəfindən bağlanmasını nəzərdə tutur. Alqı-satqı müqaviləsinin məzmunu dedikdə- alqı-satqı müqaviləsində əksini tapan şərtlərin məcmusu başa düşülür. Bu şərtlər qanunvericiliklə müəyyən olunmuş tələblərə cavab verməlidir. Bundan başqa alqı-satqı müqaviləsində iradə və iradə ifadəsinin vahidliyi, yəni üst-üstə düşməsi olduqca əhə miyyətlidir. Çünki iradə və iradə ifadəsinin vahidliyi olmadığı halda, alqısatqı müqaviləsi mübahisə ediləndirsə məhkəmə qərarı əsasında, yox əgər əhəmiyyətsizdirsə, o zaman belə qərar olmadan da etibarsız sayıla bilər. İradə ifadəsinin olmaması isə o, zaman baş verir ki, birincisi, ortada iradə ifadəsi olur, lakin onu formalaşdıran daxili iradə olmur (məsələn: hədə-qorxu, zorakılıq, öz hərəkətlərinin mənasını başa düşməyən və onlara rəhbərlik edə bilməyən şəxsin bağladığı əqd); ikincisi, iradə ifadəsi daxili iradəni düzgün olaraq əks etdirir, lakin bu ifadə əsl istəyin formalaşmasına mane olan faktorların təsiri altında baş verir (məsələn: aldatma, şəxsin ağır vəziyyətə düşməsi və digər tərəfin bundan sui-istifadə etməsi nəticəsində həmin şəxsin özü üçün son dərəcə əlverişsiz şərtlərlə ba ğlamağa məcbur olduğu əqd, vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd); üçüncüsü, iradə ifadəsi daxili iradəni düzgün olaraq əks etdirmir (məsələn: bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi) (Mülki Məcəllənin 339.1, 339.2, 339.3, 339.4-cü maddələri). Apellyasiya instansiyası məhkəməsi sadalanan qanuni əsaslara əhəmiyyət vermədən, tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsinin etibarlılığı şərtlərini tam, hərtəfli və obyektiv araşdırmadan, tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini, eləcə də tərəflər arasında müqaviləyə qədərki danışıqları, yazışmaları və tərəflərin alqı-satqı müqaviləsinin bağlanmasından sonrakı hərəkətlərini və sair nəzərə almadan, Mülk i Məcəllənin 337.1, 340.2, 404.1, 404.2-ci maddələrinin tələblərini pozuraq, alqı-satqı müqaviləsinin yalan əqd olmaqla, tərəflər arasında borc hüquqi münasibətləri pərdələmək məqsədi ilə bağlanması qənaətinə gəlmişdir. Halbuki, qeyd olunan maddələrin mənasına görə, alqı-satqı müqaviləsi o, vaxt etibarsız sayıla bilər ki, həmin müqavilənin etibarlılığı şərtləri, yəni müqavilənin Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanması mülki iş materialları ilə təsdiq edilsin və ya alqı-satqı müqaviləsi yalan əqd olmaqla başqa əqdi pərdələmək məqsədi ilə bağlanmış olsun. Yalan əqd dedikdə- başqa bir əqdi pərdələmək məqsədi ilə bağlanmış əqd anlaşılır. Yalan əqd mahiyyətcə görünüş üçün bağlanır. İddiaçı iddia ərizəsində, izahatında Cavabdeh 6 faizlə 50.000 ABŞ dolları borc pul aldığ ını, borcun qaytarılmasının təmin edilməsi üsulu kimi mülkiyyətində olan qeyri-yaşayış sahəsini alqı-satqı müqaviləsinə əsasən Cavabdeh adına keçirməklə girov qoyduğunu, hər ay 3.000 ABŞ dolları olmaqla ona 3 ay müddətində 9.000 ABŞ dolları faiz ödədiyini və sair göstərsə də, tələbinin əsası kimi istinad etdiyi halları təsdiq etmək üçün məhkəməyə heç bir yazılı sübut təqdim etməmişdir. Halbuki, Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Sadalanan prosessual normaların mənasına görə, iddiaçı, iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Hazırkı, işdə, tərəflərdən hər birinin sübut etməli olduqları faktların dairəsi mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normalarının məzmunu nəzərə alınmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən düzgün müəyyən edilməmişdir. Bu baxımdan kassasiya instansiyası məhkəməsi, apellyasiya instansiyası məhkəməsinin işin bu hallarını hər hansı mötəbər yazılı sübutlarla deyil, yalnız İddiaçı formal mülahizələri və məhkəmə iclasında şahid qismində dindirilmiş şəxslərin ifadələri ilə təsdiq etməyə çalışma sı ilə razılaşmır və hesab edir ki, alqı-satqı müqaviləsinin yalan əqd olmaqla, başqa əqdi, yəni tərəflər arasında hər hansı məbləğdə borc hüquqi münasibətləri pərdələmək məqsədi ilə bağlanması qənaətinə gəlmək üçün kifayət qədər əsas yoxdur. Digər tərəfdən apellyasiya instansiyası məhkəməsi, bir tərəfdən alqı-satqı müqaviləsinin İddiaçı 6 faizlə Cavabdeh borc olaraq aldığı 50.000 ABŞ dolları borcu pərdələmək məqsədi ilə bağladığını göstərdiyi halda, digər tərəfdən alqı-satqı müqaviləsini etibarsız hesab edib, müqavilə üzrə tərəfləri əvvəlki vəziyyətə qaytarmaqla İddiaçı 60.000 manat pulun tutulub Cavabdeh ödənilməsini qət etməklə ziddiyyətli nəticəyə gəlmiş və alqı-satqı müqaviləsini yalan əqd hesab etdiyi halda faktiki olaraq həmin müqaviləyə aid olan qaydaları tətbiq etməmişdir. Halbuki, Mülki Məcəllənin 340.2-ci maddəsində göstərilir ki, yalan əqd əhəmiyyətsizdir. Yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir. Bundan başqa kassasiya instansiyası məhkəməsi kassasiya şikayətlərinin dəlillərini araşdırıb hesab edir ki, Mülki Məcəllənin 398.1-ci maddəsinə görə, müqavilənin icrası tərəflərin razılaşması ilə müəyyənləşdirilmiş qiymət üzrə ödənildiyindən və mübahisəli qeyriyaşayış sahəsinin qiyməti də tərəflərin razılaşması ilə müəyyən edildiyindən, sonradan iddiaçının sifarişinə əsasən qiymətləndiricinin rəyi ilə həmin qeyri-yaşayış sahəsinə 345.650 manat qiymət qoyulması, eləcə də alqı-satqı müqaviləsində qeyri-yaşayış sahəsinin real dəyərindən təqribən altı dəfə ucuz qiymətəndiri lməsi alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi üçün əsas ola bilməz. Apellyasiya instansiyası məhkəməsi alqı-satqı müqaviləsini etibarsız hesab edərkən, bu hala istinad etməklə də səhvə yol vermişdir. Daha sonra apellyasiya instansiyası məhkəməsi, iddiaçının hüququnun pozulduğunu bildiyi vaxtdan məhkəməyə müraciət etməsini, yəni alqı-satqı müqaviləsinin bağlanmasından və 50.000 ABŞ dolları borc verildikdən sonra Cavabdeh həmin obyekti 2016-cı il tarixdə özgəninkiləşdirməsini, lakin sonuncunun şərtləşdirilmiş qaydada İddiaçı pulunu verməməsini və qeyri-yaşayış sahəsini satmasını sonuncudan gizlətməsini, qeyri-yaşayış sahəsinin satıldığını bildikdən sonra Cavabdeh öhdəliklərini yerinə yetirilməsini tələb etdikdən sonra aldadıldığını bilməsini və beləliklə də qanunla müəyyən edilmi ş bir illik müddəti ötürülməməsini göstərsə də, kassasiya instansiyası məhkəməsi bununla da razılaşmır. Belə ki, işdən görünür ki, İddiaçı mübahisəli qeyri-yaşayış sahəsinə dair alqı-satqı müqaviləsinin bağlanmasından 2 il 6 X2 sonra hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etməklə Mülki Məcəllənin 354.2-ci maddəsində nəzərdə tutulan bir illik kəsici müddəti ötürmüşdür. Həmin maddənin mənasına görə, həmin Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Kassasiya instansiyası məhkəməsi hesab edir ki, qeyd olunan maddədə nəzərdə tutulan müddət iddia müd dəti deyil, əslində kəsici müddətdir. Yəni həmin müddət keçdikdən sonra maraqlı şəxs əqdi mübahisələndirmək hüququnu itirir. İddia müddətindən fərqli olaraq həmin müddət bərpa olunmur, dayandırılmır və kəsilmir. Bərpa olunmaq, kəsilmək və dayandırılmaq kimi xüsusiyyətlər iddia müddəti üçün xarakterikdir. Yalnız qanunla müəyyən edilmiş halda həmin müddət uzadıla bilər. Ona görə də, Mülki Məcəllənin 354.2-ci maddəsi mülki mübahisəyə tətbiq edilərkən, yalnız iki hal X2laşdırılmalıdır: birincisi, maraqlı şəxs nə vaxt əqdin etibarsız sayılmasına əsas verən halları bilib və ya bilməli idi; ikincisi, həmin gündən hesablandıqda əqdi hansı müddətdə mübahisələndirib. Apellyasiya instansiyası məhkəməsi qeyd olunan hallara diqqət yetirmədən, İddiaçı hüququnun pozulduğunu bildiyi vaxtdan məhkəməyə müra ciət etməsini qeyd etməklə səhv nəticəyə gəlmişdir. Bundan başqa işdən, kassasiya şikayətlərinin dəlillərindən görünür ki, cavabdeh qeyriyaşayış sahəsini satın aldıqdan sonra orada təmir işləri apararaq, həmin qeyri-yaşayış sahəsini 09 iyul 2016-cı il tarixli alqı-satqı müqaviləsinə əsasən 173.000 manata Vüsal Məmiyevə satmış və 09 avqust 2017-ci il tarixli “hüquqların dövlət qeydiyyatı haqqında” Çıxarışa əsasən qeyri-yaşayış sahəsi daşınmaz əmlakın dövlət reyestri xidmətində mülkiyyət hüququ üzrə sonuncunun adına qeydə alınmışdır. Bundan sonra Vüsal Məmiyev isə 20 iyul 2017-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən qeyri-yaşayış sahəsinin 27,0 kv.metr hissəsini 30.000 manata Meyxanım Məmmədsəfiyevaya satmışdır və hazırda qeyd olunan sənədlər qüvvədədir. Apellyasiya instansiyası məhkəmə si qeyd olunan hallara diqqət yetirmədən, qeyriyaşayış sahəsinə dair Cavabdeh, X7 və X8nın adına aparılmış reyestrin məzmununun qeyridəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyasının qüvvədə sayılmasını nəzərə almadan, həmçinin X9 və X8ya qarşı hər hansı bir tələb irəli sürülmədiyi və hazırda qeyri-yaşayış sahəsi faktiki olaraq onların sahbliyində, istifadələrində olduğu halda, qeyri-yaşayış sahəsinin Cavabdeh alınıb İddiaçı qaytarlması barədə gələcəkdə icrası mümkün olmayan qətnamə qəbul etmiş, X7 və X8nın vicdanlı alıcı olub-olmamalarına dair işin halları üzrə heç bir araşdırma aparmamışdır. Halbuki, əmlakı vicdanlı əldə edənin hüquqlarının müdafiəsi ilə bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun bir sıra qərarlarında ifadə olun muş hüquqi mövqeyə görə, vicdanlı sahibin xoş niyyət, ağlabatan ehtiyatlılıq və sayıqlıq göstərməklə bağladığı əqdin başqa müdafiə vasitəsi ilə şübhə altına alınması, habelə onun nəticələrinin tətbiqini mümkün edən və faktiki olaraq onu mülkiyyətçi ilə müdafiəsiz üzbə-üz qoyan hüquqi qeyri-müəyyənlik mülki dövriyyənin davamlılığına, əmlakla bağlı yaranan münasibətlərin sabitliyinə mənfi təsir göstərməklə yanaşı, tərəflərin biri-birinə olan inamının azalmasına da gətirib çıxarır. “S.N.Məmmədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya MəhkəməsiPlenumunun 27 oktyabr 2004-cü il tarixli Qərarında qeyd edilmişdir ki, mübahisə li əşya üzərində qanuni əsaslarla yaranmış əmlak hüquqları mülkiyyətçi ilə yanaşı digər şəxslərə də mənsub olduqda mülkiyyət hüquqlarının dövlət müdafiəsinə verilmiş konstitusiya təminatı həmin şəxslərin əmlak hüquqlarına da şamil olunur. Bu cür əmlak hüquqları sırasına vicdanlı əldə edənin hüquqları da aiddir. Əmlakı başqa şəxslərdən əldə edən hər bir alıcıda əqdin legitimsizliyi barədə şübhə yaranmadıqda, o vicdanlı alıcı qismində qəbul olunur. Bundan başqa, əldə olunmuş əmlaka üçüncü şəxslərin mümkün iddialarından xəbəri olmadığı hallarda da alıcı vicdanlı hesab edilir. Mülkiyyət hüququna dair dövlət reyestrindəki yazının qanuniliyinin yoxlanılmasından sonra deyil, məhz həmin yazının mövcudluğu faktına əsasən vicdanlı alıcı əmlakın mülkiyyətçisi kimi tanınır. Gələcəkdə əqdin bağlanmas ı anında ona mane olan hər hansı halların müəyyən olunması isə vicdanlı alıcının əmlak hüquqlarının pozulması səbəbini təşkil etməməlidir. Əqdlərin etibarsızlığı ilə bağlı mübahisələrin həllində həm mülkiyyət hüququ müdafiə olunmalı, həm də vicdanlı alıcıların əmlak hüquqları təmin olunmalıdır. Belə hüquqi mövqenin tutulması mülki dövriyyə sabitliyinin, onun iştirakçılarının hüquqlarının və qanuni mənafelərinin qorunması məqsədlərinə nail olmaq, habelə Mülki Məcəllənin 6-cı maddəsində öz əksini tapmış mülki qanunvericiliyin prinsiplərinə əməl etmək üçün şərait yaradır. Həmin qərarda eyni zamanda göstərilir ki, hüquqi dövlət və demokratik cəmiyyətdə mülkiyyət hüququ toxunulmaz və müqəddəsdir. Bu hüquq beynəlxalq-hüquqi aktlarda əsas, ayrılmaz və mühüm hüquqlardan biri kimi önəmli yer tutur. Azərbaycan Respublikasında mülkiyyət hüququ müxtəlif üsullar, o cümlədən əqd (müqavilə) üzrə əldə edilir. Dövlət yalnız qanunvericiliklə müəyyən olunmuş qaydada və hallarda daşınar və daşınmaz əmlak üzərində əldə edilmiş mülkiyyət hüquqlarının tanınmasına və qorunmasına təminat verir. Mübahisəli əşya üzərində qanuni əsaslarla yaranmış əmlak hüquqları mülkiyyətçi ilə yanaşı digər şəxslərə də mənsub olduqda mülkiyyət hüquqlarının dövlət müdafiəsinə verilmiş konstitusiya təminatı həmin şəxslərin əmlak hüquqlarına da şamil olunur. Bu cür əmlak hüquqları sırasına vicdanlı əldə edənin hüquqları da aiddir. Bu baxımdan kassasiya instansiyası məhkəməsi hesab edir ki, işdə olan sübutları təhlil etmədən, onların mötəbərliyini yoxlamadan, işin bu və ya digər faktiki hallarının müəyyən edilmiş və ya m üəyyən edilməmiş hesab edilməsi yolverilməzdir, işin məhkəmə tərəfindən müəyyən edilmiş hesab olunan hər bir halı barədə məhkəmənin gəldiyi yekun nəticə işdə olan sübutlarla təsdiq olunmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, onları əlaqəli şəkildə şərh etməli, bu və ya digər sübutun qəbul edilib-edilməməsinin səbəblərini qətnamədə X2 izah etməlidir. Eyni hüquqi mövqe “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli, 4 saylı qərarında da təsbit edilib göstərilmişdir. Azərbaycan Respublikası MPM-nin 418.1-ci maddəsinə əsasən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadının ləğv edilməsi üçün əsasdır. Kassasiya instansiyası məhkəməsi işin yuxarıda göstərilən faktiki hallarını və sadalanan maddi, prosessual hüquq normalarının tələblərini nəzərə alıb, kassasiya şikayətlərində göstərilən digər dəlilləri də müzakirə edib, hesab edir ki, kassasiya şikayətləri qismən təmin edilməli, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli, mülki iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmalı və işə yenidən apellyasiya qaydasında baxılarkən sadalanan nöqsanlar aradan qaldırılmaqla yanaşı, işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirlər görülməli və araşdırılan sübutlara Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələbləri baxımından düzgün hüquqi qiymət verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-420 -ci maddələrinin tələblərini rəhbər tutaraq kassasiya instansiyası məhkəməsi QƏRARA A L D İ: Cavabdeh və üçüncü şəxs X1 ayrı-ayrılıqda verdikləri kassasiya şikayətləri qismən təmin edilsin, iş üzrə Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 08 aprel 2019-cu il tarixli, 2(107)-1142/2019 saylı qətnaməsi ləğv edilsin, mülki iş yenidən baxılması üçün həmin məhkəməyə qaytarılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar