Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5729/2021 29.11.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh "xxxx" MTK-ya qarşı “mənzilə sahiblik və istifadə hüququnun tanınması, maneələrin aradan qaldırılaraq mənzilin iddiaçıya təhvil verilməsi” tələbinə və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs xxxqızının cavabdehlər İddiaçı və "xxxx" MTK-ya qarşı “müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizələri üzrə QƏRARİ (Açar sözlər: əqdlərin etibarsızlığı, yeni inşa olunan binada mənzilin təhvil verilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq q ızından və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Cəfərov Araz Əhməd oğlunun katibliyi, Müstəqil tələb irəli sürən üçüncü şəxsin nümayəndəsi X1 və vəkili Məmmədov Kənan Nazim oğlunun iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 16 iyun 2021-ci il tarixli, 2(103)4241/2021 nömrəli qətnaməsindən müstəqil tələb irəli sürən üçüncü şəxs tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları: Yaşayış binasında mənzil alışı haqqında 12 avqust 2009-cu il tarixli 18 saylı müqavilə ilə "xxxx" MTK tərəfindən Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, "xxxx" yaşayış massivi, 13M ünvanında inşa edilən yaşayış binasının 3-cü giriş 2 -ci mərtəbəsində yerləşən sahəsi 94,5 kv.m olan, 2 otaqdan ibarət 156 saylı mənzili İddiaçı 56000 manata satmış və mənzilin dəyərinin tam ödənilməsi barədə MTK tərəfindən həmin tarixdə arayış verilmişdir. 10 sentyabr 2009-cu il tarixli müqavilə ilə "xxxx" MTK-nın sədri Nəsib Əliyev Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi "xxxx" massivinin şərq hissəsində tikilən binanın 4-cü giriş, 7-ci mərtəbəsində ümumi sahəsi 73 kv.m olan 1 otaqlı 207 saylı mənzili xxxqızına verilməsini öhdəsinə götürmüş və mənzilin dəyəri 40150 manat xxxqızı tərəfindən "xxxx" MTK-ya ödənilmişdir. Yaşayış binasında mənzil tikintisi haqqında 04 sentyabr 2012-ci il tarixli 133 saylı müqavilə ilə "xxxx" MTK ona ayrılmış Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, "xxxx" yaşayış massivində, MTK-nın üzvl əri və “Payçıların” vəsaiti hesabına inşa edilən yaşayış binasında məlum səbəblərə, X2 31 iyul 2012-ci il tarixli ərizəsinə və Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə idarəsinin tövsiyə məktubuna və qərarına əsasən, formal olaraq rəsmiləşdirilmiş, dəyəri və əlavə dəyər vergisi MTK-ya ödənilməmiş yaşayış və qeyri-yaşayış sahələrinin ləğvi hesabına zərərçəkmış şəxslərə dəymiş ziyan ödənilmişdir. X2 imzası ilə 10 sentyabr 2009-cu il tarixli "xxxx" MTK-nın saxta müqaviləsi əsasında xxxqızına verilmiş 73 kv.m digər başqa bir mənzillə dəyəri ödənilmədən əvəzləşdirilmiş, icraçı yuxarıda göstərilən ünvanda bina inşa etməyi və payçıya təhvil verməyi öhdəsinə götürmüş, mənzilin ümumi dəyəri 52350 manat müəyyən edilir. Müqavilənin 3.1-ci bəndinə əsasən müqavilə bağlanan günədək Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş idarəsində gedən istintaqa əsasən 73,0 kv.m mənzilin ümumi dəyəri 40150 manat X3 ödənilmişdir. Müqavilə bağlanan gün zərərçəkmiş 94,9 kv.m mənzillə təmin edilmiş 21,9 kv.m artıq kv.m üçün zərərçəkmiş 12200 manat kooperativin xəzinəsinə mədaxil edir. 26 fevral 2013-cü il tarixli maliyyə arayışına əsasən xxxqızı tərəfindən Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi "xxxx" yaşayış massivi 13M ünvanında inşa edilən yaşayış binasının 3-cü giriş 2-ci mərtəbəsində yerləşən sahəsi 94,5 kv.m olan 2 otaqdan ibarət 156 saylı mənzilin ümumi dəyərindən 4710 manat, 12 aprel 2013-cü il tarixli maliyyə arayışına əsasən isə 1000 manat ödəmişdir. İş üzrə birinci instansiya məhkəməsi tərəfindən keçirilmiş məhkəmə sənədlərin texniki ekspertizasının 19 dekabr 20 19-cu il tarixli rəyinə əsasən "xxxx" Mənzil-Tikinti Kooperativi ilə İddiaçı arasında bağlanmış 12 avqust 2009-ci il tarixli 18 saylı müqavilə və maliyyə arayışındakı bütün çap mətnlərinin rəngləyici maddələri kimyəvi tərkiblərinə görə çap qurğularında istifadə olunan rəngləyicilərə aiddirlər. Tədqiq olunan 12 avqust 2009-ci il tarixli 18 saylı müqavilənin sonuncu səhifəsindəki və həmin tarixli maliyyə arayışındakı möhürlərin rəngləyici maddələri kimyəvi tərkiblərinə görə ştempel boyalarının kimyəvi tərkibinə uyğundur. Tədqiq olunan 12 avqust 2009-ci il tarixli 18 saylı müqavilədəki diyircəkli qələmlə qeyd olunan “50000 (əlli min)” və “25000=00 (iyirmi beş min)...ilk” əlyazıları, “icraçı” və “alıcı” bəndlərindəki imzalar kimyəvi tərkiblərinə görə öz aralarında eyni diyircəkli qələmlə icra olunub, həmin müqavilədəki digər əlyazılarının icra olunmasında istifadə olunan mürəkkəblərdən kimyəvi tərkibinə görə fərqlənirlər. Tədqiq olunan 12 avqust 2009-cu il tarixli maliyyə arayışındakı bütün əlyazıları və imza kimyəvi tərkiblərinə görə öz aralarında eyni diyircəkli qələmlə icra olunmuşlar. "xxxx" Mənzil-Tikinti Kooperativi ilə İddiaçı arasında bağlanmış 12 avqust 2009-ci il tarixli 18 saylı müqavilə və maliyyə arayışındakı əlyazıları və imzalar kimyəvi tərkiblərinə görə öz aralarında fərqli diyircəkli qələmlə icra olunmuşlar. Rəyin tədqiqi hissəsinin 2-ci bəndində göstərilən səbəblərə görə tədqiqata təqdim olunmuş "xxxx" Mənzil-Tikinti Kooperativi ilə İddiaçı arasında bağlanmış 12 avqust 2009-ci il tarixli 18 saylı müqavilənin və maliyyə arayışının əslidəki, çap yazılarının, ə l yazılarının, möhürün və imzaların icra olunma tarixini müəyyən etmək mümkün olmadı. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdeh "xxxx" MTK-ya qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, "xxxx" yaşayış massivi, 13M ünvanında inşa edilən yaşayış binasının 3-cü giriş 2-ci mərtəbəsində yerləşən sahəsi 94,5 kv.m olan, 2 otaqdan ibarət 156 saylı mənzilin üzərində iddiaçının sahiblik və istifadə hüququnun tanınması, həmin mənzilin cavabdeh tərəfindən iddiaçıya təhvil verilməsi və mənzildən sərbəst istifadə edilməsinə cavabdeh tərəfindən yaradılan maneələrin aradan qaldırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, "xx xx" MTK tərəfindən Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi "xxxx" yaşayış massivi 13M ünvanında inşa edilən yaşayış binasının 3-cü giriş 2-ci mərtəbəsində yerləşən sahəsi 94,5 kv.m olan, 2 otaqdan ibarət 156 saylı mənzilin dəyərini 12 avqust 2009-cu il tarixdə "xxxx" MTK-ya ödəyərək iddiaçı qeyd olunan mənzili almışdır. İddiaçı dəfələrlə cavabdeh MTK-ya gedərək mənzilinin ona nə vaxt təhvil veriləcəyi ilə maraqlanmış, lakin MTK rəhbərliyi hər dəfə müxtəlif bəhanələrlə onun mənzilini təhvil verməkdən yayınmışdır. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs xxxqızı cavabdehlər İddiaçı və "xxxx" MTK-ya qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" MTK tərəfindən Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, "xxxx" yaşayış massivi 13M ünvan ında inşa edilən yaşayış binasının 3-cü giriş 2-ci mərtəbəsində yerləşən sahəsi 94,5 kv.m olan, 2 otaqdan ibarət 156 saylı mənzilinə dair İddiaçı Məsini oğlu və "xxxx" MTK arasında bağlanmış 12 avqust 2009-cu il tarixli 18 saylı müqavilənin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Həmin iddia onunla əsaslandırılmışdır ki, "xxxx" MTK tərəfindən Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi "xxxx" yaşayış massivi 13M ünvanında inşa edilən yaşayış binasının 3-cü girişi 2-ci mərtəbəsində yerləşən sahəsi 94,5 kv.m olan, 2 otaqdan ibarət 156 saylı mənzil üçüncü şəxsin istifadəsindədir. "xxxx" MTK-nın rəhbərləri olmuş Nəsib Əliyev və digər şəxslər həmin dövrlərdə etdikləri qanunsuz əməllərinə görə cinayət məsuliyyətinə cəlb edilmiş, onların əməllərinə Bakı Ağır Cinayətlər Məhkəməsi tərəfindən hüquqi qiymət verilmişdir. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünə və Azərbaycan Respublikası Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin tövsiyə məktubuna əsasən zərərçəkmiş şəxslər MTK tərəfindən mənzillə təmin edilmişlər. Zərərçəkmiş şəxs kimi, 156 saylı mənzil 04 sentyabr 2012-ci il tarixli 133 saylı müqaviləyə əsasən üçüncü şəxsə verilmişdir. İddiaçı adı zərərçəkmiş şəxslər siyahısında olmamış və o, MTK-ya müraciət etməmişdir. İddiaçı təqdim etdiyi müqavilədən görünür kı, qeyd edilən mənzilə dair "xxxx" MTK arasında 2009-cu ildə müqavilə bağlanmışdır. Həmin müqavilədən görünür ki, "xxxx" MTK-nın adından müqavilə Telman Səfərov adlı şəxs tərəfindən imzalanmışdır. Lakin 12 avqust 2009cu il tarixli, 18 saylı müqavilə və maliyyə arayı şları barədə MTK-da hər hansı bir məlumat yoxdur. Müqavilənin göstərilən tarixdə imzalamaları kifayət qədər şübhə doğurur. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 03 fevral 2020-ci il tarixli, 2(010)171/2020 nömrəli qətnaməsi ilə (hakim S.M.Miriyeva) İddiaçı cavabdeh "xxxx" MTK-ya qarşı “mənzilə sahiblik və istifadə hüququnun tanınması, maneələrin aradan qaldırılaraq mənzilin iddiaçıya təhvil verilməsi” tələbinə dair iddia tələbinin təmin edilməməsi, müstəqil tələb irəli sürən üçüncü şəxs xxxqızının cavabdehlər İddiaçı və "xxxx" MTK-ya qarşı iddiasının təmin edilməsi, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, "xxxx" yaşayış massivi, 13M ünvanında inşa edilən yaşayış binasının 3-cü giriş 2-ci mərtəbəsində yerləşən sahəsi 94,5 kv.m olan, 2 otaqdan ibarət 156 saylı mənzilinə dair İddiaçı və "xxxx" MTK arasında bağlanmış 12 avqust 2009-cu il tarixli 18 saylı müqavilənin etibarsız hesab edilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, ekspert rəyləri ilə iddiaçının bağladığı dörd müqavilə və maliyyə arayışlarında olan möhür əkslərinin aşınma (istifadə) dərəcəsinin eyni olduğu, həmçinin həmin sənədlərin tərtib olunmasında istifadə olunmuş qələmlərin kimyəvi tərkiblərinin təkrarlanması həmin sənədlərin eyni tarixdə (eyni gündə) tərtib olunduğu barədə qənaətə gəlməyə imkan verir. Bu baxımdan iddiaçının təqdim etdiyi müqavilələrdə göstərilən tarixlərin onların imzalandıqları real tarixi əks etdirmədiyi, müqavilələrin daha sonradan əvvəlki tarixlərə tərtib oldunduğu müəyyən edilir. Beləliklə ekspert rəyləri əsasında iddiaçı ilə bağlanmış müqaviləd ə onların imzalanma tarixləri barədə məlumatın mötəbər olmadığı müəyyən edilmişdir. Bu baxımdan, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, "xxxx" yaşayış massivi, 13M ünvanında inşa edilmiş yaşayış binasının 3-cü giriş, 2-ci mərtəbəsində yerləşən 2 otaqdan ibarət 56 saylı mənzil iddiaçı ilə həmin mənzilə dair müqavilələrin bağlanmasından daha əvvəl üçüncü şəxslərin hüquqları ilə yüklü olduğundan Kooperativ mənzilin əvvəlki sifarişçilərinə münasibətdə vicdanlılığın tələb etdiyi tərzdə hərəkət etməmiş, onlarla bağladığı müqavilə ləğv edilmədən, həmin müqavilələrin bağlanmasından sonra mübahisəli mənzilə dair iddiaçı ilə eyni məzmunlu müqavilə bağlamış, bununla da ilkin müqavilələrin məqsədinə çatmağa maneçilik törədilən və öhdəliklərinin icrasını təhlükəyə məruz qoya bilən hərəkət lərə yol vermişdir. İş materiallarında mübahisəli mənzillərin daşınmaz əmlakın dövlət reyestrində hər-hansı şəxsin adına qeydə alınması barədə məlumat yoxdur. b) Apellyasiya instansiyası məhkəməsində icraat İddiaçı apellyasiya şikayəti verərək, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 03 fevral 2020-ci il tarixli, 2(010)-171/2020 nömrəli qətnaməsinin ləğv edilməsi və onun iddia tələbinin təmin olunması və müstəqil tələb irəli sürən üçüncü şəxs xxxqızının iddiasının isə rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 16 iyun 2021-ci il tarixli, 2(103)-4241/2021 nömrəli qətnaməsi ilə (hakim X.A.Mərdanovanın sədrliyi və məruzəsi ilə, hakimlər E.M.Həsənovdan və F.F.Babayevdan ibarət tərkibdə) İddiaçı apellyasiya şikayəti qismən tə min edilmiş, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 03 fevral 2020ci il tarixli, 2(010)-171/2020 nömrəli qətnaməsi ləğv edilmiş və İddiaçı cavabdeh "xxxx" MTK-ya qarşı “mənzilə sahiblik və istifadə hüququnun tanınması, maneələrin aradan qaldırılaraq mənzilin iddiaçıya təhvil verilməsi” tələbinə, habelə müstəqil tələb irəli sürən üçüncü şəxs xxxqızının cavabdehlər İddiaçı və "xxxx" MTK- ya qarşı “müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizələrinin rədd edilməsi qət edilmişdir. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edilən zaman müstəqil tələb irəli sürən üçüncü şəxs xxxqızının cavabdehlər İddiaçı və "xxxx" MTK- ya qarşı “müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsinə hüquqi qiymət versə də, həm in iddia ərizəsi iş materiallarına əlavə edilməmişdir. Həmin iddia ərizəsinin surəti apellyasiya baxışı zamanı müstəqil tələb irəli sürən üçüncü şəxsin vəkili Vəkil tərəfindən məhkəmə kollegiyasına təqdim edilmiş, iddia ərizəsinin yuxarı sol hissəsində (dərkənar hissəsi) üzərində 31 yanvar 2020-ci il tarix yazısı olan Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin ştampı müəyyən olunmuşdur. Eyni zamanda həmin iddia ərizəsinin barədə məlumatlar Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 03 fevral 2020-ci il tarixli məhkəmə iclasının protokolunda öz əksini tapmışdır. Belə olan halda apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, xxxqızı tərəfindən verilmiş iddia ərizəsi iş materiallarına əlavə edilməsə də, məhkəmənin icraatına qəbul edilmiş hesab edilməli və apellyasiya baxışı qaydasında hüqu qi qiymət verilməlidir. Göstərilənləri ümumiləşdirən apellyasiya məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsi tərəfindən mülki işə baxılarkən mülki prosessual qanunvericiliyin tələbləri pozulduğundan və düzgün tətbiq edilmədiyindən birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməlidir. Daha sonra apellyasiya məhkəməsi qeyd etmişdir ki, apellyasiya baxışı zamanı iddiaçı tərəfindən təqdim edilmiş Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 16 iyun 2020-ci il tarixli, 2(010)-2202/2020 nömrəli qətnaməsi ilə cavabdeh "xxxx" Mənzil Tikinti Kooperativi tərəfindən 56000 manat dəyərində olan, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, "xxxx" yaşayış massivi, 13M saylı binada yerləşən, 94,5 m2 sahəsi olan iki otaqlı təmirsiz mənzilin İddiaçı verilməsi, ödənilmiş 30 manat dövl ət rüsumunun 15 manatının cavabdeh "xxxx" Mənzil Tikinti Kooperativindən tutularaq İddiaçı verilməsi, ödənilmiş dövlət rüsumunun qalan hissəsinin iddiaçıya aid edilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Qeyd olunan qətnamə qanuni qüvvəsini almış və icra edilməsi üçün Bakı şəhəri Suraxanı rayon İcra və Probasiya Şöbəsinə göndərilmişdir. Həmin qətnamə ilə müəyyən olunmuşdur ki, "xxxx" MTK tərəfindən verilmiş 12 avqust 2009-cu il tarixli, 18 saylı mənzilin dəyərinin tam ödənilməsi barədə arayışın surətindən görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, "xxxx" yaşayış sahəsi, 13M saylı evin, 3-cü giriş, 2-ci mərtəbədə yerləşən 156 saylı mənzilin dəyəri İddiaçı tərəfindən ödənilmişdir. Onun kooperativə borcu yoxdur. İddiaçı cavabdeh "xxxx" MənzilTikinti Kooperativinə qarşı pul tələbinə dair iddiа ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək məhkəmədən "xxxx" MTK tərəfindən ona 56000 manat dəyərində dəymiş ziyana görə sahəsi 94,5 kv.m olan, 2 otaqdan ibarət tam təmirli mənzil verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X4 məhkəməyə ərizə verərək iddianı qismən qəbul etdiyini, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, "xxxx" yaşayış sahəsi, 13 M ünvanında yerləşən binada 2 otaqlı mənzilin iddiaçıya verilməsinə etiraz etmədiyini bildirmişdir. Apellyasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası MPM-in 82.3-cü maddəsinə istinad edərək hesab etmişdir ki, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 03 fevral 2020-ci il tarixli, 2(010)-171/202 0 nömrəli qətnaməsi ilə "xxxx" MTK və İddiaçı arasında bağlanmış 12 avqust 2009-cu il tarixli 18 saylı müqavilənin qanunvericiliyin tələbləri pozulmaqla bağlanması qənaətinə gəlinsə də, qanuni qüvvəsini almış Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 16 iyun 2020-ci il tarixli, 2(010)-2202/2020 nömrəli qətnaməsi ilə həmin müqavilənin qanunvericiliyin tələblərinə uyğun olması qənaətinə gəlinmişdir. Belə olan halda həmin müqavilənin qanuniliyinə və mötəbərliyinə şübhə ilə yanaşmağa əsas verən hallar müəyyən olunmur. Bundan başqa, apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, birinci instansiya məhkəməsi 12 avqust 2009-cu il tarixli 18 saylı müqavilənin etibarsız hesab edilməsi ilə bağlı Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin 19 dekabr 2019-cu il tarixli rəyinə istinad etmişdir. Mə hkəmə həmin rəyə tənqidi yanaşaraq qeyd etmişdir ki, qeyd olunan rəy 12 avqust 2009-cu il tarixli 18 saylı müqavilənin etibarsız hesab edilməsinə əsas ola bilməz. Belə ki, qeyd olunan rəy ilə 12 avqust 2009-cu il tarixli 18 saylı müqavilənin qanunvericiliyin tələblərinin pozulması ilə tərtib edilməsi və bağlanması müəyyən edilmir. "xxxx" MTK və İddiaçı arasında bağlanmış 12 avqust 2009-cu il tarixli, 18 saylı müqavilə etibarlı olduğundan və mübahisəli müqavilənin etibarsız hesab edilməsi üçün əsaslar müəyyən edilmədiyindən, müstəqil tələb irəli sürən üçüncü şəxs xxxqızının cavabdehlər İddiaçı və "xxxx" MTK-ya qarşı “müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair iddiası təmin edilə bilməz. Bundan başqa, apellyasiya instansiyası məhkəməsi iddiaçının iddia tələbi ilə bağlı qeyd etmişdir ki, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 16 iyun 2020-ci il tarixli, 2(010)-2202/2020 nömrəli qətnaməsi ilə 12 avqust 2009-cu il tarixli 18 saylı müqaviləyə uyğun olaraq, cavabdeh "xxxx" Mənzil-Tikinti Kooperativi tərəfindən 56000 manat dəyərində olan, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, "xxxx" yaşayış massivi, 13M saylı binada yerləşən, 94,5 kv.m sahəsi olan iki otaqlı təmirsiz mənzilin İddiaçı verilməsi qət edildiyindən və həmin qətnamə qanuni qüvvəsini aldığından, hazırkı iddia tələbi təmin edilə bilməz. Apellyasiya şikayətinin dəlilləri ilə bağlı apellyasiya məhkəməsi həmçinin qeyd etmişdir ki, iş materialları ilə "xxxx" MTK və İddiaçı arasında bağlanmış 12 avqust 2009-cu il tarixli 18 saylı müqaviləsi bağlanan zaman qanunvericiliyin pozulması halları müəyyən edi lmədiyindən, iddia müddətinin tətbiq edilməsinə dair ərizəyə hüquqi qiymət verilməsinə zərurət qalmır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: a) Kassasiya şikayətinin dəlilləri Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs xxxqızı kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 16 iyun 2021-ci il tarixli, 2(103)-4241/2021 nömrəli qətnaməsinin qismən, yəni müstəqil tələb irəli sürən üçüncü şəxs xxxqızının cavabdehlər İddiaçı və "xxxx" MTK-ya qarşı “müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair iddiasının rədd olunması hissəsində ləğv edilməsi və həmin iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti iddia ərizəsində qeyd olunan hallara istinad edilməklə onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Belə ki, İddiaçı ilə bağlanmış müqavilədə "xxxx" MTK-nın adından səlahiyyətsiz şəxs imzalamış, mübahisələndirilən mənzil Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünə və Azərbaycan Respublikası Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin məktubuna əsasən üçüncü şəxsə verilmişdir. Həmçinin məhkəmə əsassız olaraq Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 16 iyun 2020-ci il tarixli qətnaməsinə istinad etmiş, ekspert rəyini isə düzgün qiymətləndirməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatlar ı Məhkəmə iclasında mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxsin nümayəndəsi X5 və vəkili Məmmədov Kənan Nazim oğlu kassasiya şikayətinin dəlillərini müdafiə edərək, təmin edilməsini məhkəmə kollegiyasından xahiş etmişlər. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq, iddiaçı və hər iki tələb üzrə cavabdeh "xxxx" MTK-nın nümayəndəsi məhkəmə iclasına gəlməmiş, vəkillərin iştiraklarını təmin etməmiş və səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsini rəhbər tutaraq işə gəlməyən tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Kassasiya baxışının hədləri: Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kassasiya instansiyası məh kəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. Kassasiya şikayətinin hədlərini müəyyən edərkən məhkəmə kollegiyası qeyd edir ki, apellyasiy a instansiyası məhkəməsi qətnaməsi ilə həm iddiaçının, həm də üçüncü şəxsin iddiaları rədd olunsa da, həmin qətnaməni iddiaçı mübahisələndirməmişdir. Kassasiya şikayətini üçüncü şəxs vermiş və qətnamənin onun iddiasının təmin edilməyən hissəsini mübahisələndirmişdir. Odur ki, hazırki kassasiya baxışının hədlərini apellyasiya instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə qanuniliyinin yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, həmin Məcəllədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. 178.8-ci maddəsinə əsasə n (01 iyul 2018-ci il tarixədək qüvvədə olan redaksiyada) mənzil, bağ, qaraj və ya başqa kooperativin üzvü, pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka mülkiyyət hüququ əldə edirlər. 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 425.1-ci maddəsinə əsasən öz hüquqların ı həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 9.1-ci maddəsinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə görə məhkəmə s übutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 101.7-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 416.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən pr osessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissələrdə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Belə ki, apellyasiya instansiyası məhkəməsi iddiaçının apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərkən iş üzrə müəyyən etdiyi faktiki hallarına maddi hüquq normalarını düzgün tətbiq etmiş, qanuni və əsaslı nəticəyə gəlmişdir. Kassasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası ilk olaraq qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi səlahiyyətləri çərçivəsində işdə olan sübutlara hüquqi qiymət verməklə, iddiaçı və cavabdeh arasında bağlanmış müqavilənin etibarsızlığı üçün əsaslar müəyyən olunmamışdır. Eyni ilə məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə birinci instansiya məhkəməsi tərəfindən keçirilmiş məhkəmə sənədlərin texniki ekspertizasının rəyini qiymətləndirərkən MPM-in 88, 101.7 və 103.1-ci maddələrinin tələblərini pozmamışdır. Belə ki, yuxarıda qeyd olunduğu kimi, iş materiallarında olan 19 dekabr 2019-cu il tarixli ekspert rəyi ilə mübahisələndirilən müqavilənin etibarsız hesab olunması üçün əsaslar müəyyən olunmamışdır. Odur ki, məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, mübahisələndirilən qətnamə qəbul edilərkən işin faktiki halları tam, hərtərəfli və obyektiv araşdırılmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş, iş üzrə qanun i və əsaslı qətnamə qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri əsassızdır, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas deyildir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs xxxqızı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 16 iyun 2021-ci il tarixli, 2(103)-4241/2021 nömrəli qətnaməsi mübahisələndirilən, yəni üçüncü şəxs xxxqızının iddiasının rədd edilməsi hissəsində dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-5729/2021
Ali Məhkəmə Qərar — İş №2(102)-5729/2021
29.11.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver