Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-573/2019 17.01.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ İş № 2(102)-573/2019 Bakı şəhəri 17 yanvar 2019-cu il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Quliyev Gündüz Ağababa oğlunun sədrliyi və məruzəsi ilə, Mirzəliyev Əsəd Abdulla oğlu və Qoldman Tatyana Aleksandrovnadan ibarət tərkibdə, Əhmədov Nurlan Vəli oğlunun katibliyi, iddiaçının vəkili X1 iştirakı ilə, Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 14 sentyabr 2018-ci il tarixli qətnaməsindən ləğv prosesində olan iddiaçı “xxxx” ASC-nin ləğvedicisi XXX və cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 ayrı-ayrılıqda verdikləri kassasiya şikayətlərinə açıq məhkəmə ic lasında baxaraq MÜƏYYƏN ETDİ: Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 19 oktyabr 2017-ci il tarixli qətnaməsi ilə (iş № 2(044)-5974/2017 hakim A.A.Mahmudov) iddiaçı “xxxx” ASC-nin ləğvedicisi XXXnun cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 qarşı iddiası qismən təmin edilmiş, Cavabdeh2 15 yanvar 2014-cü il tarixli 004 saylı kredit müqaviləsi üzrə 10.558 manat məbləğində əsas borc, 1.684 manat məbləğində faiz borcu, ümumilikdə 12.243 manat borcun, Cavabdeh1 15 yanvar 2014-cü il tarixli 005 saylı kredit müqaviləsi üzrə 11.666 manat məbləğində əsas borc, 2.064 manat məbləğində faiz borcu, ümumilikdə 13.731 manat borcun tutulması, tutmanın ipoteka predmeti olan Cavabdeh3 məxsus olan ilkin satış qiyməti 48.000 manat məbləğində qiymətləndirilmiş Göygöl şəhəri, Nizami küçəsində yerləşən 32 saylı fərdi yaşayış evi və 0,06 ha torpaq sahəsinə yönəldilməsi, həmin evin açıq hərracdan satılması, satışdan əldə edilən vəsait hesabına borcun ödənilməsi, qalan vəsaitin Cavabdeh3 qaytarılması qət edilmiş, iddia “ipoteka ilə yüklü edilmiş əmlak satıldıqdan və mülkiyyətçi dəyişdirildikdən sonra qeydiyyatda olanların yaşayış hüquqlarına xitam verilərək boşaldılması” hissəsində rədd edilmişdir. Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 14 sentyabr 2018-ci il tarixli qətnaməsi ilə (iş № 2(104)-620/2018 hakimlər Ş.M.Əliyeva, R.Ş.Muradov, Ş.Q.Rzaquliyev) Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 apellyasiya şikayəti qismən təmin edilmiş, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 19 oktyabr 2017-ci il tarixli qətnaməsi Cavabdeh1 2.064 manat məbləğində faiz borcunun tutulması hissəsində dəyişdirilmiş, f aiz borcunun məbləğinin 977 manat müəyyən edilməsi qət edilmiş, qətnamə Cavabdeh2 1.684 manat məbləğində faiz borcunun tutulması hissəsində ləğv edilmiş, həmin hissədə iddia rədd edilmişdir. Həmin qətnamədən iddiaçı və cavabdehlər ayrı-ayrılıqda verdikləri kassasiya şikayətlərində qətnamənin ləğv edilib işin yenidən baxılması üçün apellyasiya məhkəməsinə göndərilməsini xahiş etmişlər. İşin halları: 15 yanvar 2014-cü il tarixli 004 və 005 saylı kredit müqavilələri əsasında “xxxx” ASC tərəfindən Cavabdeh1 və Cavabdeh2 hər birinə ayrılıqda 36 ay müddətinə illik 6% ödəmək şərti ilə 15.000 manat məbləğində kredit verilmişdir. Həmin kreditlərin təminatı olaraq bağlanmış ipoteka müqaviləsinə əsasən Cavabdeh3 məxsus fərdi yaşayış evi bankın xeyrinə ipoteka ilə yüklü edilmişdir. 15.08.2017-ci il ta rixdə Ləğv prosesində olan iddiaçı “xxxx” ASC-nin ləğvedicisi XXX kredit müqavilələri üzrə əsas borc və faiz borcunun ödənilməsi, ipoteka predmetinə tutmanın yönəldilməsi tələbinə dair hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İş üzrə yuxarıda qeyd olunan məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətlərinin dəlilləri, kassasiya şikayətlərinə qarşı etirazlar və tərəflərin izahatları İddiaçı kassasiya şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya məhkəməsi tərəfindən istinad edilmiş ekspert rəyi əsassızdır. Belə ki, 15.01.2014-cü il tarixli 005 saylı kredit müqaviləsi Cavabdeh1 ilə bağlanmışdır, lakin ekspert Cavabdeh3 dair sənədlər təqdim edilmədiyindən tədqiqat aparılmadığını göstərmişdir. Məhkəmə əsassız olaraq bir müqavilə üzrə faiz borcunu azaltmış, digər müqavil ə üzrə isə faiz borcu tələbini ümumiyyətlə rədd etmişdir. Cavabdehlər kassasiya şikayətini onunla əsaslandırmışlar ki, onlar banka mütəmadi olaraq ödənişlər etmiş, lakin bank bağlandıqdan sonra ödənişlər qəbul edilməmiş və əlavə faizlər hesablanmışdır. Ona görə də həmin faizlər tutula bilməz. Məhkəmə kollegiyasının iclasında iddiaçının vəkili kassasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş cavabdehlər məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Hüquqi məsələlər: Aşağıdakılara əsasən iddiaçının kassasiya şikayəti qismən təmin edilməli, cavabdehlərin kassasiya şikayəti təmin edilməməli, apellyasiya məhkəməsinin qətnaməsi qismən, faiz borcu tələbinə dair hissəsində ləğv edilməklə həmin hissədə iş yenidən baxılması ü çün apellyasiya məhkəməsinə göndərilməli, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləssinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Həmin Məcəllənin 418-ci maddəsi ilə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin və qərardadının ləğv edilməsinin əsasları müəyyən edilmişdir. İddia tələbinin əsasını kredit müqavilələri üzrə əsas borc və faiz borcunun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququn u digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il Qeyd edildiyi kimi “xxxx” ASC 15 yanvar 2014-cü il tarixli kredit müqaviləsi əsasında Cavabdeh1 36 ay müddətinə illik 6% ödəmək şərti ilə 15.000 manat məbləğində kredit vermişdir. Bank eyni tarixdə, eyni məbləğdə və eyni şərtlərlə Cavabdeh2 ilə də kredit müqaviləsi bağlamışdır. Həmçinin iddiaçı bank Cavabdeh1 15 yanvar 2014-cü il tarixli 005 saylı kredit müqaviləsi üzrə 11.6 66 manat məbləğində əsas borc, 2.064 manat məbləğində faiz borcunun olduğuna, Cavabdeh2 15 yanvar 2014-cü il tarixli 004 saylı kredit müqaviləsi üzrə 10.558 manat məbləğində əsas borc, 1.684 manat məbləğində faiz borcu, ümumilikdə 12.243 manat borcun olduğuna istinad edərək hazırki iddia ərizə ilə məhkəməyə müraciət etmişdir. Birinci instansiya məhkəməsinin qətnaməsindən iddiaçı apellyasiya şikayəti verməmiş, cavabdehlər isə həmin qətnamədən verdikləri apellyasiya şikayətində qətnamənin dəyişdirilərək faiz hissəsinin azaldılması barədə qətnamə qəbul eidlməsini xahiş etmişlər. Apellyasiya məhkəməsi kredit müqavilələri üzrə borcun müəyyən edilməsi üçün məhkəmə-mühasibatlıq ekspertizası təyin etmişdir. 15 avqust 2018-ci il tarixli ekspertiza rəyi ilə 15 yanvar 2014-cü il tarixli 005 saylı kre dit müqaviləsi üzrə Cavabdeh1 22 may 2017-ci il tarixə “xxxx” ASC-yə əsas borc üzrə 11.682 manat, faiz borcu üzrə 977 manat borcunun olduğu müəyyən edilmiş, 15 yanvar 2014-cü il tarixli 004 saylı kredit müqaviləsi üzrə sənədlər təqdim edilmədiyindən həmin müqavilə üzrə tədqiqat aparılmamışdır. Apellyasiya məhkəməsi həmin ekspert rəyinə istinad edərək birinci instansiya məhkəməsinin qətnaməsini faiz tələbinə dair hissədə 15 yanvar 2014-cü il tarixli 005 saylı kredit müqaviləsi üzrə Cavabdeh1 2.064 manat faiz borcunun tutulması hissəsində dəyişdirərək faiz borcunun məbləğini 977 manat müəyən etmiş, qətnamə iddia tələbinin Cavabdeh2 1.684 manat faiz borcunun tutulması hissəsində ləğv edilərək həmin hissədə iddia rədd edilmişdir. Halbuki iş materiallarından görünür ki, iddiaçı tərəfindən ekspe rtizaya 2 ayrı-ayrı hesab nömrəsi üzrə maliyyə əməliyyatları barədə çıxarışlar təqdim edilmişdir. Həmin hesablardan çıxarışlar üzrə debet və kredit məbləğləri fərqli məbləğlərdir. Lakin ekspert texniki səhv kimi çıxarışların eyni şəxsin adına verilməsinə istinad edərək digər müqavilə üzrə tədqiqat aparmamışdır. “Dövlət Məhkəmə Ekspertizası Fəaliyyəti haqqında” AzərbaycanRespublikası Qanununun məhkəmə ekspertizası fəaliyyətinin vəzifəsini müəyyən edən 3-cü maddəsinə əsasən məhkəmə ekspertizası fəaliyyətinin əsas vəzifəsi elm, texnika, incəsənət, sənətkarlıq və başqa sahələr üzrə xüsusi bilik əsasında sübut əhəmiyyətinə malik olan faktiki halların müəyyənləşdirilməsindən ibarətdir. İş üçün əhəmiyyətli olan halların aydınlaşdırılması məhkəmə baxışının mühüm prinsipi olub, Azərbaycan Respubli kası Mülki Prosessual Məcəlləsinin 14-cü maddəsi ilə nizamlanır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün, işin hərtərəfli, tam və obyektiv tədqiqinə şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddənin məzmununa görə işin hərtərəfli tədqiqi baxılan iş üzrə yaranan bütün məsələlərin məcmusunun, onların daxili əlaqəsi nəzərə alınmaqla mübahisə edən tərəflərdə hər birinin xeyrinə, həm də mənafeyinin ziddinə olan halların yoxlanılmasını əhatə etməlidir. İşin hallarının tam tədqiqi dedikdə mübahisənin düzgün həllinə təsir edən bütün materiallar, faktların tədqiqi, həm də mübahisənin düzgün həllinə təsir edən digər hallar araşdırılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Bu halda məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi faiz borcu tələbinə dair hissədə qanuni və əsaslı hesab edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 418.1-ci maddəsinə əsasən maddi və ya prosess ual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Məhkəmə kollegiyası faiz borcu tələbinə dair hissədə işin faktiki halları barədə iddiaçının kassasiya şikayətində irəli sürdüyü dəlillərin mahiyyətinə toxunmadan hesab edir ki, həmin dəlillər apellyasiya məhkəməsi tərəfindən araşdırılaraq qanuni və əsaslı qətnamə qəbul edilməlidir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, iddiaçının kassasiya şikayəti qismən təmin edilməli, cavabdehlərin kassasiya şikayəti təmin edilməməli, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi faiz borcu tələbinə dair hissəsində ləğv edilməklə həmin hissədə iş yenidən baxılması üçün apellyasiya məhkəməsinə göndərilməli, qətnamə qalan hissədə dəyişd irilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: “xxxx” ASC-nin ləğvedicisi XXXnun kassasiya şikayəti qismən təmin edilsin. Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 14 sentyabr 2018-ci il tarixli qətnaməsi qismən, faiz borcu tələbinə dair hissəsində ləğv edilsin və iş həmin hissədə yenidən baxılması üçün Gəncə Apellyasiya Məhkəməsinə göndərilsin, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Əsli ilə düzdür Hakim Gündüz Quliyev
Məhkəmə qərarları › İş №2(102)-573/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-573/2019
17.01.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver