Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-573/2022 14.02.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı kredit müqaviləsi üzrə borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair iş üzrə QƏRARİ (Açar sözlər: kredit borcunun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (sədrlik edən və məruzəçi), Şamayev Elşad Yaquboviç və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, Sumqayıt Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(105)-442/2021 nömrəli iş üzrə 18 avqust 2021-ci il tarixli qət naməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 14 fevral 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi: İşin halları İddiaçı Açıq Səhmdar Cəmiyyəti (bundan sonra – iddiaçı və ya Bank) ilə Cavabdeh2 (bundan sonra – Borcalan) arasında bağlanılmış 12 noyabr 2014-cü il tarixli, 803YHFK saylı kredit müqaviləsinə əsasən Bank Borcalana 48 ay müddətinə, illik 19 faiz ödəmək şərti ilə 10.000 manat məbləğində kredit vermişdir. Bankla Cavabdeh1 (bundan sonra – Zamin) arasında bağlanmış 12 noyabr 2014-cü il tarixli, 803 YHFK saylı zaminlik müqaviləsinə əsasən Zamin Borcalanın 12 noyabr 2014-cü il tarixli kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrası ilə bağlı üzərinə birgə məsuliyyət götürmüşdür. Bankla zamin Cav abdeh1 arasında bağlanılmış 12 noyabr 2014-cü il tarixli ipoteka müqaviləsinə əsasən 12 noyabr 2014-cü il tarixli kredit müqaviləsi üzrə Borcalanın kredit öhdəliyinin təminatı olaraq Zaminə məxsus ünvan 1 ünvanında 0,0262 ha torpaq sahəsində yerləşən 43 saylı fərdi yaşayış evi (bundan sonra– ipoteka predmeti) ipoteka ilə yüklü edilmişdir. İpoteka ilə yüklülük daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. Bankla Borcalan arasında bağlanılmış 24 iyun 2015-ci il tarixli, 891YHFK saylı kredit müqaviləsinə əsasən Bank Borcalana 48 ay müddətinə, illik 19 faiz ödəmək şərti ilə 5700 ABŞ dolları məbləğində kredit vermişdir. Bankla Zamin arasında bağlanmış 24 iyun 2015-ci il tarixli, 891 YHFK saylı zaminlik müqaviləsinə əsasə Zamin Borcalanın 24 iyun 2015-ci il tarixli, 891 YHFK saylı kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrası ilə bağlı üzərinə birgə məsuliyyət götürmüşdür. İpotekanın əlavə qeydiyyatı haqqında 24 iyun 2015-ci il tarixli razılaşmaya əsasən ipoteka predmeti 24 iyun 2015-ci il tarixli, 891 YHFK saylı kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrasının təminatı kimi yüklü edilmiş, sözügedən torpaq sahəsi və fərdi yaşayış evinə dair ipotekanın əlavə qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat Bank cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı iddia ərizəsi, sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavahdehlərdən 12.11.2014-cü il tarixli kredit müqaviləsi üzrə 6439,75 manat əsas borc, müqavilə müddətinin sonuna h esablanmış 6694,49 manat faiz borcunun, müqavilə müddətinin sonundan 31 may 2019-cu il tarixədək əsas borca görə illik beş faiz dərəcəsi ilə hesablanmış 215,51 manat faiz borcunun, ümumilikdə 13349,75 manat kredit borcunun; 24.06.2015-ci il tarixli kredit müqaviləsi üzrə 4238,76 ABŞ dolları əsas borcun, 2918,13 ABŞ dolları faiz borcunun, ümumilikdə 7156,89 ABŞ dolları məbləğində kredit borcunun və məhkəmə xərclərinin tutulması, ödəmənin ipoteka predmetinə yönəldilməsi, həmin ipoteka predmetinin açıq hərracdan satılması, satışdan əldə edilən pul vəsaitinin göstərilən pul tələblərinin təmin edilməsi üçün Banka ödənilməsi, ipoteka predmeti satıldıqdan sonra ipoteka predmeti olan evdə yaşayan cavabdehlərin əşyaları ilə birlikdə 1 (bir) ay müddətində çıxarılması, həmçinin evin 1 (bir) ay müddət ində boşaldılması, əmlakın satışından əldə edilən vəsait göstərilən pul tələblərinin təmin edilməsi üçün kifayət etmədikdə qalıq borcun ümumi qaydada cavabdehlərdən tutulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Bank tərəfindən pul məbləğinin ödənilməsi tələbi ilə dəfələrlə cavabdehə şifahi formada, o cümlədən yazılı bildirişlərin göndərilməsi yolu ilə xəbərdarlıqlar edilmiş və qeyd olunan borc haqqında məlumat verilmiş və onların tez bir zamanda Banka ödənilməsi qarşı tərəfdən tələb olunmuşdur. Lakin qeyd olunan öhdəlik yerinə yetirilməmişdir. İş üzrə "xxxx" MMC-nin 22 oktyabr 2019-cu il tarixli hesabatı ilə ipoteka predmetinin bazar dəyəri 85000 manat müəyyən edilmişdir. Sumqayıt Şəhər Məhkəməsinin (hakim A.Süleymanova) (bundan sonr a – birinci instansiya məhkəməsi) 2(060)-4658/2019 nömrəli iş üzrə 17 dekabr 2019-cu il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdehlərdən iddiaçının xeyrinə 12.11.2014-cü il tarixli kredit müqaviləsi üzrə 6439,75 manat əsas borc, müqavilə müddətinin sonuna hesablanmış 6694,49 manat faiz borcu, gecikdirilmiş müddət üçün illik beş faiz dərəcəsi ilə hesablanmış 215,51 manat faiz borcu, ümumilikdə 13349,75 manat kredit borcunun; 24.06.2015-ci il tarixli kredit müqaviləsi üzrə 4238,76 ABŞ dolları əsas borc, 2918,13 ABŞ dolları faiz borcu, ümumilikdə 7156,89 ABŞ dolları kredit borcunun (ödəniş gününə manata məzənnə ilə) və ödənilmiş məhkəmə xərclərinin əvəzi olaraq cəmi 115 manatın tutulması, tələbin ipoteka predmeti olan fərdi yaşayış evinə yönəldilməsi, həmin əmlakın açıq hərrac da satılması, ipoteka predmetinin ilkin satış qiymətinin 85000 manat müəyyən edilməsi, hərrac üzrə xərclər satışdan əldə olunan vəsaitdən çıxıldıqdan sonra iddia tələbinin satılmış əmlak hesabına ödənilməsi, iddiaçının tələbləri ödənildikdən sonra qalan məbləğin Cavabdeh1 qaytarılması, ipoteka predmeti olan fərdi yaşayış evinə tutma yönəldikdə və o, satıldıqdan sonra 1 ay ərzində həmin yaşayış sahəsindən cavabdehlərin əşyaları ilə birlikdə çıxarılması və evin boşaldılması, ipoteka predmetinin satışından əldə olunan vəsait iddiaçının tələbinin ödənilməsi üçün kifayət etmədikdə qalan məbləğin cavabdehlərdən alınaraq iddiaçıya ödənilməsi, iddianın qalan hissədə təmin olunmaması qət edilmişdir. Məhkəmə müəyyən etmişdir ki, tərəflər arasında kredit müqaviləsi bağlanmaqla öhdəlik hüquq münasib ətləri yaranmış, iddiaçı kredit müqaviləsi ilə üzərinə düşən öhdəliyi icra etmiş, yəni müqavilədə nəzərdə tutulan pul vəsaitini Borcalana vermiş, lakin sonuncu kredit müqaviləsi ilə üzərinə düşən öhdəliyi lazımi qaydada və vaxtında yerinə yetirməmiş, hər ay ödəniş cədvəlinə uyğun olaraq ödənişləri ödəməmişdir. Nəticədə cavabdehin iddiaçının qarşısında icra edilməmiş pul öhdəliyi yaranmışdır. Məhkəmə işin hallarına Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1, 739.2-ci maddələrinə istinadən qiymət verərək hesab etmişdir ki, iddiaçının tələbi əsaslıdır, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün iddiaçı qarşısında cavabdehdir və mülki məsuliyyət daşıyır. Məhkəmə həmçinin Mülki Məcəllənin 470, 472-ci maddələrinə istinadən hesab etmişdir ki, iddiaç ının zaminə qarşı iddia tələbi də əsaslıdır, zamin borclu ilə birgə iddiaçı qarşısında mülki məsuliyyət daşıyır. Eyni zamanda, birinci instansiya məhkəməsi Mülki Məcəllənin 445-ci maddəsinə istinadla gecikdirilmiş vaxt üçün illik 5% ödənilməsi ilə bağlı hissədə də iddianı əsaslı hesab etmişdir. Məhkəmə Mülki Məcəllənin 269.1, 269.4, 319-cu maddələrinin və «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 33, 34.1.1, 34.1.2, 39.3, 39.3.3, 59-cu maddələrinin göstərişlərinə əsasən tələbin ipoteka ilə yüklü edilmiş əmlaka yönəldilməsini qanunun tələblərinə uyğun hesab etmiş, ipoteka predmetinin ilkin satış qiymətini işdə olan qiymətləndirmə rəyi əsasında 85.000 manat müəyyən etmişdir. Qətnamədən Cavabdeh2 apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddianın rədd edilməsini xa hiş etmişlər. Cavabdeh apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci insatnsiya məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmiş və işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət edir. Məhkəmə tərəfindən heç bir ekspertiza keçirilmədən qətnamə qəbul edilmişdir. Apelyasiya instansiyası məhkəməsindəki birinci icraat Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apelyasiya instansiyası məhkəməsi) 2(105)-1079/2020 nömrəli iş üzrə 02 mart 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər – G.Tağızadə (sədrlik edən və məruzəçi), L.Məmmədova və A.Abbasov) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qə tnaməsi Cavabdeh2 münasibətdə qanuni və əsaslı hesab edilmiş və dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, iddiaçının zaminə qarşı iddia tələbi əsaslıdır. Zamin borclu ilə birgə iddiaçı qarşısında mülki məsuliyyət daşıyır. Apellyasiya instansiyası məhkəməsi həmçinin hesab etmişdir ki, gecikdirilmiş vaxt üçün illik 5 %" ödənilməsi ilə bağlı hissədə iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Cavabdeh2 kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilib, işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişlər. Kassasiya instansiyası məhkəməsində birinci icraat Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının (sədrlik edən və məruzəçiAbiddin Hüseynov, hakimlər Əhməd Nurməmmədov və İlqar Xələfov) 24.08.2020-ci il tarixli, 2(102)-3933/2020 saylı qərarı ilə kassasiya şikayəti qismən təmin edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-1079/2020 nömrəli iş üzrə 02 mart 2020-ci il tarixli qətnaməsi qismən – kredit borcunun tutulması hissəsində ləğv edilmiş və iş həmin hissədə yenidən baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi, qətnamə ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən olunması hissəsində dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Məhkəmə kollegiyası hesab etmişdir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən ipoteka predmetinin ilkin satış qiymətlərinin müəyyən edilməsi hissəsində mübahisəli hüquq münasibətini tənzimləyən maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin göstərilən hissədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Məhkəmə kollegiyası apelyasiya instansiyası məhkəməsinin kredit borcunun tutulması hissəsində prosessual hüquq normasının pozuntusuna yol verdiyi barədə kassasiya şikayətinin dəlillərini əsaslı hesab etmiş və qeyd etmişdir ki, iş üzrə iddiaçı 12.11.2014-cü il tarixli kredit müqaviləsi üzrə 6439,75 manat əsas borca müqavilə müddətinin sonuna hesablanmış 6694,49 manat faiz borcu; 24.06.2015-ci il tarixli kredit müqaviləsi üzrə 4238,76 ABŞ dolları əsas borca 2918,13 ABŞ dolları faiz borcu tələbi irəli sürmüş, birinci instansiya məhkəməsi həmin tələbi tam təmin etmişdir. Cavabdehin apelyasiya şikayətinin əsas dəlili ondan iba rət olmuşdur ki, iş üzrə ekspertiza təyin edilməli, əsas və faiz borclarının düzgünlüyü yoxlanılmalıdır. Borcalan apelyasiya baxışı zamanı verdiyi izahatında da məhkəmə tərəfindən ekspertiza keçirilmədiyini və bununla bağlı məhkəməyə əlavə sənəd təqdim edə bilməyəcəyini qeyd etmişdir. Məhkəmə kollegiyası qeyd etmişdir ki, apelyasiya instansiyası məhkəməsi iş üzrə ekspertiza keçirilməsi barədə vəsatətə münasibət bildirmədən müşavirə otağına getmiş və şikayətin təmin olunmaması barədə qətnamə qəbul etmişdir. Məhkəmə yalnız qətnamədə bu məsələyə münasibət bildirərək, cavabdehin bu dəlili heç bir sənədlə sübuta yetirə bilmədiyini qeyd etmişdir. MPM-in 97.1-ci maddəsinə əsasən məhkəmə işə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün işdə iştirak edən şəxsin vəsatəti və ya öz tə şəbbüsü ilə ekspertiza təyin edə bilər. Prosessual qanunvericilik işdə iştirak edən şəxslərin üzərinə məhkəməyə ünvanlanmış vəsatətlərini mütləq olaraq ayrıca sənəd şəklində təqdim etmək vəzifəsi qoymur. Bu baxımdan işdə iştirak edən şəxslər məhkəmə icraatı çərçivəsində məhkəməyə ünvanlanmış ərizə və şikayətlərində, o cümlədən apelyasiya şikayətində iş üzrə ekspertiza keçirilməsini məhkəmədən xahiş edə bilərlər. Əgər belə ərizə və şikayətlərdə şəxsin ekspertiza keçirilməsi barədə xahişi aydın ifadə edilibsə, məhkəmə həmin xahişi qanunun tələbinə uyğun verilmiş vəsatət kimi qiymətləndirməli və bundan irəli gələn prosessual vəzifələrini yerinə yetirməlidir. Təqdim edilmiş sənədin məzmunu əsasında işdə iştirak edən şəxsin mövqeyi aşkar deyilsə, məhkəmə hər bir halda bu məsələni məhkəmə iclası nda iştirak edən şəxslərlə müzakirə edərək, həmin məsələyə aydınlıq gətirməlidir. MPM-in 97.1-ci maddəsi, həmçinin nəzərdə tutur ki, işdə iştirak edən şəxsin vəsatəti rədd edildikdə məhkəmə bu barədə əsaslandırılmış qərardad qəbul etməlidir. Məhkəmə kollegiyası qeyd etmişdir ki, kredit borcunun qaytarılması tələbləri üzrə işə baxarkən məhkəmə-mühasibatlıq ekspertizasının keçirilməsi barədə vəsatət verildikdə məhkəmənin həmin vəsatəti mütləq qaydada təmin etmək vəzifəsi yoxdur. Məhkəmə vəsatətdə irəli sürülmüş dəlilləri əsaslı hesab edərsə, tələb olunan məbləğdə əsas, faiz və ya dəbbə pulu borcunun düzgünlüyü barədə iş materialları əsasında birmənalı qənaətə gəlmək mümkün olmazsa, yaxud iddiaçı tərəfindən tənasübsüz surətdə yüksək faiz və dəbbə pulu tələb edilərsə məhkəmə vəsatəti təmin edə bilər. Lakin MPM-in 97.1-ci maddəsinin ikinci cümləsinin tələbinə görə məhkəmə belə vəsatəti təmin etmədiyi halda bu barədə yerində müşavirə etməklə və ya zərurət olduğu halda ayrıca akt şəklində əsaslandırılmış qərardad qəbul etməlidir. Lakin, baxılan iş üzrə apelyasiya instansiyası məhkəməsi ekspertiza keçirilməsi ilə bağlı cavabdehin apelyasiya şikayətində verdiyi vəsatət üzrə ümumiyyətlə qərardad qəbul etməmiş, həmin məsələyə yalnız qətnamədə ümumi şəkildə münasibət bildirmişdir. Məhkəmə kollegiyası qeyd etmişdir ki, kassasiya şikayəti qismən təmin edilməli, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi qismən – kredit borcunun tutulması hissəsində ləğv edilməli, həmin hissədə iş yeni apelyasiya baxışına qaytarılmalıdır. İşə yenidən baxılarkən MPM-in 97.1-ci maddəsinin tələblərinə ri ayət edilməklə, Cavabdeh2 apelyasiya şikayətində irəli sürdüyü ekspertiza keçirilməsi barədə vəsatət üzrə əsaslandırılmış qərardad qəbul edilməlidir. Apelyasiya instansiyası məhkəməsindəki ikinci icraat Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 02 dekabr 2020-ci il tarixli qərardadı ı ilə mülki iş üzrə məhkəmə mühasibatlıq ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 05 mart 2021-ci il tarixli 9/6032 saylı ekspertiza rəyi ilə 12.11.2014-cü il tarixli 803 YHFK saylı kredit müqaviləsi üzrə əsas borc 8275,68 manat, faiz borcu 4590,47 manat, 24.06.2015-ci il tarixli 891 YHFK saylı kredit müqaviləsi üzrə əsas borc 5373,58 ABŞ dolları, faiz borcu 1684,62 ABŞ dolları müəyyən edilmiş Sumqayıt Apellyasiya Məhkə məsi Mülki kollegiyasının 21 aprel 2021-ci il tarixli qərardad ilə iş üzrə təkrar məhkəmə mühasibatlıq ekspertizası təyin edilmiş, 9/3623 saylı 18 iyun 2021-ci il tarixli təkrar mühasibatlıq ekspertizası rəyi ilə 12.11.2014-cü il tarixli 803 YHFK saylı kredit müqaviləsi üzrə əsas borc 8275,68 manat, faiz borcu 2869,43 manat, 24.06.2015-ci il tarixli 891 YHFK saylı kredit müqaviləsi üzrə əsas borc 5373,58 ABŞ dolları, faiz borcu 3661,35 ABŞ dolları müəyyən edilmişdir. Cavabdeh1 21 aprel 2021-ci il tarixli ərizə ilə məhkəməyə müraciət etmiş, Cavabdeh2 vəfat etdiyini, onun hüquqi varisi kimi işə cəlb edilməsini xahiş etmişdir. Məhkəmə tərəfindən ərizə təmin edilmiş, Cavabdeh1 Cavabdeh2 hüququi varisi kimi işə cəlb edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(105)-442/2021 nömrəli iş üzrə 18 avqust 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər – Səyyad Qafari (sədrlik edən və məruzəçi), Şəmsəddin Abbasov və Telman Məmmədov) cavabdehin apellyasiya şikayəti qismən təmin edilmiş, Sumqayıt şəhər məhkəməsinin 17 dekabr 2019-cu il tarixli qətnaməsi kredit borcunun tutulması hissəsində dəyişdirilmiş, Cavabdeh1 12.11.2014-cü il tarixli 803 YHFK saylı kredit müqaviləsi üzrə əsas borc 6439 (altı min dörd yüz otuz doqquz) manat 75 (yetmiş beş) qəpik, faiz borcu 2869 (iki min səkkiz yüz altmış doqquz) manat 43 (qırx üç) qəpik və gecikdirilmiş müddət üçün illik beş faiz dərəcəsi ilə hesablanmış 215 (iki yüz on beş) manat 51 (əlli bir) qəpik, 24.06.2015-ci il tarixli 891 YHFK saylı kredit müqaviləsi üzrə əsas borc 4238 (dörd min iki yüz otuz səkkiz) ABŞ dolları 76 (yetmiş a ltı) sent, faiz borcu 1684 (min altı yüz səksən dörd) ABŞ dolları 62 (altmış iki) sent (qətnamənin icra ediləcəyi gün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi ABŞ dollarının Azərbaycan manatına məzənnə nisbətində manatla) alınaraq İddiaçı ASC-yə ödənilməsi qət edilmişdir. Apellyasiya məhkəməsi qeyd etmişdir ki, iddiaçı iddia tələbi ilə məhkəməyə müraciət edərkən iddia ərizəsinin dəqiqləşməsində 12.11.2014-cü il tarixli 803 YHFK saylı kredit müqaviləsi üzrə əsas borc 6439,75 manat, əsas borca hesablanmış faiz məbləği 6694,49 manat, 24.06.2015-ci il tarixli, 891 YHFK saylı kredit müqaviləsi üzrə əsas borc 4238,76 ABŞ dolları, ona hesablanmış faiz borcu 2918,13 ABŞ dolları təşkil etmişdir. Keçirilmiş ekspertiza tədqiqatı üzrə 05 mart 2021-ci il tarixli 9/6032 saylı ekspertiza r əyi ilə 24.06.2015-ci il tarixli 891 YHFK saylı kredit müqaviləsi üzrə kredit müqaviləsi üzrə əsas borca hesablanmış faiz məbləği və 9/3623 saylı 18 iyun 2021-ci il tarixli mühasibatlıq ekspertizası rəyi ilə 12.11.2014-cü il tarixli 803 YHFK saylı kredit müqaviləsi üzrə əsas borca hesablanmış faiz məbləğinin borc tələb edilən tarixə düzgün hesablanmadığı, əsas borca hesablanmış faiz məbləğlərinin artıq hesablandığı müəyyən olunmuşdur. Bununla əlaqədar apelyasiya məhkəməsi qeyd etmişdir ki, 12.11.2014-cü il tarixli 803 YHFK saylı kredit müqaviləsi üzrə hesablanmış faiz məbləği və 24.06.2015-ci il tarixli 891 YHFK saylı kredit müqaviləsi üzrə hesablanmış faiz məbləği iddia tələbində göstərilən məbləğdə deyil, Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 05 mart 2021-ci il tarixli 9/6032 saylı və 9/3623 saylı 18 iyun 2021-ci il tarixli ekspert rəylərində göstərilən məbləğdə nəzərə alınmalıdır. Belə ki, iddiaçının təqdim etdiyi əsas kredit məbləği üzrə yaranan əsas borca hesablanmış faiz borcuna dair maliyyə arayışı iddiaçı tərəfin subyektiv mülahizəyə əsaslanır və iddiaçının mövqeyini əks etdirir. Bundan əlavə, apelyasiya məhkəməsi qeyd etmişdir ki, 12.11.2014-cü il tarixli 803 YHFK saylı və 24.06.2015-ci il tarixli 891 YHFK saylı kredit müqavilələri üzrə əsas borcu hissəsində Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 05 mart 2021-ci il tarixli 9/6032 saylı və 9/3623 saylı 18 iyun 2021-ci il tarixli ekspertiza rəylərində göstərilən məbləğ bankın tələb etdiyi məbləğdən artıqdır. Bu baxımdan apelyasiya məhkəməsi hesab etmişdir ki, 12.11.2014-cü il tarixli 803 YHFK saylı və 24.06.2015-ci il tarixli 891 YHFK saylı kredit müqavilələri üzrə əsas borc iddia ərizəsində göstərilən məbləğdə tutulmalıdır. Məhkəmə qətnaməsini Mülki Prosessual Məcəllənin 88, 103.1-ci maddələrinə və S.Əliyevanın şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2006-cı il tarixli qərarına istinad edərək əsaslandlrmışdır. Qətnamədən iddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu kassasiya şikayəti vermişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı tərəfindən müqavilə şərtləri yerinə yetirilsə də, lakin cavabdeh müqavilə ilə müəyyən olunan qaydada və şə rtlərlə krediti qaytarmağı və ona hesablanmış faizləri "Kredit verənə ödəməyi öhdəsinə götürsə də üzərinə düşən öhdəlikləri tam şəkildə yerinə yetirməmişdir. Apellyasiya instansiya məhkəməsi isə nədənsə bu hala diqqət yetirməmiş, əsaslığı sübhə doğuran 05 mart 2021-ci il tarixli və 18 iyun 2021-ci ii tarixli bir-birinə zidd olan ekspert rəylərini sübut növü kimi qəbul edərək faiz məbləğinə aid hissədə düzgün olmayan nəticəyə gəlmişdir. Kassasiya şikayətində qeyd edilmişdir ki, hər iki ekspert tədqiqat apararkən rəyin təsviri hissəsində hansı metodologiyadan istifadə etməklə cavabdehin iddiaçıya 12.11.2014-cü il tarixli 803 YHFK saylı kredit müqaviləsi üzrə faiz borcunun 2869.43 manat, 24.06.2015-ci il tarixli 891 YHFK saylı kredit müqaviləsi üzrə isə 1684.62 manat təşkil etməsini aydın şək ildə göstərməmişlər. Ekspert rəylərinin şübhə doğurması ondan ibarətdir ki, 12.11.2014-cü il tarixli 803 YHFK saylı və 24.06 2015-ci il tarixli 891 YHFK saylı kredit müqavilələri üzrə ekspertlər tərəfindən tədqiqatlar aparılarkən iddiaçının tələb etdiyi əsas borc həddindən artıq yüksək qeyd edilmişdir. Bu da onu deməyə əsas verir ki, ekspertlər ümumiyyətlə mülki işin materialları ilə tanış olmadan, heç bir sübuta əsaslanmadan qanunsuz və əsasız rəylər vermişdir. Halbuki məhkəmə ekspertizasının keçirilməsi barədə qərardadda ekspertin bilərəkdən yalan rəy verməyi barədə CM-nin 297-ci maddəsində nəzərdə tutulmuş məsuliyyəti barədə ona xəbərdarlıq edilir. Görünən odur ki, apellyasiya instansiya məhkəməsi formal tərtib edilmiş hər iki ekspert rəylərini sübut növü kimi qəbul edərək faiz məbləği ilə bağlı məsələyə düzgün mövqedən yanaşmamışdır. Nəticə etibarilə, məhkəmə həqiqətin üzə çıxarılması üçün qanunla nəzərdə tutulmuş üsul və vasitələrdən istifadə etməmişdir. Kassator qeyd edir ki, apellyasiya instansiya məhkəməsində ekspert rəylərinə etiraz edilərək borc məbləğinin həqiqiliyini müəyyən etmək üçün təkrar ekspertiza keçirilməsi barədə şifahi vəsatət verilsə də nədənsə məhkəmə kollegiyası buna əhəmiyyət verməmiş və məhkəmə iclası protokolunda və eyni zamanda qətnamədə vəsatətə hüquqi qiymət verməmişdir. Həmçinin ekspert rəyləri apellyasiya instansiyası məhkəməsi tərəfindən tərəflərə təqdim edilməmiş və iş üzrə ekspert rəyi ilə tanış olmaq üçün məhkəmə tərəfindən tərəflərə şərait yaradılmamışdır. Bu səbəbdən də ekspert rəyinə qarşı etiraz və sübutlarını yazılı şəkildə məhkəməy ə təqdim edə bilməmişdir. Buna görə də iddiaçı Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-442/2021 nömrəli iş üzrə 18 avqust 2021-ci il tarixli qətnaməsinin qismən- Cavabdeh1 12.11.2014-cü il tarixli 803 YHFK saylı kredit müqaviləsi üzrə faiz borcu 2869 (iki min səkkiz yüz altmış doqquz) manat 43 (qırx üç) qəpik və və 24.06.2015-ci il tarixli 891 YHFK saylı kredit müqaviləsi üzrə faiz borcu 1684 (min altı yüz səksən dörd) ABŞ dolları 62 (altmış iki) sent məbləğinin tutulması hissəsində ləğv edilərək yeni baxışa qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişlər. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə icraatı yazılı icraat qaydasında keçirildiyindən, Mülki Prosessual Məcəllənin 10.81-ci maddəsinə əsasən kassasiya şikayəti üzrə mülki işə məhkəmə iclası keç irilmədən və tərəflərin izahatları dinlənilmək üçün çağırılmadan baxılmışdır. Tərəflərdən işə məhkəmə iclasında baxılmasını istədikləri barədə əsaslandırılmış vəsatət daxil olmamış, həmçinin məhkəmə tərəfindən işə məhkəmə iclasında baxılmasını zəruri edən Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 414.1-ci maddəsində nəzərdə tutulan hallar aşkar edilməmişdir. İşdə iştirak edən şəxslərin kassasiya şikayətinə dair yazılı etiraz və ya izahatları məhkəməyə daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Maddə 399.3. Müqavilədə nəzərdə tutula bilər ki, müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəflərin müqavilə üzrə öhdəliklərinin xitamına səbəb olur. Belə şərtin olmadığı müqavilə öhdəliyin icrasının qurtarmasının həmin müqavilədə müəyyənləşdirilmiş anına qədər qüvvədə sayılır. Maddə 399.4. Müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəfləri müqavilənin həmin müddət qurtarana qədər yol verilmiş pozulmasına görə məsuliyyətdən azad etmir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 24 dekabr 2014-c ü il tarixli Qərarında Konstitusiya Məhkəməsi müəyyən etmişdir ki, kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 101.7. Ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Maddə 102.2. Məhkəmə, əsassızlığına görə ekspertin rəyi ilə razılaşmadıqda, habelə bir neçə ekspertin rəyləri arasında ziddiyyətlər olduqda, ekspertiza aparılmasını başqa ekspertə və ya ekspertlərə tapşırmaqla, təkrar ekspertiza təyin edə bilər. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 417.1.2. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadına dəyişiklik edə bilər; Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi şikayətin işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına dair dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyas iya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. İddiaçı tərəfindən verilmiş kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin faiz məbləği hissəsində mübahisələndirir. Ona görə də, qətnamə iddiaçının kassasiya şikayətində mübahisələndirdiyi hissələrdə kassasiya qaydasında yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Kassasiya kollegiyası, apellyasiya instansiyası məhkəməsinin 12.11.20 14-cü il tarixli 803 YHFK saylı kredit müqaviləsi üzrə Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 9/3623 saylı 18 iyun 2021-ci il tarixli ekspert rəyi ilə müəyyən edilmiş 2869.43 manat faiz borcunun tutlması hissəsində gəldiyi nəticə ilə razılaşır və qeyd edir ki, iş üzrə ödənilməli olan faiz borcu müqavilə müddəti çərçivəsində və müqavilə şərtləri nəzərə alınmaqla ekspert rəyi ilə müəyyən edilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, işdə iki ekspert rəyi olsa da, iş materiallarından görünür ki, apellyasiya məhkəməsi 05 mart 2021-ci il tarixli 9/6032 saylı rəyi düzgün hesab etmədiyindən iş üzrə Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 102.2-ci maddəsinə əsasən təkrar ekspertiza təyin etmişdir. Həmin maddəyə əsasən məhkəmə, əsassızlığına görə ekspertin rəyi ilə razılaş madıqda, habelə bir neçə ekspertin rəyləri arasında ziddiyyətlər olduqda, ekspertiza aparılmasını başqa ekspertə və ya ekspertlərə tapşırmaqla, təkrar ekspertiza təyin edə bilər. Məhkəmə kollegiyası qeyd edir ki, iş üzrə təkrar ekspertiza rəyinin alınması artıq ilkin rəyə sübut kimi istinad olunmasına yol vermir. Buna görə də, məhkəmə kollegiyası apellyasiya məhkəməsi tərəfindən 9/3623 saylı 18 iyun 2021-ci il tarixli təkrar ekspert rəyi ilə bərabər 05 mart 2021-ci il tarixli 9/6032 saylı ilkin ekpsert rəyinə sübut kimi istinad edilməsini əsassız hesab edir. Təkrar ekspert rəyi əsasında 12.11.2014-cü il tarixli 803 YHFK saylı kredit müqaviləsi üzrə müəyyən edilmiş 2869.43 manat faiz borcunun düzgün olmaması barədə kassasiya şikayətinin dəlillərini isə məhkəmə kollegiyası əsassız hesab edir. Belə ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlük hüququna malik olmasa da, ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat o vaxt kifayət qədər yüksəkdir ola bilər ki, araşdırma zamanı hazırkı ekspert rəyində müəyyən edilən halları təkzib edən, bu hallara zidd olan sübutlar müəyyən edilməsin və ekspert rəyinin sübut növü kimi qəbul edilməməsinə dair dəlillər ehtimal xarakterli olsun. Bu halda həmin rəy hazırkı iş üzrə mötəbər sübut növü kimi qəbul edilə bilər. Azərbaycan Respublikası MPM-nin 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Lakin məhkəmə kollegiyası 24.06.2015-ci il tarixli 891 YHFK saylı kredit müqaviləsi üzrə faiz məbləğinin 24.06.2017-ci il tarixədək olan 1684,62 ABŞ dolları məbləğində müəyyən edilməsi hissəsi iə razılaşmır və qeyd edir ki, həmin kredit müqaviləsinin müdəti 24.06.2019-cu il tarixədək müəyyən edilmişdir. İddiaçı iddia tələbinin artırılması barədə ərizəsində 31.05.2019-cu il tarixdədək hesabladığı 2918,13 ABŞ dolları faiz tələb etmişdir. İş üzrə təkrar ekspert rəyi ilə 31.05.2019-cu il tarixə ilan faiz borcu 3661,35 ABŞ dolları müəyyən edilmişdir. Lakin apellyasiya məhkəməsi həmin müqavilə üzrə yalnız 24.06.2017-ci il tarixədək hesablanmış 1684,62 ABŞ dolları faiz məbləğini təmin etməklə, müqavilənin 24.06.2019-cu il tarixədək qüvədə olmasını nəzərə almamışdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.1-ci və 399.3 -cü maddələrinə əsasən müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. Müqavilədə nəzərdə tutula bilər ki, müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəflərin müqavilə üzrə öhdəliklərinin xitamına səbəb olur. Belə şərtin olmadığı müqavilə öhdəliyin icrasının qurtarmasının həmin müqavilədə müəyyənləşdirilmiş anına qədər qüvvədə sayılır. Bundan başqa, Mülki Məcəllənin 399.4-cü maddəsinə müvafiq olaraq müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəfləri müqavilənin həmin müddət qurtarana qədər yol verilmiş pozulmasına görə məsuliyyətdən azad etmir. Yəni tərəf müqavilənin qüvvədə olduğu müddət üçün məsuliyyət daşıyır. Müqavilənin qüvvədə olduğu müddət bitdikdən sonrakı dövr üçün müqavilə öhdəliyindən və müqavilə üzrə məsuliyyətdən söhbət gedə bilməz və deməli, bu müddətdən sonrakı dövr üçün iddiaçı müqavilədən irəli gələn tələb hüququna malik deyildir. O, yalnız qanundan irəli gələn tələb irəli sürə bilər. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 24 dekabr 2014-cü il tarixli Qərarında Konstitusiya Məhkəməsi müəyyən etmişdir ki, kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Məhkəmə kollegiyası nəzərə alır ki, Konstitusiya Məhkəməsinin qərarlarının mə cburi hüquqi qüvvəsi onun qərarlarında formalaşdırılmış hüquqi mövqelərinin qüvvəsinə də şamil edilir və həmin hüquqi mövqelər hüququn tətbiqi təcrübəsində məhkəmələr tərəfindən rəhbər tutulmalıdırlar. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının 24.06.2015-ci il tarixli 891 YHFK saylı kredit müqaviləsinin müddəti bitənədək faizləri hesablayıb tələb etmək hüququ olduğundan, müqavilə müddəti ərzində, 31.05.2019-cu il tarixə bankın həmin müqavilə üzrə tələb etdiyi faiz məbləği 2918,13 ABŞ dolları olduğundan, təkrar ekspert rəyi ilə isə həmin tarixə daha artıq 3661,35 ABŞ dolları faiz borcu müəyyən edildiyindən, iddiaçının iddiası bu hissədə iddia tələbi həcmində, yəni 2918,13 ABŞ dolları məbləğində təmin edilməlidir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikay əti qismən təmin edilməli, hazırki iş üzrə apelyasiya instansiyası məhkəməsinin qətnaməsi qismən, 24.06.2015-ci il tarixli kredit müqaviləsi üzrə 1684,62 ABŞ dolları faizin tutulması hissəsində dəyişdirilməli, cavabdehdən həmin müqavilə üzrə 2918,13 ABŞ dolları faiz tutulmalı, qətnamə mübahisələndirilən digər hissədə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçının kassasiya şikayəti qismən təmin edilsin. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-442/2021 nömrəli iş üzrə 18 avqust 2021-ci il tarixli qətnaməsi qismən-24.06.2015-ci il tarixli kredit müqaviləsi üzrə 1684,62 ABŞ dolları faizin tutulması hissəsində dəyişdirilsin və cavabdehdən həmin müqavilə üzrə 2918,13 ABŞ dolları faiz tutulsun. Qətnamə mübahisələndirilən digər hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-573/2022
Ali Məhkəmə Qərar — İş №2(102)-573/2022
14.02.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver