Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5731/2019 19.08.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Əhmədova Mehparə Tofiq qızı (sədrlik edən və məruzəçi - hakim), Nurməmmədov Əhməd Güləhməd oğlu, X2 ibarət tərkibdə, Novruzova Ülviyyə Nazim qızının katibliyi ilə, Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 17.04.2019-cu il tarixli, 2(107)1178/2019 nömrəli qətnaməsindən İddiaçı1 tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: Qax Rayon Məhkəməsinin (hakim M.Qarayev) 23.04.2018-ci il tarixli, 2(024)121/2018 nömrəli qətnaməsi ilə iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 Cavabdeh qarşı “d əymiş maddi ziyanın ödənilməsi” tələbinə dair iddiası qismən təmin edilərək, Cavabdeh iddiaçılara vurduğu 13689 manat maddi ziyanın və 30 manat dövlət rüsumunun, cəmi 13719 manat pulun alınıb iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 verilməsi qət edilmişdir. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 17.07.2018-ci il tarixli, 2(107)-1790/2018 saylı qərardadı ilə (hakimlər İ.Quliyev, Ə.Məcidov, M.Əsədli) Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilərək, Qax Rayon Məhkəməsinin 23.04.2018-ci il tarixli qətnaməsinin ləğv edilməsi, mülki işin aidiyyəti üzrə baxılması üçün Zaqatala rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Zaqatala Rayon Məhkəməsinin (hakim A.İsmayılov) 08.11.2018-ci il tarixli, 2(033)1151/2018 nömrəli qətnaməsi ilə iddiaçılar İddi açı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 Cavabdeh qarşı “dəymiş maddi ziyanın ödənilməsi” tələbinə dair iddiası qismən təmin edilərək, Cavabdeh 11.04.2017-ci il tarixdə vurduğu maddi zərərə görə 13689 manatın və ödənilmiş dövlət rüsumunun əvəzi olan 30 manatın alınıb iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 verilməsi qət edilmişdir. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 17.04.2019-cu il tarixli, 2(107)-1178/2019 saylı qətnaməsi ilə (hakimlər A.Mahmudov, E.Hüseynov, V.Məlikov) Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilərək, Zaqatala Rayon Məhkəməsinin 08.11.2018-ci il tarixli, 2(033)-1151/2018 saylı qətnaməsinin ləğv edilməsi, yeni qətnamə qəbul edilməsi və iddia tələbinin təmin edilməməsi qət edilmişdir. İddiaçı1 iş üzrə Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 17.04.2019-cu il tarixli qətnaməsindən kassasiya şikayəti vermişdir. İşin halları: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 Cavabdeh qarşı “dəymiş maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onlara dəymiş olan 25350 manat maddi ziyanın və iddia qaldırmaq üçün ödədiyi 30 manat dövlət rüsumunun, cəmi 25380 manat pulun Cavabdeh alınıb onlara verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri və tərəflərin izahatları: İddiaçı1 və vəkili Bazayev İslam İsaq oğlu kassasiya şikayətini onunla əsaslandırmışlar ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən qətnamə qəbul edilərkən prosessual hüquq normaları əhəmiyyətli dərəcəd ə pozulmuşdur. Belə ki, məhkəmə iclasında hadisənin əsl təfərrüatları doğru qeyd edilməmişdir. İşin əsl təfərrüatları doğru araşdırılmamış, mütəxəssis rəyi nəzərə alınmamış, iş üzrə şahidlər dindirilməmişdir. Belə ki, iddiaçı və onun ailə üzvləri onlara məxsus olan fındıq bağını cavabdehə icarəyə vermişlər. Cavabdeh qanunsuz olaraq onlara məxsus fındıq ağaclarının bir qismini kəsmiş, bör qismini isə kökündən çıxararaq məhv etmişdir. Nəticədə onlara külli miqdarda ziyan dəymişdir. Lakin apellyasiya instansiyası məhkəməsi heç bir sübut əlavə edilmədən iddiaçıların torpaq sahəsini satması və həmin fındıq ağaclarının cavabdeh tərəfindən əkilməsi qənaətinə gəlmişdir. Beləliklə məhkəmə işə baxarkən Azərbaycan respublikasının MPM-nin 217 və 218-ci maddələrinin tələblərinə əməl etməmişdir. Ona gör ə də onlar Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 17.04.2019-cu il tarixli, 2(107)-1178/2019 nömrəli qətnaməsinin ləğv edilməsi və işin yenidən apellyasiya baxışına qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişlər. İşdə iştirak edən şəxslər işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmişlər. Lakin İddiaçı1, onun vəkili Bazayev İslam İsaq oğlu, digər iddiaçılar İddiaçı2, İddiaçı3, İddiaçı4 və Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən, kassasiya instansiyası mə hkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyən edilmiş işin hallarından görünür ki, iddiaçı tərəf mülkiyyət hüququ ilə özlərinə məxsus olan Qax rayonu Tasmalı kəndində yerləşən torpaq sahəsini boş ərazi şəklində 2006-cı il tarixdə uzun müddətli Cavabdeh faktiki istifadəsinə vermiş, həmin ərazidən uzun müddət-yəni 2006-cı il tarixdən 2017-ci il tarixədək cavabdeh istifadə etmişdir. Qeyd olunan torpaq sahəsi iddiaçılar tərəfindən cavabdehin istifadəsinə verilərkən ərazi tamamilə boş olmuş, həmin ərazidə heç bir əkili, o cümlədən də fındıq topaları mövcud olmamışdır. Cavabdeh də həmin ərazidə xeyli sayda fındıq tingləri əkib-becərmiş, zəhmət və xərc tələb edən aqrotexn iki qulluq göstərməklə həmin ağacları bu illər ərzində məhsul (bar) verən bir vəziyyətə gətirib çıxarmışdır. İşin bu halı məhkəmə kollegiyasının iclasında iddiaçı tərəfindən də mübahisləndirilməmişdir. Artıq həmin fındıq topaları bəhər, qazanc verən bir ərəfədə iddiaçı tərəf mübahisə edərək həmin torpağın cavabdehdən geri qaytarılmasını tələb etməklə yanaşı, 15 mart 2017-ci il tarixli alqı-satqı müqaviləsi əsasında X1. Məhz bundan sonra Cavabdeh öz zəhmət və gəliri, xərci sayəsində əkib-becərdiyi, faktiki olaraq özünə məxsus olan və öz mülkiyyəti sayılan ağacların bir qismini çıxarmaqla, bir qismini isə yerdən 15-20 sm hündürlükdən kəsməklə aparmışdır. Cavabdeh tərəf işin bu halını iddiaçı tərəfin onunla qarşılıqlı razılığa gəlməməsi ilə əlaqələndirmişdir. Mübаhisəsi gedən tоrpаq sаhəsin ə Cavabdeh sаhiblik etməsi heç də özbаşınа bаş verməmiş, iddiaçı tərəfin irаdəsinə uyğun оlmuşdur. Göstərilən xüsusаtlаr və işin faktiki halları bir daha onu deməyə əsas verir ki, iddiaçı tərəf torpaq sahəsinin əvvəlki vəziyyəti (boş ərazi) ilə bağlı mülkiyyət hüquqna malik olsalar da, onun üzərində cavabdeh tərəfindən öz xərci, gəliri və zəhməti hesabına əklib-becərilmiş fındıq ağaclarına heç bir subyektiv hüququn sahibi deyillər. Belə ki, iddiaçıların cavabdeh tərəfindən çıxarılmış və kəsilmiş 170 ədəd fındıq koluna hər hansı bir hüququ olmamış və bu halı təsdiq edən mötəbər sübutlar onlar tərəfindən də işə baxılarkən təqdim edilməmiş, onlara hər hansı bir maddi ziyan dəyməmişdir. Məhkəmə kollegiyası hesab etmişdir ki, əgər cavabdeh tərəf öz xərci hesabına əkibbecərdiyi fındıq topalarınd an bəhər, gəlir götürmədiyi bir halda, həmin ağacların onun iradəsindən asılı olmayan bir səbəbdən birdən-birə iddiaçı tərəfin ixtiyarına verilməsi qarşı tərəfin əsassız varlanması kimi qiymətləndirilə bilər. Ona görə də məhkəmə kollegiyası belə qənaətə gəlir ki, iddia tələbinə hüquqi qiymət verib, iddianı qismən təmin etməklə birinci instansiya məhkəməsi işin faktiki hallarına uyğun qanuni və əsaslı nəticəyə gəlməmiş, mübahisə predmeti ilə bağlı tərəflərin qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən tətbiq edilməli olan maddi hüquq normalarını düzgün tətbiq etməmişdir. Beləliklə qeyd edilən maddi hüquq normalarının tələblərini nəzərə alaraq məhkəmə kollegiyası apellyasiya şikayətinə, eləcə də iddia tələbinə münasibətdə qeyd etmişdir ki, iddiaçılar Qax rayonunun Tasmalı kəndində yerləşən mübahisəli 1.90 ha torpaq sahəsində əkilib-becərilmiş fındıq ağaclarına (topalarına) münasibətdə hər hansı bir hüququnun olmasını təsdiq edəcək sübutu məhkəməyə təqdim etməməklə yanaşı işə baxılarkən də məhkəmə kollegiyasına təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən, müvafiq olaraq zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qaytarma vəzifəsi aşağıdakılara da şamil edilir: bu Məcəllənin 157.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydaya; əldə edən şəxsin əldə etdiklərinə əsasən və ya onlar üçün kompensasiya kimi əldə etdiyinə və ya qəsdən əldə etmədiyinə. Əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir. Həmin Məcəllənin 1096.1-ci maddəsinin tələbinə görə, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1097.1-ci maddəsinin tələbinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərəri n əvəzi zərər vuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Аzərbаycаn Respublikаsı Mülki Məcəlləsinin 152.1-152.4, 157.2 və 157.4-cü mаddələrinə əsаsən mülkiyyət hüququ – subyektin оnа mənsub əmlаkа (əşyаyа) öz istədiyi kimi sаhib оlmаq, оndаn istifаdə etmək və оnа dаir sərəncаm vermək üzrə dövlət tərəfindən tаnınаn və qоrunаn hüququdur. Sаhiblik hüququ - əmlаkа (əşyа yа) fаktik sаhibliyin həyаtа keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkаnıdır. İstifаdə hüququ əmlаkdаn (əşyаyаdаn) оnun fаydаlı təbii xаssələrini hаsil etməyin, hаbelə оndаn fаydа götürməyin hüquqi cəhətdən təmin edilmiş imkаnıdır. İstifаdədən fаydа, gəlir, аrtım, bəhər törəmə şəklində və bаşqа fоrmаlаrdа оlа bilər. Sərəncаm hüququ - əmlаkın (əşyаnın) hüquqi müqəddаrаtını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkаnıdır. Mülkiyyətçi özgəsinin qаnunsuz sаhibliyindən öz əmlаkını geri tələb edə bilər. Əgər mülkiyyətə qəsd və yа bаşqа mаneələr əşyаnı götürmədən və yа оndаn məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə sоn qоymаğı tələb edə bilər. Bu cür hərəkətlər dаvаm etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə sоn qоyulmаsını məhkəmə vаsitəsi ilə tələb edə bilər. Kassasiya kollegiyası kassasiya şikayətlərinin dəlilləri ilə bağlı qeyd edir ki, kassasiya şikayətinin dəlilləri formal mülahizələrə əsaslanmış, apellyasiya instansiyası məhkəməsi qətnamə qəbul edərkən işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış, tərəflərin izahatları ilə yanaşı, şahidlərin ifadələrini nəzərə almışdır. Şikayətin dəlilləri üzrə yoxlama aparılarkən hər hansı prosessual hüquq normasının pozuntusuna yol verilməsi müəyyən edilməmişdir. Əksinə, iddiaçılardan İddiaçı3 ağacların cavabdeh tərəfindən əkilməsini göstərmişdir (səh 155). Beləliklə, kassasiya kollegiyası apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi qətnamə qəbul edərkən tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Bu səbəbdən kassasiya şikayətinin dəlilləri əsassızdır, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas deyildir. Nəticə olaraq kassasiya kollegiyası belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İ ddiaçı1 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. İş üzrə Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 17.04.2019-cu il tarixli, 2(107)-1178/2019 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-5731/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-5731/2019
19.08.2019 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver