Məhkəmə qərarları › İş №2(102)-5733/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-5733/2021

26.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5733/2021 26.10.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı MMC-nin Cavabdeh qarşı iş üzrə QƏRARİ iş № 2(102)-5733/21 (Açar sözlər: pul tələbi) Bakı şəhəri, 26 oktyabr 2021-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının hakimləri Əhmədova Mehparə Tofiq qızı (sədrlik edən və məruzəçi), Əliyev Ələsgər Əliabbas oğlu və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, Əliyeva Tutu Nazim qızının katibliyi, Cavabdeh vəkili Vəkil3 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-4112/2021 nömrəli iş üzrə 04 may 2021-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kasasiya şikayəti üzrə işə 26 oktyabr 2021-ci i l tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı MMC Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçı MMC-nin xeyrinə 2.360 manat məblğəində təhsil haqqı borcunun, təhsil haqqı borcunun gecikdirilməsinə görə hesablanmış 1.090,30 manat məbləğində cərimənin, ümumilikdə 3.450,30 manat məbləğində vəsaitin və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat İddiaçı MMC iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə İddiaçı MMC arasında cavabdehin övladı X1 təhsil alması məqsədi ilə 2019-2020-ci tədris ili üçün 13.09.2019-cu il tarixdə Tam orta təhsil xidməti haqqında müqavilə bağlanmışdır. Bağlanmış müqavilələr əsasında cavabdeh müqavilənin 2.2-ci maddəsi ilə müəyyən edilmiş illik 5.900 manat məbləğindəki təhsil haqqını iddiaçıya ödəməyi öhdəsinə götürmüşdür. Lakin, cavabdeh tərəfindən imzalanmış müqavilə üzrə götürülmüş öhdəliklər icra edilməmişdir. Tərəflər arasında yaranmış bu mübahisəni məhkəmədənkənar pretenziya qaydasında dəfələrlə həll etməyə çalışsalar da, heç bir nəticə verməmişdir. Belə ki, İddiaçı MMC tərəfindən cavabdehlə təhsil haqqının ödənilməsi ilə əlaqədar uzun müddət şifahi və yazılı şəkildə danışıqlar aparıldıqdan sonra bu danışıqlar heç bir nəticə vermədiyindən cavabdehə birinci dəfə bildiriş göndərilərək ölkədə yaranmış vəziyyətlə əlaqədar olaraq təhsil haqqı məbləğinə güzəşt edildiyi bildirilmiş və güz əşt məbləği çıxıldıqdan sonra qalıq məbləği ödəməsi üçün imkan yaradılmışdır. Lakin cavabdeh tərəfindən bundan sonra da öhdəliyin icrası istiqamətində hər hansı bir tədbir görülməmişdir. Daha sonra iddiaçı tərəfindən cavabdehə ikinci dəfə bildiriş göndərilərək təhsil haqqı məbləğinin və tərəflər arasında imzalanmış müqaviləyə əsasən gecikdirilmiş təhsil haqqı məbləğinə görə hesablanmış cərimə məbləğinin müəyyən edilmiş müddət ərzində ödənilməsi xahiş edilmişdir. Buna baxmayaraq, cavabdeh tərəfindən öhdəlik yenə də icra edilməmiş qalmışdır. Bu səbəbdən də iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. Cavabdeh 2019-2020-ci il tədris ilinə görə müqavilə ilə müəyyən edilmiş 5.900 manat məbləğindəki vəsaiti tam şəkildə müqavilənin digər tərəfi olan və cavabdehin övladına tam orta təhsil xidməti göstərən iddiaçı məktəbə ödəməli olduğu halda həmin vəsaiti bu günədək ödəməmişdir. Bu günki gündə cavabdehin iddiaçı məktəb qarşısında ödənilməmiş 2.360 manat məbləğində təhsil haqqı borcu vardır. Tərəflər arasında imzalanmış Tam orta təhsil xidməti haqqında Müqavilələrin 2.2.3-cü maddəsinə əsasən “Şagird təhsil haqqını 2019-2020-ci dərs ilinin hər ayının sonunda mütləq ödəməlidir, bu tarixə qədər şagird təhsil haqqını ödəmədikdə, gecikdirilmiş hər gün üçün təhsil haqqının ümumi məbləğinin 0,3% həcmində dəbbə pulu (peniya) ödəyir”. Cavabdeh tərəfindən təhsil haqqı ödənişi ilə bağlı öhdəlik tam icra edilmədiyindən iddiaçı Məktəb tərəflər arasında imzalanmış Müqavilələrin 2.2.3-cü maddəsini rəhbər tutaraq 30.07.2020-ci il tarixədək cavabdehə ümumilikdə 1.090,30 mana t məbləğində cərimə hesablamışdır. Beləliklə də, cavabdehin iddiaçı qarşısında bu günki gündə ödənilməmiş 2.360 manat məbləğində təhsil haqqı borcu və təhsil haqqı borcunun gecikdirilməsinə görə hesablanmış 1.090,30 manat məbləğində cərimə, ümumilikdə 3.450,30 manat məbləğində borcu vardır. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 23 noyabr 2020-ci il tarixli 2(008)-5546/2020 nömrəli qətnaməsi ilə (hakim Zaur Hacıyev) iddia tələbi qismən təmin edilərək, Cavabdeh 1810 manat borcun və 20 manat ödənilmiş dövlət rüsumunun tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi qənaətini onunla əsaslandırmışdır ki, hər kəs müqavilə bağlamaqda müstəqildir və müqavilə azadlığı mülki qanunvericiliyin əsas prinsiplərindən biridir (Mülki Məcəllənin 6- cı maddəsi). Həmin prinsip mülki hüquq subyektlərinə müstəqil olaraq, heç kəsin iradəsindən asılı olmadan öz mülahizə və istəklərinə görə mənafelərini nəzərə almaqla müqavilə bağlamaq imkanı verir. Tərəflərin razılaşdırılmış iradə ifadəsinə uyğun olaraq müqavilə bağlanmışdır və həmin müqavilənin şərtlərinin icrası məcburi hüquqi qüvvəsini alaraq tərəflər üçün qarşılıqlı hüquq və vəzifələri yaratmışdır. Bu səbəbdən mübahisənin həll edilməsi üçün müqavilə şərtlərinə diqqət yetirilməsi zəruridir. Müqavilənin 2.1.12-ci bəndində göstərilən qarşısıalınmaz (forsmajor) hadisələr nəticəsində tədrisin pozulmasına və başqa mənfi hüquqi hallara görə “Məktəb məsuliyyət daşımır müddəası bağlı məhkəmə bildirir ki, 2019-ci ilin dekabr ayından yayılan yeni növ koronavirus (C OVİD-19) xəstəliyi 2020-ci ilin mart ayından X2 tərəfindən dünyada pandemiya elan olunmuşdur. COVİD-19 ilə mübarizə sahəsində hazırda əksər dövlətlərdə olduğu kimi Azərbaycanda xüsusi karantin rejiminin tətbiq edilməsinə dair Azərbaycan Respublikası Nazirlər Kabinetinin (18 aprel 2020-ci il 144 saylı və s.) qərarları mövcüddür. Lakin, Nazirlər Kabinetinin bütün qərarlarının məqsədi insanların bir yerdə toplaşmasının və bununla da xəstəliyin artmasının qarşısının alınması məqsədi ilə yerində xidməti dayandırılması olmuşdur. Ona görə də, iddiaçı haqlı olaraq onlayn qaydada tədrisini davam etdirilməsinə dair qərar vermiş, cavabdeh isə dərslərin keçirilməsi qaydasının dəyişdirilməsini susmaqla qəbul etmişdir. Belə ki, şagird, məktəbin müəyyən etdiyi proqramı tam keçməklə tədris ilini başa vurm uşdur. Halbuki, müqavilənin 2.2.2-ci bəndinə əsasən cavabdeh istənilən vaxt iddiaçı ilə bağladığı müqaviləyə xitam verə bilərdi. Məhkəmə hesab edir ki, müqavilə şərtlərinə görə iddiaçı cavabdehdən əlavə olaraq 900 manat ödəniş müqabilində şagirdin məktəb tərəfindən təqdim olunan nəqliyyat vasitəsindən istifadə etməsi və gündə bir dəfə şagirdi yeməklə təmin edilməsinə dair öhdəlik götürsə də, həmin müqavilə şərtləri iddiaçı tərəfindən özündən asılı olmayan səbəblərə görə tam icra edilməmişdir. Lakin təqsirin olmamasına baxmayaq, xidmət müqaviləsi tam icra edilmədiyi halda iddiaçı cavabdehdən ödənilməmiş borcunun 2360 manat həcmində müəyyənləşdirməkdə haqlı deyildir. Belə ki, Qərb Universiteti Tam Orta Məktəbin 04.06.2020-ci il tarixli 20 nömrəli əmri ilə 2019/2020-ci tədris ilinin mart-iyun ayları üzrə 1-ci sinifində təhsil alan hər bir şagirdə görə başlanmış müqavilə üzrə nəqliyyat vasitəsindən istifadə nəzərdə tutulduğu halda 550 manat, nəqliyyat nəzərdə tutulmadığı halda 380 manat təhsil haqqında güzəşt edilmişdir. Məhkəmə qeyd edir ki, şagirdin yuxarıda göstərilən xidmətlərdən tam istifadə edilməməsinə görə 550 manat iddiaçının əmri ilə edilmiş güzəşt ağlabatan hesab edilməklə qeyri şərtsiz cavabdehə şamil edilməlidir. Belə ki, iddiaçı tərəfindən tədris ilinin sonunda təhsil haqqına edilən güzəştə qədər cavabdeh tərəfindən öhdəliyin icrasından imtina etməsi əsaslı olmuşdur. Daha sonra öhdəliyin vaxtında icra edilməməsinin səbəbində cavabdehin iddiaçıya etirazı ona görə olmuşdur ki, 2.1.12-ci bəndində göstərilən forsmajor halına dair müqavilə şərti tam aydın olmadığına gö rə tərəflər bu bəndi müxtəlif cür təsfir etmişlər. Başqa sözlə cavabehin müqavilə üzrə öhdəlikdən yayınmaq niyyəti olmamış, müqavilədə şərtləşdirilmiş öhdəliyin icrası tam həcmdə həyata keçirilmədiyinə görə onun üzərinə düşən öhdəliyi icra etməmişdir. Buna görə də məhkəmə hesab edir ki, cavabdeh iddiaçıya yalnız əsas borc üzrə 1810 manat ödəməli, iddiaçının öhdəliyinin vaxtında icra edilməməsinə əsaslanıb dəbbə pulunun tələb edilməsi əsassız olduğundan rədd edilməlidir. Birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 390.1, 404.1, 425, 441.3, 442, 448.2, 462.1-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 217.4-cü maddələri ilə əsaslandırmışdır. Qətnamədən narazı qalan cavabdeh apelyasiya şikayəti verərək, bi rinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. b) Apelyasiya instansiyası məhkəməsində icraat Bakı Apelyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər – Qürbət Əsgərov - sədrlik edən və məruzəçi, Azad İmanov, Vahid Sadıqov) 2(103)-4112/2021 saylı, 04 may 2021-ci il tarixli qətnaməsi ilə apelyasiya şikayəti təmin edilməyərək, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 23 noyabr 2020-ci il tarixli 2(008)-5546/2020 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir. Apelyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, Məhkəmə kollegiyası, Azərbaycan Respublikasının ərazisində tətbiq edilmiş xüsusi karantin rejimi ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin mü vafiq sərəncamlarına əsasən 03.03.2020-ci il tarixindən etibarən 2019-2020-ci tədris ilinin sonunadək Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən bütün təhsil müəssisələrində tədris, təlim-tərbiyə prosesinin dayandırılması, tədrisin və təlim tərbiyə prosesinin dayandırılmasının özəl təhsil müəssisələrinə də şamil edilsədə, iddiaçının tədrisi qanunsuz olaraq onlayn qaydada davam etdirməsi barədə Cavabdeh apelyasiya şikayətinin dəlilləri ilə bağlı qeyd edir ki, Nazirlər Kabinetinin bütün qərarlarının məqsədi insanların bir yerdə toplaşmasının və bununla da xəstəliyin artmasının qarşısının alınması məqsədi ilə yerində xidmətin dayandırılması olmuşdur. Odur ki, məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının onlayn qaydada tədrisin davam etdirilməsinə dair qərarı qanun pozuntusu ki mi qıbul edilə bilməz. Cavabdeh isə dərslərin keçirilməsi qaydasının dəyişdirilməsini qəbul etmiş və şagird, məktəbin müəyyən etdiyi proqramı tam keçməklə tədris ilini başa vurmuşdur. Halbuki, müqavilənin 2.2.2-ci bəndinə əsasən cavabdeh istənilən vaxt iddiaçı ilə bağladığı müqaviləyə xitam verə bilərdi. Tərəflər arasında bağlanılmış 57 saylı, 13 sentyabr 2019-cu il tarixli müqavilənin 2.1.12ci bəndindən göründüyü kimi iddiaçı baş verən fors major hallara görə hər hansı məsuliyyət daşımır. Məhkəmə kollegiyası, müqavilənin bu bəndinə şərh verərək qeyd edir ki, respublikada baş verən pandemiya fors major hal hesab edilir və belə halın baş verməsi məlum olduğu kimi nə iddiaçının, nə də cavabdehin iradəsindən asılı deyil. Bununla belə müqavilə şərtlərinə əsasən iddiaçı xidmət göstərən şəxs kim i fors major hallara görə məsuliyyət daşımadığı üçün, cavabdehin həmin halı əsas tutaraq müqavilə üzrə öhdəliklərini yerinə yetirməkdən imtina etməsi, müqavilə üzrə öhdəliklərin yerinə yetirilməsindən imtina kimi qəbul edilməlidir. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi düzgün olaraq tərəflər arasında bağlanılmış 57 saylı, 13.09.2019-cu il tarixli müqavilədə fors major hallara görə iddiaçının məsuliyyət daşımamasını müəyyən etmiş və cavabdehin fors major halını əsas tutularaq müqavilənin icrasından birtərəfli qaydada imtina etməsinin öhdəliyin pozulması kimi qiymətləndirilməsi nəticəsinə gəlməkdə haqlı olmuşdur. Məhkəmə kоllegiyası həmçinin apelyasiya şikayətinin dəlillərini araşdıraraq müəyyən etmişdir ki, işə baxan birinci instansiya məhkəməsi düzgün ola raq iddiaçı tərəfindən təqdim edilmiş sübutlara istinad etmiş və mübahisənin həll edilməsi üçün həmin sübutlardan istifadə etmiş, Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun оlaraq iş üzrə tədqiq оlunmuş sübutlara qanuna müvafiq qiymət vermişdir. Odur ki, məhkəmə kоllegiyası hesab edir ki, Cavabdeh apelyasiya şikayətində sadalanan dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin qanunsuz və əsassız hesab edilərək ləğv edilməsi üçün əsas оla bilməz. Kasasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kasasiya şikayətinin dəlilləri Cavabdeh (vəkili Vəkil3) kasasiya şikayəti verərək, apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə qaytarılma sı barədə qərar qəbul olunmasını xahiş etmişdir. Kasasiya şikayəti onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin qətnaməsində qeyd etmişdir ki, Respublikada baş verən pandemiya ilə əlaqədar dərslərin əyani şəkildə keçirilməsi Məktəb tərəfindən dayandırılmışdır və dərslər onlayn yolu ilə keçirməyə davam etdirilmişdir. Lakin Məhkəmə belə olanda 2019-2020 tədris ili üzrə təhsilin 03.03.2020-ci il tarixindən sonra ölkə üzrə dayandırılması və bitməsi məsələsini və bunun nəticəsi kimi hüquqi olaraq ölkə üzrə heç bir tədris müəssisəsinin həmin tarixdən sonra təhsili davam etdirilməsinə hüququ olmadığını təhlil etməmişdir. Belə ki, Koronavirus (COVİD-19) infeksiyasınm ölkə ərazisində yayılmasının qarşısının alınması ilə bağlı Azərbaycan Respublikasının ərazisində tətbiq edil miş xüsusi karantin rejimi ilə əlaqədar Azərbaycan Respublikasının Nazirlər Kabinetinin müvafiq sərəncamlarına əsasən (Nazirlər Kabinetinin 02.03.2020, 07.03.2020, 20.03.2020, 18.04.2020, 01.05.2020 və 30.05.2020-ci il tarixli Sərəncamları) 03.03.2020-ci il tarixindən etibarən 2019-2020-ci tədris ilinin sonunadək Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən bütün təhsil müəssisələrində tədris, təlim-tərbiyə prosesi dayandırılmışdır. Göründüyü kimi, Nazirlər Kabinetinin qeyd edilmiş sərəncamları ölkə üzrə heç bir istisnasız bütün təhsil müəssisəsələrinə şamil edilir. Bu isə onu göstərir ki, həmin dövr ərzində Məktəb təhsil xidmətlərini göstərə bilməzdi. Əks halda ölkə qanunvericiliyinin tələblərini pozmuş olacaqdı. Bundan başqa məhkəmə qətnaməsində qeyd edilmiş “onlayn təhsil” T əhsil haqqında Qanuna əsasən Distant (məsafədən) təhsil kimi anlayışı verilib. Həmin Qanunun 1.0.9.-cı maddəsinə əsasən Distant (məsafədən) təhsil dedikdə tədris prosesinin elektron, telekommunikasiya, proqram-texniki vasitələr əsasında təşkil olunduğu təhsilalma forması başa düşülür. Qanunun 10.5.-ci maddəsinə əsasən əlavə təhsil, distant təhsil və digər xüsusi təhsilalma formaları üçün müvafiq təhsil proqramları tətbiq edilir. Deməli Məktəb Distant təhsili təşkil etmək üçün bununla bağlı xüsusi proqramı mövcud olmalı idi. Həmçinin qeyd edilməlidir ki, COVİD-19-un yayılması ilə əlaqədar distant təhsilin təşkil edilməsi ilə bağlı qaydalar yalnız Nazirlər Kabinetinin 10 sentyabr 2020-ci ildə təsdiq edilmişdir (Xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasında fəaliyyət göstərən t əhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin təşkilinin müvəqqəti Qaydaları). Deməli 10 sentyabr 2020-ci il tarixinə qədər Covid-19 pandemiyası dövründə distant təhsilin təşkili ilə bağlı heç bir qərar mövcud deyildi və bu normaldır, çünki yuxarıda qeyd edildiyi kimi 3 mart 2020-ci il tarixindən ölkə üzrə təhsil prosesi tam şəkildə dayandırılmışdır. Göründüyü kimi Məktəb tərəfindən 3 mart tarixindən etibarən onlayn şəkildə göstərdiyi xidmət Təhsil haqqında Qanunvericiliyə əsasən təhsil kimi tanına bilməz və bu xidmətə görə xidmət haqqının ödənilməsi tamamı ilə ayrı müqavilənin predmeti olmalı idi ki, o da qeyd edilmiş danışığa həmişə hazır olduğunu vurğulamışdır. Beləliklə göründüyü kimi, Səbail rayon Məhkəməsi və Bakı Apelyasiya Məhkəməsi onlayn təhsilə keçidlə bağlı məsələyə mövqe bildirərkən və bu təhsili qəbul edərkən həmin dövrdə qəbul edilmiş sərəncamları və Təhsil haqqında qanunu, o cümlədən Nazirlər Kabinetinin 10 sentyabr 2020-ci il tarixli Qərarını nəzərə almamışdı. Adı çəkilmiş müqavilələrin 2.1.12 bəndinə əsasən Qarşısıalınmaz (forsmajor) hadisələr nəticəsində tədrisin pozulmasına və başqa mənfi hüquqi nəticəli hallara görə Məktəb məsuliyyət daşımır. Birincisi Məhkəmə qeyd edilən bəndə istinad etməsi ilə artıq qəbul edir ki, deməli Covid-19 pandemiyası nəticəsində Məktəb normal təhsil göstərə bilməyib. Çünki qeyd edilən bənd məhz bunu deyir ki, tədrisin pozulması baş versə Məktəb məsuliyyət daşımır. Beləliklə məhkəmə tədrisin pozulması faktını qəbul edib. İkincisi qeyd edilmiş bənd bildirir ki pozuntu olsa belə məsuliyyət daşımır. Yəni bu hal öhdəliy in pozulmasına və dəymiş zərərin Məktəb tərəfindən ödənilməsinə qətirib çıxartmır. Yəni başqa sözlə o, məktəbdən hər hansı kompensasiya istəyə bilməzdi. Lakin Müqavilənin bu bəndi Məktəb tərəfindən tədrisin pozulması nəticəsində onun tərəfindən qarşılıqlı olaraq keçirilməmiş təhsilə görə öz öhdəliyinin icrasının dayandırılmasına qadağan etmir. Çünki öhdəliyin dayandırılması məsuliyyət tədbiri deyil. Yəni Məktəb Covid-19 pandemiyasma görə normal təhsil verə bilmədiyinə görə onun qarşısında maddi məsuliyət daşımayacaq, lakin bu o demək deyil ki o, belə olan təqdirdə pul ödəməlidir. Mülki Məcəllənin 441.2-ci maddəsinə əsasən mükəlləfıyyətli tərəf müqavilədə şərtləşdirilmiş öhdəliyin icrasını həyata keçirmədikdə və ya həmin icranın müəyyənləşdirilmiş müddətdə həyata keçirilməyəcəyini aşkar edə n hallar olduqda qarşılıqlı icra öhdəsinə düşən tərəf öz öhdəliyinin icrasını dayandıra bilər və ya öhdəliyin icrasından imtina edib zərərin əvəzinin ödənilməsini tələb edə bilər. Göründüyü kimi Mülki Məcəllənin 441.2-ci maddəsinə əsasən Məktəb öz öhdəliklərini icra edə bilmədikdə, onun qanunla verilmiş hüququdur, öz tərəfindən ödəniş etmək öhdəliyini dayandıra bilər. Həmçinin bu maddə icra etməmə ilə bağlı heç bir istisna qoymur. Deməli Covid-19 pandemiyası səbəbindən də icra edilə bilmədikdə Mülki Məcəllənin 441.2-ci maddəsi öz hüquqi qüvvəsini tapır. Lakin əfsuslar olsun ki, Məhkəmə qeyd edilmiş məsələni təhlil edərkən Mülki Məcəllənin müvafiq maddələrini təhlilini nəzərə almamışdır. Qeyd olunanlarla yanaşı, onlayn dərslərin iqtisadi maliyyəti hesablananda nəiki yemək və transfer xərclə ri çıxılmalı, həmçinin tədris prosesində mövcud olmuş digər xərclərin çıxılması da tələb olunur. Həmçinin bildirmək istəyir ki, əldə etdiyi məlumata əsasən Qərb Universiteti Tam Orta Məktəbi (COVİD-19) pandemiyasından zərər çəkdiyinə görə muzdlu işçilərinə əmək haqlarının müəyyən hissəsinin ödənilməsi üçün dövlətdən maliyyə dəstəyi də almışdır. Qeyd edilmiş bu məsələnin özünə də Məhkəmə tərəfindən kifayət qədər hüquqi qiymət verilməmişdir. b) Kasasiya şikayətinə qarşı etirazın dəlilləri Kasasiya şikayətinə etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, iddiaçının səlahiyyətli nümayəndəsi və Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat v erməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə gəlməyən şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında iştirak edən Cavabdeh vəkili Vəkil3 kasasiya şikayətini müdafiə edərək, məhkəmədən şikayətin təmin edilməsini xahiş etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 404.1. Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Maddə 430.1. Əgər bu Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa, öhdəliyin icrasından birtərəfli imtinaya və onun şərtlərini birtərəfli dəyişdirmə yə yol verilmir. Maddə 430.2. Öhdəliyin tərəflərinin sahibkarlıq fəaliyyəti ilə məşğul olması ilə bağlı öhdəliyin icrasından birtərəfli imtinaya və ya belə öhdəliyin şərtlərinin birtərəfli dəyişdirilməsinə, əgər bu Məcəllədən və ya öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, müqavilədə nəzərdə tutulan hallarda da yol verilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 191.1. İddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 407.2. Kasasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Maddə

416. Kasasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kasasiya baxışının hədləri Kasasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kasasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Hazırkı kasasiya şikayətində qətnamə tam mübahi sələndirildiyindən və apelyasiya instansiyası məhkəməsinin aktının tam ləğvi xahiş edildiyindən məhkəmə aktı tam yoxlanılır. Kasasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Kassasiya kollegiyası kasasiya şikayətinin dəlilləri üzrə qeyd edir ki, kasasiya şikayətinin dəlilləri əsasən apelyasiya şikayətinin dəlilləri ilə eynilik təşkil etmişdir. Apelyasiya şikayətind ə olduğu kimi kasasiya şikayətini də cavabdeh iddiaçıya borcunun olmaması, onun öhdəliyini dayandırmaqda haqlı olması, iddiaçının təhsil vermək barədə öhdəliyini icra etməməsi, ölkədə pul vəsaiti tələb edilən dövrdə təhsilin dayandırılması, distant təhsili təşkil etməklə bağlı məktəbin xüsusi proqramı olmalı olduğu, onun öhdəliyini dayandırmaqda haqlı olması kimi dəlillərlə əsaslandırmağa çalışsa da, iddiaçının dəlillərinin əsassızlığı iş materiallarında olan tərəflər arasında bağlanmış müqavilənin şərtləri və ölkədə mövcud olmuş pandemiya halının tələblərinə uyğun olaraq təhsilin təşkil edilməsi və həyata keçirilməsi ilə bağlı sübuta ehtiyacı olmayan və hər kəsə bəlli olmuş prosedurlarla öz təsdiqini tapır. Odur ki, kasasiya şikayətinin göstərilən dəlili apelyasiya kollegiyasının qəbul et diyi qətnamənin ləğv edilməsi üçün əsas hesab edilə bilməz. Ümumi kasasiya yoxlaması nəticəsində isə apelyasiya kollegiyası tərəfindən hər hansı maddi və ya prosessual hüquq normasının pozuntusuna yol verilməsi halı müəyyən edilməmişdir. Beləliklə, məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kasasiya şikayəti təmin olunmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş kasasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-4112/2021 nömrəli iş üzrə 04 may 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar