Məhkəmə qərarları › İş №2(102)-574/2018

Ali Məhkəmə Qərar — İş №2(102)-574/2018

01.02.2018 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-574/2018 01.02.2018 ALİ MƏHKƏMƏ AzərbaycanRespublikasıadından AzərbaycanRespublikasıAliMəhkəməsinin MülkiKollegiyasının QƏRARİ 01 fevral2018-ciil İş№ 2(102)-574/2018 Bakışəhəri Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Qoldman Tatyana Aleksandrovnanın sədrliyi və məruzəsi ilə, Mirzəliyev Əsəd Abdulla oğlundan və Quliyev Gündüz Ağababa oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Qoşqarlı Rəşad Nizami oğlunun, kassator Cavabdeh1, onun vəkili X3ün və iddiaçının vəkili X1in iştirakları ilə, Cavabdeh1in Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-5206/2017 saylı 23 avqust 2017-ci il tarixli qətnaməsindən verdiyi kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Sabunçu Ray on Məhkəməsinin 21 dekabr 2016-cı il tarixli qətnaməsi ilə (hakim İ.R.Burcayev, iş № 2(008)-913/2016) iddia qismən təmin edilərək, Cavabdeh1dən 19087.87 manat əsas, 1935 manat faiz borcu və 100 manat cərimə, 30 manat dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınmasına dair xidmət haqqı kimi ödənilmiş 31 manatın, cəmi 21183,87 manat məbləğində pulun tutularaq İddiaçı-nin xeyrinə ödənilməsi, tutmanın Cavabdeh2yə məxsus Sumqayıt şəhəri, 3-cü mkr-da yerləşən 15/13 saylı evin 17 saylı mənzilinə yönəldilməsi, mənzilin açıq hərracda satılması, satışdan əldə olunan vəsait hesabına Cavabdeh1in banka olan borcunun ödənilməsi, ekspertiza tədqiqatı üçün 50 manatın dövlət büdcəsinə ödənilməsi, iddia tələbinin qalan hissədə təmin olunmaması qət edilmişdir. Qət namədən narazı qalan Cavabdeh1 və İddiaçının apellyasiya şikayətləri vermişlər. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 23 avqust 2017-ci il tarixli qətnaməsi ilə (hakimlər X.A.Cəmilova (sədrlik edən və məruzəçi), A.Q.Hüseynov və İ.K.Xəlilov, iş № 2(103)5206/2017) Cavabdeh1 və İddiaçının apellyasiya şikayətləri qismən təmin edilmiş, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-913/2016 saylı 21 dekabr 2016-cı il tarixli qətnaməsi “Cavabdeh1 1935 manat faiz borcunun tutulub ipoteka predmetinə yönəldilməsi hissəsində dəyişdirilərək, cavabdehdən tutulmalı olan faiz borcunun miqdarı 5195,08 manat müəyyən edilmiş, qətnamə cavabdehdən 100 manat cərimənin tutulması hissəsində ləğv edilmiş, ipotekaya qoyulmuş əmlakın satış qiyməti 48900 manat müəyyən edilmiş, ipoteka predmeti olan Sumqayı t şəhəri, 3-cü mkr, 15/13 ünvanında 4-cü mərtəbədə yerləşən 17 saylı mənzilin ilkin satış qiyməti 48900 (qırx səkkiz min doqquz yüz) manat müəyyən edilmiş, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmış, işin apellyasiya baxışı zamanı keçirilmiş ekspertiza tədqiqatının dəyəri qismində "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilmiş 150 (yüz əlli) manat pulun Cavabdeh1dən tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi qət edilmişdir. Göstərilən qətnamədən Cavabdeh1 tərəfindən kassasiya şikayəti verilmişdir. İşin halları: İddiaçı Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1 və Cavabdeh2yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1dən 29 avqust 2013-cü il tarixli kredit müqaviləsi üzrə 19554 manat əsas, 11294,95 manat faiz, cəmi 30848,95 manat məbləğində pulun, ipotekaya tutma yönəldilməsi ilə bağlı bildirişin qeydiyyata alınması ilə əlaqədar ödənilmiş 31 manat rüsumun, həmçinin iddia ərizəsinin məhkəməyə təqdim edilməsi ilə əlaqədar ödənilmiş 30 manat rüsumun tutulması, ipotekaya qoyulmuş Cavabdeh2yə məxsus olan Sumqayıt şəhəri 3-cü mikrorayonda istifadədə olan 0,0957 ha torpaq sahəsində yerləşən 15/3 nömrəli, 5 mərtəbəli binanın 2-ci girişində 4-cü mərtəbəsində yerləşən 68,79 kv.m. ümumi, 46.03 kv.m. yaşayış sahəsindən ibarət 3 otaqlı 17 nömrəli mənzilə yönəldilərək, həmin əmlak hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 29 avqust 2013-cü il tarixli İK4100/f-13 saylı kredit müqaviləsinə əsasən Cavabdeh1 illik faiz dərəcəsi 23% olmaqla, 24 ay müddətində 25.000 manat məbləğində kredit verilmiş, borcun təminatı olaraq Cavabdeh2 ilə onun özünə məxsus mənzil ipoteka ilə yüklü edilmiş, xəbərdarlıq edilməsinə, mübahisənin məhkəmədənkənar qaydada həll edilməsinə cəhd göstərilməsinə baxmayaraq, Cavabdeh1 borcu ödəməkdən boyun qaçırmış, cavabdehə göndərilmiş pretenziya məktubları cavabsız qalmışdır. Məhkəmə instansiyaları tərəfindən mübahisə yuxarıda göstərilən qaydada həll edilmişdir. Kassasiya şikayətinin dəlilləri: Cavabdeh1 və onun vəkili X3 kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin qismən- tutulmalı olan faiz məbləğinə və ipotekaya qoyulmuş əmlakın satış qiymətinə dair hissədə ləğv olunmasını və işin həmin hissədə yeni apellyasiya baxışına göndərilməsi barədə qərar qəbul edilməsini xahişetmişlər. Kassasiya şikayətində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarını pozmuş, o cümlədən MPM-nin 76, 77.1, 88, 101-ci maddələrinin tələblərinə riayət etməməklə, nəticədə qanunvericiliyin tələblərini pozmaqla, əsassız qətnamə qəbul etmişdir. Prosessual məsələlər: Kassasiya instansiyası məhkəməsində işə baxılarkən kassator Cavabdeh1 və onun vəkili X4 ayrı-ayrılıqda kassasiya şikayətinin məzmununa uyğun izahatlar verməklə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 23 avqust 2017-ci il tarixli qətnaməsinin qismən ləğv edilməsinə vəkassasiyaşikayətinintəminolunmasınadairqərarqəbuledilməsinixahiş etmişlər. İddiaçının vəkili X5 apellyasiya instansiyası məhkəməsinin qətnaməsini qanuni və əsaslı hesab etdiyini bildirərək qətnamənin dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilmə sini xahiş etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qeyd olunmuş normaya əsasən, kassasiya instansiyası məhkəməsi barəsində şikayət verilmiş qətnaməni təqdim olunmuş kassasiya şikayəti həddində, irəli sürülmüş iddianın tələblərindən çıxış edərək yoxlayır. Məhkəmə kollegiyası məruzəçini, işdə iştirak edən şəxsləri dinləyib, işin materiallarını tədqiq edib, kassasiya şikayətinin dəlillərini yoxlamaqla aşağıdakı əsaslara görə hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tələblərinə tam həcmdə riayət olunmuşdur və buna görə də qəbul olunmuş qətnam ə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiyainstansiyasıməhkəməsitərəfindənmüəyyənolunmuşişinfaktikihallarındangörünürki, iddiaçı Bankla Cavabdeh1 arasında bağlanmış 29.08.2013-cü il tarixli İK 4100/f-13 saylı kredit müqaviləsinə əsasən Bank həmin şəxsə 24 ay müddətinə illik 23 faiz ödəmək şərtilə 25000 manat məbləğində kredit vermişdir. 30.08.2013-cü il tarixli kassa məxaric orderinə əsasən Cavabdeh1 həmin barixdə Bankdan 25000 manat pulu götürmüşdür. 29.08.2013-cü il tarixli 4100/f-13-019 saylı ipoteka müqaviləsinə əsasən tərəflər arasında bağlanmış kredit müqaviləsinin təminatı kimi Cavabdeh2yə məxsus Sumqayıt şəhəri, 3-cü mkr-da yerləşən 15G13 saylı evin 17 saylı mənzili Bank qarşısında ipoteka ilə yüklü edilmişdir. Mənzilin ipoteka ilə yüklü edilməsi bar ədə daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyat aparılmışdır. Bank tərəfindən təqdim edilmiş 23.05.2016-cı il tarixli maliyyə arayışına əsasən Cavabdeh1dən 19554 manat əsas borcu, 6398 manat faiz borcu, 4896,95 manat cərimə, cəmi 30848,95 manat borcu vardır. Məhkəmə Ekspertiza Mərkəzinin 17850 saylı 16.09.2016-cı il tarixli rəyinə əsasən cari hesabdan çıxarış məlumatları və 29.08.2013-cü il tarixli kredit müqaviləsinin şərtləri nəzərə alınmaqla Cavabdeh1in maliyyə arayışının tarixinə, yəni 29.08.2015-ci il tarixə illik 23 faiz dərəcəsi ilə hesablanmaqla Banka olan borcu 24282,95 manat müəyyən edilir ki, onun da 19087,87 manatını əsas borc, 5195,08 manatını isə faiz borcu təşkil edir. Qüvvədə olan mülki qanunvericiliyin müddəalarına əsasən, borc müqaviləsinə görə iştirakçılardan b iri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır (Mülki Məcəllənin 739.1, 739.2-ci maddələri). Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzər də tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Öhdəliyinonunicrasıüçünmüəyyənləşdirilmişmüddətdəicraedilməməsivəicramüddətiçatanadəkkredit orunetdiyixəbərdarlıqdansonrada öhdəliyinicraedilməməsiborclununicranıgecikdirməsisayılır. Əgər borclu icra müddəti çatdıqdan sonra kreditorun xatırlatmasına baxmayaraq öhdəliyi icra etməzsə, o, icranı xatırlatma üzrə gecikdirmiş sayılır. Öhdəliyin icrası barədə iddia irəli sürülməsi, habelə icraya dair yazılı tələbin çatdırılması xatırlatmaya bərabər tutulur. Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur (Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1, 442, 443.1, 445, 448.1, 449.4-cü maddələri). Apellyasiy a baxışı zamanı müəyyən olunmuşdur ki, hazırki işə birinci instansiya qaydasında baxılarkən keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizası ilə bağlı verilmiş ekspert rəyinə əsasən cavabdehin Banka olan faiz borcu 5195,08 manat məbləğində müəyyən edilsə də, məhkəmə tərəflər arasında bağlanmış müqavilə şərtlərinə görə ödənilməli olan faiz borcunun 1935 manat olması barədə nəticəyə gəlmiş və bu zaman gəldiyi nəticəni qətnamədə əsaslandıra bilməmişdir. Prosessual qanunvericiliyə əsasən, ekspertiza-obyektlərin ekspertlər tərəfindən elmi əsaslarla tədqiq edilməsidir. Ekspertizanın məqsədi işin düzgün həlli üçün önəmli olan faktlar barədə məlumatların əldə olunmasıdır. Ekspertiza müvafiq prosessual qaydada həyata keçirilir. Bu zaman prosessual qanunvericiliklə müəyyən olunmuş qaydalara əməl olunmaq la müxtəlif ekspertiza növləri üçün mövcud olan xüsusi metodikalar tətbiq olunur. Bundan başqa, ekspertiza o zaman təyin olunur ki, işə baxılarkən qəbul olunmuş qərara təsir edən qənaətin formalaşdırılması üçün xüsusi biliklər tələb olunsun ki, həmin biliklərə məhkəmə öz hüquqi statusuna görə malik deyildir (MPM-nin 97.1-ci maddəsi). Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi haqlı olaraq faiz borcunun məhz ekspert rəyində göstərilmiş məbləğdə tutulmasını qət etmişdir. Bundan başqa, “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda, məhkəmə həmçinin ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka sax layanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir (maddə 39.3.3). Apellyasiya baxışı zamanı alınmış "xxxx" MMC-nin 17.06.2017-ci il tarixli MB 10/397 saylı ekspert rəyi ilə Cavabdeh2yə məxsus Sumqayıt şəhəri, 3-cü mkr, 15/13 ünvanında 4-cü mərtəbədə yerləşən 17 saylı mənzilin mövcud bazar dəyəri 48900 manat müəyyən edilmişdir. Kollegiya hesab edir ki, apellyasiya instansiyası məhkəməsi ipoteka predmeti olan daşınmaz əmlakın ilkin satış qiymətini göstərilən məbləğdə müəyyən etməklə qanuni və əsaslı nəticəyə gəlmişdir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi qətnamə qəbul edərkən iş üzrə maddi və prosessual hüquq normalarının pozulmasına yol verməmiş, işin hallarının hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaratmış və nəticə etibarı ilə qanuni və tam əsaslı qətnamə qəbul etmişdir. Buna görə də kassasiya şikayətinin dəlilləri apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417.1.1, 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALİR: Cavabdeh1in kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-5206/2017 saylı 23 avqust 2017-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Sədrlik edən: imza Hakimlər: imzalar Əsli ilə düzdür. Ali Məhkəmənin hakimi Tatyana Qoldman

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar