Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-574/2019 04.02.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ « 04 » fevral 2019-cu il İş № 2(102)-574/19 Bakı şəhəri Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyası, hakimlər Əsgərov Qürbət Ağa oğlunun sədrliyi və məruzəsi ilə, Vəliyeva Elşanə Rafiq qızı və Hacıyev Sənan Firudin oğlundan oğlundan ibarət tərkibdə, Əkbərli Əkbər Eldar oğlunun katibliyi ilə, Gəncə Apellyasiya Məhkəməsinin mülki kollegiyasının 27 avqust 2018-ci il tarixli qətnaməsindən Cavabdeh1 və onun vəkili Vəkil kassasiya şikayəi üzrə işə baxaraq, MÜƏYYƏN ETDİ: Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 11 dekabr 2017-ci il tarixli, 2(043)7867/2017 saylı qətnaməsi ilə (hakim A. H.Hüseynzadə) iddia qismən təmin edilərək cavabdehlər Cavabdeh1, Cavabdeh2 və X3 14456,59 ABŞ dolları əsas borc, 3362,84 ABŞ dolları faiz və 10 ABŞ dolları cərimə məbləği olmaqla, cəmi 17829,43 (on yeddi min səkkiz yüz iyirmi doqquz dollar, 43 sent) ABŞ dolları ödəniş anına manata məzənnə ilə manat ekvivalentində və 30 (otuz) manat dövlət rüsumunun tutularaq, iddiaçı «xxxx» KB ASC-yə ödənilməsi və iddianın qalan hissədə rədd edilməsi qət edilmişdir. Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 27 avqust 2018-ci il tarixli, 2(104)-2574/2018 saylı qətnaməsi ilə (hakimlər Ş.Əliyeva sədrlik edən, məruzəçi R.Muradov və N.Quliyev) Cavabdeh1 apellyasiya şikayəti qismən təmin edilərək Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 11 dekabr 2017-ci il tarixli 2(043)-7867/2017 saylı qətnaməsi tamamilə l əğv edilmiş, iddia tələbi qismən təmin edilərək cavabdehlər Cavabdeh1, Cavabdeh2 və X3 14456,59 ABŞ dolları əsas borc, 3362,84 ABŞ dolları faiz olmaqla, cəmi 17819,43 (on yeddi min səkkiz yüz on doqquz dollar, 43 sent) ABŞ dolları ödəniş anına Azərbaycan manatı məzənnə ilə və 30 (otuz) manat dövlət rüsumu tutularaq, iddiaçı «xxxx» KB ASC-yə ödənilsin və iddia qalan hissədə rədd edilməsi, 145 (bir yüz qırx beş) manat məbləğində ekspertiza xərci Cavabdeh1 tutularaq Az.MEM, VÖEN **********, AZ34CTRE 000 000 000 000 02088501,Dövlət Xəzinədarlığı Agentliyi, KOD 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ******************** SFİFT-BİK STREAZ 22 büdcə təsnifatının kodu:142319, büdcə səviyəsinin kodu 3 hesabına keçirilməsi qət edilmişdir. İŞİN HALLARİ: İddiaçı «xxxx» KB ASC-ti cavabdehlər Ca vabdeh1, Cavabdeh2 və X4 qarşı cavabdehlərdən 14456,59 ABŞ dolları əsas borc, 5078,98 ABŞ dolları faiz və 7429,75 ABŞ dolları cərimə məbləği olmaqla, cəmi 26965,32 ABŞ dolları və dövlət rüsumu kimi ödənilmiş 30 manatın tutularaq, «xxxx»ASC-yə ödənilməsini xahiş edir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ: Cavabdeh1 və onun vəkili Vəkil kassasiya şikayəti verərək şikayəti onunla əsaslandırmışlar ki, işin faktiki halları araşdırılmamış, maddi və prosessual hüquq normaları pozulmuş, iddiaçının faiz borcu hesablanmasında düzgün nəticəyə gəlinməmişdir. Ona görə də Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 27 avqust 2018-ci il tarixli qətnaməsinin ləğv olunmasını və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş edirlər. Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə tərəflərə lazımi qaydada bildiriş göndərilmiş olsa da, tərəflər üzrlü səbəblər olmadan gəlməmişlər. Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən kollegiya işə gəlməyən tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyası məruzəçini dinləyib, kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, Gəncə Apellyasiya Məhkəməsinin mülki kollegiyasının 27 avqust 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən, kassasiya şikayəti isə təmin edilmədən saxlanılmalıdır. HÜQUQ MƏSƏLƏLƏRİ: Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinin tələbinə görə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hü quq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan birinci instansiya və apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, kassasiya instansiyası məhkəməsinin iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Qeyd etmək lazımdır ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət etməklə mübahis ənin hüquqi aktlarına təsir göstərə bilər. Apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticədən görünür ki, iddia tələbi əsaslı olduğuna görə qismən təmin edilməlidir. Belə ki, cavabdeh iddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış 07 fevral 2014-cü il tarixli 4340 mic KPZ/14 saylı əsas kredit və bank hesabı müqaviləsi əsasında tərəflər arasında bağlanmış 07 fevral 2014-cü il tarixli əlavə kredit müqaviləsinə əsasən, Cavabdeh1 illik 26 faiz olmaqla 36 ay müddətinə 25000 ABŞ dolları məbləğində kredit verilmişdir, lakin həmin müqaviləyə əsasən Cavabdeh1 borcunu vaxtında ödəməmişdir. Eləcə də, həmin müqavilə üzrə yaranmış borc Cavabdeh1 öhdəlikləri üzrə məsuliyyəti 07 fevral 2014-cü il tarixli 4340 mic KPZ/14 saylı əsas kredit və bank hesabı müqaviləsi əsasında öhdələrinə götürmüş c avabdehlər Cavabdeh2 və X6 tərəfindən də, ödənilməmişdir. Tərəflər arasında əsas kredit və bank hesabı müqaviləsi və əlavə kredit müqavilələri qanunvericiliyin tələblərinə müvafiq olaraq bağlanmışdır. İddiaçı kredit müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmiş, Cavabdeh1, həmçinin zaminlər isə müqavilə üzrə üzərinə düşən öhdəlikləri vaxtında yerinə yetirməmişlər. Ona görə də, borcu cavabdehlərdən müştərək qaydada tələb etməkdə iddiaçı haqlı olmuşdur. İddiaçı tərəfindən əsas kredit və bank hesabı müqaviləsində cərimə faiz dərəcəsinin məbləği dəqiq göstərilmədiyindən (180%-300%) cərimə üzrə borcun 7429,75 ABŞ dolları məbləğində hesablamaqda iddiaçı haqlı olmamışdır. Bununla bərabər cavabdehin apellyasiya şikayətində göstərdiyi “onların əsas və faiz borcu süni surətdə artırılmışdır” dəlill əri əsassızdır belə ki, işdə olan 02 avqust 2018-ci il tarixli ekspertiza rəyindən görünür ki, iddiaçı tərəfindən əsas kredit borcu və faiz borcu çox yox, əksinə az hesablanmışdır. Azərbaycan Respublikası MPM-in 218.3-cü maddəsinin tələbinə əsasən verilən iddia tələbi üzrə qətnamə çıxarılmalı olduğuna görə iddia tələbi əsas və faiz borcu hissəsində iddia ərizəsində göstərilən məbləğdə təmin edilməlidir. Bundan əlavə Cavabdeh1 təkrar ekspertiza keçirilməsinə dair vəsatətini də, kollegiya ona görə əsassız hesab etmişdir ki, vəsatətə təqdim edilmiş ödəniş qəbzləri birinci dəfə ekspertiza təyin edilən zaman təqdim edilməmişdir (baxmayaraq ki, həmin ekspertiza da, cavabdehin vəsatətinə əsasən keçirilmişdir) və məhkəmə araşdırılması zamanı həmin ödənişlərin iddiaçı tərəfindən nəzərə alınması iş materiallarının 66-68-ci səhifəsində olan cavabdehin şəxsi hesabı ilə təsdiq olunur. Birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları qismən pozulmuş və düzgün tətbiq edilməmişdir. Ona görə də, cavabdehin apellyasiya şikayəti qismən təmin edilməli, Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 11 dekabr 2017-ciil tarixli, 2(043)-7867/2017 saylı qətnaməsi tamamilə ləğv edilməli, iddia tələbi əsaslı hesab edilərək qismən təmin edilməlidir. Məhkəmə kollegiyası mübahisəli hüquq münasibətlərinə aşağıdakı maddi hüquq normalarını tətbiq etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə görə müqavilə iştirakçılarından bir tərəf (borc verən) hər hansı əşyanı (pul və ya digər əvəz edilən əşyanı) digər tərəfin mülkiyyətinə keçirməyə, digər tərəf isə aldıqların ı müvafiq olaraq borc verənə qaytarmağı öz öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə görə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilmə si) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyin icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Həmin Məcəllənin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Həmin Məcəllənin 449.4-cü maddəsinə əsasən özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Həmin Məcəllənin 465.2-ci madd əsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə allınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Həmin Məcəllənin 470.1-ci maddəsinə görə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən əgər bu məcəllədə və Zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 472.2-ci maddəsinin tələbinə görə, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin borc tutulması üzrə məhkəmə xərclərinin və borclarının öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsidə daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin nəticələri işin həqiqi hallarına uyğun olmaqla və tərəflərin qarşılıqlı münasibətlərini əks etdirdiyi üçün qanuni və əsaslıdır. Cavabdeh1 kassasiya şikayətinin dəlillərinə gəldikdə məhkəmə kollegiyası qeyd edir ki, t ərəflər arasında kredit müqaviləsi bağlanmış və bununla da onların arasında kredit hüquq münasibətləri yaranmışdır. İddiaçı kredit müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmiş, cavabdeh isə həmin müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməmiş, nəticədə kreditor qarşısında müqavilə üzrə öhdəlikləri yaranmışdır. Cavabdeh həmin öhdəliyin icrasından yayındığı üçün iddiaçı bu tələblə məhkəmə müdafiəsindən istifadə etmək məcburiyyətində qalmışdır. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işin bütün faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış, mübahisə üzrə tədbiq edilməli olan hüquq normalarını düzgün tətbiq edərək nəticə etibarı ilə qanuni və əsaslı qətnamə çıxarmışdır. Kassasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas ola bilməz, o na görə də kassasiya şikayəti təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənləri və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh1 kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsinin mülki kollegiyasının həmin iş üzrə 27 avqust 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Sədrlik edən: Hakimlər: Əsli ilə düzdür: Ali Məhkəmənin hakimi Q.Əsgərov
Məhkəmə qərarları › İş №2(102)-574/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-574/2019
04.02.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver