Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5744/2020 24.11.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı İKB ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı “kredit müqaviləsi üzrə borcun tutulması” tələbinə dair iddia ərizəsi üzrə QƏRARİ (Açar sözlər: kredit müqaviləsi üzrə borcun müəyyən edilməsi, sübutetmə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), X8 və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Cəfərov Araz Əhməd oğlunun katibliyi, İddiaçının vəkili X1, Cavabdehin Cavabdeh1 vəkili X4 iştirakları ilə, Bakı Apelyasiya Məhkəməsinin Mülki kollegiyasının xx xxxx 2020-ci il tar ixli, 2(103)5234/2020 nömrəli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş kasasiya şikayətinə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları: İddiaçı İKB ASC və Cavabdeh1 arasında bağlanmış xx xxxxxxxx 2013-cü il tarixli kredit müqaviləsinə əsasən Bank tərəfindən borc alana 84 ay müddətinə illik 16% dərəcəsi ilə 265000 manat məbləğində kredit verilmişdir. Cavabdeh1 həmin məbləğdə krediti Bankdan qəbul etmiş və kredit, habelə ona hesablanmış faizləri, gecikdirməyə yol verdiyi təqdirdə isə hesablanmış cərimə məbləğini ödəməyi barədə öhdəlik götürmüşdür. Kredit müqaviləsindən irəli gələn öhdəliklərinin icrasını təmin edilməsi üçün İddiaçı İKB ASC, Cavabdeh1 və müvafiq olaraq Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 v ə Cavabdeh5 arasında bağlanmış xx xxxxxxxx 2013-cü il tarixli zaminlik müqavilələri ilə sonuncular borc alanın öhdəliklərinin yerinə yetirilməsinə görə kreditor qarşısında cavabdehlik daşımağı öhdəsinə götürmüşlər. Cavabdeh1 kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəlikləri vaxtında və lazımi qaydada icra etməmiş, nəticədə iddiaçıya borcu yaranmışdır. İddiaçı İKB ASC-nin təqdim etdiyi Maliyyə arayışına əsasən Cavabdeh1 xx xxxxxxxx 2013-cü il tarixli kredit müqaviləsi üzrə xx xxxxxxx 2018-ci il tarixə 264882,58 manat əsas, 213675,85 manat faiz və 17801,86 manat cərimə olmaqla, cəmi 496359,52 manat məbləğində borcu vardır. İş üzrə birinci instansiya məhkəməsi tərəfindən təyin edilərək keçirilmiş məhkəməmühasibatlıq ekspertizasının xx xxxxxxx 2019-cu il tarixli, 19651 saylı rəyinə əsasən iş materiallarında olan ödənişləri özündə əks etdirən maliyyə arayışı məlumatları, xx xxxxxxxx 2013-cü il tarixli, 3-S-3-0-609-13 nömrəli kredit müqaviləsinin şərtləri nəzərə alınmaqla Cavabdeh1 İddiaçı X3 xx xxxx 2017-ci il tarixə 264882,56 manat məbləğində əsas, 154926,86 manat məbləğində faiz, xx xxxxxxx 2018-ci il tarixə 264882,56 manat məbləğində əsas, 213671,93 manat məbləğində faiz borcu müəyyən edilir. İş üzrə birinci instansiya məhkəməsi tərəfindən təyin edilərək keçirilmiş məhkəməxətşünaslıq ekspertizasının xx xxxxxxxx 2018-ci il tarixli, 24092 saylı rəyinə əsasən ekspertizaya təqdim edilmiş, İddiaçı İKB ASC və Cavabdeh1 arasında olan xx xxxxxxxx 2013-cü il tarixli Kredit müqaviləsinin kserosurətində “Borc alan” qrafasında əks olunmuş imzalar və Cavabdeh1 adına olan xx xxxxxxxx 2 013-cü il tarixli kassa məxaric orderində “Təhvil aldım” qrafasındakı imza – Cavabdeh1 tərəfindən icra olunmuşdur. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat İddiaçı İKB ASC cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı iddia ərizəsi ilə və sonradan Azərbaycan Respublikası MPM-in 53-cü maddəsinə əsasən iddia tələbinin həcminin artırılmasına dair ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən müştərək qaydada İddiaçı İKB-nın xeyrinə xx xxxxxxxx 2013-cü il tarixli kredit müqaviləsi üzrə 264882,58 manat əsas, 256409,26 manat faiz, 46885,25 manat cərimə borcu olmaqla, cəmi 568177,09 manat borcun və 30 manat dövlət rüsumunun tutulması, Cavabdeh1 və İddiaçı İKB ASC arasında bağlanmış xx xxxxxxxx 2013-cü il tarixli kredit mü qaviləsinin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, borclu kredit müqaviləsinin şərtlərini pozaraq, borc öhdəliyini icra etməkdən boyun qaçırır. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(001)128/2019 nömrəli qətnaməsi ilə (hakim F.V.Abdıyev) iddia qismən təmin edilmiş, İddiaçı İKB ASC ilə Cavabdeh1 arasında bağlanmış xx xxxxxxxx 2013-cü il tarixli, 3-S-3-609-13 nömrəli kredit müqaviləsinin ləğv edilməsi, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 müştərək qaydada 264882,56 manat məbləğində əsas, 256406,11 manat məbləğində faiz, 25000 manat məbləğində cərimə, cəmi 546288,67 manat məbləğində borcun və 30 manat məbləğində dövlət rüsumunun İddiaçı İKB ASC-nin xeyrinə tutulmas ı, iddianın qalan hissədə rədd edilməsi, ekspertiza tədqiqatının ümumi dəyərini təşkil edən 278 (iki yüz yetmiş səkkiz) manat məbləğində pul vəsaitinin Cavabdeh1 tutularaq dövlət gəlirlərinə alınması qət edilmişdir. Birinci instansiyası məhkəməsi hesab etmişdir ki, Cavabdeh1 kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi vaxtında icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmiş, bununla da müqavilənin şərtlərini pozmuşdur. Buna görə də Cavabdeh1 hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməli, bu səbəbdən Cavabdeh1 onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, kredit borcunu iddiaçıya ödəməlidir. Məhk əmə kredit müqaviləsi üzrə iddiaçı tərəfindən tələb edilən əsas, faiz və cərimə borcu məbləğlərini ayrı-ayrılıqda nəzərdən keçirib, mülki iş üzrə təyin edilmiş məhkəməmühasibatlıq ekspertizasının nəticələri üzrə tərtib edilmiş ekspert rəyini mötəbər sübut kimi qiymətləndirib hesab etmişdir ki, iddia tələbi əsas və faiz borcunun tutulması hissəsində qismən təmin edilməli, Cavabdeh1 məhkəmə ekspertinin rəyi ilə müəyyən edilmiş 264882,56 manat məbləğində əsas borc İddiaçı X2 xeyrinə tutulmalıdır. İddia tələbinin “faiz borcunun tutulması” hissəsi ilə bağlı məhkəmə qeyd etmişdir ki, məhkəmə ekspertizası təyin edilən zaman iddiaçı xx xxxxxxxx 2013-cü il tarixli kredit müqaviləsi üzrə xx xxxxxxx 2018-ci il tarixə yaranmış 213675,08 manat faiz borcunun tutulmasını tələb etmişdir. Məhkəmə eksperti tərəfindən həmin tarixə 213671,93 manat faiz borcunun yarandığı müəyyən edilmişdir. Məhkəmə tərəfindən mötəbər sübut kimi qəbul edilmiş ekspert rəyinə əsasən faiz borcunun iddia üzrə tələb edilən məbləğdən 3,15 manat az olduğu müəyyən edilmişdir. Bundan sonra iddiaçı iddia tələbini dəyişdirərək, 256409,26 manat faiz borcu tələb etmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, 3,15 manat fərq nəzərə alınmalı və 256406,11 manat (256409,26 – 3,15 = 256406,11) xx xxxxxxxx 2013-cü il tarixli kredit müqaviləsi üzrə yaranmış faiz borcu qismində müəyyən edilməklə, Cavabdeh1 İddiaçı X2 xeyrinə tutulmalıdır. Birinci instansiya məhkəməsi həmçinin iddia tələbinin cərimənin tutulması hissəsi ilə bağlı belə qənaətə gəlmişdir ki, cərimə məbləği müəyyən edilərkən tənasüblük qorunmamışdır. Bu səbəbdən iddiaçı tərəfindən tələb edilən cərimə məbləği endirilməli və 25000 manat məbləğində müəyyən edilməlidir. b) Apelyasiya instansiyası məhkəməsində icraat Cavabdeh1 apelyasiya şikayəti verərək, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(001)-128/2019 nömrəli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Apelyasiya Məhkəməsinin Mülki kollegiyasının xx xxxx 2020-ci il tarixli, 2(103)5234/2020 nömrəli qətnaməsi ilə (hakim A.N.İmanovun sədrliyi və məruzəsi ilə, hakimlər Q.A.Əsgərovdan və V.N.Sadıqovdan ibarət tərkibdə) cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(001)-128/2019 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanı lmışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşan apelyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, şikayətdə göstərilənlər formal mülahizələr olmaqla qanuni və əsaslı məhkəmə qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Belə ki, cavabdeh şikayətində məhkəmə tərəfindən təyin edilən ekspertizanın qanunauyğun olaraq aparılmadığını, onun İddiaçı İKB ASC ilə arasında xx xxxxxxxx 2013-cü il tarixli, 3-S-3-0609-13 saylı əsas kredit müqaviləsi bağlanmadığını qeyd etsə də, iş materiallarında olan sübutlar, həmçinin cavabdehin özünün həm birinci instansiya məhkəməsində yazmış olduğu ərizəsində, həm də apelyasiya şikayətinin digər dəlilləri ilə təkzib olunur. Belə ki, cavabdeh vəsatətlə birinci instansiya məhkəməsinə müraciət edərək məhkəməmühasibatlıq ekspertizasının təyin edil məsini xahiş etmiş və apelyasiya şikayətində də kredit müqaviləsi üzrə tələb edilən faiz miqdarı və cərimə məbləği məhkəmə tərəfindən artıq tutulduğunu qeyd etmişdir. Qeyd olunan bir-birinə zidd dəlillər bir daha apelyasiya şikayətinin formal mülahizələr olması qənaətinə gəlməyə əsas verir. Kasasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: a) Kasasiya şikayətinin dəlilləri Cavabdeh1 kasasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və işin yenidən araşdırılması üçün apelyasiya instansiya məhkəməsinə göndərilməsini xahiş etmişdir. Kasasiya şikayəti onunla əsaslandırılmışdır ki, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması və düzgün tətbiq edilməməsi ilə qəb ul edilmişdir. Apelyasiya instansiyası məhkəməsi cavabdehin apelyasiya şikayətində göstərilən dəlilləri araşdırmamış və formal xarakterli əsasa görə şikayəti rədd etmişdir. Birinci instansiya məhkəməsinə kassa məxaric orderində olan imzanın ona məxsus olmamasını bildirsə də, məhkəmə xətşünaslıq ekspertizası orderin kserosurəti üzərində keçirilmişdir. b) Kasasiya şikayətinə qarşı etirazın dəlilləri Kasasiya şikayətinə yazılı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Cavabdeh1 vəkili X6 məhkəmə kollegiyasının iclasında kasasiya şikayətinin dəlillərini müdafiə edərək, təmin edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı “xxxx” ASC-nin (əvvəlki İddiaçı İKB ASC-nin) vəkili X5 məhkəmə kollegiyasının iclasında kasasiya şikayətinin dəlill ərinə etiraz edərək, təmin edilməməsini və apelyasiya instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etmişlər. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq, digər cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 və vəkilləri məhkəmə iclasına gəlməmiş və səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsini rəhbər tutaraq işə həmin cavabdehlərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Kasasiya baxışının hədləri: Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kasasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apelyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi q əbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kasasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. Birinci instansiya məhkəməsinin qətnaməsi ilə iddia qismən təmin olunsa da, iddiaçı qətnaməni mübahisələndirməmişdir. Həmçinin iş üzrə cavabdehlər (zaminlər) Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 apelya siya şikayəti verməmişlər. Apelyasiya şikayətini Cavabdeh1 vermiş və müqavilə üzrə kredit məbləğini almasını, eyni zamanda borc məbləğini mübahisələndirmişdir. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsi hazırda Cavabdeh1 tərəfindən tam mübahisələndirilir. Bu səbəbdən kasasiya baxışının hədlərini apelyasiya instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin tam yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öh dəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icra nın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən isə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 101.3.-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edili r. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. 416-cı maddəsinə əsasən kasasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 417.1.1-ci maddəsinə əsasən kasasiya məhkəməsi işə baxarkən apelyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kasasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzg ün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Belə ki, ilk olaraq qeyd olunmalıdır ki, birinci instansiya məhkəməsi cavabdehin etirazının dəlillərinə uyğun olaraq araşdırma aparmış və sonuncu kredit müqaviləsində göstərilən borcu almadığını, kassa məxaric orderində imzanın ona məxsus olmadığını bildirdiyi üçün iş üzrə məhkəmə-xətşünaslıq ekspertizası təyin etmişdir. Keçirilmiş ekspert rəyi ilə tərəflər arasında bağlanmış müqavilənin kserosurətində və kassa məxaric orderində olan imzanın Cavabdeh1 aid olması öz təsdiqini tapmışdır. Cavabdeh həm apelyasiya şikayətində, həm də kasasiya ş ikayətində ekspert tədqiqatının kassa məxaric orderinin kserosurətinə əsasən aparıldığını bildirsə də, onun bu dəlili iş materialları ilə təkzib olunur. Belə ki, xx xxxxxxxx 2013-cü il tarixli kassa məxaric orderi iş materiallarına əlavə edilmiş (cild 1, i.v. 151) və ekspert rəyində də tədqiqatın həmin sənədin üzərinə aparıldığı göstərilmişdir. Həmçinin iş materiallarından müəyyən olunur ki, birinci instansiya məhkəməsi tərəfindən tələb olunan borcun yoxlanılması üçün ekspertiza təyin edilmiş və tutulan borc ekspert rəyinə uyğun müəyyən edilmişdir. Qeyd olunmalıdır ki, ekspertiza tədqiqatı bank tərəfindən təqdim olunmuş məlumatlar və kredit müqaviləsinin şərtləri nəzərə alınmaqla keçirilmiş, alınmış rəyin mötəbərliliyini şübhə altına alan hər hansı hal mövcud olmamışdır. Məhkəmə kollegiy ası izah edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlüyə malik olmasa da, məhkəmənin qərardadı əsasında keçirilmiş ekspertizanın rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Beləliklə, məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, işə mahiyyəti üzrə baxan məhkəmələr tərəfindən cavabdehin dəlilləri tam araşdırılmış və onlara hüquqi qiymət verilmişdir. Odur ki, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kasasiya şikayəti təmin olunmamalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416, 417, 419 və 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh1 tərəfindən verilmiş kasasiya şikayə ti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsinin Mülki kollegiyasının xx xxxx 2020-ci il tarixli, 2(103)5234/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-5744/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-5744/2020
24.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver