Məhkəmə qərarları › İş №2(102)-5746/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-5746/2022

21.12.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5746/2022 21.12.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər “Cavabdeh1”-nə və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı iş üzrə QƏRARİ İş № 2(102)-5746/22 (Açar sözlər: tibb müəssissinin vurduğu ziyanın ödənilməsi, sübutetmə yükü) Bakı şəhəri 21 dekabr 2022-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (məruzəçi), Şamayev Elşad Yaquboviç və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər “Cavabdeh1”nə və "xxxx" MMC-nə qarşı “səhhətə vurulmuş ziyanın ödənilməsi” tələbinə dair iddia üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-583/2022 nömrəli, 13 iyul 2022-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə 21 dekabr 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı xx.xx.2019-cu il tarixində Bakı şəhərində anadan olmuş X5 anasıdır.

2. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Cavabdeh1” X14 xx.xx.2020-ci il tarixli 2417 saylı epikrizindən görünür ki, uşaq xx.xx.2020-ci il tarixində kafi vəziyyətdə sahə həkiminin və cərrahın nəzarəti altında evə yazılmış, cərrahın, travmatoloq-ortopedin, nevropotoloq, kardioloq, otolarinqoloq və oftalmoloqun mütləq baxışının vacibliyi haqqında valideyn məlumatlandırılmışdır.

3. İş materiallarında olan Mərkəzi Klinikanın xx.xx.2020-ci il tarixli Rentgen müayinə protokolundan görünür ki, xx.xx. 2019-cu il təvəllüdlü X5 rentgen müayinəsində sağ baldır sümüklərinin ön-arxa pryeksiyada çəkilmiş rentgenoqrammasında qamış sümüyün disal hissəsi deformasiyalıdır, bir qədər əyilmişdir, distal metadiafizdə sümük iliyi kanalında şəffaf sahə qeyd olunur.

4. Mərkəzi Klinikanın xx.xx.2020-ci il tarixli Rentgen müayinə protokolundan görünür ki, xx.xx.2019-cu il təvəllüdlü X5 çanaq rentgenoqrafiyasında hər iki tərəfdə bud çanaq oynaq yarığları normaldır, bud sümüklərinin başları qeyd olunmur, soldan Şelton xətti bir qədər qeyri-düzgündür, sol bud sümüyünün epimerafizar hissəndə laterallda kiçik şəffaf sahə qeyd olunur.

5. Mərkəzi Klinikanın xx.xx.2020-ci il tarixli Rentgen müayinə protokolundan görünür ki, xx.xx.2019-cu il təvəllüdlü X5 rentgen müayinəsində sol bazu sümüyünün önarxa proyeksiyad a çəkilmiş rentgenoqrammasında bazu sümüyünün proksmal hissəsi bir qədər əyridir, epimetafizar hissəsinin konturları nahamardır, kortikal qat qalınlaşmışdır, sklerozlaşmışdır, sümük iliyi kanalı daralmışdır.

6. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi prof.Ə.F.Qarayev adına 2 saylı X6 xx.xx.2020-ci il tarixli 471 saylı arayışından görünür ki, xx.xx.2019-cu il təvəllüdlü X9 15 saylı Uşaq poliklinkasının xx.xx.2020-ci il tarixli çıxarışına əsasən xx.xx.2020-ci il tarixində müayinədən keçmiş, xəstəyə BERA testinin əsasında “İki tərəfli çox ağır (Vİ) dərəcəli sensonevral tip eşitmə azlığı” diaqnozu qoyulmuşdur. Həmçinin bu xəstədə xx.xx.2020-ci il tarixində Respublika Diaqnostika Mərkəzində “sağ tərəfli koxlear implantasiya” əməliyyatı aparılmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) B irinci instansiya məhkəməsində icraat

7. İddiaçı cavabdehlər “Cavabdeh1”nə və "xxxx" MMC-nə qarşı cavabdehlərin hərəkətlərinin qanunsuz hesab edilməsi, cavabdehlərdən müştərək qaydada maddi ziyanın əvəzi olaraq 100000 manat məbləğində pulun, mənəvi zərərin əvəzi olaraq 50000 manat məbləğində pulun tutularaq iddiaçı X4 ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

8. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı hamiləlik dönəmində cavabdeh klinika olan Vital Klinikada ("xxxx" MMC) həkim Cavabdeh3 nəzarəti altında müalicə almışdır. Hamiləlik dövründə uşaqda və iddiaçıda heç bir problem olmamış, iddiaçının mütəmadi etdiyi müayinələr (iddia ərizəsinə əlavə olunur) nəticəsində sağlam hamiləlik keçirmişdir. Səltənət xanım iddiaçının müalicə həkimi olmaqla yanaşı həm də doğuş həkimi olmalı, doğuşu o həyata keçirməli idi. xx.xx.2019- cu il tarixində gecə saatlarında iddiaçının erkən doğuş təhlükəsi yaranmış və iddiaçı dərhal həkimi Cavabdeh3 ilə telefonla əlaqə saxlamışdır. Səltənət xanım iddiaçıya bildirmişdir ki, onların klinikası erkən doğuşları həyata keçirmir və bununla bağlı Vital Klinikada iddiaçıya köməklik edə bilməzlər. Bu səbəblə təkidlə iddiaçıdan Perinatal Mərkəzə getməyini bildirmiş, iddiaçıdan isə doğuş həkimi məhz o olduğunu və doğuşun onun tərəfindən həyata keçiriləcəyini bildirmişdir. Lakin o iddiaçını çətin vəziyyətdə tək qoyaraq doğuşun həyata keçirilməsində həkim kimi iştirak etməkdən imtina etmişdir. Halbuki bütün müalicə dövründə cavabdeh klinika və xanım həkim erkən doğuş təhlükəsi yaranacağı halda tibbi xidmət göstərməyəcəklərinə dair iddiaçını məlumatlandırmamışlar, bu barədə iddiaçı xəbərdarlıq olunmamışdır. Əhalinin Sağlamlığının qorunması haqqında Azərbaycan Respublikası Qanununun 25-ci maddəsinin tələbinə əsasən hər bir vətəndaş müayinənin nəticəsi, xəstəliyin diaqnoz və proqnozu, müalicə üsulları və bununla bağlı risk dərəcələri, aparılmış müalicənin nəticəsi haqqında məlumatlar da daxil olmaqla sağlamlığının vəziyyəti barədə özü üçün səmərəli formada məlumat almaq hüququna malikdir. Səltənət xanımın iddiaçıya tibbi xidmət göstərməli olması halında bundan imtina etdikdən sonra iddiaçıda çarəsiz qalaraq Perinatal Mərkəzə müraciət etməli olmuşdur. xx.xx.2019-cu il tarixində övladı X9 dünyaya gəlmişdir. Perinatal Mərkəzdə olduğu ilk gündən orda olan sanitar-epidemioloji vəziyyətin bərbadlığı, göstərilən tibbi x idmətlərin səviyyəsinin aşağı olması iddiaçını artıq narahat edirdi və iddiaçı özəl klinikaya köçürülmək üçün yenidən Səltənət xanımla əlaqə saxlamışdır. Səltənət xanım ikinci dəfə öz klinikalarında iddiaçıya xidmət göstərə bilməyəcəklərini və digər klinikalara getməyin də lüzumsuz olduğunu bildirirək iddiaçıdan Perinatal Mərkəzdə qalmağı təkidlə xahiş etmişdir. X15 erkən doğulsa da, erkən doğuş üçün sağlam vəziyyətdə və çəkisi normal olaraq doğulmuş, iki gün müddətində uşağın səhhətində hər hansı bir problem olmamışdır. Lakin doğuşdan iki gün sonra uşağın vəziyyəti pisləşmiş və uşaqda ağırlaşmalar müşahidə olunmuşdur. Perinatal Mərkəzin həkimləri (Dilarə xanım və digərləri) uşağın səhhətində nə baş verdiyini bilmədən, heç bir müayinə aparmadan uşağa ağır antibiotik müalicələri tətbiq etmə yə başlamışlar. Müalicələri tətbiq etməyə başlayandan sonra uşaqla bağlı qanda bakteriyanın olubolmamasının müəyyən edilməsi üçün uşağın qanına dair digər klinikalardan birində analiz verilməsi üçün göstəriş vermişlər. X1 nümunələr təqdim olunmuş və 1 həftədən sonra çıxan nəticələrdə uşağın bağırsağında bakteriya aşkarlanmışdır. Bu bir həftə müddətində həkimlər müayinənin nəticəsini gözləmədən uşağa ağır antibiotik müalicələri tətbiq edirdilər. İddiaçı bununla bağlı həkimlərə dəfələrlə xəbərdarlıq etmişdir ki, bu antibiotiklər çox ağırdır və uşağın digər orqanlarına, əsasən də eşitmə orqanlarına fəsadlar verə bilər. Lakin həkimlər iddiaçını arxayın etmişlər ki, həmin antibiotiklər yüngül xarakterlidir və uşağa hər hansı bir ziyanı yoxdur. İddiaçı uşağa çox ağır antibiotiklərin tətbiq edild iyini, sonradan, yəni xx.xx.2020-ci il tarixli epikrizi aldıqdan sonra bilmişdir. Həmin epikrizdən də müəyyən olunur ki, uşağın antibiotiklərə davamiyyətini müəyyən etmədən ona ağır antibiotik müalicələri ediblər. Uşaqda tapılan bağırsaq infeksiyası Perinatal Mərkəzdə həkimlərin sanitariya qaydalarına riayət etməməsi və həkim səhlənkarlığı nəticəsində meydana gəlmişdir. Bu hal X3 tərəfindən verilmiş qanın müayinəsinin nəticələrində də əks olunur, həmin arayışda qeyd olunur ki, kontaminasiya (xəstəxanadaxili infeksiya) ola bilər. Ana bətnində olarkən uşaqda həmin infeksiyanın olması qeyri-mümkündür, belə ki, hamiləlik vaxtı və doğuşdan sonra edilən müayinələrin nəticəsindən görünür ki, anada heç vaxt həmin infeksiya olmamışdır. Belə olan halda infeksiya məhz xəstəxanada salınmışdır. Bu hal həkimlərin uşağın səhhətinə vurduqları birinci zərərdir, ən dəhşətli və faciəvi zərərlər hələ qarşıda imiş. Perinatal Mərkəz tərəfindən verilmiş epikrizlə tanış olduqdan və uşağa vurulan antibiotikləri gördükdən sonra uşağın səhhətilə bağlı daha da narahat olmağa başlamış və uşağın müayinələrini başqa klinikalarda aparmışdır. Mərkəzi klinikanın xx.xx.2020-ci il tarixli rentgen müayinə protokollarından və X10 Fakültəsi Araştırma və X8 Mərkəzinin xx.xx.2020-ci il tarixli epikrizindən müəyyən olunur ki, uşağın sol bud, sağ baldır və sol bazu sümüklərində ciddi deformasiyalar və iltihab aşkar olunmuş, uşağa multifokal xroniki osteomielit diaqnozu qoyulmuşdur. Uşaqda yaranan bu xəstəlik Perinatal Mərkəzin həkimlərinin uşağa tətbiq etdiyi səhv müalicə nəticəsində yaranmışdır. Uşaq daimi olaraq t erapevtik müalicələr alır, daim terapevtin nəzarəti altındadır. Bu müalicələr hələ ki müsbət nəticə vermir və irəli zamanlarda uşağın əməliyyat olunmağına zərurət yaranacaqdır. İddiaçının qızının səhhətinə dəymiş ziyanlar azmış kimi sonradan qızının hər iki qulağının eşitmədiyini öyrənmişdir. Respublika Diaqnostika Mərkəzinin xx.xx.2020-ci il tarixli test nəticələrindən müəyyən olunur ki, hər iki qulaqda 100 db nhl-də dalğa forması əldə edilməmişdir. 2 saylı X6 xx.xx.2020-ci il tarixli arayışından müəyyən olunur ki, xəstəyə Bera testinin əsasında iki tərəfli çox ağır dərəcəli sensonevral tip eşitmə azlığı diaqnozu qoyulmuşdur. Uşaqda xx.xx.2020-ci il tarixində Respublika Diaqnostika Mərkəzində “Sağ tərəfli koxlear implantasiya” əməliyyatı aparılmışdır. Uşaqda eşitmə qüsuru məhz Perinatal Mərkəzin həkimlərinin tətbiq etdiyi ağır antibiotik müalicəsi nəticəsində yaranmışdır. Belə ki, tətbiq olunan antibiotiklərdən ampissillin, amikasin vankomisin, ciprofloxaein, antifinqal, penloqlobulin eşitmə orqanlarına əhəmiyyətli dərəcədə mənfi təsir göstərən və sıradan çıxaran antibiotiklərdir. Hal-hazırda iddiaçının uşağı yerimə və eşitmə qüsurlu uşaqdır, daim həkimlərin nəzarəti altındadır və normal uşaq həyatı keçirə bilmir. Qulaq üçün nəzərdə tutulmuş aparat ancaq bir qulağa qoyulmuş və digər qulaq ümumiyyətlə öz funksiyalarını icra edə bilmir. Həmin aparat da uşaq çiməndə və ya yatanda çıxarılır, körpə 1 yaşlı uşaq tamamilə səssiz bir vəziyyətdə və rejimdə qalır, bu hal uşağın psixologiyası üçün ağır nəticələr törədir. İddiaçı cavabdehlərə qarşı tələblərini dəqiqləşdirərək bildir ir ki, Vital Klinikada müalicə olunduğu dövrdə iddiaçıya erkən doğuş olduğu halda tibbi xidmət göstərə bilməyəcəkləri barədə xəbərdarlıq etmədiklərinə görə iddiaçının bu barədə tədbirlərini görməyə vaxtı olmamışdır. Məhz Klinikanın və həkimlərinin səhlənkarlığına görə iddiaçı məcbur qalaraq Perinatal Mərkəzə müraciət etmişdir. Uşağının bu vəziyyətdə olmasının məsuliyyəti həm də Vital Klinikanın üzərinə düşür. Perinatal Mərkəz isə sağlam uşaq doğulduğu halda həkim səhlənkarlığı və sanitarıya qaydalarına riayət olunmaması nəticəsində uşağa infeksiya salmışlar, həmin infeksiya isə düzgün müalicə olunmamış və tətbiq edilən ağır müalicələr nəticəsində uşaq hal-hazırda yerimə və eşitmə qüsurludur. Bütün bu faciəvi nəticələr cavabdehlərin səhlənkarlığı və həkim heyətinin yetəri qədər savadının ol maması nəticəsində meydana gəlmişdir. İddiaçı bu hallarla bağlı hüquqmühafizə orqanlarına da şikayətlər etmişdir. Cavabdehlərin törətdiyi qanunsuz əməllər nəticəsində iddiaçıya ilk növbədə maddi ziyan dəymiş və bundan sonra uşağın xüsusi baxımı və müalicəsi üçün külli miqdarda pul vəsaitinin zəruri olacağı istisna edilmir. Ona görə də vurulmuş maddi ziyan və bundan sonra zəruri olacaq xərclər üçün cavabdehlərdən 100.000 manat məbləğində pul tutularaq iddiaçıya ödənilməlidir. Həmçinin maddi ziyanla yanaşı cavabdehlərin qanunsuz hərəkətləri nəticəsində iddiaçıya mənəvi ziyan da dəymişdir. Belə ki, bir ildən çoxdur ki, iddiaçı uşağını bu vəziyyətdə görərək dərin mənəvi iztirab keçirir. Sağlam doğulmuş uşağın hal-hazırda eşitmə və yerimə qüsurlu olması bir ana kimi iddiaçıya dərin əzablar veri r, iddiaçının övladı normal həyat yaşamaqdan məhrum edilib. Bir ildən çoxdur ki, iddiaçı və uşağı mütəmadi olaraq həkimlərə gedir, bu prosesdə olmaq, uşağın sağlamlığına cavabdelilər tərəfindən belə ciddi ziyanların dəyməsi maddi ziyanla yanaşı iddiaçıya mənəvi zərər də vurmuşdur. Övladının keçirdiyi və keçirəcəyi psixoloji travmalardan isə danışsa, bu iddia ərizəsinin sonu olmaz. Ona görə də cavabdehlər etdikləri qanunsuz hərəkətlərə görə cavab verməli, maddi ziyanla yanaşı iddiaçıya mənəvi zərəri də ödəməlidirlər. Cavabdehlər tərəfindən iddiaçıya və övladına vurulmuş mənəvi ziyanın dəyərini hesablamaq mümkün deyil, çünki iddiaçının bir ana kimi keçirdiyi mənəvi ağrıların, övladının isə bu yaşda aldığı və gələcəkdə də alacağı psixoloji travmaların əvəzi ola bilməz.

9. İddiaçı nümayəndəsi və vəkili Vəkil1 sonradan məhkəməyə iddia tələbinin həcminin artırılması barədə ərizə ilə müraciət edərək məhkəmədən, cavabdehlər "xxxx" MMC-nin, “Cavabdeh1" X14 və Vital Klinikanın baş həkimi Cavabdeh3 Afaq qızının hərəkətlərinin qanunsuz hesab edilməsi, cavabdehlər "xxxx" MMC, “Cavabdeh1" X11 və Vital Klinikanın baş həkimi Cavabdeh3 Afaq qızından müştərək qaydada maddi ziyanın əvəzi olaraq 100.000 manat məbləğində pulun, mənəvi zərərin əvəzi olaraq 50.000 manat məbləğində pulun tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

10. Cavabdeh “Sağlamlıq və Gözəllik Mərkəzi” MMC-nin nümayəndəsi iddiaya etiraz edərək göstərmişdir ki, iddiaçı hamiləliyin 2-3 ay ayından 7-ci ayına kimi müalicəni Vital Klinikada almış, hamililəlik nasaz olmuşdur. Klinika erkən doğuşl a bağlı xidmət göstərsə də, küvez qiymətləri baha olduğundan bu barədə depozit qoyulması barədə iddiaçıya məlumat verilmiş və ödənişsiz olduğuna görə erkən doğuş üçün iddiaçı Perinatal Mərkəzə müraciət etmişdir.

11. Cavabdeh “Cavabdeh1" X17 iddiaya qarşı yazılı etiraz verərək, müəssisədə sanitar-epidemioloji vəziyyətə tam riayət olunduğunu, bu sahədə mütəmadi yoxlamalar aparıldığını, u.ağın doğulandan vəziyyyətinin ağır qiymətləndirildiyini, kevəz rejimində tənəffüs terapiyası aldığını, doğulandan sonra ilk saatlarda müayinələr aparıldığını və vaxtından əvvəl doğulmuşların klinik protokoluna əsasən antibakterial terapiya başlandığını, xx.xx.2019-cu il tarixdə qandan verilən bakterioıoji analizdə hemokulturanın yoxlanılması tövsiyyə edilsə də, yalnız aerob mikroflora yoxlanıldığından, xx.xx.2020-ci il tarxdə təkrar aerob və anaerob müayinəyə göndərildiyini, doğumun 3-cü günündən uşağın vəziyyətində kəskin pisləşmə qeyd olunduğundan antibakterial müalicənin gücləndirildiyini, ananın hamiləlik müddətində keçirdiyi infeksiyalar barədə məlumat olmasa da, mübadilə kartında yaxma analizində maya göbələyi olduğu göstərildiyini, uşaqda bətndaxili sepsisin fəsadları olan ağırlaşmalar barədə valideynlərə məlumat verildiyi, eşitmə qüsurunun erkən doğumun nəticəsi ola biləcəyini göstərmişdir.

12. Məhkəmə tərəfindən xx.xx.2021-ci il tarixli qərardadla iş üzrə məhkəmə-tibbi və məhkəmə əmtəəşünaslıq ekspertizası təyin edilmişdir.

13. Azərbyacan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X7” X12 740 saylı komisyon ekspert rəyindən görünür ki, ”Cavabdeh1” X14də İddiaçı adına tərtib edilmiş doğum tarixinə əsasən o, xx.xx.2019- cu il tarixdə saat 06:30-da dölyanı mayenin axması ilə xəstəxanaya müraciət etmişdir. Aparılmış müvafiq müayinələrdən sonra ona “DQVƏC”. Baş gəlişi. H1D0H0. 33+3g həftəlik hamiləlik”diaqnozu düzgün təyin edilmişdir. Həmin tarixdə təyin edilmiş diaqnoza uyğun olaraq doğuş “Qeysəriyyə kəsiyi” cərrahiyyə əməliyatı ilə sona çatdırılmışdır. Aparılmış müvafiq müayinələrdən sonra yenidoğulmuş uşağa “Yenidoğulmuşda bağırsaq çöpləri (Escherichia Coli) tərəfindən törədilən sepsisi. Osteomielit. Vaxtından əvvəl doğulmuş uşaq” diaqnozu düzgün təyin edilmişdir. Qeyd edilən patologiyanın bətndaxili infeksiyalar zamanı yaranması istisna edilmir. “Respublika Diaqnostika Mərkəzi”ndə X5 adına tərtib edilmiş tibbi sənəddən görünür ki, o, xx.xx.2020-ci il t arixdə “Eşitmənin neyrosensor tipli ikitərəfli itirilməsi” diaqnozu ilə xəstəxanaya daxil olmuşdur. Aparılmış müvafiq müayinələr əsasında diaqnoz öz təsirini tapmış və onun üzərində xx.xx.2020-ci il tarixdə “Koxlear implant” cərrahiyə əməliyyatı icra olunmuşdur. Bunun da yaranma səbəblərinə daxili qulağın qan dövranın pozulması, virus infeksiyası, autoimmun pozğunluqlar, intrakoxlear membran cırılması və ilbiz daxilində hüceyrə stress reaksiyalarının qeyri-normal fəsadlaşması daxildir. Alsu Səfiyevanın mütəxəssis müayinəsi zamanı çəkilmiş çanaq və diz oynaqlarının rentgen müayinəsində onun dizçanaq və diz oynaqlarında hər hansı bir patoloji dəyişiklik müəyyən edilməmişdir. Müalicəyə sərf olunacaq vəsaitin təyini məhkəmə-tibbi ekspert komissiyasının səlahiyyətlərinə aid deyil. İddiaçı “Vita l Klinika”da ultrasəs və laborator müayinələrdən keçmiş və müayinələr zamanı hər hansı bir patoloji dəyişiklik müəyyən edilməmişdir. Aparılmış müayinələrin uşağın erkən doğumuna və ya doğuşdan sonra yaranmış fiziki qüsurlara səbəb olması istisna edilir. İddiaçı yenidoğulmuş uşağına aparılmış müayinə və müalicələr onun vəziyyətinə uyğun olmuş və yenidoğulmuşun vəziyyətinin ağırlaşmasına səbəb ola bilməsi istisna edilir. İddiaçı yenidoğulmuş uşağına aparılmış müayinə və müalicələr Səhiyyə sistemində qüvvədə olan müvafiq təlimat qaydalarına uyğun olmuşdur.

14. Məhkəmənin xx.xx.2021-ci il tarixli qərardadı ilə iş üzrə əlavə və təkrar məhkəmə tibbi-ekspertizası təyin edilmiş və Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X7” X12 961 saylı xx.xx.2021-ci il tarixli eksp ert rəyindən görünür ki, ”Cavabdeh1” X14də İddiaçı adına tərtib edilmiş doğum tarixindən görünür ki, o, xx.xx.2019- cu il tarixdə saat 06:30-da dölyanı mayenin axması ilə xəstəxanaya müraciət etmişdir. Aparılmış müvafiq müayinələrdən sonra ona “DQVƏC”. Baş gəlişi. H1D0H0. 33+3g həftəlik hamiləlik” diaqnozu düzgün təyin edilmişdir. Həmin tarixdə təyin edilmiş diaqnoza uyğun olaraq doğuş “Qeysəriyyə kəsiyi” cərrahiyyə əməliyatı ilə sona çatdırılmışdır. Aparılmış müvafiq müayinələrdən sonra yenidoğulmuş uşağa “Yenidoğulmuşda bağırsaq çöpləri (Escherichia Coli) tərəfindən törədilən sepsisi. Osteomielit. Vaxtından əvvəl doğulmuş uşaq” diaqnozu düzgün təyin edilmişdir. Qeyd edilən patologiyanın bətndaxili infeksiyalar zamanı yaranması istisna edilmir. Aparılmış müalicələrin uşağın erkən doğumu na və ya doğuşdan sonra yaranmış fiziki qüsurlara səbəb olması istisna edilir. İddiaçı bətndaxili infeksiyalar hamiləlik dövründə yaranmışdır. Alsu Səfiyevada fiziki qüsurların müalicəsi və aradan qaldırılması barədə proqnozun əvvəlcədən verilməsi mümkün deyildir. Alsu Səfiyevada “Eşitmənin neyrosensor tipli ikitərəfli itirilməsi”nin yaranma səbəblərinə daxili qulağın qan dövranın pozulması, virus infeksiyası, autoimmum pozğunluqlar, intrakoxlear membran cırılması və ilbiz daxilində hüceyrə stress reaksiyalarının qeyrinormal fəsadlaşması daxildir.

15. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(011)-83/2022 saylı, 29 aprel 2022-ci il tarixli qətnaməsi ilə (X18) iddia təmin edilməmişdir.

16. Məhkəmə qeyd etmişdir ki, iddiaçı iddiasının əsası kimi cav abdehlər tərəfindən onda hamiləlik dövründə, doğuş zamanı və doğuşdan sonra yeni doğulmuş uşağında aparılmış müalicələrin və müayinlərin səhv olması səbəbindən uşağında bir sıra fiziki qüsurların yaranmasını göstərsə də, lakin həmin halların müəyyən edilməsi üçün təyin edilmiş məhkəmə-tibbi ekspertizası tərəfindən verilmiş ekspert rəylərində uşaqda yaranmış qüsurların hamiləlik və doğuşdan sonra aparılmış müalicələr nəticəsində yaranması müəyyən edilməmiş, aparılmış müalicələrin düzgün olması müəyyən edilmişdir.

17. Məhkəmə hesab etmişdir ki, iddiaçının doğulmuş xx.xx.2019-cu il təvəllüdlü Alsu Səfiyeva adlı uşağında yaranmış fiziki qüsurların cavabdehlərin təqsiri ucbatından yaranması iş üzrə təyin edilmiş məhkəmə-tibbi ekspertizasının rəyi və işin digər materialları ilə müəyyən edilmədiy indən, iddia maddi ziyanın vurulması hissəsində əsassızdır.

18. Məhkəmə İddiaçı mənəvi ziyanın ödənilməsi barədə iddia tələbini araşdıraraq hesab etmişdir ki, iddia qeyd edilən hissədə də əsassızdır.

19. Belə ki, iddiaçı ona mənəvi zərər dəyməsi və dəymiş mənəvi zərərin 50000 manat olması barəsində tələbi üzrə hər hansı sübutu məhkəməyə təqdim etmədiyindən və ona mənəvi zərər vurulmasını məhkəmədə sübut etmədiyindən, habelə onun mənəvi ziyan dəyməsinə dair tələbi məhkəmədə işin hər hansı halı və sübutu ilə sübuta yetirilmədiyindən, mənəvi ziyanın ödənilməsinə dair iddia tələbi də əsassızdır. Odur ki, iddianın mənəvi ziyanın ödənilməsinə dair hissəsi də rədd edilməlidir.

20. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 21.2, 23, 1096.1, 1096.2, 1097.1, 1112, Azə rbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 106.1-ci maddələrinə istinad edərək əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

21. Qətnamədən iddiaçının nümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin tam təmin edilməsini xahiş etmişdir.

22. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə normanı düzgün tətbiq etməyib, belə ki, zərərvuran şəxslərdən biri ekspert rəyinə əsasən tam olaraq müəyyən edilib, digəri isə qeyri-müəyyən olaraq qalıb. Vital Klinikanın və həkimi Cavabdeh3 səhlənkarlığa yol verməsi ekspert rəyi ilə tam təsdiq olunur. Perinatal Mərkəzə münasibətdə isə cavablanmamış çoxsaylı suallar qalmışdır. Lakin məhkəmə araşdırmanı yarımçıq etmiş, təkrar və əlavə ekspertiza ke çirməmişdir. Ona görə də bu norma məhkəmə tərəfindən düzgün tətbiq edilməmişdir. Vital Klinika və həkim Cavabdeh3 tərəfindən zərərin vurulması, hamiləlik dönəmində zəruri müalicənin aparılmaması, həkim səhlənkarlığı işin aşkar müalicənin aparılmaması, həkim səhlənkarlığı işin aşkar halıdır. İş materiallarındakı hamiləlik dönəmindəki qan analizlərinin nəticələrinə nəzər salsaq görərik ki, iddiaçının qan göstəriciləri normada olmamış, iltihab prosesinin başlandığı açıq-aşkar müəyyən olunmuşdur. Lakin həkim Cavabdeh3 bu nəticələrə hər ay baxaraq “heç bir problem yoxdur” deyərək iddiaçını əmin etmişdir. Bütün sonrakı faciənin başlanğıcı da məhz buradan, Səltənət xanımın səhlənkarlığından başlanmışdır. Həkim səhlənkar yanaşmayıb müalicə təyin etsəydi erkən doğuş baş verməzdi və erkən doğulmuş uşağa antibiotik müalicəsi etmək zəruriyyəti yaranmazdı, ən əsası uşaq eşitmə əngəlli olmazdı. X18 özü də məhkəmə prosesində analizlərin nəticələrini tək-tək oxumuş, iltihab prosesinin göstəricisinin yüksək olduğunu bildirmişdir. Lakin nədənsə sonradan Lalə xanım bu faktı bilə-bilə, iş üzrə qeyri-müəyyən halların qaldığı şəraitdə iddianın rədd edilməsi barədə qətnamə qəbul etmişdir. Normanın mətnində “zərərvuran zərərin onun təqsiri üzündən baş vermədiyini sübuta yetirərsə, məsuliyyətdən azad edilir.” yazılıb. Lakin hazırkı iş üzrə ekspert rəyləri ilə müəyyən olunurki, patalogiya bətndaxili infeksiyalar zamanı yaranmış və həmin infeksiyalar hamiləlik dönəminə təsadüf edir. Belə bir sual meydana çıxır: Hamiləlik dönəminə məsuliyyətli şəxs kim olmalıdır? Mühəndis ya müəllim? Əlbəttə ki, müa licəni aparan həkim. Bu çox elementar bir məsələdir, inandırıcı deyil ki, bu məsələyə heç kim nəzər yetirməsin. Sadəcə nə hikmətdirsə ekspert rəyinin lazım olmayan məntiqsiz hissəsinə önəm verilir, lakin “patologiya bətndaxili infeksiyalar zamanı yaranmışdır” cümləsindən yan keçilir. Əgər patologiya bətndaxili infeksiyalar zamanı yaranmışdırsa və hamiləlik dönəmindəki həkimin Cavabdeh3 olduğu məlumdursa, zərərin məhz onun tərəfindən vurulmadığı məhkəmə araşdırması zamanı müəyyən edilmişdirmi? Xeyr. Cavabdeh3 həkims əhlənkarlığının baş vermədiyini və aparılmış müalicələrin, müayinələrin düzgün aparıldığını sübuta yetirə bilməmişdir. Halbuki istinad edilən norma məhz onu tələb edir, sübutetmə yükü zərərvuranın üzərinə düşür, zərərin onun təqsiri üzündən olmadığı sübuta yetirilməlidir. Həmçin in qeyd edilir ki, maddi ziyanla yanaşı cavabdehlərin qanunsuz hərəkətləri nəticəsində iddiaçıya mənəvi ziyan da dəymişdir. Belə ki, uzun müddətdir ki, uşağın səhhətindəki problemlər ananı narahat edir və ona mənəvi iztirab verir. Sağlam doğulmuş uşağın hal-hazırda mənəvi iztirab verir. Sağlam doğulmuş uşağın hal-hazırda eşitmə və yerinə qüsurlu olması, övladının normal həyatdan məhrum edilməsi bir valideyn kimi anaya əzab verir. Həmçinin təkcə ana deyil, uşaqda psixoloji travmalar yaşayır və gələcəkdə də bu kimi halların davam edəcəyi istisna edilmir. Ona görə də cavabdehlər etdikləri qanunsuz hərəkətlərə görə cavab verməli, maddi ziyanla yanaşı mənəvi zərəri dəödəməlidirlər. Mənəvi zərərin sübut edilməsi demək olar ki, qeyri mümkündür. Bu hamıya bəlli olan haldır, sübut etməyə zəruriyyət yoxdur. Yeni doğulmuş körpəsinin eşitmə əngəlli olması, həyatı yalnız aparatla duya bilməsi, aparatın enerjisi zəiflədiyi halda bütün bu həyatın gözəlliklərindən saf və təmiz bir uşağın məhrum olması nəinki anaya iztirab çəkdirir. Yad bir insan belə dərindən sarsılırsa ananın bu mənzərəni hər gün görməsi onun üçün mütəmadi əzabdan başqa bir şey deyil. Hazırkı iş üzrə 2 dəfə ekspertiza təyin edilmiş, hər ikisində də ekspertlərin rəyi ziddiyyətli olmuşdur. 2-ci rəydə qeyd olunur ki, “qeyd edilən patologiyanın bətndaxili infeksiyalar zamanı yaranması istisna edilmir.” Hansı patologiyadan söhbət gedir? Çünki həmin cümlədən əvvəl üç diaqnoz barəsində yarımçıq qeydlər var: ostemiolit, bağırsaq çöpləri və erkən doğuş. Bundan əlavə, bətndaxili infeksiyalar nəticəsində yaranması istisna edilmirsə bu hal ekspert tərəfindən niyə əsaslandırılmayıb? Hamiləlik dövrünün bütün müayinələri iş materiallarına əlavə edilib, ekspert nəyə görə həmin müayinələrdən heç birinə istinad etməyib? Halbuki, iş materiallarında iddiaçının hamiləlik dövrünün qan analizləri və USM arayışları var (xx.xx.2019, xx.xx.2019, xx.xx.2019, xx.xx.2019, xx.xx.2019, xx.xx.2019, xx.xx.2019). Cavab çox sadədir, çünki ekspert ümumiyyətlə heç bir məsələni araşdırmayıb və ona diktə edilənləri rəyə köçürüb. Məsələn, Vital Klinikanın xx.xx.2019-cu il tarixli qanın ümumi analizi adlı arayışına nəzər salaq. Leykositlər normalda 3.98-10.04 olmalı olduğu halda 16.2 göstəricisi, Eritrositlərin orta həcmi 79.4-94.8 olmalı olduğu halda 66.9 göstəricisi, 1 eritrositdə hemoqlobinin orta həcmi 25.6-32.2 olmalı olduğu halda 20.5 göst əricisi, neytrofillərin ümumi sayı 1.56-6.13 olmalı olduğu halda 14.1 göstəricisi, neytrofillərin %-lə miqdarı 34.0-71.1 olmalı olduğu halda 87.3 göstəricisi, Limfositlərin %-lə miqdarı 19.3-51.7 olmalı olduğu halda 7.8 göstəricisi, eritrositlərin çökmə surəti 2-15 olmalı olduğu halda 35 göstəricisi qeyd edilib. Ekspert niyə bütün bu hallara nəzər yetirməyib? Bu göstəricilər hansı hallara işarə edib? Ekspert haqlı olaraq öz rəyində qeyd edib ki “bətndaxili infeksiyalar hamiləlik dövründə yaranmışdır”. Məhz bu nəticələr həmin infeksiyaların yaranmasının göstəricisidir. Ekspert həmçinin qeyd edib ki, patalogiyanın bətndaxili infeksiyalar nəticəsində yaranması istisna edilmir. Buradan belə müəyyən eləmək olar ki, hamiləlik dövründə bütün bu göstəricilərin olması, infeksiyaların yaranması və bunun nəticəsində uşaqda osteomiletin yaranması məhz həkim səhlənkarlığının osteomiletin yaranması məhz həkim səhlənkarlığının nəticəsidir. Belə ki, hamiləlik dövründə iddiaçını müəlicə edən həkim Cavabdeh3 olmuşdur. O bir həkim olaraq bu müayinələrin nəticələrini görərək bir tədbir görməli, xəstəni müalicə etməli idi. Lakin həkim səhlənkarlıq etmiş, məhz həkimin hərəkətsizliyi nəticəsində bütün bu problemlər yaranmışdır. 4-cü məsələ ilə bağlı hörmətli ekspertlər “Alsu Səfiyevada eşitmənin neyrosensor tipli ikitərəfli itirilməsinin səbəblərinə daxili qulağın qan dövranının pozulması, virus infeksiyası, autoimmun pozğunluqlar, intrakoxlear membran cırılması və ilbiz daxilində hüceyrə stress reaksiyalarının qeyri-normal fəsadlaşması daxildir” ifadəsini qeyd edirlər. Lakin ekspertlər bütün b u halların ana bətnində yoxsa doğuşdan sonra baş verə biləcəyini qeyd etməmişlər. Əgər doğuşdan sonra baş vermişdirsə Perinatal Mərkəzdən uşaq çıxanda onaartıq xx.xx.2020-ci il tarixli neuro audio screen testin cavabı verilmişdir. Doğuşdan sonra, yəni 27 dekabrdan 30 yanvara qədər uşaq Perinatal Mərkəzin nəzarətində olub. Bir sual meydana çıxır: uşağa necə nəzarət olunub ki, uşaqda 33 gün ərzində ekspertin qeyd etdiyi kimi daxili qulağın qan dövranının pozulması, virus infeksiyası, autoimmun pozğunluqlar, intrakoxlear membran cırılması və ilbiz daxilində hüceyrə stress reaksiyalarının qeyri-normal fəsadlaşması baş verib? Rəydən belə nəticəyə gəlmək olar ki, uşaqdakı bağırsaq çöpləri və osteomilet hamiləlik dövründə, qulaqla bağlı qüsur isə doğuşdan sonra yaranmışdır. Bütün bu halların necə yaranması və bütün bunlarda həkim səhlənkarlığının faizinin nə qədər olması isə sual altındadır. Ekspert rəyindən də göründüyü kimi, ekspertlər suallara tam və aydın cavab verməmiş, ekspert rəyi ziddiyyətli və qeyri-müəyyəndir. Bundan əlavə, əmtəəşünaslıq ekspertizasının həvalə edildiyi "xxxx" MMC xx.xx.2022-ci il tarixli məktubla əmtəəşünaslıq ekspertizasını aparmaqdan imtina etmişdir. Səbəb kimi isə, tibbi ekpertizanın rəyi göstərilir. Qeyd edim ki, hər iki ekspertiza müstəqil ekspertizadır və biri digərindən asılı deyildir. Səhhətə vurulmuş ziyan açıq-aşkar ortadadır və səhhətə kimin ziyan vurduğuna yalnız məhkəmə qərar verə bilər, qiymətləndirici şirkət öz səlahiyyətlərini aşmışdır. Əgər iddia təmin edilsə, uşağın sağlamlığına mütəmadi çəkiləcək xərclər var. Məsələn, uşaqdakı qulaq in plantının enerji yükləyicisinin qiyməti təkcə 100 manatdır və hər ay yenilənməlidir. Aparatın özü 5 ildən bir yenilənməlidir və onun da qiyməti 30000 manat dəyərindədir. Bütün bu halları məhkəmə müəyyən etməmişdir, o hissədə də əlavə əmtəəşünaslıq ekspertizası təyin etməmişdir. Halbuki, cavabdehlərin təqsiri müəyyən olunsa (Vital Klinika və Cavabdeh3 təqsiri aşkardır artıq) AR MM-nin 1118.1-ci maddəsinin təqsiri aşkardır artıq) AR MM-nin 1118.1-ci maddəsinin tələbinə əsasən bütün bu xərclər cavabdehdən tutulmalıdır.

23. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-4981/2022 nömrəli iş üzrə 13 iyul 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər – Azad İmanov (sədrlik edən və məruzəçi), Qürbət Əsgərov və Fuad Talışinski) İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin təmin olunmam ası, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir.

24. Məhkəmə kollegiyası hesab etmişdir ki, apellyasiya şikayətdə göstərilənlər məhkəmə qətnaməsinin ləğvi üçün əsas ola bilməz və birinci insstansiya məhkəməsi iddianı rədd edərkən mübahisənin faktiki halları, tərəflərin münasibətləri və digər qeyd edilən halları nəzərə almaqla iş üzrə düzgün nəticəyə gəlmişdir.

25. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 21.2, 23, 1096.1, 1096.2, 1097.1, 1112, Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 14.2, 77.1, 217.4, 384.0.1, 385-ci maddələrinə istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

26. İddiaçı (Vəkil1 Novruq qızı) kassasiya şikayəti v erərək qətnamənin ləğv edilməsini və iddia ərizəsinin tam təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

27. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, BakıApellyasiya Məhkəməsi özünü müstəqilməhkəmə kimi yox, notarius kimi apararaq birinci instansiya məhkəməsinin qətnaməsini sadəcə təsdiq etmiş və qətnaməni olduğu kimi öz qətnaməsinə köçürmüş, apellyasiya şikayətinin dəlillərinə qiymət verməyi belə zəruri hesab etməmişdir. Məhkəmə Mülki Məcəllənin 1096-cı maddəsini düzgün tətbiq etməyib, belə ki, zərərvuran şəxslərdən biri ekspert rəyinə əsasən tam olaraq müəyyən edilib, digəri isə qeyri-müəyyən olaraq qalıb. Vital Klinikanın və həkimi Cavabdeh3 səhlənkarlığa yol verməsi ekspert rəyi ilə tam təsdiq olunur. Perinatal Mərkəzə münasibətdə isə cavablanmamış çoxsaylı s uallar qalmışdır. Lakin məhkəmə araşdırmanı yarımçıq etmiş, təkrar və əlavə ekspertiza keçirməmişdir.

28. Vital Klinika və həkim Cavabdeh3 tərəfindən zərərin vurulması, hamiləlik dönəmində zəruri müalicənin aparılmaması, həkim səhlənkarlığı işin aşkar halıdır. İş materiallarındakı hamiləlik dönəmindəki qan analizlərinin nəticələrinə nəzər salsaq görərik ki, iddiaçının q a n göstəriciləri normada olmamış, iltihab prosesinin başlandığı açıq-aşkar müəyyən olunmuşdur. Lakin həkim Cavabdeh3 bu nəticələrə hər ay baxaraq“heç bir problem yoxdur” deyərək iddiaçını əmin etmişdir. Bütün sonrakı faciənin başlanğıcı da məhz buradan, Səltənət xanımın səhlənkarlığından başlanmışdır. Həkim səhlənkar yanaşmayıb müalicə təyin etsəydi erkən doğuş baş verməzdi və erkən doğulmuş uşağa antibiotik müalicəsi etmə k zəruriyyəti yaranmazdı, ən əsası uşaq eşitmə əngəlli olmazdı.

29. Mülki Məcəllənin 112-ci maddəsinə əsasən zərərvuran zərərin onun təqsiri üzündən baş vermədiyini sübuta yetirərsə, məsuliyyətdən azad edilir. Lakin hazırkı iş üzrə ekspert rəyləri ilə müəyyən olunur ki, patalogiya bətndaxili infeksiyalar zamanı yaranmış və həmin infeksiyalar hamiləlik dönəminə təsadüf edir (bax: təkrar ekspert rəyinin 7-ci səhifəsi). Hamiləlik dönəminə məsuliyyətli şəxs müalicəni aparan həkimdir. Sadəcə nə hikmətdirsə ekspert rəyinin lazım olmayan məntiqsiz hissəsinə önəm verilir, lakin “patologiya bətndaxili infeksiyalar zamanı yaranmışdır” cümləsindən yan keçilir. Əgər patologiya bətndaxili infeksiyalar zamanı yaranmışdırsa və hamiləlik dönəmindəki həkimin Cavabdeh3 olduğu məlumdursa, zərərin məhz onun t ərəfindən vurulmadığı məhkəmə araşdırması zamanı müəyyən edilmişdirmi? Xeyr. Cavabdeh3 həkim səhlənkarlığının baş vermədiyini və aparılmış müalicələrin, müayinələrin düzgün aparıldığını sübuta yetirə bilməmişdir. Halbuki istinad etdiyimiz norma məhz onu tələb edir, sübutetmə yükü zərərvuranın üzərinə düşür, zərərin onun təqsiri üzündən olmadığı sübuta yetirilməlidir.

30. Həmçinin qeyd edimişdir ki, maddi ziyanla yanaşı cavabdehlərin qanunsuz hərəkətləri nəticəsində iddiaçıya mənəvi ziyan da dəymişdir. Belə ki, uzunmüddətdir ki, uşağın səhhətindəki problemlər ananı narahat edir və ona mənəvi iztirab verir. Sağlam doğulmuş uşağın hal-hazırda eşitmə və yerimə qüsurlu olması, övladının normal həyatdan məhrum edilməsi bir valideyn kimi anayaəzab verir. Həmçinin təkcə ana deyil, uşaq da psixoloj i travmalar yaşayır və gələcəkdə də bu kimi halların davam edəcəyi istisna edilmir. Ona görə də cavabdehlər etdikləri qanunsuz hərəkətlərə görə cavab verməli, maddi ziyanla yanaşı mənəvi zərəri də ödəməlidirlər. Mənəvi zərərin sübut edilməsi demək olar ki, qeyri-mümkündür. Bu hamıya bəlli olan haldır, sübut etməyə zəruriyyət yoxdur. Yeni doğulmuş körpəsinin eşitmə əngəlli olması, həyatı yalnız aparatla duya bilməsi, aparatın enerjisi zəiflədiyi halda bütün bu həyatın gözəlliklərindən saf və təmiz bir uşağın məhrum olması nəinki anaya iztirab çəkdirir, bir insan olaraq məni də dərindən sarsıdır. Yad bir insan belə dərindən sarsılırsa ananın bu mənzərəni hər gün görməsi onun üçün mütəmadi əzabdan başqa bir şey deyil.

31. İş üzrə xeyli araşdırılmamış hallar, qeyri-müəyyən məqamlar olduğu hald a məhkəmə təkrar və əlavə ekspertiza keçirməmiş, qeyri-müəyyən halların qaldığı vəziyyətdə qətnamə qəbul etmişdir. Məhkəmə ekspertlərin çağırılması barədə vəsatətimizi təmin etmiş, özü də iş üzrə müəyyən məqamların aydınlaşdırılmasını zəruri bilmişdir. Lakin ekspertlər nə məhkəmə iclasına gəlmiş, nə də telefonlara cavab vermişlər.

32. Hazırkı iş üzrə 2 dəfə ekspertiza təyin edilmiş, hər ikisində də ekspertlərin rəyi ziddiyyətli olmuşdur. 2-ci rəydə qeyd olunur ki, “qeyd edilən patologiyanın bətndaxili infeksiyalar zamanı yaranması istisna edilmir.” Hansı patologiyadan söhbət gedir? Çünki həmin cümlədən əvvəl üç diaqnoz barəsində yarımçıq qeydlər var: ostemiolit, bağırsaq çöpləri və erkən doğuş. Bundan əlavə, bətndaxili infeksiyalar nəticəsində yaranması istisna edilmirsə, bu hal ekspert tərəfindən niyə əsaslandırılmayıb? Hamiləlik dövrünün bütün müayinələri iş materiallarına əlavə edilib, ekspert nəyə görə həmin müayinələrdən heç birinə istinad etməyib? Halbuki, iş materiallarında iddiaçının hamiləlik dövrünün qan analizləri və USM arayışları var (xx.xx.2019, xx.xx.2019, xx.xx.2019, xx.xx.2019, xx.xx.2019, xx.xx.2019, xx.xx.2019). Cavab çox sadədir, çünki ekspert ümumiyyətlə heç bir məsələni araşdırmayıb və ona diktə edilənləri rəyə köçürüb.

33. Kassator şikayətini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21, 23, 1096, 1112, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 9, 102-cü maddələrinə istinad edərək əsaslandırmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

34. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi

35. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.

36. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

37. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qa nunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).

38. Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.

39. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.

40. Maddə 1112. Tibb müəssisəsində müalicə zamanı (cərrahiyyə əməliyyatı, yanlış diaqnoz və s. nəticəsində) şəxsin sağlamlığına vurulmuş zərərin əvəzi ümumi əsaslarla ödənilir. Zərərvuran zərərin onun təqsiri üzündən baş vermədiyini sübuta yetirərsə, məsuliyyətdən azad edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Mə cəlləsi

41. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

42. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

43. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

44. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

45. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

46. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşd ırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

47. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

48. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

49. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

50. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

51. Hazırkı kassasiya şikayətində qətnamə iddiaçı tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılı r. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

52. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi apellyasiya şikayətində göstərdiyi dəlillərlə bağlı apellyasiya məhkəməsi tərəfindən hər hansı araşdırma aparılmamış və təqdim edilən sübutlara Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 88-ci maddəsi baxımından qiymət verilməmiş, maddi hüquq normalarının tələblərinə riayət edilməmişdir.

53. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 112-ci maddəsinə əsasən tibb müəssisəsində müalicə zamanı (cərrahiyyə əməliyyatı, yanlış diaqnoz və s. nəticəsində) şəxsin sağlamlığına vurulmuş zərərin əvəzi ümumi əsaslarla ödənilir. Zərərvuran zərərin onun təqsiri üzündən baş vermədiyini sübuta yetirərsə, məsuliyyətdən azad edilir. Həmin Məcəllənin 1099.1-ci maddəsinə ə sasən hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir.

54. Mülki Məcəllənin 1099.2-ci maddəsinə əsasən bu Məcəllənin bu fəslində nəzərdə tutulan qaydalara tətbiqən, işçi əmək müqaviləsi əsasında iş görən fiziki şəxsdir, habelə mülki hüquq müqaviləsi üzrə iş görən fiziki şəxsdir, bir şərtlə ki, bu zaman o, müvafiq hüquqi və ya fiziki şəxsin tapşırığı ilə və işlərin təhlükəsiz aparılmasına onun nəzarəti altında fəaliyyət göstərsin və ya fəaliyyət göstərməli olsun.

55. Azərbaycan Respublikası MPM-nin 101.3 və 206.1-ci maddələrinə əsasən ekspertin rəyi məhkəmə iclasında tədqiq edilir və digər sübutlarla birgə qiymətləndirilir.

56. Azərbaycan R espublikası Ali Məhkəməsinin Plenumunun «Məhkəmə qətnaməsi haqqında» 24 noyabr 2005-ci il tarixli 4 №-li Qərarının 3.3-cü bəndinə əsasən digər sübutlar kimi ekspert rəyinin də əvvəlcədən müəyyən edilmiş heç bir məcburi qüvvəsi yoxdur. Ona görə ekspert rəyinə də digər sübutlarla bərabər qiymət verilməli, ekspert rəyinin məhkəmə tərəfindən qəbul edilib-edilməməsi səbəbləri qətnamədə öz əksini tapmalıdır.

57. Azərbaycan Respublikası MPM-nin 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir.

58. Qeyd olunan Məcəllənin 88-ci maddəsinə əsasən isə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvaf iq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

59. Ekspert rəyinin qiymətləndirilməsinə aşağıdakılar daxildir: 1) ekspertizanın hazırlanması, təyini, keçirilməsinin prosessual qaydasına riayət edilməsi; 2) qoyulmuş suallara cavabın uyğunluğunun yoxlanılması; 3) rəyin tamlığının müəyyən edilməsi; 4) rəyin elmi əsaslandırılmasının elmi qiymətləndirilməsi.

60. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətində iş üzrə keçirilmiş ekspert rəylərinin natamamlığı, onların işdə olan digər sübutlarla yanaşı qiymətləndirilməməsi, daxilən ziddiyyətli olması ilə bağlı tutarlı dəlillər göstərilsə də, apellyasiya instansiyası məhkəməsi həmin dəlillər əsasında ümumiyyətlə heç bir araşdırma aparmamış, həmin dəlillərə hüquqi qiymət verməmiş, ekspert rəylərinin işdə olan tibb sənədləri ilə müqayisəli qiymətləndirmədən, ekspertiza qarşısında qoyulmuş suallara ətraflı cavabların verilməməsini nəzərə almadan uşaqda yaranmış fiziki qüsurların cavabdehlərin təqsiri ucbatından yaranmasının iş üzrə təyin edilmiş məhkəmə-tibbi ekspertizasının rəyi və işin digər materialları ilə müəyyən edilməməsi qənaətinə gəlmişdir.

61. Həmçinin məhkəmə iddianın həm də hamiləliyə nəzarət edən tibb müəssisəsinə qarşı yönəlməsini və ekspert rəylərində qeyd edilən patologiyanın bətndaxili infeksiyalar zamanı yaranmasının istisna edilmədiyinin müəyyən edilməsinə baxmayaraq, hamiləlik dövrünə məsul həkimin təqsirinin müəyyən edilib-ediləməsi ilə bağlı hər hansı araşdırma və qiymətləndirmə aparmamışdır.

62. Məhkəmə kollegiyası qeyd edir ki, yenidoğulmuş uşaqdakı qü surların haradan qaynaqlanması, hamiləliyi nəzarətdə olan iddiaçıda erkən doğuşun hansı səbəblərdən baş verməsi, yaranmış patalogiyaların bətndaxili infeksiya yoxsa doğuşdan sonrakı müalicədən qaynaqlanması müəyyən edilməklə həmin mərhələyə cavabdehlik daşıyan şəxslərin məsuliyyəti aydınlaşdırılmalıdır. Hamiləliyin fəsadsız keçməsi, doğuş prosesində və doğuşdan sonra uşağın sağlamlığı üçün zəruri tədbirlərin görülməsi tibb müəssisəsinin vəzifəsinə daxildir.

63. İddiaçı apellyasiya şikayətində təkrar ekspertiza keçirilməsinin zəruriliyini vurğulasa da, apellyasiya məhkəməsi işdə olan qeyri-müəyyən ekspert rəylərini mötəbər hesab etməklə, yanlış nəticəyə gəlmişdir.

64. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun «Məhkəmə qətnaməsi haqqında» 24 noyabr 2005-ci il tarixli 4 saylı qər arının 2.2-ci bəndində təsbit olunmuşdur ki, məhkəmə qərarı maddi və prosessual hüquq normalarına dəqiq riayət edilməklə qəbul edildikdə qanuni hesab edilir.

65. Qərarın 2.4-cü bəndinin məzmununa görə qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə, qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.

66. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun «Məhkəmə qətnaməsi haqqında» 24 noyabr 2005-ci il tarixli 4 saylı qərarında göstərilir ki, məhkəmə qətnaməsi mülki və kommersiya mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin y ekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır.

67. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, «məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsi ilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddias ını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir».

68. Azərbaycan Respublikasının Konstitusiyasında ədalət mühakiməsinin həyata keçirilməsinənin əsas prinsipləri kimi işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxılması (127-ci maddəsinin İİ hissəsi) təsbit olunmuşdur.

69. Kollegiya hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin hazırki iş üzrə qəbul etdiyi qətnaməsi qeyd edilən tələblərə cavab vermir. Ona görə də qətnamə ləğv edilməli və iş yeni apellyasiya baxışına qaytarılmalı, kassasiya şikayə ti isə qismən təmin edilməlidir, çünki iş üzrə yeni qərarın qəbul edilməsi üçün əsaslar mövcud deyildir.

70. Azərbaycan Respublikası MPM-nin 418.1-ci maddəsinə əsasən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır.

71. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, işə yenidən baxan məhkəmə yuxarıda qeyd olunan nöqsanları aradan qaldırmaqla yanaşı işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirləri görməli, mübahisəli hüquq münasibətinə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını təmin etməli, apellyasiya şikayətlərinin dəlillərinə eləcə də, araşdırılan sübutlara Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələblə ri baxımından düzgün qiymət verilməlidir.

72. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416, 417, 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 13 iyul 2022-cu il tarixli 2(103)4981/2022 saylı qətnaməsi ləğv edilsin və iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar