Məhkəmə qərarları › İş №2(102)-5751/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-5751/2021

08.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5751/2021 08.12.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı X13nun cavabdehlər Sumqayıt ASAN Xidmət Mərkəzi Notariat Kontoruna və X7 qarşı, X8 müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edildiyi iş üzrə QƏRARİ (Açar sözlər: müqavilənin etibarsız sayılması tələbi) Hakimlər Əliyev Zaur Əli oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Abiddin Qabil oğlu və Xələfov İlqar Rəhim oğlundan ibarət tərkibdə, Əhmədov Nurlan Vəli oğlunun katibliyi, İddiaçı X13nun və vəkili Vəkil iştirakı ilə, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-1230/2021 nömrəli iş üzrə 29 aprel 2021-ci il tarixli qətnaməsindən iddiaçı X13 tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Abşeron rayonu, Masazır kəndi, İlyas Bayramov küçəsindəki 0,1 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 267,8 kv.metr olan 5 otaqlı 24 saylı fərdi yaşayış evi RX ******* saylı, 11 fevral 2014-cü il tarixdən X13nun mülkiyyətində olmuşdur. O, həmin daşınmaz əşyanı 23 sentyabr 2015-ci il tarixli notarial alqı-satqı müqaviləsinə əsasən 120.000 manata X1.

2. İddiaçı aşağıdakılara istinad edərək həmin əqdin etibarsız sayılmasını xahiş etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı X13 cavabdeh Sumqayıt ASAN Xidmət Mərkəzi Notariat Kontoruna qarşı, X11 üçüncü şəxs qismində işə cəlb etməklə iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, Sumqayıt “ASAN xidmət” mərkəzinin Notariat Kontorunun 23.09.2015-ci il tarixli, 4Ə-3011 reyestr qeydli, AN-İ seriyalı ******* saylı alqı-satqı müqaviləsinin etibarsız hesab olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

4. İddiaçı tələbini belə əsaslandırılmışdır ki, Abşeron rayonu X21 Bayramov küçəsi, ev 24 ünvanında yerləşən fərdi yaşayış evi onun mülkiyyətidir və həmin evdə xəstə anası və övladları ilə birlikdə yaşayır. X6 2-ci qrup əlidir və həyat yoldaşı vəfat etdiyindən uşaqlarını tək saxlayır. 23 sentyabr 2015-ci ildə tanışı Elnurun təkidi ilə ona pul lazım olduğundan evini girov qoymaq adı altında Sumqayıt “Asan Xidmət” Mərkəzinə gedərək orada 23.09.2015-ci il tarixli, 4Ə-3011 reyestr qeydli, AN-İ ******* saylı “alqı satqı” müqaviləsi bağl ayaraq üç aylıq müddətinə əmlakını X5 borc götürdüyü Fikrət adlı şəxsin qardaşı olan, iş üzrə üçüncü şəxs, X8 adına rəsmiləşdirmiş və onların bu borc münasibətlərinə təminatçı kimi çıxış etmişdir. Lakin aradan üç ayıdan artıq müddət keçəndən sonra onun evinin özünə qaytarılmamasını gördükdə tərəflərlə danışığa başlamış və vəziyyətin heç də, onun düşündüyü kimi olmamasını başa düşüb öz etirazını bildirmişdir. Lakin borc alan ilə borc verən arasında öhdəlik münasibətləri razılaşdırılmış qaydada həyata keçirilmədiyindən o, məcbur qalıb məhkəmədə iddia qaldırmalı olmuşdur. O, iş üzrə üçüncü şəxs X11 tanımır və ona evini satmamışdır. Onun tanıdıqları Elnur və Ələddindir, onlar da öz pul problemlərini həll etmirlər və onun mənzilini də özünə geri qaytarmırlar. Ona görə də alqı-satqı müqaviləsini n etibarsız hesab edilməsi barədə iddia qaldırır. Onun özünə məxsus və ailə üzvlərinin yaşadığı evini satmaqla əlaqədar heç bir iradə istəyi olmamışdır, yalnız yuxarıda qeyd etdiyi kimi tanışının borc götürməsi ilə əlaqədar təminat olaraq ona bildirilən girov müqaviləsi hesab etdiyi əqdə imza atmışdır. O, alqı-satqı müqaviləsi barədə niyyətli olmamışdır və yalnız borc müddətinə müvəqqəti olaraq evini Ramin Qurbanovun adına keçirmişdir ki, qanunla da bir əqdi digər əqdlə pərdələmə məqsədilə tərtib olunan bu müqavilə əhəmiyyətsiz və etibarsız əqddir.

5. Üçüncü şəxs X17 rayon məhkəməsinin 06.04.2018-ci il tarixli iclasında iddianı qəbul etməyərək bildirmişdir ki, o, pulunu ödəyərək ev almışdır. Alqı-satqı müqaviləsinin bağlanması notariat kontorunda quraşdırılmış kameralarda da qeydə alınmış, onların fotoşəkilləri müqavilədə əks olunmuşdur. İddiaçının digər şəxslərə borc münasibətlərinə onun heç bir aidiyyəti yoxdur.

6. Abşeron Rayon Məhkəməsinin (hakim İ.Kərimli) 06 aprel 2018-ci il tarixli, 2(012)-2192/2018 nömrəli qətnaməsi ilə iddia rədd edilmişdir.

7. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 22 aprel 2019-cu il tarixli, 2(105)2087/2019 nömrəli qərardadı ilə Abşeron Rayon Məhkəməsinin (06 aprel 2018-ci il tarixli qətnaməsi ləğv edilərək mülki iş ərazi aidiyyəti üzrə Sumqayıt Şəhər Məhkəməsinə göndərilmişdir.

8. Sumqayıt Şəhər Məhkəməsindəki icraat zamanı iddiaçı X13 iddia ərizəsinə əlavə ilə müraciət edərək, X5 cavabdeh qismində işə cəlb edilərək Sumqayıt “ASAN xidmət” mərkəzinin Notariat Kontorunun 23.09.2015-ci il tarixli, 4Ə-3011 reyestr qeydli, AN-İ seriy alı ******* saylı alqı-satqı müqaviləsinin etibarsız hesab olunmaqla tərəflərin əvvəlki vəziyyətinə qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

9. Üçüncü şəxs Ramin Qurbanov birinci instansiya məhkəməsinin iclasında iddianı qəbul etməyərək bildirmişdir ki, o, mübahisələndirilən müqavilənin tərəfi olmaqla həmin müqavilə qanun əsaslarla bağlanmışdır. O, 120.000 manat pul ödəyərək iddiaçıya məxsus fərdi yaşayış evini satın almışdır. İddiaçının iddia ərizəsində göstərdiyi hallar yalandır, heç bir fakta əsaslanmır.

10. Sumqayıt Şəhər Məhkəməsinin (hakim A.Süleymanova) 05 oktyabr 2020-ci il tarixli, 2(060)73/2020 nömrəli qətnaməsi ilə iddia rədd edilmişdir.

11. Məhkəmə mövqeyini belə əsaslandırmışdır ki, müqavilə azadlığı prinsipinə uyğun olaraq R.Səfquliyev ilə R.Qurbanov alqı-s atqı müqaviləsi bağlayaraq, müqaviləni notariat qaydada təsdiq etdirmişlər. İddiaçı evin borcun təminatı olaraq girov qoyulduğunu, həmin alqı-satqı müqaviləsini formal olaraq bağlandığını dəlil olaraq göstərsə də, bununla bağlı məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Eləcə də göründüyü kimi evin təminat olaraq yüklü edilməsi ilə bağlı ipoteka müqaviləsinin bağlanması mümkün olsa da, belə bir müqavilə bağlanmamışdır. Mübahisələndirilən alqı-satqı müqaviləsi qanunvericiliyin şərtlərinə uyğun bağlanmışdır. Məhkəmə iddiaçı tərəfindən müqavilənin etibarsızlığı ilə bağlı dəlillərin formal olaraq irəli sürüldüyünü, həmin dəlillərin işin hallarına uyğun olmamaqla məhkəmə araşdırması zamanı sübuta yetmədiyi qənaətinə gəlmişdir. Məhkəmə sübutetmə yükü iddia edənin üzərinə düşür prinsipinə əsasl anaraq hesab etmişdir ki, iddiaçı iddia tələbini məhkəmədə sübuta yetirə bilmədi. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

12. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər-Ş.Abasov (sədrlik edən və məruzəçi), S.Qafari və T.Məmmədov) 29 aprel 2021-ci il tarixli, 2(105)-1230/21 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, üzrə Sumqayıt Şəhər Məhkəməsinin 2(060)73/2020 saylı, 05 oktyabr 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

13. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri

14. Rza Səfquliyev kassasiya şikayəti verərək qətnamənin lə ğv, ilkin iddianın təmin edilməsini xahiş etmişdir.

15. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, mübahisəli əqd-alqı-satqı müqaviləsi 23.09.2015-ci ildə bağlanmış və 16.06.2016-cı il tarixdə Abşeron Rayon Məhkəməsində iddia qaldırılaraq etibarnamə verilmiş təmsilçinin imzası ilə “müqavilənin ləğv edilməsi” məzmunlu iddia verilməklə faktiki alqı-satqı mübahisələndirilmişdir. Həmin iddia ərizəsinin məzmunu etibarsızlıqla bağlı olmuş, tələb “ləğv edilsin” qismində qeyd edilmişdir. Bu işlə bağlı Abşeron Rayon Məhkəməsinin 14.09.2016-cı il tarixli qətnaməsi vardır və iddiaçı tərəfindən mübahisələndirilmişdir. Hazırda Sumqayıt Apellyasiya Məhkəməsinin 26.09.2018-ci il tarixli qərardadı ilə həmin iş üzrə icraat dayandırılmışdır və bu mübahisənin nəticəsi gözlənilməkdədir. Qərardad qəbul e dilərkən hakim Ş.Abasov tərkibdə olmuş və gedişatdan xəbərdar olmuşdur. Bu isə öz növbəsində o deməkdir ki, iddia müddəti ötürülməmişdir və mübahisəli hal vaxtında açılmışdır. Digər bir tərəfdən Məcəllənin 354.1-ci maddəsində qeyd olunur ki, əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. Hazırkı vəziyyətdə isə mübahisələndirilən əqd vardır və bu əqd Özlüyündə əhəmiyyətsiz əqd olaraq mübahisələndirilmir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 03 iyun 2013-cü il tarixli Plenum Qərarında qeyd olunur ki, “Göstərilənlərlə yanaşı, şəxsin pozulmuş hüquqlarının müdafiəsi ilə əlaqədar tələb irəli sür məsi üçün iddia müddətinin başlanmasının düzgün müəyyənləşdirilməsi onun məhkəmə müdafiəsi hüququnun səmərəli həyata keçirilməsi və pozulmuş hüquqlarının bərpa edilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. İddia müddətinin axımının başlanğıcı bir tərəfdən subyektiv hüququn pozulduğu obyektiv anla, digər tərəfdən isə səlahiyyətli şəxsin öz hüquqlarının pozulduğunu bildiyi və ya bilməli olduğu subyektiv anla əlaqəlidir. Bu iki müxtəlif halın mövcudluğu, habelə onların heç də hər zaman üst-üstə düşməməsi iddia müddətinin başlanğıcının təyin olunmasına təsir göstərən mühüm amildir. Məhkəmədə tərəfin istinad etdiyi və iş materialları ilə də əsaslandığı faktiki hallar ondan ibarətdir ki, X2 rayonu, Masazır kəndi, İlyas Bayramov küçəsində yerləşən 24 saylı fərdi yaşayış evi onun mülkiyyətindəd ir və həmin evdə xəstə anası və övladları ilə birlikdə yaşayır. X6 2-ci qrup əlildir və həyat yoldaşı vəfat etdiyindən uşaqlarını tək saxlayır. 23 sentyabr 2015-ci ildə tanışı Elnurun təkidi İlə ona pul lazım olduğundan evini girov qoymaq adı altında Sumqayıt “Asan Xidmət” Mərkəzinə gedərək orada 23.09.2015-ci il tarixli, 4Ə-3011 reyestr qeydli, AN-İ ******* saylı alqısatqı müqaviləsi bağlayaraq üç aylıq müddətinə əmlakını X5 borc götürdüyü Fikrət adlı şəxsin qardaşı olan, iş üzrə üçüncü şəxs-Qurbanov Ramin Yavər oğlunun adına rəsmiləşdirmiş və onların borc münasibətlərində təminatçı kimi çıxış etmişdir. Lakin aradan üç aydan artıq müddət keçəndən sonra, onun evinin özünə qaytarılmamasını gördükdə tərəflərlə danışığa başlamış və vəziyyətin heç də onun düşündüyü kimi olmamasını başa düşüb ö z etirazını bildirmişdir. Lakin borc alan ilə borc verən arasında öhdəlik münasibətləri razılaşdırılmış qaydada həyata keçirilmədiyindən o, məcbur qalıb məhkəmədə iddia qaldırmışdır. O, iş üzrə üçüncü şəxs X11 tanımır və ona evini satmamışdır. Elnur mübahisəli evi görməmiş, onun harada və kimdən almaq üçün danışıq etdiyini və gəlib razılaşdırdığını sübut edə bilməmiş və alıcı kimi adı həyati halların mövcudluğunu inkar edən rəsmiləşmənin formal olmasına dair istintaq orqaninda aparılan araşdırmada adekvat ifadələr vermişdir. Bildirlməlidir ki, mənzilin alqı-satqısı ilə bağlı R.Səfquliyevin aldadılmasının təfərrüatlarını özündə əks etdirən materiallar üzrə AR CM-nln 178-ci maddəsi ilə Sumqayıt Şəhər Polis İdarəsində cinayət işi açılmışdır və araşdırma davam etdirilir. Kassasiya şikayətinə b u materiallar əlavə edilir və apelyasiya məhkəməsinin bu haldan məlumatlı olmasına baxmayaraq lazımı sübutları istəməməsi anlaşılan deyildir. Halbuki, istintaq ilə tam təsdqilənmişdir ki, Ramin Qurbanov alıcı qismində keçdiyi müqavilə münasibətlərində alıcı- kimi qanunun imkan verdiyi heç bir kriteriyaları özündə əks etdirmir. Təkcə imza etməklə və banka pulun köçürülməsi bu müqavilənin etibarlılığının əsaslı təsdiqini əhatə edə bilməz. Tərəf heç bir mənzil alma, axtarma, maklerlərlə sövdələşmə, elan vermə, elanla bağlı əlaqə saxlama, tapma və baxıb bəyənmə, evdə olma, evin texniki xüsusiyyətləri ilə tanış olma və harada yerləşməsi barədə məlumatlanma hallarından kənar vəziyyətdə olduğunu məhkəmədə və polis orqanında təsdiqləməklə aşkar əməliyyatın alqı-satqı olmamasını nümayiş etdirən möv qe sərgiləmişdir. Lakin Məhkəmə bu halları araşdırmamış və polis orqanindan izahat və prosessual qərarları tələb etməyərək dəyərləndirmə aparmamışdır. Məhkəmə qətnaməsi qanunsuz və əsassızdır. Belə ki, mübahisəyə baxan məhkəmə onun son prosesdə iştirakını təmin etməyərək, ev satmadığı halda formal özgəninkiləşdirməni qərəzli olaraq qanuni hesab etmiş və özgəninkişləşdirmə niyyəti olmayan şəxslərin evi əlindən almalarını hüquqi müstəyidə araşdırmamışdır. Apellyasiya qaydasından mübahisəyə yenidən yuxarı instansiya məhkəməsi, birinci instansiya məhkəməsinin buraxdığı kobud qanun pozuntularını təkrarlamamalı, məhkəmədə işə yenidən baxılarkən əsl həqiqət müəyyən edilməli, tərəflər arasında borc münasibətlərinin olub-olmadığı, borcun ödənib-ödənilmədiyi, alqı-satqı müqaviləsinin həmin borcun tə minatı kimi girov müqaviləsini pərdələmək məqsədilə bağlanıbbağlanmadığı aydınlaşdırılmalı və bu hallara qiymət verilməlidir. Mübahisə araşdırılarkən Ramin Qurbanovun haradan bu əmlakın satılmasını öyrəndiyini, kimin vasitəsilə onunla əlaqəyə girdiyini, evinə gəlib-gəlmədiyini, alacağı əmlakı görüb-görmədiyini, cavabdehlə mübahisəli evə dair alqı-satqı müqaviləsinin bağlanmasının hansı zərurətdən doğduğu yoxlanılmalıdır. Mübahisələndirilən alqı-satqı müqaviləsinin məzmununun tərəflərin həqiqi niyyətinə uyğun olub-olmaması, tərəflərin əslində nəzərdə tutduqları əqdin nədən ibarət olması da araşdırılmalıdır. Lazım gələrsə həmin məsələnin aydınlaşdırılması məqsədilə mübahisələndirilən müqaviləni təsdiq etmiş notarius məhkəmə iclasına dəvət edilməli və onun müzakirə olunan məsələyə münasibəti öyrənilməlidir. Ramin Qurbanov əsil alıcı deyil, çünki onun niyyəti ev almaq olmamışdır. Onlar (Elnur ilə Fikrət adlı şəxslər) yalnız aralarındakı borcun təminatı olaraq evi adlarına keçirmək üçün əqd bağlanmasına onunla razılaşmışlar. Ramin Qurbanov guya pulla almış olduğu evi görməmiş və onun neçə otaqdan ibarət olduğunu belə yoxlamamışdır. Göründüyü kimi bu əqd digər əqdi-borc mübahisəsi üzrə girov qoyulma əqdini pərdələmək üçün bağlanmışdır və buna görə də etibarsız hesab edilməlidir. Mövcud vəziyyətdə işə baxan Hakim 10 sot torpaq ərazisində yerləşən, ümumi sahəsi 267.8 kvm-dan ibarət iki mərtəbəli yaşayış evinin tək tikilisinin real bazar və likvid dəyəri 400.000 manat olan əmlakın dəyərinin 120.000 manata neçə özgəninkiləşdiyini araşdırmayaraq tərəfə lazımsız məsləhət də verməkdən çəkinmir. Ərazidəki torpaqların sotunun 15-16 min manatdan satıldığını nəzərə alsaq təkcə evin yerləşdiyi torpaq 160.000 manatdır. Bəs belə olduğu halda hansı əsasla hakim Rzaya pulunu get Elnur Şahsuvarovdan istə deyir ? b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

16. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları

17. Məhkəmə iclasında iştirak edən iddiaçı və vəkili kassasiya şikayətinin dəlillərini müdafiə edərək, onun təmin olunmasını xahiş etdilər.

18. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq işdə iştirak edən şəxslər məhkəmə iclasına gəlmədikləri və gəlməmələrinin səbəbləri barədə məlumat vermədikləri üçün Məhkəmə kollegiyası MPM-in 415.3-cü maddəsinə əsasən, işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

19. Maddə 324.1, 324.2, 324.4 və 324.5. Mülki münasibətlərdən hüquq və vəzifələrin əmələ gəlməsi bilavasitə müqavilələrlə (əqdlərlə) bağlıdır. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) olmalıdır. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir.

20. Maddə 337.1, 337.2 və 337.4. Bu Məcəllə ilə müəyyənləşdirilmiş şərtləri pozm aqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır.

21. Maddə 340.2. Yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir. Yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir.

22. Maddə 354.2. Bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər.

23. Maddə 389.1. Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır.

24. Maddə 404.1. Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır.

25. Maddə 404.2. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, iş güzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

26. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

27. Maddə

416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri

28. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır.

29. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamas ını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

30. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdu r.

31. Mübahisəyə mahiyyəti üzrə baxan məhkəmələr iş materiallarını araşdıraraq aşağıdakıları müəyyən etmişlər.

32. Cavabdeh X9 barəsində AR CM-nin 178.3.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi qaldırılmışdır. O, istintaqdan gizləndiyi üçün barəsində axtarış elan edilmişdir. Onun yaşadığı ünvana göndərilmiş məhkəmə bildirişləri qeydiyyatda olduğu ünvanda yaşamaması səbəbilə poçt tərəfindən geri qaytarılmışdır.

33. RX ******* saylı reyestrdən çıxarışdan görünür ki, Abşeron rayonu, Masazır kəndi, İlyas Bayramov küçəsindəki 0,1 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 267,8 kv.metrlik 5 otaqlı 24 saylı fərdi yaşayış evi 11 fevral 2014-cü il tarixdən X13nun mülkiyyətində olmuşdur. 34. 22.09.2015-ci il tarixli ərizədən görünür ki, X13 özünə məxsus Abşeron rayonu, Masazır kəndi, İlyas Bayramov küçəsindəki 0,1 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 267,8 kv.metrlik 5 otaqlı 24 saylı fərdi yaşayış evi üzərində yüklülüyün olub-olmaması barədə məlumatın əldə edilməsini Sumqayıt ASAN Xidmət Mərkəzi Notariat Kontorundan xahiş etmişdir. Qeyd edilən əmlak üzərində hər hansı yüklülük aşkar olunmamışdır.

35. X13 və X8 23.09.2015-ci il tarixli ərizələrindən görünür ki, onlar mübahisəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin təsdiq edilməsi üçün alıcı tərəfindən 120.000 manat vəsaitin notariusun depozit hesabına köçürülməsini xahiş etmişlər.

36. AN-İ ******* saylı, 23 sentyabr 2015-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin notariat qaydada təsdiq edilmiş surətindən görünür ki, satıcı X13 özünə məxsus Abşeron rayonu, Masazır kəndi, İlyas Bayramov küçəsində yerləşən ümumi sahəsi 267,8 kv.metrlik 5 otaqlı 24 saylı fərdi yaşayış evini “120.000 manata alıcı X8 mülkiyyətinə verir. Müqavilənin 4-cü bəndində göstərilmişdir ki, satıcı daşınmaz əmlakı X10 120000 manata satmış, alıcı isə həmin qiymətə almışdır.

37. Sumqayıt Şəhər Prokurorluğunun 13 aprel 2021-ci il tarixli məktubundan görünür ki, X9 özgənin külli miqdarda əmlakını əvəzsiz olaraq ələ keçirmə məqsədi ilə tanışı X12 məxsus Abşeron rayonu, Masazır kəndi, İ.Bayramov küçəsi, 24 nömrəli evi Sumqayıt “Asan xidmət” mərkəzində alqı-satqı etmək yolu ilə tanışı Fikrət adlı şəxsə faktiki girov qoyub həmin evin alqı-satqısından əldə edilmiş 120.000 manat pulu R.Səfquliyevdən alaraq qısa müddətdə geri qaytaracağını, pulu geri qaytardıqdan sonra isə ona məxsus evi də onun adına keçirəcəyini yalandan vəd edib aldadaraq X12 məxsus 120.000 manat pulu ələ keçirərək sonuncuya külli miqdarda ziyan vurmaqla dələduzluq etməsi faktı əsasında sabiq Sumqayıt şəhər prokuroru Sərdar İmanov tərəfindən 04 iyun 2018-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 178.3.2- ci maddəsi ilə ********* saylı cinayət işi başlanmışdır. X9 30 iyul 2018-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməsi haqqında müstəntiq Sənan Aslanov tərəfindən qərar qəbul edilmiş, lakin o, istintaqdan qaçıb gizləndiyi üçün barəsində axtarış elan olunmuş və həmin tarixdə cinayət işi üzrə icraat Azərbaycan Respublikası CPM-nin 53.1.3 və 53.3.3-ci maddələrinə əsasən dayandırılmışdır.

38. RX ******* saylı reyestrdən çıxarışın surətindən görünür ki, Abşeron rayonu, Mas azır kəndi, İlyas Bayramov küçəsindəki 0,1 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 267,8 kv.metrlik 5 otaqlı 24 saylı fərdi yaşayış evi 11.06.2016-cı il tarixdən X8 mülkiyyətindədir.

39. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, mülki hüquqla tənzimlənən münasibətlər sahəsində tətbiq olunan müqavilələr mülki hüquqi müqavilələr anlayışı ilə əhatə olunur və hüquqi fakt, müqavilə öhdəliyi, sənəd mənasında işlədilir.

40. Həmçinin Mülki Məcəllənin 390-cı maddəsində müəyyən edilən müqavilə azadlığı Azərbaycan Respublikası Konstitusiyasının 29-cu və həmin Məcəllənin 152.1-ci maddələrində nəzərdə tutulmuş mülkiyyət hüququnın reallaşdırılması elementlərindən biri kimi çıxış edir. Qeyd olunan normalarda şəxslərin azad surətdə müqavilələr bağlamaq və bu müqavilələrin məzmununu müəyyənləş dirmək təminatı verilir.

41. X3 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Sumqayıt “ASAN xidmət” mərkəzinin Notariat Kontorunun 23.09.2015-ci il tarixli, AN-İ ******* saylı alqı-satqı müqaviləsinin etibarsız hesab olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Onun əsas dəlili bundan ibarətdir ki, həmin əqd başqa bir əqdi pərdələmək xatirinə yalan əqd kimi bağlandığından etibarsız hesab edilməlidir. Onun qətiyyən öz evini satmaq niyyəti olmamış, lakin tanışının borcuna görə sadəcə öz əmlakının girova qoyulmasına razı olmuşdur.

42. İşə baxan məhkəmələr belə qənaətə gəlmişlər ki, hazırkı halda iddiaçı yalan əqd əsasında onun əsl iradəsinə müvafiq olmayan əqdi bağlamağını göstərsə də, istinad etdiyi halı təsdiq edən heç bir sübutu məhkəməyə təqdim etməmişdir.

43. Apellyasiya instans iyası məhkəməsi onu da qeyd etmişdir ki, iş materiallarından görünür ki, X13 ilə X14 arasında mübahisəli daşınmaz əmlakın alqı-satqısına dair qanunvericiliyə uyğun olan AN-İ ******* saylı, 23 sentyabr 2015-ci il tarixli müqavilə imzalanmış, alıcı olaraq X14 əmlakın dəyəri olan 120000 manat pulu notariusun depozit hesabına keçirmiş, müqavilə üzrə üzərinə düşən öhdəliyi tamamilə yerinə yetirmişdir. İşdən görünür ki, əmlaka görə ödənilən pulu X13nun öz tanışı, iş üzrə digər cavabdeh X9 onun razılığı ilə götürmüş, lakin dediyi kimi-qısa müddətə onu geri qaytarmamışdır. Bununla bağlı isə həmin şəxs barəsində Azərbaycan Respublikası CM-nin 178.3.2- ci maddəsi ilə ********* saylı cinayət işi başlanmışdır. Beləliklə də, işin faktiki hallarından görünür ki, əslində mübahisənin əsasını əmlaka görə a lıcı tərəfindən ödənilmiş pulun iddiaçının öz tanışı tərəfindən mənimsənilməsi təşkil edir ki, bu hal mövcud alqı-satqı əməliyyatının etibarsızlığı üçün əsas ola bilməz. Məhkəmə kollegiyası hesab edir ki, qeyd edilən cinayət işi üzrə X13 zərərçəkmiş şəxs kimi həmin məbləği təqsirləndirilən şəxs, yəni X4 tələb etmək hüququna malikdir. Başqa sözlə, iddiaçı məhkəməyə öz tələbinin əsası kimi istinad etdiyi halları təsdiq edən hər hansı bir sübut təqdim etməmişdir. Halbuki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. (Azərbaycan Respublikası MPM-nin 77.1 və 14.2. maddələri).

44. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin «Mahmudovun Rusiyaya qarşı iş üzrə» 26 iyul 2007-ci il tarixli qərarında həmin məhkəmə xatırlatmışdır ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, «affirmanti, non neganti, incumbit probalion» (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər.

45. Məhkəmə kollegiyası qeyd etmişdir ki, sübutetmə yükü daşıyan iddiaçı öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları təsdiq edən sübutları apellyasiya məhkəməsinə təqdim edə bilməmişdir. Bu baxımdan kollegiya hesab etmişdir ki, mövcud əqdin bağlanması zamanı Mülki Məcəllə ilə müəyyənləşdirilmiş formaya riayət edilmiş və mülki qanunvericilikdə nəzərdə tutulan şərtlər pozulmamışdır.

46. Bundan başqa, işdən görünür ki, X13 əqdin etibarsızlığı barədə hazırkı iddianı qaldırarkən qanunla müəyyən edilmiş tələb etmə müddətini də ötürmüşdür ki, bu hal da iddianın rədd edilməsi üçün əsasdır. Belə ki, mübahisələndirilən əqd 23 sentyabr 2015-ci il tarixdə imzalanmışdır, iddiaçı isə iddia edir ki, bu əqdlə əslində guya əmlakını borcun təminatı olaraq 3 ay müddətinə girova qoymuşdur, yəni onun bu əqdin yalan olmasını bilmə müddəti 23 dekabr 2015-ci il tarixinədək hesab olunur. 47. “B.Mürsəlovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 31 may 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” AR Konstitusiya Məhkəməsi Plenumunun 19 dekabr 2012-ci il tarixli Qərarındakı hüquqi mövqeyinə görə, Mülki Məcəllənin 354-cü maddəsi yalnız etibarsız əqdlərin məhkəmədə mübahisələndirilməsi müddətini özündə ehtiva etdiyindən, həmin müddət iddia müddəti kimi qiymətləndirilə bilməz və belə olan halda həmin Məcəllənin 375.2-ci maddəsinin tələbinə müvafiq olaraq iddia müddətinin tətbiqi barədə ərizənin verilib-verilməməsi qanunun həmin normasının hazırkı işə tətbiqi üçün əhəmiyyət kəsb etmir.

48. Bununla yanaşı, Mülki Məcəllənin 354-cü maddəsinin əqdlərin etibarsızlığını müəyyən edən 14cü fəsildə, iddia müddətinin isə həmin Məcəllənin 18-ci fəslində nəzərdə tutulması Məcəllənin 354-cü maddəsinin xüsusi norma olaraq iddia müddətinin tətbiqi ilə bağlı olmadığına dəlalət edir.

49. Apellyasiya məhkəməsinin qənaətinə görə qanunvericiliyin bu norması onu nəzərdə tutur ki, maraqlı şəxs əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi gündən bir il ərzində həmin əqdin etibarsızlığına dair mübahisə açmaq hüququna malikdir. Həmin müddət keçdikdən sonra isə maraqlı şəxs bu hüququnu itirir. Qanunun mənasına görə, qeyd olunan müddət, hüququn itirilməsi ilə bağlı olmaqla iddia müddətinə deyil, kəsici müddətlərə aiddir.

50. Belə ki, kəsici müddət – şəxsin müəyyən zaman ərzində öz hüququndan istifadə etməməsi nəticəsində həmin hüquq xitam verilməsini nəzərdə tutan müddətdir. Belə hallarda hüquqa xitam verilməsi yalnız zamanın keçməsindən deyil, müəyyənləşdirilmiş müddət ərzində hüquq sahibinin hərəkətsiz qalmasından irəli gəlir. Kəsici müddət subyektiv hüququn həyata keçirilməməsi və ya lazımi qaydada həyata keçirilməməsi halında bu hüququn vaxtından əvvəl xitamına səbəb olur.

51. Bu normaların tələbinə görə R.İ.Səfquliyev mübahisəli əqdin artıq etibarsızlığını 23 dekabr 2015-ci ildən bilməli olduğuna görə həmin əqdin etibarsızlığı barədə məhkəmədə ən gec 23 dekabr 2016-cı il tarixdə iddia qaldıra bilərdi. İş materiallarından isə görünür ki, R.İ.Səfquliyev hazırkı iddia ilə məhkəməyə 15 mart 2017-ci ildə müraciət etmiş, alqı-satqı müqaviləsini mübahisələndirmək hüququnu itirmişdir.

52. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır.

53. Kassasiya şikayətinin bir sıra dəlill əri işin faktiki halları ilə əlaqədardır ki, həmin hallar kassasiya instansiyası məhkəməsinin araşdırma predmetini təşkil etmir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.

54. Qeyd olunanları nəzərə alaraq Kollegiya belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır.

55. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: X13nun kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-1230/2021 nömrəli iş üzrə 29 aprel 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Sədrlik edən: Zaur Əliyev Hakimlər: Abiddin Hüseynov İlqar Xələfov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar