Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5752/2019 10.09.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ 10 sentyabr 2019-cu il İŞ№2(102) 5752 Bakı şəhəri Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyası, hakimlər Əliyev Ələsgər Əliabbas oğlunun sədrliyi və məruzəsi ilə, Kalbalıyev Aslan Kalbalı oğlu, İbayev Vəfaddin Ələm oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Xnın katibliyi, iddiaçı “xxxx” ASC və cavabdeh Cavabdeh1 iştirakı ilə, İddiaçı “xxxx” ASCin cavabdehlər Cavabdeh1 və qeyrilərinə qarşı borcun ödənilməsi tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin MK-nın 24 aprel 2019-cu il tarixli qərardadından Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkə mə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Xətai rayon Məhkəməsinin 21 may 2018-ci il tarixli qətnaməsi ilə (hakim F.Məmmədov) iddiaçı “xxxx” ASCin cavabdehlər Cavabdeh1 və qeyrilərinə qarşı borcun ödənilməsi tələbinə dair iddiası qismən təmin edilmiş, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada 15148.03 manat, faiz borcu üzrə 2571.35 manat, 500 manat penya və dövlət rüsumuna görə ödənilmiş 30 manat, cəmi 18249.38 manat pulun alınaraq iddiaçı «xxxx» Açıq Səhimdar Cəmiyyətinə ödənilməsi qət edilmiş, iddia tələbi qalan hissədə təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin MK-nın 07 noyabr 2018-ci il tarixli qətnaməsi ilə (sədrlik edən İ.Şirinov, hakimlər T.Səmədov və E.Kazımov) Xətai rayon Məhkəməsinin 21 may 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmış dır. Bakı Apellyasiya Məhkəməsinin MK-nın 24 aprel 2019-cu il tarixli qərardadı ilə (sədrlik edən İ.Şirinov, hakimlər T.Səmədov və E.Kazımov)Bakı Apellyasiya Məhkəməsinin MK-nın 07 noyabr 2018-ci il tarixli qətnaməsindıən Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmışdır. KASSASİYA ŞİKAYƏTİNİN DƏLLİLƏRİ Cavabdeh ƏlCavabdeh1 kassasiya şikayəti ilə Azərbaycan Respublikası Ali Məhkəməsi MK-ya müraciət edərək şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsi işə mahiyyəti üzrə baxarkən və qətnamə çıxararkən Azərbaycan Respublikası mülki və mülki prosessual qanunvericiliyinin tələblərini pozmuş, iş üçün əhəmiyyət kəsb edən bütün faktiki halları aydınlaşdırmamışdır. Ona görə də Bakı Apellyasiya Məhkəməsinin MK-nın 24 aprel 2019-cu il tarixli qərardadının tamamilə ləğv edilməsini və iş üzrə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Hüquqi məsələlər: İddiaçı xxxx” ASC cavabdehlər Cavabdeh1 və qeyrilərinə qarşı borcun ödənilməsi tələbinə dair iddia vermişdir. Bakı şəhəri Xətai rayon Məhkəməsinin 21 may 2018-ci il tarixli qətnaməsi ilə iddiaçı “xxxx” ASCin cavabdehlər Cavabdeh1 və qeyrilərinə qarşı borcun ödənilməsi tələbinə dair iddiası qismən təmin edilmiş, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada 15148.03 manat, faiz borcu üzrə 2571.35 manat, 500 manat penya və dövlət rüsumuna görə ödənilmiş 30 manat, cəmi 18249.38 manat alınaraq iddiaçı «xxxx» Açıq Səhimdar Cəmiyyətinə ödənilməsi qət edilmiş, iddia tələbi qalan hissədə təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin MK-nın 07 noyabr 2018-ci il tarixli qətnaməsi ilə Xətai rayon Məhkəməsinin 21 may 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Həmin qətnaməsdən Cavabdeh1 kassasiya şikayət vermişdir. İş üzrə mübahisə apellyasiya instansiyası məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. Məhkəmə kollegiyası iş materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş mtaeriallarından müəyyən edilir ki, hazırkı mülki işdə olan xəbərnamədən görünür ki, məlum qətnamənin surəti Cavabdeh1 12 noyabr 2018-ci il tarixdə göndərilmiş, 17 noyabr 2018-ci il tarixdə imza edilərək qəbul edilmişdir, Bundan sonra Cavabdeh1 tərəfindən verilən ka ssasiya şikayətinə vurulan daxil olma ştampından isə görünür ki, şikayət məhkəməyə 05 fevral 2019-cu il tarixdə daxil olmuşdur. Bununla da müəyyən olunur ki, Bakı Apelyasiya Məhkəməsinin 07 noyabr 2018-ci il tarixli qətnaməsi cavabdeh tərəfindən 17 noyabr 2018-ci il tarixdə rəsmi qaydada qəbul edilməsinə baxmayaraq, onun tərəfindən kassasiya şikayəti 05 fevral 2019-cu il tarixdə verildiyindən, qanunla müəyyən olunmuş 2 aylıq şikayətvermə müddəti ötürülmüş, şikayətə müddətin bərpa olunmasına dair vəsatət də əlavə edilməmişdir. Azərbaycan Respublikası MPm-nin 405.1.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin aktlarından kassasiya şikayəti qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində verilə bilər. Həmin Məcəllənin 408.1.4-cü maddəsinə görə kassasiya şikayəti müəyyən edilmiş müddət ötürülməklə verilmişsə geri qaytarılır. Şərh edilənləri və Azərbaycan Respublikası MPM-nin 416, 417, 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh Cavabdeh1 kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin MK-nın 24 aprel 2019-cu il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-5752/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-5752/2019
10.09.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver