Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5752/2021 22.11.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı vurulmuş ziyanın ödənilməsi tələbinə dair iş üzrə QƏRARİ (Açar sözlər: maddi ziyanın ödənilməsi, sübutetmə yükü) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (sədrlik edən və məruzəçi), Həsənov Vüqar Təvəkkül oğlu və Hüseynov Abiddin Qabil oğlundan ibarət tərkibdə, Cəfərova Qəmər Muxtar qızının katibliyi, İddiaçı, vəkili X2, Cavabdehin vəkili Vəkil iştirakı ilə, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-671/2021 nömrəli iş üzrə 07 iyun 2021-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şi kayəti üzrə işə 22 noyabr 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi. İşin halları Mübahisə pul tələbi ilə bağlıdır. Belə ki, İddiaçı və Cavabdeh arasında olan razılaşma ilə tərəflər birgə fəaliyyət əsasında avtomobil ticarəti ilə məşğul olmuşlar. Onların razılaşmsına görə avtomobillərin alınması üçün zəruri olan pul vəsaiti İddiaçı tərəfindən ABŞ-da olan Cavabdeh göndərilməli, sonuncu tərəfindən həmin ölkədə (o cümlədən hərrac vasitəsilə) satılan avtomobillər müvafiq şirkətlər vasitəsilə alınaraq Azərbaycana göndərilməli idi. Göndərilmiş avtomobillərin qəbul edilməsi, rəsmiləşdirilməsi və satışının təşkil edilməsi İddiaçı tərəfindən həyata keçirilmişdir. İddiaçı, birgə fəaliyyət üzrə öhdəliklərin cavabdeh tərəfindən pozulduğunu i ddia edərək aşağıdakı tələbləri irəli sürmüşdür. 28.01.2014-cü il tarixli, 004/14/PBN saylı kredit müqaviləsinə əsasən "xxxx" ASC ilə İddiaçı arasında bağlanmış 28.01.2014cü il tarixli, №-004/14/PBN saylı kredit müqaviləsinə əsasən bank tərəfindən İddiaçı 36 ay müddətinə illik 18% olmaq şərti ilə 26000 AVRO məbləğində kredit vermişdir. 11.09.2012-ci il tarixli 159/12/PBN №-li İpoteka (Girov) müqaviləsinə əsasən "xxxx" ASC ilə İddiaçı arasında bağlanmış 28.01.2014-cü il tarixli 004/14/PBN saylı kredit müqaviləsinin təminatı kimi İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsində istifadədə olan 0.1553 ha torpaq sahəsində yerləşən 13 nömrəli, 5 mərtəbəli binada, 47.6 kv.m ümumi, 31.7 kv.m yaşayış sahəsindən ibarət 2 otaqlı 100 nömrəli mənzili ipoteka qoymuşdur. “Ödəniş tapşırıqlarının surətinə” əsasən X3 tərəfindən İddiaçı ümumilikdə 796.082 ABŞ dolları məbləğində pul göndərilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, cəmi 733.589 ABŞ dolları məbləğində ziyanın və ödənilmiş 30 manat dövlət rüsumunun Cavabdeh tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini belə əsaslandırılmışdır ki, ilkin dövrdə 36.000 ABŞ dolları pulu Cavabdeh, 121.800 ABŞ dollarını isə özü qoymuşdur. Onlar ABŞ-dan hərraclardan iki cür avtomaşınlar gətirmişlər. Bunun bir hissəsi təzə avtomaşınlar və digər hissəsi isə yüngül təmirə ehtiyacı olan avtomaşınlar olmuş ki, onu burda təmir edib realizə edirdilər. Vətəndaşların sifarişinə əsasən gətir ilən avtomaşınlardan komissiyon haqqı alırdılar. 2012-ci ildə cavabdehə cəmi 1.293.912 ABŞ dolları göndərilmişdir ki, bundan 1.082.286 ABŞ dolları müştərilərə məxsus pul vəsaiti olmuşdur. Qalan 211.626 ABŞ dolları isə onun vəsaiti olmuşdur. Həmin pula ABŞ-dan 60 ədəd müxtəlif avtomaşın gətirilmişdir. Həmin avtomaşınlara cavabdehin sənədi olmayan məlumatına əsasən 1.137.484 ABŞ dolları xərclənmişdir. Beləliklə, cavabdehə göndərilən 1.293.912 ABŞ dolları ümumi məbləğdən digər zəruri xərcləri çıxdıqdan sonra cavabdehdə 2012-ci ilin sonuna 111.771 ABŞ dolları pul vəsaiti qalmışdır ki, həmin vəsait barədə bu günə kimi heç bir açıqlama vermir və dəfələrlə deyilməsinə baxmayaraq, bundan boyun qaçırır. Onlar 2013-cü ildə də eyni qaydada ABŞ-dan 49 ədəd avtomaşın gətirmişlər. Həmin avtomaşınlar üçü n cavabdehə 844.681 ABŞ dolları göndərilmiş və bundan 702.718 ABŞ dolları müştərilərdən yığılan vəsaitdir. Avtomaşınlara isə cavabdeh tərəfindən 693.849 ABŞ dolları pul xərclənmişdir. Digər zəruri xərcləri çıxdıqdan sonra 2013-cü ilin yekununa cavabdehdə 135.832 qalıq vəsait qalmışdır ki, həmin vəsait haqqında da cavabdeh heç bir məlumat vermir və dəfələrlə deyilməsinə baxmayaraq, bundan boyun qaçırır. Ümumilikdə götürdükdə cavabdeh tərəfindən 247.603 ABŞ dolları ziyan vurulmuşdur ki, həmin ziyanı ödəməkdən imtina edir. Bundan əlavə cavabdehin işdə avtomaşınların alınması üçün işə qoşduğu Gürcüstan Respublikasının vətəndaşı "xxxx" Şirkətinin sahibi Kakhaber Tsakadze adlı gürcü milliyyətli şəxsin adına bütün avtomaşınlar ABŞ-da alınmışdır. Həmin avtomaşınlar isə ABŞdan "xxxx" Şirkətinin daş ıyıcı şirkətlə bağladığı müqaviləyə əsasən daşınırdı. 2013-cü ilin aprel ayında o, avtomaşınları götürməyə Gürcüstana gedən zaman ona demişlər ki, "xxxx" Şirkətinin daşıyıcı şirkətə borcu olduğundan avtomaşınlar ona verilməyəcəkdir. O, Asifə zəng edib belə bir hadisə baş verdiyini bildirmiş və bunun nə məsələ olduğunu soruşmuşdur. Cavabdeh də ona "xxxx" Şirkəti ilə daşıyıcı şirkət arasında belə bir məsələyə görə onların cavabdehlik daşımadıqlarını və bu məsələləri onun özünün danışmalı olduğunu bildirmişdir. Cavabdeh ona 75.000 ABŞ dolları aparıb verməsini və onun həmin pulu onlardan alacağını bildirmişdir. O, həmin 75.000 ABŞ dollarını bank vasitəsilə Asifə göndərmişdir. Avtomaşınlardan 4 ədədini götürmüş və qalan avtomaşınlar yenidən verilməmişdir. O, yenidən Asifə zəng etmiş və bildir mişdir ki, avtomaşınları yenidən vermirlər. Ona bildirmişlər ki, gedib Gürcüstanda aidiyyəti orqanlara müraciət etsin. Bundan sonra Gürcüstanda aidiyyəti orqanlara və ordakı səfirliyə müraciət etsə də, ona bu məsələ ABŞ-da baş verdiyindən oraya müraciət etməli olduqları bildirilmişdir. Asif yenidən ona gedib həmin pulu tapıb verməsini bildirmiş, gəlib vəkil tutaraq pulları alacağını bildirmişdir. Eyni zamanda daşıyıcı tərəfdən Asifə məktub gəlmişdir ki, alınan avomaşınların cəmi dəyərinin 25 faizi məbləğində cərimə verilməli və ondan sonra avtomaşınlar onlara veriləcəkdir. Onlar həmin pulu tapıb verənə kimi avtomaşınların da gəmidə qalma xərci cəmi 120.000 ABŞ dolları məbləğində olmuşdur ki, həmin pulu o, daşıyıcı Şirkət “X8”-a 120.000 ABŞ dollar ABŞ-a köçürdükdən sonra avtomaşınları götür müşdür. Sonradan Asif gəlib Gürcüstanda vəkil tutub guya işlə məşğul olmaq bəhanəsi ilə müəyyən işlər aparsa da, sonradan vəkilə işi dayandırmağı tapşırmışdır. Bütün bunlardan belə nəticəyə gəlmişlər ki, bu zərərlərin hamısı Asifin düşünülmüş hərəkətləridir. Bunu belə bir fakt da təsdiq edir ki, dəfələrlə tələb edilsə də, cavabdeh tərəfindən indiyə kimi alınan avtomobillərin alış qiymətinə dair sənədlər təqdim edilmir. Eyni zamanda cavabdeh tərəfindən 6 ədəd dəyəri 130.000 ABŞ dolları dəyərində avtomaşınlar mənimsənilib və həmin avtomaşınlar haqqında da məlumat verilmir. Artıq 4 ildir ki, onun pulunun faydasını cavabdeh görür və onun pulunu özündə saxlamaqla, onun əldə edəcəyi faydadan onu məhrum etmişdir ki, bu da ilə 5 faiz dərəcəsi ilə 114.520.6 ABŞ dolları 06 sent edir. Bundan əlavə on un ziyan əvəzinə ödədiyi 195.000 (yüz doxsan beş min) ABŞ dollarını o, bankdan kredit götürmüşdür ki, həmin kreditə görə 46.466 ABŞ dolları artıq faiz ödəmiş ki, həmin pulun ödənilməsində də cavabdehin heç bir rolu yoxdur. Cavabdeh isə iddiaya etiraz edərək bildirmişdir ki, birgə fəaliyyət üzrə hər hansı öhdəlik onun tərəfindən pozulmamışdır. Əksinə, sifariş verilmiş avtomobillərin alınması üçün lazım olan pul vəsaitini iddiaçı göndərmədiyi üçün əlavə cərimə məbləğləri ödənilməli olmuşdur. Onun iddiaçıya heç bir borcu yoxdur, əksinə özünün iddiaçıdan alacağı vardır. Sumqayıt Şəhər Məhkəməsinin (hakim İ.Məmmədov) 04 aprel 2018-ci il tarixli, 2(060)1151/2018 nömrəli qətnaməsi ilə iddia rədd edilmişdir. Məhkəmə Mülki-Prosessual Məcəllənin 77.1-ci maddəsinə istinad edərək mövqeyini belə əsasla ndırmışdır ki, iddiaçı öz tələbinin əsasını təsdiq edən hallarla bağlı məhkəməyə hər hansı mötəbər sübut təqdim etməmiş, zərərin cavabdeh tərəfindən vurulmasını yalnız ehtimallara əsaslanır. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1, 385.1-ci maddələrinə istinadən əsaslandırmışdır. İddiaçı apellyasiya şikayəti verərək Sumqayıt Şəhər Məhkəməsinin 04 aprel 2018-ci il tarixli, 2(060)-1151/2018 nömrəli qətnaməsinin ləğv olunmasını və iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apelyasiya instansiyası məhkəməsindəki birinci icraat Sumqayıt Apellyasiya Məhkəməsinin (hakimlər-Ş.Abasov (sədrlik edən və məruzəçi), A.Abbasov və T.Məmmədov) 05 sentyabr 2018-ci il tarixli, 2(105)-2649/18 nömrəli qətnaməsi ilə apelyasiya şikayəti təmin edilməmiş, Sumqayıt Şəhər Məhkəməsinin 04 aprel 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, tərəflərin birgə sahibkarlıq fəaliyyəti həyata keçirməsi, minik avtomobillərinin alqı-satqısı ilə məşğul olmaları, İddiaçı bankdan kredit götürməsi, onun ABŞ-da olan bank hesabına köçürmələrin olması işin mübahisəsiz halları olmasına baxmayaraq, iddiaçının ziyan tələbi iddia ərizəsində qeyd olunan məzmun daşısa da, o, iddiasının əsasını təşkil edən hallar, yəni qabaqcadan razılaşdırılmış iş planı və ya müqavilə, yatırılan sərmayə və görüləcək işlər müqabilində əldə ediləcək gəlirlərdən Şərəflərin pay haqqı, X1 Gürcüstana, sonradan isə ölkə ərazisinə gətiriləcək avtomobillərin alqısatqısı və ya daşınması xidmətindən istifadə, eləcə də ehtimal edilən ziyanla bağlı tərəflərin məsuliyyəti barəsində məhkəməyə hər hansı bir mötəbər və legitim sübut təqdim etməmişdir. Onun tərəfindən təqdim edilmiş müxtəlif əlyazmaları isə məhkəmə kollegiyası ciddi hesabat sənədi hesab etməyərək sübut kimi qəbul etməmişdir. İddiaçı təqdim etdiyi kredit müqavilələri dövriyyə və vəsaitinin artırılması üçün vəsait götürülməsini təsdiq etsə də, qeyd olunan hal iddianın təsdiq edilməsi üçün əsaslı şübhələrdən kənar əsaslar yaratmır. Apellyasiya instansiyası məhkəməsi qətnaməsində Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 21.2, 1096.1, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 80, 81, 89.1-89.3, 385.2, 384.0.1-ci maddələrinə istinad etmişdir. İddiaçı kassasiya şikayəti verərək Sumqayıt Apelyasiya Məhkəməsi M ülki Kollegiyasının 2(105)-2649/2018 saylı, 05 sentyabr 2018-ci il tarixli qətnaməsinin ləğv edilməsini və işin yeni apelyasiya baxışına göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətində qeyd edilmişdir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Kassasiya instansiyası məhkəməsindəki birinci icraat Azərbaycan Respublikası Ali Məhkəməsinin MK-nın (hakimlər Ə.Mirzəliyev (sədrlik edən və məruzəçi), T.Qoldman və G.Quliyev) 2(102)-550/2019 nömrəli iş üzrə 07 fevral 2019-cu il tarixli qərarı ilə İddiaçı kassasiya şikayəti təmin edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 05.09.2018-ci il tarixli qətnaməsi ləğv edilmiş və iş yeni apelyasiya baxışına göndərilmişdir. Kas sasiya instansiyası məhkəməsinin mövqeyini onunla əsaslandırmışdır ki, tərəflər arasında şifahi müqaviləyə əsasən iş birliyi olması işin mübahisəsiz halı olmasını qəbul edən məhkəmə, gəlir və ziyanın hansı nisbətdə olacağı barədə tərəfləri dindirməmiş, birgə iş fəaliyyəti barəsindəki müqavilənin şərtlərini ətraflı araşdırmamışdır. Bundan başqa, mübahisənin həlli üzrə xüsusi zərurət olmasına baxmayaraq, məhkəmə tərəflərə birgə fəaliyyət üçün iddiaçının bank hesabına hansı məbləğdə pul köçürülməsi, həmin pullara hansı qaydada sərəncam verilməsi, göndərilmiş pullara alınmış avtomaşınların dəyəri arasında fərq olub-olmaması barədə sübutlar təqdim etməsini təklif etməmiş, bununla da MPM-nin 14.1-ci maddəsi pozulmuşdur. Məhkəmə kollegiyası hesab etmişdir ki, məhkəmə prosessual qanunvericiliyin t ələblərini pozmaqla mübahisənin həlli üçün lazımi şərait yaratmamış, mübahisəni lazımi qaydada araşdırmamışdır. Bununla da prosessual və maddi hüquq normalarını pozmuşdur. Məhkəmə kollegiyası gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.3, 77.3, 14.1, 78.2-ci maddələrinə istinadən əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat Sumqayıt Apellyasiya Məhkəməsinin 25 iyun 2019-cu il tarixli qərardadı ilə iş üzrə məhkəmə mühasibatlıq ekspertizası təyin edilmişdir. Məhkəmə Ekspertizası Mərkəzinin 13 dekabr 2019-cu il tarixdə 17842 saylı ekspertiza rəyinə əsasən, 2012 və 2013-cü illərdəki fəaliyyət nəticəsində nə qədər dövriyyənin olmasını, həmin illərdə ayrı-ayrılıqda nə qədər avtomobil nəqliyyat vasitəsinin gətirilməsini, 2013-cü ildə vurul an ümumilikdə zərərin nə qədər olmasını, 2012-ci ildə göndərilmiş 1.293.912 ABŞ dolları vəsaitinə hansı məbləğdə və hansı sayda avtomobil göndərilməsini, 2013-cü ildə göndərilmiş 844681,0 ABŞ dolları vəsaitinə hansı məbləğdə və hansı sayda avtomobil göndərilməsini, ekspertizaya təqdim edilmiş sənədlərlə iddiaçı ilə cavabdehin bu işə (biznesə) qoyduqları sərmayənin (məbləğin) nisbətini, nəqliyyat vasitəsinin alınması xərci ilə onların Azərbaycan Respublikasının Gömrük orqanlarında rəsmiləşdirilməsi qiymətləri arasındakı fərqin müəyyən edilməsini müəyyən etmək üçün vəsatətdə qeyd olunan sənədlər iş materiallarında mövcud deyildir. Lakin iş materiallarında elektron yazışmalar, (iş vərəqə 52, 53, 71, 72 və s.), invoys (iş vərəqə 248) öz əksini tapmışdır ki, həmin elektron yazışmalar və invoysd a göstərilənlər nəzərə alındıqda iddia ərizəsində göstərilən 75000,0 və 120000,0 ABŞ dolları məbləğində cəmi 195000,0 ABŞ dolları məbləğində cərimənin iddiaçı Etibar Şəmilov tərəfindən ödənilməsi müəyyən olunur. Qeyd edilir ki, təqdim edilmiş iş materiallarında Etibar Şəmilov tərəfindən ödənilmiş həmin cərimə məbləğinin ona qaytarılması ilə bağlı hər hansı bir sənəd öz əksini tapmamışdır. Bundan başqa qeyd edilir ki, iş materiallarında 2012 və 2013-cü illərdə Etibar Şəmilova "xxxx" ASC tərəfindən kreditin verilməsi ilə bağlı sənədlər (kredit müqaviləsi, ödəniş cədvəli və s.) öz əksini tapmışdır. Verilmiş kreditin təyinatı dövriyyə vəsaitinin artırılması göstərilmişdir. İş materiallarında kredit vəsaiti üzrə hansı dövriyyə vəsaitinin artırılması ilə bağlı sənədlər mövcud deyildir. İş materi allarında yalnız avtonəqliyyat vasitələrinin gətirilməsi ilə bağlı məlumatlar mövcuddur. Həmin kredit vəsaitinə görə iddiaçı tərəfindən iş materiallarında olan ödəniş cədvəllərinə (bax iş vərəqə 15 və 17) əsasən 38628,0 avro məbləğində faiz ödənilmişdir. Beləliklə, bütün yuxarıda göstərilənlər nəzərə alındıqda İddiaçı tərəfindən əlavə olaraq 195000,00 ABŞ dolları və 38628,0 avro ödənilməsi müəyyən olunur. Sumqayıt Apellyasiya Məhkəməsinin (hakimlər-S.Qafari (sədrlik edən və məruzəçi), L.Məmmədova və F.Məmmədov) 30 yanvar 2020-ci il tarixli, 2(105)-135/20 nömrəli qətnaməsi ilə İddiaçı apelyasiya şikayətinin qismən təmin edilməsi, Sumqayıt Şəhər Məhkəməsinin 04 aprel 2018-cı il tarixli qətnaməsinin ləğv edilməsi, iş üzrə yeni qətnamə qəbul edilməsi, iddia tələbinin qismən təmin edilməsi, C avabdeh 30 (otuz) manat dövlət rüsumu, 195.000 (yüz doxsan beş min) ABŞ dolları və 38628 (otuz səkkiz min altı yüz iyirmi səkkiz) avro ödəniş gününün manata olan məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə alınaraq İddiaçı verilməsi, iddianın qalan hissədə rədd edilməsi, Cavabdeh məhkəmə mühasibatlıq ekspertizası tədqiqatının dəyəri olan 145 (yüz qırx beş) manatın alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməsi qət edilmişdir. Məhkəmə müəyyən etmişdir ki, tərəflər arasında bağlanmış şifahi müqaviləyə əsasən onlar birgə fəaliyyət göstərmək məqsədilə əvvəlcədən razılaşdıqları kimi qazanca və ziyana şəriki olmaqla avtomobillərin satışı ilə məşğul olmaq və bu fəaliyyətlərini həm sifariş verən vətəndaşların sifarişləri və həm də öz vəsaitl əri hesabına həyata keçirmək, cavabdehin üzərinə avtomobillərin ABŞ-dan alışını və onların ölkə ərazisinə gətirilməsini təşkil etmək, iddiaçı isə həmin avtomobillərin satıçını realizə etmək, bunun üçün iddiaçı bankdan pul götürərək ABŞ-da bank hesabı açmış və həmin hesaba müxtəlif vaxtlarda köçürmələr etmişdir. Apellyasiya icraatı zamanı dindirilən İddiaçı onların birgə fəaliyyəti üçün 2012-ci il tarixdə 1.293.912 ABŞ dolları, 2013-cü il tarixdə isə 844.681 ABŞ dolları məbləğində pul vəsaitini ABŞ-da açdığı bank hesabına köçürüldüyü, həmin pullara Cavabdeh tərəfindən avtomobillər alınması üçün hesab nömrəsi və kartın verildiyini, sonuncunun da həmin pulların hesabına 2012-ci il tarixdə 60 ədəd avtomobil göndərdiyini, həmin avtomobillərin alınmasına isə 1.137.484 ABŞ dolları xərclədiyini, 2 013-cü il tarixdə isə 49 ədəd avtomobil göndərdiyini və həmin avtomobillərin alınmasına isə 693.849 ABŞ doları xərclədiyini, yerdə qalan 274.603 ABŞ dolları barədə ona hesabat vermədiyini göstərsə də, Cavabdeh iddiaçının bank hesabı vasitəsi ilə ona 1.000.000 ABŞ dolları məbləğində pul göndərdiyini, razılaşdıqları kimi avtomobillərin alışını təşkil edərək həmin pulun müqabilində 50-100 arası avtomaşının alınaraq iddiaçıya göndərildiyini bildirmişdir. Məhkəmə kollegiyası hesab etmişdir ki, tərəflərin birgə fəaliyyəti üçün iddiaçı müqavilənin şərtinə uyğun olaraq ABŞ-dakı bank hesabına ayrı-ayrı saytlara onun tərəfindən pulun köçürülməsi Cavabdeh ona təxminən ******* ABŞ dolları məbləğində pulun göndərilməsini etiraf etməsi ilə, bu hissədə sübut etmə yükündən azad olunaraq, həmin vəzifə cava bdehin üzərinə düşsədə, lakin iddiaçı məhz tələbdə göstərilən məbləğdə (1.293.912+844.681 ABŞ dolları) pul vəsaitinin göndərilməsini təsdiq edən tutarlı sübutlar məhkəmə kollegiyasına təqdim etməmişdir. Əksinə cavabdeh ona göndərilmiş 1.000.000 ABŞ dollarının müqabilində 50-100 arası avtomaşınların alışını təşkil edərək iddiaçıya göndərdiyini, iddiaçı 2012-ci ildə 60 ədəd, 2013-cü ildə 49 ədəd avtomobillərin göndərildiyini qeyd etməklə etiraf etmişdir. Məhkəmə Ekspertizası Mərkəzinin tərəfindən 13 dekabr 2019-cu il tarixdə 17842 saylı ekspertiza rəyinə əsasən 2012 və 2013-cü illərdəki fəaliyyət nəticəsində nə qədər dövriyyənin olmasını, həmin illərdə ayrı-ayrılıqda nə qədər avtomobil nəqliyyat vasitəsinin gətirilməsini, 2013-cü ildə vurulan ümumilikdə zərərin nə qədər olmasını, 2012-ci ild ə göndərilmiş 1.293.912 ABŞ dolları vəsaitinə hansı məbləğdə və hansı sayda avtomobil göndərilməsini, 2013-cü ildə göndərilmiş 844681,0 ABŞ dolları vəsaitinə hansı məbləğdə və hansı sayda avtomobil göndərilməsini, ekspertizaya təqdim edilmiş sənədlərlə iddiaçı ilə cavabdehin bu işə (biznesə) qoyduqları sərmayənin (məbləğin) nisbətini, nəqliyyat vasitəsinin alınması xərci ilə onların Azərbaycan Respublikasının Gömrük orqanlarında rəsmiləşdirilməsi qiymətləri arasındakı fərqin müəyyən edilməsini müəyyən etmək üçün vəsatətdə qeyd olunan sənədlər iş materiallarında mövcud deyildir. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Aksizli Mallar üzrə Baş Gömrük İdarəsinin 08 iyul 2019-cu il tarixli 2100-013/001-22/000694 saylı məktubuna əsasən qeyd etdiyiniz nəqliyyat vasitələrinin rəsmiləşdirilm əsi 2012-2013-cü illərdə aparıldığı səbəbindən, idxal-ixrac əməliyyatları haqqında sənədlərin saxlanma müddəti bitdiyi üçün sənədlər Azərbaycan Respublikası Nazirlər Kabinetinin 32 nömrəli 2000-ci il 6 mart tarixli qərarı ilə təsdiq edilmiş “Arxivlərin” arxiv fondlarının və sənəd kolleksiyalarının Milli arxiv fondunun tərkibinə daxil edilməsi, bu tərkibdən çıxarılması və ya məhv edilməsi qaydalarının 11-ci bəndinə əsasən məhv edilmişdir. Bu səbəbdən həmin avtonəqliyyat vasitələrinə aid olan sənədlərin və məlumatların təqdim olunması mümkün olmamışdır. Bu mənada məhkəmə kollegiyası hesab etmişdir ki, iddia tələbinin bu hissəsində sübutetmə yükü daşıyan iddiaçının tələbinin əsası kimi istinad etdiyi hallar formal mülahizə olmaqla hər hansı bir sübutla öz təsdiqini tapmadığından, təmin edilmə məlidir. İddia tələbinin 6 ədəd dəyəri 130000 ABŞ dolları məbləğində avtomaşınların cavabdeh tərəfindən mənimsənilməsi və dörd il ərzində 114.520.6 ABŞ dolları məbləğində əldən çıxmış faydanın ödənilməsinə gəldikdə isə məhkəmə kollegiyası hesab etmişdir ki, sübutetmə yükü daşıyan iddiaçı tələblərinin bu hissəsində də öz tələb və etirazının əsası kimi istinad etdiyi hallara sübut edə bilmədiyindən, qeyd olunan iddia tələbləri bu hissədə təmin edilə bilməz. İşdən görünür ki, tərəflərin birgə fəaliyyəti üçün iddiaçı müqavilənin şərtinə uyğun avtomobillərin alınması üçün onun bank hesabına pul vəsaiti göndərmiş və müqavilənin digər tərəfi olan cavabdeh şərtləşdikləri kimi göndərilən pulun müqabilində müxtəlif ölkələrin istehsalı olan avtomobillərin həm alışını və həmdə onların ABŞ-dan X4 ora dan da ölkə ərazisinə gətirilməsini təmin etməli olsa da, lakin sifariş etdiyi daşıyıcı şirkətin göndərilən avtomobillərin təhvil verilməsi üçün iddiaçıdan əvvəlcə 75000 ABŞ dolları və sonradan 120000 ABŞ dolları alaraq avtomobilləri iddiaçıya təhvil vermişdir. İddiaçı həmin məbləği bankdan götürdüyündən, əlavə faizlər ödəmiş, lakin cavabdeh həmin məbləği iddiaçıya ödəməmişdir. Məhkəmə kollegiyası gəlinən nəticənin tam, hərtərəfli araşdırılması və obyektin nəticəyə gəlinməsi üçün təyin edilmiş məhkəmə mühasibatlıq ekspertizasının 13 dekabr 2019-cu il tarixli 17842 saylı rəyinə əsasən iş materiallarında elektron yazışmalar, (iş vərəqə 52, 53, 71, 72 və s.), invoys (iş vərəqə 248) öz əksini tapmışdır ki, həmin elektron yazışmalar və invoysda göstərilənlər nəzərə alındıqda iddia ərizəsində gö stərilən 75000,0 və 120000,0 ABŞ dolları məbləğində cəmi 195000,0 ABŞ dolları məbləğində cərimənin iddiaçı Etibar Şəmilov tərəfindən ödənilməsi müəyyən olunur. Qeyd edilir ki, təqdim edilmiş iş materiallarında Etibar Şəmilov tərəfindən ödənilmiş həmin cərimə məbləğinin ona qaytarılması ilə bağlı hər hansı bir sənəd öz əksini tapmamışdır. Bundan başqa qeyd edilir ki, iş materiallarında 2012 və 2013-cü illərdə Etibar Şəmilova "xxxx" ASC tərəfindən kreditin verilməsi ilə bağlı sənədlər (kredit müqaviləsi, ödəniş cədvəli və s.) öz əksini tapmışdır. Verilmiş kreditin təyinatı dövriyyə vəsaitinin artırılması göstərilmişdir. İş materiallarında kredit vəsaiti üzrə hansı dövriyyə vəsaitinin artırılması ilə bağlı sənədlər mövcud deyildir. İş materiallarında yalnız avtonəqliyyat vasitələrinin gətiril məsi ilə bağlı məlumatlar mövcuddur. Həmin kredit vəsaitinə görə iddiaçı tərəfindən iş materiallarında olan ödəniş cədvəllərinə (bax iş vərəqə 15 və 17) əsasən 38628,0 avro məbləğində faiz ödənilmişdir. Beləliklə, bütün yuxarıda göstərilənlər nəzərə alındıqda İddiaçı tərəfindən əlavə olaraq 195000,00 ABŞ dolları və 38628,0 avro ödənilməsi müəyyən olunur. Qeyd olunduğu kimi, iddiaçı ABŞ-da açdığı bank hesabına köçürdüyü pul vəsaitindən başqa əlavə olaraq avtomobillərin ölkə ərazisinə gətirilməsi üçün daşıyıcı şirkətə 195000 ABŞ dolları pul ödəmiş, eləcə də dövriyyə vəsaitinin artırılması məqsədilə bankdan götürdüyü kreditə görə əlavə olaraq 38628 avro ödəmişdir. İddia tələbinin 195.000 ABŞ dolları və həmin kreditə görə ödəmiş olduğu 46.466 ABŞ dolları məbləğində pulun cavabdehdən tutulması barədə məhkəmə kollegiyası qeyd etmişdir ki, cavabdeh müqavilə üzrə öz vəzifələrini icra edərkən öhdəliyin şərtlərinə müvafiq surətdə hərəkət etməmiş, nəticədə avtomobilləri götürmək üçün iddiaçı əlavə olaraq 195000 ABŞ dolları ödəmək məcburiyyətində qalmışdır. Eyni zamanda banka 38628,0 avro ödəmişdir. Bu baxımdan məhkəmə kollegiyası iddia tələbini həmin hissədə əsaslı hesab etmişdir. Apellyasiya instansiyası məhkəməsi qətnaməsində 389.1, 405.1, 385.1, 386.1, 425.1-ci maddələrinə istinad etmişdir. Cavabdeh kassasiya şikayəti verərək Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-135/2020 nömrəli iş üzrə 30 yanvar 2020-ci il tarixli qətnaməsinin ləğv edilərək iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçının günahı uc batından gecikdirilən ödəmələrdə heç bir günahı yoxdur. Bu iddiaçının problemi olmuşdur. Onun göndərdiyi avtomobillərin Gürcüstan limanında ilişib qalmasının günahkarı iddiaçıdır. Belə ki, iddiaçı, ödənişləri gecikdirdiyi üçün avtomobillər limanda qalmış, borc və cərimələr yığılmışdır. İddiaçı ilə bank arasında bağlanmış müqavilə üzrə iddiaçının üzərinə götürdüyü öhdəliyi hansı səbəbə cavabdeh kimi o icra etməlidir. Cavabdeh iddiaçının bank qarşısında götürdüyü öhdəliyə görə hər hansı pul məbləğini qaytarmağa borclu deyil. Göründüyü kimi məhkəməyə heç bir sübuta istinad etmədən səhv mövqeyə gəlmişdir. İddiaçı öz dövriyyəsini artırmaq məqsədilə bankdan hər hansı məbləğdə kredit götürmüşdürsə, o zaman sual yaranır ki, iddiaçının üzərinə götürdüyü öhdəliyə görə cavabdeh hansı səbəbə cavab ver məlidir? O hansı səbəbə iddiaçının yerinə faiz ödəməlidir. İddiaçı həmin krediti Biləcəri qəsəbəsində işlətdiyi “Ford 505 Avtoservis”i işətmək, onun dövriyyəsini artırmaq üçün götürmüşdür. İddiaçı Türkiyədən, o cümlədən İtaliyadan avtomaşın ehtiyat hissələri, o cümlədən Yaponiyadan avtomaşın yağları idxal etməklə sahibkarlıq fəaliyyəti ilə məşğuldur. Kredit müqaviləsində məbləğin avro ilə verilməsi də məhz İtaliya ilə olan ticarətlə əlaqədardır. Qəbul edilmiş məhkəmə qətnaməsi ilə cavabdeh qətiyyən razı deyil, çünki onun iddiaçıya heç bir borcu yoxdur. Əksinə iddiaçı ona 120.000 ABŞ dolları məbləğində pul borcludur. Lakin əgər məhkəmə onların şərik olduqlarını qəbul edirdisə, o zaman hansı səbəbə iddiaçı tərəfindən guya ödənilmiş 195.000 ABŞ dolları və 38.628 avro məbləğində pulun hamısı nın cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qərar çıxarır? Əgər onlar şərik kimi fəaliyyət göstərirlərsə, xeyrə şərik oldquları kimi, ziyana da şərik olmalı idilər. O zaman, ən azından həmin pul məbləğinin yarısı cavabdehdən tutula bilərdi. Əgər cavabdeh iddia tələbini qismən qəbul etmiş olsaydı, o zaman qeyd olunan məbləğin hamısı ondan tutula bilməzdi. Bununla yanaşı təkrar qeyd edir ki, cavabdeh ümumiyyətlə iddianı qəbul etmir, sadəcə olaraq məhkəmənin belə qətnamə çıxarmaqla sanki ona qarşı qərəzli münasibətinin olmasını bildirmək istəyir. Kassasiya instansiyası məhkəməsindəki ikinci icraat Azərbaycan Respublikası Ali Məhkəməsinin MK-nın (hakimlər Z.Əliyev (sədrlik edən və məruzəçi), E.Şamayev və İ.Xələfov) 2(102)-3589/2020 nömrəli iş üzrə 28 oktyabr 2020-ci il tarixli qərarı i lə Cavabdeh kassasiya şikayəti qismən təmin edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-135/2020 nömrəli iş üzrə 30 yanvar 2020-ci il tarixli qətnaməsi iddianın təmin olunmuş hissəsində ləğv edilərək, iş həmin hissədə yeni apelyasiya baxışına göndərilmişdir. Kassasiya instansiya məhkəməsi qeyd etmişdir ki, işdə mübahisəli cərimə məbləğinin hansı dövr üzrə, hansı avtomobillərə görə yarandığına, bu avtomobillərin alınması və göndərilməsi üçün hansı məbləğdə vəsaitin tələb olunmasına, həmin vəsaitin tam olaraq cavabdehə göndərildiyinə dair mötəbər və kifayətedici sübutlar iddiaçı tərəfindən təqdim edilməmişdir. Belə ki, iş materiallarında tərəflərin birgə fəaliyyətinə və hesablaşmalarına dair xeyli həcmdə məlumat olsa da, mübahisənin bu hissəsinin düzgün həlli üçün zəruri olan yuxarıdakı hallar dəqiqliklə müəyyən edilməmişdir. Halbuki, əvvəlki kassasiya baxışında apelyasiya məhkəməsinin qətnaməsi ləğv edilərkən xüsusi olaraq vurğulanmışdı ki, birgə fəaliyyət üçün iddiaçının bank hesabına hansı məbləğdə pul köçürülməsi, həmin pullara hansı qaydada sərəncam verilməsi, göndərilmiş pullara alınmış avtomaşınların dəyəri arasında fərq olub-olmaması və işin düzgün həlli üçün əhəmiyyət kəsb edən digər hallar araşdırılmalıdır. Apelyasiya instansiyası məhkəməsi bu məsələlərə dair bir sıra sualların xüsusi biliyə malik olan şəxs tərəfindən cavablandırılması üçün mühasibatlıq ekspertizası təyin etmişdir. Lakin mübahisəli cərimə məbləğinin hansı dövr üzrə, hansı avtomobillərə görə yaranması, bu avtomobillərin alınması və göndərilməsi üçün hansı məbləğdə vəsaitin tələb olunması, həmin vəsaitin iddiaçı tərəfindən cavabdehə göndərilib-göndərilmədiyi və işin düzgün həlli üçün əhəmiyyət kəsb edən digər hallar ekspertiza ilə müəyyən edilməmişdir. Ekspert, yalnız iddiaçı tərəfindən cərimə və kredit borcuna görə faiz məbləğlərinin ödənildiyini göstərmişdir. Apelyasiya məhkəməsi isə bu nəticə ilə kifayətlənərək həmin məbləğlərin cavabdehdən tutulması haqqında əsassız nəticəyə gəlmişdir. Buna baxmayaraq apelyasiya məhkəməsi qeyd edilən xüsusatları mümkün prosessual imkanlarla aydınlaşdırmamış, işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradılmasına, qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmasına dair prosessual hüquq normalarına riayət etməmişdir. Məhkəmə kollegiyası qərarında Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.1, 9.3, 77.1, 217.1, 217.3-cü maddələrinə istinad etmişdir. Apellyasiya instansiyası məhkəməsindəki üçüncü icraat Əvvəl işə baxan kassasiya instansiya məhkəməsi qətnaməni yalnız iddianın təmin edilmiş hissəsində, yəni 195.000 ABŞ dolları və 38628 avro pulun tutulması hissəsində ləğv edərək işi həmin hissədə yeni apellyasiya baxışına göndərdiyindən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini həmin hissədə yoxlamışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 15 aprel 2021ci il tarixli 9/994 saylı rəydən müəyyən olunur ki, əvvəlki rəydə də göstərildiyi kimi, iş materiallarında elektron yazışmalar (cild 1, iş vərəqə 52-53, 71, 72 və s.) invoys (cild 1, iş vərəqə 248) və 1 8 aprel 2013-cü il tarixli məktub (cild 1, iş vərəqə 249) öz əksini tapmışdır ki, həmin elektron yazışmalar, invoys və 18 aprel 2013-cü il tarixli məktubda göstərilənlər nəzərə alındıqda iddia ərizəsində göstərilən 75000,0 və 120000,0 ABŞ dolları məbləğində cəmi 195.000,0 ABŞ dolları məbləğində cərimənin iddiaçı E.Şəmilov tərəfindən ödənilməsi müəyyən olunur. Qeyd edilir ki, təqdim olunmuş iş materiallarında İddiaçı tərəfindən ödənilmiş həmin cərimə məbləğinin ona qaytarılması ilə bağlı hər hansı bir sənəd öz əksini tapmamışdır. Rəyin tədqiqi hissəsində göstərildiyi kimi, iş materiallarında olan avtonəqliyyat vasitələrinin siyahısına (cild 2, iş vərəqə 124125 vərəqə) əsasən həmin avtonəqliyyat vasitələrinin qarşısında qeyd edilmiş məbləğlərin cəminin 372.909,00 ABŞ dolları olması, ödəniş t apşırıqlarına əsasən isə Bank of Amerikadakı 4830, 2094, 0848 hesab nömrəsinə köçürülmüş pul vəsaitinin məbləğinin cəminin 419.325,00 ABŞ dolları olması müəyyən olunur. Sumqayıt Apellyasiya Məhkəməsinin (hakimlər G.Tağızadə (sədrlik edən və məruzəçi), T.Quliyev və E.Rəhimov) 07 iyun 2021-ci il tarixli, 2(105)-671/21 nömrəli qətnaməsi ilə İddiaçı apellyasiya şikayəti qismən təmin edilmiş, Sumqayıt şəhər Məhkəməsinin iş üzrə 04 aprel 2018-ci il tarixli 2(060)-1151/2018 nömrəli qətnaməsi ləğv edilmiş, İddiaçı Cavabdeh qarşı vurulmuş ziyanın ödənilməsi tələbinə dair iddiası qismən təmin edilmiş, Cavabdeh 195.000 (yüz doxsan baş min) ABŞ dolları və 38628 (otuz səkkiz min altı yüz iyirmi səkkiz) avro ödəniş gününün manata olan məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə və 30 (otuz) manat dövl ət rüsumunun alınaraq İddiaçı verilməsi qət edilmişdir. İddia tələbi qalan hissədə rədd edilmiş və 345 manat ekspertiza xərci Cavabdeh aid edilmişdir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, tərəflərin birgə fəaliyyəti üçün iddiaçı müqavilənin şərtinə uyğun avtomobillərin alınması üçün onun bank hesabına pul vəsaiti göndərmiş və müqavilənin digər tərəfi olan cavabdeh şərtləşdikləri kimi göndərilən pulun müqabilində müxtəlif ölkələrin istehsalı olan avtomobillərin həm alışını və həmdə onların ABŞ-dan X4 oradan da ölkə ərazisinə gətirilməsini təmin etməli olsa da, lakin sifariş etdiyi daşıyıcı şirkət göndərilən avtomobillərin təhvil verilməsi üçün iddiaçıdan əvvəlcə 75.000 ABŞ dolları və sonradan 120.000 ABŞ dolları alaraq avtomobilləri iddiaçıya təhvil vermişdir. İddiaçı həmin məbləği bankdan götürdüyündən, əlavə faizlər ödəmiş, lakin cavabdeh həmin məbləği iddiaçıya ödəməmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh müqavilə üzrə öz vəzifələrini icra edərkən öhdəliyin şərtlərinə müvafiq surətdə hərəkət etməmiş, nəticədə avtomobilləri götürmək üçün iddiaçı əlavə olaraq 195.000 ABŞ dolları ödəmək məcburiyyətində qalmışdır. Eyni zamanda banka 38628,0 avro ödəmişdir. Cavabdeh kassasiya şikayəti verərək Sumqayıt Apellyasiya Məhkəməsinin 07 iyun 2021-ci il tarixli, 2(105)-671/21 nömrəli qətnaməsinin ləğv edilərək iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya ins tansiyası məhkəməsinin qətnaməsində maddi və prosessual hüquq normaları pozulmaqla qanunlar düzgün tətbiq edilməmişdir. İşin həlli üçün mühüm əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli və obyektiv araşdırılıb onlara hüquqi qiymət verilməməklə iş üzrə düzgün nəticəyə gəlinməmişdir. Apelyasiya instansiyası məhkəməsi kassasıya instansiyası məhkəməsi tərəfindən edilmiş göstərişləri yerinə yetirməmiş, iş üzrə ətraflı araşdırma aparmamış, mübahisəli məsələlər üzrə yalnız ekspertiza təyin etməklə kifayətlənmişdir. Ekspert isə iş üzrə tam və ətraflı rəy verməməsinə baxmayaraq, məhkəmə həmin natamam rəyə istinad edərək qətnamə çıxarmışdır. Kassasiya kollegiyası ekspert rəyi ilə razılaşmamış, mübahisəli cərimə məbləğinin hansı dövr üzrə, hansı avtomobillərə görə yaranması, bu avtomobilləri n alınması və göndərilməsi üçün hansı məbləğdə vəsaitin tələb olunması, həmin vəsaitin iddiaçı tərəfindən cavabdehə göndərilibgöndərilmədiyi və işin düzgün həlli uçun əhəmiyyət kəsb edən digər halların ekspertiza ilə müəyyən edilmədiyini bildirmişdir. Sumqayıt Apelyasiya Məhkəməsinin 08.02.2021-ci il tarixli qərardadı ilə təkrar məhkəməmühasıbatlıq ekspertizası təyin edilmiş və ekspert qarşısında xüsusi bilik tələb edən 6 sual qoyulmuşdur. Lakin ekspert rəyində məhkəmə tərəfindən qoyulmuş suallara tam və aydın cavab verilməmişdir və əsassız olaraq əvvəlki ekspert rəyinə istinad edilmişdir. Belə ki, Məhkəmə Ekspertiza Mərkəzinin 9/994 nömrəli 15 04.2021-ci il tarixli ekspert rəyində qeyd olunur ki, ilkin ekspertiza zamanı iş üzrə əlavə sənədlərin zəruriliyi ilə bağlı məhkəməyə 16.07.2019-cu ıl tarixli vəsatət göndərilmişdir. Vəsatətə cavab olaraq məhkəmənin 29.07.2019-cu il tarixli məktubu mərkəzə daxil olmuşdur. Həmin məktubda vəsatətdə qeyd olunan sənədlərin iş materiallarında olması göstərilmişdir. Vəsatətdə qeyd olunan sənədlərin iş materiallarında mövcud olmaması ilə bağlı ilkin ekspertiza rəyində qeyd edilmişdir. Təqdim edilmiş hazırki iş materiallarında da həmin sənədlər əlavə edilməmişdir. Qeyd edilir ki, ekspert qarşısında qoyulan bir-dördüncü suallar üzrə tam və hərtərəfli tədqiqat aparmaq üçün isə iş materiallarında sənədlər (ilkin ekspertiza zamanı vəsatətdə qeyd olunan sənədlər və s.) mövcud deyildir. Lakin əvvəlki rəydə də göstərildiyi kimi, iş materiallarında elektron yazışmalar, invoys və 18.04.2013-cü il tarixli məktub öz əksini tapmışdır ki, həmin elektron yazışmalar, invoys və 18.04.2013-cü il tarixli məktubda göstərilənlər nəzərə alındıqda iddia ərizəsində göstərilən 75000 və 120000 ABŞ dolları məbləğində, cəmi 195000 ABŞ dolları məbləğində cərimənin İddiaçı tərəfindən ödənilməsi müəyyən olunur. Təqdim olunmuş iş materiallarında Etibar Şəmilov tərəfindən ödənilmiş həmin cərimə məbləğinin ona qaytarılması ilə bağlı hər hansı bir sənəd öz əksini tapmamışdır. Göründüyü kimi ekspertin ətraflı və hərtərəfli araşdırma aparması üçün sənədlər ona təqdim olunmamışdır. Daha doğrusu, belə sənədlər nə iş materiallarında, nə də iddiaçıda mövcud deyildir. Ona görə də ekspert Rövşən Cəlilov haqlı olaraq bir-dördüncü suallar üzrə tam və hərtərəfli tədqiqat apara bilməmiş və suallara cavab verməmişdir. Daha sonra isə əsassız olaraq əvvəlki ekspert rəyinə istinad etmişdir X6 əvvəlki ekspert rəyinə istinad etməsi tamamilə qanunsuzdur Belə ki, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Kollegiyasının 31 oktyabr 2014-cü ıl tarixli 12-N nömrəli qərarı ilə təsdiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə ekspertizası mərkəzində ekspertizaların aparılmasının təşkili haqqında Təlimatın 5.24-cü bəndinə əsasən əlavə ekspertiza aparıldıqda, ilkin ekspertiza zamanı tətbiq olunan metod və vasitələrdən istifadə edilmişdirsə və həmin nəticələr əldə olunmuşdursa, ekspert əlavə ekspertizanın tədqiqi hissəsində tədqiqatın gedışatını və nəticələrim göstərmədən ilkin ekspertizanın müvafiq bölmələrinə istinad edə bilər. Bundan başqa, əvvəlki ekspert rəyində istinad olunan sənədlər elektron yazışmalardır Hansı ki, həmin yazışmalar ciddi he sabat blankı deyil və heç bir sübut əhəmiyyətinə malik deyildir. Dəfələrlə məhkəmə iclaslarında da bildirmişəm ki, həmin yazışmalardan mənim xəbərim yoxdur. Elektron yazışmaları iddiaçı məhkəməyə təqdim etmişdir ki, bundan da mənim xəbərim yoxdur. Əgər mənim tərəfimdən hər hansı şəxsə yazılmış hər hansı elektron məktubu mən qəbul etmirəmsə, deməli onun mətnində yazılanların mənim üçün heç bır əhəmiyyəti yoxdur. Hesab edirəm ki, yazışmalar iddiaçı tərəfindən bilərəkdən saxtalaşdırılaraq məhkəməyə təqdim edilmiş, mənim adımdan yazılması görüntüsünü yaratmaq istəmişdir. Ümumiyyətlə, ekspert rəyinin və məhkəmənin hansısa təsdiq olunmamış və kim tərəfindən tərtib edilməsi bəlli olmayan elektron yazışmaya istinad etməsinin heç bir əsası yoxdur. Məhkəmə Ekspertiza Mərkəzinin 9/994 nömrəli 15.04.2 021-ci il tarixli ekspert rəyində olan yuxarıda qeyd olunan ziddiyyətin aradan qaldırılması üçün mülki iş üzrə X6 məhkəmə iclasına dəvət olunaraq dindirilməsi barədə cavabdeh tərəfindən vəsatət verilsə də, məhkəmə vəsatəti heç bir əsaslandırma aparmadan yerində müşavirə edərək rədd etmişdir. Daha sonra, əlavə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilməsi və ekspertizanın keçirilməsinin başqa ekspertə tapşırılması barədə cavabdeh tərəfindən vəsatət verilsə də, həmin vəsatət də heç bir əsas olmadan təmin edilməmişdir. İddiaçı təhvil alınması gecikmiş avtomobillərin pulunun özü tərəfindən ödənildiyini sübuta yetirməlidir. Halbuki iddiaçı bunu sübuta yetirə bilmir. Bundan başqa, iddiaçının ödədiyi bütün məbləğlər Azərbaycan Respublikasından Etibarın öz hesabına onun anası Göyçək Şamilova tə rəfindən köçürülmüşdür. Bu da köçürülən məbləğlərin avtomobillər üçün yoxsa Etibarın öz şəxsi məqsədləri üçün köçürüldüyünü müəyyən etməkdə çətinlik yaradır. Pulun məhz avtomobillər üçün göndərildiyini sübut etmək vəzifəsi İddiaçı üzərinə düşür. İddiaçının bankdan götürdüyü kredit məbləğinin məhz ABŞ-da açdığı bank hesabına köçürülməsi heç nə ilə təsdiq olunmur. Əksinə iddiaçının kreditə götürdüyü pul məbləği avro valyutasında olmuş, ABŞ-da açılmış bank hesabı isə dollar valyutasında olmuşdur. Bundan əlavə, cavabdehin göndərdiyi avtomobillərin Gürcüstan limanında ilişib qalmasının günahkarı da iddiaçı olmuşdur. Belə ki, o, ödənişləri gecikdirdiyi üçün avtomobillər limanda qalmış, borc və cərimələr yığılmışdır. İş materiallarında olan qəbzlərdən də göründüyü kimi bütün məbləğlər Azərbaycan Respublikasından Etibarın öz hesabına onun anası Göyçək Şamiiova tərəfindən köçürülmüşdür. Yuxarıda qeyd edildiyi kimi bu fakt da köçürülən məbləğlərin avtomobillər üçün, yoxsa Etibarın öz şəxsi məqsədləri üçün köçürüldüyünü müəyyən etməkdə çətinlik yaradır. Pulun məhz avtomobillər üçün göndərildiyini sübut etmək vəzifəsi isə İddiaçı üzərinə düşür. İddiaçı Etibar Şamılov həmin krediti Biləcəri qəsəbəsində “Ford 505 Avtoservis” işətmək, onun dövriyyəsini artırmaq üçün götürmüşdür. İddiaçı Türkiyədən, o cümlədən İtaliyadan avtomaşın ehtiyat hissələri, o cümlədən Yaponiyadan avtomaşın yağları idxal etməklə sahibkarlıq fəaliyyəti ilə məşğuldur. Kredit müqaviləsində məbləğin avro ilə verilməsi də məhz İtaliya ilə olan ticarətlə əlaqədardır. Maraqlıdır ki, ekspert ödəniş cədvəllərinə əsasən 3862 8 avro məbləğində faizin iddiaçı tərəfindən ödənildiyini qeyd edir. Lakin hamıya bəllidir ki. ödəniş cədvəlində məbləğin göstərilməsi, həmin məbləğin banka ödənilməsi anlamına gəlməməlidir. Bununla əlaqədar olaraq müvafiq banka ödənişin edilməsim təsdiq edən qəbz də əlavə edilməli idi. Həm kassasiya instansiyası məhkəməsinin qərarında, həm də apelyasiya instansiyası məhkəməsinin qətnaməsində hər iki tərəfin şərik olması işin mübahisəsiz halı kimi qeyd olunur. Lakin əgər məhkəmə onların şərik olduğunu qəbul edirdisə, o zaman hansı səbəbə iddiaçı tərəfindən guya ödənilmiş 195.000 ABŞ dolları və 38.628 avro məbləğində pulun hamısının cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qərar çıxarır. Əgər onlar şərikdirlərsə, xeyrə şərik olduqları kimi, ziyana da şərik olmalıdırlar. Kassasiya şi kayətinə qarşı tərəfin yazılı etirazı və ya etirazı daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında cavabdehin vəkili Vəkil kassasiya şikayətinin məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında İddiaçı və vəkili Əbdül Məhərrəmov kassasiya şikayətinin dəlilərinə etiraz edərək şikayətin təmin edilməməsini apellyasiya instansiyası məhkəməsi iş üzrə qəbul etdiyi qətnamənin qüvvədə saxlanılmasını xahiş etmişdirlər. İşdə iştirak edən digər Cavabdeh işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsə də, lakin o, məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə də məhkəməyə heç bir məlumat vermədiyi üçün məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Maddə 425.2. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Maddə
442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Maddə 447.1. Əgər ikitərəfli müqavilənin bir tərəfi müqavilədən irəli gələn öhdəlikləri icra etmirsə, müqavilənin digər tərəfi öhdəliklər in icrası üçün təyin etdiyi əlavə müddət nəticəsiz qurtardıqdan sonra müqavilədən imtina edə bilər. Əgər öhdəliyin pozulması xarakteri əsas götürülməklə əlavə müddət tətbiq edilmirsə, xəbərdarlıq edilməsi əlavə müddət təyin olunmasına bərabər tutulur. Əgər öhdəliyin yalnız bir hissəsi icra edilməmişsə, kreditor müqavilədən yalnız öhdəliyin qalan hissəsinin icrasına marağını itirdiyi halda imtina edə bilər. Maddə 447.7. Müqavilədən çıxarkən kreditor müqavilənin icra edilməməsi nəticəsində ona dəymiş zərərin əvəzini ödəməyi tələb edə bilər. Əgər müqavilədən çıxmaq üçün əsas borclunun təqsiri üzündən yaranmamışsa, bu qayda tətbiq edilmir. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Maddə 448.3. Borclu öz qanuni təmsilçilərinin və öhdəliyinin tamamilə və ya hissə-hissə icrası üçün xidmətlərindən istifadə etdiyi şəxslərin hərəkəti və ya hərəkətsizliyi üçün öz hərəkəti və ya hərəkətsizliyi üçün olan dərəcədə məsuliyyət daşımalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Maddə 9.3. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflər in çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə
416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 417.1.3. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə və ya tamamilə, yaxud qismən ləğv edib işi yenidən ba xılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Maddə 418.1 Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3 Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Maddə
420. Kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi şikayətin işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına dair dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktl ara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. İş üzrə Cavabdeh kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qətnaməsini bütünlüklə mübahisələndirdiyindən qətnamə tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası məruzəçini dinləyib, iş materiallarını və kasasiya şikayətinin dəlillərini nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə kasasiya şikayəti qismən təmin edilməli, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 07 iyun 2021-ci il tarixli qətnaməsi ləğv edilməli və mülki iş iddia tələbinin 195.000 ABŞ dolları və 38.628 Avro məbləğində pulun cavabdehdən tutulması hissəsində yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməlidir. Belə ki, kasasiya yoxlaması nəticəsində müəyyən edilmişdir ki, işə təkrar baxmış apelyasiya kollegiyası işə təkrarən baxarkən işə daha əvvəl baxmış və apellyasiya kollegiyasının qəbul etdiyi qətnaməni ləğv edib qəbul etdiyi qərarda apelyasiya kollegiyası üçün iddia tələbinin 195.000 ABŞ dolları və 38.628 Avro məbləğində pul hissəsi ilə bağlı göstərişlər müəyyən etmiş kasasiya kollegiyasının göstərişlərinə əməl etməmiş, bu hissə üzrə hər hansı araşdırma aparmamış, özündən əvvəl işə baxmış apelyasiya kollegiyasının iddia tələbinin qeyd edilən hissəsi ilə mövqeyini təkrarlamaqla məhkəmə araşdırmasını tamamlanmış hesab etmişdir. Halbuki, işə əvvəl baxmış kasasiya kollegiyası hazırkı işdə mübahisəli cərimə məbləğinin hansı dövr üzrə, hansı avtomobillərə görə yarandığına, bu avtomobillərin alınması və g öndərilməsi üçün hansı məbləğdə vəsaitin tələb olunmasına, həmin vəsaitin tam olaraq cavabdehə göndərildiyinə dair mötəbər və kifayətedici sübutların olmadığını, mübahisənin bu hissəsinin düzgün həlli üçün zəruri olan yuxarıdakı halların dəqiqliklə müəyyən edilmədiyini, həmçinin işdə olan mühasibatlıq ekspertizası rəyi ilə də bu halların müəyyən edilmədiyini, ekspertin yalnız iddiaçı tərəfindən cərimə və kredit borcuna görə faiz məbləğlərinin ödənildiyini müəyyən etdiyini qeyd etmiş və göstərmişdir ki, sübutetmə yükü nəzərə alınmaqla tərəflərin sübuta yetirməli olduğu, yuxarıda göstərilən, eyni zamanda mübahisənin bu hissəsinin düzgün həlli üçün əhəmiyyət kəsb edən digər halların yoxlanılmalı, ödənilmiş cərimənin tərəflərdən asılı olmayan səbəblərə görə, yoxsa onlardan hansınınsa (habelə xidmətlərindən istifadə etdikləri üçüncü şəxlərin) öz öhdəliyini vaxtında və lazımi qaydada yerinə yetirməməsinə görə yaranması müəyyən olunmalı, bunun nəticəsindən asılı olaraq ödənilmiş pul məbləğlərinin tərəflərdən hansına və nə qədər həcmdə aid olmasına hüquqi qiymət verilməklə mübahisə həll edilməlidir. Apellyasiya məhkəməsi işin 2-ci cildinin 124-125-ci vərəqində olan mötəbərliyi təsdiq edilməyən 23 ədəd avtomobilin siyahısına əsasən iş üzrə təkrar məhkəmə-mühasibatlıq ekspertizası təyin etmiş, təkrar ekspertiza da cərimə məbləğinin hansı dövr üzrə, hansı avtomobillərə görə yarandığına, bu avtomobillərin alınması və göndərilməsi üçün hansı məbləğdə vəsaitin tələb olunmasına, həmin vəsaitin tam olaraq cavabdehə göndərildiyinə dair suallara üzrə tam və hərtərəfli tədqiqat aparılması ü çün iş materiallarında sənədlər mövcud olmadığın görə həmin suallara cavab verilməyib və ekspert ilkin ekspert rəyinə istinad edərək 195.000 ABŞ dolları cərimənin iddiaçı tərəfindən ödənildiyini müəyyən etmişdir. Həmçinin işin 2-ci cildinin 124-125-ci vərəqində olan siyahıya əsasən siyahıda göstərilən avtomobillərin dəyərinin 372909 ABŞ dolları olmasını, ödəniş tapşırıqlarına əsasən Bank of Amerikadakı **********48 hesab nömrəsinə köçürülmüş pulların cəminin 419.325 ABŞ dolları olduğunu müəyyən etmişdir. Apellyasiya məhkəməsi bu rəydə də kassasiya məhkəməsinin qərarında göstərilən halların müəyyən edilmədiyinə əhəmiyyət verməmiş, hər hansı hüquqi qüvvəyə malik olmayan, sadəcə 23 ədəd avtomobilin siyahısı göstərilmiş 2 vərəq cədvələ əsaslanaraq, cərimə məbləğinin həmin avtomobillərə görə he sablanmasnı müəyyən etmədən apellyasiya məhkəməsinin əvvəlki mövqeyini təkrarlamışdır. Eyni zamanda, götürülmüş kreditlər tələb edilən faizlərin ödənilib-ödənilmədiyini, ən əsası həmin kredit məbləğinin məhz cərimə məbləğinin ödənilməsinə sərf edilməsini, cərimənin hesablanmasına cavabdehin hərəkətlərinin səbəb olmasını dəqiq müəyyən etmədən iddianın bu hissədə təmin edilməsi əsassız olmuşdur. Çünki, mövcud faktiki hallar göstərilməklə irəli sürülmüş pul tələblərinin hüquqi əsas(lar)ının tapılması, yəni hüququn tətbiq edilməsi qanunvericilikdə müəyyən edilmiş hədlər çərçivəsində məhkəmənin vəzifəsidir. Mülki hüquqda hamılıqla qəbul edilmiş prinsiplərdən biri olan “iura novit curia” (məhkəmə hüququ bilir) prinsipinə əsasən hüququn tətbiqinə hakim bilavasitə cavabdehlik daşıdığından tərəflər in faktlar barəsində hüquqi mövqeyi hakim üçün məcburi deyil. Məhkəmə iddiaçının ərizəsində əks etdirdiyi hüquqi mövqedən asılı ola bilməz. İddianın mümkün hüquqi əsaslarını özü nəzərdən keçirməklə iddiaçının tələbinə uyğun gələn qanuni əsas(lar)ı tapmalı və məhkəməyə bildirilən faktiki halların həmin əsas(lar)ın dispozisiya şərtlərinə uyğun olubolmamasını yoxlamaqla mübahisəni həll etməlidir. Hazırkı işdə isə iddiaçının pul tələblərinin qanundan irəli gələn öhdəliklər çərçivəsində əsaslı olub-olmamasına hüquqi qiymət verilməmişdir. Göründüyü kimi, işə təkrar baxmış apelyasiya kollegiyası kassasiya kollegiyasının göstərişlərinin hər hansı birinə əməl etməmiş, işin qeyd edilən hissəsi üzrə hallarını, işdə olan sübutları tam, hərtərəfli araşdırmamış, ədalət mühakiməsini faktlar əsasında həya ta keçirməmiş, işin hallarına və işdə olan sübutlara düzgün hüquqi qiymət verməmiş, sübutların müqayisəli tədqiqatını həyata keçirməmiş, Azərbaycan Respublikası MPM-nin 420-ci maddəsinin tələblərini və ədalətli məhkəmə araşdırması ilə bağlı təməl prinsipləri pozmuşdur. Azərbaycan Respublikasının MPM-nin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olun ub-olunmadığını müəyyən edir. Kasasiya kollegiyası həmçinin hesab edir ki, prosessual qanunvericiliyin “iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edilməsi”, “nə kimi halların müəyyən edilməməsi”, “tərəflərin hansı hüquq münasibətində olmaları” barədə tələblərinə riayət olunması üçün ilkin olaraq iş üzrə toplanmış sübutlar düzgün qiymətləndirilməlidir. Həmçinin kassasiya məhkəməsi tərəfindən qətnamə yalnız iddianın təmin edilmiş hissəsində ləğv edilərək həmin hissədə baxışa göndərildiyi və iddianın təmin edilməyən hissəsindən iddiaçı kassasiya şikayəti vemədiyinə görə Sumqayıt Apellyasiya Məhkəməsinin 30.01.2020-ci il tarixli qətnaməsi iddianın təmin edilməmiş hissələrində qüvvəyə mindiyi halda, təkrar işə baxan apellyasiya məhkəməsi apellyasiya baxışının həddininhəmin hissə üzrə aparıldığını qeyd etsə də, qətnamənin nəticə hissəsində iddia tələbinin qalan hissədə rədd edilməsi nəticəsinə gəlmişdir. Bu isə Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 372.6-cı maddəsinin tələblərinin pozulmasına səbəb olmuşdur. Beləliklə, işin yuxarıda qeyd olunan faktiki hallarını və sadalanan normaların tələblərini nəzərə alaraq kasasiya kollegiyası hesab edir ki, apelyasiya kollegiyası işə mahiyyəti üzrə baxmağa səlahiyyətli məhkəmə olduğundan, işin hallarının və işdə olan sübutların tam, hərtərəfli və düzgün araşdırılması, tərəflərin bərabərliyinin və ədalətli məhkəmə araşdırmasının təmin edilməsi məqsədilə kasasiya şikayəti qismən təmin edilməli, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 07.06.2021-ci il tarixli, 2(105)-671/2021 nömrəli qətnaməsi ləğv edilməl i və mülki iş iddia tələbinin 195.000 ABŞ dolları və 38.628 Avro məbləğində pulun cavabdehdən tutulması hissəsində yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, yeni qərarın qəbul olunması üçün Azərbaycan Respublikası MPM-nin 417.1.4-cü maddəsində nəzərdə tutulmuş əsaslar hazırki iş üzrə mövcud deyildir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 07.06.2021-ci il tarixli, 2(105)671/2021 nömrəli qətnaməsi ləğv edilsin və mülki iş iddia tələbinin 195.000 ABŞ dolları və 38.628 Avro məbləğində pulun cavabdehdən tutulması hiss əsində yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.