Məhkəmə qərarları › İş №2(102)-5753/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-5753/2021

30.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5753/2021 30.11.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı QSC-nin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı iş üzrə QƏRARİ (Açar sözlər: kredit borcunun qaytarılması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (sədrlik edən və məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, Şahvələdov Ümüd Nadir oğlunun katibliyi ilə, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 20 may 2021-ci il tarixli, 2(105)-1327/2021 saylı qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 30 noyabr 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə ic lasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Kreditor İddiaçı QSC ilə borcalan Cavabdeh2 arasında bağlanılmış 27.04.2009-cu il tarixli, 03L000002801 saylı kredit xətti müqaviləsinə əsasən 120 ay müddətinə 500000 ABŞ dolları məbləğində kredit xətti açılmış, həmin kredit xətti müqaviləsi əsasında borcalana bağlanılmış 31.10.2012-ci il tarixli, 03R000019647 saylı kredit razılaşması əsasında 36 ay müddətinə, aylıq faiz dərəcəsi 1.5 % olmaqla, ödəniş planı üzrə hissəhissə qaytarmaq şərti ilə 39000 ABŞ dolları, 26.04.2013-cü il tarixli 03R000021851 saylı kedit razılaşması əsasında 24 ay müddətinə, aylıq faiz dərəcəsi 1.5 % olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 84000 ABŞ dolları, 28.11.2014-ci il tarixli, 003R********** saylı kredit razılaşması əsasında 15 ay müddətinə, aylıq faiz dərəcəsi 1.5 % olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 77000 ABŞ dolları və 09.10.2015-ci il tarixli, 003R********** saylı kredit razılaşması əsasında 36 ay müddətinə, aylıq faiz dərəcəsi 1.5 % olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 31000 ABŞ dolları məbləğdə kreditlər verilmişdir. Kredit razılaşmaları üzrə yaranmış öhdəliklərin icrasının təmini üsulu kimi Cavabdeh1 ilə kreditor arasında zaminlik müqaviləsi bağlanılmışdır. Lakin borcalan müqavilənin şərtlərini pozaraq, borc öhdəliyini lazımınca icra etməmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

2. İddiaçı QSC cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 ilə İddiaçı QSC arasında bağla nmış 27.04.2009-cu il tarixli, 03L000002801 saylı kredit xətti müqaviləsinə, 31.10.2012-ci il tarixli, 03R000019647 saylı, 26.04.2013-cü il tarixli 03R000021851, 28.11.2014-ci il tarixli, 003R********** saylı və 09.10.2015-ci il tarixli, 003R********** saylı kredit razılaşmalarına xitam verilməsi, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada İddiaçı QSCnin xeyrinə 31.10.2012-ci il tarixli, 03R000019647 saylı kredit razılaşması üzrə 2752.85 ABŞ dolları məbləğində kredit borcu, 2909.38 ABŞ dolları məbləğində faiz borcu və 1420.33 ABŞ dolları məbləğində cərimə borcu olmaqla, cəmi 7082.56 ABŞ dolları məbləğində borcun, 26.04.2013-cü il tarixli 03R000021851 saylı kredit razılaşması üzrə 1566.32 ABŞ dolları məbləğində kredit borcu, 2932.45 ABŞ dolları məbləğində faiz borcu və 1413.07 ABŞ dolları məbləğində cərimə borcu olmaqla, cəmi 5911.84 ABŞ dolları məbləğində borcun, 28.11.2014-ci il tarixli, 003R********** saylı kredit razılaşması üzrə 41303.25 ABŞ dolları məbləğində kredit borcu, 29970.15 ABŞ dolları məbləğində faiz borcu və 22348.07 ABŞ dolları məbləğində cərimə borcu olmaqla, cəmi 93621.47 ABŞ dolları məbləğində borcun və 09.10.2015-ci il tarixli, 003R********** saylı kredit razılaşması üzrə 18752.35 ABŞ dolları məbləğində kredit borcu, 15693.65 ABŞ dolları məbləğində faiz borcu və 6784.09 ABŞ dolları məbləğində cərimə borcu olmaqla, cəmi 41230.09 ABŞ dolları məbləğində borcun, dörd kredit razılaşması üzrə ümumilikdə 147845,96 məbləğində borcun və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

3. İddia tələbi o nunla əsaslandırılmışdır ki, Cavabdeh2 kredit razılaşmalarının şərtlərini pozaraq dəfələrlə ödəmələri dəfələrlə yubatmış, kredit və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri banka qaytarmamışdır. Nəticədə borcalanın kreditora 31.10.2012-ci il tarixli, 03R000019647 saylı kredit razılaşması üzrə 19.04.2019-cu il tarixə, əsas borc üzrə 2752.85 ABŞ dolları məbləği, faiz borcu üzrə 481.74 ABŞ dolları məbləğində, 26.04.2013-cü il tarixli 03R000021851 saylı kredit razılaşması üzrə 19.04.2019-cu il tarixə, əsas borc üzrə 1564.32 ABŞ dolları məbləği, faiz borcu 309.47 ABŞ dolları məbləğində, 28.11.2014-ci il tarixli, 003R********** saylı kredit razılaşması üzrə 19.04.2019-cu il tarixə, əsas borc üzrə 41.303.25 ABŞ dolları məbləği, faiz borcu 6153.12 ABŞ dolları məbləğində, 09.10.201 5-ci il tarixli, 003R********** saylı kredit razılaşması üzrə 19.04.2019-cu il tarixə, əsas borc üzrə 18.733.35 ABŞ dolları məbləği, faiz borcu 2871.21 ABŞ dolları məbləğində borcu yaranmışdır. Eyni zamanda müvafiq olaraq kreditor tərəfindən borcalana kredit razılaşmaları üzrə 1420.33 ABŞ dolları, 1413.07 ABŞ dolları, 22348.07 ABŞ dolları və 6784.09 ABŞ dolları məbləğində cərimə borcları hesablanılmışdır.

4. Cavabdehlərin nümayəndəsi və vəkili Vəkil birinci instansiya məhkəməsində iddia tələbini qismən qəbul edərək, hər bir müqavilə üzrə cərimə məbləğlərinin azaldılmasını məhkəmədən xahiş etmişdir.

5. Birinci instansiya məhkəməsi tərəfindən borc məbləğinin müəyyən olunması üçün təkrar ekspertiza təyin olunmuş və təkrar məhkəmə-mühasibatlıq ekspertizasının 30 iyul 2020-ci il tarixli, 9/2306 saylı rəyi ilə müəyyən olunmuşdur ki, Cavabdeh2 "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə olan borcu 31.10.2012-ci il tarixli, 03R000019647 saylı kredit razılaşması üzrə 19.04.2019-cu il tarixə əsas borc üzrə 2752,85 ABŞ dolları, faiz borcu üzrə 481,74 ABŞ dolları, 26.04.2013-cü il tarixli, 03R000021851 saylı kredit razılaşması üzrə 19.04.2019-cu il tarixə əsas borc üzrə 1564,32 ABŞ dolları, faiz borcu üzrə 309,47 ABŞ dolları, 28.11.2014-ci il tarixli, 003R********** saylı kredit razılaşması üzrə 19.04.2019cu il tarixə əsas borc üzrə 41303,25 ABŞ dolları, faiz borcu üzrə 6153,12 ABŞ dolları və 09.10.2015-ci il tarixli, 003R********** saylı kredit razılaşması üzrə 19.04.2019-cu il tarixə əsas borc üzrə 18733,35 ABŞ dolları, faiz borcu üzrə 2871,21 ABŞ dolları məbləğində borci vardır.

6. Abşeron Ra yon Məhkəməsinin 05 oktyabr 2020-ci il tarixli, 2(012)-232/2020 saylı qətnaməsi ilə (hakim H.Əhmədov) iddia tələbi qismən təmin edilmiş, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 31.10.2012-ci il tarixli, 03R000019647 saylı kredit razılaşması üzrə 2752,85 ABŞ dolları məbləğində kredit borcu, 481,74 ABŞ dolları məbləğində faiz borcu və 50 ABŞ dolları məbləğində cərimə borcu olmaqla, cəmi 3284,59 ABŞ dolları məbləğində borcun, 26.04.2013-cü il tarixli 03R000021851 saylı kredit razılaşması üzrə 1564,32 ABŞ dolları məbləğində kredit borcu, 309,47 ABŞ dolları məbləğində faiz borcu və 50 ABŞ dolları məbləğində cərimə borcu olmaqla, cəmi 1923,79 ABŞ dolları məbləğində borcun, 28.11.2014-ci il tarixli, 003R********** saylı kredit razılaşması üzrə 41303,25 ABŞ dolları məbləğində kredit bo rcu, 6153,12 ABŞ dolları məbləğində faiz borcu və 100 ABŞ dolları məbləğində cərimə borcu olmaqla, cəmi 47556,37 ABŞ dolları məbləğində borcun, 09.10.2015-ci il tarixli, 003R********** saylı kredit razılaşması üzrə 18733,35 ABŞ dolları məbləğində kredit borcu, 2871,21 ABŞ dolları məbləğində faiz borcu və 100 ABŞ dolları məbləğində cərimə borcu olmaqla, cəmi 21704,56 ABŞ dolları məbləğində borcun, ümumilikdə dörd kredit razılaşması üzrə cəmi 74469,31 ABŞ dolları məbləğində borcun (ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi rəsmi valyuta məzənnəsinə uyğun olaraq Azərbaycan manatı ilə) pul vəsaitinin və 30 manat ödənilmiş dövlət rüsumunun əvəzinin İddiaçı QSCyə ödənilməsi qət edilmişdir.

7. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, Cavabdeh2 kreditor İ ddiaçı QSC-dən aldığı krediti faizlərlə birlikdə vaxtında qaytarmamış, zamin Cavabdeh1 isə borclunun əvəzinə hər hansı ödəniş etməmiş və bununla da cavabdehlər kredit və zaminlik müqavilələrindən irəli gələn öhdəlikləri yerinə yetirməmişlər. Ona görə də, İddiaçı QSC ilə Cavabdeh2 arasında bağlanmış kredit razılaşmaları üzrə yaranmış borc məbləği cavabdehlərdən müştərək qaydada tutulmalıdır.

8. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 425, 442, 445, 462, 467, 470.2, 472 və 739-cu maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

9. Cavabdeh1 apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın rədd olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh apellya siya şikayətini onunla əsaslandırmışdır ki, o və qardaşı götürdükləri kredit məbləğini artıqlaması ilə ödəmiş, bankın ən yaxşı müştəriləri olmuşlar. Onlar devalvasiya ilə əlaqədar olaraq ziyana uğramış, lakin bankın da borcunu qaytarmışlar. Buna baxmayaraq məhkəmə yenə də onların üzərinə öhdəlik qoymuşdur. Müqavilələr üzrə əsas borc iddia ərizəsində göstərilən məbləğlərdə deyildir. Məhkəmə ekspertiza keçirərkən əsas borcu ümumiyyətlə müzakirə etməmiş, ancaq faiz məsələlərini həll etmişdir. Ona görə də işə apellyasiya qaydasında baxılarkən iş üzrə yeni ekspertiza təyin olunmaqla əsas borc da müəyyən edilməlidir.

10. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 20 may 2021-ci il tarixli, 2(105)-1327/2021 saylı qətnaməsi ilə (hakimlər T.Q.Məmmədov (sədrlik edən və məruzəçi), Ş.R.Abbaso v və S.A.Qafari) apellyasiya şikayəti təmin edilməmiş, Abşeron Rayon Məhkəməsinin 05 oktyabr 2020-ci il tarixli, 2(012)-232/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

11. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, cavabdehlərin kredit və zaminlik müqavilələri üzrə üzərinə götürdükləri öhdəlikləri yerinə yetirməmələri, hazırki öhdəlik hüquq münasibətlərinin məhz cavabdehlərin təqsiri üzündən pozulması işin mübahisəsiz halları olmaqla, həmin faktlar işdə iştirak edən şəxsin izahatı və mülki işin materialları ilə də inkar edilmədiyindən və cavabdeh pul vəsaitini qanunsuz saxlamaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə ondan faydalandığından, cavabdehlərdən kredit razılaşmaları üzrə borcun tutulması tələbi əsaslı olmuşdur. Kassasiya şikayətinin və ona etirazın də lilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri

12. Cavabdeh1 kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və işin yenidən apellyasiya baxışına qaytarılması barədə qərar çıxarılmasını xahiş etmişdir.

13. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə qanunsuz və əsassızdır. Belə ki, o və qardaşı götürdükləri kreditləri vaxtında ödəmişlər, lakin devalvasiya baş verdiyi üçün maddi ziyana uğramışlar. Bununla yanaşı bankın borcunu da qaytarmışlar. Bundan əlavə əsas borc məbləği iddia ərizəsində göstərildiyi kimi deyil. Ekspertlər tərəfindən yalnız faiz borcuna münasibət bildirilmişdir. Ödədiyi pul məbləğləri əsas borca təsir etməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

14. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları

15. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq iş üzrə tərəflər heç bir səbəb göstərmədən məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası MPM-in 415.3-cü maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq

16. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə

385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə

386. Öhdəliklərin əmələ gəlməsi əs asları 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə

389. Müqavilə anlayışı 389.1. Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Maddə

399. Müqavilənin qüvvəsi 399.4. Müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəfləri müqavilənin həmin müddət qurtarana qədər yol verilmiş pozulmasına görə məsuliyyətdən azad etmir. Maddə

425. Öhdəliklərin icrası zamanı vicdanlılıq 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilm iş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Madd

433. Tələbin ixtiyarlı şəxsə icra edilməsi 433.3. Öhdəliyin icrası zamanı borclu icranı kreditorun özünün və ya ixtiyarlı şəxsin qəbul etməsinə dair sübutların təqdim olunmasını tələb edə bilər və bu cür tələb irəli sürülməməsi nəticələrinin riskini daşıyır. Maddə

448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Maddə

470. Zaminlik müqaviləsi 470.1. Zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Maddə

472. Zaminin məsuliyyəti 472.1. Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Maddə

739. Borc müqaviləsi 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.

741. Əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir.

17. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə

77. Sübut etmə vəzifəsi 77.1.Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə

417. Kassasiya instansiyası məhkəməsinin səlahiyyətləri 417.1. Kassasiya məhkəməsi işə baxarkən: 417.1.3. apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apelyasiya instansiyası məhkəməsinə göndərə bilər; Maddə

418. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin və ya q ərardadının ləğv edilməsinin əsasları 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apelyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Kassasiya baxışının hədləri

18. MPM-in 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. MPM-ə əsasən kassasiya instansiya sı məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416).

19. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3).

20. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılm ış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

21. Hazırkı kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsi aktının tam ləğvi xahiş edildiyindən, məhkəmə aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

22. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

23. Kas sasiya kollegiyası kassatorun kassasiya şikayətində qeyd etdiyi dəlillərə münasibətdə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 742.1-ci maddəsinə görə borc alan borcun qaytarılması üçün qoyulmuş müddətdə borcu qaytarmalıdır. İş materiallarından görünür ki, borcalan aldığı krediti müqavilələrdə müəyyən olunmuş müddətlərdə və məbləğdə tam ödəməmiş və bununla da iddiaçının hüquqları pozulmuşdur.

24. Nəzərə almaq lazımdır ki, mülki qanunvericilik müqavilə şərtlərinin məcburiliyini və icra edilməli olduğunu təsbit edir. Bu prinsipə görə, bağlanmış müqavilələr onlarda göstərilən və tərəflərin razılığa gəldikləri şərtlər əsasında da icra edilir. Həmin prinsip müəyyən edir ki, müqavilə qüvvəyə mindiyi andan tərəflər üçün məcburi xarakterə malik olur və onun şərtləri, bir qayda olar aq, dəyişdirilmir. Bu, mülki dövriyyənin sabitliyini, möhkəmliyini və dayanıqlığını təmin edir. Eyni zamanda, mülki qanunvericilik müqavilənin qüvvədə olduğu müddət ərzində dəyişdirilməsinin və ləğv edilməsinin mümkünlüyünü nəzərdə tutur.

25. Hazırda borcalanın kredit müqaviləsi üzrə öhdəliklərini icra etməməsi nəticəsində kreditora 31.10.2012-ci il tarixli, 03R000019647 saylı kredit razılaşması üzrə 19.04.2019cu il tarixə, əsas borc üzrə 2752.85 ABŞ dolları məbləği, faiz borcu üzrə 481.74 ABŞ dolları məbləğində, 26.04.2013-cü il tarixli 03R000021851 saylı kredit razılaşması üzrə 19.04.2019-cu il tarixə, əsas borc üzrə 1564.32 ABŞ dolları məbləği, faiz borcu 309.47 ABŞ dolları məbləğində, 28.11.2014-ci il tarixli, 003R********** saylı kredit razılaşması üzrə 19.04.2019-cu il tarixə, əsas b orc üzrə 41.303.25 ABŞ dolları məbləği, faiz borcu 6153.12 ABŞ dolları məbləğində, 09.10.2015-ci il tarixli, 003R********** saylı kredit razılaşması üzrə 19.04.2019-cu il tarixə, əsas borc üzrə 18 733.35 ABŞ dolları məbləği, faiz borcu 2871.21 ABŞ dolları məbləğində borcu yaranmışdır.

26. Borcalan həm apellyasiya şikayətində, həm də kassasiya şikayətində müəyyən olunmuş borcun düzgün hesablanmaması, ödənişlər etməsini göstərsə də, ekspert rəyində əksini tapmış ödənişlərdən əlavə ödəmələr barədə məhkəmələrə sübutlar təqdim etməmişdir. Həmçinin ekspert rəyi ilə razılaşmadığını bildirsə də, hesablamada məhz hansı səhvə və ya yanlışlığa yol verildiyini əsaslandırmamış, formal dəlil irəli sürmüşdür. Nə qədər ki, borcalan etdiyi ödənişləri təsdiq edəcək sübutları (ödəniş qəbzləri, kassa mədaxi l orderləri və s.) məhkəmələrə təqdim edə bilmir, kreditor tərəfindən ödənişlərin nəzərə alınmaması və ya düzgün silinmələr aparılmaması barədə cavabdehin dəlilləri subyektiv mülahizələrə söykənir. Eyni zamanda borcalandan tutulmalı olan məbləğ ekspert rəyinə müvafiq olaraq tutulmuşdur.

27. Hüquqi həqiqət prinsipi mülki prosesdə tərəflər və məhkəmə arasında müəyyən iş bölgüsünə gətirib çıxarır: tərəflər işin faktiki hallarını təqdim edir, məhkəmə isə sübutları qiymətləndirir və sonda hüququ tətbiq edir. Mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. İstisnanı yalnız Mülki Prosessual Məcəllənin 82 və 106.3-cü maddələrində göstərilən hallar təşkil edir.(“Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18.03.2019-cu il tarixli Qərarı)

28. Kassasiya şikayətində göstərilən devalvasiyanın olması ilə bağlı maddi ziyana uğraması dəlili ilə bağlı məhkəmə kollegiyası göstərir ki, bu dəlil qətnamənin lğv olunması üçün əsas təşkil etmir. Çünki Mül ki Məcəllənin 448.1-ci maddəsinə görə əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Cavabdehin apellyasiya şikayətində göstərdiyi hallar isə borclunun risk dairəsinə aid səbəblərdir.

29. Eyni zamanda kollegiya həmin məsələyə aydınlıq gətirilməsi üçün “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.1, 439.2 və 439.7-ci maddələrinin Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılması və həmin maddələrin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 14 may 2015-ci il tarixli Qərarındakı hüquqi mövqeyini göstərməyi zəruri hesab edir.

30. Həmin qərarda Konstitusiya Məhkəməsi göstərmişdir ki, Mülki Məcəllənin 439.7ci maddəsi o halları tənzimləyir ki, manatda olan hər hansı müqavilə üzrə pul öhdəliyinin icrası anına məzənnə dəyişikliyi baş verir və bunun nəticəsində manatın dəyəri xarici valyutaya nisbətdə artır və ya azalır. Tərəflər arasında müqavilədə ayrı qayda nəzərdə tutulmadıqda, borclu yalnız öhdəliyin əmələ gəldiyi vaxta müəyyənləşdirilmiş müqavilə qiymətini ödəyir. Yəni məzənnə dəyişikliyi nəticəsində manatın dəyəri azalarsa, kreditor borcludan müqavilə üzrə artıq məbləğin ödənilməsini tələb edə bilməz və ya əksinə, dəyəri artarsa, borclu manatda daha az məbləğin ödənilməsini iddia edə bilməz.

31. Hazırki halda isə kredit müqaviləsindən görünür ki, müqavilə öhdəliyi ABŞ dolları ilə müəyyən edilmişdir. Göründüyü kimi borcludan alınmalı olan tələb xarici valyuta ilə göstərilmişdir. Borc müq aviləsinin xarici valyuta ilə bağlanması, habelə cavabdehin ödəmə üzrə öhdəlik daşıması müqavilədə açıq-aydın ifadə olunmuş, cavabdeh də bu müqaviləyə imza etməklə həmin şərtləri qəbul etmişdir. Buna görə də cavabdeh borcun məhz xarici valyutada məbləğinə uyğun ödənilməsi üçün öhdəlik daşıyır.

32. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır.

33. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Qərara aldı: Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 20 may 2021-ci il tarixli, 2(105)-1327/2021 saylı qətnaməsi dəyiş dirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar