Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5754/2022 29.11.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı ilk, Cavabdeh İddiaçı qarşı (Binəqədi rayonu Binəqədi Bələdiyyəsi müstəqil tələb irəli sürməyən 3-cü şəxs qismində cəlb olunmaqla) qarşılıqlı iddia tələblərinə dair iş üzrə QƏRARİ (Açar sözlər: mülkiyyət hüququnun həyata keçirilməsinə yaradılan maneələrin aradan qaldırılması, subyektiv hüquq) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Həsənov Vüqar Təvəkgül oğlu (məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı mülkiyyət hüququnun həyata keçirilməsinə yaradılan maneələrin aradan qaldırılma sı və sair tələbinə dair ilk, Cavabdeh İddiaçı qarşı qanunsuz müdaxilənin aradan qaldırılması tələbinə dair qarşılıqlı iddia tələblərinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-4346/2022 nömrəli, 13 iyul 2022-ci il tarixli qətnaməsindən iddiaçının hüquqi varisi tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. ünvan 1 ünvanında yerləşən sahəsi 987,94 kv.m. olan qeyri-yaşayış sahəsinə dair İddiaçı mülkiyyət hüquqları və 0,04021 ha torpaq sahəsinə dair istifadə hüquqları daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2013-cü il tarixdə qeydə alınmışdır.
2. Bakı şəhəri, Binəqədi rayonu, 6-cı mkr, S.Məmmədova küçəsində yerləşən sahəsi 67,7 kv.m. olan qeyri-yaşayış binasına d air Cavabdeh mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2001-ci il tarixli qeydə alınmışdır.
3. İcarəçi Cavabdeh ilə icarəyəverən Binəqədi rayonu Binəqədi Bələdiyyəsi arasında bağlanmış xx.xx.2006-cı il tarixli torpaq sahəsinin icarəyə verilməsinə dair müqaviləyə əsasən, icarəyəverən Bakı şəhəri Binəqədi rayonu 6-cı mkr, Ş.Məmmədov küçəsi Anar şadlıq sarayının yanında olan, 35 kv.m torpaq sahəsini illik icarə haqqı 25 manat olmaqla sahibkarlıq məqsədi ilə 99 il müddətinə icarəçinin istifadəsinə verilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsindəki icraat
4. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mülkiyyətində olan ünvan 2 ünvanında ümumi sahəsi 987,94 kv.m., 2 mərtəbəli qeyri-yaşayış binasına mülkiyyət hüququ nun həyata keçirilməsinə maneələrin aradan qaldırılması, obyektə bitişik qanunsuz tikililərin sökülməsi, divarlarda olan kommunikasiya xətlərinin kənarlaşdırılması, obyektin ehtiyat giriş-çıxış qapılarına olan yanğın təhlükəsizliyi üçün maneələrin aradan qaldırılması, ümumi istifadədə olan ərazinin boşaldılmasının cavabdehə həvalə edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
5. İddiaçı tələbini belə əsaslandırmışdır ki, onun obyekti iaşə obyekti kimi fəaliyyət göstərir. Obyektin yanında “Pencə Kəş kafe” və “Təndir Evi” adlı digər obyektin sahibi olan cavabdeh onun obyektinin ikinci ehtiyat çıxış qapısını zəbt etmiş, işçilərin giriş-çıxışına maneələr yaratmış, əlavə qanunsuz tikinti apararaq kommunikasiya xətlərini ona məxsus obyektə birləşdirmiş, yanğın təhlükəsizlik qaydaların ı kobud şəkildə pozmuşdur. Dəfələrlə həmin obyektin sahibi olan cavabdehə və icarədarı X5 maneələrin aradan qaldırılması barədə xahiş edilsə də, heç bir nəticəsi olmamışdır. Bundan sonra o şikayət ərizəsi ilə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinə müraciət etmiş, aparılan araşdırma nəticəsində “Pencə Kəş kafe və Təndir Evi”nin icarədarı X1 Təhlükəsizliyi haqqında Qanunun təxliyyə yollarının normalara uyğunluğu və saxlanılma vəziyyətinə dair 01-2001 bənd 5.1- 5.6 bəndlərinin icrasının pozulması faktına görə inzibati məsuliyyətə cəlb edilmiş və barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir.
6. Cavabdeh İddiaçı qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Binəqədi rayonu 6-cı mkr, S.Məmmədova küçəsində yerləşən obyekti ilə iddiaçının ob yekti arasında olan iddiaçıya məxsus qapının sökülməsi öhdəliyinin iddiaçının üzərinə qoyulması, iddiaçı tərəfindən onun mülkiyyətinə qanunsuz müdaxilələrin qadağan edilməsi, ona dəymiş maddi və mənəvi ziyanın əvəzi olaraq 50000 manat məbləğində pulun ödənilməsinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
7. Qarşılıqlı iddiaçı tələbini belə əsaslandırmışdır ki, Bakı şəhəri Binəqədi rayonu 6 mkr, S.Məmmədova küçəsində yerləşən obyekt 1995-ci ildən onun istifadəsindədir. O, xx.xx.2001-ci il tarixdə verilmiş qeydiyyat vəsiqəsinə əsasən qeyri-yaşayış sahəsinə mülkiyyət hüququ əldə etmişdir. İddiaçı qonşuluqla bağlı tikinti norma və qaydalarına riayət etmədən, qanunvericilikdə nəzərdə tutulmuş qaydada ara məsafələrini nəzərə almadan tikililər inşa etdirmişdir. İddiaçı öz ünə məxsus qeyri-yaşayış sahəsinə hasar çəkdirən zaman qapının ona məxsus obyekt tərəfdən qoyulmasını xahiş etmiş və o, narazı olsa da, iddiaçı qonşuluq münasibətlərini irəli sürərək, heç bir problemin olmayacağını bildirmişdir. Aradan bir müddət keçəndən sonra iddiaçı tərəfindən onun mülkiyyətində olan əraziyə qanunsuz müdaxilələr olunmağa başlanmışdır. İddiaçı dəfələrlə haqsız olaraq heç bir aidiyyəti olmayan dövlət orqanlarına onun barəsində əsassız şikayətlər vermişdir. Hesab edir ki, obyektlər arasında heç bir maneə yoxdur, ona məxsus olan əraziyə giriş-çıxış onun tərəfindən məhdudlaşdırılmamışdır. O, ürək xəstəsi və İİ qrup əlildir, iddiaçının haqsız şikayətləri nəticəsində ona maddi və mənəvi ziyan dəymişdir.
8. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-2053/2020 nömrəli iş üzr ə 05 mart 2020-ci il tarixli qərardadı ilə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2020ci il tarixli, 10/996 saylı rəyindən müəyyən olunmuşdur ki, mübahisəli ünvanında yerləşən cavabdeh tərəfindən inşa olunmuş qeyri-yaşayış sahəsi iddiaçının mülkiyyətində olan tikilidən kənarda yerləşdiyindən, həmin tikililər iddiaçının istifadəsində olan tikililərə mane olmur. Lakin, ümumi istifadədə olan sahə tərəflərin texniki pasportunda göstərilən sahədən kənarda yerləşdiyi, həmin tikililər arasında olan məsafə cavabdehin istifadəsində olduğundan və taxta qapı ilə bağlandığından iddiaçının mülkiyyətində olan tikilinin həmin sahədən xidmət olunmasına maneə olur. Mübahisəli ünvanda yerləşən cavabdehin mülkiyyətin də olan qeyri-yaşayış sahəsindən iddiaçının mülkiyyətində olan tikiliyə tərəf açılan ehtiyat giriş-çıxış qapısının texniki pasportda nəzərdə tutulduğunu və ümumi istifadədə olan sahəyə açıldığını nəzərə alaraq, həmin qapı iddiaçının mülkiyyətindən istifadəsinə faktiki olaraq maneələr yaratmır. Cavabdehin sökülməsini tələb etdiyi qapı mübahisəli ünvanda yerləşən iddiaçının mülkiyyətində olan qeyri-yaşayış sahəsinin texniki pasportunda göstərilən tikilinin sərhədindən kənarda yerləşir və digər vətəndaşın mülkiyyətindədir.
9. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-245/2021 nömrəli iş üzrə 02 aprel 2021-ci il tarixli qərardadı ilə əlavə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2021ci il tarixli, 10/3667 saylı rəyi ilə müəyyən olunmuşdur ki, cavabdeh tərəfindən mübahisəli ünvanda yerləşən iddiaçıya məxsus qeyri-yaşayış sahəsinə bitişik inşa edilmiş hər hansı tikili və kommunikasiya xətlərinin mövcud deyildir. Tərəflərə məxsus qeyri-yaşayış sahələrinin arasında olan 2,75 metr enində olan sahənin girişində cavabdeh tərəfindən taxta qapı quraşdırıldığından və həmin sahə cavabdeh tərəfindən istifadə olunduğundan, həmin hissədə iddiaçıya məxsus qeyri-yaşayış binasına xidmət olunmasına maneə yaradır. İş materiallarında olan sxemdə miqyas və koordinat olmadığından cavabdeh tərəfindən quraşdırılmış mübahisəli taxta qapının xx.xx.2006-cı il tarixli torpaq icarə müqaviləsinə əsasən onun istifadəsinə verilən sahədə yerləşib-yerləşməməsini müəyyənləşdirmək mümkün olmamışdır. Qeyd olunmuşdur ki, həmin qapının yerləşdiyi torpaq sahəsinin mülkiyyət növü, yüklülüyü və sair məlumatlar Əmlak Məsələləri Dövlət Xidmətinə sorğu verilməklə müəyyən oluna bilər. Tərəflərə məxsus qeyri-yaşayış sahələrinin arasında yerləşən iddiaçı tərəfindən bağlanması iddia edilən qapının iddiaçının mülkiyyətində olan qeyri-yaşayış sahəsinin Texniki Pasport sənədində nəzərdə tutulmadığı müəyyən olunur. İddiaçıya məxsus qeyri-yaşayış sahəsi ilə cavabdehə məxsus qeyriyaşayış sahəsinin ayrı-ayrı sahələr olmasını, aralarında 2,75 metr məsafə olmasını nəzərə alaraq iddiaçı tərəfindən cavabdehin mülkiyyətində olan qeyri-yaşayış sahəsinə ziyan vurulmadığı müəyyən edilmişdir. İddiaçıya məxsus qeyri-yaşayış binasının faktiki ölçüləri, texniki parametrlərinin iş materiallarında olan çıxarış və texniki pasportunda gö stərilənlərə uyğun olduğu müəyyən olunmuşdur. İddiaçıya məxsus qeyri-yaşayış binasına bitişik tikili mövcuddur. Baxış zamanı iddiaçı həmin tikilinin ona məxsus olmadığını bildirmişdir. Qeyd olunmuşdur ki, həmin qapının yerləşdiyi torpaq sahəsinin mülkiyyət növü, yüklülüyü və sair məlumatlar Əmlak Məsələləri Dövlət Xidmətinə sorğu verilməklə müəyyən oluna bilər.
10. İddiaçı xx.xx.2020-ci il tarixdə vəfat etdiyindən, onun vərəsəsi olan əri X3 iş üzrə iddiaçının hüquqi varisi qismində onu əvəz etmişdir.
11. Məhkəmə iclasında iddiaçının hüquqi varisi X3 iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və əlavə olaraq göstərmişdir ki, cavabdeh ümumi istifadədə olan torpaq sahəsində taxta qapı quraşdırmaqla ona mülkiyyətində olan qeyri-yaşayış sahəsinə, yəni həmin ərazidə yerləşən pəncərələrə, q uraşdırılan kondisionerə, qeyri-yaşayış sahəsinin divarına xidmət etməyə maneələr yaradır. Bundan başqa, cavabdeh həmin ərazidə özbaşına tikililər inşa edərək müxtəlif insanların həmin əraziyə gəlib-getmələrinə, qanunsuz hərəkətlərlə məşğul olmalarına şərait yaradır. Qarşılıqlı iddia ərizəsində qeyd edilən qapının ona heç bir aidiyyəti yoxdur və həmin qapı onun tərəfindən bağlanmamışdır. Bu səbəbdən, qarşılıqlı iddia tamamilə əsassızdır.
12. Məhkəmə iclasında cavabdeh qarşılıqlı iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və əlavə olaraq göstərmişdir ki, onun Binəqədi rayonu Binəqədi Bələdiyyəsinin xx.xx.2006-cı il tarixli torpaq sahəsinin icarəyə verilməsinə dair icarə müqaviləsinə əsasən istifadəsində olan torpaq sahəsində inşa etdiyi tikililər iddiaçıya heç bir maneələr yaratmır, həm in tikililər iddiaçının qeyri-yaşayış sahəsindən kənarda yerləşir. Torpaq sahəsində quraşdırdığı taxta qapı isə həmin sahəyə kənar şəxslərin daxil olmasının qarşısını almaq məqsədi daşıyır. İddiaçı istədiyi vaxt ona müraciət edib öz obyektinə xidmət etmək üçün həmin sahədən istifadə edə bilər. Bununla bağlı iddiaçı tərəfə o, dəfələrlə barışıq sazişi bağlamağı da təklif etmişdir.
13. Məhkəmə iclasında 3-cü şəxs Binəqədi Bələdiyyəsinin nümayəndəsi X11 izahatında göstərmişdir ki, Bakı şəhəri İcra Hakimiyyətinin Başçısının xx.xx.2000-ci il tarixli 809 saylı sərəncamına əsasən Binəqədi rayonu üzrə 295,73 hektar torpaq sahəsi Binəqədi Bələdiyyəsinə ayrılmışdır. Lakin DƏDRX tərəfindən Binəqədi Bələdiyyəsinə ayrılan 295,73 hektar torpaq sahəsinə dair hüquqlar DƏDR-də qeydə alınmamış, bu barədə Bin əqədi Bələdiyyəsinə xəritə verilməmişdir. İcarəçi Cavabdeh ilə icarəyəverən Binəqədi rayonu Binəqədi Bələdiyyəsi arasında bağlanmış xx.xx.2006-cı il tarixli torpaq sahəsinin icarəyə verilməsinə dair müqaviləyə əsasən, icarəyəverən Bakı şəhəri Binəqədi rayonu 6-cı mkr, Ş.Məmmədov küçəsi Anar şadlıq sarayının yanında olan, 35 m2 torpaq sahəsini hər m2 2 manat olmaqla 99 il müddətinə icarəçinin istifadəsinə sahibkarlıq fəaliyyəti göstərmək üçün vermişdir. Cavabdeh tərəfindən icarə haqqı ödənilir. İcarə müqavilələri 10 ildən sonra saxlanması üçün arxivə təhvil verildiyi üçün həmin müqavilənin əsli Binəqədi rayonu Binəqədi Bələdiyyəsində saxlanmamışdır. Torpaq sahəsi cavabdehin istifadəsinə verildiyindən iddiaçının ona qarşı taxta qapının açılması və sair tələblər irəli sürməyə subyektiv hüququ yoxdur.
14. Cavabdeh tərəfindən təqdim olunmuş X13 və Ekspertiza Mərkəzi MMC-nin xx.xx.2022-ci il tarixli, 73 saylı mütəxəssis rəyinə əsasən, Cavabdeh tərəfindən ünvan 3 ünvanında yerləşən mülkiyyətçi İddiaçı istifadəsinə manelər yarada bilən, həmin qeyriyaşayış binasına bitişik tikililər inşa edilməmiş və kommunikasiya xətləri çəkilməmişdir. Cavabdeh tərəfindən bağlanan qapı ünvan 4 ünvanında yerləşən qeyri-yaşayış sahəsindən mülkiyyətçi İddiaçı istifadəsinə faktiki olaraq maneə yaratmır. İddiaçı Cavabdeh tərəfindən bağlanması iddia edilən qapı xx.xx.2006-cı il tarixli 639a saylı torpaq icarə müqaviləsinə əsasən istifadəsinə verilən torpaq sahəsində yerləşir. İddiaçı və Cavabdeh məxsus qeyri-yaşayış sahələrinin arasında yerləşən İddiaçı tərəfindən bağlanması iddia edilən İddiaçı mülkiyyə tində olan qeyri-yaşayış sahəsinin texniki sənədlərində nəzərdə tutulmamışdır. ünvan 4 ünvanında yerləşən İddiaçı məxsus qeyriyaşayış sahəsinin çıxarış və texniki pasportunda göstərilən tikililərdən əlavə özbaşına tikili inşa edilmişdir. İddiaçı tərəfindən inşa edilən özbaşına tikililər ünvan 5 ünvanında yerləşən Cavabdeh məxsus qeyri-yaşayış sahəsinə giriş-çıxışına, fəaliyyətinə maneə yaradır.
15. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli yerli baxış protokoluna əsasən, tərəflərin mülkiyyətlərində olan qeyri-yaşayış sahələrinin arasında olan torpaq sahəsində yalnız cavabdeh tərəfindən açılıb-bağlanması mümkün olan taxta qapı quraşdırılmışdır. Torpaq sahəsinin əks istiqamətində yerləşən cavabdehin sökülməsini tələb etdiyi qapı bağlı olduğundan həmin istiqamətdən də Bakı şəhəri Binəqədi rayonu 6-cı mkr, İ.Cümşüdov küçəsi 1C-də yerləşən qeyri-yaşayış binasına xidmət göstərilməsi üçün keçid mümkün deyildir. Cavabdeh tərəfindən inşa edilən özbaşına tikililər kənarda yerləşməklə, ünvan 4 ünvanında ümumi sahəsi 987,94 kv.m olan 2 mərtəbəli qeyri-yaşayış binasına bitişik olmadığından həmin qeyri-yaşayış sahəsindən istifadəyə manelər yaratmır. ünvan 4 ünvanında ümumi sahəsi 987,94 kv.m olan 2 mərtəbəli qeyri-yaşayış binasının divarına cavabdeh tərəfindən kommunikasiya xətləri çəkilməmiş, həmin sahəyə kənar əşyalar yığılmamışdır. Cavabdehin mülkiyyətində olan qeyri-yaşayış sahəsinə ziyan vurulmamışdır.
16. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-53/2022 nömrəli iş üzrə 22 aprel 2022-ci il tarixli qətnaməsi ilə (hakim S.Səlimova) ilkin iddia ərizəsi qi smən təmin edilmiş, Cavabdeh ünvan 6 ünvanında yerləşən qeyri-yaşayış binasına xidmət göstərilməsinə yaratdığı maneələri aradan qaldıraraq inşa etdiyi taxta qapını açması vəzifəsi həvalə edilməsi, ilkin iddia ərizəsinin qalan hissədə təmin edilməməsi, Cavabdeh İddiaçı hüquqi varisi X2 qarşı qarşılıqlı iddia ərizəsinin təmin edilməməsi qət edilmişdir.
17. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verib belə nəticəyə gəlmişdir ki, cavabdeh mülkiyyətində olan qeyri-yaşayış sahəsi ilə qonşuluqda olan ünvan 6 ünvanında yerləşən qeyri-yaşayış sahəsi arasında olan torpaq sahəsinə girişdə hər hansı bir hüquqi əsası olmadan taxta qapı qoyub bağlamaqla ünvan 7 ünvanında yerləşən qeyri-yaşayış binasına ilkin iddiaçı tərəfindən xidmət göstərilməsinə manelər yaratması öz təsdiqini tapdığınd an ilkin iddia ərizəsi bu hissədə əsaslıdır.
18. Məhkəmə eyni zamanda hesab etmişdir ki, cavabdeh tərəfindən inşa edilmiş özbaşına tikililər iddiaçının maraqlarına toxunmadığından, qeyri-yaşayış sahəsinin divarına cavabdeh tərəfindən kommunikasiya xətləri çəkilmədiyindən, torpaq sahəsinə iddiaçıya maneələr yaratması mümkün olan kənar əşyalar yığılmadığından ilk iddia ərizəsi qalan hissədə təmin edilə bilməz.
19. Məhkəmə cavabdeh tərəfindən məhkəməyə təqdim olunan mütəxəssis rəyinə münasibətdə qeyd etmişdir ki, mütəxəssis rəyi iş üzrə məhkəməyə təqdim olunan ekspert rəyləri ilə ziddiyyət təşkil etdiyindən, məhkəmə tərəfindən keçirilən yerli baxış zamanı, yalnız cavabdeh tərəfindən açılıb-bağlanması mümkün olan taxta qapının iddiaçının mülkiyyətində olan ünvan 6 ünvanında yerləşən qeyri-yaşa yış binasına xidmət göstərilməsinə maneələr yaratması öz təsdiqini tapdığından məhkəmə həmin rəyi mötəbər sübut növü olaraq qəbul etmir.
20. Məhkəmə qarşılıqlı iddia tələbləri ilə bağlı sübutları tədqiq edib qeyd etmişdir ki, cavabdeh istinad etdiyi hallara dair hər hansı bir sübutunu məhkəməyə təqdim edə bilmədiyindən, məhkəmə araşdırması zamanı onun açılmasını tələb etdiyi qapının ilkin iddiaçıya aidiyyəti olmadığı, iddiaçı tərəfindən onun obyektinə müdaxilələrin olmadığı, ona maddi və mənəvi ziyan vurulmadığı öz təsdiqini tapdığından qarşılıqlı iddia tələbləri əsassızdır.
21. Məhkəmə iş üzrə gəldiyi nəticəni Mülki Məcəllənin 170.1, 170.2, 180.1, 180.2, 180.4-cü və Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraa t
22. İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddiaçı apellyasiya şikayəti verərək qətnamənin «Cavabdeh məxsus ünvan 8 ünvanında yerləşən qeyri-yaşayış binasına xidmət göstərilməsinə yaratdığı maneələrin aradan qaldıraraq inşa edilmiş taxta qapını açması vəzifəsinin həvalə edilməsi» hissəsində ləğv edilməsi, qarşılıqlı iddianın isə təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
23. Apellyasiya şikayəti qarşılıqlı iddia tələbinə uyğun əsaslandırılmış və əlavə olaraq qeyd edilmişdir ki, məhkəmənin tətbiq etdiyi maddi hüquq normalarının tərəflər arasındakı mübahisəyə heç bir adiyyatı yoxdur. Yəni tətbiq edilən maddi hüquq norması torpaq sahələri qonşu olan mülkiyyətçilərinin bir-birilərinə hörmət etməsindən və qanunsuz təsirlərdən çəkinməyi nəzərdə tutur. Tərəflər arasındakı müb ahisə isə cavabdehin onun obyektinə bilavasitə manəcilik yaratdığı iddia olunur. Yəni, 2-ci ehtiyat çıxış qapısının zəbt etməsi, işçilərin giriş-çıxışına maneələr yaratması, komunikasiya xəttlərinin ona məxsus obyektə birləşdirilməsi. Göründüyü kimi iddia olunan tələblərlə məhkəmənin tətbiq etdiyi maddi hüquq norması arasında hər hansı bir əlaqə yoxdur. Məhkəmə qətnamənin təsviri və əsaslandırıcı hissəsində tərəflərə məxsus qeyri-yaşayış sahələri arasında eni 2,75 kv/m olan sahəsi 35 kv/m olan torpaq sahəsinin xx.xx.2006-cı il tarixli 639 saylı icarə müqaviləsinə əsasən 99 il müddətinə Binəqədi Bələdiyyəsi tərəfindən Cavabdeh icarəyə verildiyi göstərilir. İcarəyə götürən Cavabdeh isə icarə müqaviləsi üzrə nəzərdə tutulmuş qaydada həmin ərazidə sahibkarlıq fəaliyyəti ilə məşğul olur. Həmin torpaq sahəsini isə taxta materiallarından hasara almış və taxta qapı qoymuşdur. Torpaq sahəsinin isə hasara alınması qanunla qadağan olunmayıb. İş üzrə cavabdehin icarə müqaviləsi qüvvədə olduğu və mübahisələndirilmədiyi bir halda məhkəmənin icarəyə götürülmüş sahəni kənar müdaxilələrdən mühafizə etmək və sahibkar kimi kafenin fəaliyyətini təmin etmək məqsədilə qoyulmuş taxta qapının sökülməsi qərarına gəlməsi tam qanunsuzdur. Məhkəmə, qapının sökülməsi qərarına gəlməzdən əvvəl həmin torpaq sahəsinin hüquqi statusunu müəyyən edməli, ümumi istifadədə olub-olmamasına hüquqi qiymət verilməli idi. Məhkəmə, iddiaçının Cavabdeh qarşı belə bir iddia irəli sürməyə subyektiv hüququnun olmamasını nəzərə olmamışdır. Məhkəmə, qətnamənin əsaslandırıcı hissəsində Cavabdeh tərəfindən icarəyə götürülmüş torpaq sahəsinə daxil olmaq üçün qoyduğu qapının iddiaçının qeyri-yaşayış binasına xidmət göstərilməsinə maneələr yaradır qənaətinə gələrkən, hansı maneələrin olması, nədə ifadə olunmasını göstərməmiş və əsaslandırılmamışdır. Hansı ki, iddiaçının özünə məxsus qeyri-yaşayış binasına mübahisə edilən sahədən gündəlik, həftəlik və ya aylıq xidmət göstərilməsi üçün ( kondisionerdən başqa) hər hansı bir avadanlığı, qurğusu, giriş-çıxışı və s. yoxdur. Belə olan halda hansı xidmət göstərilməsinə maneçilikdən söhbət gedir məlum deyil. Bundan əlavə iddiaçıya mülkiyyətində olan qeyri-yaşayış sahəsini qanunla müəyyən edilmiş qaydada xx.xx.2013cü ildə qeydiyyata alınaraq çıxarış verilib. Cavabdehə isə qeyri-yaşayış sahəsi xx.xx.2001ci il tarixdə qeydiyyata alınaraq çıxarış verilib. Binəqədi Bələdiyyəsi ilə Cavabdeh icarə müqaviləsini xx.xx.2006-cı il tarixdə bağlayıb. Göründüyü kimi, ilk iddiaçı çıxarışı xx.xx.2013-cü il tarixdə aldığı halda cavabdeh icarə müqaviləsini ondan 7 il əvvəl bağlayıb. Yəni, iddiaçı həmin ərazinin taxta materialı ilə hasara alındığını və taxta qapı qoyulduğunu bilirdi.
24. Eyni zamanda qətnamədən ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdehin hüquqi varisinin nümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayəti verərək qətnamənin ilkin iddianın təmin edilməyən hissəsində ləğv edilməsin və ilkin iddianın tam təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
25. Apellyasiya şikayəti ilkin iddia tələbinə uyğun əsaslandırılmış və əlavə olaraq qeyd edilmişdir ki, cavabdeh məhkəməyə xx.xx.2006-cı il tarixli Binəqədi rayon Bələdiyyəsi ilə bağl adığı icarə müqaviləsinin surətini təqdim edərək bildirmişdir ki, iddia predmetinə aid olan torpaq sahəsi həmin müqavilə əsasında ona icarəyə verilmiş, lakin həmin müqavilənin əslinin və ya notarial təsdiq edilmiş surətinin, eyni zamanda müqavilənin nömrəsinin olmaması həmin icarə müqaviləsinin saxta olması barədə kifayət qədər şübhələr yaradır. Bələdiyyə tərəfindən cavabdehə icarə verilmiş torpaq sahəsinin kimə məxsus olmasını aydınlaşdırmaq üçün iddiaçı tərəfindən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə edilmiş və xx.xx.2022-ci il tarixli məktubla müraciət cavablandırılmışdır. Məktunbdan görünür ki, Bakı şəhəri, H.Babaşov küçəsi ilə S.Məmmədova küçəsinin kəsişməsində yerləşən torpaq sahəsinin dövlət mülkiyyətində aid ərazidə yerləşməsi qeyd edilmişdir. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2006-ci il tarixli icarə müqaviləsinin saxtalığını və 3-cü şəxs qismində işə cəlb edilmiş Binəqədi Bələdiyyəsinin vəzifəli şəxslərinin səlahiyyət həddini aşmaları və s halların araşdırılması və hüquqi qiymət verilməsi üçün xüsusi qərardad çıxarılması barədə vəsatət verilsə də, təmin edilməmişdir
26. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-4346/2022 nömrəli iş üzrə 13 iyul 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər – A.İmanov (sədrlik edən və məruzəçi), Q.Əsgərov və F.Talışinski) iddiaçının hüquqi varisinin apellyasiya şikayəti təmin edilməmiş, cavabdehin apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsinin ilkin iddia tələbinin təmin edilməsi hissəsində ləğv edilməsi və h əmin hissədə ilkin iddia tələbinin təmin edilməməsi, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir.
27. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçının hazırkı tələblə çıxış etmək üçün tərəflərə məxsus qeyri-yaşayış sahələri arasında yerləşən 2,75 metr torpaq sahəsinə hər hansı hüququ olmalıdır. Cavabdeh tərəfindən quraşdırılmış taxta qapı xx.xx.2006-cı il tarixli torpaq sahəsinin icarəyə verilməsinə dair müqaviləyə əsasən icarəyəverən Binəqədi rayonu Binəqədi Bələdiyyəsi tərəfindən icarəçinin istifadəsinə vermiş torpaq sahəsində yerləşdiyindən iddiaçının cavabdehə qarşı maneələrin aradan qaldırılması tələbi ilə çıxış etmək üçün subyektiv hüququ yoxdur və bu səbəbdən də irəli sürülmüş tələb həmin hissədə də təmin edilməməlidir.
28. Eyni zamanda məhkəm ə hesab etmişdir ki, iddiaçının hüquqi varisinin nümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayətinin dəlili ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, icarəçi Cavabdeh icarəyəverən Binəqədi rayonu Binəqədi Bələdiyyəsi arasında bağlanmış xx.xx.2006-cı il tarixli torpaq sahəsinin icarəyə verilməsinə dair müqaviləsi ümumiyyətlə mübahisələndirilməyib və hazırda qüvvədədir. Həmin müqavilənin əslinin və ya notarial qaydada təsdiq olunan surətinin təqdim olunması o halda zəruri olardı ki, müqavilə tərəflərdən hər hansı biri tərəfindən mübahisələndirilmiş olsun. İş materillarında müəyyən edilir ki, Binəqədi rayonu Binəqədi Bələdiyyəsinin nümayəndəsi birinci instansiya məhkəməsinin həmin müqavilənin mövcudluğunu qəbul etmişdir.
29. Apellyasiya instansiyası məhkəməsi qalan mübahisələndirilən hissə lərdə birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
30. İddiaçının hüquqi varisi X4 (Vəkil1 Balaca oğlu) kassasiya şikayəti verərək qətnamənin tam ləğv edilməsi və ilk iddia tələbinin tam təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
31. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsində yerli baxış zamanı aydın olmuşdur ki, tərəflərin mülkiyyətində olan qeyri-yaşayış sahələrinin arasında olan torpaq sahəsindən yalnız cavabdeh tərəfindən açılıbbağlanması mümkün olan taxta qapı quraşdırılmışdır. İddiaçıya məxsus iaşə obyektinin cavabdehə məxsus obyektə olan hissəsinə sərbəst daxil olmaq, obyektin həmin hissəsində fasad işlər inin aparılması, pəncərələrin yenilənməsi, kondisionerə xidmət göstərilməsi mümkünsüzdür. Həmçinin, Binəqədi bələdiyyəsinin Ədliyyə Nazirliyinə təqdim etdiyi məlumatda 35 kv.m. torpaq sahəsinin cavabdehə icarəyə verilməsinə dair xx.xx.2006-cı il tarixli icarə müqaviləsi üzrə bələdiyyə tərəfindən qərar qəbul edilmədiyi bildirilmişdir. Bununla bağlı Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzi tərəfindən Binəqədi Bələdiyyəsinin adından bağlanmış xx.xx.2006-cı il tarixli icarə müqaviləsinin etibarsız hesab edilməsi üçün qanunamüvafiq tədbirlər görməsi ilə bağlı Ədliyyə Nazirliyi tərəfindən bələdiyyəyə təklif verilmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
32. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
33. Maddə 170.1. İkitərəfli təsirlərin törəyə biləcəyi hər bir torpaq sahəsi və ya digər daşınmaz əmlak qonşunun sahəsi və ya əmlakı sayılır.
34. Maddə 170.2. Qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Xüsusən, işlənmiş qazların, tozun, ağır qoxuların, səs-küyün və ya titrəyişlərin bütün ziyanlı və torpaq sahələrinin mövqeyinə və xarakteristikasına görə qanunsuz təsirləri qadağandır
35. Maddə 180.1. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozm aqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır.
36. Maddə 180.2. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsi
37. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
38. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
39. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
40. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
41. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
42. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
43. Maddə 418.3. Prose ssual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
44. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
45. Hazırda kassasiya şikayəti ilə ilk iddiaçı müraciət etmiş, dəlilləri ilk iddianın təmin olunmaması ilə bağlı olmuş və ilk iddianın tam təmin olunmasını xahiş etmişdir. Bu səbəbdən hazırkı kassasiya icraatı ilkin iddiaçının kassasiya şikayətinin dəlillərinin yoxlanması ilə məhdudlaşır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi:
46. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə ilk iddiaçının kassasiya şikayəti qismən təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi qismən, yəni Cavabdeh məxsus ünvan 8 ünvanında yerləşən qeyri-yaşayış binasına xidmət göstərilməsinə yaratdığı maneələrin aradan qaldıraraq inşa edilmiş taxta qapını açması vəzifəsinin həvalə edilməsinin» rədd edilməsi hissəsində ləğv edilməli və mülki i ş həmin hissədə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməli, qətnamə qalan mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
47. Məhkəmə kollegiyası ilk iddianın digər rədd olunmuş hissələri ilə bağlı apellyasiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, həmin tələblərin qiymətləndirilməsi zamanı maddi və prosessual hüquq normalarının pozulmasına yol verilməmişdir
48. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiya məhkəməsi ilk iddia tələbinin Cavabdeh məxsus ünvan 8 ünvanında yerləşən qeyri-yaşayış binasına xidmət göstərilməsinə yaratdığı maneələrin aradan qaldıraraq inşa edilmiş taxta qapını açması vəzifəsinin həvalə edilməsinin» rədd edilməsi hissəsində düzgün nəticəyə gəlməmişdir.
49. Belə ki, birinci instansiya məhkəm əsi qeyd etmişdir ki, tərəflərin mülkiyyətlərində olan qeyri-yaşayış sahələrinin arasında, dövlət mülkiyyətində olan torpaq sahəsində Cavabdeh tərəfindən açılıb-bağlanması mümkün olan taxta qapı quraşdırıldığından ilkin iddiaçının mülkiyyətində olan ünvan 9 ünvanında yerləşən qeyri-yaşayış binasına xidmət göstərilməsinə Cavabdeh tərəfindən manelər yaradılır.
50. Bu baxımdan birinci instasyası məhkəməsinin gəldiyi nəticəyə görə Cavabdeh mülkiyyətində olan qeyri-yaşayış sahəsi ilə qonşuluqda olan ünvan 9 ünvanında yerləşən qeyri-yaşayış sahəsi arasında olan torpaq sahəsinə girişdə hər hansı bir hüquqi əsası olmadan taxta qapı qoyub bağlamaqla ünvan 9 ünvanında yerləşən qeyri-yaşayış binasına ilkin iddiaçı tərəfindən xidmət göstərilməsinə manelər yaratması öz təsdiqini tapmışdır.
51. Apellyas iya instansiyası məhkəməsi isə məhz birinci instansiya məhkəməsinin müəyyən etdiyi işin hallarına əsaslanmaqla belə nəticəyə gəlmişdir ki, xx.xx.2006-cı il tarixli torpaq sahəsinin icarəyə verilməsinə dair müqaviləyə əsasən icarəyəverən Binəqədi rayonu Binəqədi Bələdiyyəsi Bakı şəhəri, Binəqədi rayonu, 6-cı mkr, Ş.Məmmədov küçəsi Anar şadlıq sarayının yanında olan, 35 m² torpaq sahəsini illik icarə haqqı 25 manat olmaqla sahibkarlıq məqsədi ilə 99 il müddətinə icarəçi Cavabdeh istifadəsinə vermişdir. İddiaçının tələb etdiyi Cavabdeh tərəfindən quraşdırılmış taxta qapı iddiaçının qeyd etdiyi kimi ümumi istifadə də olan torpaq sahəsində deyil, Bələdiyyə ilə Cavabdeh bağlanmış müqaviləyə əsasən sonuncunun istifadəsinə verilmiş torpaq sahəsində yerləşir. İcarəçi Cavabdeh isə icarə müqaviləsi ü zrə nəzərdə tutulmuş qaydada həmin ərazidə sahibkarlıq fəaliyyəti ilə məşğul olur. Həmin torpaq sahəsini taxta materiallarından hasara almış və taxta qapı qoymuşdur ki, bu da qanunla hər hansı formada qadağan olunmayıb. Nəticə etibarı ilə Cavabdeh tərəfindən quraşdırılmış taxta qapı xx.xx.2006-cı il tarixli torpaq sahəsinin icarəyə verilməsinə dair müqaviləyə əsasən icarəyəverən Binəqədi rayonu Binəqədi Bələdiyyəsi tərəfindən icarəçi Cavabdeh istifadəsinə vermiş torpaq sahəsində yerləşdiyindən iddiaçının cavabdehə qarşı maneələrin aradan qaldırılması tələbi ilə çıxış etmək üçün subyektiv hüququ yoxdur.
52. Göründüyü kimi, birinci instansiya məhkəməsinin gəldiyi nəticədən fərqli olaraq apellyasiya instansiya məhkəməsi yalnız həmin icraatda izahat vermiş bələdiyyənin iş üzrə nümayəndəsinin i zahatına istinad etməklə cavabdehlə bələdiyyə arasında bağlanmış müqavilənin mövcud olması, müqavilədə tərəflərin qarşılıqlı iradə ifadəsinin olmasını və müqavilənin qüvvədə olmasına əsaslanmaqla mübahisə edilən taxta qapının məhz bələdiyyə mülkiyyətində olan torpaq sahəsində yerləşməsi nəticəsinə gəlmişdir. Bu baxımdan isə ilk iddiaçının həmin tələbi irəli sürməsi üçün subyektiv hüquqa malik olmamasını qeyd etmişdir.
53. Halbuki, birinci instansiya məhkəməsi həmin torpaq sahəsinin dövlət mülkiyyətində olmasını və ümumi istifadədə olan torpaq sahəsi olmasını müəyyən etmişdir.
54. Eyni zamanda birinci instansiya məhkəməsində aparılan icraat zamanı iki dəfə ekspertiza təyin olunmuş və alınmış rəylərlə tərəflərə məxsus qeyri-yaşayış sahələrinin arasında olan 2,75 metr enində olan sahənin gi rişində cavabdeh tərəfindən taxta qapı quraşdırıldığından və həmin sahə cavabdeh tərəfindən istifadə olunduğundan, həmin hissədə iddiaçıya məxsus qeyri-yaşayış binasına xidmət olunmasına maneə yaradır.
55. Eyni zamanda rəydən görünür ki, iş materiallarında olan sxemdə miqyas və koordinat olmadığından cavabdeh tərəfindən quraşdırılmış mübahisəli taxta qapının xx.xx.2006-cı il tarixli torpaq icarə müqaviləsinə əsasən onun istifadəsinə verilən sahədə yerləşib-yerləşməməsini müəyyənləşdirmək mümkün olmamışdır.
56. Apellyasiya instansiyası məhkəməsinin mübahisələndiriən hissədə əsas sübut olaraq istinad etdiyi bələdiyyənin nümayəndəsinin izahatı ilə müəyyən olunur ki, Bakı şəhəri İcra Hakimiyyətinin Başçısının xx.xx.2000-ci il tarixli 809 saylı sərəncamına əsasən Binəqədi rayonu üzrə 295,73 hek tar torpaq sahəsi Binəqədi Bələdiyyəsinə ayrılmışdır. Lakin DƏDRX tərəfindən Binəqədi Bələdiyyəsinə ayrılan 295,73 hektar torpaq sahəsinə dair hüquqlar DƏDRX-də qeydə alınmamış, bu barədə Binəqədi Bələdiyyəsinə xəritə verilməmişdir.
57. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi iş üçün mühüm əhəmiyyət kəsb edən halı, yəni bağlanması tələb olunan taxta qapının yerləşdiyi torpaq sahəsinin dövlət və bələdiyyə mülkiyətində olmasını, bələdiyyə mülkiyyətində olması nəticəsinə gəlmişdirsə torpaq sahəsinin bələdiyyənin mülkiyyətinin qeydə alınıb alınmamasını, təqdim olunmuş bələdiyyə qərarının mübahisəsi gedən torpaq sahəsinə aidliyini müəyyən etməmişdir.
58. Məhkəmə kollegiyası izah edir ki, hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüqu qi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun N.Babayevin şikayəti üzrə 28 dekabr 2011-ci il tarixli Qərarı).
59. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Hiro Balani İspaniyaya qarşı" iş üzrə 09 dekabr 1994-cü il tarixli qərarında göstərmişdir ki, milli məhkəmələr hər təqdim olunan arqumenti və onunla əlaqəli sübutu cavablandırmaq vəzifəsini daşım asalar da, məhkəmə tərəfindən mühüm arqumentlər cavabsız qaldıqda məhkəmə baxışı ədalətli hesab edilə bilməz... Ərizəçinin arqumentinin apellyasiya məhkəməsi tərəfindən rədd edildiyi və ya sadəcə nəzərə alınmadığı aydın deyil. Hər halda, həmin məhkəmə bu arqumenti rədd etsəydi, bunu öz qərarında əsaslandırmalı idi...təqdim olunmuş sübutları tam və hərtərəfli araşdırmadan, işin nəticəsi üçün mühüm əhəmiyyət kəsb edən sübutlara lazımi hüquqi qiymət vermədən iş üzrə gəldiyi nəticə ilk iddia tələbinin Cavabdeh məxsus ünvan 8 ünvanında yerləşən qeyri-yaşayış binasına xidmət göstərilməsinə yaratdığı maneələrin aradan qaldıraraq inşa edilmiş taxta qapını açması vəzifəsinin həvalə edilməsinin» rədd edilməsi hissəsində qanuni və əsaslı sayıla bilməz.
60. Ona görə də qətnamə həmin hissədə ləğv edilm əli və iş ləğv edilən hissədə yeni apellyasiya baxışına göndərilməlidir. İşə yenidən baxan apellyasiya instansiyası məhkəməsi qərarın təsviri-əsaslandırıcı hisssəsində göstərilənləri nəzərə alaraq qanuni və əsaslı qətnamə qəbul etməlidir. Digər mübahisələndirilən hissələrdə qətnamə əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalıdır.
61. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçının hüquqi varisi X4nun kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-4346/2022 nömrəli, 13 iyul 2022-ci il tarixli qətnaməsi qismən, yəni ilk iddia tələbinin Cavabdeh məxsus ünvan 8 ünvanında yerləşən qeyri-yaşayış binasına xidmət göstərilməsinə yaratdığı maneələrin aradan qal dıraraq inşa edilmiş taxta qapını açması vəzifəsinin həvalə edilməsinin» rədd edilməsi hissəsində ləğv edilsin və mülki iş həmin hissədə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilsin. Qətnamə qalan mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir