Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5756/2020 23.11.2020 ALİ MƏHKƏMƏ İddiaçı cavabdeh “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs XXXa XXX XXX qızı) iş Açar sözlər: mülki hüquq pozuntusu (delikt) nəticəsində əmlaka vurulmuş zərərin ödənilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Hüseynov Abiddin Qabil oğlu (sədrlik edən və məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, Fərhadov Fuad Əlirza oğlunun katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-667/2020 nömrəli iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən İddiaçı və cavabdeh “xxxx” MMC tərəfindən verilmiş kassasiya şikayətlərinə dair i şə xx xxxxxx 2020-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları Bakı Şəhəri Nərimanov Rayon İcra Hakimiyyəti başçısının 347 nömrəli, xx.xx.2006-cı il tarixli sərəncamı ilə M.XXXi küçəsindəki 31 nömrəli evin 1 nömrəli mənzilinin ümumi sahəsi 194,5 kv.m, yaşayış sahəsi 91,5 kv.m, köməkçi sahəsi isə 103 kv.m olmaqla 5 otaqlı hesab edilmiş, mənzilin şəxsi maliyyə hesabında müvafiq dəyişiklliklərin aparılması 53 sayklı MKİS-ə tapşırılmış, mülkiyyət sənədlərində dəyişiklliklərin aparılması Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Şəhər Ərazi İdarəsinə tövsiyə olunmuşdur. Bakı şəhəri, Nərimanov rayonu, XXX XXXi küçəsində yerləşən 31 nömrəli, 1 mərtəbəli binada yerləşən 60 kv.m ümumi sahədən ibarət 3 otaqlı mənzilə (bundan sonra mübahisəli mənzil) mülkiyyət hüququ xx.xx.2006-cı il tarixdə daşınmaz əmlakın dövlət reyestrində XXXa XXX XXX qızının (bundan sonra – üçüncü şəxs) adına qeydə alınmışdır. Sonuncu “XXXl” X1 götürdüyü kreditin təminatı qismində mübahisəli mənzili Bank qarşısında ipoteka ilə yüklü etmiş və tutma proseduru çərçivəsində Bank mənzilə mülkiyyət hüququ əldə etmiş və xx.xx.2015-ci il tarixdə onu İddiaçı (bundan sonra – iddiaçı) satmışdır. xx.xx.2015-ci il tarixdə mübahisəli mənzilə dair mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində iddiaçının adına qeydə alınmışdır. Mübahisəli mənzilə dair ipoteka müqaviləsinin və hərracın nəticələrinin etibarsız hesab olunmasına dair üçüncü şəxsin iddiaları məhkəmələr tərəfindən təmin olunmamış, qəbul edilmiş qətnamələr qanuni qüvvəyə minmişdir. Azərb aycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2016-cı il tarixli, 86 nömrəli Qərarının tələblərinə uyğun olaraq Bakı Şəhəri Nərimanov Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2017-ci il tarixli, 340 nömrəli Sərəncamı ilə rayonun XXX prospekti və M.XXXi küçələrinin kəsişməsində yeni hündürmərtəbəli, çoxmənzilli yaşayış binalarının tikintisinin aparılması məqsədi ilə, 1,08 ha torpaq sahəsi “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin (bundsan sonra – cavabdeh) daimi istifadəsinə verilmiş, XXX prospekti 135 və M.XXXi küçəsi 31, 33, 35, 37, 39, 41, 43 nömrəli yaşayış binalarının sakinlərinin qarşılıqlı razılaşma əsasında, yeni mənzillərlə təmin edilənədək hər ay kirayə haqqı ödənilməklə müvəqqəti olaraq başqa mənzillərə köçürülməsi, həmin yaşayış binalarının sökülməsi nəzərdə tutulmuşdur. Bakı Şəhər i Nərimanov Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli qətnaməsi ilə üçüncü şəxsin bacısı XXXa Xavər XXX qızının “XXXl” X2 və İddiaçı qarşı ünvan 1 ünvanında yerləşən 2 otaqlı tikiliyə köçürülməsi barədə iddiası təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2017-ci il tarixli qətnaməsi ilə birinci instansiya məhkəməsinin qətnaməsi həmin hissədə dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki, ipoteka predmeti olmuş 31 nömrəli fərdi yaşayış evi 3 otaqlıdır. Xavər XXXanın köçmək istədiyi 2 otaqlı tikili 31 nömrəli evin tərkib hissəsi deyil, ondan kənarda yerləşir. xx xxxx 2018-ci il tarixdə cavabdehlə üçüncü şəxs arasında müqavilə bağlanmış, həmin müqaviləyə əsasən şirkət ünvan 1 ünvanında yeləşən 1 nömrəli mənzilin (mülkiyyətində olan 2 otaqlı 58 kv.m mənzilin) sökülməsi əvəzində sonuncuya mənzil və müvafiq kirayə haqqı verilməsini öhdəsinə götürmüşdür. Hazırda iddiaçının mülkiyyətində olan mübahisəli mənzil qonşu mənzillərlə birlikdə sökülmüş və bu torpaq sahəsində “xxxx” MMC tərəfindən bina inşa edilməkdədir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdehə qarşı iddia ərizəsi və əlavə ərizə ilə məhkəməyə müraciət edərək mülkiyyətində olan məhv olunmuş 60 kv.m çıxarışlı daşınmaz əmlaka görə 300.000 manat, istifadəsində olan məhv olunmuş 51.3 kv.m tikintilərə görə 165.000 manat, 48 kv.m zirzəmiyə görə 144.000 manat, 55 kv.m zəbt olunmuş həyətə görə 55.000 manat, cəmi 664.000 manat kompensasiyanın cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddi açı tələbini onunla əsaslandırmışdır ki, mübahisəli mənzil üç ildir ki, ona məxsusdur. Evin sahəsi 60 kv.m, istifadədə olan əlavə tikilinin sahəsi 51,3 kv.m, zirzəminin sahəsi 48 kv.m və həyətin sahəsi 55 kv.m olmuşdur. 2017-ci ilin payız aylarında ona məlum olmuşdur ki, Bakı Şəhəri İcra Hakimiyyəti tərəfindən ərazidə söküntü və yeni tikinti işlərinin aparılması üçün cavabdehə icazə verilmişdir. Bununla bağlı cavabdehə onun mülkiyyətçi olması ilə bağlı məlumat verilmiş, danışıqlara getmiş, lakin bir müsbət nəticəsi olmamışdır. Əksinə cavabdeh onun evdə olmamasından istifadə edərək 2018-ci ilin 8-10 mart tarixində qəflətən ona məxsus mülkü sökmüşdür. Bu zaman ona heç bir kompensasiya ödənməmişdir. Bununla da cavabdeh tərəfindən mülkiyyət hüquqları kobud şəkildə pozulmuşdur. İşə baxılması za manı cavabdeh iddiaçıya və üçüncü şəxsə qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək mübahisəli mənzilin əvəzləşdirilməsi məqsədi ilə XXXa XXX XXX qızı ilə bağlanmış xx.xx.2018-ci il tarixli müqavilənin etibarsız sayılması və həmin müqavilənin yeni mülkiyyətçi olan iddiaçı ilə bağlanılaraq ona 72 kv.m sahəsi olan mənzil və aylıq 350 manat kirayə haqqı verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(005)-1307/2019 nömrəli iş üzrə xx xxxx 2019-cu il tarixli qətnaməsi ilə (hakim T.Ələkbərov) ilkin iddia rədd, qarşılıqlı iddia təmin edilmişdir. Birinci instansiya məhkəməsi ilkin iddia tələbi ilə bağlı qeyd etmişdir ki, iddiaçı ona 664.000 manat məbləğində kompensasiyanın ödənilməsini istəyir. Lakin həmin məbləğin hansı qaydada hesablanması və evinin dəyərinin nə qədər olması barədə məhkəməyə hər hansı sübut təqdim etməmişdir. İddiaçı mülkiyyətində olan 60 kv.m çıxarışlı daşınmaz əmlaka, həmçinin 51.3 kv.m tikintilərə, 48 kv.m zirzəmiyə görə, 55 kv.m zəbt olunmuş həyətə görə cavabdehdən kompensasiya tələb etsə də, bu hal mülki iş materialları ilə öz təsdiqini tapmır. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 560-cı maddəsinə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 77.1-ci maddəsinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(103)-667/2020 nömrəli iş üzrə xx xxxxxx 2020-ci il tarixli qərardadı ilə (hakimlər – E.Kazımov (sədrlik edən və məruzəçi), T.Səmədov və İ.Şirinov) qarşılıqlı iddia üzrə cavabdeh XXXa XXX XXX qızının apellyasiya şikayəti qismən təmin edilərək, birinci instansiya məhkəməsinin qətnaməsi qarşılıqlı iddianın təmin edilməsi hissəsində ləğv edilmiş, qarşılıqlı iddia baxılmamış saxlanılmışdır. Apellyasiya baxışında ifadə vermiş şahid X7 bildirmişdir ki, həmin məhəllədə yaşayıb və söküntüyə düşdüyü üçün başqa yerə köçüb. Üçüncü şəxsi 1995-ci ildən tanıyır. Qeyd edilən həyətdə üçüncü şəxs və bacılarından başqa heç kimi görməyib. Həyətə girişdə 3 ailə qalıb, mənzillər sökülənə kimi orada yaşayıblar. Həmin yerdə iddiaçını görməyib. Üçüncü şəxsə məxsus zirzəmidən o da istifadə edib. X3 bildirmişdir ki, 1990-cı ildən mübahi səli ərazidə qonşuda yaşayıb. İddiaçını tanımır. Üçüncü şəxslə münasibətləri yaxşı olub. Həmin yerdə neçə ailənin qalmasını bilmir. Qonşular ilə İlhamə, Xavər və üçüncü şəxs yaşayıb. Ümumi həyət olub, kimin harada dəqiq qalmasını bilmir. Söküntüyə kimi İlhaməgil orada yaşayıb, üçüncü şəxsin yaşadığı mənzilin zirzəmisi olub. “xxxx” MMC-nin xx xxxxxx 2019-cu il tarixli rəyində mübahisəli mənzilin xx xxxxxx 2019-cu il tarixinə hesablanmış bazar dəyəri aşağıdakı kimi müəyyən edilib: 1) Mübahisəli mənzilin (hazırda sökülmüş) yerləşdiyi torpaq sahəsi və həyəti nəzərə alınmaqla birlikdə mövcud olan real bazar qiyməti (çıxarışa əsasən) 117.600 manat təşkil edir; 2) Təqdim edilən Bakı Şəhəri Nərimanov Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2006-cı il tarixli, 347 nömrəli Sərəncamında göstərilən üm umi sahəsi 194,5 kv.m, yaşayış sahəsi 91.5 kv. m, köməkçi sahəsi isə 103,0 kv. m. olmuş (hazırda sökülmüş) evin yerləşdiyi torpaq sahəsi və həyəti nəzərə alınmaqla birlikdə mövcud olan real bazar qiyməti 264.000 manat təşkil edir. 3) Təqdim edilən sxemdə göstərilən, 1, 2, 3 rəqəmləri ilə nömrələnmiş tikililərin hər birinin ayrılıqda, yerləşdiyi torpaq sahəsi və həyəti nəzərə alınmaqla (zirzəminin tikilinin altında yerləşməsi nəzərə alınmaqla) mövcud olan real bazar qiyməti 1-ci sxem (2 otaqlı) 23.0 kv-43.700 manat: 2-ci sxem (4 otaqlı) 116.0 kv.m 192.100 manat, 3-cü sxem (zirzəmi) 63 kv.m-50.400 manat təşkil edir. Apellyasiya instansiyası məhkəməsinin 2(103)-667/2020 nömrəli iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər – E.Kazımov (sədrlik edən və məruzəçi), T.Səmədov və İ.Şirinov) iddiaçının apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi iddianın təmin edilməməsi hissəsində ləğv edilmiş və iddia qismən təmin edilərək cavabdehdən 154675 manatın tutularaq iddiaçıya verilməsi, iddianın qalan hissəsinin təmin olunmaması qət edilmişdir. Apelyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, ilkin iddia tələbinin faktiki əsası (faktiki hallar), tələbin fərdi yaşayış evinə görə maddi ziyanla bağlı qanuni əsasının şərtlərinə uyğun olduğundan, yəni dizpozisiya əlamətləri ilə uzlaşdığından birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgün olmamışdır. Əvvəla, iddiaçıya xüsusi mülkiyyət hüququ ilə məxsus olmuş, ümumi sahəsi 60 kv.m olan mənzilin aralarında hər hansı bir razılaşma olmadan cavabdeh tərəfindən sökülməsi işi n mübahisəsiz halıdır. Bunu tərəflərin heç biri mübahisələndirmir. İkincisi, iddiaçı xüsusi mülkiyyətində olmuş həmin mənzilə və istifadəsində olan məhv olunmuş tikintilərə, zirzəmiyə və zəbt olunmuş həyətə görə ümumilikdə cavabdehdən 664.000 manat kompensasiya tələb etsə də, mübahisəli ünvanda onun mülkiyyətində olan mənzildən və altında yerləşən zirzəmidən başqa istifadəsində hansısa tikililərin olmasına dair məhkəməyə mötəbər sübut təqdim etməmiş, bununla bağlı istinad etdiyi halları sübuta yetirə bilməmişdir. Əksinə qanuni qüvvəyə minmiş məhkəmə aktları, eləcə də apellyasiya baxışı zamanı müəyyən edilmişdir ki, mübahisəli ünvandakı özbaşına tikililər qeyd olunan mənzilin əvvəlki mülkiyyətçisi olmuş üçüncü şəxsin bacılarının istifadəsində olmuşdur. Buna görə də, iddiaçı cavabdehdən yaln ız mülkiyyətində olan mənzilə və ona aid zirzəmiyə görə kompensasiya tələb edə bilər. Çünki, daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasa da, mübahisəli ünvanda olmuş digər tikililərin iddiaçıya aidiyyəti olmamış, həmin tikililərdə yaşayan, onlardan istifadə edən və onlara sahiblik edən başqa şəxslər olmuşdur. Həmin tikililərlə bağlı cavabdehlə digər şəxslərin münasibəti isə hazırki iddianın predmetinə aid olmadığından, eləcə də qarşılıqlı iddia baxılmamış saxlandığından bu iş üzrə onlara hüquqi qiymət verilə bilməz. Apellyasiya instansiyası məhkəməsi mübahisəli ünvanda yerləşmiş və hazırda sökülmüş, həm iddiaçının mülkiyyətində olan mənzilin və digər tikililərin bazar dəyərinin müəyyən edilməsi üzrə “xxxx” MMC-nin xx xxxxxx 2019-cu il tarixli rəyini iş üzrə mötəbər sübut hesab edilm iş, həmin rəy əsasında iddiaçının həm mülkiyyətində olmuş mənzilin və ona aid zirzəminin real bazar dəyəri 154.625 manat qiymətləndirilmişdir. Ona görə də həmin məbləğin cavabdehdən alınaraq iddiaçıya ödənilməsi, iddianın qalan hissədə təmin olunmaması qət edilmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri İddiaçı (Vəkil1) kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ilkin iddia tələbinin təmin edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. İddiaçınlın kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apelyasiya instansiyası məhkəməsi işin hallarına düzgün qiymət verməmiş, maddi və prosessual hüquq normalarının tələblərini pozmuşdur. Kassasiya şik ayətinə görə iddiaçıya məxsus əmlakın heç bir kompensasiya ödənmədən cavabdeh tərəfindən sökülməsinin sübut olunmasına baxmayaraq, məhkəmələr iş üzrə cavabdehin vəzifəli şəxsləri barəsində cinayət işi qaldırılması üçün xüsusi qərardad çıxarılması barədə vəsatətə əhəmiyyət verməmişdir. Cavabdeh (vəkil X5) kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apelyasiya instansiyası məhkəməsi işin faktiki hallarını müəyyən etməmiş, maddi və prosessual hüquq normalarının tələblərini pozmuşdur. Kassasiya şikayətinə görə məhkəmə qeyd edilən layihənin pilot layihə olmasına, layihədə hə r hansı sakinə pul kompensasiyasının nəzərdə tutulmamasına, iddiaçının mənzilinin ümumi sahəsinin cəmi 60 kv.m. olmasına, zirzəminin iddiaçıya deyil, başqa şəxsə - iş üzrə üçüncü şəxsə aid olmasına, bunun üçün sonuncuya ümumi yaşayış sahəsi də nəzərə alınmaqla iki ədəd mənzil verildiyinə əhəmiyyət verməmiş, iş üzrə düzgün olmayan qətnamə qəbul etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətlərinə qarşı yazılı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə iddiaçı, cavabdehin nümayəndəsi və üçüncü şəxs hər hansı üzrlü səbəb göstərmədən Məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası MPM-in 415.3cü maddəsini rəhbər tutaraq işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Kassasiya baxışının hədləri MPM-in 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxu d qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3). Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Apellyasiya instansiyası məhkəməsinin aktı həm iddiaçı və həm də cavabdeh tərəfindən tam mübahisələndirildiyindən həmin məhkəmə aktı tam yoxlanılır. Mülki işə tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur (maddə 13, bənd İ). Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları və ya ictimai ehtiyaclar üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər (maddə 29, bənd İV). Azərbaycan Respublikasının Mülki Məcəlləsi. Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Maddə 152.1. Mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona sərən cam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 157.9. Dövlət ehtiyacları tələb etdikdə dövlət tərəfındən mülkiyyət yalnız “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında» Qanunda nəzərdə tutulmuş hallarda dövlət xətlərinin (magistral neft və qaz boru kəmərlərinin, kanalizasiya, yüksək gərginlikli elektrik xətlərinin, hidrotexniki qurğuların) çəkilməsi və quraşdırılması, sərhədboyu zolaqda dövlət sərhədinin etibarlı mühafızəsinin təmin edilməsi, müdafiə və təhlükəsizlik əhəmiyyətli obyektlərin tikilməsi, dövlət əhəmiyyətli dağ-mədən sənayesi obyektlərinin tikilməsi məqsədi ilə alınır. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəki ldə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Maddə
560. Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Hüquqdan suiistifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Müdafiə edilməli olan şəxsi mənafeyin əsaslarını təşkil etməyən hüququn həyata keçirilməsi hüquqdan sui-istifadədir. Maddə 1096. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normal arını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. “İnsan hüquqlarının və əsas XXXların müdafiəsi haqında” Avropa Konvesiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə etmək hüququna malikdir. Heç kəs cəmiyyətinin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən mərhum edilə bilməz. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edi r ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Hər iki kassator şikayətlərində apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarıldığını ümumi ifadələrlə qeyd etsələr də, bunun nədən ibarət olmasını əsaslandırmamışlar. Cavabdehin kassasiya şikayətinin dəlillərinə münasibətdə nəzərə alınmalıdır ki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququna görə mülkiyyətə müdax ilənin mülkiyyət hüququnun pozuntusunu yaradıb-yaratmadığını müəyyən etmək üçün aşağıdakı məsələlər qiymətləndirilməlidir: iş üzrə araşdırılan hüquq Konvensiyanın 1ci maddənin mənası baxımından mülkiyyət hüququ sayıla bilərmi; mülkiyyətə müdaxilə mövcuddurmu və əgər varsa belə müdaxilə qanunda nəzərdə tutulmuşdurmu; müdaxilə qarşıya qoyulan məqsədə mütənasibdirmi, yəni cəmiyyətin ümumi maraqları ilə şəxsin əsas hüquqlarının müdafiəsi arasında ədalətli tarazılığa nail olunması məqsədlərinə xidmət edirmi? Göstərilən yoxlama testinə müvafiq olaraq Məhkəmə kollegiyası qeyd edir ki, mübahisəli mənzilin (daşınmaz əmlakın dövlət reystrində qeydə alınmış əmlakın) iddiaçının mülkiyyətində olduğu və cavabdeh tərəfindən söküldüyü işin məhkəmələr tərəfindən mübahisəsiz müəyyən edilmiş hallarıdır. Bu baxımdan iddiaçının mülkiyyət hüququna müdaxilə mövcuddur. Çünki Konstitusiya və mülki qanunvericiliyə əsasən iddiaçının mülkiyyət hüququnun müdafiəsinə dövlət tərəfindən təminat verilmişdir. Beləliklə iddiaçının mülkiyyətinə müdaxilənin yolverilən olması üçün ilk növbədə buna icazə verən qanunvericılik aktı olmalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin yuxarıda istinad olunan xx.xx.2016-cı il tarixli, 86 nömrəli Qərarında cavabdehin mülkiyyətində olan tikili qəzalı vəziyyətdə olduğu üçün mülkü, mənzil, şəhərsalma və tikinti qanunvericiliklərinin tələblərinə əməl etməklə sökülərək yerində yeni binanın tikilməsi və mülkiyyətçilərin həmin binada müvafiq sahələrlə təmin edilməsi nəzərdə tutulmuşdur. Qərara, həmin qərara əsasən yerli icra hakimiyyəti orqanlarının sərəncamlarına, hab elə bu orqanlarla özəl şirkətlər arasında bağlanan birtipli müqavilələrə əsasən qəzalı binalarda yerləşən əmlakların sökülməsinə və oradan mülkiyyətçilərin köçürülməsinə yalnız qanunvericiliyə uyğun olaraq mülkiyyətçilərin və ya qanuni istifadəçilərlə qarşılıqlı razılıq əsasında müvafiq müqavilələr bağlandıqdan sonra yol verilir. Baxılan iş üzrə məhkəmələr tərəfindən müəyyən edilmişdir ki, cavabdeh iddiaçı ilə heç bir razılıq əldə etmədən onun mülkiyyətində olan mənzili sökmüş və həmin ərazidə tikinti işlərinə başlamışdır. Beləliklə, iddiaçının mülkiyyət hüququna müdaxilə üçün qanuni əsas olmamış, başqa sözlə belə müdaxilə qanunda nəzərdə tutulmamışdır. Bu baxımdan cavabdehin hərəkətləri Mülki Məcəllənin 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) kimi qiymətləndirilməli və tör ədilmiş deliktə görə cavabdeh mülki hüquq məsuliyyəti daşımalı, Məcəllənin 1097.1-ci maddəsinə uyğun olaraq bu delikt nəticəsində iddiaçının əmlakına vurulmuş zərərin əvəzi həcmdə ödənilməlidir. İddiaçının kassasiya şikayətində göstərdiyi - iş üzrə cavabdehin vəzifəli şəxsləri barəsində cinayət işi qaldırılması üçün xüsusi qərardad çıxarılmamasına dair dəlili ilə bağlı Kollegiya qeyd edir ki, bu hal özü-özlüyündə məhkəmə qətnaməsinin dəyişdirilməsi və ya ləğv olunması üçün əsas deyildir. Kassasiya şikayətlərinin digər dəlilləri məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması ilə bağlıdır və hazırkı icraat çərçivəsində belə dəlillər üzrə araşdırma aparılmır, onlara qiymət verilmir. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəli r ki, kassasiya şikayətləri təmin olunmamalı, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı və cavabdeh “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin kassasiya şikayətləri təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-667/2020 nömrəli iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.