Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5757/2020 23.11.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı “İddiaçı” ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6 və Cavabdeh7 qarşı iş üzrə Cavabdeh2, Cavabdeh3, QƏRARİ (Açar sözlər: kredit borcunun tutulması, ipoteka predmetinin açıq hərracdan ilkin satış qiyməti) Bakı şəhəri, xx xxxxxx 2020-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Abiddin Qabil oğlu və X2 ibarət tərkibdə, Novruzova Ülviyyə Alim qızının katibliyi, İddiaçının vəkili X1, Cavabdeh1 vəkili Vəkil iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(1 03)-855/2020 nömrəli iş üzrə xx xxxx 2020-ci il tarixli qətnaməsindən Cavabdeh1tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə xx xxxxxx 2020-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı “İddiaçı” ASC ilə (bundan sonra – iddiaçı və ya bank) ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2014-cü il tarixli və xx.xx.2015-ci il tarixli Kredit müqavilələri ilə cavabdehə müvafiq olaraq 24 ay müddətinə, illik 22 faiz hesablanmaqla 65000 manat məbləğində və 24 ay müddətinə, illik 20 faiz hesablanmaqla 45000 ABŞ dolları məbləğində kredit verilmişdir. xx xxxx 2012-ci il tarixdə bağlanmış ipoteka müqaviləsinə əsasən Cavabdeh1 məxsus Bakı şəhəri, Səbail rayonu, Elçin Əzizov küçəsi, 65/129 saylı fərdi yaşayış evi (bundan sonra – mübahi səli fərdi yaşayış evi) verilmiş kredit məbləğinin təminatı olaraq ipoteka ilə yüklü edilmiş və tutmanın yönəldilməsi haqqında bildiriş qeydə alınmışdır. xx.xx.2014-cü il və xx.xx.2015-ci il tarixlərdə həmin ipoteka müqaviləsinə əlavə razılıq bağlanmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat İddiaçı bank cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6 və Cavabdeh7 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 “İddiaçı” ASC-nin xeyrinə xx xxx 2014-cü il tarixli kredit müqaviləsi üzrə Banka 8636,34 manat əsas, 518,64 manat faiz və 292,24 manat cərimə olmaqla, cəmi 9447,22 manat, xx xxxx 2015-ci il tarixli kredit müqaviləsi üzrə Banka 37037,42 ABŞ dolları əsas, 12512,81 ABŞ dolları faiz və 696,86 ABŞ dolla rı cərimə olmaqla, cəmi 50247,09 ABŞ dolları məbləğində borcun və 30 manat ödənilmiş dövlət rüsumunun tutulması, Cavabdeh1 mülkiyyətindəki fərdi yaşayış evinə yönəldilməsi, əmlakın açıq hərracda satılaraq tələb edilən borcun ödənilməsinə yönəldilməsi, satışdan əldə edilən vəsait borcun ödənilməsinə kifayət etmədikdə, qalıq məbləğin Cavabdeh1 ümumi qaydada tutulması, tutma ipoteka əmlakına yönəldildikdə və o satıldıqda Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6 və Cavabdeh7 yaşayış evini ən geci bir ay ərzində tərk etməsi, evin boşaldılması və yaşayış evinə istifadə hüquqlarının itirilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx xxxxxx 2017-ci il tarixə Cavabdeh1 xx xxx 2014cü il tarixli kredit müqaviləsi üzrə banka 8636.34 manat əsas, 518,64 manat faiz və 292,24 manat cərimə, olmaqla, cəmi 9447.22 manat borcu var. xx xxxxxx 2017-ci il tarixə Cavabdeh1 xx xxxx 2015-ci il tarixli kredit müqaviləsi üzrə banka 37037,42 ABŞ dolları əsas, 2512,81 ABŞ dolları faiz və 696,86 ABŞ dolları cərimə olmaqla, cəmi 50247,09 ABŞ dolları borcu var. Xəbərdarlıq edilməsinə baxmayaraq, Cavabdeh1 borcu ödəməkdən boyun qaçırır. Bu səbəbdən, qanunla müəyyən edilmiş qaydada və müddətdə ipoteka predmetinə tutmanın yönəldilməsinə dair cavabdehə bildiriş verilmişdir. Eyni zamanda reyestr orqanına ərizə göndərilmişdir. Ərizə bu orqanda qeydə alınmışdır. Müddətin keçməsinə baxmayaraq, cavabdeh bildirişə münasibətini bildirmir. Cavabdeh kredit müqaviləsindən irəli gələn öhdəliyini vaxtında və lazımi qaydada icra etmədiyi üçün bu öhdəliyin icrasını təmin etmək məqsədilə ipoteka predmeti olan əmlaka tutma yönəldilməli, həmin əmlak hərracdan satılmalı və onun satışından əldə edilmiş pul vəsaiti borcun və xərclərin əvəzinə yönəldilməlidir. İşə məhkəmədə baxılan zaman əmlakın qiymətləndirilməsi ilə bağlı ekspertiza keçirilmiş və “X6” MMC təəfindən verilmiş rəydən görünür ki, qeyd edilən fərdi yaşayış evinin bazar dəyəri 252000 manat məbləğindədir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) xx.xx.2019-cu il tarixli qətnaməsi ilə (hakim – Rəna Qafarova) iddia qismən təmin edilmiş, bank ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2014-cü il tarixli kredit müqaviləsinə əsasən xx xxxx 2018-ci il tarixinə 7435,21 manat əsas borcun, 296,38 manat faiz borcunun, 30 manat məbləğində cərimənin, cəmi 7761,59 manat məbləğində kredit borcunun, xx.xx.2015-ci il tarixli müqaviləyə əsasən xx xxxx 2018-ci il tarixinə 37037,42 ABŞ dolları əsas borcun, 12512,81 ABŞ dolları faiz borcunun, 70 ABŞ dolları cərimənin, cəmi 49620,23 ABŞ dolları məbləğində kredit borcunun və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun 20 manat hissəsinin Cavabdeh1 tutularaq iddiaçıya ödənilməsi, iddiaçı tərəfindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun 10 manat hissəsinin iddiaçıya aid edilməsi, tələbin Cavabdeh1 mülkiyyətində olan fərdi yaşayış evinə yönəldilməsi, fərdi yaşayış evinin ilkin satış qiymətinin 252000 manat məbləğində müəyyən edilməklə açıq hərracdan satılması və həmin əmlakın satılmasından əldə edilən vəsaitdən banka olan borcun ödənilməsi, satışdan əldə olunmuş pul vəsaitinin qalan (tələbdən artıq məbləğ) hissəsinin Cavabdeh1 qaytarılması, fərdi yaşayış evinə tutma yönəldikdən və o satıldıqdan sonra ən gec 1 ay ərzində Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6 və Cavabdeh7 həmin fərdi yaşayış evini tərk etməklə evin boşaldılması, Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən aparılmış məhkəmə-mühasibatlıq ekspertizasının dəyəri olan 345 manatın 300 manat hissəsinin Cavabdeh1, 45 manat hissəsinin iddiaçıdan tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməsi, “X5” MMC tərəfindən aparılmış əmtəəşünaslıq ekspertizası tədqiqatının dəyəri olan 150 manatın 100 manat hissəsinin Cavabdeh1, 50 manat hissəsinin iddiaçıdan tutularaq “X5” MMC-nin hesabına köçürülməsi qət olunmuşdur. Həmin qətnamə ilə razılaşmayan iddiaçı və Cavabdeh1 ayrı-ayrılıqda apelya siya şikayətləri vermişlər. b) Apelyasiya instansiyası məhkəməsində icraat Bakı Apelyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər – İsmayıl Xəlilov - sədrlik edən və məruzəçi, Xəyalə Cəmilova, İlham Kərimli) xx xxxx 2020-ci il tarixli qətnaməsi iləBankın apelyasiya şikayəti qismən təmin edilmiş, qətnamə ipoteka predmetinin ilkin satış qiyməti hissədə dəyişdirilmiş, mübahisəli fərdi yaşayış evinin ilkin satış qiymətinin 200000 manat məbləğində müəyyən edilmiş, cavabdehin apelyasiya şikayəti təmin olunmamışdır. Birinci instansiya məhkəməsi ipoteka predmetinin ilkin satış qiymətinin müəyyənləşdirilməsi məqsədi ilə qiymətləndirmə ekspertizası təyin etmiş, “X6” MMC-nin fərdi yaşayış evinin bazar dəyərinin müəyyən edilməsi üzrə ƏEM/M23-427/19 saylı, xx xxxx 2019-cu il tarixli ekspert rəyi ilə qeyd edilən fərdi yaşayış evinin bazar dəyəri həmin tarixə 252000 manat məbləğində müəyyən olunmuşdur. Qiymətləndirmə rəyində ziddiyyətlər olduğu üçün apelyasiya instansiyası məhkəməsi təkrar qiymətləndirmə keçirilmişdir. Belə ki, “X6” MMC-nin rəyində ev Badamdar qəsəbəsində yerləşən evlərin bazar dəyəri ilə müqayisə olunmaqla orta bazar dəyəri müəyyən edilmişdir. Bu halı cavabdeh özü də etiraf etmişdir. İpoteka müqaviləsində evin dəyəri 100000 manat qiymətləndirilmişdir. Cavabdeh ipoteka müqaviləsi bağlandıqdan sonra evi təmir etməsi, əlavə artırma aparılması səbəbindən qiymətin artdığını bildirmişdir. Məhkəmə hesab etmişdir ki, evin başqa ünvanda yerləşən evlərlə, o cümlədən qiymətlərin baha olduğu Badamdar qəsəbəsində yerləşən evlərlə müqayisə etməklə orta bazar qiymətini çıxarmaq düzgü n olmamışdır. Evin dəyəri həmin ərazidə yerləşən evlərin, və yaxud buna oxşar ərazidə olan evlərin dəyəri ilə müqayisə olunmalıdır. Eyni zamanda ipoteka müqaviləsi bağlanarkən evin dəyəri 100000 manat olduğu halda keçən müddətdə qiymətin belə kəskin artmasını şətləndirən hallar barədə məlumatlar aydın deyil. Apelyasiya instansiyası məhkəməsi qiymətləndirmə ekspertizası keçirmiş və “xxxx” MMC tərəfindən verilmiş rəylə müəyyən olunmuşdur ki, fərdi yaşayış evinin bazar qiyməti 200000 manatdır. Yuxarıda qeyd olunanları nəzərə alaraq, apelyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, ipoteka predmetlərinin ilkin satış qiyməti sonuncu rəydə nəzərdə tutulan məbləğdə müəyyən edilməlidir. Apelyasiya instansiyası məhkəmə cavabdehin şikayətinin dəlilləri ilə bağlı qeyd etmişdir ki, cavabdehin müqa vilə üzrə öhdəliklərini yerinə yetirməməsi işin mübahisəsiz və təsdiq olunmuş halı olduğu üçün borc məcburi qaydada tutulmalıdır. Həmçinin, işə baxan məhkəmə tutmanın ipoteka predmetinə yönəldilməsi və cavabdehlərin həmin mənzildən çıxarılması ilə bağlı düzgün dəyərləndirmə aparmışdır. Hazırkı iş üzrə cavabdehin yaşayış sahəsi ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuşdur. Bu halda cavabdehin və digər şəxslərin həmin əmlakdan çıxarılmaları və oranın boşaldılması tələbi əsaslıdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri Cavabdeh1(Vəkil) kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və işin yenidən baxılması üçün barədə qərar qəbul olunmasını xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi öz qətnaməsini əsaslandırmaq üçün yalnız “İpoteka haqqında" qanunun 59-cu, 59.3 və 59.4-cü maddələrinə istinad etməklə, onun hüquqlarını pozan qanunsuz qətnamə qəbul etmişdir. Onun öz öhdəliklərini icra etməməsi, borcunu ödəmək istəməməsi ilə bağlı deyil. Məlum devalvasiyalarla və respublikada baş vermiş iqtisadi problemlərlə bağlıdır. Buna baxmayaraq məhkəmə hamıya bəlli olan bu faktları nəzərə almamışdır. Məhkəmə ipoteka predmetinin ilkin satış qiymətini düzgün müəyyən etməmişdir. Apellyasiya instansiyası məhkəməsi onun apellyasiya şikayətinə səthi yanaşaraq dəlillərə düzgün qiymət verməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə etiraz daxil olmamışd ır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Cavabdeh1 vəkili Vəkil məhkəmə kollegiyasının iclasında kassasiya şikayətinin məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etdi. İddiaçının vəkili X3 məhkəmə kollegiyasının iclasında kassasiya şikayətini əsassız hesab edərək təmin edilməməsini, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə digər cavabdehlər gəlmədikləri üçün və gəlməmələrinin səbəbləri barədə məlumat vermədiklərindən məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə digər cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Tətbiq edilən hü quq Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə
739. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn pul ödəməli, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 442 Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında i cra edilməməsi, və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu. Maddə
34. Əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması və ya əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması anı kimi təsbit edilmişdir. Maddə 39.3.3. Məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda ipoteka predmetinin ilkin satış qiyməti, ilkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Azərbaycan Respublikasının Mülki Pro sessual Məcəlləsi Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Maddə
416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və pros essual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Birinci instansiya məhkəməsinin qətnaməsində həm iddiaçı həm də Cavabdeh1 apelyasiya şikayəti vermiş, məhkəmə hər iki apelyasiya şikayətinə əsasən qətnaməni yoxlamışdır. Hazırkı kassasiya şikayətində qətnamə iş üzrə Cavabdeh1 tərəfindən tam mübahisələndirildiyindən (həm ipoteka premetinin ilkin satış qiymətinin müəyyən edilməsi hissədə, həm də onun apelyasiya şikayətinin təmin edilməyən hissədə) məhkəmə aktı tam yoxlanılı r. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Kassasiya şikayətinin ipoteka predmetinin ilkin satış qiymətinin düzgün müəyyən edilməməsi barədə dəlili əsassızdır. İş üzrə birinci instansiya məhkəməsi tərəfindən qiymətləndirmə rəyi alınmış, apelyasiya instansiyası məhkəməsi rəydə ziddiyyət olduğundan yenidən qiymələndirmə keçirmişdir. Məhkəmə həmin rəyə istinad edərək ipoteka predmetinin ilin satış qiymətini müəyyən etmişdir. Həmin rəyin mötəbərliliyinə şübhə doğuracaq hər hansı hal müəyyən edilməmişdir. Cavabdeh etirazının əsası kimi istinad etdiyi hala dair birinci instansiya məhkəməsində və apelyasiya instansiyası məhkəməsində işə baxılan zaman hər hansı bir sübut təqdim etməmiş, ipoteka predmetinin ilkin satış qiymətinin əslində hansı məbləğdə olmasına dair sənəd təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Göründüyü kimi, qanunverici məhkəmənin üzərinə yal nız tərəflərin təqdim etdikləri sübutları araşdırıb, onlardan istifadə etmək vəzifəsini, tərəflərin üzərinə isə tələb və etirazlarının əsası kimi istinad etdikləri halları məhkəmədə sübut etmək vəzifəsini qoymuşdur. Ölkədə baş verən devalvasiya barədə dəlillər bağlı məhkəmə kollegiyası qeyd edir ki, bu hal borclunun kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliklərin yerinə yetirilməsində azad edən hal deyildir. Kassasiya şikayətinin digər dəlilləri məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması və qətnamədə ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmaması ilə bağlıdır və hazırkı icraat çərçivəsində belə dəlillər üzrə araşdırma aparılmır, onlara qiymət verilmir. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-855/2020 nömrəli iş üzrə xx xxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir. Ali Məhkəmənin hakimi Əhməd Nurməmmədov