Məhkəmə qərarları › İş №2(102)-576/2025

Ali Məhkəmə Qərardad — İş №2(102)-576/2025

28.01.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(102)-576/2025 28.01.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı ASC-nin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı mülki iş üzrə QƏRARDADİ (Açar sözlər: kassasiya şikayətinin qeyri-mümkün hesab edilməsi, qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının hakimləri Xıdırov Əhliman Mehman oğlu (məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı kredit borcu tələbinə dair mülki iş üzrə Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 05 dekabr 2024cü il tarixli, 2(106)-1434/2024 nömrəli qətnaməsin dən İddiaçı ASC tərəfindən verilmiş kassasiya şikayətinin mümkünlüyünü Ali Məhkəmənin inzibati binasında yoxlayaraq, aşağıdakı qərardadı qəbul etdi. İşin halları:

1. İddiaçı ASC-nin nümayəndəsi Habil Cavabdov iddia ərizəsi ilə məhkəməyə müraciət edərək "xxxx" ASC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2022-ci il tarixli ******* saylı kredit müqaviləsinə vaxtından əvvəl ləğv etməklə cavabdehlər Cavabdeh2 və Cavabdeh1 iddiaçı "xxxx" ASC-nin xeyrinə 14343.39 (on dörd min üç yüz qırx üç manat otuz doqquz qəpik) manat əsas, 1538.79 (bir min beş yüz otuz səkkiz manat yetmiş doqquz qəpik) manat faiz, cəmi 15882.18 (on beş min səkkiz yüz səksən iki manat on səkkiz qəpik) manat borcun, həmçinin ödənilmiş 138.05 (yüz otuz səkkiz manat beş qəpik) manat ödənilmiş dövlət rüsumunun alınaraq İddiaçı AS C-yə verilmsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları. Birinci instansiya məhkəməsində icraat:

2. Lerik rayon Məhkəməsinin 2(048)-153/2024 nömrəli 11 iyun 2024-cü il tarixli qətnaməsi ilə (hakim A.Q.Kiçibəyov), iddia qismən təmin edilmiş, cavabdehlər Cavabdeh2 və Cavabdeh1ndan müştərək qaydada 14392.54 manat və faiz borcu 1482.43 manat olmaqla cəmi 15.874,97 manat məbləğində borc pul və 138.05 manat ödənilmiş dövlət rüsumu tutulub İddiaçı ASC-nin xeyrinə ödənilmişdir. Apellyasiya instansiyası məhkəməsindəki icraat:

3. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(106)-1434/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə (hakimlər – C.F.İmanov (sədrlik edən və məruzəçi), T.S.Kərimov, P.T.Əhmədov) cavabdehin apellyasiya şikayəti təmin olunmuş, birinci instansiya məhkəməsinin 11 iyun 2024-cü il tarixli qətnaməsi İddiaçı ASC tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri: Kassasiya şikayətinin dəlilləri: 4.Qətnamədən narazı qalan İddiaçı ASC (onun vəkili Qanuni nümayəndə) kassasiya şikayəti verərək, Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(106)-1434/2024 saylı iş üzrə 05 dekabr 2024-cü il tarixli qətnaməsinin ləğv edilməsini, iddia tələblərinin tam təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

5. Kassasiya şikayətinin əsas dəlili ondan ibarətdir ki, iddianın həcminin artırılması barədə ərizə nəzərə alınmamışdır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 6.Maddə 402.1. Mülki iş lər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

7. Maddə 404-1.1. Kassasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində kassasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə kassasiya qaydasında baxmaq üçün prosessual əsasların olması daxildir. 8.Maddə 404-1.2. işə kassasiya qaydasında baxmaq üçün prosessual əsaslar olmadıqda kassasiya şikayətinin qeyri-mümkün hesab edilməsinə dair qərardad qəbul edilir. 9.Maddə 408.1. Kassasiya şikayəti aşağıdakı hallarda apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır: 10.408.1.1. kassasiya şikayəti bu Məcəllənin 402-ci və 407.1-ci maddələrinin tələblərinə cavab vermirsə, imzalanmamışsa, yaxud onu imzalamağa hüququ olmayan və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalanmışsa, habelə kassasiya şikayəti vermək hüququ olmayan şəxs tərəfindən verilmişdirsə; 11.Maddə

409. Apellyasiya instansiyası məhkəməsi kassasiya şikayətinin bu Məcəllənin 402, 405 və 407-ci maddələrinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 402, 405 və 407-ci maddələrinin tələblərinə cavab verən kassasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə kassasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində kassasiya instansiyası məhkəməsinə göndərilir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi: 12.Kassasiya şikayəti və iş materialları öyrənilərkən müəyyən edildi ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin iddiaçı tərəfindən mübahisələndirilən hissəsində iddianın qiyməti Mülki Prosessual Məcəllənin 402.1-ci maddəsində müəyyən olunmuş məbləğdən azdır. 13.Belə ki, Mülki Prosessual Məcəllənin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommers iya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

14. Birinci instansiya məhkəməsi iddianı qismən təmin edərək, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 14392.54 manat və faiz borcu 1482.43 manat olmaqla cəmi 15.874,97 manat məbləğində borc pulun və 138.05 manat ödənilmiş dövlət rüsumunun tutulub İddiaçı ASC-nin xeyrinə ödənilməsi qət edilmişdir, sonradan həmin qətnamədən iddiaçı apellyasiya şikayəti verilmiş və apellyasiya instansiyası məhkəməsi tərəfindən iddiaçının apellyasiya şikayəti q təmin edilməmiş,Lerik Rayon Məhkəməsinin 11 iyun 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. 15.İddiaçı tərəfindən elektron kabinet vasitəsilə 22 aprel 2024-cü il tarixində təqdim edilmiş iddianın həcminin artırılması barədə ərizə ilə təsdiq edilir ki, idd iaçı, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 İddiaçı ASC-nin xeyrinə 14343,39 manat əsas və 5195,14 manat faiz olmaqla cəmi 19538,53 manat borcun, həmçinin ödənilmiş 138,05 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsi qətnaməsində qeyd etmişdir ki, “iddiaçı iddia tələbinin artırılması barədə ərizə”-ni qüvvədə olan mülki prosessual qanunvericiliyin müddəalarına əsasən məhkəmə hazırlıq iclasında verə bilməli olduğu halda belə bir ərizəni 3-cü məhkəmə baxış iclasından sonra məhkəməyə təqdim etmişdir ki, məhkəmə də həmin ərizəni nəzərə almadan hazırkı qətnaməni qəbul etməkdə haqlı olmuşdur. Bundan başqa iddiaçının məhkəməyə xx.xx.2024-cü il tarixdə təqdim etdiyi “iddia tələbinin artırılması barədə ərizə” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qəbul etmiş olduğu xx.xx.2023-cü il tarixli Qərarına əsasən də məhkəmə tərəfindən icraata qəbul edilə bilməzdi.Kassasiya şikayətində də xahiş olunur ki, Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(106)-1434/2024 saylı iş üzrə 05 dekabr 2024-cü il tarixli qətnaməsi ləğv edilsin, iddia tələblərinin tam təmin edilməsi barədə yeni qərar qəbul edilsin. 16.Göründüyü kimi iddiaçı tərəfindən apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin kassasiya şikayəti ilə mübahisələndirilən hissəsində iddianın qiyməti 3663,56 manat olmaqla Azərbaycan Respublikasının MPM-in 402-ci maddəsində nəzərdə tutulmuş beş min manatdan azdır(19538,53- 15874,97 =3663,56) 17.İddiaçı tərəfindən apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində iddian ın qiyməti beş min manatdan aşağı olduğundan həmin hissədən iddiaçı tərəfindən kassasiya şikayəti verilə bilməz.

18. Mülki Prosessual Məcəllənin 409-cu maddəsinin tələblərinə baxmayaraq, apellyasiya instansiyası məhkəməsi iddiaçının MPM-in 402-ci maddəsinin tələblərinə cavab verməyən kassasiya şikayətini iş materialları ilə birlikdə baxılması üçün Azərbaycan Respublikası Ali Məhkəməsinə göndərmişdir. 19.Qeyd olunanlara əsasən, iddiaçı Azər-Türk Bank ASC -nin tərəfindən verilmiş kassasiya şikayəti icraata qəbul edilə bilməz, həmin kassasiya şikayəti əsasında işə kassasiya qaydasında baxmaq üçün prosessual əsaslar yoxdur. 20.Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, işə kassasiya qaydasında baxmaq üçün prosessual əsaslar olmadığından iddiaçı tərəfindən verilmiş kassasiya şikay əti qeyri-mümkün hesab edilməlidir. Nəzərə alınmalıdır ki, kassasiya qaydasında işə baxmaq üçün prosessual əsasların olmamasına görə kassasiya şikayətinin qeyri-mümkün hesab edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən kassasiya şikayətinin geri qaytarılması kimi hüquqi nəticəyə səbəb olur. Yuxarıda göstərilən hallarda kassasiya şikayətinin geri qaytarılması apellyasiya instansiyası məhkəməsinin səlahiyyəti olduğuna görə, kassasiya şikayəti müvafiq prosessual hərəkətlərin edilməsi üçün mülki işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir. 21.Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 404-1-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(106)-1434/2024 nömrəli, xx.xx.2024-cü il ta rixli saylı qətnaməsindən İddiaçı ASC tərəfindən verilmiş kassasiya şikayəti qeyri-mümkün hesab edilsin. Kassasiya şikayəti müvafiq prosessual hərəkətlər edilməsi üçün mülki işlə birlikdə Şirvan Apellyasiya Məhkəməsinə qaytarılsın. Qərardad qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar