Məhkəmə qərarları › İş №2(102)-5760/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-5760/2019

23.09.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kre
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5760/2019 23.09.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Hacıyev Sənan Firudin oğlu (sədrlik edən və məruzəçi - hakim), Əsgərov Qürbət Ağa oğlu, Vəliyeva Elşanə Rafiq qızından ibarət tərkibdə, Qılıcova Sevda Mübariz qızının katibliyi ilə, İddiaçı ASC-nin vəkili və nümayəndəsi Manafov Faiq Səmədağa oğlunun, Cavabdeh1 vəkili Əfəndiyev Sadiq Akif oğlununiştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 29.04.2019-cu il tarixli, 2(103)-5060/2019 nömrəli qərardadından İddiaçı ASC-nin kassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı” ASC cavabdehlər Cavabdeh1, Ca vabdeh2 Məmmədağa oğlu, Cavabdeh3 və Cavabdeh4 12046.52 manat əsas kredit, 2203.01 manat faiz borcu, 250.09 manat penya olmaqla, cəmi 14499.62 manat borcun, həmçinin ödənilmiş 30 manat dövlət rüsumunun müştərək qaydada tutulmasını xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 15.11.2018-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilmişdir. Həmin qətnamə ilə razılaşmayan Cavabdeh1 apellyasiya şikayəti vermişdir. Cavabdeh ölkədə baş verən devalvasiyadan sonra ona güzəştlər edilmədiyini bildirərək qətnamənin ləğv olunaraq yeni qətnamənin qəbul edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 29.04.2019-cu il tarixli, 2(103)-5060/2019 nömrəli qətnaməsi ilə Cavabdeh1apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 15 n oyabr 2018-ci il tarixli qətnaməsi ləğv edilmiş, iş üzrə icraata xitam verilmişdir. İddiaçı ASC iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 29.04.2019-cu il tarixli qərardadından kassasiya şikayəti vermişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: İddiaçı ASC iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 29.04.2019-cu il tarixli qərardadından kassasiya şikayəti verərək, onun ləğv, işin yeni apellyasiya baxışına qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti belə əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” AR Prezidentinin 28.02.2019-cu il tarixli 551 №-li Fərmanına istinad edərək belə hesab etmişdir ki, "...qeyd olunan F ərman onun təsir dairəsinə düşən kredit müqavilələri üzrə yaranmış mübahisələrin məhkəməyəqədər xüsusi həlli qaydasını müəyyənləşdirmişdir. Fiziki şəxslərin borclarının bir hissəsini dövlət qarşıladığı üçün həmin güzəştlər edilmədən analoji iddialara məhkəmədə baxıla bilməz. Hazırda bankların icraatında olan qeyd olunan müqavilələr üzrə Fərmanın müddəaları tətbiq olunduqdan sonra məhkəmədə iddia qaldırıla bilər”. Məhkəmə Fərmanın müddəalarını düzgün təfsir etməmiş və AR MPM-in 261.0.1-ci maddəsini səhv tətbiq etmişdir. Fərmannın 6.1-ci bəndində banklara tövsiyyə edilmişdir ki, bu Fərmanın 7.1-ci bəndində nəzərdə tutulan siyahı üzrə vaxtı keçmiş kredit borcu olan fiziki şəxslərə (xarici valyutada əsas məbləği 10 000 ABŞ dollarınadək, milli valyutada isə 17 000 manatadək olan vaxtı keçmiş kredit borcu olan fiziki şəxslərə) yeni güzəştli kredit müqaviləsi bağlanmasını təklif etsinlər. Göründüyü kimi, Fərmanda edilən tövsiyyəyə uyğun olaraq bank borcalana vaxtı keçmiş kredit borcunu restruktizasiya etməyi, yəni yeni güzəştli kredit müqaviləsi bağlamağı yalnız təklif edə bilər. Fərmanın heç bir müddəası borcalanın üzərinə bu təklifi qəbul etmək - yeni kredit müqaviləsi bağlamaq vəzifəsi qoymur. Bu halda bankın restruktizasiya təklifinin qəbul olunub-olunmaması müqavilə azadlığı prinsipinə (AR MM-in 6.1.5 və 390-cı maddələri) uyğun olaraq borcalanın iradəsindən asılıdır. PROSESSUAL MƏSƏLƏLƏR: Məhkəmə iclasında iştirak edən İddiaçı ASC-nin vəkili və nümayəndəsi Manafov Faiq Səmədağa oğlu kassasiya şikayətini müdafiə edərək, onun təmin, apellyasiya instansiyası məhkəməsinin qətna məsinin ləğv, işin yeni apellyasiya baxışına qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 vəkili Əfəndiyev Sadiq Akif oğlu kassasiya şikayətinə etiraz edərək, onun rədd, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdehlər işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsələr də, məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdirlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasında onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiy a instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası qəbul etdiyi 29.04.2019-cu il tarixli qərardadı ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 15 noyabr 2018-ci il tarixli qətnaməsini ləğv edib, iş üzrə icraata xitam verərkən maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmiş, iş üzrə səhv nəticəyə gəlmişdir. Apellyasiya instansiyası məhkəməsi iş üzrə icraata xitam verərkən ona əsaslanmışdır ki, Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Fərmanında həmin Fərmanın təsir dairəsinə düşən kredit müqavilələri üzrə yaranmış mübahisələrin məhkəməyəqədər xüs usi həlli qaydası müəyyənləşdirildiyindən və fiziki şəxslərin borclarının bir hissəsinin dövlət tərəfindən qarşılandığı nəzərdə tutulduğundan həmin güzəştlər tətbiq edilmədən analoji iddialara məhkəmədə baxıla bilməz. Fərman qanuni qüvvəyə mindikdən sonra onun müddəaları tətbiq olunmadan irəli sürülmüş iddialar iddianın yolverilməzliyi əsası ilə icraata qəbul edilməkdən imtina edilməlidir. Fərmandan qabaq verilmiş iddialar üzrə işlərin icraatına isə xitam verilməlidir. Apellyasiya instansiyası məhkəməsinin qənaətinə görə hazırkı işin icraatına da Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.1-ci maddəsinə əsasən, yəni məhkəmədə baxılmalı olmadığına görə xitam verilməlidir. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsi iş üzrə gəldiyi bu nəticə ilə razılaşmır və qeyd edir ki, işin icraatına xitam verilməsi işin mahiyyəti üzrə qətnamə çıxarılmadan başa çatdırılmasının elə bir üsuludur ki, bu zaman işin məhkəmə baxışı gedişində məhkəməyə müraciət etmiş şəxsin məhkəmə müdafiəsi hüququnun olmadığını və ya onun belə bir hüququnun itirildiyini təsdiq edən və qanunvericilikdə bilavasitə nəzərdə tutulmuş hallar yaranır və ya belə halların mövcud olması aşkara çıxır. İşin məhkəmədə baxılmalı olmaması dedikdə, işin ümumiyyətlə məhkəməyə aid olmadığı və ya iş məhkəməyə aid olsa da, tərəflər arasında mübahisənin olmadığı nəzərdə tutulur. Məhkəmə kollegiyası hazırkı işdə nə subyekt tərkibi baxımından, nə də irəli sürülən tələblər baxımından icraata xitam verilməsi üçün əsaslar müəyyən etmədi və hesab edir ki, işə yenidən mahiyyəti üzrə cavabdehin apellyasiya şikay əti əsasında baxılmalı və qətnamənin qanuniliyinə və əsaslılığına apellyasiya şikayətinin dəlilləri əsasında yoxlanılmaqla qiymət verilməlidir. Məhkəmə kollegiyası işin yuxarıda göstərilən faktiki hallarını və sadalanan qanunvericilik aktları normalarının tələblərini nəzərə alaraq hesab edir ki, kassasiya şikayəti təmin olunmaqla apellyasiya instansiyası məhkəməsinin qərardadı ləğv edilməli və iş yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməlidir. İşə yenidən baxan məhkəmə yuxarıda qeyd olunan pozuntuları aradan qaldırmaqla yanaşı işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirləri görməli və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını təmin etməlidir. Azərbaycan Respublikası MPM-nin 418.1-ci maddəsinin tələbinə görə maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadının ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 418.3-cü maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin, yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416-420-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı ASC-nin kassasiya şikayəti təmin edilsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 29.04.2019-cu il tarixli, 2(103)5060/2019 nömrəli qərardadı ləğv edilsin və iş mahiyyəti üzrə baxılması üçün həmin məh kəməyə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar