Məhkəmə qərarları › İş №2(102)-5761/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-5761/2021

26.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5761/2021 26.10.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ iş № 2(102)-5761/21 (Açar sözlər: pul tələbi) Bakı şəhəri, 26 oktyabr 2021-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının hakimləri Əhmədova Mehparə Tofiq qızı (sədrlik edən və məruzəçi), Əliyev Ələsgər Əliabbas oğlu və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, Əliyeva Tutu Nazim qızının katibliyi, Cavabdeh və vəkili Vnun iştirakı ilə, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-1421/2021 nömrəli iş üzrə 04 iyun 2021-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kasasiya şikayəti üzrə işə 26 oktyabr 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 3500 manat məbləğində pulun, habelə tərəfindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun alınab ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə şifahi formada borc müqaviləsi bağlayaraq 2015-ci il tarixdə ondan 3500 manatlıq qızıl-zinət əşyaları almışdır ki, tezliklə qaytaracaqdır. Lakin indiyə qədər də ondan aldığı qızılların dəyərini ödəməmişdir. 29 may 2019-cu il tarixdə öz imzası ilə təsdiq etdiyi bir yazı da yazıb ona vermişdir ki, aldığı borcu təsdiq edir və pensiyasına yönələcəyi halda ödəyəcəyini bildirir. Pul, qızıl onun mülkiyyətində olan əmlak olduğundan və cavabdeh həmin əmlakı özündə saxlayıb qaytarmadığından həmin əmlakın mülkiyyətçisi kimi o, özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Sumqayıt Şəhər Məhkəməsinin 23 yanvar 2020-ci il tarixli, 2(060)-577/2020 nömrəli qətnaməsi ilə (hakim Rəşad Qoşqarlı) iddia tələbi təmin edilmişdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, hazırki iddia üzrə cavabdeh varlanmış şəxs, iddiaçı isə məhrum olandır. Cavabdehin varlanmasına haqq qazandıran əsas və ya müqavilə olmadığı üçün o, əldə etdiyini iddiaçıya ödəməlidir. Ona görə də iddia tələbi təmin edilməlidir. Birinci instansiya məhkəməsi gəldiyi qənaəti Azərbayca n Respublikası Mülki Məcəlləsinin 135.1,135.2, 385.1, 739.1, 740, 1092.1-ci və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 80, 106, 119, 217, 220.5-ci maddələrinə istinad etməklə əsaslandırmışdır. Qətnamədən narazı qalan cavabdeh apelyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnamənin ləğv edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. b) Apelyasiya instansiyası məhkəməsində birinci icraat Sumqayıt Apelyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər – Gülnarə Tağızadə - sədrlik edən və məruzəçi, Telman Quliyev, Fərmayıl Zeynallı) 20 iyul 2020-ci il tarixli, 2(105)-1463/2020 saylı qətnaməsi ilə apelyasiya şikayəti təmin edilməyərək, Sumqayıt Şəhər Məhkəməsinin 23 yanvar 2020-ci il tarixli, 2(060)-577/2020 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanması qət edilmişdir. Apelyasiya instansiyası məhkəməsi qənaətini onunla əsaslandırmışdır ki, məhkəmə kollegiyası cavabdehin iddiaçı tərəfindən onun aldadılaraq qəbz alması barədə gətirdiyi dəlili qəbul etmir. Belə ki, cavabdeh iddiaçının ona borcun qaytarılması barədə məhkəməyə heç bir sübut təqdim edə bilməmişdir. Beləliklə, məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətində göstərilən digər dəlilləri də araşdırıb hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olduğundan və işdə, iş üzrə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar olmadığından, iş üzrə məhkəmə qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Qətnamədən narazı qalan cavabdeh kasasiya şikayəti verərək, apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilərək iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. c) Kasasiya instansiyası məhkəməsində birinci icraat Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının (hakimlər – İlqar Dəmirov sədrlik edən və məruzəçi, Əhməd Əhmədov, Vüqar Həsənov) 02 fevral 2021-ci il tarixli, 2(102)374/2021 saylı qətnaməsi ilə kasasiya şikayəti təmin edilərək, Sumqayıt Apelyasiya Məhkəməsi Mülki kollegiyasının 20 iyul 2020-ci il tarixli, 2(105)-1463/2020 saylı qətnaməsinin ləğv edilməsi və işin yeni apelyasiya baxışına qaytarılması qət edilmişdir. Apelyasiya instansiyası məhkəməsi qənaətini onunla əsaslandırmışdır ki, İş materiallarından görünür ki, iddianın təmin edilməli olmasına dair apelyasiya instansiyası məhkəməsinin qətnaməsi işin 4-cü vərəqi ndə olan Cavabdeh 29.05.2019-cu il tarixli əlyazmasının surətinə əsaslanmışdır. Lakin həmin əlyazmanın əsli iş materiallarına əlavə edilməmişdir. Cavabdeh apelyasiya şikayətinin dəlili kimi qeyd etmişdir ki, iddiaçı tərəfindən onun oğluna 300 manatlıq telefonun satılması ilə əlaqədar kağız yazıb vermiş, lakin iddiaçı kağıza düzəliş edərək guya ondan 3.500 manatlıq qızılzinət əşyaları aldğını göstərmişdir. Yuxarıda qeyd olunanlardan göründüyü kimi apelyasiya instansiyası məhkəməsi apelyasiya şikayətinin həmin dəlilinə qiymət verməyərək qeyd olunan əlyazmanın əslinin təqdim olunmasını iddiaçıya təklif etməmişdir. b) Apelyasiya instansiyası məhkəməsində ikinci icraat Sumqayıt Apelyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər – Şəmsəddin Abasov sədrlik edən və məruzəçi, Səyyad Qafari, Telm an Məmmədov) 04 iyun 2021-ci il tarixli, 2(105)1421/2021 saylı qətnaməsi ilə apelyasiya şikayəti təmin edilməyərək, Sumqayıt Şəhər Məhkəməsinin 23 yanvar 2020-ci il tarixli, 2(060)-577/2020 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanması qət edilmişdir. Apelyasiya instansiyası məhkəməsi qənaətini onunla əsaslandırmışdır ki, cavabdeh tərəfindən tərtib edilmiş 29.05.2019-cu il tarixli qəbzin əsli (Ali Məhkəmənin iş üzrə göstərişində xüsusi olaraq nəzərdə tutulmuşdur) məhkəmə kollegiyasına təqdim edilmişdir və cavabdehin nümayəndəsi (əri) bu qəbzin onun tərəfindən tərtib edilməsini təsdiq etmişdir. Başqa sözlə, cavabdeh tərəf iş materiallarına sübut kimi əlavə edilmiş öz aralarında sadə formada tərtib olunmuş qəbzi mübahisələndirməmişdir, lakin o, bildirir ki, nisyə aldığı qızıl-zinət əşyalar ının dəyərini ödəmişdir və onun borcu yoxdur. Beləliklə, məhkəmə kollegiyası bu qənaətə gəlir ki, tərəflər alqı-satqı münasibətlərində olmuş, qəbz tərtib edilməklə nisyə götürülmüş qızıl-zinət əşyalarının dəyəri ödənilmədiyindən cavabdehin tələb olunan borcu yaranmışdır. Məhkəmə kollegiyası hesab edir ki, tərəflər arasında bağlanmış şifahi müqaviləyə əsasən, Cavabdeh həmin müqavilədə müəyyən edilmiş əmlakları iddiaçıdan almaq hüququna malik olduğu kimi, eyni zamanda göstərilən müqavilə əsasında onların dəyərini iddiaçıya ödəməli olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Cavabdeh müqavilə əsasında iddiaçıdan müqavilə predmetlərini almasına dair hüququndan istifadə etmiş, lakin onların dəyərini ödəməli olmasına dair vəzifəsini tam yerinə yetirməmişdir. Göstərilənlərə əsasən, məhkəmə kol legiyası hesab edir ki, Cavabdeh iddiaçı qarşısında öhdəliyi yaranmışdır və o, bu öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Onun iddiaçıya müqavilə üzrə öhdəlikləri yerinə yetirmədiyinə görə 3500 manat borcu yaranmışdır. Bu borc işdə olan obyektiv sübutlarla, 29.05.2019-cu il tarixli qəbzlə və tərəflərin izahatları ilə də təsdiq olunur. Borcun cavabdehin pensiya kartı vasitəsilə uzun müddət hissə-hissə ödənilməsi və borcun olmaması barədə apelyasiya şikayətinin dəlilləri əsassızdır, çünki bu halları təsdiq edən mötəbər sübutlar iş materiallarında mövcud deyildir. Məhkəmə kollegiyasına təqdim edilmiş 16.03.2019-cu il tarixli iltizama gəlincə isə kollegiya qeyd edir ki, bu iltizamla hüquqi münasibətlər iddiaçı ilə M.M.Şıxbabayev arasında yaranmışdır və nisyə mal alınması barəd ə deyil, borc münasibətləri barədədir. Buna görə də həmin iltizam üzrə nəticələr hazırkı mübahisəyə tətbiq edilə bilməz. Kasasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kasasiya şikayətinin dəlilləri Cavabdeh (vəkili V) kasasiya şikayəti verərək, apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilərək iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. Kasasiya şikayəti onunla əsaslandırılmışdır ki, o, 2019-cu ilin may ayında Türkiyə Respublikasında olmuşdur ki, bunu xarici pasportunda olan müvafiq qeydlər də bir daha təsdiq etməsinə baxmayaraq, apelyasiya məhkəməsi tərəfindən bu hala diqqət yetirilməmişdir. Məhkəmə qərarı əsassız və mövcud qanunvericilik normalarına ziddir. Belə ki, məhkəmə bu işə baxar aq birtərəfli və qərəzli qətnamə çıxararaq Avropa Konvensiyasının 6-cı maddəsinin-ədalətli məhkəmə araşdırması hüquqlarımızı kobud şəkildə pozmuşdur. Bununla da, məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv araşdırılmasına lazımi şərait yaradılmasını nəzərdə tutan Azərbaycan Respublikası MPM- nin 14-cü maddəsinin də tələblərini pozmuşdur. Bu da məhkəmənin gəldiyi nəticənin əsası olmadığını göstərir. Məhkəmə araşdırma aparmadan, səthi və keyfiyyətsiz yarımçıq məhkəmə baxışı aparmışdır. Yazılmış qəbzin kim tərəfindən, nə vaxt yazılması, orada olan imzaların kim tərəfindən icra edilməsi və qəbzin mətninin həqiqətəuyğun olub-olmaması aydınlaşdırılmamışdır. Belə ki, həmin qəbzi o, yazmamış və imzalamamışdır. Yaza da bilməzdi, çünki həmin vaxtı burada olmamışdır və bunu əl avə etdiyi pasportunun fotosurətləri də təsdiq edir. Bütün bunları aydınlaşdırmaq üçün isə məhkəmə əvvəla onların iştirakını təmin etməli idi və onlardən xətt və imza nümunələri götürülməklə məhkəmə-xəttşünaslıq və sairə ekspertizaları təyin edib keçirməklə işin obyektiv və ədalətli həllinə nail olmalı idi. Hesab edir ki, bu halda məhkəmə maddi və prosessual hüquq normalarının tələblərinə düzgün riayət etməmiş, istinad etdiyi hüquq normalarının məzmunundan düzgün nəticə çıxartmamış, bu da səhv qərar qəbul edilməsi ilə nəticələnmişdir. Bundan başqa, məhkəmə faktları dərindən araşdırmamış və yarımçıq, keyfiyyətsiz və qeyri-obyektiv məhkəmə baxışları ilə qanunsuz qərar çıxartmışdır. Qərar qəbul edilərkən işin faktiki halları hərtərəfli araşdırılmamış, sübutlar yanlış şərh edilmişdir. Beləlikl ə, yuxarıda sadalanan hallardan tam aydın olur ki, məhkəmə hazırki iş üzrə qeyd olunan hissədə qərarı kobud maddi və prosessual hüquq pozuntuları ilə qəbul etmiş, heç bir qanuni əsas olmadan şikayətini rədd etmişdir ki, belə bir qərar qüvvədə saxlanıla bilməz. Bundan başqa, Sumqayıt Apellyasiya məhkəməsi qətnaməsində Sumqayıt şəhər məhkəməsinin 23 yanvar 2020-ci il tarixli qətnaməsi ilə tərəfindən bu faktların və təqdim edilmiş sənədləri və sübutların ətraflı aydınlaşdırılmamasına qiymət belə verməmişdir. Halbuki, Sumqayıt Apellyasiya məhkəməsi iş üzrə ətraflı araşdırma aparmaqla bu halları ətraflı müəyyən etməli idi. b) Kasasiya şikayətinə qarşı etirazın dəlilləri Məhkəməyə kasasiya şikayətinə qarşı yazılı etiraz ərizəsi daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məh kəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, İddiaçı məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Odur ki, məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında iştirak edən Cavabdeh və vəkili V kasasiya şikayətini müdafiə edərək, məhkəmədən şikayətin təmin edilməsini xahiş etdilər. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borclud an vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə

567. Alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Maddə 600.1 Alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutuldugu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Maddə 600.4. Əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Az ərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Maddə

416. Kass asiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kasasiya baxışının hədləri Kasasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kasasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Hazırkı kassasiya şikayətində qətnamə iş üzrə cavabdeh tərəfindən tam mübahis ələndirildiyindən və apelyasiya instansiyası məhkəməsinin aktının ləğvi xahiş edildiyindən həmin məhkəmə aktı tam yoxlanılır. Kasasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Kasasiya şikayətinin dəlillərini məhkəmə kollegiyası əsaslı hesab etmir. Belə ki, cavabdeh kasasiya şikayətində qəbzin onun tərəfindən imzalanmadığını, bununla bağlı ekspertiza təyin edilməli ol duğunu dəlil olaraq göstərsə də, kasasiya yoxlaması nəticəsində müəyyən edilmişdir ki, cavabdeh apelyasiya şikayətində (səh 29) özü, apelyasiya şikayətinə əlavədə (səh 121) və 04.06.2021-ci il tarixində keçirilmiş məhkəmə iclasında (səh 141) nümayəndəsi X1 qəbzin onun (cavabdeh) tərəfindən yazmasını etiraf etmiş, istər apelyasiya şikayətində, ona əlavədə və ilkin kasasiya şikayətində bu halı mübahisələndirməmiş, iş üzrə hər hansı ekspertizanın təyin edilməsini xahiş etməmişdir. Bundan başqa, cavabdeh kasasiya şikayətində apelyasiya kollegiyasının işin hallarını və sübutları tam araşdırmadığına dəlil olaraq istinad etsə də, kasasiya yoxlaması nəticəsində müəyyən edilmişdir ki, işdə olan bütün sübutlar müqayisəli şəkildə tədqiq edilmiş və araşdırılmışdır. Digər tərəfdən, cavabdeh kasasiya şi kayətində apelyasiya kollegiyasının maddi və prosessual hüquq normalarının tələblərini pozmasını göstərsə də, kasasiya yoxlaması nəticəsində də hər hansı hüquq normasının pozuntusuna yol verilməsi halı müəyyən edilməmişdir. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kasasiya şikayətinin dəlilləri apelyasiya kollegiyasının qəbul etdiyi qətnamənin ləğvi üçün əsas hesab edilə bilməz. Odur ki, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdehli qızı tərəfindən verilmiş kasasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-1421/2021 saylı, 04.06.2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar