Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5763/2021 26.10.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı1-nin cavabdehlər Cavabdeh1 və qeyrilərinə qarşı iş üzrə QƏRARİ iş № 2(102)-5763/21 (Açar sözlər: kredit borcu, borcun ipoteka predmetinə yönəldilməsi) Bakı şəhəri, 26 oktyabr 2021-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının hakimləri Əhmədova Mehparə Tofiq qızı (sədrlik edən və məruzəçi), Əliyev Ələsgər Əliabbas oğlu və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, Əliyeva Tutu Nazim qızının katibliyi, Cavabdeh1 iştirakı ilə, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-946/2021 nömrəli iş üzrə 02 iyun 2021-ci il tarixli qətnaməsindən Cavabdeh1 tərəfind ən verilmiş kasasiya şikayəti üzrə işə 26 oktyabr 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı1 cavabdehlər Cavabdeh1 və qeyrilərinə qarşı “kredit borcunun ödənilməsi, tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı ilə Cavabdeh1 arasında bağlanmış 003R********** saylı kredit razılaşmasının və ona edilmiş əlavə sazişlərin ləğv edilməsi, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada iddiaçının xeyrinə 003R********** saylı kredit razılaşması üzrə əsas borc üzrə 21215.86 ABŞ dolları, faiz borcu üzrə 15681.47 ABŞ dolları, 28550,75 ABŞ dolları cərimə borcu olmaqla, ümumilikdə cəmi 65448,08 ABŞ dolları ABŞ dolları 08 sent məbləğində borcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 21 manat xidmət haqqının tutulması, tələbin Cavabdeh3 mülkiyyətində olan E-ə yönəldilməsi, həmin əmlakın açıq hərracdan satılması və satışdan əldə olunan vəsait hesabına iddiaçıya olan borcun ödənilməsi, hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 ümumi qaydada tutulması, mənzilə tutma yönəldildikdən və o satıldıqdan 1 ay sonra Cavabdeh3, Cavabdeh4nin, Cavabdeh5, İddiaçı2 və Cavabdeh6 mənzilə istifadə hüququnun itirilməsi, onların həmin mənzildən çıxarılması, mənzilin boşaldılması və alıcıya təhvil verilməsi barədə qətnamə qəbul e dilməsini xahiş etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat İddiaçı1 iddia tələbini onunla əsaslandırmışdır ki, iddiaçı ilə Cavabdeh1 arasında bağlanmış 11.11.2014-cü il tarixli kredit xətti müqaviləsinə əsasən ona 120 ay müddətinə 300000 ABŞ dolları məbləğində kredit xətti açılmışdır. Kredit xətti müqaviləsi üzrə Cavabdeh1 iddiaçı ilə bağladığı 13.11.2014-cü il tarixli, 003R********** saylı kredit razılaşması əsasında 48 ay müddətinə, aylıq faiz dərəcəsi 1.8333 faiz olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 30000 ABŞ dolları məbləğində kredit götürmüşdür. Tərəflərin imzaladıqları 14.04.2015-ci il tarixli, 003R**********S saylı sazişlə razılaşmaya və ödəniş planına dəyişiklik edilmişdir. Cavabdeh1 kredit müqaviləsi üzrə ödənişl əri dəfələrlə yubatmış, kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri 13.05.2016-cı il tarixdən banka qaytarmamışdır. Sumqayıt Şəhər Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 16 mart 2020-ci il tarixli 2(060)-1236/2020 nömrəli qərardadı ilə (hakim Aynur Behbudova) iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası və müstəqil qiymətləndirici təyin edilmiş, ekspertizanın aparılması Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə, qiymətləndirmənin aparılması "xxxx" MMC-yə tapşırılmışdır. “FAME-PRO” Məhdud Məsuliyətli Cəmiyyətinin Mənzilin qiymətləndirilməsi barədə 22.05.2020-ci il tarixli hesabatından görünür ki, E nömrəli mənzilin bazar dəyəri 38000 manat müəyyən edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 23.0 9.2020-ci il tarixli, 9/2624 saylı ekspert rəyində kredit müqaviləsi üzrə borcun 10.01.2020-ci il tarixə əsas borc üzrə 26458,52 ABŞ dolları, faiz borcu üzrə 28103,47 ABŞ dolları olmaqla, cəmi 54561,99 ABŞ dolları təşkil etdiyi müəyyən edilmişdir. Birinci instansiya məhkəməsinin 29 oktyabr 2020-ci il tarixli 2(060)-1236/2020 nömrəli qətnaməsi ilə (hakim – Emin Abdullayev) iddia qismən təmin edilərək, İddiaçı1 ilə Cavabdeh1 arasında bağlanmış 003R********** saylı kredit razılaşması və ona edilmiş əlavə sazişlərin ləğv edilməsi, əsas borc üzrə 21215,86 ABŞ dolları, faiz borcu üzrə 15681,47 ABŞ dolları, cərimə üzrə 1000 ABŞ dolları olmaqla, cəmi 37897,33 ABŞ dolları məbləğində pulun (ödəniş günü ABŞ dollarının Azərbaycan manatına olan ekvivalentində manatla), ipoteka predmetinə tutma yönəld ilməsi barədə bildirişin qeydə alınması üçün 10 manat rüsumun və 21 manat xidmət haqqıımm və iddia ərizəsi verilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumunun 25 manatının cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada tutularaq İddiaçı1-yə ödənilməsi, tutmanın Cavabdeh3 məxsus E-ə yönəldilməsi və mənzilin açıq hərracda satılması, mənzilin satışından əldə edilmiş vəsait hesabına Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 İddiaçı1-yə olan borclarının ödənilməsi, mənzil satışından əldə edilmiş vəsait borcun ödənilməsi üçün kifayət etmədikdə çatışmayan məbləğin Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 ümumi qaydada tutularaq İddiaçı1-yə ödənilməsi, İddiaçı1-yə olan borc ödənildikdən sonra mənzilin satışından əldə edilmiş vəsaitdən artıq qalan məbləğin Cavabdeh3 qaytarılması, Sumqayıt şəhəri, m əhəllə 41A, ev 4V, 1 nömrəli mənzilin ilkin satış qiymətinin 35000 manat məbləğində müəyyən edilməsi, iddianın qalan hissədə təmin edilməməsi, hazırkı qətnamənin Sumqayıt şəhəri, məhəllə 41A, ev 4V, 1 nömrəli mənzilə tutma yönəldildikdən və mənzil satıldıqdan sonra yaşayış sahəsində qeydiyyatda olan şəxslərin yaşayış sahəsinə istifadə hüquqlarına xitam verilməklə onların mənzildən qeydiyyatdan çıxarılmaları üçün əsas olması qət edilmişdir. Birinci instansiya məhkəməsi qənaətini onunla əsaslandırmışdır ki, göründüyü kimi Cavabdeh1 kredit müqaviləsinə əsasən üzərinə götürdüyü öhdəlikləri lazımınca yerinə yetirməmişdir. Cavabdeh kredit müqaviləsi üzrə öhdəliklərini lazımınca yerinə yetirmədiyi üçün iddiaçı müqavilə üzrə əsas və faiz borcunun tutulması tələbi ilə çıxış etməkdə haqlı olmuşdur. Bununla yanaşı qeyd edilməlidir ki, iddiaçı bir dəfə cavabdehlərdən kredit borcunun tutulması tələbi ilə məhkəməyə müraciət etmişdir. Lakin, iddiaçı həmin vaxt kredit müqaviləsinin ləğvi tələbini qoymadığı üçün qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə məhkəməyə müraciət edildiyi vaxta kimi, yəni 10.05.2017-ci il tarixinə kimi olan borcun cavabdehlərdən tutulması qət edilmişdir. Hazırda iddiaçı müqavilənin ləğv edilməsini və 10.05.2017-ci il tarixindən sonrakı borcun tutulmasını xahiş edir. Ekspert rəyində kredit müqaviləsi üzrə məhkəməyə müraciət edilən 10.01.2020-ci il tarixinə kimi 26458,52 ABŞ dolları əsas və 28103,47 ABŞ dolları faiz borcunun olduğu göstərilmişdir. Ekspert rəyində göstərilmiş əsas borc məbləğindən əvvəlki məhkəmə qətnaməsinə əsasən tutulmuş 4834,59 ABŞ dollarını çıx dıqda 21623,93 ABŞ dolları borc qalır ki, bu da iddia ərizəsində tələb olunan məbləğdən çoxdur. Eyni zamanda ekspert rəyində faiz borcu 28103,47 ABŞ dolları göstərilmişdir ki, bundan əvvəlki məhkəmə qətnaməsinə əsasən tutulmuş 475,69 ABŞ dollarını çıxdıqda alınan məbləğ iddia ərizəsində tələb olunan faiz borcundan çoxdur. Bu səbəbdən məhkəmə iddia ərizəsində göstərilən əsas və faiz borcu tələbindən kənara çıxmayaraq iddianın əsas və faiz borcunun tutulması hissəsində təmin edilməli olması qənaətinə gəlir. Məhkəmə dəbbə pulu ilə bağlı qeyd edir ki, 21215,86 ABŞ dolları əsas borc məbləğinə 28550,75 ABŞ dolları cərimənin hesablanaraq tələb edilməsi zamanı iddiaçı tərəfindən əsas borcla cərimə məbləği arasında tənasüb gözlənməmişdir. Bu səbəbdən məhkəmə cərimə məbləğinin azaldılaraq 1000 ABŞ d olları məbləğində müəyyən edilməsini daha ədalətli hesab edir. Həmçinin göründüyü kimi Cavabdeh2 və Cavabdeh3 zaminlik müqaviləsinə əsasən Cavabdeh1 iddiaçı qarşısında kredit öhdəliyi üzrə zamin olmuşlar. Zaminlik müqaviləsinə əsasən onlar iddiaçı qarşısında kredit müqaviləsi üzrə Cavabdeh1 ilə birgə məsuliyyət daşıyırlar. Bu səbəbdən Cavabdeh1 kredit xətti müqaviləsi və kredit razılaşmasına əsasən yaranmış borcu onunla birlikdə Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada tutulmalıdır. İşdən göründüyü kimi E iddiaçı qarşısında kredit öhdəliklərinin təmini üsulu kimi ipoteka ilə yüklü edilmişdir. Bu səbəbdən iddiaçı Cavabdeh1 kredit borcu üzrə tutmanın həmin ipoteka predmetinə yönəldilməsi tələbi ilə çıxış etməkdə haqlı olmuşdur. Bu səbəbdən iddia kredit borcu üzrə tutmanın həmin ipoteka predme tinə yönəldilməsi hissəsində də təmin edilməli, Cavabdeh1 kredit borcu üzrə tələb həmin ipoteka predmetinə yönəldilməli, torpaq sahəsi açıq hərracda satılmalı və əldə edilmiş vəsait hesabına iddiaçıya olan borc ödənilməlidir. Göründüyü kimi ipoteka müqaviləsində ipoteka predmetinin ilkin satış qiyməti 24159,52 manat məbləğində göstərilmiş, cavabdeh həmin məbləği mübahisələndirmiş, bu barədə “FAME-PRO” Məhdud Məsuliyətli Cəmiyyətinin Mənzilin qiymətləndirilməsi barədə 22.05.2020-ci il tarixli hesabatında ipoteka predmetinin ilkin satış qiyməti 38000 manat məbləğdə müəyyən edilmişdir. Lakin, artıq qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə mənzilin qiyməti 35000 manat məbləğində müəyyən edildiyindən məhkəmə hesab edir ki, mənzilin qiyməti həmin məbləğdə müəyyən edilməlidir. Məhkəmə hesab edir ki, ipoteka predmetinin satışından əldə edilmiş vəsait Cavabdeh1 kredit müqaviləsi üzrə iddiaçıya olan borcundan az olduğu təqdirdə qalan borc məbləği digər cavabdehlərdən ümumi qaydada tutulmalıdır. Həmin məbləğ kredit borcundan çox olduqda isə artıq qalan məbləğ Cavabdeh3 qaytarılmalıdır. Eyni zamanda iddiaçının ipoteka predmetinə tutma yönəldilməsi ilə bağlı çəkdiyi xərclər də cavabdehlərdən tutulmalıdır. Mənzil satıldıqdan sonra boşaldılaraq alıcıya təhvil verilməsi məsələlərinə gəldikdə isə qeyd edilməlidir ki, həmin məsələlər ipoteka predmetinin satışından sonra həll edilməli olan məsələlərdir. Bu səbəbdən iddia həmin hissədə təmin edilə bilməz. Birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.1, 269.2, 269.4, 319.1, 319.4, 319.6, 385.1, 442, 445.2.1, 462.1, 467, 470.1, 472.1, 739.1, 739.2-ci, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9, 10.5, 39.3.3-cü və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddələri ilə əsaslandırmışdır. Qətnamədən narazı qalan Cavabdeh1 apelyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnamənin ləğv edilməsini və iddia tələbinni rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. b) Apelyasiya instansiyası məhkəməsində icraat Sumqayıt Apelyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər – Telman Quliyev sədrlik edən və məruzəçi, Gülnarə Tağızadə, Lətifə Məmmədova) 17 fevral 2021-ci il tarixli, 2(105)-946/2021 saylı qərardadı ilə məhkəmə-mühasibatlıq və əmtəəşünaslıqqiymətləndirmə ekspertizaları təyin edilmiş, məhkəmə-mühasibatlıq e kspertizasının keçirilməsi Məhkəmə Ekspertizası Mərkəzinə, məhkəmə əmtəəşünaslıq-qiymətləndirmə ekspertizasının aparılması "xxxx" MMC-yə həvalə edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 15.04.2021-ci il tarixli, 9/1647 saylı ekspert rəyinə əsasən 13.11.2014-cü il tarixli, 003R********** saylı kredit razılaşmasının və əlavə sazişlərin şərtləri nəzərə alınmaqla Cavabdeh1 10.01.2020-ci il tarixə əsas borc üzrə 26458,52 ABŞ dolları və faiz borcu üzrə 28103,47 ABŞ dolları olmaqla, cəmi 54561,99 ABŞ dolları təşkil edir. "xxxx" Məhdud Məsuliyətli Cəmiyyətinin 27.04.2021-ci il tarixli rəyinə əsasən, E nömrəli mənzilin bazar dəyəri 37000 manat, likvid dəyəri 34.000 manat məbləğində müəyyən edilmişdir. Sumqayıt Apelyasiya Məhkəməsi Mülki kollegiyasının (ha kimlər – Telman Quliyev sədrlik edən və məruzəçi, Gülnarə Tağızadə, Lətifə Məmmədova) 02 iyun 2021-ci il tarixli, 2(105)-946/2021 saylı qətnaməsi ilə apelyasiya şikayəti təmin edilməyərək, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-1236/2020 saylı iş üzrə 29 oktyabr 2020-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması, ekspertiza tədqiqatının dəyəri 150 manatın Cavabdeh1 Hümət oğlundan alınıb Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməsi qət edilmişdir. Apelyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, 15.04.2021-ci il tarixli, 9/1647 saylı ekspert rəyi ilə kredit müqaviləsi üzrə müəyyən edilmiş əsas və faiz borcu iddia tələbindən cox olduğundan iddiaçı bank tərəfindən tələb olunan əsas və faiz borcu hissəsində birinci instansiya məhkəməsinin gəldiyi nət icə qanuni və əsaslı hesab edilməlidir. Sözügedən ipoteka predmetinin ilkin satış qiyməti ilə bağlı ipoteka qoyan Cavabdeh3 ilə ipoteka saxlayan iddiaçı bank arasında hər hansı razılaşma yoxdur və onlar arasında faktiki olaraq ipoteka predmetinin ilkin satış qiymətinə dair mübahisə vardır. İpoteka predmetinin ilkin satış qiyməti “FAME-PRO” Məhdud Məsuliyətli Cəmiyyətinin mənzilin qiymətləndirici rəyində 38000 manat və "xxxx" Məhdud Məsuliyətli Cəmiyyətinin mənzilin qiymətləndirici rəyində mənzilin bazar dəyəri 37000 manat, likvid dəyəri 34.000 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə kollegiyası işin faktiki hallarına qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş ipoteka predmeti olan əmlakın ilkin satış qiyməti işin hallarına uyğun olub, qanun i və əsaslıdır. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək hesab edir ki, Cavabdeh1 apelyasiya şikayətinin dəlillərini təsdiq edən başqa bir sübut təqdim edə bilməmiş və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilib, iddianın rədd edilməsi hallarını sübuta yetirə bilməmişdir. Ona görə də, birinci instansiya məhkəməsinin qətnaməsinin apelyasiya şikayəti əsasında ləğv edilməsi üçün əsas yoxdur. Kasasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kasasiya şikayətinin dəlilləri Cavabdeh1 (vəkili Vəkil) kasasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və işin yenidən baxılması üçün həmin məhkəməyə göndərilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Kasasiya ş ikayəti onunla əsaslandırılmışdır ki, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edildiyindən ləğv edilməlidir. b) Kssasiya şikayətinə qarşı etirazın dəlilləri Kasasiya şikayətinə etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, İddiaçı1-nin səlahiyyətli nümayəndəsi, Cavabdeh1 vəkili Vəkil, cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, İddiaçı2 və Cavabdeh6 məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3cü maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab edir. Cav abdeh1 məhkəmə iclasında vəkilsiz iştirak etdiyi üçün Azərbaycan Respublikası MPM-nin 67.1-ci maddəsinin tələblərinə uyğun olaraq onun izahatı dinlənilmədi. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə
442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 407.2. Ka sasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Maddə
416. Kasasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kasasiya baxışının hədləri Kasasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olun mamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kasasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Hazırkı kasasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən və apelyasiya instansiyası məhkəməsinin aktının tam ləğvi xahiş edildiyindən məhkəmə aktı tam yoxlanılır. Kasasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozul ması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Kassasiya şikayətinin dəlili üzrə kasasiya kollegiyası qeyd edir ki, kasasiya şikayəti formal dəlillərlə əsaslandırılmağa çalışılmışdır. Belə ki, cavabdeh kasasiya şikayətində borc məbləğini düzgün hesab etmədiyini göstərsə də, borc məbləğinin düzgünlüyü əldə edilmiş ekspert rəyi ilə öz təsdiqini tapmışdır. Digər tərəfdən cavabdeh əldə edilmiş rəylə ilkin satış qiymətinin 37000 manat müəyyən edildiyi halda, 35000 manat qeyd edilməsinə istinad etmişdir ki, bununla bağlıə qeyd edilməlidir ki, cavabdeh qətnamədə yol verilmiş yanlışlığın düzəldilməsi üçün Azərbaycan Respublikası MPM-nin 228.2-ci maddəsinin tələblərinə uy ğun olaraq ərizə ilə yanlışlığa yol vermiş məhkəməyə müraciət etmək hüququna malikdir. Bu hal qətnamənin pozuntu ilə qəbul edilməsi anlamına gələ bilməz. Ümumi kasasiya yoxlaması nəticəsində isə apelyasiya kollegiyasının hər hansı maddi və ya prosessual hüquq normasının pozuntusuna yol verməsi müəyyən edilməmişdir. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kasasiya şikayətinin dəlilləri apelyasiya kollegiyasının qəbul etdiyi qətnamənin ləğvi üçün əsas hesab edilə bilməz. Odur ki, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kasasiya şikayəti təmin olunmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh1 tərəfindən verilmiş kasasiya şikayə ti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-946/2021 nömrəli iş üzrə 02 iyun 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.