Məhkəmə qərarları › İş №2(102)-5764/2021

Ali Məhkəmə Qərardad — İş №2(102)-5764/2021

09.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(102)-5764/2021 09.12.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı iş üzrə QƏRARDADİ Açar sözlər: iddiadan imtina, iş üzrə icraata xitam Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Ələsgər Əliabbas oğlunun sədrliyi və məruzəsi ilə, Əhmədova Mehparə Tofiq qızı və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, Nəsirova Günel İnqilab qızının katibliyi ilə, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-1091/2021 nömrəli iş üzrə 07 iyun 2021-ci il tarixli qətnaməsindən İddiaçı QSC tərəfindən verilmiş kassasiya şikayətinə dair işə 09 dek abr 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı QSC (bundan sonra - iddiaçı) Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 (bundan sonra – cavabdehlər) qarşı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə 003R********** saylı kredit razılaşması üzrə 336869,38 ABŞ dolları kredit borcu, 152929,66 ABŞ dolları faiz borcu və 146594,44 ABŞ dolları cərimə borcu olmaqla, ümumilikdə cəmi 636393.48 ABŞ dolları məbləğində borcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun, ipoteka predmeti olan əmlaklara tutma yönəldilməsi üçün ödənilmiş 10 manat rüsumunun və 20 mana t xidmət haqqının tutulması, tutmanın Cavabdeh1 mülkiyyətində olan X saylı qeyri-yaşayış binasına yönəldilməsi, həmin qeyriyaşayış binasının açıq hərracdan satılması, hərracdan satış hesabına əldə olunmuş vəsait hesabına iddiaçıya olan borcun ödənilməsi, hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin cavabdehlərdən müştərək qaydada tutulması, xxx saylı qeyri-yaşayış binasına tutma yönədildikdən və o satıldıqdan 1 ay sonra qeyri-yaşayış binasının boşaldılması və hərracın nəticələri üzrə alıcıya təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh1 iddiaçı ilə bağladığı 09.06.2006-cı il tarixli, 03L000000103 saylı kredit xətti müqaviləsinə əsasən 60 ay müddətinə 45000 ABŞ Dolları məbləği ndə kredit xətti açılmışdır. Bu müqaviləyə əsasən cavabdehə veriləcək məbləğ və müddət ayrıca olaraq kredit razılaşması ilə müəyyən olunur. Tərəflər arasında bağlanmış 16.08.2012-ci il tarixli, 103 saylı sazişə əsasən kredit xəttinin müddəti artırılaraq 195 ay, kredit xəttinin məbləği ******* ABŞ Dolları müəyyən edilmişdir. Kredit xətti müqaviləsi üzrə Cavabdeh1 iddiaçı ilə bağladığı 23.02.2016-cı il tarixli, 003R********** saylı kredit razılaşması əsasında 60 ay müddətinə, aylıq faiz dərəcəsi 1% olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 505000 ABŞ Dolları məbləğində kredit götürmüşdür. Tərəflərin imzaladıqları 01.06.2016-cı il tarixli, 003R**********S saylı, 15.02.2017-ci il tarixli, 003R**********SA saylı, 20.07.2017-ci il tarixli, 003R**********SC saylı, 29.01.2018ci il tarixli, 003R**********SD saylı, 30.07.2018-ci il tarixli, 003R**********SE saylı, 31.01.2019-cu il tarixli, 003R**********SF saylı sazişlərlə razılaşmaya və ödəniş planına dəyişiklik edilmişdir. Cavabdeh kredit razılaşmasının 1.2-ci bəndinin tələbini pozaraq kredit razılaşması üzrə ödəmələri dəfələrlə yubatmış, kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri 20.02.2019-cu il tarixdən banka qaytarmamışdır. Cavabdeh götürdüyü kredit borcundan 168130,62 ABŞ dolları ödəmiş, onun 336869,38 ABŞ dolları məbləğində kredit borcu qalmışdır. Qeyd edilənlərəəsasən Cavabdeh1 kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri kreditora qaytarmadığı üçün 05.09.2019-cu il tarixə 197 gün üçün hesablanmış faiz borcu 152929,66 ABŞ dolları təşkil edir. 05.09.20 19-cu il tarixə 197 gün üçün hesablanmış cərimə 146594,44 ABŞ Dolları təşkil edir. Kredit xətti müqaviləsi üzrə Cavabdeh1 öhdəliklərinin icrasını təmin etmək məqsədilə cavabdehlər Cavabdeh3, Cavabdeh2 zaminlik müqavilələrinə əsasən bank qarşısında öz üzərilərinə məsuliyyət götürmüşlər. Kredit xətti müqaviləsi üzrə öhdəliklərinin icrasını təmin etmək məqsədilə Cavabdeh1 iddiaçı ilə bağladığı 16.08.2012-ci il tarixli, 03M000001152 saylı ipoteka müqaviləsi əsasında xxxx saylı qeyriyaşayış binası iddiaçının xeyrinə ipoteka ilə yüklü edilmişdir.

3. İddiaçının nümayəndəsi məhkəmə iclasında iddia tələbinin azaldılması barədə ərizə təqdim edərək, cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə 003R********** saylı kredit razılaşması üzrə 169869,38 ABŞ dolları kredit borcu, 152929,66 ABŞ dolları faiz borcu və 146594,44 ABŞ dolları cərimə borcu olmaqla, ümumilikdə cəmi 469393,48 ABŞ dolları məbləğində borcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun, ipoteka predmeti olan əmlaklara tutma yönəldilməsi üçün ödənilmiş 10 manat rüsumun və 20 manat xidmət haqqının tutulması, tutmanın Cavabdeh1 mülkiyyətində olan xxx saylı qeyri-yaşayış binasına yönəldilməsi, həmin qeyriyaşayış binasının açıq hərracdan satılması, hərracdan satış hesabına əldə olunmuş vəsaitdən 636393.48 ABŞ dolları borcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat dövlət rüsumu, ipoteka predmeti olan əmlaklara tutma yönəldilməsi üçün ödənilmiş 10 manat rüsumu və 20 manat xidmət haqqının Bankın xeyrinə ödənilməsi, hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət e tmədikdə qalan məbləğin cavabdehlərdən müştərək qaydada tutulması, xxx saylı qeyri-yaşayış binasına tutma yönədildikdən və o satıldıqdan 1 ay sonra qeyriyaşayış binasının boşaldılması və hərracın nəticələri üzrə alıcıya təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

4. Sumqayıt Şəhər Məhkəməsinin 03 noyabr 2020-ci il tarixli qətnaməsi ilə (hakim E.A.Abdullayev) iddianın qismən təmin edilməsi, əsas borc üzrə 169869,38 ABŞ dolları, faiz borcu üzrə 5262,44 ABŞ dolları, cərimə üzrə 10000 ABŞ dolları olmaqla, cəmi 185131 (yüz səksən beş min yüz otuz bir) ABŞ dolları 82 (səksən iki) sent məbləğində pulun (ödəniş günü ABŞ dollarının Azərbaycan manatına olan ekvivalentində manatla), ipoteka predmetinə tutma yönəldilməsi barədə bildirişin qeydə alınması üçün 10 manat rüsum və 21 mana t xidmət haqqı və iddia ərizəsi verilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumunun 25 manatının cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 müştərək qaydada tutularaq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə ödənilməsi, tutmanın Cavabdeh1 məxsus xxx saylı qeyri-yaşayış binasına yönəldilməsi və açıq hərracda satılması, yaşayış sahəsinin satışından əldə edilmiş vəsait hesabına Cavabdeh1, Cavabdeh3, Cavabdeh2 İddiaçı QSC-yə olan borclarının ödənilməsi, mənzilin satışından əldə edilmiş vəsait borcun ödənilməsi üçün kifayət etmədikdə çatışmayanməbləğin cavabdehlərdən ümumi qaydada tutularaq İddiaçı QSC-yə ödənilməsi, İddiaçı QSC-yə olan borc ödənildikdən sonra yaşayış sahəsinin satışından əldə edilmiş vəsaitdən artıq qalan məbləğin Cavabdeh1 qaytarılması, xxx saylı qeyri-yaşayış binasının ilkin sat ış qiymətinin ******* (bir milyon iki yüz min) manat məbləğində müəyyən edilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Apellyasiya instansiyası məhkəməsindəki icraat

5. Qətnamədən iddiaçı apellyasiya şikayəti vermişdir.

6. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-1091/2021 nömrəli iş üzrə 07 iyun 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər – G.Tağızadə (sədrlik edən və məruzəçi), L.Məmmədova və T.Quliyev) iddiaçının nümayəndəsi X1 apellyasiya şikayəti qismən təmin edilmiş, Cavabdeh1 apellyasiya şikayəti təmin edilməmiş, Sumqayıt Şəhər Məhkəməsinin bu iş üzrə 03 noyabr 2020-ci i il tarixli 2(060)- 3070/2020 saylı qətnaməsi qismən ləğv edilmiş, əsas borc üzrə 169869,38 ABŞ dolları, faiz borcu üzrə 5262,44 ABŞ dolları, cərimə üzrə 10000 ABŞ dolları olmaql a, cəmi 185131 (yüz səksən beş min yüz otuz bir) ABŞ dolları 82 (səksən iki) sent məbləğində pulun (ödəniş günü ABŞ dollarının Azərbaycan manatına olan ekvivalentində manatla), ipoteka predmetinə tutma yönəldilməsi barədə bildirişin qeydə alınması üçün 10 manat rüsumun və 21 manat xidmət haqqının və iddia ərizəsi verilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumunun 25 manatının cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 müştərək qaydada tutularaq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə ödənilməsi, tutmanın Cavabdeh1 məxsus xxx saylı qeyri-yaşayış binasına yönəldilməsi və açıq hərracda satılması, yaşayış sahəsinin satışından əldə edilmiş vəsait hesabına Cavabdeh1, Cavabdeh3 Nəcməddin oğlu, Cavabdeh2 İddiaçı QSC-yə olan borclarının ödənilməsi, mənzilin satışından əldə edilmiş vəsait borcun ödəni lməsi üçün kifayət etmədikdə çatışmayan məbləğin cavabdehlərdən ümumi qaydada tutularaq İddiaçı QSC-yə ödənilməsi, İddiaçı QSC-yə olan borc ödənildikdən sonra yaşayış sahəsinin satışından əldə edilmiş vəsaitdən artıq qalan məbləğin Cavabdeh1 qaytarılması, xxx saylı qeyri-yaşayış binasının ilkin satış qiymətinin ******* (bir milyon iki yüz min) manat məbləğində müəyyən edilməsi, xxx saylı qeyri-yaşayış binasına tutmanın yönəldilməsi və o satıldıqdan 1 ay sonra qeyri-yaşayış binasının boşaldılması, hərracın nəticələri üzrə alıcıya təhvil verilməsi, qalan hissədə qətnamənin dəyişdirilmədən saxlanılması qət edilmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri

7. İddiaçı kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

8. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apelyasiya instansiyası məhkəməsi işin hallarını düzgün araşdırmamış, maddi və posessual hüquq normalarının tələblərini pozmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

9. Kassasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.

10. İddiaçı QSC kassasiya instansiyasına yazılı ərizə göndərərək cavabdehlər tərəfindən borc tam şəkildə banka ödənildiyi və mülki işin məhkəmədə baxılmasına zərurət aradan qalxdığı üçün iddiadan imtina edərək mülki iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları

11. Məh kəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə tərəflər hər hansı üzrlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 415.3-cü maddəsini rəhbər tutaraq işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Mülki işə tətbiq edilən hüquq Mülki Prossesual Məcəllə

12. Azərbaycan Respublikası MPM-nin 52.1-cı maddəsinə əsasən iddiaçı iddiadan imtina edə bilər. İddiadan imtina etmə yazılı formada ifadə edilməlidir.

13. Azərbaycan Respublikası MPM-nin 191.2-ci maddəsinə əsasən hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəti cələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

14. Məhkəmə kollegiyası İddiaçı QSC-nin iddiadan imtinaya dair ərizəsini araşdıraraq belə hesab edir ki, İddiaçı QSC-nin imtinası başqa şəxslərin hüquqularını və qanunla qorunan mənafelərini pozmadığından onun imtinası qəbul edilməli, qətnamə ləğv edilməli, mülki işin icraatına xitam verilməlidir.

15. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası MPM-nin 52, 191-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: İddiaçı QSC-nin iddiadan imtinaya dair ərizəsi qəbul edilsin. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-1091/2021 nömrəli iş üzrə 07 iyun 2021-ci il tarixli qətnaməsi ləğv edilsin. İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı kredit borcunun ödənilməsi və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair mülki işin icraatına xitam verilsin Qərardad qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar